Məhkəmə qərarları › İş №2-1(114)-337/2024

Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-337/2024

14.03.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-337/2024 14.03.2024 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Quliyev Zəfər Arif oğlunun sədrliyi, Musayeva Ülviyyə İlham qızının katibliyi, İddiaçı2, cavabdehin nümayəndəsi X4, üçüncü şəxs X1 iştirakı ilə, iddiaçılar İddiaçı1, İddiaçı3 və İddiaçı2 cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsinə qarşı “X1 adına tərtib edilmiş xx.xx.2020-ci il tarixli, ********** nömrəli qeydin ləğv edilməsi” tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. Təsviri hissə: Ağdam rayon Aqrar İslahat Komissiyasının xx.xx.2000-ci il tarixli 01 nömrəli qərarı ilə X2 0,05 hektar həyətyanı torpaq sahəsi verilmiş, bu barədə xx.xx.2003-cü il tarixdə 1801 nömrə ilə qeydə alınmış JN-316A nömrəli, 60909038 kodlu torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə tərtib edilmişdir. Şəhadətnaməyə əlavə edilmiş həyətyanı sahənin qaiməsi/sertifikatından görünür ki, torpağın ümumi sahəsi 513,2 kv.m-dir. Ağdam rayonu, Zənqişalı kəndində yerləşən **********95 reyestr nömrəli 0,0513 ha yaşayış məntəqəsi torpaq sahəsi üzərində X1 mülkiyyət hüququ xx.xx.2020-ci il tarixdə ********** nömrə ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Ağdam rayon Aqrar İslahat Komissiyasının qeyd olunan qərarına əsasən X6 və onun ailə üzvləri İddiaçı1, İddiaçı3 və İddiaçı2 0,18 hektar həyətyanı torpaq sahəsi verilmiş, bu barədə xx.xx.2003-cü il tarixdə 1945 nömrə ilə qeydə alınmış JN-076A nömrəli, 60909038 kodlu torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə tərtib edilmişdir. Şəhadətnaməyə əlavə edilmiş həyətyanı sahənin qaiməsi/sertifikatından görünür ki, yaşayış sahəsi 67,0 kv.m, suvarılan sahə 1689,2 kv.m olmaqla, torpağın ümumi sahəsi 1756,2 kv.m-dir. Ağdam Rayon İcra Hakimiyyəti Başçısının Zəngişalı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2022-ci il tarixli, 807 nömrəli arayışına əsasən X3 adına olan şəhadətnamədə göstərilən ev 1975-ci ildə inşa edilmişdir. X6 xx.xx.2020-ci il tarixdə vəfat etmiş, onun vərəsələri 1/3 irs almalı olan iddiaçılardır. ünvan 1 ünvanda 0,18 ha torpaq sahəsi üzərində yerləşən **********04-10301 reyestr nömrəli daşınmaz əmlak üzərində İddiaçı1, İddiaçı3 və İddiaçı2 xx.xx.2023-cü il tarixdə ********** nömrə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli 10/95 nömrəli ekspert rəyinə əsasən X5 tərəfindən xüsusi mülkiyyət hüquqları dövlət qeydiyyatına alınmış 0,0513 ha torpaq sahəsinin 0,04966 ha torpaq sahəsinin; 4 kv.m torpaq sahəsinin X7, 46 kv.m torpaq sahəsinin İddiaçı1 tərəfindən istifadə edildiyi müəyyən olunmuşdur. İddiaçılar xx.xx.2023-cü il tarixdə X2 məxsus torpaq sahəsinə dair qeydin ləğv edilməsi ilə bağlı cavabdehə müraciət etmişlər. Cavabdeh xx.xx.2023-cü il tarixli, 3-21-3- 46/2-Kol-0xx-xx/2023 nömrəli məktubla bildirmişdir ki, ərizənin əsasında sözügedən əmlaka dair qeydin ləğv edilməsi qanunvericiliyin tələblərinə uyğun deyildir. İddiaçılar cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “xx.xx.2020ci il tarixli, ********** nömrəli qeydin ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması”nı xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, üçüncü şəxs X1 mülkiyyətində olan torpaq sahəsi ilə iddiaçılara məxsus olan torpaq sahəsi sərhəddir (bitişikdir). X2 məxsus torpaq sahəsinə Azərbaycan Respublikasının ƏMDK yanında DƏDRX tərəfindən xx.xx.2020-ci il tarixli ********** nömrəli çıxarış verilmişdir. Əsassız olaraq Məmmədalı Əliyev torpaq sahəsinə çıxarış almış və iddiaçıların hüquqlarını pozmuşdur. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli ********** nömrəli çıxarışdan da görünür ki, 0.18 ha torpaq sahəsinə iddiaçıların mülkiyyət hüququ tanınmışdır. İddiaçılara məxsus torpaq sahəsinə dair üçüncü şəxsə verilmiş çıxarış mülkiyyət hüquqlarını pozduğundan, sözügedən qeydin ləğvi tələbi ilə cavabdehə müraciət etsələr də, müraciətin təmin edilməsindən imtina edilmişdir. İddiaçı2 Qulam oğlu xx.xx.2023-cü il tarixdə keçirilmiş məhkəmə iclasındakı izahatında bildirmişdir ki, bələdiyyə tərəfindən verilən sənəddə həyətyanı topaq sahəsinin 20 sot olması qeyd olunmuşdur. Üçüncü şəxs iddiaçıların xəbəri olmadan həyətlərinə keçmişdir. İddiaçılar çıxarış alan zaman həmin sənədə fikir verməmiş, 20 sot qeyd olunduğunu zənn etmişlər. Digər iddiaçılar məhkəmə iclasında iştirak etməmiş, səbəbləri barəsində məlumat verməmişlər. Məhkəmə işə iddiaçılar İddiaçı1, İddiaçı3 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh iddiaya dair xx.xx.2023-cü il tarixli, 3-21-3-46/2-3367/2023 nömrəli etirazını təqdim etmiş və etirazda imtina əsaslarını təkrarlamışdır. Məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi iddia tələbini qəbul etməmiş və etirazı müdafiə etmişdir. Məhkəmə iclasında iştirak etmiş üçüncü şəxs iddia tələbini qəbul etməyərək bildirmişdir ki, uzun illər iddiaçılar ilə qonşudur və 68 ildir həmin kənddə yaşayır. 2020-ci ildə şəhadətnamə əsasında çıxarış almışdır. İddia tələbini qəbul etmir və iddianın təmin olunmamasını xahiş edir. Tədqiqat obyektinə keçirilmiş baxış və aparılmış araşdırma nəticəsində Yerquruluşunun Təşkili şöbəsinin mühəndisi tərəfindən elektron kadastr məlumat bazasında torpaqların elektron kadastr uçotu informasiya sisteminə və faktiki istifadəyə əsasən hazırlanmış mütəxəssis rəyində qeyd olunur ki, Ağdam rayonu Zəngişalı kəndində yerləşən ********** qeydiyyat nömrəli (reyestr nömrəsi: **********04-10301) çıxarışda qeyd olunan torpaq sahəsi ilə ********** qeydiyyat nömrəli (reyestr nömrəsi: **********95) çıxarışdakı torpaq sahəsi (rəsmi sənəd üzrə) koordinatlar baxımından üst-üstə düşmür. Əsaslandırma hissəsi: İddia ərizəsi və iş materiallarını nəzərdən keçirib hesab edirəm ki, hazırkı iddia mümkün sayılmamalıdır. İddianın mümkünlüyü ilə bağlı normaların tələbinə görə, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan istənilən növ iddia, yalnız onun mümkünlüyü haqqında şərtlər ödənildiyi təqdirdə yolveriləndir. Qanunvericilikdə iddia növlərindən asılı olaraq müxtəlif mümkünlük şərtləri, o cümlədən ümumi və xüsusi mümkünlük şərtləri müəyyən olunmuşdur. Nəzərə almaq lazımdır ki, məhkəməyə iddia ilə müraciət hüququ qanunvericiliklə nəzərdə tutulmuş həmin şərtlərə və məhdudiyyətlərə tabedir. Bu baxımdan, həm də nəzərə almaq lazımdır ki, iddianın məhkəmə tərəfindən mümkün sayılması üçün həmin iddia növü üzrə mümkünlüklə bağlı müəyyən olunmuş əsas və əlavə şərtlər mütləq ödənilmiş olmalıdır. İddianın mümkünlük şərtlərindən biri də iddiaçının iddia qaldırmaq səlahiyyətinə malik olmasıdır. Odur ki, hazırkı mübahisə üzrə iddiaya münasibətdə digər şərtlərlə yanaşı, həm də iddiaçının iddia qaldırmaq səlahiyyətinə malik olması şərti də yerinə yetirilməlidir. Həmçinin qeyd olunmalıdır ki, iddianın mümkünlüyü onun əsaslılığının yoxlanılması üçün ilkin məcburi şərtdir. Mümkünlük şərtləri məhkəmə tərəfindən xidməti vəzifəsinə görə yoxlanılır. Məhkəmələr tərəfindən yalnız mümkün sayılmış iddialara mahiyyəti üzrə baxılır. Mümkünlük şərtlərini ödəməyən iddiaya mahiyyəti üzrə baxılması və onun əsaslılığının yoxlanılması istisna olunur. İddianın mümkünlük şərtləri inzibati məhkəmə icraatının bütün mərhələlərində məhkəmə tərəfindən xidməti vəzifəsinə görə yoxlanılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» 10 aprel 2015-ci il tarixli 5 №-li qərarında göstərilmişdir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının xx.xx.2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2008-ci il tarixli qərarında qeyd edilir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apelyasiya instansiyası məhkəməsi, ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Məhkəmə kollegiyası bununla bağlı qeyd edir ki, subyektiv hüquq şəxsin qanun, müqavilə və ya inzibati akta əsaslanan və başqa şəxslərdən müəyyən hərəkətləri (hərəkətsizliyi) etməyi və ya müəyyən hərəkətləri etməkdən çəkinməyi tələb etmək imkanını ehtiva edir. İddiaçı iddia ərizəsində həmin əsaslardan irəli gələn tələb hüququna istinad etməlidir. Şəxsin subyektiv hüquqa malik olmaması onun başqa şəxslərdən müəyyən hərəkəti və ya hərəkətsizliyi tələb etmək hüququnu istisna edir. Məhkəmə hesab edir ki, hazırkı mübahisəyə münasibətdə iddiaçıların belə bir hüququnun mövcudluğu təsdiq olunmur. Belə ki, iş üzrə materiallardan Ağdam rayonu, Zəngişalı kəndində yerləşən 0,18 ha torpaq sahəsi üzərində iddiaçıların, 0,513 ha torpaq sahəsi üzərində üçüncü şəxsin mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İşdəki rəylərdən görünür ki, hər iki torpaq sahəsi üzrə koordinatlar baxımından üst-üstə düşmür. Beləliklə, mübahisəli daşınmaz əmlak ilə iddiaçıların hər hansı hüquqi bağlılığı, habelə, mübahisəli əmlakın hər bir halda iddiaçılara aid olması barədə hüquq müəyyənedici sənədlər yoxdur, yəni bir növ iddiaçı həmin mənzilə dair özünün titul sahibliyini aşkara çıxarda bilməmişdir ki, hazırda da digər şəxslərin mülkiyyət hüququnu təsdiq edən sənədin ləğvini xahiş etsin. Yuxarıda qeyd olunan hallar hazırkı iddia ilə bağlı iddiaçıların subyektiv hüququ istisna edir. Hazırkı iddianın qaldırılması üçün inzibati prosessual qanunvericilikdə nəzərdə tutulan mümkünlük şərtləri ödənilmədiyindən, iddia mümkünsüz sayılmalıdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35.3-cü maddəsinin tələblərinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin Məcəllənin 35.3-cü maddəsinin tələblərinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Nəticəvi hissə: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 35 və 80-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçılar İddiaçı1, İddiaçı3 və İddiaçı2 cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsinə qarşı “X1 adına tərtib edilmiş xx.xx.2020-ci il tarixli, ********** nömrəli qeydin ləğv edilməsi” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Zəfər Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar