Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-338/2020 21.05.2020 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Axundov Emin Tahir oğlunun sədrliyi, Abdullayev Əsgər Vəli oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Şəmkir rayon şöbəsinə qarşı mərhum ərinin işlədiyi illərin sosial sığorta stajına daxil edilməsi və ona ailə başçısını itirməyə görə pensiyanın təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. T ə s v i r i h i s s ə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Şəmkir rayon şöbəsinə qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, mərhum əri X2 xx.xx.1976-cı il tarixdən xx.xx.1993-cü il tarixədək Zəyəm kənd təsərrüfatı maşınqayırma (Zəyəmkəndmaş) zavodunda çilingər vəzifəsində işlədiyi illərin sosial sığorta stajına daxil edilməsi və ona ailə başçısını itirməyə görə pensiyanın təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, əri X4 xx.xx.1976-cı il tarixdən xx.xx.1993-cü il tarixədək Zəyəm kənd təsərrüfatı maşınqayırma (Zəyəmkəndmaş) zavodunda çilingər vəzifəsində işləmiş, xx.xx.2002-ci il tarixdə vəfat etmişdir. Onun hərbi xidmət illəri də daxil edilməklə cəmi 18 il 01 ay 16 gün sığorta stajı vardır. Mərhum ərinin işlədiyi illərin sosial sığorta stajına daxil edilməsi və ona ailə başçısını itirməyə görə pensiyanın təyin edilməsi ilə bağlı rəsmi qaydada ərizə ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Şəmkir rayon şöbəsinə müraciət etsə də, inzibati orqan bundan imtina etmişdir. Cavabdehin imtinasını qanunsuz və əsassız hesab edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin tələblərinə əsasən inzibati mübahisəyə dair iş üzrə qanunamüvafiq prosessual hərəkətlər edildikdən sonra işin şifahi məhkəmə baxışı iclası xx xxx 2020-ci il tarixə təyin edilmiş və bu barədə tərəflərə lazımı qaydada məlumat verilmişdir. Şifahi məhkəmə baxışı iclasında İddiaçı iddia tələbini müdafiə edərək və iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək mərhum əri X2 xx.xx.1976-cı il tarixdən xx.xx.1993-cü il tarixədək Zəyəm kənd təsərrüfatı maşınqayırma (Zəyəmkəndmaş) zavodunda çilingər vəzifəsində işlədiyi illərin sosial sığorta stajına daxil edilməsi və ona ailə başçısını itirməyə görə pensiyanın təyin edilməsi vəzifəsinin cavabdehAzərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Şəmkir rayon şöbəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu Şəmkir rayon şöbəsinə şifahi məhkəmə baxışı iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq nümayəndəsinin iştirakını təmin etməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 62.3-cü maddəsinin tələblərinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: - iddiaçıya məxsus AZE seriyalı 0******* nömrəli şəxsiyyət vəsiqəsinin təsdiqlənmiş surəti; - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Şəmkir rayon şöbəsinin iddiaçıya ünvanladığı xx.xx.2019-cu il tarixli, **********2 nömrəli əmək pensiyasının təyin olunmasından imtina edilməsi barədə bildiriş; - nikahın bağlanması haqqında xx.xx.1983-cü il tarixli, 251721 nömrəli şəhadətnamənin təsdiqlənmiş surəti; - ölüm haqqında xx.xx.2002-ci il tarixli, AZ-İ seriyalı 027151 nömrəli şəhadətnamənin təsdiqlənmiş surəti; - X5 tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli, 74 nömrəli arayış; - xx.xx.1974-cü il tarixli, ******* nömrəli hərbi biletin surəti; - məhkəmənin sorğusu əsasında X5 tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, 13 nömrəli arayış. Həmin sənədlərin məzmununa istinad edilir və onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Ə s a s l a n d ı r m a h i s s ə s i: Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək, həmçinin mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iddia mümkün olmaqla yanaşı mahiyyəti baxımından qismən əsaslıdır. İddia mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. Həmçinin, iddiaçı tərəfindən İnzibati Prosessual Məcəllənin 38.2-ci maddəsində nəzərdə tutulmuş iddianın qaldırılması ilə bağlı müddət (tələb olunan inzibati aktın qəbul edilməsindən imtina barədə iddiaçıya müvafiq inzibati aktın təqdim edildiyi və ya bu barədə yazılı məlumatın verildiyi vaxtdan 30 gün) gözlənilmişdir. İddia mahiyyəti üzrə aşağıdakılara görə qismən əsaslıdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 21.1-ci maddəsinə görə qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin, hərbi qulluqçuların eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Həmin Qanuna əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədərinin rəsmiləşdirilməsi, baxılması və saxlanması Qaydalarının 3.1.1-ci maddəsinə görə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. Həmin Qaydaların 3.4-cü maddəsinə əsasən əmək fəaliyyəti barədə sənədlər üzürlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və ya həmin sənədləri bərpa etmək mümkün olmadıqda, sığortaolunanların (o cümlədən qaçqın və məcburi köçkünlərin) sosial sığorta stajı məhkəmə qaydasında müəyyən edilir. İşin faktiki hallarından görünür ki,İddiaçı mərhum əri X2 xx.xx.1976-cı il tarixdən xx.xx.1993-cü il tarixədək Zəyəm kənd təsərrüfatı maşınqayırma (Zəyəmkəndmaş) zavodunda çilingər vəzifəsində işlədiyi illərin sosial sığorta stajına daxil edilməsi və ona ailə başçısını itirməyə görə pensiyanın təyin edilməsi ilə əlaqədar Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Şəmkir rayon şöbəsinə müraciət etsə də, cavabdeh inzibati orqan bundan imtina etmişdir. Məhkəmə aşağıdakılara əsasən cavabdehin imtina ilə bağlı hərəkətlərini qismən əsaslı hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin l hissəsinə görə hər kəsin sosial təminat hüququ vardır. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin 3-cü bəndinə əsasən hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 14.1-ci maddəsinə əsasən vəfat etmiş və ya həlak olmuş ailə başçısının öhdəsində olan arvadın bu Qanunun 7-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş pensiya yaşına çatmışdırsa, yaxud İ və ya İİ qrup əlildirsə ailə başçısını itirməyə görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 17.1-ci maddəsinin tələblərinə əsasən ailə başçısını itirməyə görə əmək pensiyası ölüm gününədək ailə başçısının bu qanunun 12.1-ci maddəsində tələb edilən sığorta stajı olduqda (bu qanunun qüvvəyə mindiyi günədək ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) təyin olunur. Həmin Qanunun 31.2-ci maddəsinə əsasən əmək pensiyasının təyin edilməsi barədə təqdim edilmiş ərizəyə və siyahısı əmək pensiyasını təyin edən orqan tərəfindən müəyyən edilmiş sənədlərə onların əmək pensiyasını təyin edən orqana daxil olduğu gündən ən geci 10 gün müddətində baxılmaqla təyinat aparılır. Həmin Qanunun 32.3-cü maddəsinə əsasən ailə başçısını itirməyə görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında ailə başçısını itirməyə görə əmək pensiyası hüququnun yarandığı gündən bu Qanunun 14-cü maddəsində göstərilmiş şərtlərin mövcud olduğu müddət üçün, bu Qanunun 7-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş pensiya yaşına çatmış şəxslərə isə ömürlük təyin edilir. Məhkəmə araşdırması zamanı iş materiallarında olan sənədlərlə, həmçinin məhkəmənin sorğusu əsasında X3 xx.xx.2020-ci il tarixli, 13 nömrəli məktubu ilə müəyyən edilir ki, iddiaçının mərhum əri X4 xx.xx.1976-cı il tarixli, 207 saylı əmrə əsasən Zəyəm kənd təsərrüfatı maşınqayırma (Zəyəmkəndmaş) zavoduna işə qəbul olunmuş və xx.xx.1993-cü il tarixli, 17 saylı əmrə əsasən işdən azad olunmuşdur. Həmin məktuba əlavə edilmiş arayışdan (əmək haqqı cədvəlindən) görünür ki, X4 xx.xx.1978-ci il tarixdən xx.xx.1983-cü il tarixədək və xx.xx.1985-ci il tarixdən xx.xx.1990-cı il tarixədək işlədiyi müddətlərdə əmək haqqı almışdır. Arayışın qeyd hissəsində arayışı əmək haqqının hesablanması cədvəllərinə və əmrlərin qeydiyyatı kitabına əsasən yazıldığı, özəlləşmə ilə bağlı zavodun yenidən qurulması ilə əlaqədar təmir bərpa işləri zamanı əmək haqqı kitabı itdiyinə görə cədvəldə göstərilməyən əmək haqqının aşkarlanmadığına görə həmin illər üzrə əmək haqqının qeyd olunmadığı yazılmışdır. Buna görə də, məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilərək X1 xx.xx.1978-ci il tarixdən xx.xx.1983-cü il tarixədək və xx.xx.1985-ci il tarixdən xx.xx.1990-cı il tarixədək Zəyəm kənd təsərrüfatı maşınqayırma (Zəyəmkəndmaş) zavodunda işlədiyi illər adam günü norması nəzərə alınmaqla sosial sığorta stajına daxil edilməsi və İddiaçı ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Şəmkir rayon şöbəsinin üzərinə qoyulmalıdır. Məhkəmə iddia tələbinin qalan hissəsinə, yəni X2 xx.xx.1976-cı il tarixdən xx.xx.1978ci il tarixədək, xx.xx.1983-cü il tarixdən xx.xx.1985-ci il tarixədək və xx.xx.1990-cı il tarixdən xx.xx.1993-cü il tarixədək işlədiyi illərin sığorta stajına daxil edilməsi hissəsinə hüquqi qiymət verərək hesab edir ki, iddiaçı mərhum ərinin həmin illərdə işləyərək əmək haqqı almasını təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim edə bilmədiyindən və həmin halı məhkəmə araşdırması zamanı sübuta yetirə bilmədiyindən, iddia həmin hissədə təmin edilməməlidir. Məhkəmə araşdırmaları zamanı məhkəmə iclaslarında tədqiq olunmuş sübutlara, iddiaçının izahatına əsasən məhkəmə hesab edir ki, həmin sübutlar qismən əsaslı olduğundan iddiaçı oğlunun iddia tələbinin qismən təmin edilməsi üçün kifayət qədər əsas mövcuddur. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 72.1-ci maddəsinə əsasən inzibati aktdan şikayət inzibati qaydada və ya məhkəmə qaydasında verilə bilər. Həmin maddənin 5-ci bəndinə əsasən inzibati aktlardan məhkəmə qaydasında şikayət (inzibati iddia) Azərbaycan Respublikasının müvafiq qanunu ilə müəyyən olunmuş qaydada verilir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68.1-ci maddəsinin tələblərinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələblərinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 69.4-cü maddəsinin tələblərinə əsasən məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. Beləliklə, məhkəmə toplanılmış və şifahi məhkəmə baxışı iclasında tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, X1 xx.xx.1978-ci il tarixdən xx.xx.1983-cü il tarixədək və xx.xx.1985-ci il tarixdən xx.xx.1990-cı il tarixədək Zəyəm kənd təsərrüfatı maşınqayırma (Zəyəmkəndmaş) zavodunda işlədiyi illər adam günü norması nəzərə alınmaqla sosial sığorta stajına daxil edilməsi və İddiaçı ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Şəmkir rayon şöbəsinin üzərinə qoyulmalı, iddia tələbi qalan hissədə təmin edilməməlidir. N ə t i c ə v i h i s s ə: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 75, 81-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia tələbi qismən təmin edilsin. X1 xx.xx.1978-ci il tarixdən xx.xx.1983-cü il tarixədək və xx.xx.1985-ci il tarixdən xx.xx.1990-cı il tarixədək Zəyəm kənd təsərrüfatı maşınqayırma (Zəyəmkəndmaş) zavodunda işlədiyi illərin adam günü norması nəzərə alınmaqla sosial sığorta stajına daxil edilməsi və İddiaçı ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Şəmkir rayon şöbəsinin üzərinə qoyulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi (ünvan: Gəncə şəhəri, Heydər Əliyev pr. 105) vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə (Gəncə şəhəri, Atatürk pr. 252) apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Emin Axundov
Məhkəmə qərarları › İş №2-1(114)-338/2020
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-338/2020
21.05.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver