Məhkəmə qərarları › İş №2-1(114)-3369/2025

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-3369/2025

14.10.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-3369/2025 14.10.2025 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Tağıyeva Ruhiyə Nadim qızı Fərəcova Tamilla Məhərrəm qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Ədliyyə Nazirliyi Cavabdehnə qarşı “xx.xx.1955-ci ildə Şəmkir rayonu, Qapanlı kəndində doğulmuş, atası X8, anası X4 olan X3 doğum haqqında akt qeydinin bərpa edilməsi və doğum haqqında şəhadətnamənin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmə binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İddiaçının tələbi, cavabdehin etirazı İddiaçı cavabdeh Ədliyyə Nazirliyi Cavabdehnə qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, doğum haqqında şəhadətnaməsinin bərpa edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini belə əsaslandırmışdır ki, Şəmkir rayon Qeydiyyat şöbəsinin xx-xx- 2024-cü il tarixli, 410 saylı doğum haqqında akt qeydinin aşkar olunmaması barədə arayışına əsasən, həmçinin Cavabdeh arxivində saxlanılan sənədlər üzrə X9 barəsində yoxlama aparılmış və doğum haqqında akt qeyd aşkar olunmamışdır. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(114)-3369/2025 nömrəli qərardadı ilə iddia tələbi “xx.xx.1955-ci ildə Şəmkir rayonu, Qapanlı kəndində doğulmuş, atası X8, anası X4 olan X3 doğum haqqında akt qeydinin bərpa edilməsi və doğum haqqında şəhadətnamənin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dəyişdirilmişdir. Cavabdeh tərəfindən iddiaya qarşı məhkəməyə etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatı İddiaçı məhkəmə iclasında iştirak etmiş, lakin cavabdeh nümayəndəsinin iştirakını təmin etməmiş, gəlməmələrinin üzrlü olması və ya mümkünsüzlüyü barədə məlumat verməmişdir. Məhkəmə şifahi məhkəmə baxış iclasına gəlməyən şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək iddianın təmin edilməsini xahiş etdi. İşin halları AZE 03864295 nömrəli Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsi X5 məxsus olmuşdur. xx.xx.1980-ci il tarixli İİ-ЖГ 405011 nömrəli nikahın bağlanması haqqında Şəhadətnaməyə əsasən, X9 ilə X1 xx.xx.1980-ci ildə nikahları bağlanılmış, ərə “Ənnağıyev”, arvada “Ənnağıyeva” soyadı verilmişdir. xx.xx.1982-ci il tarixli, Vİİİ-ЖГ 36291 №-li Doğum haqqında Şəhadətnamə “İddiaçı”na məxsusdur, atası qrafasında “X9”, anası qrafasında “X6” qeyd edilmişdir. xx.xx.2025-ci il tarixli ölüm haqqında şəhadətnaməyə əsasən X9 xx.xx.2025-ci ildə ölmüşdür. Ədliyyə Nazirliyi Cavabdeh tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, Şəmkir rayon Qeydiyyat şöbəsinin xx.xx.2024-cü il tarixli, 410 saylı doğum haqqında akt qeydinin aşkar olunmaması barədə arayışına əsasən, həmçinin Cavabdeh arxivində saxlanılan sənədlər üzrə X9 barəsində yoxlama aparılmış və doğum haqqında akt qeyd aşkar olunmamışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Vətəndaşlıq Vəziyyəti Aktlarının Arxivi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, Ədliyyə Nazirliyinin “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə baxış keçirilərkən M.Ənnağıyevin doğumunun qeydə alınması haqqında hər hansı məlumat aşkar olunmamışdır. Şəmkir Rayon İcra Hakimiyyəti başçısının Qapanlı kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, xx.xx.1955-ci il təvəllüdlü mərhum X9 barəsində olan doğum haqqında akt qeydi nümayəndəlikdə yoxdur. Gəncə şəhər Baş Polis İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, X3 adına olan fərdi uçot kartoçkasının tərtib edilməsinə əsas olan sənədlərin saxlama müddəti bitdiyinə görə qanunvericiliklə müəyyən edilmiş qaydada məhv edildiyindən təqdim edilməsi mümkün deyildir. Fərdi uçot kartası xx.xx.1955-ci ildə Şəmkir rayonu, Qapanlı kəndində doğulmuş, atası X8, anası X4, həyat yoldaşı X2 olan X5 şəxsiyyət vəsiqəsinin verilməsi üçün tərtib edilmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının İnzibati Prosesual Məcəlləsi Maddə 2. İnzibati mübahisələrin məhkəmə aidiyyəti 2.2. İnzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.3. inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia); Maddə 34. Öhdəliyin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Maddə 35. İddianın mümkünlüyü 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 85. Şikayətin verilməsinə dair tələblər 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Azərbaycan Respublikasının Ailə Məcəlləsi Maddə 159. Vətəndaşlıq vəziyyəti aktlarını qeydə alan orqanlar 159.2. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) fəaliyyət istiqamətinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının informasiya sistemi vasitəsilə doğumun, nikahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik edir və ləğv edir, itmiş akt qeydlərini bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr və ya arayışlar verirlər. Maddə 162. Vətəndaşlıq vəziyyəti akt qeydinin bərpası 162.1. Vətəndaşlıq vəziyyəti akt qeydinin bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında, ərizə verənlərin seçdiyi yer üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən icra edilir. 162.2. İtmiş akt qeydinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydası ilə müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş Vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən Əsas Müddəalar İİ. Vətəndaşlıq vəziyyəti akt qeydlərinin bərpası qaydası

13. Vətəndaşlıq vəziyyəti akt qeydlərinin bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında ərizə verənlərin seçdiyi yer üzrə qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən icra edilir.

14. İtmiş akt qeydinin qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydasında müəyyən edilir.

16. Doğum, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, soyadın və ata adının dəyişdirilməsi, ölüm haqqında itmiş akt qeydləri yalnız müvafiq akt qeydinin əvvəllər olduğunu təsdiq edən sənədlər olduqda və ya məhkəmənin qətnaməsinə əsasən bərpa edilir.

18. Ərizə verən şəxsin seçdiyi yer üzrə qeydiyyat şöbələri və konsulluq idarələri təqdim olunmuş (bu Qaydanın “Qeyd”inin tələbləri nəzərə alınmaqla) bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlərə və yoxlamanın nəticələrinə əsasən vətəndaşlıq vəziyyəti akt qeydinin bərpası və ya bundan imtina olunması haqqında rəy qəbul edir və ya vətəndaşlıq vəziyyəti akt qeydinin bərpa edilməsindən imtina edir. İmtinanın səbəbləri əsaslandırılmaqla ərizə verən şəxsə yazılı məlumat verilir.

Məhkəmənin mövqeyi

Məhkəmə əvvəla iddianın mümkünlüyü ilə bağlı qeyd edir ki, iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt olan onun mümkünlüyünü yoxlayaraq məhkəmə hesab edir ki, verilmiş iddia mümkün iddiadır. Belə ki, hazırkı iddia öhdəliyin icrası haqqında iddia olmaqla ümumi və xüsusi mümkünlük şərtləri yerinə yetirilmişdir. Məhkəmə tərəfindən iddianın məhkəməyə aid olması, iddia tələbi üzrə iddiaçının subyektiv hüquqa malik olması, cavabdehin iddiaya cavab verməli olması, həmçinin cavabdehin imtinasının olması müəyyən edilmişdir. Odur ki, məhkəmə hesab edir ki, verilmiş iddiaya mahiyyəti üzrə baxıla bilər. Məhkəmə iddia ərizəsini, iş materiallarını araşdıraraq, iş üzrə tərəfi dinləyərək, işin hallarına hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Hazırkı iddia tələbi ilə iddiaçı mərhum atasının doğum haqqında akt qeydinin bərpa edilməsini xahiş edir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Vətəndaşlıq Vəziyyəti Aktlarının Arxivi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, Ədliyyə Nazirliyinin “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə baxış keçirilərkən M.Ənnağıyevin doğumunun qeydə alınması haqqında hər hansı məlumat aşkar olunmamışdır. Fərdi uçot kartasından görünür ki, həmin karta xx.xx.1955-ci ildə Şəmkir rayonu, Qapanlı kəndində doğulmuş, atası X8, anası X4, həyat yoldaşı X2 olan X5 şəxsiyyət vəsiqəsinin verilməsi ilə bağlı tərtib edilmişdir. AZE 03864295 nömrəli Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsi X5 məxsus olmuşdur. xx.xx.1980-ci il tarixli İİ-ЖГ 405011 nömrəli nikahın bağlanması haqqında Şəhadətnaməyə əsasən, X9 ilə X1 xx.xx.1980-ci ildə nikahları bağlanılmış, ərə “Ənnağıyev”, arvada “Ənnağıyeva” soyadı verilmişdir. xx.xx.2025-ci il tarixli ölüm haqqında şəhadətnaməyə əsasən X9 xx.xx.2025-ci ildə ölmüşdür. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş Vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən Əsas Müddəalara görə, vətəndaşlıq vəziyyəti akt qeydlərinin bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında ərizə verənlərin seçdiyi yer üzrə qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən icra edilir. İtmiş akt qeydinin qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydasında müəyyən edilir. Doğum, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, soyadın və ata adının dəyişdirilməsi, ölüm haqqında itmiş akt qeydləri yalnız müvafiq akt qeydinin əvvəllər olduğunu təsdiq edən sənədlər olduqda və ya məhkəmənin qətnaməsinə əsasən bərpa edilir. İşdə olan sənədlərə əsasən X3 doğum haqqında akt qeydinin tərtib edildiyi müəyyən olunur ki, məhz onun əsasında da mərhum X3 şəxsiyyətini təsdiq edən və sonucuya məxsus olan digər sənədlər mövcuddur. Belə olan halda qanunvericiliyin tələbinə görə, həmin akt qeydi müvafiq vətəndaşın müraciətinə əsasən bərpa edilməlidir. Ona görə də məhkəmə cavabdehin imtinasını qanunsuz hesab edir. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməli, iddiaçının mərhum atası X5 məxsus olan doğum haqqında akt qeydinin bərpa edilməsi və doğum haqqında şəhadətnamənin verilməsi öhdəliyi cavabdeh Ədliyyə Nazirliyi Cavabdeh üzərinə qoyulmalıdır. Məhkəmə yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati- Prosessual Məcəlləsinin 34.1 və 85.1-ci maddələrini rəhbər tutaraq

Qərara aldı

İddiaçı tərəfindən verilmiş iddia təmin edilsin. xx.xx.1955-ci ildə Şəmkir rayonu, Qapanlı kəndində doğulmuş, atası X8, anası X4 olan X3 doğum haqqında akt qeydinin bərpa edilməsi və doğum haqqında şəhadətnamənin verilməsi öhdəliyi cavabdeh Ədliyyə Nazirliyi Cavabdehnə həvalə edilsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qərardan göstərilən müddətdə şikayətin verilmədiyi və ya inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Ruhiyə Tağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar