Məhkəmə qərarları › İş №2-1(114)-3343/2025

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-3343/2025

05.11.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-3343/2025 05.11.2025 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 14 saylı Ərazi Vergilər İdarəsinə qarşı qərarın ləğvi tələbinə dair iş üzrə Giriş hissə: Hakim Əliyeva Gülşən Talıb qızının sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Məhdud Cəmiyyətli Cəmiyyətinin (bundan sonra mətndə İddiaçı MMC) cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 14 saylı Ərazi Vergilər İdarəsinə (bundan sonra mətndə 14 saylı Ərazi Vergilər İdarəsi) qarşı xx.xx.2023-cü il tarixli **********954600 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması” barədə qərarın ləğv edilməsi tələbinə dair inzibati işə Gəncə İnzibati Məhkəməsinin (Gəncə şəhəri, H.Əliyev prospekti, 105) binasında açıq məhkəmə iclasında şifahi dinləmələr qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: I. İşin halları

1. İddiaçı MMC-yə xx.xx.2010-cu il tarixdə ********** nömrəli vergi ödəyicisinin eyniləşdirmə nömrəsi verilməklə, vergi ödəyicisi kimi 14 saylı Ərazi Vergilər İdarəsində qeydiyyata alınmışdır.

2. İddiaçı MMC-nin ünvan 1 ünvanda yerləşən ümumi sahəsi 164 kv.m olan "Restoran" adlı təsərrüfat subyektinin (obyektinin) (obyektin kodu: **********-15001), Ağstafa rayonu, Vurğun ŞTQ ünvanda yerləşən ümumi sahəsi 3530.2 kv.m. olan "X7 Kompleksi" adlı təsərrüfat subyektinin (obyektinin) (obyektin kodu: **********-36001), Ağstafa rayonu, Vurğun ŞTQ ünvanda yerləşən ümumi sahəsi 21703 kv.m olan "Aqroparka Yeməkxana" adlı təsərrüfat subyektinin (obyektinin) (obyektin kodu: **********- 36002) və ünvan 3 ünvanda yerləşən ümumi sahəsi 70 kv.m olan "Aqromarket" adlı təsərrüfal subyektinin (obyektinin) (obyektin kodu: **********-36003) uçotda olduğu müəyyən edilmişdir.

3. İddiaçı 2023-cü ilin 2-ci rübü üzrə Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları bəyannaməsi məlumatlarında 902-ci “Gəlirlər" sətirinin 1-ci ayı üzrə göstərilmiş 12.843,37 manat əmək haqqı məbləği, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin bildiriş bazasında qeyd edilmiş 54 nəfər işçi üzrə 23.708,00 manat əmək haqqı məbləğindən 10.864,63 manat az, 2-ci ayı üzrə göstərilmiş 6.426,76 manat gəlirin məbləği, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin bildiriş bazasında qeyd edilmiş 27 nəfər işçi üzrə 13.458,00 manat əmək haqqı məbləğindən 7.031,24 manat az və 3-cü ayı üzrə göstərilmiş 5.648,34 manat gəlirin məbləği, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin bildiriş bazasında qeyd edilmiş 21 nəfər işçi üzrə 11.058,00 manat əmək haqqı məbləğindən 5.409,66 manat az əks etdirildiyi müəyyən edilmişdir.

4. Qeyd edilən kənarlaşma ilə əlaqədar İddiaçınə “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” xx.xx.2023-cü il tarixli **********719300 saylı məktub göndərilmişdir.

5. 14 saylı Ərazi Vergilər İdarəsinin Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması üzrə xx.xx.2023-cü il tarixli **********954600 nömrəli qərarı əsasında İddiaçı MMC-yə 2023-cü ilin 2-ci rübü üzrə muzdlu işlə əlaqədar ödəmə mənbəyində vergi üzrə 6.991,63 manat məbləğində əlavə vergi məbləği hesablanmışdır.

6. “X7 Kompleksi" MMC tərəfindən vergi orqanına ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubda bildirilmişdir ki, **********883800 nömrəli uyğunsuzluq məktubuna əsasən 2023-cü ilin İİ rübü üzrə tərəflərindən təqdim edilmiş Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulmalar üzrə vahid bəyannamədə Əmək və Əhalinin Sosial Sosial Müdafiəsi Nazirliyinin bazasında olan əmək müqaviləsi bildirişləri üzrə qeyd olunan məbləğlərlə müqayisədə kənarlaşma olduğu qeyd edilmişdir. Uyğunsuzluq məktubunda qeyd etdikləri kənarlaşmanın əsas səbəbi müəssisənin fəaliyyətinin məhdudluğu ilə bağlı işçilərin faktiki iş günlərinin az olması və bu səbəbdən onlara hesablanmış əmək haqqı məbləğlərinin də aşağı olması ilə bağlıdır. Misal olaraq əmək müqaviləsi ilə işə qəbul olunmuş Fasih Gholamrezanın əmək müqaviləsi bugünədək aktiv qalsa da onun iş icazəsi 2021-ci ilin sonundan bitdiyi üçün ona heç bir əmək haqqı və əmək haqqından olan sosial ayırmalar hesablanmır. Tərəflərindən xx.xx.2023-cü il tarixdə təqdim edilmiş bəyannamədə qeyd olunan işçi sayı və əmək haqqı məbləği müəssisənin faktiki fəaliyyəti üzrə göstəriciləridir. Odur ki, təqdim edilmiş bəyannamənin nəzərə alınması xahiş edilmişdir.

7. “X7 Kompleksi" MMC tərəfindən vergi orqanına ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubda bildirilmişdir ki, 2024-cü ilin 3-cü rübü üzrə Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulmalar üzrə vahid bəyannamədə aşkarlanmış uyğunsuzluqla bağlı ünvanlanmış 3-21-2-20/2-34578/2024 saylı müraciətlərinə cavab olaraq bildirilir ki, tərəflərindən təqdim edilmiş bəyannamədə dövr ərzində işə qəbul olunmuş işçilər və onların işləmədiyi iş günlərinin səbəbləri barədə məlumatlar tam şəkildə qeyd olunmuşdur. Məlumat üçün bildirmək istəyirlər ki, Kəlbəcər-İstisu yolunun çəkilişində iştirak məqsədi ilə cəmiyyətləri ilə bağlanmış icarə müqaviləsi əsasında texnikaların icarəyə verilməsi nəzərdə tutulmuşdur. Ancaq işğaldan azad olunmuş ərazilərə giriş çıxışın məhdudluğu səbəbindən işçilərin iş yerinə getməsi üçün icazənin alınması tələb olunurdu. İcazənin alınması üçün isə ilk öncə işçilərlə əmək müqaviləsinin bağlanması. Bu səbəbdən həmin ərazidə işə cəlb olunacaq işçilərlə vaxtamuzd şəkildə əmək müqaviləsi bağlanmış və icazənin alınması üçün müvafiq quruma sənədlər göndərilmişdir. Uzun sürən prosesdən sonra buraxılış icazəsinin alına bilmədiyi üçün işçilərlə bağlanmış əmək müqavilələri də xitam olunmuşdur. İşçilərlə bağlanmış əmək müqaviləsinə nəzər yetirilsə faktiki iş ünvanının "Kəlbəcər rayonu" olduğu bir daha onlara məlum olacaqdır. Eyni zamanda müvafiq icazələr alınmadığı üçün həmin işçilər üçün əmək haqqı hesablarının açılması üçün banklara müraciət edilməmiş və hər hansı bir ödəniş aparılmamışdır. Bundan əlavə olaraq misal olaraq qeyd edir ki, xx.xx.2024-cü il tarixdə əmək müqaviləsi bağlanmış işçilər üzrə portal tərəfindən 1 ay üçün əmək haqqı məbləği hesablanır və ya ay ortası işə qəbul olmuş və ya xitam olmuş işçilərə də portalda olan aylıq əmək haqqı məbləğinin tam şəkildə hesablanması kənarlaşma məbləğinin süni şəkildə artımına gətirib çıxarır. Eyni zamanda müəssisənin istehsal sahəsinə tələb olunan mühəndis heyətinin ölkədə olmadığını nəzərə alaraq xaricdən cəlb edəyəci mütəxəssisə isə iş icazəsi və yaşamaq üçün icazənin verilməsinə imtina edildiyindən cəmiyyətin istehsal sahəsi də fəaliyyətsiz qalmışdır. Ümumiyyətlə bildirmək istəyirlər ki, qeyd olunan dövrdə 2 nəfər işçi işə cəlb olunmuş və bu da təqdim edilmiş bəyannamədə öz əksini tapmışdır. Yuxarıda qeyd olunanları nəzərə alaraq 2024-cü ilin 3-cü rübü üzrə 18 noyabr 2024-cü il tarixdə təqdim edilmiş dəqiqləşmiş bəyannaməsinin nəzərə alınmasını xahiş etmişdir.

8. 14 saylı Ərazi Vergilər İdarəsinin Təqdim edilmiş bəyannamədə müəyyən edilmiş kənarlaşmalar ilə əlaqədar zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında xx.xx.2024-cü il tarixli 3-21-2-20/2-34578/2024 nömrəli məktubunda bildirilmişdir ki, xx.xx.2024-cü il tarixdə təqdim etdiyi bəyannamədə, hesabatda kameral vergi yoxlamasının aparılması aşağıda göstərilən səbəbdən (səbəblərdən) mümkün olmamışdır. Tərəflərindən təqdim edilmiş “Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları bəyannamələri (hesabatı)”nda 902-ci “Gəlirlər” sətrinin 1-ci ayı üzrə göstərilmiş ******* manat gəlirin məbləği, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin bildiriş bazasında qeyd edilmiş 5200.00 manat gəlir məbləğindən 3800.00 manat az əks etdirildiyi üçün kənnarlaşma yaranmışdır. Tərəflərindən təqdim edilmiş “Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları bəyannamələri (hesabatı)”nda 902-ci “Gəlirlər” sətrinin 2-ci ayı üzrə göstərilmiş 1400.00 manat gəlirin məbləği, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin bildiriş bazasında qeyd edilmiş 8700.00 manat gəlir məbləğindən 7300.00 manat az əks etdirildiyi üçün kənarlaşma yaranmışdır. Tərəflərindən təqdim edilmiş “Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları bəyannamələri (hesabatı)”nda 902-ci “Gəlirlər” sətrinin 3-cü ayı üzrə göstərilmiş 1400.00 manat gəlirin məbləği, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin bildiriş bazasında qeyd edilmiş 3450.00 manat gəlir məbləğindən 2050.00 manat az əks etdirildiyi üçün kənarlaşma yaranmışdır. Tərəflərindən təqdim edilmiş “Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları bəyannamələri (hesabatı)”nda 902-ci “Gəlirlər” sətrinin 1-ci ayı üzrə göstərilmiş 1400.00 manat gəlirin məbləği, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin bildiriş bazasında qeyd edilmiş 5200.00 manat gəlir məbləğindən 3800.00 manat az əks etdirildiyi üçün kənarlaşma yaranmışdır. Tərəflərindən təqdim edilmiş “Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları bəyannamələri (hesabatı)nda” 902-ci “Gəlirlər” sətrinin 2-ci ayı üzrə göstərilmiş 1400.00 manat gəlirin məbləği, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin bildiriş bazasında qeyd edilmiş 8700.00 manat gəlir məbləğindən 7300.00 manat az əks etdirildiyi üçün kənarlaşma yaranmışdır. Tərəflərindən təqdim edilmiş “Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi, məcburi dövlət sosial sığorta, isşizlikdən sığorta bə icbari tibbi sığorta haqları bəyannamələri (hesabatı)”nda 902-ci “Gəlirlər” sətrinin 3-cü ayı üzrə göstərilmiş 1400.00 manat gəlirin məbləği, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin bildiriş bazasında qeyd edilmiş 3450.00 manat gəlir məbləğindən 2050.00 manat az əks etdirildiyi üçün kənarlaşma yaranmışdır. Bununla əlaqədar olaraq kameral vergi yoxlamasının başa çatdırılması üçün aşağıdakı zəruri sənədləri (məlumatları) təqdim etməyi tələb olunur. Həmin dövr üçün dəqiqləşdirilmiş Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulmalar üzrə vahid bəyannamə (hesabat) bəyannaməsi. Bildirilir ki, kameral vergi yoxlamasının başa çatdırılması üçün zəruri olan sənədlər (məəlumatlar) məktubda göstərilən müddətədək təqdim edilmədiyi halda Vergi Məcəlləsinin 37, 67 və 83cü maddələrinin müddəalarına əsasən vergi orqanının onun vergi, məcburi dövlət sosial sığorta haqqı və işsizlikdən sığorta haqqı üzrə öhdəliklərini yenidən hesablamaq hüququ vardır.

