Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-334/2021 10.03.2021 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim İsgəndərova Aygül Vulqar qızının sədrliyi, Əliyeva Tahirə Nazim qızının katibliyi, İddiaçı, üçüncü şəxs X3 iştirakları ilə, İddiaçı Cavabdehnə (üçüncü şəxs X4) qarşı qeydiyyatdan çıxarılma tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı ******* nömrəli çıxarışın təsdiqlənmiş surətindən məlum olur ki, Gəncə şəhəri, Kəpəz rayonu, Nətavan qəsəbəsində yerləşən fərdi yaşayış evi İddiaçı xüsusi mülkiyyəti kimi xx.xx.2018-ci il tarixdə qeydiyyata alınmışdır. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin yaşayış yeri üzrə qeydiyyat haqqında xx.xx.2020-ci il tarixli, ******* nömrəli arayışına əsasən X2 şəhəri, Kəpəz rayonu, Nətavan qəsəbəsində yerləşən fərdi yaşayış evində qeydiyyatdadır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Cavabdeh xx.xx.2020-ci il tarixli, 120- 10647/3O-3220 nömrəli məktubu ilə X3 iddiaçıya məxsus Gəncə şəhəri, Kəpəz rayonu, Nətavan qəsəbəsində yerləşən fərdi yaşayış evindən qeydiyyatdan çıxarılmasından imtina edilmişdir. İmtina «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin 5-ci bəndinə istinadla onunla əsaslandırmışdır ki, şəxs yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında qeydiyyatdan çıxarıla bilər. İmtinanı qanunsuz hesab edən iddiaçı məhkəməyə müraciət edərək Cavabdeh üzərinə X3 ona məxsus Gəncə şəhəri, Kəpəz rayonu, Nətavan qəsəbəsində yerləşən fərdi yaşayış evindən qeydiyyatdan çıxarılması öhdəliyinin qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, X4 oğlu X5 ilə xx.xx.2011-ci il tarixdə ailə həyatı qurmuş və mülkiyyət hüququ ilə ona məxsus Gəncə şəhəri, Kəpəz rayonu, Nətavan qəsəbəsində yerləşən fərdi yaşayış evinə xx.xx.2018-ci il tarixdə pasport qeydiyyatına düşmüşdür. X4 gəlin kimi ona məxsus Gəncə şəhəri, Kəpəz rayonu, Nətavan qəsəbəsində yerləşən fərdi yaşayış evinə köçməmiş və heç vaxt orada yaşamamışdır. Üçüncü şəxs gəlin kimi ünvan 1 ünvanında yaşamışdır. Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(043)-330/2020 nömrəli qətnaməsi ilə iddiaçı X5 ilə cavabdeh X4 arasında olan xx.xx.2017-ci il tarixli nikahları pozulmuşdur. X1 ilə onun hər hansı qohumluq əlaqəsi yoxdur. X9 şəhəri, Kəpəz rayonu, Nətavan qəsəbəsində yerləşən fərdi yaşayış evində heç vaxt yaşamamış və onun həmin evlə heç vaxt əlaqəsi olmamışdır. Formal olaraq onun razılığı ilə pasport qeydiyyatına düşmüşdür. X3 ona məxsus evdə pasport qeydiyyatında qalması onun və ailə üzvlərinin hüquqlarının pozulmasına səbəb olur. Belə ki, mülkiyyətində olan məzillə bağlı sərəncam vermək hüququ məhdudlaşır, həmin şəxsə görə əlavə kommunal xərclər ödəmək məcburiyyətində qalır. Həmçinin bu şəxsə ünvanlanan poçt göndərişlərinin o və ailə üzvləri tərəfindən qəbul edilməsi şəxsi həyata və ailə həyatına hörmət hüququnun pozulmasına səbəb olur. İddiaçı məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmiş və əlavə olaraq bildirmişdir ki, keçmiş gəlini X4 ilə oğlunun nikahı pozulmuş və üçüncü şəxs öz anasına məxsus Dədə Qorqud küçəsi, ev 48b, mənzil 9 ünvanda yaşayır. Buna baxmayaraq keçmiş gəlini olan üçüncü şəxs ona məxsus evdə formal olaraq qeydiyyatdadır və bu onun mülkiyyət hüquqlarını sərbəst həyata keçirməsinə mane olur. Üçüncü şəxsdən başqa nəvələri də həmin evdə qeydiyyatdadırlar, ancaq nəvələrinin qeydiyyatda qalmasına etiraz etmir. Günel Məmmədovanın borcları var, borcu ilə əlaqədar olaraq qeydiyyatda olduğu evinə gəlib müraciət edib, axtarırlar. Hesab edir ki, Günel Məmmədovanın onun evinə dair heç bir hüququ yoxdur. Üçüncü şəxs X4 məhkəmə iclasında izahat verərək bildirmişdir ki, iddiaçının oğlu X5 ilə xx.xx.2011-ci il tarixdə el adəti ilə evlənmiş, lakin rəsmi nikaha xx.xx.2017-ci il tarixdə daxil olmuşlar. Evli olduqları müddətdə qayınanasına məxsus, hazırda qeydiyyatda olduğu evdə yaşamışdır. Sadəcə həmin evin hüquqmüəyyənedici sənədi olmadığından qeydiyyata düşə bilməmiş, yalnız evə dair lazımi sənədlər əldə edildikdən sonra qeydiyyata düşmüşdür. İddiaçının oğlu X5 ilə Gəncə şəhər Kəpəz Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsi əsasında rəsmi qaydada boşansa da, həmin qətnamə ilə onun yaşayış hüququna xitam verilməmişdir və hesab edir ki, həmin evə gəlin köçdüyündən, orada iddiaçı və ailə üzvləri ilə birlikdə təsərrüfatı idarə etdiyindən həmin mənzilə dair istifadə hüququ vardır və bu hüququn tanınması ilə bağlı müvafiq rayon məhkəməsinə müraciət edəcəkdir. Ona görə də, iddia tələbinin təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş edir. Cavabdeh orqana məhkəmə bildirişinin göndərilməsinə baxmayaraq, cavabdeh nümayəndəsinin iştirakını təmin etməmiş, məhkəmə işə baxa və iş üzrə qərar qəbul edə bilmişdir (İnzibati-Prosessual Məcəlləsinin 62.3-cü maddəsi). Məhkəmə araşdırmasının predmetini aşağıdakı sənədlər təşkil etmişdir: AZE seriyalı ******** nömrəli iddiaçıya məxsus şəxsiyyət vəsiqəsinin surəti; Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx xxxx 2018-ci il tarixli, RX seriyalı ******* nömrəli çıxarışın təsdiqlənmiş surəti; Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin yaşayış yeri üzrə qeydiyyat haqqında xx.xx.2020-ci il tarixli, ******* nömrəli arayışı; Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Cavabdeh xx.xx.2020-ci il tarixli, 120- 10647/3O-3220 nömrəli imtina məktubu; Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(043)-330/2020 nömrəli qətnaməsi; Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinin xx.xx.2021-ci il tarixli, **********92 nömərli məktubu. Əsaslandırma hissəsi: Məhkəmə iddiaçının və üçüncü şəxsin izahatlarını dinləyib, iddia tələbinin dəlillərini inzibati iş materialları ilə birlikdə araşdırıb hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, iddia tələbi təmin edilməməlidir. Məhkəmə ilk növbədə iddia tələbinin mümkünlüyünü yoxlayaraq müəyyən etmişdir ki, verilmiş iddia mümkündür və tələbin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, iddiaçı İnzibati-Prosessual Məcəllənin 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. İddianın ümumi və xüsusi mümkünlük şərtlərinə əməl olunmuş, iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın ərazi və predmet aidiyyəti düzgün müəyyən edilmiş, məhkəmədə iddia qaldırmazdan əvvəl həmin məsələnin həll olunması üçün iddiaçı müvafiq inzibati orqana müraciət etdikdən sonra məhkəməyə hazırkı iddia tələbini vermişdir. İşin mahiyyəti üzrə həlli ilə bağlı məhkəmə işdə olan sübutları tam və hərtərəfli araşdıraraq işin düzgün həlli üçün əhəmiyyəti olan faktiki hallar kimi müəyyən etmişdir ki, Gəncə şəhəri, Kəpəz rayonu, Nətavan qəsəbəsində yerləşən fərdi yaşayış evi xx xxxx 2018-ci il tarixli, RX seriyalı ******* nömrəli çıxarışa əsasən İddiaçı xüsusi mülkiyyətinə verilmişdir. İddiaçı Cavabdehnə müraciət edərək, xüsusi mülkiyyətində olan mənzildən X3 qeydiyyatdan çıxarılmasını xahiş etmiş, lakin inzibati orqan onu qeydiyyatdan çıxartmamış və iddiaçıya məhkəməyə müraciət etməsi təklif olunmuşdur. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin 1-6-cı yarımbəndlərinə əsasən şəxs yaşayış yeri üzrə qeydiyyatdan yaşayış yerini dəyişdikdə — yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; başqa ölkədə yaşayış yeri seçdikdə — müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; azadlıqdan məhrum edildikdə — məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında; öldükdə və ya məhkəmə qətnaməsi ilə ölmüş elan edildikdə — ölüm aktının qeydə alınması haqqında müvafiq dövlət orqanının məlumatı əsasında; yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında; qeydiyyata alınma üçün əsas olmuş sənədlərin və ya məlumatların həqiqətə uyğun olmadığı və ya qeydiyyat məsələsi həll edilərkən vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətə yol verildiyi aşkar edildikdə — məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. Qeyd olunan normaya görə qanunverici şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmasının altı əsasını müəyyən etmişdir: - şəxs yaşayış yeri üzrə qeydiyyatdan yaşayış yerini dəyişdikdə — yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi və Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinin məlumatına əsasən; - başqa ölkədə yaşayış yeri seçdikdə — Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi və Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinin məlumatına əsasən; - azadlıqdan məhrum edildikdə — məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında; - öldükdə və ya məhkəmə qətnaməsi ilə ölmüş elan edildikdə — ölüm aktının qeydə alınması haqqında müvafiq dövlət orqanının məlumatı əsasında; - yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında; - qeydiyyata alınma üçün əsas olmuş sənədlərin və ya məlumatların həqiqətə uyğun olmadığı və ya qeydiyyat məsələsi həll edilərkən vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətə yol verildiyi aşkar edildikdə — məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair” xx.xx.2020-ci il tarixli Qərarında Plenum hesab etmişdir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunda əsas müddəa kimi təsbit edilən yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola biləcəyi nəzərə alınmaqla yaşayış sahəsinə münasibətdə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında müvafiq icra hakimiyyəti orqanı (inzibati orqan) tərəfindən qeydiyyatdan çıxarılması təmin olunmalıdır. Əks halda məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. Həmin Qərarla həmçinin müəyyən olunmuşdur ki, yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. İşdə olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinin xx.xx.2021-ci il tarixli, **********92 nömərli məktubundan məlum olur ki, Samux rayonu, Bağbanlar kəndində (indiki Nətavan qəsəbəsi) yerləşən 0,06 ha torpaq sahəsinə dair İddiaçı adına «Torpağın mülkiyyətə verilməsinə dair» JN-305A, KOD 50702038 saylı şəhadətnamə işlənilmişdir. Gəncə şəhəri Kəpəz rayonu, Nətavan qəsəbəsi ünvanında yerləşən fərdi yaşayış evi JN-305A, KOD 50702038 saylı «Torpağın mülkiyyətə verilməsinə dair» şəhatənaməyə əsasən İddiaçı mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq **********484-10301 reyest nömrəli çıxarış verilmişdir. Göründüyü kimi iddiaçının oğlu X5 ilə üçüncü şəxs X3 nikahı xx.xx.2017-ci il tarixdə qeydiyyata alınmış, nikah qeydə alınan zaman hazırda üçüncü şəxsin qeydiyyatda olduğu və gəlin köçməklə yaşadığını iddia etdiyi mülk dövlət qeydiyyatına alınmamışdır. Beləliklə, məhkəmə qeyd edir ki, iddiaçı- üçüncü şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması üçün “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsində göstərilən əsaslardan hər hansı birinin mövcud olmasını, həmçinin üçüncü şəxsin həmin mülkə dair əmlak hüquqlarının olmamasını təsdiq edən hər hansı bir sübutu məhkəməyə təqdim etməmişdir. Belə olan halda məhkəmə hesab edir ki cavabdeh inzibati orqan tərəfindən verilmiş imtina məktubu qanuni və əsaslıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1 və 68.2-ci maddələrinin tələblərinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 69.4-cü maddəsinin tələblərinə əsasən məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68-69, 75, 81-ci maddələrini rəhbər tutaraq, qərara aldı: İddiaçı Cavabdehnə (üçüncü şəxs X4) qarşı qeydiyyatdan çıxarılma tələbi təmin edilməsin. Qərardan, onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apelyasiya şikayəti verə bilərlər. Qərar, apelyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Aygül İsgəndərova
Məhkəmə qərarları › İş №2-1(114)-334/2021
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-334/2021
10.03.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver