Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-3362/2025 24.06.2025 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Tağıyeva Ruhiyə Nadim qızı Həsənli Qərib Mübariz oğlunun katibliyi, İddiaçının qanuni nümayəndəsi Qanuni nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X8 üzrə Dövlət Komitəsinə qarşı “məcburi köçkün statusu və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmə binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İddiaçının tələbi, cavabdehin etirazı İddiaçı Qanuni nümayəndə cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X8 üzrə Dövlət Komitəsinə qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, oğlu İddiaçı məcburi köçkün statusu və onu təsdiq edən vəsiqənin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini belə əsaslandırmışdır ki, o, məlum erməni təcavüzü ilə əlaqədar aprel 1994-cü ildə Ağdam rayonu, İlxıçı kəndindən məcburi köçkün düşmüş və Bərdə şəhərində müxtəlif ünvanlarda kirayədə yaşayaraq məskunlaşmışdır. 2000-ci ildə Ağdam şəhərində qeydiyyatda olan məcburi köçkün X9 ilə ailə həyatı qurmuş və birgə nikahlarından 3 (üç) övladı dünyaya gəlmişdir. X2, o və hər iki övladına Azərbaycan Respublikası Qaçqınların və X8 üzrə Dövlət Komitəsi tərəfindən məcburi köçkün statusu və onu təsdiq edən vəsiqə verilmiş və əlavə olaraq ailəsinin bütün üzvləri çörək pulu ilə təmin olunmuşdur. İddiaçı 1993-cü ildən Bərdə şəhərində köçkün olaraq yaşamış, 1994-cü ildən Bərdə şəhərində Qarabağ Hərbi Məhkəməsində müxtəlif vəzifələrdə çalışmış və 2000-ci ildən bu günə qədər yalnız Bərdə şəhərində yaşamış və işləmişdir. Qardaşı Bakı şəhərində yaşamış, 1998-1999-cu illərdə işlədiyi müəssisədə ev növbəsində durduğundan onun adına ünvan 3 ünvanında mənzil almış və sonradan da həmin ünvanda olan mənzili öz adına rəsmiləşdirmişdir. Sonuncu övladı İddiaçı xx.xx.2024-cü ildə Azərbaycan Respublikası Qaçqınların və X8 üzrə Dövlət Komitəsi tərəfindən məcburi köçkün statusu və onu təsdiq edən vəsiqənin verilməsi üçün müraciət etdikdə, Dövlət Komitəsi tərəfindən ona məlumat verilmişdir ki, oğluna vəsiqə verilməsi imkan xaricindədir. Səbəb olaraq göstərilmişdir ki, ünvan 3 ünvanında mənzil alınmış və sonradan başqa adamın adına rəsmiləşmişdir. İddiaçı Ağdam rayonu, İlxıçı kəndində rəsmi qeydiyyata olmağına baxmayaraq oğlu İddiaçı üçün Qaçqınların və X8 üzrə Dövlət Komitəsi tərəfindən məcburi köçkün statusu və onu təsdiq edən vəsiqəni ala bilmir. İddiaçı Məcburi köçkün statusu və onun təsdiq edən vəsiqəni almaq üçün Azərbaycan Respublikası Qaçqınların və X8 üzrə Dövlət Komitəsinə müraciət etmiş ona problemi həll etmək üçün məhkəməyə müraciət etməsi tövsiyyə edilmişdir. İddiaçının bir vətəndaş olaraq konstitusion hüquqlarının məhkəmə təminatı olduğu üçün hesab edir ki, məcburi köçkün statusu və onu təsdiq edən vəsiqənin verilməsi zərurəti yaranmışdır. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(114)-3362/2025 nömrəli qərardadı ilə iddiaçı əsl İddiaçı ilə əvəz edilmişdir. Cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X8 üzrə Dövlət Komitəsi tərəfindən iddiaya qarşı etiraz məhkəməyə daxil olmuş və iddia tələbi əsassız olduğu üçün rədd edilməsi xahiş edilmişdir. Etirazda göstərilmişdir ki, iddiaçının müvafiq iddia tələbi tam əsassız və qanunsuz olduğundan, həmçinin heç bir etibarlı sübutla öz təsdiqini tapmadığından, məhkəmə tərəfindən təmin edilməməlidir. Belə ki, İddiaçı atası Qanuni nümayəndə münasibətdə - Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Hüquqi Aktların Dövlət Reyestrində qeydiyyatdan keçmiş “Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar”ın 4.2.6-cı bəndinin tələblərinə əsasən, “məcburi köçkün” statusuna malik olan şəxsin mənzil qanunvericiliyinə və ya mülki-hüquqi əqdlərə əsasən ayrıca yaşayış sahəsi əldə edərək həmin yaşayış sahəsinə qeydiyyata düşdükdən sonra doğulmuş uşaqlarına məcburi köçkün statusunun verilməsinə yol verilmədiyindən, xx.xx.2008-ci il təvəllüdlü İddiaçı adıçəkilən vəsiqənin verilməsi mümkün olmamışdır. Bildirilmişdir ki, Qanuni nümayəndə 1991-ci il tarixindən (İddiaçı doğum tarixindən öncə) ünvan 4 ünvanında yerləşən mənzilin mülkiyyətçisi olaraq həmin ünvanda yaşayış yeri üzrə qeydiyyatda olmuşdur. Sözügedən mənzil 2004-cü il tarixində başqasının adına özgəninkiləşdirilmişdir. Azərbaycan Respublikasında məcburi köçkünlərin statusunun müəyyənləşdirilməsi “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikası Qanununa, Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 1 fevral tarixli 187 nömrəli Fərmanı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının Qaçqınların və X8 üzrə Dövlət Komitəsi haqqında Əsasnamə”yə, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində 05 iyun 2013-cü il tarixdə qeydiyyatdan keçmiş və Azərbaycan Respublikası Qaçqınların və X8 üzrə Dövlət Komitəsinin 2013-cü il 23 may tarixli 1 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalara uyğun olaraq həyata keçirilir. Göründüyü kimi xx.xx.2008-ci il təvəllüdlü İddiaçı doğum tarixindən əvvəl, yəni 1991-ci ildən 2004-cü ilədək atası Qanuni nümayəndə mülkiyyətində olan ünvan 4 ünvanında yaşayış yeri üzrə qeydiyyata düşdüyündən, iddiaçının oğluna Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar”ın 4.2.6-cı bəndinə əsasən, məcburi köçkün vəsiqəsinin verilməsindən imtina edilmişdir. Belə ki, "Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) "məcburi köçkün" statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar"ın 4.2.6-cı bəndinə əsasən, “məcburi köçkün” statusuna malik olan şəxsin mənzil qanunvericiliyinə və ya mülki-hüquqi əqdlərə əsasən ayrıca yaşayış sahəsi əldə edərək həmin yaşayış sahəsinə qeydiyyata düşdükdən sonra doğulmuş uşaqlarına məcburi köçkün statusu verilmir. Odur ki, iddiaçının övladı İddiaçı Azərbaycan Respublikasının "Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında" Qanununa və "Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün" statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar"a müvafiq olaraq, məcburi köçkün statusu və onu təsdiq edən vəsiqə verilə bilməz. Məhkəmə icraatı iştirakçılarının izahatı İddiaçı məhkəmə iclasında qanuni nümayəndəsi vasitəsilə təmsil edilmiş, özü iştirak etməmiş, cavabdeh nümayəndəsinin iştirakını təmin etməmiş, məhkəməyə gəlməmələrinin üzrlü olması və ya mümkünsüzlüyü barədə məlumat verməmişdir. Məhkəmə şifahi məhkəmə baxış iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. İddiaçının qanuni nümayəndəsi Qanuni nümayəndə iddia tələbini müdafiə edərək, iddianın təmin olunmasını xahiş etdi. İşin halları xx.xx.2002-ci il tarixli AZ – İ 186702 №-li Doğum haqqında Şəhadətnaməyə əsasən, X14 xx.xx.2002-ci il tarixdə Ağdam rayonu, İlxıçı kəndində doğulmuşdur. “Atası” qrafasında Qanuni nümayəndə, “anası” qrafasında X9 göstərilmişdir. xx.xx.2008-ci il tarixli AZ-İİ 033037 №-li Doğum haqqında Şəhadətnaməyə əsasən, İddiaçı xx.xx.2008-ci il tarixdə Bərdə rayonunda doğulmuşdur. “Atası” qrafasında Qanuni nümayəndə, “anası” qrafasında X9 göstərilmişdir. xx.xx.2015-ci il tarixli AZ – İİİ 650090 №-li Doğum haqqında Şəhadətnaməyə əsasən, X12 xx.xx.2003-cü il tarixdə Ağdam şəhərində doğulmuşdur. “Atası” qrafasında Qanuni nümayəndə, “anası” qrafasında X9 göstərilmişdir. Azərbaycan Respublikası Qaçqınların və X8 üzrə Dövlət Komitəsi tərəfindən X6 xx.xx.2013-cü il tarixdə AA seriyalı 296443 №-li, X10 xx.xx.2019-cu il tarixli, AA 418203 №-li, X7 xx.xx.2020-ci il tarixdə AA seriyalı 441434 №-li məcburi köçkün vəsiqəsi verilmişdir. Qanuni nümayəndə xx.xx.2025-ci il tarixdə ərizə ilə Azərbaycan Respublikası Qaçqınların və X8 üzrə Dövlət Komitəsinə müraciət edərək, oğlu İddiaçı məcburi köçkün statusunun verilməsindən imtina edilməsi barədə rəsmi məlumatın verilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Qaçqınların və X8 üzrə Dövlət Komitəsi tərəfindən vətəndaş Qanuni nümayəndə ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, xx.xx.2008-ci il təvəllüdlü İddiaçı doğum tarixindən əvvəl qeydiyyatı adına rəsmi qeydiyyatdan keçmiş ünvan 3 ünvanında olduğundan övladına məcburi köçkün statusunu təsdiq edən sənədin verilməsi imkan xaricindədir. Azərbaycan Respublikası Qaçqınların və X8 üzrə Dövlət Komitəsi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, Qanuni nümayəndə Ağdam rayonundan məcburi köçkün olmuşdur. Komitənin Regional idarəetmə və status şöbəsi tərəfindən ona xx.xx.2019-cu il tarixli, AA seriyalı 418202 nömrəli məcburi köçkün statusunu təsdiq edən sənəd (vəsiqə) verilmişdir. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, ünvan 6 ünvanında yerləşən fərdi yaşayış evi ünvan 7l tarixli, 6D-11478 reyestr nömrəli vərəsəlik hüququ haqqında şəhadətnaməsinə əsasən Qanuni nümayəndə keçmişdir. Qeyd edilən fərdi yaşayış evi Bakı şəhəri 32 saylı dövlət notariat kontorunun 23 fevral 2004-cü il tarixli, 48-1-90 reyestr nömrəli bağışlama müqaviləsinə əsasən X11 bağışlanmışdır. Bərdə rayonu, Şorəlli kəndində yerləşən 0.12 ha yaşayış məntəqələri təyinatlı torpaq sahəsi Bərdə regional "ASAN xidmət" mərkəzində notariat ofisinin 25 avqust 2022-ci il tarixli, 48-1575 reyestr nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən Qanuni nümayəndə tərəfindən X1, sonuncunun adına 15 sentyabr 2022-ci il tarixli, **********56 reyestr nömrəli hüquqların Dövlət qeydiyyatı haqqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış verilmişdir. “Elektron Məhkəmə” informasiya sistemindən çıxarışlardan görünür ki, İddiaçı və anası X3 şəhəri, T.İsmayılov küçəsi, ev 24, mənzil 34 ünvanında, atası Qanuni nümayəndə Ağdam rayonu, İlxıçı kəndində qeydiyyatdadırlar. Tətbiq edilən hüquq Azərbaycan Respublikası İnzibati Prosesual Məcəlləsi Maddə 2. İnzibati mübahisələrin məhkəmə aidiyyəti 2.2. İnzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.3. inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia); Maddə 34. Öhdəliyin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Maddə 35. İddianın mümkünlüyü 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 85. Şikayətin verilməsinə dair tələblər 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında Azərbaycan Respublikasının Qanunu Maddə 1 . Bu Qanunda istifadə edilən əsas anlayışlar Bu Qanunda istifadə edilən əsas anlayışlar aşağıdakı mənaları daşıyır: məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs) - Azərbaycan Respublikası ərazisində hərbi təcavüz, təbii və texnogen fəlakət nəticəsində daimi yaşayış yerini tərk etməyə məcbur olub başqa yerə köçmüş şəxsdir. Qaçqınların və X8 üzrə Dövlət Komitəsinin 2013-cü il 23 may tarixli 1 №-li qərarı ilə təsdiq edilmiş Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar Məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs) – Azərbaycan Respublikası ərazisində hərbi təcavüz, təbii və texnogen fəlakət nəticəsində daimi yaşayış yerini tərk etməyə məcbur olub başqa yerə köçmüş şəxsdir. İV. “Məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsi 4.2. “Məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqə aşağıdakı şəxslərə verilmir: 4.2.6. “Məcburi köçkün” statusuna malik olan şəxsin mənzil qanunvericiliyinə və ya mülkihüquqi əqdlərə əsasən ayrıca yaşayış sahəsi əldə edərək həmin yaşayış sahəsinə qeydiyyata düşdükdən sonra doğulmuş uşaqlarına. Məhkəmənin mövqeyi Məhkəmə əvvəla iddianın mümkünlüyü ilə bağlı qeyd edir ki, iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt olan onun mümkünlüyünü yoxlayaraq məhkəmə hesab edir ki, verilmiş iddia mümkün iddiadır. Belə ki, hazırkı iddia öhdəliyin icrası haqqında iddia olmaqla ümumi və xüsusi mümkünlük şərtləri yerinə yetirilmişdir. Məhkəmə tərəfindən iddianın məhkəməyə aid olması, iddia tələbi üzrə iddiaçının subyektiv hüquqa malik olması, cavabdehin iddiaya cavab verməli olması, həmçinin cavabdehin imtinasının olması müəyyən edilmişdir. Odur ki, məhkəmə hesab edir ki, verilmiş iddiaya mahiyyəti üzrə baxıla bilər. Məhkəmə iddia ərizəsini, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Hazırkı iş üzrə iddiaçının hüquqi marağı ona məcburi köçkün statusunu təsdiq edən vəsiqənin verilməsidir. İddiaçı hazırkı tələblə cavabdehə müraciət etmiş, cavabdeh tələbin təmin edilməsindən Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydaların 4.2.6-cı bəndində istinad etməklə imtina etmişdir. Məhkəmə cavabdehin imtinasını qanunsuz hesab edir. Belə ki, Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalarının 4.2.6-cı bəndinə əsasən, “məcburi köçkün” statusuna malik olan şəxsin mənzil qanunvericiliyinə və ya mülkihüquqi əqdlərə əsasən ayrıca yaşayış sahəsi əldə edərək həmin yaşayış sahəsinə qeydiyyata düşdükdən sonra doğulmuş uşaqlarına “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqə verilmir. İşin hallarından görünür ki, İddiaçı və anası X3 şəhəri, T.İsmayılov küçəsi, ev 24, mənzil 34 ünvanında, atası Qanuni nümayəndə Ağdam rayonu, İlxıçı kəndində qeydiyyatdadırlar. İddiaçının anası X9, atası Qanuni nümayəndə, bacıları X14 və X4 rayonundan məcburi köçkündürlər. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, ünvan 6 ünvanında yerləşən fərdi yaşayış evi ünvan 7l tarixli, 6D-11478 reyestr nömrəli vərəsəlik hüququ haqqında şəhadətnaməsinə əsasən Qanuni nümayəndə keçmişdir. Qeyd edilən fərdi yaşayış evi Bakı şəhəri 32 saylı dövlət notariat kontorunun 23 fevral 2004-cü il tarixli, 48-1-90 reyestr nömrəli bağışlama müqaviləsinə əsasən X11 bağışlanmışdır. Məhkəmə qeyd edir ki, işdə olan sənədlərdən göründüyü kimi qeyd olunan fərdi yaşayış evi 1991-ci ildən iddiaçının atasının adına keçmiş, 2004-cü ildə isə həmin evi qardaşına bağışlamışdır. Yəni həmin əmlak ona məcburi köçkün düşməmişdən əvvəl məxsus olmuş, hal-hazırda onun mülkiyyəti deyil və mülkiyyətində başqa daşınmaz əmlak yoxdur. Eyni zamanda iddiaçının atası 2003-cü ildə həmin evə qeydiyyata düşsə də, 2004cü il ildən Ağdam rayonu, İlxıçı kəndində qeydiyyatdadır. İddiaçının doğulduğu tarixdə- 2008-ci ildə də atası Ağdam rayonun, İlxıçı kəndində qeydiyyatda olmuşdur. Həmçinin iddiaçının atasının qeydiyyatda olduğu yer Ağdam rayonun, İlxıçı kəndi 2024-cü ilin 1 may tarixindən Azərbaycan Respublikasının “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Qanununun 14-cü maddəsinə və “Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında” Qanunun 3-cü maddəsinə əsasən məcburi köçkün statusunun ləğv edildiyi və sosial müdafiə tədbirlərinin verilməsinin dayandırıldığı rayon və kəndlərin siyahısında olmadığından, hazırda iddiaçıya məcburi köçkün statusunun verilməsi mümkündür. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməli, İddiaçı “məcburi köçkün” statusu və vəsiqəsinin verilməsi öhdəliyi Azərbaycan Respublikası Qaçqınların və X8 üzrə Dövlət Komitəsinin üzərinə qoyulmalıdır. Məhkəmə yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati- Prosessual Məcəlləsinin 34.1 və 85.1-ci maddələrini rəhbər tutaraq Qərara aldı İddiaçı tərəfindən verilmiş iddia təmin edilsin. İddiaçı “məcburi köçkün” statusu və vəsiqəsinin verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X8 üzrə Dövlət Komitəsinin üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qərardan göstərilən müddətdə şikayətin verilmədiyi və ya inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ruhiyə Tağıyeva
Məhkəmə qərarları › İş №2-1(114)-3362/2025
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-3362/2025
24.06.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver