Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-339/2025 06.05.2025 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinə qarşı müddətsiz əlilliyin təyin edilməsi tələbinə dair iş üzrə Giriş hissə: Hakim Əliyeva Gülşən Talıb qızının sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinə qarşı xx.xx.2022-ci il tarixdən orqanizmin funksiyalarının 35-60% aralığında pozulmasına görə “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar” müddətsiz əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə Gəncə İnzibati Məhkəməsinin (Gəncə şəhəri, H.Əliyev prospekti, 105) binasında açıq məhkəmə iclasında şifahi dinləmələr qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: I. İşin halları
1. İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən verilmiş xx.xx.2014-cü il tarixli 449 nömrəli qərarda “Budun çanaq nahiyyəsinin və onurğa sütununun travması” diaqnozunun səbəb əlaqəsi "Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi müəyyənləşdirilmişdir.
2. İddiaçının əlillik vəziyyəti ilkin olaraq xx.xx.2015-ci il tarixdə qiymətləndirilmiş və “Budun çanaq nahiyyəsinin və onurğa sütununun travmasından s. qalıq əlamətləri. TH12- S1 fəqərə cismində 5.0x6.0 mm ölçüdə hemogiomaları. L1-S1 fəqərələrinin degenerativ dəyişikliyi. Spinal kanalda araxnoidal kista” diaqnozu ilə Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar 1 il müddətinə üçüncü dərəcə (Meyar:=> Digər 2.3) əlillik təyin edilmişdir.
3. İddiaçının əlillik vəziyyəti xx.xx.2016-cı il tarixdə təkrar qiymətləndirilmiş və “Budun çanaq nahiyyəsinin və onurğa sütununun travmasından s. qalıq əlamətləri. TH12- S1 fəqərə cismində 5.0x6.0 mm ölçüdə hemogiomaları. L1-S1 fəqərələrinin degenerativ dəyişikliyi. Spinal kanalda araxnoidal kista” diaqnozu ilə Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar 5 il müddətinə üçüncü dərəcə (Meyar:=> Digər 2.3) əlillik təyin edilmişdir.
4. İddiaçının əlillik vəziyyəti növbəti dəfə xx.xx.2021-ci il tarixdə qiymətləndirilmiş və “Başqa rubrikalarda təsnif olunmayan, bədənin bir neçə nahiyyələrini əhatə edən digər travmalar; Bud-çanaq nahiyyəsinin və onurğa sütununun travmasından (1993-cü il) sonrakı qalıq əlamətləri. L4-L5 və L5-S1 fəqərəarası disklərin protruziyası. TH12, S1 fəqərələrinin hemangioması. L1-S1 fəqərəarası diskin Şmorl düyünləri. L1-S1 fəqərələrin degenerativ dəyişikliyi. S2 vəsiyyəsində sağalan spinal kanalda arixnaidal kista (ölçüsü 6.0x7.0). Dayaq-hərəkət və yeriş funksiyasının pozulması, daimi davamlı ağrı sindromu ilə. İki tərəfli bel-oma redikulit. Asteno-nevrotik hal. Xroniki hepatosteatoz” diaqnozunun əlillik əlamət təyin etməməsi səbəbi ilə “Diaqnoz əlillik əlaməti təyin etmir” barədə qərar qəbul edilmişdir.
5. İddiaçının əlillik vəziyyətinin qiymətləndirilməsi məqsədilə Gəncə şəhər Birləşmiş Xəstəxanası tərəfindən xx.xx.2022-ci il tarixli göndəriş rəsmiləşdirilmiş və həmin göndərişdə iddiaçıya qoyulmuş diaqnozlar aşağıdakı kimi olmuşdur: Əsas diaqnoz – “S74.1 Bud sinirinin bud-çanaq oynağı və bud səviyyəsində travması, Bud-çanaq nahiyyəsinin və onurğa sütununun travmasından (1993-cü il) sonrakı qalıq əlamətləri”; Ağırlaşma – “M51.1 Bel və digər şöbələrin fərəqəarası disklərinin radikulopatiya ilə, L4-L5 və L5-S1m fəqərəarası diskin protruziyası. Th12, S1 fəqərələrinin hemangioması. L1-S1 fəqərəarası diskin Şmorl düyünləri. L1-S1 fəqərələrin degenerativ dəyişikliyi. S2 səviyyəsində sağalan spinal kanalda arixnaidal kista (ölçüsü 6,0x7,0); Ağırlaşma – “R26 Hərəkətin və yerişin pozulmaları, Dayaq-hərəkət və yeriş funksiyasının pozulması”; Ağırlaşma – “R52 Başqa rubrikalarda təsnif olunmayan ağrı, Daimi ağrı sindromu ilə”.
6. İddiaçının əlillik vəziyyəti həmin göndəriş əsasında yenidən xx.xx.2022-ci il tarixdə qiymətləndirilmiş və “Bud sinirinin bud-çanaq oynağı və bud səviyyəsində travması, Bud-çanaq nahiyyəsinin və onurğa sütununun travmasından (1993-cü il) sonrakı qalıq əlamətləri” diaqnozunun əlillik əlamət təyin etməməsi səbəbi ilə “Diaqnoz əlillik əlaməti təyin etmir” barədə qərar qəbul edilmişdir.
7. Cavabdeh orqan tərəfdən iddiaçının imtina barədə qərardan verdiyi şikayətinə baxılaraq onun əyani müayinəsi həyata keçirilmiş və nəticədə xx.xx.2022-ci il tarixdə diaqnozun əlillik təyin etməməsi barədə **********5 nömrəli qərar qəbul edilmişdir.
8. Gəncə şəhər Birləşmiş Xəstəxanası tərəfindən xx.xx.2022-ci il tarixli göndərişindən görünür ki, İddiaçı “S74.1 Bud sinirinin bud-çanaq oynağı və bud səviyyəsində travması” diaqnozu üzrə xx.xx.1993-cü il tarixdən xx.xx.1993-cü il tarixədək və xx.xx.1993-cü il tarixdə X3, xx.xx.2015-ci il tarixdən xx.xx.2015-ci il tarixədək, xx.xx.2015-ci il tarixdən xx.xx.2015-ci il tarixədək, xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixədək, xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək və xx.xx.2022-ci il tarixədək xx.xx.2022-ci il tarixədək X2, xx.xx.2017-ci il tarixdən xx.xx.2017-ci il tarixədək və xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək Müharibə veteranları Respublika Xəstəxanasında, “M51.1 Bel və digər şöbələrin fəqərəarası disklərinin radikulopatiya ilə zədələnmələri” diaqnozu üzrə xx.xx.2022-ci il tarixdə Gürcüstan Universiteti Klinikasında stasionar müalicələr almışdır.
9. X4 xx.xx.2022-ci il tarixli EMQ müayinəsinin nəticəsi “Sağda xroniki dönəm L4-5 radikulopatiyanı düşündürməkdədir” kimi qeyd olunmuşdur.
10. X6 xx.xx.2022-ci il tarixli Onurğa sütunu bel və oma nahiyəsinin KT müayinəsinin nəticəsində əlillik təyinatına əsas verən dəyişikliklər aşkarlanmamışdır.
11. 2 nömrəli Şəhər Xəstəxanasının Nevrologiya şöbəsinin stasionar xəstənin kartından ******* nömrəli çıxarış epikrizində əsas diaqnoz “Keçirilmiş onurğa beyninin zədələnməsinin qalığı. L4-L5 və L5-S1 fəqərəsi disklərin protruziyası. Th12 və S1 fəqərələrinin hemangioması”, ağırlaşma “İki tərəfli bel-oma radikuliti”, yanaşı xəstəlik “Asteno-nevrotik hal” kimi qeyd edilmişdir.
12. Məhkəmənin qərardadı əsasında əldə edilmiş “Məhkəmə-Tibbi Ekspertiza və X5” publik hüquqi şəxsin xx.xx.2024-cü il tarixli T 283/2024 nömrəli ekspert rəyi ilə müəyyən edilmişdir ki, Vətəndaş İddiaçı iş materiallarında olan tibbi sənədlərinə əsasən əlillik vəziyyətinin tibbi-sosial ekspert komissiyası tərəfindən qiymətləndirilməsi üçün adına müvafiq tibb müəssisəsində tərtib edilmiş Forma 088 göndərişində qeyd edilmiş diaqnoz xəstənin stasionarda kliniki, anamnestik, laborator-instrumental müayinələri əsasında müəyyən edilmiş, müalicə tədbirləri xəstəliyin dinamikasına uyğun aparıldığından onların səmərəliliyi və proqnozu qənaətbəxş olmuşdur. 2. SN-nin "MTE və PA Birliyi" Phş müalicə müəssisəsi olmadığından onun hazırda hansı xəstəliklərdən əziyyət çəkməsi barədə fikir söyləmək mümkün olmadı. Lakin qərardadın 2-ci bəndində diaqnozda qeyd edilən patologiyalardan İddiaçı xx.xx.2023-cü il tarixdə MRT müayinəsində "Bel və digər şöbələrin fəqərəarası disklərinin radikulopatiya ilə, L4-L5 və L5-S1 fəqərəarası diskin protruziyası, Th12, S1 fəqərələrinin hemangioması, L1-S1 fəqərəarası diskin Şmorl düyünləri, L1-S1 fəqərələrin degenerativ dəyişikliyi aşkar edilmiş, digər patologiyalar xx.xx.2022-ci il tarixdə DTSERA-da onun əyani müayinəsində (hər iki aşağı ətrafda reflekslər canlı çağrılmış, əzələ inkişafi bərabər, atrofiya, parez izlənilməmiş, hərəkətlərin tam həcmdə olması) kimi qeyd edilmişdir. -Əlilliklə bağlı məsələlərin həlli məhkəmə-tibb ekspertinin deyil, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli, 11 nömrəli Qərarı ilə təsdiq edilmiş "Əlilliyin qiymətləndirilməsi Qaydası"nın 1-ci bəndinə görə bu Qayda "Əlilliyi olan şəxslərin hüquqları haqqında" Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi ilə bağlı məsələləri tənzimləyir. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı əlillik dərəcəsinin təyin edilməsi Tibbi-Sosial Ekspert Komissiyaları tərəfindən həyata keçirilir.
13. Appro Hospitalın tam onurğa MRT müayinəsinin xx.xx.2024-cü il tarixli cavabında qeyd edilmişdir ki: Onurğanın boyun nahiyyəsinin MRT müayinəsi - Boyun lordozu saxlanmışdır; Servikal vertebralarda sağa skolyoz qeyd edilir; C5-C6 servikal vertebra korpusları qonşu terminal lövhələrində T2/T1 hipertens siqnal dəyişkənliyi tip 2 degenerasiyası qeyd edilir; C4-C5, C5-C6 disklərin hündürlüyü azalmış və bütün disklərin MR siqnalında azalma qeyd edilir. C3-C4 fəqərəarası diskin qabarması qeyd edilir; C4-C5 fəqərəarası diskin ön subaraxnoidal məsafəni daraldan, dural kisəni və sağ sinir kökünü kompressiya edən, disk-ostiofit kompleksli geniş əsaslı arxa sağ paramedian 3 mm yırtığı qeyd edilir; C5-C6 fəqərəarası diskin ön subaraxnoidal məsafəni daraldan, dural kisəni kompressiya edən, arxa sağ paramedian 3 mm yırtığı qeyd edilir; C6-C7 fəqərəarası diskin ön subaraxnoidal məsafəni daraldan, dural kisəni və sol sinir kökünü kompressiya edən, sol paramedian 2 mm protruziyası qeyd edilir. Onurğanın döş nahiyyəsinin MRT müayinəsi - Onurğanın döş nahiyyəsinın kifozu saxlanmışdır; Th7, Th8, Th9, Th10, Th11, Th12 torokal fəqərə limblərində əhəmiyyətli lokal Şmorl tipli düyünlər müşahidə olunur; Bütün torokal fəqərələrin terminal lövhələri kənarında ön ostiofitlər izlənilir; Th5, Th9, Th12 torokal vertebralarında T2/T1 hiperintens siqnallı böyüyü 8 mm olan hemangiomalar qeyd edilir. Onurğanın bel-oma sahəsinin MRT müayinəsi - Lumbar fizioloji lordoz saxlanılmışdır; L1, L2, L3, L4, L5 fəqərə limblərində əhəmiyyətli lokal Şmorl tipli düyünlər müşahidə olunur; L2-L3 diskin fibroz həlqəsinin arxa fraqmentin sol arxa latero-foraminal 2.3 mm protruziyası qeyd edilir; L4-L5 diskin fibroz həlqəsinin arxa fraqmentin arxa mərkəzi 2 mm protruziyası qeyd edilir; L5-S1 diskin fibroz həlqəsinin arxa fraqmentin arxa mərkəzi 3.5 mm protruziyası qeyd edilir;
14. Məhkəmənin qərardadı əsasında vətəndaşın müayinə olunması haqqında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsin xx.xx.2025-ci il tarixli 3-17-4/2-434/2025 nömrəli məktubunda bildirilmişdir ki, məhkəmə qərardadına əsasən İddiaçı əlillik vəziyyətinin qiymətləndirilməsi məqsədilə xx.xx.2024-cü il tarixində Agentlikdə əyani müayinə olunmuşdur. Təqdim edilən tibbi sənədlər və həyata keçirilmiş ətraflı müayinələrin nəticəsi olaraq, şəxsin sağlamlıq vəziyyətinin obyektiv müayinəsi zamanı əlilliyin təyininə əsas verən ağırlaşmalar və patofunksional pozuntular aşkar olunmadığından, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq, diaqnozun əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir. - Həmin məktuba əlavə edilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsin Tibbi-Sosial Ekspert Komissiyasının xx.xx.2025-ci il tarixli 3-17-4/3-3- 88/2025 nömrəli qərarından görünür ki, vətəndaşın xx.xx.2024-cü il tarixdə həyata keçirilmiş əyani müayinəsinin nəticəsində “Diaqnoz əlillik əlaməti təyin etmir” barədə qərar qəbul edilmişdir. II. Məhkəmədə icraat
15. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinə qarşı iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, xx.xx.2022-ci il tarixli göndərişə əsasən 3-cü dərəcə müddətsiz “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar” əlillik təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
16. İddiaçı tələbini onunla əsaslandırılmışdır ki, 19 avqust 1992-ci il tarixdə hərbi xidmət dövründə Qarabağ müharibəsində döyüşlərə qatılmışdır. 1992-ci ildə döyüş müddətində iki dəfə ağır yaralanmışdır. Qubadlı rayon Xanlıq kəndində 1 ay hərbi xəstəxanada müayinə və müalicə olunmuşdur. Bakı şəhərində Daxili İşlər Nazirliyində Qospitalında (Ayna Sultanova) və 3 ay Bayıl qəsəbəsi infeksiyonnu xəstəxanada müalicə almışdır. Hərbi xəstəxanada yaralanması ilə bağlı sənədlərini Bərdə rayon 21 saylı tibbi sosial ekspertiza komissiyasına təqdim etmişdir. Ona 2-ci dərəcəli əlillik təyin olunmuşdur. Lakin ona təyin olunan əlillik müddəti qurtardıqdan sonra növbəti əlillik təyin olunmamışdır. Uzun müddət dəfələrlə müraciət olunmasına baxmayaraq ona əlillik təyin etmirlər. Ona 2004-cü ildən 2009-cu ilə qədər İİİ qrup əlillik təyin edilmişdir. 2009-cu ildən 2021-ci ilə qədər olan müddət ərzində isə ona İİ dərəcəli əlillik təyin edilmişdir. Dəfələrlə 088 nömrəli xəstəlik forması ilə əlilliyin təyin edilməsi üçün Dövlət Tibbi Sosial Ekspert Komissiyasına sənədləri göndərilməsinə baxmayaraq ona əlillik təyin etmirlər. Süründürməçiliyə düşmüşdür. İş qabiliyyətini itirmişdir. Heç bir yerdə işləmir. Çətinlik çəkir. Maddiyyat ucbatından dərmanlarını ala bilmir. Odur ki, məcburiyyət qarşısında qalaraq məhkəməyə müraciət etməli olmuşdur. Ona əlillik təyin etmirlər. Dəfələr imtina göndərilmişdir.
17. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır.
18. Bundan sonra İddiaçı xx.xx.2023-cü il tarixli məhkəmə iclasında iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, cavabdeh orqanın xx.xx.2022-ci il tarixli **********5 nömrəli qərarının ləğv olunmasını və “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar” üçüncü dərəcə əlilliyin təyin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmiş və məhkəmə qərardadı ilə ərizə icraata qəbul edilmişdir.
19. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə iddia tələbi mümkün sayılmamış, Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(104)-863/2023 nömrəli qərardadı ilə apellyasiya şikayəti qismən təmin edilmiş, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(114)-4214/2023 nömrəli qərardadı ləğv edilmiş, iş materialları mahiyyəti üzrə baxılması üçün birinci instansiya məhkəməsinə göndərilmişdir.
20. Məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə hazırki iddia tələbi “xx.xx.2022-ci il tarixdən orqanizmin funksiyalarının 35-60% aralığında pozulmasına görə “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar” müddətsiz əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dəyişdirilmişdir. III. İddianın növü və mümkünlüyü
21. Məhkəmə qeyd edir ki, hazırkı iddia ümumi mümkünlük şərtlərinə (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.), eyni zamanda xüsusi mümkünlük şərtlərinə əməl olunmaqla verilmişdir. Belə ki, iddiaçı hazırkı iddianı qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmişdir.
22. Hazırkı iddia İPM-in 2.2.2-ci maddəsində nəzərdə tutulmuş məcburetmə haqqında iddia növünə aiddir. İPM-ə görə: Maddə 2.2.2. İnzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Maddə 33.1. Məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 8.1.2. Mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur.
23. Hazırkı işdə məcburetmə haqqında iddianın xüsusi mümkünlük şərti kimi tələb olunan müddətlə bağlı şərt də ödənilmişdir. Belə ki, xx.xx.2024-cü il tarixli qərardadı ilə iş üzrə buraxılmış prosessual müddət bərpa edilmişdir.
24. Cavabdeh orqanın səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə etdiyi üçün hazırkı işə xüsusi aidiyyət qaydası tətbiq olunmaqla, iddiaçının yaşayış yeri (və ya olduğu yer) üzrə baxılır. İddiaçının yaşadığı (olduğu) yer olan Gəncə şəhəri “Azərbaycan Respublikası apellyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının xx.xx.2019-cu il tarixli Qərarına əsasən Gəncə İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edilmişdir.
25. Məhkəmə hazırkı iddianın məcburetmə iddia növünə aid olduğunu və iddiaçının yaşadığı yerin ünvanını nəzərə alaraq hesab edir ki, işə ərazi aidiyyəti üzrə Gəncə İnzibati Məhkəməsində baxılmalıdır.
26. Göründüyü kimi, iddia mümkün iddiadır, ona görə ki, hazırkı iddianın qaldırılması üçün inzibati prosessual qanunvericilikdə nəzərdə tutulan həm ümumi, həm xüsusi mümkünlük şərtləri ödənilmiş və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir. IV. Prosessual məsələlər
27. İş üzrə inzibati prosessual qanunvericiliyin tələblərinə müvafiq prosessual hərəkətlər edilərək, şifahi məhkəmə baxışı iclası xx.xx.2025-ci il tarixə təyin edilmiş, bu barədə tərəflərə məlumat verilərək şifahi məhkəmə baxışı ilə bağlı iclasa gəlmədikləri halda onların iştirakı olmadan ərizəyə baxılacağı və iş üzrə qərar qəbul ediləcəyi barədə xəbərdarlıq edilmişdir.
28. İddiaçı məhkəmə iclasına gəlmiş, cavabdeh isə nümayəndəsinin iştirakını təmin etməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.
29. Məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. V. Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri
30. İddiaçı şifahi məhkəmə baxışı iclasında iddianı müdafiə edərək, onun təmin edilməsinə dair qərar çıxarılmasını xahiş etmişdir.
31. Cavabdeh orqanın iddiaya qarşı yazılı etirazı məhkəməyə daxil olmuşdur.
32. Etiraz onunla əsaslandırılmışdır ki, Gəncə şəhər sakini xx.xx.1970-ci il təvəllüdlü İddiaçı əlillik vəziyyəti tibb müəssisəsinin 0495003AALJ6 nömrəli göndərişi əsasında xx.xx.2021-ci il tarixdə qiymətləndirilmiş və “Diaqnoz əlillik əlaməti təyin etmir” barədə qərar verilmişdir. Növbəti dəfə əlillik vəziyyətinin qiymətləndirməsi üçün tibb müəssisəsinin yeni göndərişi rəsmiləşdirilmiş, qərar verilməsi üçün Agentliyə göndərilmişdir. Vətəndaşın müraciəti əsasında əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olunmuşdur ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.2014-cü il tarixli 449 nömrəli qərar verilmişdir. Həmin qərarda “Budun çanaq nahiyyəsinin və onurğa sütununun travması” diaqnozlu travmanın səbəb əlaqəsi "Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi müəyyənləşdirilmişdir. Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı baş ağrısı, sağ ayağa irradiasiya edən bel ağrısından şikayət etmişdir. Müayinə zamanı hər iki aşağı ətrafda reflekslər canlı çağrılmış, əzələ inkişafı bərabər, atrofiya, parez izlənilməmiş, hərəkətlər tam həcmdə olmuşdur. Hal-hazırda medikamentoz preparat qəbul etmədiyini, ağrı zamanı "Diklofenak" qəbul etdiyini qeyd etmişdir. X4 xx.xx.2022-ci il tarixli EMQ müayinəsinin nəticəsi “Saqda xroniki dönəm L4-5 radikulopatiyanı düşündürməkdədir” kimi qeyd olunmuşdur. X6 xx.xx.2022-ci il tarixli Onurğa sütunu bel və oma nahiyəsinin KT müayinəsinin nəticəsində əlillik təyinatına əsas verən dəyişikliklər aşkarlanmamışdır. Anamnestik məlumatlarda və obyektiv müayinələrin nəticələrində əlillik təyinatına əsas verən patofunksional pozuntular müəyyən edilməmişdir. Nəticədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir. Vİ. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər
33. Məhkəmə araşdırmasının predmetini aşağıdakı sənədlər təşkil etmişdir: - Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2014-cü il tarixli 449 nömrəli qərarı; - Gəncə şəhər Birləşmiş Xəstəxanasının xx.xx.2022-ci il tarixli göndərişi; - Xəstənin ambulator, stasionar tibbi kartasından çıxarışlar; - X4 xx.xx.2022-ci il tarixli EMQ müayinəsinin nəticəsi; - X6 xx.xx.2022-ci il tarixli Onurğa sütunu bel və oma nahiyəsinin KT müayinəsinin nəticəsi; - 2 nömrəli Şəhər Xəstəxanasının Nevrologiya şöbəsinin stasionar xəstənin kartından ******* nömrəli çıxarış epikrizi; - “Məhkəmə-Tibbi Ekspertiza və X5” publik hüquqi şəxsin xx.xx.2024-cü il tarixli T 283/2024 nömrəli ekspert rəyi; - Appro Hospitalın tam onurğa MRT müayinəsinin xx.xx.2024-cü il tarixli cavabı; - Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatlar; - Məhkəmənin qərardadı əsasında vətəndaşın müayinə olunması haqqında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsin xx.xx.2025-ci il tarixli 3-17-4/2-434/2025 nömrəli məktubu; - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsin Tibbi-Sosial Ekspert Komissiyasının xx.xx.2025-ci il tarixli 3-17-4/3-3-88/2025 nömrəli qərarı; - Məhkəmənin sorğusuna əsasən cavabdehin təqdim etdiyi İddiaçı dair tibbi-sosial ekspertiza sənədləri.
Əsaslandırma hissəsi:
Vİİ. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi
34. Məhkəmə inzibati iş materiallarını araşdırıb, mövcud olan sübutları obyektiv, hərtərəfli və tam tədqiq etməklə, onlara hüquqi qiymət verərək belə qənaətə gəlir ki, iddia mahiyyət baxımından əsaslıdır və təmin edilməlidir.
35. Belə ki, cavabdeh orqanın təqdim etdiyi sənədlərlə müəyyən edilir ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən verilmiş xx.xx.2014-cü il tarixli 449 nömrəli qərarda “Budun çanaq nahiyyəsinin və onurğa sütununun travması” diaqnozunun səbəb əlaqəsi "Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi müəyyənləşdirilmişdir.