9. 14 saylı Ərazi Vergilər İdarəsinin xx.xx.2024-cü il tarixli 3-21-2-20/2-O-xx-xx/2024 nömrəli məktubunda bildirilmişdir ki, Vergi Məcəlləsinin 37.2-ci maddəsinə əsasən kameral vergi yoxlaması vergi ödəyicisi tərəfindən bu Məcəllənin 72-ci maddəsində nəzərdə tutulmuş vergi bəyannaməsinin, habelə cari vergi ödəmələrinin hesablanması haqqında arayışın təqdim edildiyi tarixdən mənfəət və gəlir vergisi bəyannaməsinə (ödəmə mənbəyində tutulan gəlirlər üzrə və xüsusi notariusun gəlir vergisi bəyannaməsi istisna olmaqla) münasibətdə 60 iş günü müddətində, digər bəyannamələrə, habelə cari vergi ödəmələrinin hesablanması haqqında arayışlara münasibətdə isə 30 iş günü müddətində keçirilir. Xaricdən əldə olunan gəlirlər üzrə xarici dövlətlərin səlahiyyətli orqanlarından müvafiq məlumatlar daxil oldugu halda kameral vergi yoxlaması bu Məcəllənin 85.4-cü maddəsində göstərilən dövr üzrə məlumatlar daxil oldugu tarixdən 30 iş günü müddətində keçirilir. Bununla əlaqədar olaraq, təqdim edilmiş müvafiq bəyannamədə qeyd edilən müddət ərzində kameral vergi yoxlaması keçiriləcək və kameral vergi yoxlamasının nəticəsi üzrə Vergi Məcəlləsinin tələblərinə uyğun qanunamüvafiq tədbirlər görüləcəkdir. Vergi qanunvericiliyi və inzibatçılığı, sosial sığorta haqlarının hesablanmasına və ödənilməsinə münasibətdə sosial sığorta, işsizlikdən sığorta və tibbi sığorta qanunvericilikləri ilə bağlı əlavə məlumat almaq üçün İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin internet saytına (www.taxes.gov.az), Çağrı Mərkəzinə (195) və vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə bilər. II. Məhkəmədə icraat

10. İddiaçı MMC cavabdeh 14 saylı Ərazi Vergilər İdarəsinə qarşı iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması üzrə xx.xx.2023-cü il tarixli **********954600 nömrəli qərarın ləğv edilməsi və onun vergi borcunun silinməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

11. Tələb onunla əsaslandırılmışdır ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 14 saylı Ərazi Vergilər İdarəsinin rəisi Zaur Mənsimli İddiaçı MMC barəsində Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması üzrə xx.xx.2023-cü il tarixli **********954600 nömrəli qərar qəbul etmişdir. Qərara əsasən 14 saylı Ərazi Vergilər İdarəsi tərəfindən aparılan kameral yoxlama nəticəsində müəssisənin Vergi Xidmətinə təqdim etdiyi bəyannamə üzrə hesablanmış 7.475,57 manat sosial sığorta və işsizlik sığortası əvəzinə, Vergi Xidməti 14.467,2 manat, yəni 6.991,63 manat əlavə hesablama etmişdir. İddiaçı tərəfindən dəfələrlə müraciət edilməyinə baxmayaraq hər hansı bir əsas olmadan hesablanmış artıq 6.991,63 manatın ləğv edilməsi həyata keçirilməmişdir. Vergi orqanının sistemdə olan işçiləri əsas götürərək sistemdən çıxarış əsasında hamıya hesablama aparması tamamilə yanlışdır. Sistemdə muzdlu müqavilə olsa da, 2-ci rübdən bir çox işçi öz hesabına məzuniyyətdə olub. Bir qisim işçi isə xəstəliyə görə hətta oktyabr ayına kimi müalicədə olduğundan nə işə gəlməyi, nə də tibb arayışı təqdim etmədiyinə görə heç bir hesablama aparılmayıb. Nəticədə həmin işçilər tutduğu vəzifəsindən azad edilərək əmək müqavilələrinə xitam verilib. İddiaçı hesab edir ki, 14 saylı Ərazi Vergilər İdarəsi tərəfindən hesablama hərəkətləri qanunsuz hesab edilərək, tərtib edilmiş xx.xx.2023-cü il tarixli **********954600 saylı qərar ləğv edilməli, artıq hesablanmış 6.991,63 manat şəxsi hesab vərəqəsindən silinməlidir.

12. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır.

13. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-1(114)-1099/2024 nömrəli qərardadı ilə iddia mümkün sayılmamışdır.

14. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2025-ci il tarixli 2- 1(104)-140/2025 nömrəli qərardadı ilə apellyasiya şikayəti təmin edilmiş, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-1(114)-1099/2024 nömrəli qərardadı ləğv edilmiş, iş materialları mahiyyəti üzrə baxılması üçün birinci instansiya məhkəməsinə göndərilmişdir. III. İddianın növü və mümkünlüyü

15. Məhkəmə qeyd edir ki, hazırkı iddia ümumi mümkünlük şərtlərinə (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.), eyni zamanda xüsusi mümkünlük şərtlərinə əməl olunmaqla verilmişdir. Belə ki, iddiaçı hazırkı iddianı qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmişdir.

16. Hazırkı iddia İPM-in 2.2.2-cü maddəsində nəzərdə tutulmuş mübahisələndirmə haqqında iddia növünə aiddir. İPM-ə görə: Maddə 2.2. İnzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.1. şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia). Maddə 8.1.2. Mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Azərbaycan Respublikasının xaricdə yerləşən diplomatik nümayəndəlikləri və konsulluqlarının səlahiyyətinə aid olan ərazilərdə Azərbaycan Respublikasına qarşı iddialara müvafiq icra hakimiyyəti orqanının yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. Maddə 8.2. Predmet və ya ərazi aidiyyəti üzrə mübahisəyə baxılması onun səlahiyyətinə aid olmadığı hallarda, məhkəmə tərəfləri dinlədikdən sonra xidməti vəzifəsinə görə mübahisənin aidiyyətini müəyyənləşdirir və həmin mübahisə ilə bağlı işi aidiyyəti üzrə müvafiq səlahiyyətli məhkəməyə göndərir.

17. Mübahisələndirmə haqqında iddia növünə aid iddianın mümkün sayılması üçün İPM-in 38-ci maddəsində nəzərdə tutulmuş müddətlərə riayət edilməlidir. Həmin maddəyə görə mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər.

18. Məhkəmə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2025-ci il tarixli 2-1(104)-140/2025 nömrəli qərardadında ifadə edilmiş mövqeni əsas götürməklə, iddia müddətinin ötmədiyi qənaətinə gəlmişdir.

19. Cavabdeh 14 saylı Ərazi Vergilər İdarəsinin yerləşdiyi Şəmkir şəhəri “Azərbaycan Respublikası apellyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının xx.xx.2019-cu il tarixli Qərarına əsasən Gəncə İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edilmişdir.

20. Məhkəmə hazırkı iddianın mübahisələndirmə haqqında iddia növünə aid olduğunu və iddiaçının yaşayış ünvanını nəzərə alaraq hesab edir ki, iddia ərizəsi ərazi aidiyyəti üzrə düzgün verilmişdir, hazırkı işə Gəncə İnzibati Məhkəməsində baxılmalıdır.

21. Göründüyü kimi, iddia mümkün iddiadır, ona görə ki, hazırkı iddianın qaldırılması üçün inzibati prosessual qanunvericilikdə nəzərdə tutulan həm ümumi, həm xüsusi mümkünlük şərtləri ödənilmiş və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir. IV. Prosessual məsələlər

22. İş üzrə inzibati prosessual qanunvericiliyin tələblərinə müvafiq prosessual hərəkətlər edilərək, işin şifahi məhkəmə baxış iclası xx.xx.2025-ci il tarixə təyin edilmişdir.

23. İddiaçının nümayəndəsi X3 və cavabdehin nümayəndəsi X4 məhkəmə iclasına gəlmişlər. V. Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri

24. Cavabdehin iddiaya qarşı yazılı etirazı xx.xx.2024-cü il tarixdə məhkəməyə daxil olmuşdur.

25. Etiraz onunla əsaslandırılmışdır ki, “Vergilərin, sosial sığorta və işsizlik sığorta haqlarının hesablanması barədə” 20 sentyabr 2023-cü il tarixli **********954600 nömrəli qərar iddiaçının elektron qutusuna göndərilmiş, elektron qutuda isə müvafiq olaraq 21 sentyabr 2023-cü il tarixdə saat 15:11-də oxunmuş və Qərardan şikayət vermə müddətini ötürmüşdür. Gəncə İzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-1(114)-1099/2024 nömrəli qərardadı ilə iddiaçının iddiası mümkün sayılmamşdır. Qeyd olunan qərardaddan apellyasiya şikayəti verilmiş və Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2- 1(104)-410/2024 nömrəli qərardadı ilə Gəncə İzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-1(114)-1099/2024 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmışdır. Qeyd olunan qərardaddan kassasiya şikayət verilmiş və Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli 2-1(102)-2548/2024 nömrəli qərarı Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-1(104)-410/2024 nömrəli qərardadı ləğv edilərək işə yenidən baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərilmişdir. Ali Məhkəmənin qərarında qeyd olunur ki, iş materiallarında olan və mübahisələndirilən qərar nə qədər ki elektron imza ilə təsdiq edilmədiyində və elektron sənədin həqiqiliyinin yoxlanılması mümkün olmadığından həmin qərarlar iddiaçıya çatdırılmamış hesab edilməlidir. Belə ki, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasinin Qanununa əsasən informasiya sistemində istifadə üçün elektron formada təqdim edilən və elektron imza ilə təsdiq olunmuş sənəd elektron sənəd hesab olunur (maddə 1.1.15) Həmin Qanunun 27-ci maddəsinə əsasən Alan aşağıdakı hallarda elektron sənədi Göndərən tərəfindən göndərilməmiş hesab etməlidir: elektron sənədin göndərilməməsi barədə bildiriş almışdırsa (maddə 27.3.1.), elektron sənədin həqiqiliyi təsdiqlənməmişdirsə (maddə 27.3.2.) elektron sənədin həqiqiliyinin yoxlanması nəticəsində Alana bəlli olmuşdur və ya bəlli olmalı idi ki, qəbul edilmiş elektron sənəd başqa sənədin avtomatik təkrarıdır. Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2025-cü il tarixli 2-1(102)-140/2025 nömrəli qərardadı ilə apellyasiya şikayəti təmin edilməmiş, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1 (114)-1099/2024 nömrəli qərardadı ləğv edilərək iş materialları mahiyyəti üzrə baxılması üçün Gəncə İzibati Məhkəməsinə göndərilmişdir. Cavabdeh 14 saylı Ərazi Vergilər İdarəsi iddiaçının iddia ərizəsində irəli sürülən iddia tələblərinə qarşı aşağıda qeyd olunan faktlara və hüquq normalarına əsaslanaraq etiraz edir. Belə ki, İddiaçı 2023-cü ilin 2-ci rübü üzrə Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları bəyannaməsi məlumatlarında 902-ci “Gəlirlər" sətirinin 1-ci ayı üzrə göstərilmiş 12.843,37 manat əmək haqqı məbləği, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin bildiriş bazasında qeyd edilmiş 54 nəfər işçi üzrə 23.708,00 manat əmək haqqı məbləğindən 10.864,63 manat az, 2-ci ayı üzrə göstərilmiş 6.426,76 manat gəlirin məbləği, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin bildiriş bazasında qeyd edilmiş 27 nəfər işçi üzrə 13.458,00 manat əmək haqqı məbləğindən 7.031,24 manat az və 3-cü ayı üzrə göstərilmiş 5.648,34 manat gəlirin məbləği, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin bildiriş bazasında qeyd edilmiş 21 nəfər işçi üzrə 11.058,00 manat əmək haqqı məbləğindən 5.409,66 manat az əks etdirildiyi müəyyən edilmişdir. Qeyd edilən kənarlaşma ilə əlaqədar İddiaçınə “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” xx.xx.2023-cü il tarixli **********719300 saylı məktub göndərilməsinə baxmayaraq, vergi ödəyicisi tərəfindən kənarlaşmaların səbəbi barədə müvafiq izahat, uyğunsuzluq məktubunda qeyd olunan sənədlər və dəqiqləşdirilmiş Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulmalar üzrə vahid bəyannaməsi müəyyən edilmiş müddətdə təqdim edilmədiyi üçün, Vergi Məcəlləsinin 37-ci, 67-ci və 83-cü maddələrinə əsasən 2023-cü ilin 2-ci rübü üzrə ümumilikdə 6.991,63 manat əlavə MDSS, işsizlik və İTS məbləğləri hesablanmış və “Vergilərin, sosial sığorta və işsizlik sığorta haqlarının hesablanması barədə” xx.xx.2023cü il tarixli, **********954600 saylı qərar qəbul edilərək vergi ödəyicisinə göndərilmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. Həmin Məcəllənin 38.3-cü maddəsinə əsasən inzibati aktla (inzibati aktın qəbul edilməsindən imtina ilə) bağlı şikayət “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 73.1-ci və ya 73.2-ci maddələrində nəzərdə tutulmuş müddətlərdə müvafiq icra hakimiyyəti orqanının yaratdığı quruma verildiyi halda bu Məcəllənin 38.1-ci və 38.2-ci maddələrində nəzərdə tutulmuş iddia müddətlərinin axımı həmin qurumun şikayət üzrə qəbul etdiyi qərar (verdiyi yazılı cavab) şikayətçiyə təqdim edilənədək dayandırılır. Vergi Məcəlləsinin 16.1.3-cü maddəsinə əsasən qanunvericiliklə nəzərdə tutulmuş qaydada gəlirlərinin (xərclərinin), o cümlədən vergidən azad edilən gəlirlərinin (xərclərinin) və vergitutma obyektlərinin uçotunu aparmağa, həmin Məcəllənin 16.1.6-cı maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmis hallarda və qaydada vergi orqanlarına və onların vəzifəli səxslərinə zəruri olan kagız və elektron dasıyıcılarda olan məlumatları və sənədləri (orta və iri sahibkarlıq subyektləri eləcə də maliyyə hesabatlarını), mühasibat uçotu elektron formatda aparıldığı halda, vergi ödəyicisinin özünün, filiallarının və digər struktur bölmələrinin elektron dasıyıcılarında olan məlumatlara və uçot bazalarına, habelə kommunal və rabitə xidmətləri göstərən vergi ödəyiciləri tərəfindən abunəçilər üzrə göstərilən və vergilərin hesablanmasına əsas verən xidmətlərin müddəti, həcmi, dəyəri, ödənişləri və digər iqtisadi göstəricilərini hesablayan və özündə əks etdirən, digər xidmət təminatçıları ilə qarşılıqlı hesablaşmaların aparılması üçün məlumatları saxlayan sistemlərə birbasa və ya məsafədən çıxıs imkanı yaratmaqla, həmin məlumatları vergi orqanının tələbi ilə təqdim etmək vergi ödəyicisinin vəzifələrinə aid edilmişdir. Həmin məcəllənin 16.1.7-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş müddətdə mühasibat uçotu sənədlərini və vergilərin hesablanması və ödənilməsi üçün zəruri olan digər sənədlərin, habelə alınan gəliri (hüquqi şəxslər üçün çəkilən xərcləri də) və ödənilən (tutulan) vergiləri təsdiq edən sənədlərin saxlanılmasını təmin etmək vergi ödəyicisinin vəzifələrinə aid edilmişdir. Həmin məcəllənin 23.1.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək, habelə Vergi Məcəlləsinin 23.1.2-ci maddəsinə əsasən vergi ödəyicilərində bütün maliyyə sənədlərini, mühasibat kitablarını, hesabatları, smetaları, nağd vəsaitləri, qiymətli kağızları və başqa qiymətliləri, bəyannamələri və vergilərin hesablanması və ödənilməsi ilə bağlı olan, o cümlədən bu Məcəllənin 16.1.6-cı maddəsində nəzərdə tutulmus məlumat və sənədləri qanunvericiliklə müəyyən edilmiş qaydada yoxlamaq, habelə yoxlamaların keçirilməsi zamanı yoxlamaya aid olan məsələlərlə bağlı vergi ödəyicilərindən və ya onun vəzifəli şəxslərindən lazımi izahatlar, arayışlar və məlumat almaq, habelə mühasibat uçotu elektron formatda aparıldığı halda vergi ödəyicisinin özünün, filiallarının və digər struktur bölmələrinin elektron daşıyıcılarındakı məlumatlarının verilməsini, həmin məlumatlara , habelə kommunal və rabitə xidmətləri göstərən vergi ödəyiciləri tərəfindən abunəçilər üzrə göstərilən və vergilərin hesablanmasına əsas verən xidmətlərin müddəti, həcmi, dəyəri, ödənişləri və digər iqtisadi göstəricilərini hesablayan və özündə əks etdirən, digər xidmət təminatçıları ilə qarşılıqlı hesablaşmaların aparılması üçün məlumatları saxlayan sistemlərə birbaşa və ya məsafədən çıxış imkanının yaradılmasını tələb etmək vergi orqanlarının hüquqlarına aid edilmişdir. Həmin məcəllənin 24.1.1-ci maddəsinə əsasən, vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət etməyə, vergi qanunvericiliyinə tam və dəqiq riayət etməyə vergi orqanlarının vəzifələrinə aid edilmişdir. Həmin məcəllənin 37.3-cü maddəsinə əsasən kameral yoxlama aparmaq üçün vergi ödəyicisi tərəfindən təqdim olunmuş bəyannamə və cari vergi ödəmələrinin hesablanması haqqında arayısla bağlı sənədlərdə olan məlumatlar arasında ziddiyyət və ya səhv aşkar edildikdə, vergi orqanı vergi ödəyicisindən əlavə məlumat, sənəd və izahat tələb edir. Həmin məcəllənin 130.1-ci maddəsinə əsasən, Vergi ödəyicisi vergi tutulan gəlirin (mənfəətin) dəqiq əks etdirilməsi üçün sənədləşdirilmiş məlumat əsasında gəlirlərinin və xərclərinin vaxtlıvaxtında dəqiq uçotunu aparmağa, bu fəsilə uyğun şəkildə tətbiq edilən uçot metodundan asılı olaraq gəlirlərini və xərclərini onların əldə edildiyi və ya çəkildiyi müvafiq hesabat dövrlərinə aid etməyə borcludur. Vergi ödəyicisinin istifadə etdiyi uçot metodunda xərclərin və daxilolmaların müddətləri və uçotu qaydasına dair bütün tələblər nəzərə alınmalıdır. Yuxarıda göstərilənləri nəzərə alaraq İddiaçı iddia tələbinin əsassız və qanunvericiliyin tələblərinə tam zidd olduğuna görə rədd edilməsini xahiş edir.

26. İddiaçının nümayəndəsi X3 məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddianın təmin olunması barədə qərar çıxarılmasını xahiş etmişdir.

27. Cavabdehin nümayəndəsi X4 məhkəmə iclası zamanı iddia tələbinə etiraz edərək, iddianın rədd edilməsini xahiş etmişdir.

28. Yekun məhkəmə aktının elan edilməsi xx.xx.2025-ci il tarixə təxirə salınmışdır.

29. Cavabdehin nümayəndəsi X2 yekun məhkəmə aktının elan olunmasında iştirak etmişdir. VI. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər

30. Məhkəmə araşdırmasının predmetini aşağıdakı sənədlər təşkil etmişdir: - Hüquqi şəxs haqqında məlumat; - “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” xx.xx.2023-cü il tarixli **********719300 saylı məktub; - 14 saylı Ərazi Vergilər İdarəsinin Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması üzrə xx.xx.2023-cü il tarixli **********954600 nömrəli qərarı; - “X7 Kompleksi" MMC tərəfindən vergi orqanına ünvanlanmış xx.xx.2023-cü il tarixli məktub; - “X7 Kompleksi" MMC tərəfindən vergi orqanına ünvanlanmış xx.xx.2024-cü il tarixli məktub; - 14 saylı Ərazi Vergilər İdarəsinin Təqdim edilmiş bəyannamədə müəyyən edilmiş kənarlaşmalar ilə əlaqədar zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında xx.xx.2024-cü il tarixli 3-21-2-20/2-34578/2024 nömrəli məktubu; - 14 saylı Ərazi Vergilər İdarəsinin xx.xx.2024-cü il tarixli 3-21-2-20/2-O-xx-xx/2024 nömrəli məktubu.

Əsaslandırma hissəsi:

VII. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi

31. Məhkəmə sübutları obyektiv, hərtərəfli və tam tədqiq edərək, inzibati iş materiallarını araşdırıb hüquqi qiymət verərək, belə qənaətə gəlir ki, iddia mahiyyət baxımından əsaslıdır və təmin edilməlidir.

32. İş materialları ilə müəyyən edilmiş hallardan görünür ki, İddiaçı MMC-yə xx.xx.2010-cu il tarixdə ********** nömrəli vergi ödəyicisinin eyniləşdirmə nömrəsi verilməklə, vergi ödəyicisi kimi 14 saylı Ərazi Vergilər İdarəsində qeydiyyata alınmışdır. İddiaçı MMC-nin ünvan 1 ünvanda yerləşən ümumi sahəsi 164 kv.m olan "Restoran" adlı təsərrüfat subyektinin (obyektinin) (obyektin kodu: **********-15001), Ağstafa rayonu, Vurğun ŞTQ ünvanda yerləşən ümumi sahəsi 3530.2 kv.m. olan "X7 Kompleksi" adlı təsərrüfat subyektinin (obyektinin) (obyektin kodu: **********-36001), Ağstafa rayonu, Vurğun ŞTQ ünvanda yerləşən ümumi sahəsi 21703 kv.m olan "Aqroparka Yeməkxana" adlı təsərrüfat subyektinin (obyektinin) (obyektin kodu: **********-36002) və ünvan 3 ünvanda yerləşən ümumi sahəsi 70 kv.m olan "Aqromarket" adlı təsərrüfal subyektinin (obyektinin) (obyektin kodu: **********-36003) uçotda olduğu müəyyən edilmişdir. İddiaçı 2023-cü ilin 2-ci rübü üzrə Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları bəyannaməsi məlumatlarında 902-ci “Gəlirlər" sətirinin 1-ci ayı üzrə göstərilmiş 12.843,37 manat əmək haqqı məbləği, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin bildiriş bazasında qeyd edilmiş 54 nəfər işçi üzrə 23.708,00 manat əmək haqqı məbləğindən 10.864,63 manat az, 2-ci ayı üzrə göstərilmiş 6.426,76 manat gəlirin məbləği, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin bildiriş bazasında qeyd edilmiş 27 nəfər işçi üzrə 13.458,00 manat əmək haqqı məbləğindən 7.031,24 manat az və 3-cü ayı üzrə göstərilmiş 5.648,34 manat gəlirin məbləği, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin bildiriş bazasında qeyd edilmiş 21 nəfər işçi üzrə 11.058,00 manat əmək haqqı məbləğindən 5.409,66 manat az əks etdirildiyi müəyyən edilmişdir. Qeyd edilən kənarlaşma ilə əlaqədar İddiaçınə “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” xx.xx.2023-cü il tarixli **********719300 saylı məktub göndərilmişdir. 14 saylı Ərazi Vergilər İdarəsinin Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması üzrə xx.xx.2023-cü il tarixli **********954600 nömrəli qərarı əsasında İddiaçı MMC-yə 2023-cü ilin 2-ci rübü üzrə muzdlu işlə əlaqədar ödəmə mənbəyində vergi üzrə 6.991,63 manat məbləğində əlavə vergi məbləği hesablanmışdır.

33. Məhkəmə aşağıda qeyd olunanlara əsasən iddia tələbini qanuni və əsaslı hesab edir.

34. Belə ki, Azərbaycan Respublikasının Vergi Məcəlləsinə görə: Maddə 16.1.1 və 16.1.3. Qanunla müəyyən edilmiş vergiləri, habelə bu Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək; qanunvericiliklə nəzərdə tutulmuş qaydada gəlirlərinin (xərclərinin), o cümlədən vergidən azad edilən gəlirlərinin (xərclərinin) və vergitutma obyektlərinin uçotunu aparmaq vergi ödəyicisinin vəzifəsidir. Maddə 24.1.1 və 24.1.2. Vergi orqanları vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət etməyə; vergi qanunvericiliyinə tam və dəqiq riayət etməyə; vergi ödəyicilərinin hüquqlarını və qanuni mənafelərini gözləməyə və müdafiə etməyə borcludur. Maddə 36.1. Vergi orqanları tərəfindən keçirilən yoxlamalar kameral və ya səyyar ola bilər. Maddə 36.2. Vergi yoxlamaları keçirildikdə, vergi orqanları və onların vəzifəli şəxsləri düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün halları, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan halları aydınlaşdırmalıdırlar. Maddə 37.1. Kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. Maddə 53.3. Bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur.

35. “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa görə: Maddə 11. Sosial sığorta haqqını vaxtında ödəmək sığortaolunanların vəzifəsidir. Maddə 14.3.1. Sığortaedən tərəfindən ödənilən sığorta haqqı – hesablanmış əməyin ödənişi fondunun və məcburi dövlət sosial sığortasına cəlb olunan digər gəlirlərin 22 faizi dərəcəsi ilə ödənilir. Maddə 14.6. Bu Qanunun 14.5.1-1-ci maddəsində göstərilən fiziki şəxslər istisna olmaqla, məcburi dövlət sosial sığorta haqqı hər ay üçün hesablanır, əməkhaqqı və digər gəlirlər üzrə ödənişlərlə eyni vaxtda, lakin sonrakı ayın 15-dən gec olmayaraq, tam məbləğdə yalnız nağdsız hesablaşma qaydasında ödənilir. Maddə 21. Məcburi dövlət sosial sığorta sahəsində idarəetməni həyata keçirən müvafiq icra hakimiyyəti orqanları sığortaedənlər barəsində maliyyə sanksiyaları tətbiq etmək hüququna malikdirlər.

36. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa görə Maddə 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Maddə 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Maddə 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Maddə 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Maddə 47.1. İnzibati orqan sübutlara iş üçün əhəmiyyət kəsb edən bütün faktiki və hüquqi hallara müvafiq olaraq qiymət verir.

37. İşin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına görə, cavabdeh tərəfindən iddiaçıya münasibətdə 2023-cü ilin 2-ci rübü üzrə ümumilikdə 6.991,63 manat məbləğində əlavə hesablama aparılmışdır.

38. Cavabdeh iddia edir ki, "X7 Kompleksi" MMC tərəfindən 2023-cü ilin 2-ci rübü üzrə Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları bəyannaməsinin (hesabatının) faktiki iqtisadi göstəricilərinə və ƏƏSMN-nin əmək müqaviləsi bildirişi bazasına uyğun olaraq təqdim edilmədiyi üçün, hesablanmış məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqlarının hesablanması qanunauyğundur.

39. Yəni, iddiaçı Cəmiyyət işçilərin faktiki işə cəlb olunduqları günlər üzrə onlara əmək haqqı hesablayaraq, ödəmiş və həmin məbləğlərə münasibətdə də MDSS, İTS və işsizlikdən sığorta haqları hesablayaraq, təqdim etdiyi bəyannamədə də həmin formada qeyd etmişdir.

40. Cavabdeh vergi orqanı isə həmin məbləği deyil, ƏƏSMN-nin əmək müqaviləsi bildirişi bazasına uyğun olaraq işçilərin əmək müqaviləsində qeyd edilmiş aylıq əmək haqqı məbləğini əsas götürməklə, əlavə MDSS, İTS və işsizlikdən sığorta haqları hesablamışdır.

41. Mübahisəyə dair iş üzrə materiallarda olan 14 saylı Ərazi Vergilər İdarəsinin Təqdim edilmiş bəyannamədə müəyyən edilmiş kənarlaşmalar ilə əlaqədar zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında xx.xx.2024-cü il tarixli 3-21-2-20/2- 34578/2024 nömrəli məktubunda bildirilmişdir ki, xx.xx.2024-cü il tarixdə təqdim etdiyi bəyannamədə, hesabatda kameral vergi yoxlamasının aparılması aşağıda göstərilən səbəbdən (səbəblərdən) mümkün olmamışdır. Tərəflərindən təqdim edilmiş “Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları bəyannamələri (hesabatı)”nda 902-ci “Gəlirlər” sətrinin 1-ci ayı üzrə göstərilmiş ******* manat gəlirin məbləği, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin bildiriş bazasında qeyd edilmiş 5200.00 manat gəlir məbləğindən 3800.00 manat az əks etdirildiyi üçün kənnarlaşma yaranmışdır. Tərəflərindən təqdim edilmiş “Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları bəyannamələri (hesabatı)”nda 902-ci “Gəlirlər” sətrinin 2-ci ayı üzrə göstərilmiş 1400.00 manat gəlirin məbləği, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin bildiriş bazasında qeyd edilmiş 8700.00 manat gəlir məbləğindən 7300.00 manat az əks etdirildiyi üçün kənarlaşma yaranmışdır. Tərəflərindən təqdim edilmiş “Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları bəyannamələri (hesabatı)”nda 902-ci “Gəlirlər” sətrinin 3-cü ayı üzrə göstərilmiş 1400.00 manat gəlirin məbləği, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin bildiriş bazasında qeyd edilmiş 3450.00 manat gəlir məbləğindən 2050.00 manat az əks etdirildiyi üçün kənarlaşma yaranmışdır. Tərəflərindən təqdim edilmiş “Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları bəyannamələri (hesabatı)”nda 902-ci “Gəlirlər” sətrinin 1-ci ayı üzrə göstərilmiş 1400.00 manat gəlirin məbləği, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin bildiriş bazasında qeyd edilmiş 5200.00 manat gəlir məbləğindən 3800.00 manat az əks etdirildiyi üçün kənarlaşma yaranmışdır. Tərəflərindən təqdim edilmiş “Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları bəyannamələri (hesabatı)nda” 902-ci “Gəlirlər” sətrinin 2-ci ayı üzrə göstərilmiş 1400.00 manat gəlirin məbləği, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin bildiriş bazasında qeyd edilmiş 8700.00 manat gəlir məbləğindən 7300.00 manat az əks etdirildiyi üçün kənarlaşma yaranmışdır. Tərəflərindən təqdim edilmiş “Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi, məcburi dövlət sosial sığorta, isşizlikdən sığorta bə icbari tibbi sığorta haqları bəyannamələri (hesabatı)”nda 902-ci “Gəlirlər” sətrinin 3-cü ayı üzrə göstərilmiş 1400.00 manat gəlirin məbləği, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin bildiriş bazasında qeyd edilmiş 3450.00 manat gəlir məbləğindən 2050.00 manat az əks etdirildiyi üçün kənarlaşma yaranmışdır.

42. Məhkəmə hesab edir ki, “Sosial sığorta haqqında” Qanunun 14.2-ci maddəsinə görə, məcburi dövlət sosial sığortasında sığorta haqqı əmək ödənişinə (gəlirə) nisbətdə faizlə müəyyən edildiyinə görə ödənilməyən əmək haqqına görə məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqlarının hesablanması əsassız sayılmalıdır.

43. Digər tərəfdən, məhkəmə tərəfindən işin müəyyən edilmiş hallarına görə, cavabdeh vergi orqanı iddiaçı Cəmiyyət tərəfindən təqdim edilmiş 2023-cü ilin 2-ci rübü üzrə Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları bəyannaməsi məlumatlarını deyil, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin bildiriş bazasında qeyd edilmiş məlumatları əsas götürmüş, yəni iddiaçının istinad etdiyi halları – faktiki işə cəlb olunan işçilərə cəlb olunduqları günlərə görə ödənilmiş əmək haqqına münasibətdə hesablanmış MDSS, İTS və işsizlikdən sığorta haqlarının məbləği ilə razılaşmamışdır.

44. Lakin eyni hal üzrə iddiaçı Cəmiyyətin təqdim etdiyi 2023-cü ilin 4-cü rübü üzrə Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları bəyannaməsi məlumatlarını qəbul etmişdir.

45. Belə ki, bəyannamədən sonra vergi orqanı tərəfindən “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” uyğunsuzluq məktubu göndərilsə də, “X7 Kompleksi" MMC tərəfindən yeni bəyannamə təqdim edilməmiş, yalnız vergi orqanına xx.xx.2023-cü il tarixli məktub ünvanlanaraq bildirilmişdir ki, **********883800 nömrəli uyğunsuzluq məktubuna əsasən 2023-cü ilin İİ rübü üzrə tərəflərindən təqdim edilmiş Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulmalar üzrə vahid bəyannamədə Əmək və Əhalinin Sosial Sosial Müdafiəsi Nazirliyinin bazasında olan əmək müqaviləsi bildirişləri üzrə qeyd olunan məbləğlərlə müqayisədə kənarlaşma olduğu qeyd edilmişdir. Uyğunsuzluq məktubunda qeyd etdikləri kənarlaşmanın əsas səbəbi müəssisənin fəaliyyətinin məhdudluğu ilə bağlı işçilərin faktiki iş günlərinin az olması və bu səbəbdən onlara hesablanmış əmək haqqı məbləğlərinin də aşağı olması ilə bağlıdır. Misal olaraq əmək müqaviləsi ilə işə qəbul olunmuş Fasih Gholamrezanın əmək müqaviləsi bugünədək aktiv qalsa da onun iş icazəsi 2021-ci ilin sonundan bitdiyi üçün ona heç bir əmək haqqı və əmək haqqından olan sosial ayırmalar hesablanmır. Tərəflərindən xx.xx.2023-cü il tarixdə təqdim edilmiş bəyannamədə qeyd olunan işçi sayı və əmək haqqı məbləği müəssisənin faktiki fəaliyyəti üzrə göstəriciləridir. Odur ki, təqdim edilmiş bəyannamənin nəzərə alınması xahiş edilmiş və müraciətdə qeyd olunan məlumatlar 2023-cü ilin 4-cü rübü üzrə tərəflərindən təqdim edilmiş muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları bəyannaməsinin (hesabatının) kameral yoxlanılması zamanı nəzərə alınmışdır (Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-1(114)-1271/2024 nömrəli qərarı).).

46. Göründüyü kimi, cavabdeh vergi orqanı tərəfindən eyni mühüm faktiki hallara dair rüblər üzrə müxtəlif qərarlar qəbul edilmiş və fərqli yanaşmanın səbəbləri əsaslandırılmamış, o cümlədən “ağlabat mütənasiblik” meyarına uyğunluğuna dair dəlillər gətirilməmişdir ki, bu da inzibati icraat haqqında qanunvericiliyin tələblərinə ziddir.

47. Belə ki, "İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununa görə: Maddə 12.2. İnzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. Maddə 12.4. İnzibati orqan diskresion səlahiyyətləri eyni üsulla və eyni qaydada həyata keçirməyə borcludur... Maddə 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Maddə 67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Maddə 67.3. Qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır.

48. Beləliklə, məhkəmə hesab edir ki, cavabdeh inzibati orqan tərəfindən qanunsuz olaraq qəbul edilmiş xx.xx.2023-cü il tarixli **********954600 nömrəli qərar ləğv edilməlidir.

49. İPM-ə görə: Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

50. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməlidir.

Nəticəvi hissə:

51. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 75 və 85-ci maddələrini rəhbər tutaraq

qərara aldı:

İddia təmin edilsin. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 14 saylı Ərazi Vergilər İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə xx.xx.2023-cü il tarixli **********954600 nömrəli qərarı ləğv edilsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına (Gəncə şəhəri, Atatürk prospekti, 252) apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Gülşən Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar