Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-333/2025 24.12.2025 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əliyeva Leyla Kamil qızının sədrliyi, Məmmədova Ərkinaz Kamal qızının katibliyi, Cavabdehin nümayənədəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı mülkiyyət hüququnun qeydə alınması tələbinə dair işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə:
1. Xanlar rayon Aqrar İslahat Komissiyasının 07 fevral 2003-cü il tarixli, 01 nömrəli qərarı ilə iddiaçıya 0,06 ha həyətyanı torpaq sahəsi verilmiş, bu barədə 15248 nömrə ilə kitabda qeydə alınmış JN-2233A nömrəli (50801004 kodlu) torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə tərtib edilmişdir. Şəhadətnamənin “Həyətyanı sahənin qaiməsi sertifikatından görünür ki, torpağın ümumi sahəsi 600 kv.m-dir (suvarılan sahə 600 kv.m bonitet balı 100). Şəhadətnamənin sertifikatı xx.xx.2004-cı il tarixdə DTXK-nin Xanlar rayon şöbəsinin müdiri və Dövlət Yerquruluşu Layihə İnstitutu əməkdaşı tərəfindən imzalanmış və möhürlənmişdir.
2. İddiaçı Göygöl şəhərində yerləşən torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması ilə bağlı cavabdehə ərizə ilə müraciətinə, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli 3-21-3-33/2-2557/2023 nömrəli imtina məktubundan görünür ki, aparılan araşdırma zamanı, təqdim edilmiş “Torpağın mülkiyyətə verilməsinə dair” JN-2233A saylı şəhadətnamənin adlı siyahıda və “Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzinin” arxiv məlumatlarında başqa şəxsə məxsus olduğu müəyyən edilmişdir. Bu səbəbdən ərizənin icrası mümkün olmamışdır.
3. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən 0.06 ha həyətyanı torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq bu barədə müvafiq çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir.
4. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, şəhid ailəsi kimi ona Göygöl şəhəri Niyazi küçəsindən 0.06 ha həyətyanı torpaq sahəsi verilmişdir. Xanlar Rayon Aqrar İslahat Komissiyasının xx.xx.2003-cü il tarixli, 01 saylı qərarı ilə onun adı aqrar islahatın siyahısına salınıb və həmin torpağa aid JN-2233A, KÜD-50801004 saylı torpağa mülkiyyət hüququna dair şəhadətnamə verilib. Torpaq sahəsi 30 ildən artıqdır ki, onun sahibliyində və istifadəsində olmaqla hazırda ünvan 1 ünvanında yerləşir, həmin torpaq sahəsində yaşayış evi tikərək yaşayırlar. Hazırda çıxarışın verilməsi üçün cavabdeh orqana müraciət etsə də, çıxarışın verilməsindən imtina edilir, səbəb kimi JN-2233A saylı şəhadətnamənin adlı siyahıda və "Kadastr və yerquruluşu Layihə-Tədqiqat Mərkəzinin" arxiv məlumatlarında başqa şəxsə məxsus olduğu göstərilir.
5. Cavabdeh iddiaya dair etirazını təqdim etmişdir. Etirazda imtina əsasları təkrarlanmış və əlavə olaraq qeyd edilmişdir ki, aparılan araşdırma zamanı təqdim edilmiş “Torpağın mülkiyyətə verilməsinə dair” JN-2233A saylı şəhadətnamənin adlı siyahıda və “Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzinin” arxiv məlumatlarında başqa şəxsə - X6 məxsus olduğu müəyyən edilmişdir. xx.xx.2025-ci il tarixli mütəxəssis rəyində məhkəmənin sualları aşağdakı şəkildə cavablandırılmışdır.
1. Xanlar rayonu Aqrar İslahat Komissiyasının xx.xx.2003-cü il tarixli 01 saylı qərarı ilə İddiaçı ayrılmış 0.06 ha torpaq sahəsinin mülkiyyət forması, 2002-ci il tarixli Xanlar Rayonu Aqrar Sanaye Konbinatının Ərazisində X14 X15 Lahiyəsinə əsasən xüsusi mülkiyyət, yaşayış məntəqələri torpaqları, həyətyanı torpaq sahələri kimi göstərilmişdir. Yeni elektron xəritə məlumatlarında iddiaçıya ayrılmış torpaq sahəsi yaşayış məntəqələri torpaqları, həyətyanı torpaq səhələri kimi qeydiyyata alınmışdır. Sözü gedən torpaq sahəsinə xx.xx.2006-ci il tarixdə JN-2233A saylı şəhadətnamə çap edilmişdir.
2. İddiaçı ayrılmış 0.06 ha torpaq sahəsi üzərində başqa şəxsin, şəxslərin və ya orqanların hüquqları dövlət reyestrində qeydiyyata alınmamışdır.
3. İddiaçı ayrılmış 0.06 ha torpaq sahəsi üzərindən və hava məkanından kommunikasiya xətti keçməsi halı müşahidə olunmadı. Elektron kadastr bazası məlumatlarına istinadən, torpaq sahəsinin mühafizə və qorunma zonalarında yerləşməsi halı aşkarlanmadı.
4. İddiaçı ayrılmış 0.06 ha torpaq sahəsi üzərində başqa şəxsin,şəxslərin və ya orqanların hüquqları dövlət reyestrində qeydiyyata alınmamışdır. Sözü gedən torpaq sahəsinə JN-2233A saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə işlənmişdir. Həmin JN-2233A saylı şəhadətnamə elektron baza məlumatlarında X4 adına qeyd edilməsinə baxmayaraq. xx.xx.2006-ci il tarixdə J№2233A saylı şəhadətnamə İddiaçı adına çap edilmişdir.
5. Xanlar rayonu Aqrar İslahat Komissiyasının xx.xx.2003-cü il tarixli 01 saylı qərarı ilə X8 ayrılmış 0.06 ha torpaq sahəsinin sərhədləri, koordinatları və sahəsi ölçülərək dəqiqləşdirildi.
6. Xanlar rayonu Aqrar İslahat Komissiyasının xx.xx.2003-cü il tarixli 01 saylı qərarı ilə İddiaçı ayrılmış 0.06 ha torpaq sahəsində. 2008-ci il tarixdə tikilmiş 13.5*16.3 m2 ölçülərində fərdi yaşayış evi var.
7. Xanlar rayonu Aqrar İslahat Komissiyasının xx.xx.2003-cü il tarixli 01 saylı qərarı ilə İddiaçı Niyazi küçəsi 43 ünvanıda 0.06 ha həyəty anı torpaq sahəsi ayrılan zaman, kateqoriyası yaşayış məntəqələri torpaqları, uqodiyası həyətyanı torpaq sahələri olub.
8. İddiaçı faktiki istifadə etdiyi (naturada təqdim etdiyi) torpaq sahəsi J№2233A saylı şəhadətnamədə göstərilən sərhədlər daxilindədir.
9. Təqdim edilən fərdi yaşayış evi, JN№2233A saylı şəhadətnamədə göstərilən sərhədlər daxilindədir.
10. İddiaçı ayrılmış 0.06 ha torpaq sahəsinin rəyi, 2002-ci il tarixli Xanlar Rayonu Aqrar Sanaye Konbinatımn Ərazisində X19 X15 Lahiyəsinə və Yeni elektron baza məlumatlarına istinadən hazırlanmışdır. Məhkəmənin sorğusuna xx.xx.2025-ci il tarixli məktubla bildirilmişdir ki, X7 (ünvan 2) və X1nun təsərrüfatı (Göygöl şəhəri Aydın Hacıyev küçəsi ev 2) ayrı-ayrılıqdadır X2 şəhəri Niyazi küçəsi ev 43 ünvanında 2007-cı il tarixdə bu günədək yaşayır (18 il). X1 16 aprel 2013-cü il tarixdə vəfat etmişdir (ölüm haqqında şəhadətnamə AZ-1 №589741). Cavabdehin nümayənədəsi X11 məhkəmə iclasına gəlmiş, iddiaçı məhkəmə iclasına gəlməmiş,səbəbləri barədə məlumat təqdim etməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərinə müvafiq olaraq, işə şifahi məhkəmə baxış iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Cavabdehin nümayənədəsi X11 məhkəmə iclasında iddia tələbinə etiraz edərək təmin olunmamasını xahiş etmişdir.
