Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-3364/2023 31.10.2023 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı müharibə veteranı adı və vəsiqəsinin verilməsi iş üzrə Giriş hissə: Hakim Əliyeva Gülşən Talıb qızının sədrliyi, Əsgərov Yadigar Əsgər oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı müharibə veteranı adı və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə Gəncə İnzibati Məhkəməsinin (Gəncə şəhəri, H.Əliyev prospekti, N05) binasında açıq məhkəmə iclasında şifahi dinləmələr qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: I. İşin halları
1. İddiaçıya məxsus НЗ № ******* nömrəli hərbi biletdə onun xx.xx.N994xx.xx.N994-cü il tarixlərdə N nömrəli və xx.xx.N994-xx.xx.N995-ci il tarixlərdə N nömrəli hərbi hissələrdə xidmət keçməsi barədə qeyd vardır.
2. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.20N9-cu il tarixli 380 nömrəli qərarı ilə Gədəbəy RHK tərəfindən N994-cü ildə hərbi xidmətə çağırılmış, Qazax Qarnizonu Hərbi Prokurorluğunun xx.xx.N998-ci il tarixli N9/NN6N nömrəli amnistiya qərarına əsasən hərbi qeydiyyata götürülmüş, vətəndaş İddiaçı hərbi xidmət dövründə hərbi xidmət vəzifələrini yerinə yetirərkən xx.xx.N995-ci ildə aldığı və xx.xx.N995-ci ildən xx.xx.N995-ci ilə kimi Gədəbəy Rayon Mərkəzi Xəstəxanasında müayinə və müalicə olunduğu yaralanmasının diaqnozu "Başın sol tüklü nahiyəsinin qəlpə yaralanması. Üzün və saidin çoxsaylı sıyrılmış yaraları" və xx.xx.N995-ci ildən xx.xx.N995-ci ilə kimi N nömrəli hərbi hissədə müayinə və müalicə olunduğu yaralanma-diaqnoz: «Başın sol gicgah nahiyəsinin, sol əlin, sol dizin çoxsaylı qəlpə yaralanması. Qapalı baş beyin travması. Baş-beyin silkələnməsi. Asteno-nevrotik hal" (Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Gədəbəy rayon şöbəsinin xx.xx.20N9-cu il tarixli 60N nömrəli göndərişi, xx.xx.20N9-cu il tarixli NN0 nömrəli arayışı, N nömrəli hərbi hissədən verilmiş xx.xx.N995-ci il tarixli çıxarış epikrizi, xəstəlik tarixindən çıxarışlar, MN MHHK-nın həkim mütəxəssisinin rəyi ilə təsdiq edilir), "Hərbi travmadir, hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən alınmışdır" kimi müəyyən edilmişdir.
3. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi İşlər İdarəsi Mərkəzi Arxivinin xx.xx.20N8-ci il tarixli 9/2-N9202 nömrəli arxiv arayışına əsasən Gədəbəy RHK-dan çağırılmış, N975-ci il təvəllüdlü, İddiaçı Mehdi oğlu N nömrəli hərbi hissə komandirinin N yanvar N994-cü il tarixli 5 №-li əmrilə (əsas: §-3,səh-37,sıra-N23; qeyd: əmrdə atasının adı Mehdi yazılmışdır) şəxsi heyətin siyahısına və bütün növ təminatlara daxil edilmişdir. N nömrəli hərbi hissə komandirinin N fevral N994-cü il tarixli 3N №-li əmrilə (əsas: S-N,səh- 82,sıra-508; qeyd: əmrdə atasının adı Mehdi yazılmışdır) İddiaçı Mehdi oğlu şəxsi heyətin siyahısından və bütün növ təminatlardan çıxarılaraq hərbi xidmətini davam etdirmək üçün N nömrəli hərbi hissənin sərəncamına göndərilmişdir. N nömrəli hərbi hissə komandirinin N fevral N994-cü il tarixli N №-li əmrilə (əsas: §-3,səh-N4,sıra-255) İddiaçı xx.xx.N994-cü il tarixdən şəxsi heyətin siyahısına və bütün növ təminatlara daxil edilmişdir. N nömrəli hərbi hissənin şəxsi heyətinin əlifba qeydiyyatı kitabında (əsas: kitab: xx.xx.N994-xx.xx.N998-ci il, sıra-82; qeyd: məlumatda atasının adı Mehdi yazılmış, əmrin verilmə tarixi və nömrəsi qaralanmışdir) Gədəbəy RHK-dan çağırılmış, N975-ci il təvəllüdlü, sıravi İddiaçı Mehdi oğlunun hərbi hissə komandirinin xx.xx.N994-cü il tarixli N №-li əmrilə hərbi hissəyə daxil olması və hərbi hissəni özbaşına tərk etdiyinə görə hərbi hissə komandirinin xx.xx.N994cü il tarixli 80 №-li əmrilə şəxsi heyətin siyahısından çıxarılması barədə məlumat vardır. Qeyd edirik ki, N nömrəli hərbi hissə komandirinin xx.xx.N994-cü il tarixli 80 №-li əmrində İddiaçı adı qeyd olunmamışdır. N nömrəli hərbi hissə komandirinin NN iyul N994-cü il tarixli N26 №-li əmrilə (əsas: §-N, səh-30, sıra-N) sıravi İddiaçı şəxsi heyətin siyahısına və bütün növ təminatlara daxil edilərək komendant bölüyündə tənzimləyici vəzifəsinə təyin olunmuşdur. N nömrəli hərbi hissə komandirinin N avqust N995-ci il tarixli 62 №-li əmrilə (əsas: §-8,səh-N06,sıra-3; qeyd: əmrdə atasının adı Mehdi yazılmışdır) sıravi İddiaçı Mehdi oğlu müalicə üçün N nömrəli hərbi hissəyə göndərilərək ərzaq təminatından azad edilmişdir.
4. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Arxivinin xx.xx.2023-cü il tarixli 330 nömrəli məktubunda bildirilmişdir ki, Gədəbəy RHK-dan həqiqi hərbi xidmətə çağırılmış, N975-ci il təvəllüdlü İddiaçı Mehdi oğlu N №-li hərbi hissə komandirinin xx.xx.N994-cü il tarixli 5 №-li əmrilə (əsas: §-3, səh-37, sıra-N23) hərbi hissəyə gəlmiş hesab edilərək bütün növ təminatlardan istifadə hüququ verilmiş və 5-ci motoatıcı tabora təyin olunmuşdur. N №-li hərbi hissə komandirinin xx.xx.N994-cü il tarixli 3N №-li əmrində (əsas: §-N, səh-82, sıra-508) bütün növ təminatlardan azad edilərək xidmətlərini davam etdirmək üçün N №-li hərbi hissə komandirinin sərəncamına göndərilən 4-cü motoatıcı taborunun əsgərlərinin siyahısında İddiaçı Mehdi oğlunun adı qeyd olunmuşdur. N №-li hərbi hissənin şəxsi heyətinin əlifba qeydiyyatı kitabında (əsas: xx.xx.N994- xx.xx.N998-ci il, sıra-82) xx.xx.N994-cü il tarixdə Gədəbəy RHK-dan çağırılmış, N975-ci il təvəllüdlü, sıravi İddiaçı Mehdi oğlunun hərbi hissə komandirinin xx.xx.N994-cü il tarixli N №-li əmrilə hərbi hissənin şəxsi heyətinin siyahısına salınaraq siravi hərbi rütbəsinin verilməsi, kursant vəzifəsinə təyin olunması və hərbi hissəni özbaşına tərk etdiyinə görə, komandirinin xx.xx.N994-cü il tarixli 80 №-li əmrilə (məlumatda "0N" və "80" rəqəmləri qaralanmışdır) hərbi hissənin şəxsi heyətinin siyahısından çıxarılması barədə məlumat vardır. N №-li hərbi hissə komandirinin xx.xx.N994-cü il tarixli N №-li əmrində (əsas: Ş-3, səh-N7, sıra- 255, əmrdə atasının adı "Mehti" yazılmışdır) N №-li hərbi hissə komandirinin sərəncamında olan, xx.xx.N994-cü il tarixdən Qusar Qarnizonunda yerləşən motoatıcı taborun şəxsi heyətinin siyahısına salınaraq ərzaq təchizatına qoyulan əsgərlərin siyahısında İddiaçı adı qeyd olunmuşdur. Qeyd edirik ki, N №-li hərbi hissə komandirinin aprel N994-cü il (o cümlədən xx.xx.N994-cü il tarixli 80 №-li əmrində) İddiaçı barəsində məlumat aşkar olunmamışdır. Sıravi İddiaçı N7N №-li hərbi hissə komandirinin xx.xx.N994-cü il tarixli N26 №-li əmrilə (əsas: §-N, səh-377, əmrdə atasının adı "Mehti" yazılmışdır, əmr olduğu kimi yazılmışdır, əsas kimi "təqriri" göstərilmişdir) hərbi hissənin şəxsi heyətinin siyahısına daxil edilərək komendant bölüyündə tənzimləyici vəzifəsinə təyin olunmuşdur. Sıravi İddiaçı Mehdi oğlu N7N №-li hərbi hissə komandirinin xx.xx.N994-cü il tarixli 245 №-li əmrilə (əsas: §-2, səh-N58, sıra-7) komendant bölüyündə tutduğu vəzifədən azad edilərək 4-cü tabor komandirinin sərəncamına göndərilmişdir. Sıravi İddiaçı Mehdi oğlu N7N №-li hərbi hissə komandirinin xx.xx.N994-cü il tarixli 283 №li əmrilə (əsas: §-N0, səh-44, sıra-N, əmrdə vəzifəsi yazılmamışdır) 4-cü taborda tutduğu vəzifədən azad edilərək mühafizə və xidmət bölüyündə vəzifəyə təyin olunmuşdur. 5-ci taborun hərbi qulluqçusu, sıravi İddiaçı Mehdi oğlu N7N №-li hərbi (əsas: §-8, səh-N06, sıra-3, əsas kimi hissə komandirinin xx.xx.N995-ci il tarixli 62 №-li əmrilə tibb xidməti rəisinin xx.xx.N995-ci il tarixli göndərişi qeyd edilmişdir)) müalicə üçün N №li hərbi hissəyə göndərilərək ərzaq təminatından azad edilmişdir. N7N No-li hərbi hissənin şəxsi heyətinin əlifba qeydiyyatı kitabında (əsas: 30.06.N99 sıra-3) İddiaçı Mehdi oğlunun hərbi hissə komandirinin xx.xx.N994-cü il tarixli N26 №-li əmrilə hərbi hissənin şəxsi heyətinin siyahısına salınması barədə məlumat yazılmış, hərbi hissənin şəxsi heyətinin siyahısından çıxarılması qrafasında komandirin xx.xx.N995-сi il tarixli 62 №-li əmrilə N №-li hərbi hospitala getməsi və qayıtmağı yoxdur qeyd olunmuşdur.
5. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Arxivinin xx.xx.2023-cü il tarixli 549 nömrəli məktubunda bildirilmişdir ki, NN0 nömrəli hərbi hissədən Müdafiə Nazirliyinin Mərkəzi Arxivinə daxil olmuş "Azərbaycan Silahlı Qüvvələrinin yarandığı gündən döyüş əməliyyatlarında iştirak edən hərbi hissələrin siyahısı" qovluğunda N və N nömrəli hərbi hissələrin döyüş əməliyyatlarında iştirakı barədə məlumat qeyd olunmamışdır.
6. Məhkəmənin sorğusuna Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin xx.xx.2023-cü il tarixli 327 nömrəli cavab məktubu ilə müəyyən edilir ki, Gədəbəy RHK-dan həqiqi hərbi xidmətə çağırılmış, N975-ci il təvəllüdlü İddiaçı Mehdi oğlu N №o-li hərbi hissə komandirinin xx.xx.N994-cü il tarixli 5 №-li əmrilə (əsas: §-3, səh-37, sıra-N23) hərbi hissəyə gəlmiş hesab edilərək bütün növ təminatlardan istifadə hüququ verilmiş və 5-ci motoatıcı tabora təyin olunmuşdur. N №-li hərbi hissə komandirinin xx.xx.N994-cü il tarixli 3N №-li əmrində (əsas: §-N, səh-82, sıra-508) bütün növ təminatlardan azad edilərək xidmətlərini davam etdirmək üçün N №-li hərbi hissə komandirinin sərəncamına göndərilən 4-cü motoatıcı taborunun əsgərlərinin siyahısında İddiaçı Mehdi oğlunun adı qeyd olunmuşdur. N №-li hərbi hissənin şəxsi heyətinin əlifba qeydiyyatı kitabında (əsas: xx.xx.N994-xx.xx.N998-ci il, sıra-82) xx.xx.N994-cü il tarixdə Gədəbəy RHK-dan çağırılmış, N975-ci il təvəllüdlü, sıravi İddiaçı Mehdi oğlunun hərbi hissə komandirinin xx.xx.N994-cü il tarixli N №-li əmrilə hərbi hissənin şəxsi heyətinin siyahısına salınaraq siravi hərbi rütbəsinin verilməsi, kursant vəzifəsinə təyin olunması və hərbi hissəni özbaşına tərk etdiyinə görə, komandirinin xx.xx.N994-cü il tarixli 80 №-li əmrilə (məlumatda "0N" və "80" rəqəmləri qaralanmışdır) hərbi hissənin şəxsi heyətinin siyahısından çıxarılması barədə məlumat vardır. N №-li hərbi hissə komandirinin xx.xx.N994-cü il tarixli N №-li əmrində (əsas: Ş-3, səh-N7, sıra-255, əmrdə atasının adı "Mehti" yazılmışdır) N №-li hərbi hissə komandirinin sərəncamında olan, xx.xx.N994-cü il tarixdən Qusar Qarnizonunda yerləşən motoatıcı taborun şəxsi heyətinin siyahısına salınaraq ərzaq təchizatına qoyulan əsgərlərin siyahısında İddiaçı adı qeyd olunmuşdur. Qeyd edirik ki, N №-li hərbi hissə komandirinin aprel N994-cü il (o cümlədən xx.xx.N994cü il tarixli 80 №-li əmrində) İddiaçı barəsində məlumat aşkar olunmamışdır. Sıravi İddiaçı N7N №-li hərbi hissə komandirinin xx.xx.N994-cü il tarixli N26 №-li əmrilə (əsas: §-N, səh- 377, əmrdə atasının adı "Mehti" yazılmışdır, əmr olduğu kimi yazılmışdır, əsas kimi "təqriri" göstərilmişdir) hərbi hissənin şəxsi heyətinin siyahısına daxil edilərək komendant bölüyündə tənzimləyici vəzifəsinə təyin olunmuşdur. Sıravi İddiaçı Mehdi oğlu N7N №-li hərbi hissə komandirinin xx.xx.N994-cü il tarixli 245 №-li əmrilə (əsas: §-2, səh-N58, sıra- 7) komendant bölüyündə tutduğu vəzifədən azad edilərək 4-cü tabor komandirinin sərəncamına göndərilmişdir. Siravi İddiaçı Mehdi oğlu N7N ;-li hərbi hissə komandirinin xx.xx.N994-cü il tarixli 283 №-li əmrilə (əsas: §-N0, səh-44, sıra-N, əmrdə vəzifəsi yazılmamışdır) 4-cü taborda tutduğu vəzifədən azad edilərək mühafizə və xidmət bölüyündə vəzifəyə təyin olunmuşdur. 5-ci taborun hərbi qulluqçusu, sıravi İddiaçı Mehdi oğlu N7N №-li hərbi hissə komandirinin xx.xx.N995-ci il tarixli 62 №-li əmrilə (əsas: §-8, səh-N06, sıra-3, əsas kimi tibb xidməti rəisinin xx.xx.N995-ci il tarixli göndərişi qeyd edilmişdir)) müalicə üçün N №-li hərbi hissəyə göndərilərək ərzaq təminatından azad edilmişdir. N7N №-li hərbi hissənin şəxsi heyətinin əlifba qeydiyyatı kitabında (əsas: xx.xx.N994, sıra-3) İddiaçı Mehdi oğlunun hərbi hissə komandirinin xx.xx.N994-cü il tarixli N26 №-li əmrilə hərbi hissənin şəxsi heyətinin siyahısına salınması barədə məlumat yazılmış, hərbi hissənin şəxsi heyətinin siyahısından çıxarılması qrafasında komandirin xx.xx.N995-ci il tarixli 62 №-li əmrilə N №-li hərbi hospitala getməsi və qayıtmağı yoxdur qeyd olunmuşdur.
7. İddiaçı müharibə veteranı adı və vəsiqəsinin verilməsi barədə Azərbaycan Respublikası Müdafiə Nazirliyinə etdiyi müraciətinə həmin orqanın xx.xx.2023-cü il tarixli məktubu ilə imtina cavabı verilmiş və imtina onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Müdafiə nazirinin Katibliyinin Mərkəzi Arxivinin xx.xx.20N8-ci il tarixli 9/2- N9202 nömrəli arayışına və hərbi biletinin 4-cü, 23-cü səhifələrində olan qeydlərə əsasən xidmət etdiyi N və N nömrəli hərbi hissələr Silahlı Qüvvələrin Baş Qərargah rəsinin təsdiq etdiyi döyüşlərdə iştirak edən hərbi hissələrin siyahısında olmadığına və N nömrəli hərbi hissədə hərbi xidməti atəşkəs dövrünə təsadüf etdiyinə görə ona müharibə veteranı adının və vəsiqəsinin verilməsindən imtina olunmuşdur. II. Məhkəmədə icraat
8. İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etdiyinə və döyüşlərdə yaralandığına görə ona müharibə veteranı adı və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
9. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, 06 yanvar N994-cü il tarixdə Gədəbəy rayon hərbi komissarlığından Qarabağ uğrunda döyüşlərə gedib, əvvəlcə Priküşkül qəsəbəsindəki N nömrəli hərbi hissənin tərkibində təlim keçib, N fevral N994-cü il tarixdə N nömrəli hərbi hissənin sərəncamına göndərilmişdir. NN iyul N994-cü il tarixdə N nömrəli hərbi hissəyə göndərilib və xidmətini həmin hərbi hissədə davam etdirmişdir. N nömrəli hərbi hissənin tərkibində Gədəbəy rayonunun Qocadağ ərazisində döyüşlərdə fəal iştirak etmişdir. N avqust N995-ci il tarixdə döyüşlər zamanı baş nahiyəsindən, sol əlindən, sol diz nahiyəsindən ağır xəsarətlər almışdır. Yaralanan zaman 3 gün, yəni xx.xx.N995-ci il tarixdən xx.xx.N995-ci il tarixə kimi Gədəbəy rayon mərkəzi xəstəxanasında ilkin tibbi yardım aldıqdan sonra, onu Gəncə şəhərindəki N nömrəli hərbi hospitala gətirmişlər. Hospitalda xx.xx.N995-ci il tarixdən xx.xx.N995-ci il tarixə kimi stasionar müalicə olunmuşdur. Həkimlər ona "başın sol gicgah nahiyəsinin, sol əlin, sol dizin çoxsaylı qəlpə yaralanması, qapalı baş beyin travması, baş beyin silkələnməsi, astero-nevrotik hal” diaqnozu qoymuşlar. Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.20N9-cu il tarixli 380 nömrəli qərarında həmin xəstəlikləri təsdiq olunmaqla qeyd edilmişdir ki, xəstəliyi hərbi travmadır, hərbi xidmət vəzifələrini yerinə yetirərkən alınmışdır. Onun fərariliyinin olmadığı halda arxiv arayışında əsası olmayan məlumatın yazılması onun hüquqlarının pozulması deməkdir. DİN-nin xx.xx.2023-cü il tarixli 3-N3.N2- N/2.A.70745/NN/223 nömrəli arayışından da aydındır ki, onun ümumiyyətlə məhkumluğu yoxdur. XN müharibəsində iştirak etməklə, mənfur düşmənə qarşı döyüşlərdə ağır yaralanmağı ərizəyə əlavə etdiyi tibbi arayışlar, hərb bilet, stasionar müalicə barədə tibbi kartadan çıxarışların notariusda təsdiqlənmiş surətləri ilə də tam təsdiq olunur. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatlarında iştirak etməyinə, yaralanmağına baxmayaraq, bununla bağlı dövlət tərəfindən müəyyən güzəştlərdən və ya hər hansı imtiyazlardan istifadə edə bilmir. Bu da onun konstitusiya ilə müəyyən edilmiş hüquqlarının pozulmasına səbəb olur. Ona müharibə veteranı adının və vəsiqəsinin verilməsi məqsədi ilə inzibati orqan olan Azərbaycan Respublikası Müdafiə Nazirliyinə xx.xx.2023-cü il tarixdə notarial qaydada təsdiqlənmiş müvafiq sənədlərimi müraciətinə əlavə edib Qarabağ uğrunda döyüşlərdə iştirak etdiyini, yaralandığını nəzərə alıb ona müharibə veteranı adının və vəsiqəsinin verilməsinə köməklik edilməsini xahiş etsə də, həmin inzibati orqan bu günə kimi, yəni iki aydan atıq müddət keçməsinə baxmayaraq ona heç bir rəsmi cavab verməmişdir. Müraciətini xx.xx.2023-cü il tarixdə Gəncə şəhəri N2 saylı poçt vasitəsi ilə cavablı göndərmişdir. Qeyd edilənləri nəzərə alaraq ona müharibə veteranı adının və vəsiqəsinin verilməsi məhkəmə qaydasında müəyyən edilməlidir.
10. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır. III. İddianın növü və mümkünlüyü
11. Məhkəmə qeyd edir ki, hazırkı iddia ümumi mümkünlük şərtlərinə (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.), eyni zamanda xüsusi mümkünlük şərtlərinə əməl olunmaqla verilmişdir. Belə ki, iddiaçı hazırkı iddianı qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmişdir.
12. Hazırkı iddia İPM-in 2.2.3-cü maddəsində nəzərdə tutulmuş öhdəliyin icrası haqqında iddia növünə aiddir. İPM-ə görə: Maddə 2.2.3. İnzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Maddə 34.N. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 35.N. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 8.N.2. Mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.N.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur.
13. Hazırkı işdə öhdəliyin icrası haqqında iddianın xüsusi mümkünlük şərti kimi əvvəlcə eyni tələblə inzibati orqana müraciət edilməsi barədə şərt də ödənilmiş, iddiaçı hazırkı tələblə cavabdehə müraciət etmiş və cavabdeh tərəfindən onun müraciətinin təmin edilməsindən imtina edilmişdir.
14. Cavabdeh orqanın səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə etdiyi üçün hazırkı işə xüsusi aidiyyət qaydası tətbiq olunmaqla, iddiaçının yaşayış yeri (və ya olduğu yer) üzrə baxılır. İddiaçının yaşadığı (olduğu) yer olan Gədəbəy rayonu “Azərbaycan Respublikası apellyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının xx.xx.20N9-cu il tarixli Qərarına əsasən Gəncə İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edilmişdir.
15. Məhkəmə hazırkı iddianın öhdəliyin icrası iddia növünə aid olduğunu və iddiaçının yaşadığı yerin ünvanını nəzərə alaraq hesab edir ki, işə ərazi aidiyyəti üzrə Gəncə İnzibati Məhkəməsində baxılmalıdır.
16. Göründüyü kimi, iddia mümkün iddiadır, ona görə ki, hazırkı iddianın qaldırılması üçün inzibati prosessual qanunvericilikdə nəzərdə tutulan həm ümumi, həm xüsusi mümkünlük şərtləri ödənilmiş və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir. IV. Prosessual məsələlər
17. İş üzrə inzibati prosessual qanunvericiliyin tələblərinə müvafiq prosessual hərəkətlər edilərək, şifahi məhkəmə baxışı iclası xx.xx.2023-cü il tarixə təyin edilmiş, bu barədə tərəflərə məlumat verilərək şifahi məhkəmə baxışı ilə bağlı iclasa gəlmədikləri halda onların iştirakı olmadan ərizəyə baxılacağı və iş üzrə qərar qəbul ediləcəyi barədə xəbərdarlıq edilmişdir.
18. İddiaçı məhkəmə iclasına gəlmiş, cavabdehin nümayəndəsi isə məhkəmə iclasında iştirak etməmiş və gəlməməsinin üzrlü səbəbləri və ya mümkünsüzlüyü barədə məhkəməyə məlumat verməmişdir.
19. Məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. V. Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri
20. İddiaçı şifahi məhkəmə baxışı iclasında iddia müdafiə edərək, onun təmin edilməsinə dair qərar çıxarılmasını xahiş etmişdir.
21. O, sədrlik edənin suallarına cavab olaraq bildirmişdir ki, xx.xx.N994-cü il tarixdə N nömrəli hərbi hissədə xidmətə başlamış, N ay orada qaldıqdan sonra xx.xx.N994-cü il tarixdə N nömrəli hərbi hissəyə göndərilmişdir. Təxminən N ay həmin hərbi hissədə karantində olmuş və N994-cü ilin iyul ayında N nömrəli hərbi hissəyə göndərilmiş və bundan sonra Gədəbəy rayonunda yerləşən Qocadağ yüksəkliyi uğrunda döyüşlərdə iştirak etmişdir. N995-ci ilin avqustunda yaralanmış və müalicə olunması üçün N nömrəli hərbi hospitala göndərilmiş, N ay müalicə olunduqdan sonra müalicəsini davam etdirməsi üçün N7N saylı hərbi hissənin tibb məntəqəsində qaytarılmışdır. O, tibb məntəqəsində bir müddət qaldıqdan sonra heç kimin onunla maraqlanmadığını görüb, hərbi xidməti davam etdirməmiş və evinə qayıtmışdır.
22. Cavabdeh orqanın iddiaya qarşı yazılı etirazı məhkəməyə daxil olmuş və etiraz onunla əsaslandırılmışdır ki, Müdafiə Nazirliyinin Katibliyi Mərkəzi Arxivin xx.xx.2023-cü il tarixli 549 nömrəli arxiv arayışına əsasən NN0 nömrəli hərbi hissədən Müdafiə Nazirliyinin Mərkəzi Arxivinə daxil olmuş "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yarandığı gündən döyüş əməliyyatlarında iştirak edən hərbi hissələrin siyahısı" qovluğunda N və N nömrəli hərbi hissələrin döyüş əməliyyatlarında iştirakı barədə məlumat aşkar olunmamışdır. Bu kimi halları nəzərə alaraq, Müdafiə Nazirliyinin Aparatı nəzdində fəaliyyət göstərən Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya tərəfindən iddiaçının müraciətinə haqlı olaraq müsbət qərar qəbul edilməmişdir. İşin faktiki hallarına mübahisənin maddi hüquqi əsasları baxmından hesab edilir ki, iddiaçı "Müharibə veteranı, Silahlı Qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə" ilə nəzərdə tutulan müharibə veteranı adının verilməsi üçün müvafiq səlahiyyətli dövlət orqanları tərəfindən verilmiş orden və medallarla təltif olunmaq haqqında vəsiqəyə, şəxsi işə, əmrlərdən çıxarışlara, arxiv arayışlarına və hərbi döyüşlərdə iştirakını (ordudan qanuni əsaslarla ehtiyata buraxılması) sübut edən başqa sənədlərə malik deyildir. Bu səbəbdən də iddia əsaslı sayıla bilməz. VI. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər
23. Məhkəmə araşdırmasının predmetini aşağıdakı sənədlər təşkil etmişdir: - İddiaçıya məxsus НЗ № ******* nömrəli hərbi biletin surəti; - Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xx.xx.2023-cü il tarixli imtina məktubu; - Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.20N9-cu il tarixli 380 nömrəli qərarının surəti; - Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi İşlər İdarəsi Mərkəzi Arxivinin xx.xx.20N8-ci il tarixli 9/2-N9202 nömrəli arxiv arayışının surəti; - Məhkəmənin sorğusuna Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Arxivinin xx.xx.2023-cü il tarixli 330 nömrəli cavab məktubu; - Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Arxivinin xx.xx.2023-cü il tarixli 549 nömrəli məktubu; - Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin xx.xx.2023-cü il tarixli 327 nömrəli cavab məktubu. Əsaslandırma hissəsi:
VII. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi
24. Məhkəmə proses iştirakçısının izahatını dinləyərək inzibati iş materiallarını araşdırıb, mövcud olan sübutları obyektiv, hərtərəfli və tam tədqiq etməklə, onlara hüquqi qiymət verərək belə qənaətə gəlir ki, iddia mahiyyət baxımından əsassızdır və təmin edilməməlidir.
25. İş materiallarından müəyyən olur ki, İddiaçı tələbi ona müharibə veteranı adı və vəsiqəsinin verilməsi ilə bağlıdır, hansı ki, onun hərbi xidməti və qanuni əsaslarla ehtiyata buraxılmağı barədə məlumat aşkar edilmədiyindən cavabdeh orqan tərəfindən ona müharibə veteranı adı və vəsiqəsinin verilməsindən imtina olunmuşdur.
26. Göründüyü kimi, cavabdeh inzibati orqan Azərbaycan Respublikası Müdafiə Nazirliyinin İddiaçı müharibə veteranı adının və vəsiqəsinin verilməsindən imtina etməsinə səbəb sonuncunun xidmət etdiyi N və N nömrəli hərbi hissələrin Silahlı Qüvvələrin Baş Qərargah rəsinin təsdiq etdiyi döyüşlərdə iştirak edən hərbi hissələrin siyahısında olmaması və N nömrəli hərbi hissədə hərbi xidmətinin atəşkəs dövrünə təsadüf etməsi olmuşdur.
27. Məhkəmə araşdırmanın yekunu olaraq aşağıdakılara görə hesab edir ki, inzibati orqanın imtinası qanunvericiliyin tələblərinə uyğundur.
28. «Hərbi qulluqçuların statusu haqqında» Azərbaycan Respublikası Qanununa görə: Maddə 3. Vətəndaşlar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə çağırıldıqları, könüllü qaydada və ya bağlaşma üzrə Silahlı Qüvvələrdə xidmətə daxil olduqları, toplanışlara çağırıldıqları, hərbi təhsil müəssisələrinə daxil olduqları gündən hərbi qulluqçu statusu əldə edir və Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmətdən buraxıldıqları, hərbi hissənin siyahılarından çıxarıldıqları, hərbi təhsil müəssisələrindən çıxarıldıqları və ya kənar edildikləri, toplanışı başa çatdırdıqları gündən bu statusu itirirlər.
29. “Veteranlar haqqında” Azərbaycan Respublikasının Qanununa görə: Maddə 3. Aşağıdakılar müharibə veteranları sayılırlar: - Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər. Maddə 7. Müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
30. “Hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanununa görə: Maddə N4. Hərbi qulluqçunun həqiqi hərbi xidmətin sonu hərbi hissə komandirinin əmri ilə şəxsi heyət siyahısından çıxarıldığı gün sayılır.
31. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr N995-ci il tarixli, 2N6 nömrəli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnaməyə görə: Bənd N. Müharibə veteranı adı aşağıdakı qaydada verilir: Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda N988-ci il fevralın N-dən N994 cü il mayın N2-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin N994-cü il N2 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında.
32. Göründüyü kimi, əsasnaməyə uyğun olaraq müharibə veteranı adı və vəsiqəsinin verilməsi üçün zəruri şərtlərdən biri şəxsin döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçməsi, bunun müvafiq sənədlərdə əks edilməsi və həmin sənədlərin hərbi xidmət keçməsini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edilməsidir.
33. Azərbaycan Respublikası Müdafiə Nazirinin 6 yanvar N998-ci il tarixli, 4 nömrəli əmri ilə qüvvəyə minmiş “Müharibə veteranı”, “Silahlı Qüvvələr veteranı” və “Əmək veteranı” adlarının verilməsinin qayda və şərtləri haqqında” Əsasnamənin Silahlı Qüvvələrdə tətbiq edilməsi qaydalarına dair Təlimata görə: Bənd N.6. N99N-ci il oktyabrın 9-dan N994-cü il mayın N0-dək döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə “Müharibə veteranı” adı və vəsiqəsi Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçməsini sübut edən sənədlər (şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, döyüşlərdə yaralanma haqqında arayışlar, nizami hissə üzrə əmrlərdən çıxarışlar, hərbi biletlər, Müdafiə, Daxili İşlər və Milli Təhlükəsizlik nazirliklərinin orqanları, yerli icra hakimiyyəti, hərbi idarəetmə orqanları və ya hərbi hissələri tərəfindən verilmiş arayışlar) əsasında verilir. “Müharibə veteranı” adı və vəsiqəsi almaq üçün döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanın şəxsi heyətinin siyahılarında olmasını sübut edən nizami hissə üzrə əmrdən çıxarış mütləq təqdim edilməlidir.
34. Göründüyü kimi, cavabdeh inzibati orqanın İddiaçı müharibə veteranı adının və vəsiqəsinin verilməsindən imtina etməsinə səbəb sonuncunun sonuncunun xidmət etdiyi N və N nömrəli hərbi hissələrin Silahlı Qüvvələrin Baş Qərargah rəsinin təsdiq etdiyi döyüşlərdə iştirak edən hərbi hissələrin siyahısında olmaması və N nömrəli hərbi hissədə hərbi xidmətinin atəşkəs dövrünə təsadüf etməsi olmuşdur ki, aparılmış məhkəmə araşdırmaları ilə də həmin hallar öz təsdiqini tapmışdır.
35. “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin N4-cü maddəsində hərbi xidmətin başlanğıcı və sonu müəyyən edilmişdir: başlanğıc – hərbi vəzifəlilər üçün xidmət yerinə yola düşdükləri gün; son – hərbi qulluqçunun hərbi xidmətdən ehtiyata buraxılması ilə əlaqədar hərbi hissə komandirinin əmri ilə şəxsi heyət siyahısından çıxarıldığı gündür.
36. “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasının Nazirlər Kabineti nəzərdə tutulur) tərəfindən müəyyən edilir. Veteranların hər bir kateqoriyası üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən vahid nümunədə vəsiqə təsdiq edilir. Veteranlar üçün nəzərdə tutulmuş güzəştlər veteran vəsiqəsi təqdim edildikdə həyata keçirilir. Veteran adları və vəsiqələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilir.
37. Hazırkı işdə iddiaçının qanuni əsaslarla ehtiyata buraxılması barədə sənədlər mövcud deyildir.
38. Beləliklə, məhkəmə yuxarıda şərh olunanlara əsasən belə nəticəyə gəlir ki, inzibati orqanın imtinası qanunvericiliyin tələblərinə uyğundur və İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddiası təmin edilməməlidir.
39. İPM-ə görə: Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.N. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
40. Beləliklə, məhkəmə hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Nəticəvi hissə:
41. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 75 və 85-ci maddələrini rəhbər tutaraq
qərara aldı:
İddia təmin edilməsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına (Gəncə şəhəri, Atatürk prospekti, 252) apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən Gülşən Əliyeva