Məhkəmə qərarları › İş №2-1(114)-3352/2023

Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-3352/2023

10.07.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-3352/2023 10.07.2023 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına və Azərbaycan Respublikası X1rşı dövlət qulluğu pensiyasının təyin edilməsi tələbinə dair iş üzrə Giriş hissə: Hakim Əliyeva Gülşən Talıb qızı İddiaçı cavabdehlər Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına və Azərbaycan Respublikası X1rşı ona dövlət qulluğu pensiyasının təyin olunması öhdəliyinin cavabdehlərin üzərinə qoyulması tələbinə dair iddia ərizəsinə Gəncə İnzibati Məhkəməsinin (Gəncə şəhəri, H.Əliyev prospekti, 105) binasında məhkəmə iclasından kənar baxaraq aşağıdakı qərardadı qəbul etdi. Təsviri hissə: I. İşin halları

1. İddiaçı ona dövlət qulluğu pensiyasının təyin olunması ilə bağlı cavabdehlər Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına və Azərbaycan Respublikası X3nə müraciət etmişdir.

2. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı xx.xx.2021-ci il tarixli məktubunda bildirmişdir ki, "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 20.11.1-ci, 20.11.2-ci maddələrinə, "Dövlət qulluğu haqqında" Qanunun 23.2-ci maddəsinə əsasən dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyası dövlət qulluğu vəzifəsində 15 il və daha yuxarı qulluq stajı olan şəxsə münasibətdə təyin edilir. İddiaçının Mərkəzi Filiala təqdim etdiyi sənədlərdə qeyd edilən məlumatlardan göründüyü kimi, onun dövlət qulluğu stajı 15 ildən az (13 il 8 ay 11 gün (xx.xx.1982-xx.xx.1982-ci il, xx.xx.1982-xx.xx.1983-cü il, xx.xx.1988-xx.xx.1991-ci il, xx.xx.1991-xx.xx.1992-ci il, xx.xx.1994-xx.xx.1999-cu il və xx.xx.2018-xx.xx.2021-ci il tarixləri arasındakı dövr)) təşkil edir. Bu səbəbdən də ona dövlət qulluqçusu kimi əmək pensiyasının hesablanması qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir.

3. Cababdeh Azərbaycan Respublikası X3 xx.xx.2023-cü il tarixli məktubunda bildirmişdir ki, Azərbaycan Respublikası Prezidentinin 1 sentyabr 2005-ci il tarixli 290 saylı Fərmanı ilə təsdiq edilmiş "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının Qanununa əsasən pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə 1991ci il oktyabrın 18-dək dövlət, sovet, partiya orqanlarında çalışmış dövlət qulluqçularının vəzifələrinin İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı"nın 1.15-ci bəndində (1991-ci il oktyabrın 18-dək olan dövr) yalnız Azərbaycan SSR nazirlik, dövlət komitələrinin aparatında mövcud olmuş vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması aparılmışdır. "Azərbaycan SSR Kənd Təsərrüfatı Nazirliyi məsələləri haqqında" Azərbaycan Kommunist Partiyasının Mərkəzi Komitəsinin və Azərbaycan SSR Nazirlər Sovetinin 1975-ci il 20 avqust tarixli 277 nömrəli Qərarına 2 nömrəli Əlavədə Nazirliyin mərkəzi aparatının strukturu müəyyən edilmişdir. X4 İdarəsi Nazirliyin mərkəzi aparatının strukturunda nəzərdə tutulmamışdır. Həmin Qərar "Azərbaycan SSR Kənd Təsərrüfatı Nazirliyinin mərkəzi aparatının strukturunun təsdiq edilməsi haqqında" Azərbaycan SSR Nazirlər Sovetinin 6 mart 1980-ci il tarixli 99 nömrəli Qərarına əsasən qüvvədən düşmüşdür. Azərbaycan SSR Nazirlər Sovetinin 6 mart 1980-ci il tarixli 99 nömrəli Qərarına Əlavədə Azərbaycan Nazirliyin mərkəzi aparatının strukturu müəyyən edilmişdir. X4 İdarəsi Nazirliyin mərkəzi aparatının strukturunda nəzərdə tutulmamışdır. Qeyd edilənlərə əsasən iddiaçının xx.xx.1978-xx.xx.1982-ci illərdə X4 İdarəsində aqronom və böyük aqronom vəzifələrində işlədiyi müddət dövlət qulluğunda qulluq stajı hesablanarkən nəzərə alınmır.

4. İddiaçı cavabdehlər Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına və Azərbaycan Respublikası X1rşı iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə məhkəməyə müraciət edərək, ona dövlət qulluğu pensiyasının təyin olunması vəzifəsinin cavabdehlərin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

5. İddiaçı tələbini onunla əsaslandırılmışdır ki, onun xx.xx.1978-ci ildən xx.xx.1982ci ilədək olan 3 il 3 ay dövlət qulluğu stajı nəzərə alınmamışdır. O, 26 sentyabr 1978-ci ildə təyinatla Kənd Təsərrüfatı Nazirliyinin Bərdə Аqrar İstehsalat idarəsinə göndərilmiş orada aqronom olaraq fəaliyyətə başlayaraq 1982-ci ilədək aqronom, böyük aqronom vəzifələrində çalışmışdır. 01.1982-ci ildə X4 idarəsinin bazasında Bərdə X6 yaradılmışdır. Əmrə əsasən o, tutduğu vəzifəni bu idarədə davam etdirmişdir. Mütəxəssis onun həmin idarədəki 3 il 3 ay stajını dövlət qulluğu kimi nəzərə almalı idi. Bu səbəbdən o bu işi araşdıran mütəxəssisin işini qeyri-qanuni hesab edir. X6 yaradılmaqla sadəcə ad dəyişilmiş, məzmun dəyişməmişdir. O, Aqrar istehsalat idarəsində hansı işi görmüşsə X2 də həmin işi davam etdirmişdir. Necə ola bilər ki, mütəxəssis X2 işlədiyi işi dövət qulluğu hesab edir, Aqrar İstehsalat idarəsində işlədiyi işi dövlət qulluğu hesab etmir. İstər o dövr olsun, istər indiki dövr, Kənd Təsərrüfatı Nazirliyinin yerli kənd təsərrüfatı idarələrində işləyən işçilər dövlət qulluqçusu sayılır. O dövrdə Aqrar İstehsalat İdarəsi adlanırdı, indi isə X5 adlanır. Bu işlə bağlı müraciətlərinə konkret olaraq standart cavab verməklə kifayətlənirlər.

6. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır.

Əsaslandırma hissəsi:

7. Məhkəmə iddia ərizəsini, ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, iddia tələbi mümkün sayılmamalıdır.

8. Belə ki, «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 05 nömrəli Qərarına görə: Bənd 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Bənd 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Bənd 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Bənd 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. Bənd 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Bənd 4.1. İPM-in 35.1-ci maddəsinə görə, iddianın mümkün sayılması üçün iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalıdır. Bənd 15.5. İPM-in 78-ci maddəsinə əsasən mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. Bənd 5.6. Qeyd olunan maddələrdə təsbit olunmuş halları müəyyən etdikdə məhkəmələr verilmiş iddianı mümkün saymamalıdırlar.

10. Məhkəmə ilk öncə qeyd edir ki, iddia ərizəsində qeyd olunmuş cavabdehlər Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin tələblərinə görə müştərək hüquqi maraqlara malik deyildir və hüquq və vəzifələri eyni faktiki və hüquqi əsaslara söykənmir, həmçinin pensiyanın təyin edilməsi Azərbaycan Respublikası X3nin səlahiyyətlərinə aid deyil, ona görə də hazırkı mübahisə üzrə prosessual həmiştirakçılar kimi çıxış edə bilməzlər.

11. Eyni zamanda, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-1(114)- 2115/2022 nömrəli qərarı ilə (hakim F.Hüseynov) müəyyən edilir ki, İddiaçı ona dövlət qulluğu pensiyasının təyin olunması vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması tələbi ilə xx.xx.2022-ci il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət etmiş, məhkəmənin həmin qərarı ilə işə mahiyyəti üzrə baxılaraq iddia təmin edilməmişdir.

12. 2-1(114)-2115/2022 nömrəli iş arxivdən götürülərək ona baxış keçirilmiş və müəyyən edilmişdir ki, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-1(114)- 2115/2022 nömrəli qərarı tərəflərə göndərilmiş və ondan apellyasiya şikayəti verilməmişdir. Beləliklə, qərar qanuni qüvvəsini almışdır.

12. Məhkəmə hesab edir ki, eyni tərəflər arasında eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair işlə bağlı qanuni qüvvəsini almış məhkəmə qərarı mövcud olduğundan, hazırkı iddia tələbi mümkün sayıla bilməz.

13. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 78. maddəsinə əsasən mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir.

14. Həmin normaya görə, eyni tərəflər arasında olan inzibati iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə müəyyən edilmiş faktlar həmin tərəflər arasında başqa bir inzibati icraatda təkrar mübahisələndirilə bilmək imkanını itirmiş olur. Yalnız o halda bu cür iddia mümkün sayılır ki, qərarın qanuni qüvvəyə minməsindən sonra işin faktiki və hüquqi halları dəyişmiş və bununla da yeni iddia predmeti yaranmış olsun.

16. Hazırkı iş üzrə məhkəmə qeyd edir ki, işin faktiki və hüquqi əsasları dəyişməmiş, iddiaçının eyni faktiki və hüquqi əsaslarla qaldırdığı iddia üzrə qəbul edilmiş məhkəmə qərarı qanuni qüvvəsini almışdır. İddiaçı isə yenidən analoji tələblə məhkəmədə iddia qaldırmış, yalnızca cari tələbində əlavə olaraq Azərbaycan Respublikası X3ni də cavabdeh qismində qeyd etmişdir ki, bu Qərarın 10-cu bəndində göstərilənlər onun hazırkı tələb üzrə cavabdeh olmasını istisna etdiyindən, iddia mümkün sayılmamalıdır.

17. İPM-in: - 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. - 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. - 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir.

Nəticəvi hissə:

18. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati- Prosessual Məcəlləsinin 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq

qərara aldı:

İddia mümkün sayılmasın. Qərardaddan onun təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına (Gəncə şəhəri, Atatürk prospekti, 252) apellyasiya şikayəti verilə bilər.

Hakim Gülşən Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar