Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-338/2023 20.02.2023 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Fikrət Cilingir oğlunun sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, İddiaçı, üçüncü şəxs X3 iştirakı ilə, İddiaçı cavabdeh Göygöl rayon Qızılca bələdiyyəsinə qarşı (üçüncü şəxs X6) qərarın ləğv edilməsi tələbinə dair işə şifahi məhkəmə baxışı iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Göygöl rayon Qızılca bələdiyyəsinə qarşı iddia ərizəsi ilə xx.xx.2022-ci il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, X4 0.12 ha həyətyanı torpaq sahəsinin satılması barədə Göygöl rayon Qızılca Bələdiyyəsinin xx.xx.2021-ci il tarixli, 05 saylı qərarının ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, Göygöl rayon Yeni Qızılca kəndində 0.12 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən ümumi sahəsi 97.8 kv.m olan yaşayış evi RX seriyalı, ******* nömrəli, xx.xx.2017-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarış əsasında 1/2 payla iddiaçının və X5 mülkiyyətindədir. Çıxarış əsasında qeyd olunan 0.12 ha torpaq sahəsindən əlavə onların zəbtində 0.3479 ha torpaq sahəsi vardır. Qeyd olunan torpaq sahəsi 30 ildən artıqdır onların sahibliyində və istifadələrindədir, onlar qeyd olunan torpaq sahəsində meyvə ağacları əkmişlər və uzun müddətdir əkib becərirlər. xx.xx.2017ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarış verilərkən Daşınmaz Əmlak tərəfindən də müəyyən edilib ki, iddiaçının mülkiyyətində 0.12 torpaq sahəsi olmasına baxmayaraq faktiki istifadələrində 0.4679 ha torpaq sahəsi vardır. Qeyd edildiyi kimi onlar torpaq sahəsini 30 ildən artıqdır hasarlayaraq istifadə edillər, orada uzun ömürlü meyvə ağacları əkmişlər və hazırda da həmin ağaclar bar verir. Buna baxmayaraq Göygöl Rayon Qızılca Bələdiyyəsi onlara heç bir məlumat vermədən xx.xx.2021-ci il tarixli, 05 saylı qərarla faktiki olaraq onların sahibliyində olan torpaq sahəsinin 0.12 ha hissəsini X1 qərara almışdır. Torpaq sahəsinin satılması barədə bələdiyyənin xx.xx.2021-ci il tarixli, 05 saylı iclas protokolundan çıxarışın surəti Notariat Kontoruna verilsə də qeyd olunan qərar hazırda yoxdur. Birincisi qərarda qeyd olunur ki, Dilarə Abışova 5 ildən artıqdır bəldiyyənin ərazisində yaşayır, ikinci qeyd olunur ki, guya torpaq sahəsinin Dilarə Abışovadan geri qaytarılması mümkün deyil. Halbuki, bunların hamısı yalandır. Dilarə Abışovanın qeyd olunan torpaq sahəsinə heç bir aidiyyəti olmayıb, torpaq sahəsi həmişə onların istifadəsindən olub. Dilarə Abışova xx.xx.2018-ci il tarixdə Qızılca kəndinə qeydiyyata düşüb, ancaq həmin kənddə yaşamayıb. Mübahisəli torpaq sahəsi 30 ildən artıqdır iddiaçının sahibliyində olmaqla, həmin torpaq sahəsini onlar istifadə etmişdir. Ona görə də həmin torpaq sahəsi ilk növbədə iddiaçıya təklif olunmalı, belə olmayan halda hərraca çıxarılmalı, ilk növbədə onlara təklif olunmalı, onlar imtina etdiyi halda başqa şəxslərə satıla bilərdi. Lakin, Bələdiyyə bu ardıcıllığa və qanunun tələblərinə əməl etməmiş, qanunsuz və əsassız olaraq mübahisəli torpaq sahəsini Dilarə Abışovaya satmışdır ki, bu da onların hüquqlarımızın pozulmasına gətirib çıxarır. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə iddiaçının prosessual müddətin üzrlü sayılması barədə ərizəsi təmin edilmiş, müddət bərpa edilmişdir. İddiaçı iddianı müdafiə etmiş, əlavə olaraq bildirmişdir ki,o 1998-ci ildə mərhum Hüseynov Vaqifə ərə gelərək ərinin valideyinlərinə məxsus mübahisəli sahədə yerləşən evdə yaşamağa başlamışdır. Sonra həmin sahədə ev tikmişlər, lakin təmirsiz olduğuna görə orada yaşamamışlar. 2000-ci ildən 2016-cı ilədək Xalça kombinatının yataqxanasında yaşamışlar. 2016-cı ildə həmin tikdikləri evə qayıtmış və orada yaşamağa başlamışdır. Əri 2016-cı ilin rəhmətə getmişdir. Dilarə 2016-cı ildə mübahisəli sahədə qaynatası tərəfindən tikilmiş evə köçmüş və orada yaşamağa başlamış, 2018-ci ildə məhkəmə qərarı ilə həmin evdən çıxarılmışdır. Mübahisəli ərazidə 0.12 ha onun mülkiyyətindədir, 0.12 ha hissə qayını Bakirin, 0.12 ha hissə isə Ağaların istifadəsindədir, qalan 0.10 ha hissəni isə o zəbt edib istifadə edir. Bələdiyyə onun zəbtində və istifadəsində olan 0.10 ha-nı və Bakirin istifadəsində olan 0.02 ha hissəni satmışdır. Üçüncü şəxs X6 iddianı qəbul etməyərək bildirmişdir ki, ümumilikdə 0.46 ha sahə onun valideyinlərinin istifadəsində olmuş, onlar sağlığında sahəni faktiki olaraq hərəsi 0.12 ha olmaqla onun və digər qardaş, bacıların arasında 4 yerə bölmüşlər. 0.12 ha sənədli hissəni isə anası iddiaçının ərinə, yəni onun qardaşına bağışlamışdır. İddiaçı mülkiyyətində 0.12 ha və ona bitişik cəmi 0.46 ha sahəni özü istifadə edir, hətta bələdiyyədən aldığı sahədəndə istifadə etməyə imkan vermir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında nümayəndələrinin iştirakını təmin etməmiş, səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: -surəti işə əlavə edilmiş ********** qeydiyyat nömrəli, xx.xx.2017-ci il qeydiyyat tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 1idə yerləşən 0.12 ha torpaq sahəsi üzərində yerləşən fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ əsasında İddiaçı adına qeydiyyata alınmışdır. - surəti işə əlavə edilmiş ********** qeydiyyat nömrəli, xx.xx.2021-ci il qeydiyyat tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 1idə yerləşən 0.12 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ əsasında Göygöl rayonu Qızılca bələdiyyəsinin adına qeydiyyata alınmışdır. -surəti işə əlavə edilmiş xx.xx.2021-ci il tarixli Göygöl rayonu Qızılca bələdiyyəsinin 05 saylı iclas protokolundan çıxrışdan görünür ki, X4 ünvan 1i ünvanında yerləşən yaşayış məntəqələrinin torpaqları kateqoriyalı fərdi yaşayış evi tikintisi məqsədi ilə bilavasitə alqısatqı yolu ilə 0.12 ha torpaq sahəsinin onun xüsusi mülkiyyətinə verilməsi qərara alınmışdır. -sürəti işə əlavə edilmiş xx.xx.2021-ci il tarixli, AN – İ№ ******* nömrəli “Daşınmaz Əmlakın Alqı-Satqı Müqaviləsi”-dən görünür ki, Göygöl rayon Qızılca bələdiyyəsinin adından X7 və X6 arasında bağlanmış müqavilə əsasında ünvan 1i ünvanında yerləşən ümumi sahəsi 0.12 ha olan torpaq sahəsi X2. -Surəti işə əlavə edilmiş Göygöl rayon Polis şöbəsinin xx.xx.2022-ci il tarixli, 163- 8503-1222 nömrəli məktubunda bildirilir ki, xx.xx.1961-ci il təvəllüdlü X6 xx.xx.2018-ci il tarixdən Göygöl rayon Qızılca kəndində pasport qeydiyyatındadır. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edirki, iddia təmin edilməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti İnzibati məhkəmələrə aiddir. İddiaçı həmin Məcəllənin 32-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia qaldırmışdır. İddia mümkün iddia olmaqla yanaşı, mahiyət baxımından da əsaslıdır. Belə ki, bələdiyyə torpaqlarının idarə edilməsi xüsusiyyətlərini nəzərə almaqla mülkiyyətə, istifadəyə və icarəyə verilməsinin ümumi qaydaları, istifadəsi və mühafizəsi sahəsində hüquq münasibətləri “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanunu ilə tənzimlənir. Həmin Qanunun:- -2.1. maddəsinə əsasən müvafiq inzibati ərazi daxilində qanunvericiliklə müəyyən olunmuş qaydada dövlət mülkiyyətində saxlanılmış və xüsusi mülkiyyətə verilmiş torpaqlar çıxılmaqla qalan torpaqlar bələdiyyə torpaqlarıdır. -9.1. Bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə bu Qanunun 9.8-ci maddəsində müəyyən edilmiş məhdudiyyət nəzərə alınmaqla fərdi yaşayış evinin tikintisi üçün torpağın ayrılması, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn öhdəlikləri yerinə yetirmək məqsədi ilə torpağın dövlət mülkiyyətinə və ya icarəsinə verilməsi istisna olmaqla, digər hallarda bələdiyyə torpaqları üzərində mülkiyyət və icarə hüquqları yalnız açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilər. -27.2. maddəsinə əsasən bələdiyyə torpaqlarının idarə edilməsi ilə bağlı, habelə bələdiyyələr ilə torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri arasında mübahisələr Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq məhkəmə qaydasında həll edilir. Qanunun tələbindən göründüyü kimi torpaq sahəsinin hərrac və ya müsabiqədən kənar satılması və ya icarəyə verilməsi üçün paralel 2 şərt:- “bələdiyyənin ərazisində daimi yaşamaq və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olmaq” nəzərdə tutulmuşdur. Buna baxmayaraq bələdiyyə hazırda mübahisələndirilən qərarla qeyd olunan şərtləri nəzərə almadan, yəni xx.xx.2018-ci il tarixdən həmin kənddə pasport qeydiyyatında olan şəxsə torpaq sahəsini hərrac və müsabiqə keçirmədən birbaşa satmışdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun:- 67.1. maddəsinə əsasən İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. 67.2. maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Beləliklə işin faktiki hallarına və qeyd olunan maddi hüquq normalarına əsasən məhkəmə hesab edir ki, X4 0.12 ha həyətyanı torpaq sahəsinin satılması barədə Göygöl Rayon Qızılca Bələdiyyəsinin xx.xx.2021-ci il tarixli, 05 nömrəli qərarı ləğv edilməlidir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin: -70.1-ci maddəsinə əsasən inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. -68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. N ə t i c ə v i h i s s ə: Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2, 32, 68, 69, 73, 75, 78, 81 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərar aldı: İddia təmin edilsin. Göygöl rayon Qızılca Bələdiyyəsinin xx.xx.2021-ci il tarixli, 05 nömrəli qərarı ləğv edilsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fikrət Hüseynov
Məhkəmə qərarları › İş №2-1(114)-338/2023
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-338/2023
20.02.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver