Məhkəmə qərarları › İş №2-1(114)-337/2022

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-337/2022

27.04.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-337/2022 27.04.2022 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Axundov Emin Tahir oğlunun sədrliyi, Xəlilov Eldar Yaşar oğlunun katibliyi ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasına qarşı qərarda düzəliş edilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. T ə s v i r i h i s s ə: İddiaçı 01.12.N21-ci il tarixdə iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasına qarşı Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının 21 oktyabr N21-ci il tarixli, 299 nömrəli qərarında qeyd edilmiş döyüş əməliyyatları zamanı aldığı travmanın səbəbli əlaqəsində dəyişiklik edilərək “Travmadır, Xəstəlikdir hərbi xidmət dövründə alınmışdır” sözləri “Hərbi travmadır Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” sözləri ilə əvəz edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N nömrəli hərbi hissə komandirinin 21.09.N21-ci il tarixli arayışından görünür ki, 27.09.NN-ci ildən 10.11.NN-ci ilədək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etmişdir. Hazırda da hərbi xidmətə davam edir. N nömrəli hərbi hissə komandirinin N sentyabr NN-ci il tarixli, 274 nömrəli əmrindən görünür ki, Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi məqsədilə Füzuli və Cəbrayıl istiqamətlərində gedən döyüş əməliyyatlarına cəlb edilmişdir. N nömrəli hərbi hissə komandirinin 27.12.NN-ci il tarixli, 1128 nömrəli “Travma haqqında” arayışından görünür ki, 06 noyabr NN-ci ildə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlər zamanı Şuşa istiqamətində düşmən tərəfindən atılan artileriya atəşi nəticəsində” partlayış zədələnməsi Barotravma qapalı kəllə beyin travması, beyin silkələnməsi” xəsarətləri almışdır. Qeyd edilən arayışdan görünür ki, xəsarət (yaralanma, travma, kontuziya) döyüş tapşırığını yerinə yetirərkən alınmışdır. Müdafiə Nazirliyi Silahlı Qüvvələrin Baş Klinik Hospitalı tərəfindən verilmiş və Müdafiə Nazirliyinin Mərkəzi Həkim Komissiyası tərəfindən təsdiq edilmiş 29 iyul N21-ci il tarixli, 1056 nömrəli xəstəlik haqqında şəhadətnamədən görünür ki, partlayış travması (06.11.NN) nəticəsində keçirilmiş qapalı kəllə-beyin travması, baş beyin silkələnməsindən sonrakı, mülayim dərəcədə ifadə olunmuş üzvi emosional labil pozuntu, postkommotson sindrom və davranış pozuntuları ilə müşaiyət olunan nəticəsi. Partlayış travması (06.11.NN) nəticəsində keçirilmiş qapalı kəllə-beyin travması, baş beynin silkələnməsinin ayrı-ayrı dağınıqocaqlı üzvi nevroloji nişanələr və vegetativ-damar davamsızlığı ilə qalıq əlamətləri, mərkəzi sinir sisteminin funksiyasının cüzi dərəcədə pozulması ilə Barotravma nəticəsində (06.11.NN) ikitərəfli xroniki koxlear nevrit, ikitərəfli davamlı neyrosensor ağıreşitmə, pıçıltı hər iki qulaqda, 3,5 metr məsafədən eşitməsi ilə “Həbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır”. Vertebroqen iümbalgiya, natamam remissiya mərhələsində. Nerotesteatoz. İİ (ikinci) dərəcəli alimentar konstitsional piylənmə BÇİ-xəstəlikdir, hərbi xidmət dövründə alınmışdır. Ancaq, Müdafiə Müdafiə Nazirliyi Silahlı Qüvvələrin Baş Klinik Hospitalı tərəfindən verilmiş və Müdafiə Nazirliyinin Mərkəzi Həkim Komissiyası tərəfindən təsdiq edilmiş 29 iyul 2D21-ci il tarixli, 1056 nömrəli Xəstəlik haqqında şəhadətnaməsi Müdafiə Nazirliyinin Mərkəzi Həkim Komissiyasının 21 oktyabr N21-ci il tarixli, 299 nömrəli qərarı ilə ləğv edilmiş və yuxarıda qeyd edilən ’’Partlayış travması (06.11.NN) nəticəsində keçirilmiş qapalı kəllə-beyin travması. baş beyin silkələnməsindən sonrakı, mülayim dərəcədə ifadə donmuş üzvi emosional labil pozuntu, postkommotson sindrom və davranış pozuntuları ilə müşaiyət olunan nəticəsi. Partlayış travması (06.11.NN) nəticəsində keçirilmiş qapalı kəlləbeyin travması, baş beynin silkələnməsinin ayrı-ayrı dağınıqocaqlı üzvi nevroloji nişanələr və vegetativ-damar davamsızlığı ilə qalıq əlamətləri, mərkəzi sinir sisteminin funksiyasının cüzi dərəcədə pozulması ilə. Barotravma nəticəsində (06.11,NN) ikitərəfli xroniki koxlear nevrit. ikitərəli davamlı neyrosensor ağıreşitmə, pıçıltı hər iki qulaqda,3,5 metr məsafədən eşitməsi ilə Travmadır, xəstəlikdir, Hərbi Xidmət Dövründə alınmışdır” sözləri ilə əvəz edilmişdir. Maraqlıdır ki, hər iki qərar çıxarılarkən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15.32.N08-ci il tarixli, 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi -həkim ekspertizası haqqında Əsasnamə”nin 7.2-ci maddəsinə istinad edilmişdir. Bundan başqa Müdafiə Müdafiə Nazirliyi Silahlı Qüvvələrin Baş Klinik Hospitalının 29 iyul N21-ci il tarixli, 1056 nömrəli Xəstəlik haqqında şəhadətnaməsinin Müdafiə Nazirliyinin Mərkəzi Həkim Komissiyasının 21 oktyabr N21-ci il tarixli, 299 nömrəli qərarı ilə ləğv edilməsinin səbəbləri qərarda şərh edilib əsaslandırılmamışdır. Belə olan halda Müdafiə Nazirliyinin Mərkəzi Həkim Komissiyasının 21 oktyabr N21-ci il tarixli, 299 nömrəli qərarını əsassız hesab etdiyi üçün MN HHK-na müraciət edərək qərarda göstərilən “Travmadır, xəstəlikdir, Hərbi Xidmət Dövründə alınmışdır" sözlərinin “Həbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” sözləri ilə əvəz edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının 11.11.N21-ci il tarixli, 1810 nömrəli məktubu ilə Müdafiə Nazirliyinin Mərkəzi Həkim komissiyasının 21 oktyabr N21-ci il tarixli, 299 nömrəli qərarına dəyişiklik edilməsindən imtina edilmişdir. Yuxarıda qeyd edilmiş sübutlar Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının 11.11.N21-ci il tarixli, 1810 nömrəli imtinasının əsassız olduğunu təsdiq edir. Ona görə də hesab edir ki, Müdafiə Nazirliyinin Mərkəzi Həkim Komissiyasının 21 oktyabr N21-ci il tarixli, 299 nömrəli qərarında qeyd edilmiş travmadır, Xəstəlikdir, Hərbi xidmət dövründə alınmışdır” sözlərindən ibarət rəyində dəyişiklik edilərək “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” sözləri ilə əvəz edilməsi vəzifəsinin cavabdeh Müdafiə Nazirliyinin Mərkəzi Həkim Komissiyasının üzərinə qoyulmalıdır. Cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyası məhkəməyə iddia tələbinə dair münasibət təqdim edərək, bildirmişdir ki, vətəndaş İddiaçı AR MN Baş Klinik Hospitalın terapiya profilli hərbi-həkim komissiyası tərəfindən şəhadətləndirilmiş və onda təyin olunmuş “Partlayış travması (06.11.NN) nəticəsində keçirilmiş qapalı kəllə-beyin travması, baş beyin silkələnməsindən sonrakı, mülayim dərəcədə ifadə olunmuş üzvi emosional labil pozuntu, postkommotsion sindrom və davranış pozuntuları ilə müşaiyət olunan nəticəsi. Mülayim dərəcədə ifadə olunmuş uzun müddətli postravmatikstress pozuntusu. Partlayış travması (06.11.NN) nəticəsində keçirilmiş qapalı kəllə-beyin travması, baş beyin silkələnməsinin ayrı-ayrı dağınıq ocaqlı üzvi nevroloji nişanələr və vegetativ damar davamsızlığı ilə olan qalıq əlamətləri, mərkəzi sinir sisteminin funksiyasının cüzi dərəcədə pozulması ilə. Barotravma nəticəsində (06.11.NN) ikitərəfli koxlear nevrie, ikitərəfli davamlı neyrosensor ağıreşitmə, pıçıltı nitqini hər iki qulaqda 3,5 metr məsafədən eşitməsi ilə” diaqnozuna əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.N08-ci il tarixli, 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertiası haqqında Əsasnamə”nin Xəstəliklər Cədvəlinin 14 “b”, 17 “b”, 23 “c” maddəsinin İİİ qrafası və ƏTC-na əsasən “Sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlıdır” sayılmış və xəstəliyinin hərbi xidmətlə səbəb əlaqəsi “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin 7.2-ci bəndinin “a” yarımbəndinə əsasən “Hərbi travmadır, Azərbaycan Respublikasının müdaiəsi amanı alınmışdır” kimi təyin edilmişdir. Sonradan MN Daxili Təhlükəsizlik 10.N21-ci il tarixli, 7/511 nömrəli məktubuna əsasən Mustafayevin aldığı travmaların hərbi xidmətlə səbəb əlaqəsi dəyişdirilərək “Travmadır, hərbi xidmət dövründə alınmışdır” kimi təyin edilmiş və bu barədə ona 21.10.N21-ci il tarixli, 299 nömrəli qərar verilmişdir. Vətəndaş İddiaçı MN Baş Klinik Hospitalında müayinə və müalicə olunarkən onda mərmi partlaması nəticəsində davamlı baş ağrıları, baş gicəllənməsi, əsəbilik, qısamüddətli huşunu itirmə və sair hallar müəyyən edilmişdir. Eyni zamanda İddiaçı hərbi xidmətə yararsızlığına gətirib çıxaran psixiatrik diaqnozlardan da görünür ki, bu xəstəliklər onun döyüş şəraitində aldığı hərbi travmalar nəticəsində yaranmışdır. Qeyd olunan xüsusatlar İddiaçı barotravma ilə bərabər, həm də qapalı baş-beyin travması və baş-beyin silkələnməsi alması qənaətinə gəlməyə əsas verir. Odur ki, qeyd olunan məsələnin həllini məhkəmənin mülahizəsinə buraxmışdır. İş üzrə tərəflərə məhkəmə iclasınını vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, iddiaçının vəkili məhkəməyə teleqram göndərərək işə iddiaçının və onun iştirakı olmadan baxılmasını, iddia tələbinin təmin edilməsinə dair qərar qəbul edilməsini xahiş etmiş, cavabdeh isə işə nümayəndələrinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Tərəflərin şifahi məhkəmə baxışı iclasında iştirak etmədiklərinə baxmayaraq, məhkəmə işə baxa və iş üzrə qərar qəbul edə bilmişdir. Belə ki, tərəflər onlara təqdim olunmuş bildirişdə məhkəmə iclasında iştirak etmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-in 62.3-cü maddəsi). Ə s a s l a n d ı r m a h i s s ə s i: İddia mümkün iddiadır. Belə ki, iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın məhkəmə və ərazi aidiyyəti düzgün müəyyən olunmuşdur. İddiaçı Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. Məhkəmə işin faktiki hallarına və aşağıda qeyd olunan normalara əsasən iddianı əsaslı hesab edir. Belə ki, iş materiallarında olan: N nömrəli hərbi hissə komandirinin N sentyabr NN-ci il tarixli, 274 nömrəli əmrinin təsdiqlənmiş surətindən görünür ki, mayor İddiaçı Azərbaycan Respublikasının ərazi bütövlüyünü bərpa etmək məqsədilə döyüş tapşırıqlarını yerinə yetirmək üçün Fizuli Cəbrayıl istiqamətlərində gedən döyüş əməliyyatlarına cəlb olunmuş, N nömrəli hərbi hissənin müdafiə rayonlarına getmiş hesab edilmişdir. N nömrəli hərbi hissənin N dekabr NN-ci il tarixli, N28 nömrəli “Travma haqqında” arayışının təsdiqlənmiş surətindən görünür ki, mayor İddiaçı 06.11.NN-ci il tarixdə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlər zamanı Şuşa istiqamətində düşmən tərəfindən atılan artilleriya atəşi nəticəsində “Partlayış zədələnməsi barotravma qapalı kəllə-beyin travması beyin sirkələnməsi xəsarətini almışdır. Xəsarət (yaralanma, travma, kontuziya) döyüş tapşırığını yerinə yetirərkən alınmışdır. N nömrəli hərbi hissənin N yanvar N21-ci il tarixli, 304 nömrəli arayışının surətindən görünür ki, N nömrəli hərbi hissənin hərbi qulluqçusu, mayor İddiaçı 10.11.NN-ci il tarixdə N nömrəli hərbi hissəyə müraciət etmiş “Partlayış zədələnməsi, barotravma” diaqnozu qoyulmuş və müvafiq yardım göstərilmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Silahlı Qüvvələrin Baş Klinik Hospitalı tərəfindən verilmiş 29 iyul N21-ci il tarixli, 1056 nömrəli xəstəlik haqqında şəhadətnamənin surətindən görünür ki, “partlayış travması (06.11.NN) nəticəsində keçirilmiş qapalı kəlləbeyin travması, baş beyin silkələnməsindən sonrakı, mülayim dərəcədə ifadə olunmuş üzvi emosional labil pozuntu, postkommotson sindrom və davranış pozuntuları ilə müşaiyət olunan nəticəsi. Partlayış travması (06.11.NN) nəticəsində keçirilmiş qapalı kəlləbeyin travması, baş beynin silkələnməsinin ayrı-ayrı dağınıqocaqlı üzvi nevroloji nişanələr və vegetativ-damar davamsızlığı ilə qalıq əlamətləri, mərkəzi sinir sisteminin funksiyasının cüzi dərəcədə pozulması ilə Barotravma nəticəsində (06.11.NN) ikitərəfli xroniki koxlear nevrit, ikitərəfli davamlı neyrosensor ağıreşitmə, pıçıltı hər iki qulaqda, 3,5 metr məsafədən eşitməsi ilə “Həbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır”. Vertebroqen iümbalgiya, natamam remissiya mərhələsində. Nerotesteatoz. İİ (ikinci) dərəcəli alimentar konstitsional piylənmə BÇİ-xəstəlikdir, hərbi xidmət dövründə alınmışdır. Sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlıdır” kimi təyin edilmişdir. N nömrəli hərbi hissənin N sentyabr N21-ci il tarixli, 2579 nömrəli arayışının təsdiqlənmiş surətindən görünür ki, polkovnik-leytenant İddiaçı həqiqətən 27.09.NN-ci il tarixdən 10.11.NN-ci il tarixədək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etmişdir, Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin N nömrəli hərbi hissədə 23.03.NN-ci il tarixdən həqiqi hərbi xidmətdədir. N nömrəli hərbi hissənin N sentyabr N21-ci il tarixli, 1409 nömrəli məktubunun surətindən görünür ki, N nömrəli hərbi hissənin hərbi qulluqçusu polkovnik-leytenant İddiaçı “Qapalı kəllə-beyin travması, beyin silkələnməsi” diaqnozu xəsarəti ilə N nömrəli hərbi hissədə qeydiyyata düşməsi barədə hərbi hissədə hər hansı arayış tərtib edilməmişdir. Polkovnik-leytenant İddiaçı, 10 noyabr NN-ci il tarixdə N nömrəli hərbi hissəyə müraciət etmiş və ona “Partlayış zədələnməsi, barotravma” diaqnozu qoyularaq müvafiq yardım göstərilmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Baş Klinik Hospitalının 28 sentyabr N21-ci il tarixli, 6869 nömrəli arayışının surətindən görünür ki, İddiaçı həqiqətən 10.11.NNci il tarixdə N nömrəli hərbi hissədə (hərbi hospitalda) ambulator müayinədə olmuşdur. (Diaqnoz: partlayış zədələnməsi. Barotravma. N nömrəli hərbi hissənin (hərbi hospitalın) NN-ci ilə məxsus ambulator kitabının 1647-ci sayındakı qeydə əsasən). Azərbaycan Respublikası Mərkəzi Hərbi Həkim Komissiyasının 21 oktyabr N21-ci il tarixli, 299 nömrəli qərarı ilə Azərbaycan Respublikası Müdafiə Nazirliyi Baş Klinik Hospitalı tərəfindən verilmiş 29.07.N21-ci il tarixli, 1056 nömrəli xəstəlik haqqında şəhadətnamə qüvvədən düşmüş hesab edilmişdir. Azərbaycan Respublikası Mərkəzi Hərbi Həkim Komissiyasının 11 noyabr N21-ci il tarixli, 1810 nömrəli məktubundan görünür ki, iddiaçıda təyin edilmiş travmanın və xəstəliyin hərbi xidmətlə səbəb əlaqəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.N08-ci il tarixli, 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin 7.2-ci bəndinin ç) yarımbəndinə əsasən “Travmadır, xəstəlikdir, hərbi xidmət dövründə alınmışdır” kimi təyin edilmiş və ona 21.10.N21-ci il tarixli, 299 nömrəli qərar verilmişdir.Qərar düzgün olduğu və dəyişdirilməsi üçün əsas olmadığı bildirilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.N08-ci il tarixli, 59 saylı qərarı ilə təsdiq edilmiş “hərbi-həkim ekspertizası haqqında” Əsasnamənin 7.2-ci bəndinin “a” yarımbəndinə əsasən əgər şəhadətləndirilən şəxs xəsarəti Azərbaycan Respublikasının ərazi bütövlüyünü, müstəqilliyini və konstitusional quruluşunu müdafiə edərkən və ya cəbhədə olduğu dövrdə hərbi xidmətin digər vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən, habelə sülh dövründə dövlət sərhədini mühafizə edərkən almışsa; əgər şəhadətləndirilən şəxs xəsarəti xarici dövlətlərdə olan dövrdə kəşfiyyat və ya əkskəşfiyyatla bağlı vəzifələri yerinə yetirərkən, sülhməramlı qüvvələrin tərkibində xidməti vəzifələrini yerinə yetirərkən almışsa; əgər şəhadətləndirilən şəxs xəsarəti hərbi əməliyyatlar zonasında döyüş tapşırığını yerinə yetirərkən almışsa; əgər şəhadətləndirilən şəxsin xəstəliyi Azərbaycan Respublikasını müdafiə edərkən cəbhədə olduğu dövrdə, 1994-cü il may ayının 12-dək döyüş əməliyyatları aparan hərbi hissələrin tərkibində xidmət etdiyi dövrdə yaranmışsa, yaxud buna qədər yaranmış xəstəlik həmin dövrlərdə şəhadətləndirilən şəxsin hərbi xidmətə, orqanlarda xidmətə yararlılıq kateqoriyasını dəyişmişsə, o cümlədən, müvəqqəti yararsızlığına gətirib çıxaran dərəcəyə çatmışsa, habelə, şəhadətləndirilən şəxsdə tədricən artan xroniki xəstəlik olduğu halda, bu xəstəliyin başlanğıcını və ya kəskinləşməsini onun cəbhədə olduğu dövrə aid etməyə imkan verən tibbi sənədlər varsa; əgər şəhadətləndirilən şəxsin xəstəliyi xaricdə kəşfiyyatla və ya əkskəşfiyyatla bağlı vəzifələri yerinə yetirən dövrdə, sülhməramlı qüvvələrin tərkibində xidmət etdiyi dövrdə yaranmışsa, yaxud buna qədər yaranmış xəstəlik həmin dövrlərdə şəhadətləndirilən şəxsin hərbi xidmətə, orqanlarda xidmətə yararlılıq kateqoriyasını dəyişmişsə, o cümlədən, müvəqqəti yararsızlığına gətirib çıxaran dərəcəyə çatmışsa, habelə, şəhadətləndirilən şəxsdə tədricən artan xroniki xəstəlik olduğu halda, bu xəstəliyin başlanğıcını və ya kəskinləşməsini göstərilən dövrlərə aid etməyə imkan verən tibbi sənədlər varsa; əgər şəhadətləndirilən şəxs xəsarəti, xəstəliyi bilavasitə döyüş əməliyyatları zamanı və döyüş tapşırığını yerinə yetirərkən əsir düşərək əsirlikdə olduğu dövrdə (əgər əsir düşmə könüllü olmamışsa və hərbi qulluqçu əsirlikdə olarkən Vətənə qarşı cinayət törətməmişsə) almışsa, hərbi həkim komissiyası xəsarətlərin, xəstəliklərin səbəb əlaqəsi haqqında “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” qərarını çıxarır. İş materiallarında olan sənədlərdən görünür ki, İddiaçı 06.11.NN-ci il tarixdə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlər zamanı Şuşa istiqamətində düşmən tərəfindən atılan artilleriya atəşi nəticəsində “Partlayış zədələnməsi barotravma qapalı kəllə-beyin travması beyin sirkələnməsi xəsarətini almışdır. Xəsarət (yaralanma, travma, kontuziya) döyüş tapşırığını yerinə yetirərkən alınmışdır. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Silahlı Qüvvələrin Baş Klinik Hospitalı tərəfindən verilmiş 29 iyul N21-ci il tarixli, 1056 nömrəli xəstəlik haqqında şəhadətnaməyə əsasən, “partlayış travması (06.11.NN) nəticəsində keçirilmiş qapalı kəllə-beyin travması, baş beyin silkələnməsindən sonrakı, mülayim dərəcədə ifadə olunmuş üzvi emosional labil pozuntu, postkommotson sindrom və davranış pozuntuları ilə müşaiyət olunan nəticəsi. Partlayış travması (06.11.NN) nəticəsində keçirilmiş qapalı kəllə-beyin travması, baş beynin silkələnməsinin ayrı-ayrı dağınıqocaqlı üzvi nevroloji nişanələr və vegetativ-damar davamsızlığı ilə qalıq əlamətləri, mərkəzi sinir sisteminin funksiyasının cüzi dərəcədə pozulması ilə Barotravma nəticəsində (06.11.NN) ikitərəfli xroniki koxlear nevrit, ikitərəfli davamlı neyrosensor ağıreşitmə, pıçıltı hər iki qulaqda, 3,5 metr məsafədən eşitməsi ilə “Həbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi şəhadətləndirilmişdir. Bundan başqa, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.N08-ci il tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında” Əsasnamənin 1.5-ci bəndinə görə tibbi şəhadətləndirilmə dedikdə, hərbi xidmətə, ayrı-ayrı hərbi-uçot ixtisasları (ixtisaslar) üzrə təhsilə (xidmətə), orqanlarda xidmətə yararlılığın təyin edilməsi, bu Əsasnamədə nəzərdə tutulmuş digər məsələlərin yazılı qərar çıxarılmaqla həll edilməsi məqsədi ilə vətəndaşların şəhadətləndirilmə anında sağlamlıq vəziyyətinin və fiziki inkişafının öyrənilməsi və qiymətləndirilməsi başa düşülür. Həmin Əsasnamənin 1.9-cu bəndinə görə vətəndaş hərbi-həkim komissiyasının (həkim-uçuş komissiyasının) onun barəsində çıxarılmış qərarından razı olmadıqda, həmin dövlət orqanının yuxarı hərbi-həkim komissiyasına (həkim-uçuş komissiyasına) və ya məhkəməyə şikayət verə bilər. Hərbi-həkim komissiyasının (həkim-uçuş komissiyasının) hərbi xidmətə (uçuş işinə), orqanlarda xidmətə yararlılıq kateqoriyası haqqında qərarı həmin qərarda başqa hal nəzərdə tutulmayıbsa, şəhadətləndirilmə anından etibarən bir il müddətində qüvvədədir. Həmin Əsasnamənin: - 5.1-ci bəndinə görə hərbi qulluqçuların şəhadətləndirilməsinin təşkili və keçirilməsi hərbi-həkim komissiyasına həvalə olunur; - 7.1-ci bəndinə görə hərbi qulluqçuların, orqanlarda xidmət keçən vətəndaşların, hərbi toplanışa çağırılmış vətəndaşların şəhadətləndirilməsi zamanı, onlara diaqnoz təyin edilmişdirsə, həmin şəxslərin istintaq altında olması və ya barələrindəki cinayət işinin məhkəməyə verilməsi halları istisna olunmaqla, hərbihəkim komissiyası onların aldıqları xəsarətlərin, xəstəliklərin səbəb əlaqəsini təyin edir; - 7.2-ci bəndinə görə hərbi-həkim komissiyası xəsarətlərin, xəstəliklərin səbəb əlaqəsi haqqında aşağıdakı qərarları çıxarır: “a” yarımbəndi – “Hərbi travmadır. Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır”, “b” yarımbəndi – “Hərbi travmadır. SSRİ-nin müdafiəsi zamanı alınmışdır”, “c” yarımbəndi – “Hərbi travmadır. Hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən alınmışdır”, “ç” yarımbəndi – “Xəstəlikdir, xəsarətdir (yaralanmadır, travmadır, kontuziyadır), hərbi xidmət dövründə alınmışdır”, “d” yarımbəndi – “Xəstəlikdir, Çernobıl AES-də qəza ilə əlaqədar hərbi xidmət vəzifələrinin (xidməti vəzifələrin) icrası zamanı alınmışdır”, “e” yarımbəndi – “Ümumi xəstəlikdir”. - 7.3-cü bəndinə görə hərbi-həkim komissiyası xəsarətin səbəb əlaqəsi haqqında qərarı vətəndaşın xəsarət aldığı zaman xidmət (hərbi toplanış) keçdiyi hərbi hissənin komandiri, hərbi təşkilatların, hərbi müəssisələrin, digər qoşunların və orqanların rəhbərləri tərəfindən verilmiş travma haqqında arayışa uyğun olaraq çıxarır. Arayışda xəsarətin alınma şəraiti, habelə, hərbi xidmət vəzifələrinin (xidməti vəzifələrin) icrası ilə əlaqədar olub-olmaması göstərilir; - 7.4-cü bəndinə görə hərbi xidmət (hərbi toplanış), orqanlarda xidmətkeçmə dövründə xəsarət almış, lakin bu xəsarətin alınma şəraiti haqqında arayışı olmayan vətəndaşların şəhadətləndirilməsi zamanı hərbi-həkim komissiyası xəsarətin səbəb əlaqəsi haqqında qərarı xəsarətin alınma şəraitini əks etdirən başqa sənədlər əsasında çıxara bilər. Vətəndaşın yaralanma və ya travma alması şəraiti haqqında şahid ifadələri hərbi-həkim kimissiyası tərəfindən yalnız onda döyüş əməliyyatları dövründə almış bədən zədələnmələrinin aşkar nəticələri olduğu halda və bu şərtlə qəbul edilə bilər ki, ifadə bədən zədələnməsinin aldığı dövrdə şəhadətləndirilən şəxslə bir yerdə hərbi xidmət (hərbi toplanış), orqanlarda xidmət keçmiş iki və daha artıq şahid tərəfindən verilmiş olsun. Şahidlərin ifadələri və şəhadətləndirilən şəxsin hərbi xidmət (hərbi toplanış), orqanlarda xidmət keçmələri faktı şahədətləndirilən şəxsin hərbi xidmət (hərbi toplanış), orqanlarda xidmət keçdiyi hərbi hissənin komandiri, orqanların rəhbəri və ya şahidlərin yaşayış yeri üzrə rayon (şəhər) hərbi komissarı tərəfindən təsdiq edilir. Həmçinin cavabdeh inzibati orqan Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyası N aprel N22-ci il tarixli, 582 nömrəli məktub ünvanlayaraq iddia tələbini qəbul etdiyini bildirmiş və işə onların iştirakı olmadan baxılıb iddianın təmin olunmasına dair qərar çıxarılmasını xahiş etmişdir. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının 21.10.N21-cı il tarixli, 299 nömrəli qərarında düzəliş edilərək idiaçının xəstəliyinin səbəbli əlaqəsinin “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” qeyd edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68.1-ci maddəsinin tələblərinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin maddənin 2-ci hissəsinin tələblərinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69.4-cü maddəsinin tələblərinə əsasən məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. Cavabdehin iddianı qəbul etdiyi hallarda, qərarın əsaslandırma hissəsində yalnız iddianın cavabdeh tərəfindən qəbul edildiyi onun məhkəmə tərəfindən təsdiq olunduğu göstərilə bilər. Nəticəvi h i s s ə: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 75, 81-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının 21.10.N21-cı il tarixli, 299 nömrəli qərarında düzəliş edilərək İddiaçı xəstəliyinin səbəbli əlaqəsinin “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi qeyd edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının üzərinə qoyulsun. Qərardan, onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar, onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Emin Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar