Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-3370/2025 25.07.2025 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əliyeva Leyla Kamil qızının sədrliyi, Atakişiyeva Aybəniz Zaur qızının katibliyi ilə, İddiaçı və cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “akt qeydində düzəliş edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakıları müəyyən etdi. Təsviri hissə: Vİİ-ЖГ № 278154 nömrəli doğum haqqında şəhadətnaməyə əsasən X3 xx.xx.1980ci ildə doğulmuşdur, atası X2,anası isə X5r. xx.xx.1980-ci il tarixli 59 nömrə ilə akt qeydinə əsasən X3 xx.xx.1980-ci ildə doğulmuşdur. AZ-İ№406638 nömrəli nikah haqqında şəhadətnaməyə əsasən İddiaçı Cəmaləddin oğlu ilə X4 23 may 2008-ci ildə nikaha daxil olmuşlar. AZE№******** seriya nömrəli şəxsiyyət vəsiqəsinə əsasən İddiaçı xx.xx.1980-ci ildə doğulmuşdur. İddiaçı (bundan sonra mətndə - iddiaçı) Cavabdehnə(bundan sonra mətndə cavabdeh) müraciətinə sonuncu tərəfindən xx.xx.2025-ci il tarixli məktubla bildirilmişdir ki, onun şəxsiyyət vəsiqəsində soyad, ad və ata adı “İddiaçı”, xx.xx.1980-ci il tarixdə Goranboy rayonunun Qızılhacılı qəsəbə icra nümayəndəliyində 59 nömrə ilə qeydə alınmış doğum haqqında akt qeydində soyad, ad və ata adı “X3” kimi qeyd edilmişdir. xx.xx.1980-ci il tarixdə verilmiş Vİİ-JQ 278154 nömrəli ilkin doğum haqqında şəhadətnamədə uşaq qrafasında uşağın adına kənar müdaxilə edilməsi müəyyən edildiyi üçün doğum haqqında akt qeydində uşağın adının “Kamal-dan “Kamil”-ə düzəliş edilməsi şöbənin imkanları xaricindədir. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh doğum haqqında akt qeydləri kitabında 1980-ci ilin iyun ayının 6 günündə 59 № ilə edilmiş qeydiyyatın düzgün olmamasının müəyyən edilməsi, onun adının İddiaçı Camallədin oğlu yazılmalı olduğunun müəyyən edilməsi,qalan yazıların olduğu kimi saxlanılmaqla ona yeni doğum haqqında şəhadətnamənin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx xxxx 1980-ci ildə Goranboy rayonunun Qızılhacılı qəsəbəsində anadan olmuşdur. Onun məhkəməyə təqdim etdiyi 06 iyun 1980-ci il tarixli,Vİİ-JQ №278154 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki,ata qrafasında atası-X2,ana qrafasmda isə anasə-X5r. Təqdim etdiyi doğum haqqında şəhadətnamədə onun adı səhvən “Kamal ’kimi göstərilmişdir. Halbuki, onun adı şəxsiyyət vəsiqəsin də, hərbi biletdə,əmək kitabçasında, uşaqlarının doğum şəhadətnaməsində və başqa bütün sənədlərində İddiaçı kimidir. Məhkəməyə təqdim etdiyi Goranboy rayon İcra Hakimiyyəti Başçısının Qızılhacılı qəsəbə İƏD üzrə nümayəndəliyin 20 fevral 2025-ci il tarixli, 133 saylı arayışında da görünür ki,mənim adım təsərrüfat başına kitabda və digər sənədlərdə Kamil kimi qeyd edilmişdir. Onun adımın doğum haqqında şəhdətnamədə düzgün yazılmaması ona problemlər yaradır.Bununla bağlı cavabdeh orqana müraciət etsə də, sonuncu tərəfindən imtina cavabı verilmişdir. İddiaçı və cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək təmin olunmasını xahiş etmişdir. Həmçinin iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, 06 iyun 1980-ci il tarixli 59 nömrəli akt qeydində onun adının “Kamal” dan “Kamil”ə dəyişdirilərək digər məlumatların olduğu kimi saxlanılması öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmiş,ərizə inzibati məhkəmə icraatına qəbul edilmişdir. Cavabdehin nümayəndəsi məhkəmə iclasında iddia tələbinə etiraz edərək təmin olunmamasını xahiş etmişdir. Əsaslandırma hissəsi: İddia mümkün iddiadır. Belə ki, iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın məhkəmə və ərazi aidiyyəti düzgün müəyyən olunmuşdur. İddiaçı tərəfindən Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırılmışdır. Məhkəmə işin faktiki hallarına və aşağıda qeyd olunan normalara əsasən iddianı əsaslı hesab edir. İddiaçının hazırkı tələbi doğum haqqında akt qeydində düzəliş edilməsidir ki, cavabdeh orqan iddiaçının tələbini təmin etməkdən imtina edərək məhkəməyə müraciət etməli olduğunu bildirmişdir. Məhkəmə aşağıdakılara görə hesab edir ki, cavabdeh orqanın imtinası əsassız olmuşdur. Azərbaycan Respublikası Ailə Məcəlləsinə görə: Maddə 161.1. Vətəndaşlıq vəziyyəti akt qeydində ərizə əsasında dəyişiklik edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda, ərizə verən şəxsin seçdiyi, məhkəmə qətnaməsi əsasında isə bu barədə qətnamənin çıxarıldığı yer üzrə müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. Maddə 161.2. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) akt qeydində dəyişiklik etməkdən imtinasından inzibati qaydada və (və ya) məhkəməyə şikayət edilə bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən Əsas Müddəalar”a görə: Bənd 1. Vətəndaşlıq vəziyyəti akt qeydində ərizə əsasında dəyişiklik edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda ərizə verən şəxsin seçdiyi, məhkəmə qətnaməsi əsasında isə bu barədə qətnamənin çıxarıldığı yer üzrə qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən həyata keçirilir. Bənd 3. Vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişikliklər aşağıdakı hallarda edilir: vətəndaşlıq vəziyyəti akt qeydində qeyri-düzgün məlumatlar göstərilmişsə... İddiaçıya məxsus olan doğum haqqında akt qeydində adı “Kamal” kimi qeyd edilmiş olsa da, iş materiallarına əlavə edilmiş digər sənədlərdə iddiaçının adının “Kamil” olması müəyyən edilir. Bu da, iddiaçıya məxsus akt qeydində iddiaçının doğum tarixinə dair məlumatın qeyridəqiq yazıldığını göstərir. Bu isə o deməkdir ki, həqiqətən də iddiaçıya məxsus doğum haqqında akt qeydində səhvə yol verilmiş, iddiaçının doğum tarixi düzgün qeyd edilməmişdir. Beləliklə, məhkəmə icraatında təsdiq olunmuş və barələrində proses iştirakçılarının öz münasibətlərini bildirmək imkanına malik olduqları faktları və sübutları araşdıraraq məhkəmə hesab edir ki, iddia təmin olunmalı, cavabdeh inzibati orqanın üzərinə 06 iyun 1980-ci il tarixli 59 nömrəli akt qeydində İddiaçı adının “Kamal” dan “Kamil”ə dəyişdirilərək digər məlumatların olduğu kimi saxlanılması öhdəliyi qoyulmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə qərarı yalnız mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatında (şifahi məhkəmə baxışında) iştirak etmiş hakimlər (hakim) tərəfindən qəbul edilə və imzalana bilər. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75-ci, 78-ci və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddia təmin edilsin. 06 iyun 1980-ci il tarixli 59 nömrəli akt qeydində İddiaçı adının “Kamal” dan “Kamil”ə dəyişdirilərək digər məlumatların olduğu kimi saxlanılması öhdəliyi Cavabdeh üzərinə qoyulsun. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Leyla Əliyeva
Məhkəmə qərarları › İş №2-1(114)-3370/2025
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-3370/2025
25.07.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver