Məhkəmə qərarları › İş №2-1(114)-3359/2025

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-3359/2025

21.01.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-3359/2025 21.01.2026 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iş üzrə Giriş hissə: Hakim Əliyeva Gülşən Talıb qızının sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı müharibə veteranı adı və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə Gəncə İnzibati Məhkəməsinin (Gəncə şəhəri, H.Əliyev prospekti, 105) binasında açıq məhkəmə iclasında şifahi dinləmələr qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: I. İşin halları

1. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Arxivinin 3-25-28/2-P-2xxxx/2025 nömrəli xx.xx.2025-ci il tarixli məktubunda və məhkəmə sorğusuna Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xx.xx.2025-ci il tarixli 3-25-29/2-867/2025 nömrəli cavab məktubunda bildirilmişdir ki, N №-li hərbi hissə komandirinin N aprel N92-ci il tarixli 3 №-li əmrində (əsas: səh-3, §-1, əmrdə adı və atasının adı tam yazılmamış, hərbi rütbəsi qeyd olunmamışdır) Mingəçevir batalyonunun hərbi qulluqçusu İddiaçı döyüş tapşırığını yerinə yetirərək döyüş əməliyyatları bölgəsindən qayıtması barədə məlumat vardır. N №-li hərbi hissə komandirinin N aprel N92-ci il tarixli 4 №-li əmrində (əsas səh-4, §-1, bənd-5, əmrdə adı və atasının adı tam yazılmamış, hərbi rütbəsi qeyd olunmamışdır) Mingəçevir batalyonunun hərbi qulluqçusu İddiaçı döyüş tapşırığını yerinə yetirmək üçün döyüş əməliyyatları bölgəsinə göndərilməsi barədə məlumat vardır. N №-li hərbi hissə komandirinin N aprel N92-ci il tarixli 9 №-li əmrində (əsas səh-8, §-2, əmrdə adı və atasının adı tam yazılmamış, hərbi rütbəsi qeyd olunmamışdır) İddiaçı döyüş tapşırığını yerinə yetirmək üçün Hacıkənd rayonu döyüş əməliyyatları bölgəsinə göndərilməsi barədə məlumat vardır. Qeyd edilmişdir ki, Müdafiə Nazirliyinin Mərkəzi Arxivində olan N №-li hərbi hissə komandirinin (Tərtər ƏÖMB) xx.xx.N91-xx.xx.N93-cü il tarixli nizami hissə üzrə əmrlərində İddiaçı xidməti barədə məlumat aşkar olunmamışdır.

2. AR Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsinin xx.xx.2025-ci il tarixli məktubunda bildirilmişdir ki, vətəndaş İddiaçı komissiyaya xx.xx.2025-ci il tarixdə müraciət etmiş, sənədlərinə komissiyanın xx.xx.2025-ci il tarixli iclasında baxılmış, barəsində müsbət qərar qəbul edilməmiş və xx.xx.2025-ci il tarixli 3-25-14/2-P-9483-20/25 nömrəli xaric olma məktubu ilə cavab verilmişdir.

3. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsinin xx.xx.2025-ci il tarixli cavab məktubunda qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyinə daxil olmuş ərizənizə cavab olaraq bildiririk ki, Sizə "Müharibə Veteranı" adının və vəsiqəsinin verilməsi ilə əlaqədar göndərilən sənədlərə Müdafiə Nazirliyinin aparatı nəzdində "Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya"nın xx.xx.2025-ci il tarixli iclasında baxılmış və barənizdə müsbət qərar qəbul edilməmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Arxivinin xx.xx.2025ci il tarixli 3-25-29/2-1703/2025 nömrəli arayışına əsasən xx.xx.N92-ci il tarixdən sonra xidməti barədə məlumat olmadığına görə Sizə "Müharibə Veteranı" adının və vəsiqəsinin verilməsindən imtina olunur. Əlavə olaraq bildirilmişdir ki, "Vətəndaşların müraciətləri haqqında" Qanunun 14.08-ci maddəsinə görə ərizəçi müraciəti barədə qəbul edilmiş qərarla razılaşmadıqda həmin qərardan inzibati və (və ya) məhkəmə qaydasında 30 (otuz) gün müddətinə şikayət vermək hüququna malikdir.

4. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Arxivinin xx.xx.2025-ci il tarixli məktubunda N №-li hərbi hissə komandirinin N aprel N92-ci il tarixli 3 N№-li əmrində İddiaçı (əsas: § 1, səh 3, əmrdə adı və atasının adı tam yazılmamışdır, hərbi rütbəsi və vəzifəsi göstərilməyib) döyüş tapşırıqlarını yerinə yetirmək üçün döyüş əməliyyatları rayonuna gəlmiş hesab edilmiş Mingəçevir batalyonunun hərbi qulluqçularının siyahısında adı qeyd olunmuşdur. N №-li hərbi hissə komandirinin N aprel N92-ci il tarixli 4 N№-li əmrində İddiaçı (əsas: § 1, bənd 5, səh 4, əmrdə adı və atasının adı tam yazılmamışdır, hərbi rütbəsi və vəzifəsi göstərilməyib) döyüş tapşırıqlarını yerinə yetirmək üçün döyüş əməliyyatları rayonuna göndərilmiş Mingəçevir batalyonunun hərbi qulluqçularının siyahısında adı qeyd olunmuşdur. N №-li hərbi hissə komandirinin N aprel N92-ci il tarixli 9 №-li əmrində İddiaçı (əsas: § 2, səh 8, əmrdə adı və atasının adı tam yazılmamışdır, hərbi rütbəsi və vəzifəsi göstərilməyib) döyüş tapşırıqlarını yerinə yetirmək üçün Hacıkənd döyüş əməliyyatları rayonuna göndərilmiş hərbi qulluqçuların siyahısında adı qeyd olunmuşdur. Qeyd edilmişdir ki, N №-li hərbi hissə komandirinin may-dekabr N92-ci il tarixli nizami hissə üzrə əmrlərində və şəxsi heyətin əlifba qeydiyyatı kitablarında İddiaçı xidməti barədə məlumat aşkar olunmamışdır. II. Məhkəmədə icraat

5. İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, ona müharibə veteranı adı və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

6. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.N62-ci ildə anadan olmuşdur. xx.xx.N80-ci ildə müddətli həqiqi hərbi hərbi xidmətə gedib xx.xx.N82-ci il tarixdə qayıtmışdır. N92-ci ildə səfərbərliklə çağırılıb torpaqların bütövlüyü uğrunda gedən döyüşlərdə erməni silahlı qüvvələrinə qarşı döyüşlərdə iştirak etmişdir. Hərbi biletində də keçdiyi döyüş yolu qeyd edilmiş, xx.xx.N92-ci ildən xx.xx.N92-ci ilə kimi Goranboy rayonunda erməni silahlı birləşmələrinə qarşı döyüş əməliyyatlarında iştirak etməyi yazılmışdır. Lakin torpaqların bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etdiyinə görə ona X2 veteranı adı verilməli olduğu halda, bu günədək veteran adı verilməmişdir. O, döyüşdən qayıtdıqdan sonra bir müddət veteran adı almaq üçün müraciət etsə də, müxtəlif bəhanələr gətirilmişdir. Onunla döyüş əməliyyatlarında olan döyüş yoldaşlarının əksəriyyəti müharibə veteranı adı almış və müharibə veteranı kimi bütün imtiyazlardan istifadə edirlər. Ona görə də bu barədə Müdafiə Nazirliyinə müraciət etmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Arxivindən ona verilmiş xx.xx.2025-ci il tarixli 3- 25-25/2-P-2xx-xx/2025 №-li cavabda mənim N №-li hərbi hissə komandirinin bir neçə əmri ilə döyüş tapşırığını yerinə yetirərək döyüş əməliyyatları bölgəsinə göndərilməyi və qayıtmağı göstərilsə də, sonda göstərilmişdir ki, "Qeyd edirik ki, Müdafiə Nazirliyinin Mərkəzi Arxivində olan N №-li hərbi hissə komandirinin (Tərtər ƏQMB) xx.xx.N91xx.xx.N93-cü il tarixli nizami hissə üzrə əmrlərində X3 xidməti barədə məlumat aşkar olunmamışdır". Onun döyüşlərdə iştirak etməyini onunla bir yerdə vuruşan döyüş yoldaşları da təsdiq edə bilərlər. Odur ki, ona müharibə veteranı adının verilməsi üçün məhkəməyə müraciət etməli olmuşdur. III. İddianın növü və mümkünlüyü

7. Məhkəmə qeyd edir ki, hazırkı iddia ümumi mümkünlük şərtlərinə (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.), eyni zamanda xüsusi mümkünlük şərtlərinə əməl olunmaqla verilmişdir. Belə ki, iddiaçı hazırkı iddianı qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmişdir.

8. Hazırkı iddia İPM-in 2.2.3-cü maddəsində nəzərdə tutulmuş öhdəliyin icrası haqqında iddia növünə aiddir. Həmin növ iddianın xüsusi mümkünlük şərti kimi əvvəlcə eyni tələblə inzibati orqana müraciət edilməsi barədə şərt ödənilmişdir.

9. Cavabdeh orqanın səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə etdiyi üçün hazırkı işə xüsusi aidiyyət qaydası tətbiq olunmaqla, iddiaçının yaşayış yeri (və ya olduğu yer) üzrə baxılır. İddiaçının yaşadığı (olduğu) yer olan Ağstafa rayonu “Azərbaycan Respublikası apellyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının xx.xx.20N-cu il tarixli Qərarına əsasən Gəncə İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edilmişdir.

10. Məhkəmə hazırkı iddianın öhdəliyin icrası iddia növünə aid olduğunu və cavabdehin yerləşdiyi yerin ünvanını nəzərə alaraq hesab edir ki, işə ərazi aidiyyəti üzrə Gəncə İnzibati Məhkəməsində baxılmalıdır.

11. Göründüyü kimi, iddia mümkün iddiadır, ona görə ki, hazırkı iddianın qaldırılması üçün inzibati prosessual qanunvericilikdə nəzərdə tutulan həm ümumi, həm xüsusi mümkünlük şərtləri ödənilmiş və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir. IV. Prosessual məsələlər

12. İş üzrə inzibati prosessual qanunvericiliyin tələblərinə müvafiq prosessual hərəkətlər edilərək, şifahi məhkəmə baxışı iclası xx.xx.2026-cı il tarixə təyin edilmiş, bu barədə tərəflərə məlumat verilərək şifahi məhkəmə baxışı ilə bağlı iclasa gəlmədikləri halda onların iştirakı olmadan ərizəyə baxılacağı və iş üzrə qərar qəbul ediləcəyi barədə xəbərdarlıq edilmişdir.

13. İddiaçı məhkəmə iclasına gəlmiş, cavabdehin nümayəndəsi isə məhkəmə iclasında iştirak etməmiş və gəlməməsinin üzrlü səbəbləri və ya mümkünsüzlüyü barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. V. Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri

14. Cavabdeh orqanın məhkəməyə etirazı daxil olmamışdır.

15. İddiaçı şifahi məhkəmə baxışı iclasında iddianı müdafiə edərək, onun təmin edilməsinə dair qərar çıxarılmasını xahiş etmişdir.

Əsaslandırma hissəsi:

VI. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi

16. Məhkəmə inzibati iş materiallarını araşdırıb, mövcud olan sübutları obyektiv, hərtərəfli və tam tədqiq etməklə, onlara hüquqi qiymət verərək belə qənaətə gəlir ki, iddia mahiyyət baxımından əsassızdır və təmin edilməməlidir.

17. İş materiallarından müəyyən olur ki, İddiaçı tələbi ona müharibə veteranı adı və vəsiqəsinin verilməsi ilə bağlıdır, hansı ki, N №-li hərbi hissə komandirinin xx.xx.N92-ci il tarixli 3 №-li əmrində (əsas: §-1, səh-3, əmrdə adı və atasının adı tam yazılmamışdır, hərbi rütbəsi və vəzifəsi qeyd olunmamışdır, əmr olduğu kimi köçürülmüşdür) döyüş tapşırıqlarını yerinə yetirmək üçün döyüş əməliyyatları rayonuna gəlmiş hesab edilmiş, Mingəçevir batalyonunun hərbi qulluqçularının siyahısında İddiaçı adı qeyd olunmuş, N №-li hərbi hissə komandirinin xx.xx.N92-ci il tarixli 4 N№-li əmrində (əsas: §-1, səh-4, bənd-5, əmrdə adı və atasının adı tam yazılmamışdır, hərbi rütbəsi və vəzifəsi qeyd olunmamışdır, əmr olduğu kimi köçürülmüşdür) döyüş tapşırıqlarını yerinə yetirmək üçün döyüş əməliyyatları rayonuna göndərilmiş, Mingəçevir batalyonunun hərbi qulluqçularının siyahısında İddiaçı adı qeyd edilsə də, xx.xx.N92-ci il tarixdən sonra xidmətiniz barədə məlumat olmadığına görə ona müharibə veteranı adı və vəsiqəsinin verilməsindən imtina olunmuşdur.

18. Məhkəmə iddiaçıya müharibə veteranı adı və vəsiqəsinin verilməsindən imtina əsaslarını və bu məsələdə cavabdeh orqanın hərəkətlərinin qanunauyğun olubolmamasını araşdırmaqla, cavabdeh orqanın imtinasını qanuni və əsaslı hesab edir.

19. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr N95-ci il tarixli, 216 nömrəli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnaməyə görə: Bənd 1. Müharibə veteranı adı aşağıdakı qaydada verilir: - Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda N88-ci il fevralın 1-dən N94 cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin N94-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında. Qeyd. 1. Bu qayda Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil olunmur.

20. Göründüyü kimi, Birinci Qarabağ müharibəsində döyüş əməliyyatlarında iştirak etmiş şəxslərə müharibə veteranı vəsiqəsinin verilməsi üçün qanunda nəzərdə tutulmuş iki şərt mövcuddur: - Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda N88-ci il fevralın 1-dən N94 cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş hərbi qulluqçulara; - N94-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara.

21. Göründüyü kimi, şəxs ya N88-ci il fevralın 1-dən N94 cü il mayın 12-dək Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etməli, ya atəşkəsdən, yəni N94-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak etməli və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almalı olmuş olsun.

22. Hazırkı halda iddiaçının N №-li hərbi hissə komandirinin xx.xx.N92-ci il tarixli 3 №-li əmrində (əsas: §-1, səh-3, əmrdə adı və atasının adı tam yazılmamışdır, hərbi rütbəsi və vəzifəsi qeyd olunmamışdır, əmr olduğu kimi köçürülmüşdür) döyüş tapşırıqlarını yerinə yetirmək üçün döyüş əməliyyatları rayonuna gəlmiş hesab edilmiş, Mingəçevir batalyonunun hərbi qulluqçularının siyahısında İddiaçı adı qeyd olunmuş, N №-li hərbi hissə komandirinin xx.xx.N92-ci il tarixli 4 N№-li əmrində (əsas: §-1, səh-4, bənd-5, əmrdə adı və atasının adı tam yazılmamışdır, hərbi rütbəsi və vəzifəsi qeyd olunmamışdır, əmr olduğu kimi köçürülmüşdür) döyüş tapşırıqlarını yerinə yetirmək üçün döyüş əməliyyatları rayonuna göndərilmiş, Mingəçevir batalyonunun hərbi qulluqçularının siyahısında İddiaçı adı qeyd edilsə də, xx.xx.N92-ci il tarixdən sonra İddiaçı xidməti barədə məlumat aşkar olunmamışdır.

23. Göründüyü kimi, cavabdeh inzibati orqanın İddiaçı müharibə veteranı adının və vəsiqəsinin verilməsindən imtina etməsinə səbəb sonuncunun xx.xx.N92-ci il tarixdən sonra xidməti barədə məlumat olmamasıdır ki, aparılmış məhkəmə araşdırmaları ilə də həmin hal öz təsdiqini tapmışdır.

24. Azərbaycan Respublikası Müdafiə Nazirinin 6 yanvar N98-ci il tarixli, 4 nömrəli əmri ilə qüvvəyə minmiş “Müharibə veteranı”, “Silahlı Qüvvələr veteranı” və “Əmək veteranı” adlarının verilməsinin qayda və şərtləri haqqında” Əsasnamənin Silahlı Qüvvələrdə tətbiq edilməsi qaydalarına dair Təlimata görə: Bənd 1.6. N91-ci il oktyabrın 9-dan N94-cü il mayın 10-dək döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə “Müharibə veteranı” adı və vəsiqəsi Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçməsini sübut edən sənədlər (şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, döyüşlərdə yaralanma haqqında arayışlar, nizami hissə üzrə əmrlərdən çıxarışlar, hərbi biletlər, Müdafiə, Daxili İşlər və Milli Təhlükəsizlik nazirliklərinin orqanları, yerli icra hakimiyyəti, hərbi idarəetmə orqanları və ya hərbi hissələri tərəfindən verilmiş arayışlar) əsasında verilir. “Müharibə veteranı” adı və vəsiqəsi almaq üçün döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanın şəxsi heyətinin siyahılarında olmasını sübut edən nizami hissə üzrə əmrdən çıxarış mütləq təqdim edilməlidir.

25. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «X1 şikayətinə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının xx.xx.2006-cı il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» xx.xx.2007-ci il tarixli Qərarında göstərilmişdir ki, müharibə veteranı adının verilməsi ilə bağlı mübahisələr məhkəmələrdə həll olunarkən hər bir halda şəxsin döyüş zonasında hansısa obyektiv və ya subyektiv səbəbdən olması və bu halda hansı şəxs qismində çıxış etməsi ilə yanaşı, onun Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirakının sübuta yetirilməsi vacibdir. Məhkəmə baxışı zamanı hər hansı bir şəxsin məhz döyüş əməliyyatlarının hərbi terminologiyada qəbul olunmuş anlayışına və məzmununa aid edilə biləcək əməllərdə iştirakı tədqiq olunmalıdır.

26. Beləliklə, məhkəmə yuxarıda şərh olunanlara əsasən belə nəticəyə gəlir ki, inzibati orqanın imtinası qanunvericiliyin tələblərinə uyğundur və İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddiası təmin edilməməlidir.

27. İPM-ə görə: Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

28. Beləliklə, məhkəmə hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Nəticəvi hissə:

29. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 75 və 85-ci maddələrini rəhbər tutaraq

qərara aldı:

İddia təmin edilməsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına (Gəncə şəhəri, Atatürk prospekti, 252) apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən Gülşən Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar