Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-337/2021 16.02.2021 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Fikrət Cilingir oğlunun sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, İddiaçı, üçüncü şəxs Gəncə Şəhər İcra Hakimiyyəti Mənzil Kommunal X3 nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı X21rşı (üçüncü şəxs Gəncə Şəhər İcra Hakimiyyəti Mənzil Kommunal X6) daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınması tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh DƏDRX-nin 3 saylı X21rşı iddia ərizəsi ilə xx.xx.2020-ci il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, ünvan 1, 2 nömrəli mənzilin daşınmaz əmlakın dövlət reyestrində onun adına qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, ünvan 1, mənzil 2-də kirayə müqaviləsi iddiaçının adınadır, 1988-ci ildən bu mənzildə yaşayır. Kirayə müqaviləsi yeni bağlansa da mənzilə dair bütün kommunal xərcləri 1991-ci ildən ödəyir və artıq mənzil üzərində onun mülkiyyət hüququ vardır. Belə olan halda mənzilin özəlləşdərilməsi üçün cavabdehə müraciət etsə də, sonuncu bundan imtina etmişdir. Məhkəmənin xx.xx.2020-ci il tarixli qərardadı ilə Gəncə Şəhər İcra Hakimiyyəti Mənzil Kommunal X11 məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişdir. İddiaçı iddianı müdafiə etmişdir. Cavabdehin nümayəndəsi X7 əvvəlki məhkəmə iclasında iddianı qəbul etməyərək bildirmişdir ki, ünvan 1 ünvanında yerləşən 2 nömrəli mənzilə dair yaşayış sahəsinin kirayə müqaviləsi Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə mindikdən sonrakı tarixdə, xx.xx.2020-ci il tarixdə bağlandığı üçün iddiaçının mənzil üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün əsas hesab olunmur. Üçüncü şəxsin nümayəndəsi X9 məhkəmə iclasında təmsil etdiyi qurumun Gəncə şəhəri, S.Ruhulla küçəsi, 20 nömrəli evin 2 nömrəli mənzilinin iddiaçının adına özəlləşdirilməsinə etiraz etmədiyini bildirmişdir. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: -Azərbaycan Demir Yolları QSC X4 İstiqaməti üzrə arxiv bölməsinin xx.xx.2020-ci il, 27/3 nömrəli arxiv arayışından görünür ki, İddiaçı 9 nömrəli evlər idarəsinin Evlərin üz hesabları kitablarında ünvan 1, mənzil 2 ünvanında 1989-cu ildən qeydiyyatdadır. -Gəncə Şəhər İcra Hakimiyyəti Mənzil Kommunal X3 xx.xx.2020-ci il tarixli **********275 nömrəli şəxsi hesabdan çıxarışından görünür ki, İddiaçı və onun ailə üzvləri X17, X12, X15, X13, X16 və X1 şəhəri, S.Ruhulla küçəsi, ev 20, mənzil 2 ünvanında yaşayırlar. -X10, X5 və X8 xx.xx.2020-ci il tarixli ərizələrindən görünür ki, ünvan 1, 2 nömrəli mənzilin İddiaçı adına özəlləşdirilməsinə etiraz etmirlər. -Gəncə Şəhər İcra Hakimiyyəti Mənzil Kommunal X3 12 saylı Mənzil İstismar Sahəsinin xx.xx.2020-ci tarixli 154 nömrəli arayışından görünür ki, İddiaçı və onun ailə üzvləri ünvan 1, mənzil 2 ünvanında daimi qeydiyyatdadırlar və yaşayırlar. -xx.xx.2020-ci il tarixli, 007 nömrəli Yaşayış sahəsinin kirayə müqaviləsindən görünür ki, ünvan 1 ünvanında yerləşən 2 nömrəli mənzilə dair İddiaçı ilə kirayə müqaviləsi bağlanmışdır. -DƏDRX-nin 3 saylı X27 xx.xx.2020-ci il tarixli, **********49 nömrəli məktubunun surətindən görünür ki, ünvan 1, mənzil 2 yaşayış sahəsinin kirayə müqaviləsi Azərbaycan Respublikası Mənzil Məcəlləsi qüvvəyə mindikdən sonrakı tarixdə, xx.xx.2020-ci ildə bağlandığı üçün cavabdeh mənzilin iddiaçının adına özəlləşdirilməsindən imtina etmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddiaçı həmin Məcəllənin 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. İddia mümkün iddia olmaqla yanaşı mahiyyət baxımından da əsaslıdır. Belə ki, iş materialları ilə müəyyən olunur ki, ünvan 1 ünvanında yerləşən 2 nömrəli mənzildə iddiaçı və ailə üzvləri qeydiyyatda olmaqla yaşayırlar, mənzilə dair iddiaçı ilə kirayə müqaviləsi bağlanmışdır. İddiaçı qeyd olunan mənzilin daşınmaz əmlakın dövlət reyestrində onun adına qeydiyyata alınması ilə bağlı DƏDRX-nin 3 saylı X28 müraciət etsə də cavabdeh orqan bundan imtina etmişdir. Məhkəmə işin faktiki hallarına və aşağıda qeyd edilən normalara əsasən cavabdeh orqanın imtinasını əsassız hesab edir. Belə ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin:- -29.1-ci maddəsinə əsasən yaşayış sahəsinin mülkiyyətçisi ona mülkiyyət hüququ əsasında məxsus olan yaşayış sahəsi barəsində onun təyinatına uyğun olaraq və bu Məcəllə, həmçinin digər qanunlarla müəyyən edilmiş hüdudlarda sahiblik, istifadə və sərəncam vermək hüquqlarını həyata keçirir. -29.2-ci maddəsinə əsasən yaşayış sahəsinin mülkiyyətçisi mülki qanunvericiliklə, bu Məcəllə ilə müəyyən edilmiş tələblər nəzərə alınmaqla ona mülkiyyət hüququ əsasında məxsus olan yaşayış sahəsini kirayə müqaviləsi, əvəzsiz istifadə və ya digər qanuni əsaslarla fiziki və ya hüquqi şəxslərin istifadəsinə vermək hüququna malikdir. İş materiallarından göründüyü kimi ünvan 1 ünvanında yerləşən 2 nömrəli mənzil Gəncə Şəhər İcra Hakimiyyəti Mənzil Kommunal X3 balansındadır və həmin mənzilə dair tərəflər arasında xx.xx.2020-ci il tarixli kirayə müqaviləsi bağlanmışdır. Qeyd olunan müqavilənin 2.4.2-ci bəndinə əsasən kirayəçinin, yəni hazırki halda iddiaçının kirayə verənin (Gəncə Şəhər İcra Hakimiyyəti Mənzil Kommunal X3) razılığı ilə kirayəyə götürülmüş mənzili özəlləşdirmək hüququ var. Bir halda ki, balans saxlayan balansda olan mənzilin iddiaçının adına özəlləşdirilməsinə etiraz etmir, belə olan təqdirdə cavabdeh orqanın həmin mənzilin özəlləşdirilməsi ilə bağlı imtinası qanunsuz hesab edilməlidir. Bununla yanaşı qeyd olunan mənzildə daimi qeydiyyatda olan və yaşayan şəxslər də həmin mənzilin iddiaçının adına özəlləşdirilməsinə etiraz etməmişdir. “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin tələblərinə əsasən dövlət və ya ictimai mənzil fondunun mülkiyyətçisi ilə mənzil kirayə müqaviləsi bağlamış Azərbaycan Respublikası vətəndaşlarının, habelə vətəndaşlığı olmayan şəxslərin yaşadıqları mənzilləri bu Qanunla müəyyən edilmiş şərtlərlə və qaydada əvəzsiz olaraq şəxsi mülkiyyətinə keçirmək hüququ vardır. Həmin Qanunun 5-ci maddəsinin tələblərinə əsasən mənzillər (evlər), özəlləşdirilməsi üçün müraciət edilən anda mənzil kirayə müqaviləsində göstərilmiş və kirayəçi ilə birlikdə faktiki yaşayan, onun yetkinlik yaşına çatmış ailə üzvlərinin razılığı ilə onlardan birinin mülkiyyətinə və ya bir neçəsinin və yaxud bütün ailə üzvlərinin ümumi (paylı, birgə) mülkiyyətinə verilə bilər. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 8-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslardan biri Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsidir. Beləliklə işin faktiki hallarına və yuxarıda qeyd olunan maddi hüquq normalarına əsasən məhkəmə hesab edir ki, ünvan 1 ünvanında yerləşən 2 nömrəli mənzilinin daşınmaz əmlakın dövlət reyestrində İddiaçı adına qeydiyyata alınması öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. N ə t i c ə v i h i s s ə: Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2, 34, 68, 69, 73, 75, 78, 81 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərar aldı: İddia təmin edilsin. Gəncə şəhəri, S.Ruhulla küçəsi, 20 nömrəli evin 2 nömrəli mənzilinin daşınmaz əmlakın dövlət reyestrində İddiaçı adına qeydiyyata alınması öhdəliyi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı X27 üzərinə qoyulsun. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fikrət Hüseynov
Məhkəmə qərarları › İş №2-1(114)-337/2021
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-337/2021
16.02.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver