Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-336/2021 29.04.2021 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Axundov Emin Tahir oğlunun sədrliyi, Xəlilov Eldar Yaşar oğlunun katibliyi, iddiaçının nümayəndəsi (vəkili) Vəkil, üçüncü şəxs X1 nümyəndəsi (vəkili) X11 və digər üçüncü şəxs “xxxx” ASC-nin nümayəndələri X9 və X7 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı (üçüncü şəxslər X4 və “xxxx” ASC) “Öhdəliyin ötürülməsi barədə razılaşma” haqqında 20.04.2016-cı il tarixli müqavilənin şərtlərinə əsasən ipoteka ilə yüklü edilmiş, üçüncü şəxs X1 mülkiyyətində olan Gəncə şəhəri, Nizami rayonu, Cavadxan küçəsində 0,0479 ha torpaq sahəsində yerləşən 38 nömrəli üçüncü mərtəbə binanın birinci girişində, ikinci mərtəbəsində 3 otaqlı 6 nömrəli mənzil üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınması və çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. T ə s v i r i h i s s ə: İddiaçı (bundan sonra mətndə iddiaçı) cavabdeh Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinə (bundan sonra mətndə cavabdeh) qarşı (üçüncü şəxs X4) 08.12.2020-ci il tarixdə iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, “Öhdəliyin ötürülməsi barədə razılaşma” haqqında 20.04.2016-cı il tarixli müqavilənin şərtlərinə əsasən ipoteka ilə yüklü edilmiş, üçüncü şəxs X1 mülkiyyətində olan Gəncə şəhəri, Nizami rayonu, Cavadxan küçəsində 0,0479 ha torpaq sahəsində yerləşən 38 nömrəli üçüncü mərtəbə binanın birinci girişində, ikinci mərtəbəsində 3 otaqlı 6 nömrəli mənzil üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınması və çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Gəncə İnzibati Məhkəməsi tərəfindən qəbul edilmiş 10.03.2021-ci il tarixli, 2-1(114)- 336/2021 nömrəli qərardad ilə “xxxx” ASC iş üzrə inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb olunmuşdur. İddia tələbi onunla əsaslandırılmışdır ki, “xxxx” ASC cavabdehlər X8 və qeyrilərinə qarşı kredit borcunun ödənilməsi, borcun ödənilməsinin ipoteka ilə yüklü edilmiş əmlaklara yönəldilməsi, ev sahiblərinin evdən çıxarılması və s. haqda iddia qaldırmışdır. İddia ərizəsi üzrə tərəflər razılıq əldə edərək barışıq sazişi bağlamışlar. Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 15.02.2016-cı il tarixli, 2(043)-268/2016 saylı qərardadı əsasında barışıq sazişi təsdiq edilmişdir. Barışıq sazişi əsasında əldə olunmuş razılığa əsasən 20 aprel 2016-cı il tarixdə “öhdəliyin ötürülməsi barədə razılaşma"’ müqaviləsi bağlanmış və bu müqavilə girov saxlayan ’‘xxxx” ASC-nin Bakı baş ofisi və Gəncə filialının nümayəndələri, Pərnisə Əmrahova, Nuriddin Əmrahov və iddiaçı tərəfindən imzalanaraq notarial qaydada təsdiqlənmişdir. Həmin razılaşma əsasında iddiaçı Pərnisə Əmrahovanın “xxxx” ASC qarşısında olan pul öhdəliyini öz üzərinə götürmüşdür. Pərnisə Əmrahova və ipoteka qoyan Nuriddin Əmrahov isə razılaşmada qeyd edilən 3 ədəd girov olan daşınmaz əmlak mülkiyyətçiləri pul öhdəliyini qəbul etdiyi üçün iddiaçının mülkiyyətinə verməyi öhdəsinə götürmüşdür. Razılaşmanın 2-ci bəndinə əsasən pul öhdəliyinin ötürülməsi girov əmlakların iddiaçının mülkiyyətinə keçirilməsi ilə şərtləndirilmişdir. Razılaşmada qeyd edilən əmlaklardan Nuriddin Əmrahovun adına qeydə alınmış razılaşmada ipoteka qoyana məxsus olması göstərilən Gəncə şəhəri, Nizami rayonu Cavad Xan küçəsi, 38 nömrəli, 3 mərtəbə binanın 1-ci girişində, 2-ci mərtəbəsində 3 otaqlı 6 nömrəli mənzil də iddiaçının mülkiyyətinə verilməsinə dair notarial qaydada təsdiqlənmiş müqavilə olmasına baxmayaraq Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsi bu haqda iddiaçının ərizəsinin mümkün hesab etməmişdir. Razılaşmada qeyd edilmiş digər 2 daşınmaz əmlaklar iddiaçının mülkiyyətinə verilmişdir. Bunun müqabilndə də, borc öhdəliyinin əhəmiyyətli hissəsi icra edilmişdir. Ancaq cavabdehin iddiaçıya ünvanladığı 27.11.2020-ci il tarixli məktubda bildirilmişdir ki, Gəncə şəhəri, Nizami rayonu, Cavad Xan küçəsi 38 nömrəli, 3 mərtəbə binanın 1-ci girişində, 2-ci mərtəbəsində 3 otaqlı 6 nömrəli mənzilin iddiaçının adına mülkiyyət hüququna dair çıxarışın verilməsi üçün mülkiyyətçinin razılıq ərizəsi və eləcə də ipoteka saxlayan “xxxx” ASC-nin razılıq məktubu təqdim edildiyi halda mülkiyyət hüququ qeydə alına bilər. İddiaçı hesab edir ki, cavabdehin imtinası əsassızdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin tələblərinə əsasən inzibati mübahisəyə dair iş üzrə qanunamüvafiq prosessual hərəkətlər edildikdən sonra işin şifahi məhkəmə baxışı iclası 29 aprel 2021-ci il tarixə təyin edilmişdir. Şifahi məhkəmə baxışı iclasında iddiaçının nümayəndəsi (vəkili) Vəkil iddia tələbini müdafiə edərək və iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək, “Öhdəliyin ötürülməsi barədə razılaşma” haqqında 20.04.2016-cı il tarixli müqavilənin şərtlərinə əsasən ipoteka ilə yüklü edilmiş, üçüncü şəxs X1 mülkiyyətində olan Gəncə şəhəri, Nizami rayonu, Cavadxan küçəsində 0,0479 ha torpaq sahəsində yerləşən 38 nömrəli üçüncü mərtəbə binanın birinci girişində, ikinci mərtəbəsində 3 otaqlı 6 nömrəli mənzil üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınması və çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şifahi məhkəmə baxışı iclasında üçüncü şəxs X1 nümyəndəsi (vəkili) X15 iddia tələbinə etiraz edərərək iddia ərizəsinin təmin olunmamasını xahiş etmişdir. Şifahi məhkəmə baxışı iclasında üçüncü şəxs “xxxx” ASC-nin nümayəndələri X9 və X12 ayrı-ayrılıqda iddia tələbinə etiraz edərərək iddia ərizəsinin təmin olunmamasını xahiş etmişlər. Həmçinin bildirmişlər ki, əmlakın iddiaçının adına qeydə alınmasına etiraz edirlər. Əvvəlki məhkəmə iclasında cavabdehin nümayəndəsi X6 iddia tələbinə etiraz edərək, iddia ərizəsinin təmin olunmamasını xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsi nümayəndəsinin iştirakını məhkəmə iclasında təmin etməmiş, səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 62.3-cü maddəsinin tələblərinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsi məhkəməyə ünvanladığı 27.01.2021-ci il tarixli, **********55 etiraz ərizəsi ilə iddianın təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəməyə aşağıdakı sənədlər təqdim olunmuşdur: - İddiaçıya məxsus AZE seriyalı 16360062 nömrəli şəxsiyyət vəsiqəsinin surəti; - Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinin iddiaçıya ünvanladığı imtina məktubunun əsli; - “Öhdəliyin ötürülməsi barədə” 22.04.2016-cı il tarixli razılaşmanın surəti; - Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 15.02.2016-cı il tarixli, 2(043)-268/2016 nömrəli qərardadının surəti. Həmin sənədlərin məzmununa istinad edilir və onlar məhkəmə araşdırmasının əsasını təşkil etmişlər. Ə s a s l a n d ı r m a h i s s ə s i: Məhkəmə, iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq, həmçinin, mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-nin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddianın qaldırılması ilə bağlı Məcəllədə nəzərdə tutulmuş müddətə riayət olunmuşdur (İPM-in 39.1-ci maddəsi). İddia aşağıdakılara görə əsaslı deyil. İddia ərziəsinə əlavə olunmuş “Öhdəliyin ötürülməsi barədə” 22.04.2016-cı il tarixli razılaşmanın 1.1-ci bəndinə əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 522-ci maddəsinin tələbini rəhbər tutaraq bu razılaşma bağlanmışdır ondan ötrü ki:
1. X8 G00914 saylı, 07 fevral 2014-cü il tarixli, "Kredit limitinin ayrılması haqqında müqaviləyə əsasən 10.10.2014-cü il tarixdə onunla bağlanmış "G00914 saylı, 07 fevral 2014-cü il tarixli kredit limitinin ayrılması haqqında müqavilə daxilində kredit sazişi" (G155KK14-G00914 saylı), 15.10.2014-cü il tarixdə onunla bağlanmış "G00914 saylı, 07 fevral 2014-cü il tarixli kredit limitinin ayrılması haqqında müqavilə daxilində kredit sazişi" (G159KK14-G00914 saylı), 07.11.2014-cü il tarixdə onunla bağlanmış ''GQ0914 saylı, 07 fevral 2014-cü il tarixli kredit limitinin ayrılması haqqında müqavilə daxilində kredit sazişi" (G177KK14- G00914 saylı), 28.11.2014-cü il tarixdə "G00914 saylı, 07 fevral 2014-cü il tarixli kredit limitinin ayrılması haqqında müqavilə daxilində kredit sazişi" (G188KK14- 600914 saylı) üzrə pul öhdəliklərini İddiaçı ötürür.
2. İddiaçı qeyd olunan pul öhdəliklərinin icrasının təmini məqsədilə ipoteka ilə yüklü edilmiş, mülkiyyət hüququ əsasında X2 məxsus olan Gəncə şəhəri, Nizami rayonu, Cavadxan küçəsində istifadədə olan 0,0479 ha torpaq sahəsində yerləşən 38 nömrəli, 3 mərtəbəli binanın 1-ci girişində, 2-ci mərtəbəsində, 80.4 k.m. ümumi, 51.1 kv.m. yaşayış sahəsindən ibarət 3 otaqlı 6 nömrəli mənzilin, mülkiyyət hüququ əsasında X5 məxsus olan Gəncə şəhəri, Nizami rayonu, Qala küçəsində istifadədə olan 0,0333 ha torpaq sahəsində yerləşən 10 nömrəli, 1 mərtəbəli binanın 1-ci girişində, 1-ci mərtəbəsində, 232,6 k.m. ümumi, 160.7 kv.m. yaşayış sahəsindən ibarət 8 otaqlı 1 nömrəli mənzilin, mülkiyyət hüququ əsasında X5 məxsus olan Gəncə şəhəri, Nizami rayonu, Qala küçəsində istifadədə olan 0,0302 ha torpaq sahəsində yerləşən 8 nömrəli, 1 mərtəbəli binanın 1-ci girişində, 1-ci mərtəbəsində, 168,6 k.m. ümumi, 156.8 kv.m. yaşayış sahəsindən ibarət 7 otaqlı 1 nömrəli mənzilin onun mülkiyyətinə keçirilməsi şərtilə pul öhdəliyini X3 qəbul edir.
3. Bu razılaşmanın 2-ci bəndinin icrası məqsədilə öhdəliklərin icrasının təminat üsulu kimi bu razılaşmanın həmin bəndində göstərilən hər üç əmlakın müvafiq mülkiyyətçiləri mülkiyyət hüquqlarının İddiaçı keçməsinə razılıqlarını ifadə edirlər.
4. “xxxx” ASC, İddiaçı, X4 və X8 təsdiq edir ki, bu razılaşma ilə ötürülən öhdəliklərlə eyni vaxtda “xxxx” ASC-nin tələblərin təminatı qismində çıxış edən ipoteka hüququ “xxxx” ASCdə saxlanılır. Bu razılaşma onun imzalanması ilə əmlaklar İddiaçı ötürüldükdən sonra müvafiq ipotekalar üzrə tələb hüquqlarının “xxxx” ASC-nin xeyrinə dövlət qeydiyyatına alınması üçün əsasdır.
5. 15.02.2016-cı il tarixdə “xxxx” ASC ilə X8, İddiaçı və X4 arasında Gəncə şəhəri Kəpəz rayon Məhkəməsində bağlanmış barışıq sazişi və həmin sazişin təsdiq olunması barədə məhkəmənin qəbul etdiyi 2(043)-268/2016 saylı, 15.02.2016-ci il tarixli qərardadın şərtlərini tərəflər birmənalı olaraq qəbul edir və öhdəlik icra olunmayacağı təqdirdə müvafiq qərardadın icra olunmasına razılıqlarını bildirirərək razılaşma daxilində öhdəliyin İddiaçı tərəfindən icra olunacağına razılıq verilər.
6. “xxxx” ASC yuxarıda göstərilmiş şərtlər yerinə yetiriləcəyi təqdirdə öhdəliyin ötürülməsinə etiraz etmir.
7. Razılaşma tərəflərin imzaladığı andan qüvvəyə minir. Onun şərtlərinin dəyişdiirlməsi hər hansı səbəbdən ləğv olunmasına yol verilmir. İşin faktiki hallarından görünür ki, Gəncə şəhəri 2 saylı notariat kontoru tərəfindən təsdiq edilmiş 20 aprel 2016-cı il tarixli, 3M-80 reyestr nömrəli “öhdəliyin ötürülməsi barədə razılaşma”nın 2-ci bəndində İddiaçı pul öhdəliklərinin icrasının təmini məqsədilə ipoteka ilə yüklü edilmiş, mülkiyyət hüququ əsasında X2 məxsus olan ünvan 3 ünvanında yerləşən 6 nömrəli mənzilin İddiaçı mülkiyyətinə keçirilməsi şərtilə pul öhdəliyini kredit alandan qəbul etməsi qeyd olunmuşdur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.3cü maddəsinə əsasən, daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslardan hesab olunur. ünvan 4 ünvanında yerləşən 6 nömrəli mənzil üzərində İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün mülkiyyətçi ilə İddiaçı arasında notarial qaydada təsdiq edilmiş müqavilə və “xxxx” ASC-nin ünvan 3 ünvanında yerləşən 6 nömrəli mənzilin İddiaçı adına qeydiyyata alınmasına etiraz etməməsi barədə məktub 3 saylı Gəncə Ərazi İdarəsinə təqdim ediləcəyi təqdirdə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsi tərəfindən qanunamüvafiq tədbirləri görülməsi barədə iddiaçıya rəsmi məktub göndərilmişdir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsi daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatı qanunvericiliklə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər əsasında aparır və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 23-cü maddəsinə əsasən İdarə dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 2-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsi və digər normativ-hüquqi aktları ilə müəyyən olunmuş qaydada aparılır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 9-cu maddəsinə əsasən qanuna uyğun olaraq hüquqların dövlət qeydiyyatı haqqında ərizə və ərizəyə əlavə olunan sənədlər qəbul edilir, daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğu yoxlanılır və bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmaması müəyyən edilir. Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 12.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanunun 11-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı üçün təqdim edilən sənədlərə tələblər üzrə hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitm verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Beləliklədə məhkəmə Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinin imtinasını qanunvericiliyin tələblərinə uyğun hesab edir. Məhkəmə aşağıdakılara əsasən cavabdeh inzibati orqanın imtinasını qanunvericiliyin tələblərinə uyğun hesab edir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 4.1-ci maddəsinə əsasən 2006-cı il iyulun 6-dək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. Həmin Qanunun 2-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsi və digər normativhüquqi aktları ilə müəyyən olunmuş qaydada aparılır. Həmin Qanunun 10-cu maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı bu qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin, onun tərəfindən vəkil edilmiş şəxsin bilavasitə təqdim edilən və ya notarius vasitəsilə göndərilən ərizəsi əsasında aparılır. Həmin Qanunun 11-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Həmin Qanunun 12-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənəd əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Həmin Qanunun 23-cü maddəsinə əsasən idarə dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir. Məhkəmə iclasında üçüncü şəxs “xxxx” ASC-nin nümayəndələri X9 və X12 ayrı-ayrılıqda qeyd edilən mənzilə dair iddiaçının adına çıxarışın verilməsinə etiraz etmişlər. Beləliklədə məhkəmə araşdırma nəticəsində belə nəticəyə gəlirki, üçüncü şəxs “xxxx” ASC-nin qeyd edilən tələbə dair razılığı olmadığından cavabdeh orqanın imtinası əsaslıdır. Avropa Məhkəməsinin “Layıcov Azərbaycana qarşı” 10 aprel 2014-cü il tarixli qərarında qeyd edilir ki, məhkəmə sübutları qiymətləndirən zaman “əsaslı şübhələr yaratmayan” sübut standartını əsas kimi götürür. Belə sübut kifayət qədər güclü, aydın və ziddiyyət təşkil etməyən mülahizələrdən və ya faktların eyni dərəcədə təkzib olunmayan ehtimallarından irəli gələ bilər. Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən, məhkəmənin həqiqətə nail olması üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradılmaması, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquq normalarına müvafiq olaraq qiymətləndirilməməsi və bununla da qəbul edilən məhkəmə aktlarının qanunilik və əsaslılıq meyarlarına cavab vermədiyindən ədalətli olmasını şübhə altına alır. (Konstitusiya Məhkəməsi Plenumunun F.Cavadov və V.Aslanovun şikayəti ilə əlaqədar 2008-ci il 30 dekabr tarixli, X.Xəlilovun şikayəti üzrə 2009-cu il 16 yanvar tarixli, N.Manafovun şikayəti üzrə 2009-cu il 13 iyul tarixli Qərarları). Konstitusiyada ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri kimi işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması, məhkəmə icraatının çəkişmə prinsipi əsasında həyata keçirilməsi təsbit olunmuşdur (Konstitusiyanın 127-ci maddəsinin İİ və Vİİ hissələri). Avropa Məhkəməsi Van de Huk Niderlanda qarşı iş üzrə 19 aprel 1994-cü il tarixli Qərarında sübutların qiymətləndirilməsi və onların aidiyyəti və mümkünlüyü məsələsinin həllində milli məhkəmələrin səlahiyyətini nəzərə alaraq göstərmişdir ki, Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi ədalət mühakiməsi orqanının üzərinə tərəflərin təqdim etdiyi mülahizələri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq vəzifəsini qoyur. İddiaçı oğlu iddia tələbinin əsaslığını sübut etməli olduğu halda bunu edə bilməmiş və cavabdeh inzibati Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinin hərəkətləri qanunvericiliyin tələblərinə uyğun olmuşdur. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68.1-ci maddəsinin tələblərinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin maddənin 2-ci hissəsinin tələblərinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 336.4-cü maddəsinin tələblərinə əsasən məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. Cavabdehin iddianı qəbul etdiyi hallarda, qərarın əsaslandırma hissəsində yalnız iddianın cavabdeh tərəfindən qəbul edildiyi onun məhkəmə tərəfindən təsdiq olunduğu göstərilə bilər. Həmin Məcəllənin 336.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək və iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında belə hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı (üçüncü şəxslər X4 və “xxxx” ASC) “Öhdəliyin ötürülməsi barədə razılaşma” haqqında 20.04.2016-cı il tarixli müqavilənin şərtlərinə əsasən ipoteka ilə yüklü edilmiş, üçüncü şəxs X1 mülkiyyətində olan Gəncə şəhəri, Nizami rayonu, Cavadxan küçəsində 0,0479 ha torpaq sahəsində yerləşən 38 nömrəli üçüncü mərtəbə binanın birinci girişində, ikinci mərtəbəsində 3 otaqlı 6 nömrəli mənzil üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınması və çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə iddia tələbi təmin edilməməlidir. N ə t i c ə v i h i s s ə: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68- 336, 75, 81-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı:
İddiaçı cavabdeh Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı (üçüncü şəxslər X4 və “xxxx” ASC) “Öhdəliyin ötürülməsi barədə razılaşma” haqqında 20.04.2016-cı il tarixli müqavilənin şərtlərinə əsasən ipoteka ilə yüklü edilmiş, üçüncü şəxs X1 mülkiyyətində olan Gəncə şəhəri, Nizami rayonu, Cavadxan küçəsində 0,0479 ha torpaq sahəsində yerləşən 38 nömrəli üçüncü mərtəbə binanın birinci girişində, ikinci mərtəbəsində 3 otaqlı 6 nömrəli mənzil üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınması və çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə iddia tələbi təmin edilməsin. Qərardan, onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verə bilərlər. Qərar, onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apelyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən Emin Axundov