Əsaslandırıcı hissə:
İddia mümkün iddiadır. Belə ki, iddiaçı Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. İddianın ümumi və xüsusi mümkünlük şərtlərinə əməl olunmuş, iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın ərazi və predmet aidiyyəti düzgün müəyyən edilmiş, məhkəmədə iddia qaldırmazdan əvvəl həmin məsələnin həll olunması üçün iddiaçı müvafiq inzibati orqana müraciət etmiş, sonuncu müraciəti təmin etmədiyindən məhkəməyə hazırkı iddia tələbini vermişdir. Məhkəmə işin faktiki hallarına və aşağıda qeyd olunan normalara əsasən iddianı əsaslı hesab edir. İş materialları ilə müəyyən olunur ki, “Torpağın mülkiyyətə verilməsinə dair” JN- 2233A 50801004 kodlu şəhadətnaməyə əsasən Xanlar rayon Aqrar İslahat Komissiyasının 07 fevral 2003-cü il tarixli, 01 nömrəli qərarı ilə iddiaçıya həyətyanı məqsədilə 0,06 ha torpaq sahəsi ayrılmışdır. İddiaçı sözügedən torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması məqsədilə cavabdehə müraciət etsə də, sonuncu bundan imtina etmişdir. Cavabdehin imtinasının əsası kimi “Torpağın mülkiyyətə verilməsinə dair” JN-2233A saylı şəhadətnamənin adlı siyahıda və “Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzinin” arxiv məlumatlarında başqa şəxsə məxsus olmasını bildirilmişdir. Həmin arqumenti əsassız hesab edən məhkəmə qeyd edir ki, işdəki mütəxəssis rəyinə əsasən X9 ayrılmış 0.06 ha torpaq sahəsi üzərində başqa şəxsin,şəxslərin və ya orqanların hüquqları dövlət reyestrində qeydiyyata alınmamışdır. Sözü gedən torpaq sahəsinə JN-2233A saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə işlənmişdir. Həmin JN-2233A saylı şəhadətnamə elektron baza məlumatlarında X4 adına qeyd edilməsinə baxmayaraq. xx.xx.2006-ci il tarixdə J№2233A saylı şəhadətnamənin iddiaçı X7 adına çap edildiyi müəyyən edilmişdir eyni zaman da məhkəmənin sorğusuna verilmiş xx.xx.2025-ci il tarixli cavab məktubu ilə də müəyyən edilir ki, X7 (ünvan 2) və X1nun təsərrüfatı (Göygöl şəhəri Aydın Hacıyev küçəsi ev 2) ayrı-ayrılıqdadır X2 şəhəri Niyazi küçəsi ev 43 ünvanında 2007-cı il tarixdə bu günədək yaşayır (18 il). X1 16 aprel 2013-cü il tarixdə vəfat etmişdir (ölüm haqqında şəhadətnamə AZ-1 №589741). Şəhadətnamə verilən zaman qüvvədə olmuş Azərbaycan Respublikası Prezidentinin 10 yanvar 1997-ci il tarixli, 534 nömrəli Fərmanı ilə təsdiq edilmiş: "Vətəndaşların qanuni istifadəsində olan (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında" Əsasnamənin 1-ci bəndinə görə vətəndaşların qanuni istifadəsində və ya icarəsində olan (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqlar əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. “Torpağa mülkiyyət ilə istifadə hüququna dair sənədlərin hazırlanması, qeydiyyatı və verilməsi haqqında" Əsasnamənin 3-cü maddəsində göstərilir ki, vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin altında olan torpaqlara görə onlara “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə” verilir. Həmin Əsasnamənin 5ci maddəsində göstərilir ki, “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə” ailə tərkibi üzrə hər bir şəxsin adı və soyadı göstərilməklə ailə başçısının adına verilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 4.1 və 8.0.5-ci normaların mənasına və təfsirinə görə "Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə" daşınmaz əmlaka hüququn qeydiyyata alınması barədə çıxarışla eyni hüquqi qüvvəyə malikdir. Bu baxımdan iddiaçının hüquqi marağı əslində və mahiyyət etibarı ilə hüquqi qüvvəsini saxlayan şəhadətnamənin yeni nümunəli çıxarışla əvəz olunmasını ehtiva edir. Başqa sözlə, iddiaçı hüququnun yenidən qeydiyyata alınmasını deyil, şəhadətnamə ilə artıq qeydiyyata alınmış hüququna dair yeni nümunəli çıxarışın verilməsini tələb edir. Yuxarıda qeyd Qanunun 8.0.5-ci maddəsinə görə, 2006-cı il iyulun 6-dək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. Həmçinin 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən şəhadətnamələr daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün həmin normada əsas qismində təsbit edilmişdir. O da qeyd olunmalıdır ki, kassasiya instansiyası məhkəməsinin analoji faktlara əsaslanan oxşar işlər üzrə qəbul etdiyi bir çox qərarlarda formalaşmış məhkəmə təcrübəsi ondan ibarətdir ki, "Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə" daşınmaz əmlaka hüququn qeydiyyata alınması barədə çıxarışla eyni hüquqi qüvvəyə malikdir. Bu baxımdan iddiaçının hüquqi marağı əslində və mahiyyət etibarı ilə hüquqi qüvvəsini saxlayan şəhadətnamənin yeni nümunəli çıxarışla əvəz olunmasını ehtiva edir. Başqa sözlə, iddiaçı hüququnun yenidən qeydiyyata alınmasını deyil, şəhadətnamə ilə artıq qeydiyyata alınmış hüququna dair yeni nümunəli çıxarışın verilməsini tələb edir. Digər tərəfdən, torpaq sahəsi üzərində iddiaçının hüququnu təsdiq edən həmin şəhadətnamə həm də hüquqmüəyyənedici sənəd qismində qəbul olunmalı və qiymətləndirilməlidir. Bununla bağlı nəzərə alınmalıdır ki, hüquqmüəyyənedici sənəd qanunla müəyyən olunmuş qaydada ləğv edilənə, geri çağırılana, dəyişdirilənə və ya etibarsız sayılana qədər qüvvədə sayılır və etibarlı hesab olunur. Bu mənada hüquqmüəyyənedici sənədlərin qüvvədə olduğu müddətdə, qeyd edilən sənədin aid olduğu konkret şəxsin həmin sənədə əsaslanan hüququ şəxsin müraciəti əsasında tanınmalı və qeydiyyata alınmalıdır. Qeyd olunmalıdır ki, hüquqmüəyyənedici sənəd yalnız onu qəbul etmiş inzibati orqanın deyil, həm də suveren hakimiyyət daşıyıcısı olan digər inzibati orqanların da davranışını müəyyən edir. Başqa sözlə, inzibati orqanlar hüquqmüəyyənedici sənədin qüvvədə olduğu müddətdə onun məzmununa bağlıdır və ona uyğun davranmağa borcludurlar. Bu icra hakimiyyətinin vahidliyi prinsipindən və həmin orqanların səlahiyyət bölgüsündən irəli gəlir. Hazırkı mübahisəyə münasibətdə iddiaçıya aid “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”nin hər hansı orqan tərəfindən qanunla müəyyən edilmiş qaydada mübahisələndirilməsi, etibarsız hesab edilməsi, ləğv olunması və ya hər hansı səbəbdən qüvvədən düşməsi iş üzrə materiallarla təsdiq olunmur. Yəni torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə öz hüquqi qüvvəsini saxlayır və etibarlıdır. (Bununla bağlı bax: Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli 2-1(102)-21/2023 nömrəli, xx.xx.2023-cü il tarixli 2-1(102)-71/2023 nömrəli, xx.xx.2023-cü il tarixli 2-1(102)-1862/2023, xx.xx.2024- cü il tarixli 2-1(102)-3/2024 nömrəli qərarları). Hazırkı işin halları üzrə Göygöl şəhəri,Nizami küçəsində yerləşən 0,06 ha həyətyanı torpaq sahəsi iddiaçıya məxsusdur, həmin torpaq sahəsində iddiaçı tərəfindən inşa edilmiş fərdi yaşayış evi mövcuddur, bununla bağlı Xanlar rayon Aqrar İslahat Komissiyasının qərarı əsasında tərtib edilmiş şəhadətnamə hazırlanmışdır. Həmin sənədlər torpağın mülkiyyətə verilməsinə dair ilkin hüquqmüəyyənedici sənədlər hesab olunur. Qeyd olunan sənədlər səlahiyyətli dövlət orqanı tərəfindən verilmiş və hal-hazıradək qüvvədədir. Həmin sənədlərin ləğv edilməsi və ya dəyişdirilməsi barədə, yəni onun qüvvədə olmasını şübhə altına alan hər hansı sübut yoxdur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun tələbinə əsasən isə həmin şəhadətnamə iddiaçının mübahisəli torpaq sahəsinə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün əsasdır. Belə olan halda iddiaçı hazırkı tələbində haqlı olmuşdur. Beləliklə, məhkəmə icraatında təsdiq olunmuş və barələrində proses iştirakçılarının öz münasibətlərini bildirmək imkanına malik olduqları faktları və sübutları araşdıraraq məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə qərarı yalnız mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatında (şifahi məhkəmə baxışında) iştirak etmiş hakimlər (hakim) tərəfindən qəbul edilə və imzalana bilər.
Nəticəvi hissə:
Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34, 68, 69, 75-ci və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı:
İddia təmin edilsin. İddiaçı ünvan 1 ünvanında yerləşən 0.06 ha həyətyanı torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq bu barədə müvafiq çıxarışın verilməsi öhdəliyi Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə həvalə edilsin. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.
Sədrlik edən Leyla Əliyeva