36. İddiaçının əlillik vəziyyəti ilkin olaraq xx.xx.2015-ci il tarixdə qiymətləndirilmiş və “Budun çanaq nahiyyəsinin və onurğa sütununun travmasından s. qalıq əlamətləri. TH12- S1 fəqərə cismində 5.0x6.0 mm ölçüdə hemogiomaları. L1-S1 fəqərələrinin degenerativ dəyişikliyi. Spinal kanalda araxnoidal kista” diaqnozu ilə Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar 1 il müddətinə üçüncü dərəcə (Meyar:=> Digər 2.3) əlillik təyin edilmişdir. İddiaçının əlillik vəziyyəti xx.xx.2016-cı il tarixdə təkrar qiymətləndirilmiş və “Budun çanaq nahiyyəsinin və onurğa sütununun travmasından s. qalıq əlamətləri. TH12-S1 fəqərə cismində 5.0x6.0 mm ölçüdə hemogiomaları. L1-S1 fəqərələrinin degenerativ dəyişikliyi. Spinal kanalda araxnoidal kista” diaqnozu ilə Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar 5 il müddətinə üçüncü dərəcə (Meyar:=> Digər 2.3) əlillik təyin edilmişdir.
37. İddiaçının əlillik vəziyyəti növbəti dəfə xx.xx.2021-ci il tarixdə qiymətləndirilmiş və “Başqa rubrikalarda təsnif olunmayan, bədənin bir neçə nahiyyələrini əhatə edən digər travmalar; Bud-çanaq nahiyyəsinin və onurğa sütununun travmasından (1993-cü il) sonrakı qalıq əlamətləri. L4-L5 və L5-S1 fəqərəarası disklərin protruziyası. TH12, S1 fəqərələrinin hemangioması. L1-S1 fəqərəarası diskin Şmorl düyünləri. L1-S1 fəqərələrin degenerativ dəyişikliyi. S2 vəsiyyəsində sağalan spinal kanalda arixnaidal kista (ölçüsü 6.0x7.0). Dayaq-hərəkət və yeriş funksiyasının pozulması, daimi davamlı ağrı sindromu ilə. İki tərəfli bel-oma redikulit. Asteno-nevrotik hal. Xroniki hepatosteatoz” diaqnozunun əlillik əlamət təyin etməməsi səbəbi ilə “Diaqnoz əlillik əlaməti təyin etmir” barədə qərar qəbul edilmişdir.
38. İddiaçının əlillik vəziyyətinin qiymətləndirilməsi məqsədilə Gəncə şəhər Birləşmiş Xəstəxanası tərəfindən xx.xx.2022-ci il tarixli göndəriş rəsmiləşdirilmiş və həmin göndərişdə iddiaçıya qoyulmuş diaqnozlar aşağıdakı kimi olmuşdur: Əsas diaqnoz – “S74.1 Bud sinirinin bud-çanaq oynağı və bud səviyyəsində travması, Bud-çanaq nahiyyəsinin və onurğa sütununun travmasından (1993-cü il) sonrakı qalıq əlamətləri”; Ağırlaşma – “M51.1 Bel və digər şöbələrin fərəqəarası disklərinin radikulopatiya ilə, L4-L5 və L5-S1m fəqərəarası diskin protruziyası. Th12, S1 fəqərələrinin hemangioması. L1-S1 fəqərəarası diskin Şmorl düyünləri. L1-S1 fəqərələrin degenerativ dəyişikliyi. S2 səviyyəsində sağalan spinal kanalda arixnaidal kista (ölçüsü 6,0x7,0); Ağırlaşma – “R26 Hərəkətin və yerişin pozulmaları, Dayaq-hərəkət və yeriş funksiyasının pozulması”; Ağırlaşma – “R52 Başqa rubrikalarda təsnif olunmayan ağrı, Daimi ağrı sindromu ilə”.
39. İddiaçının əlillik vəziyyəti həmin göndəriş əsasında yenidən xx.xx.2022-ci il tarixdə qiymətləndirilmiş və “Bud sinirinin bud-çanaq oynağı və bud səviyyəsində travması, Bud-çanaq nahiyyəsinin və onurğa sütununun travmasından (1993-cü il) sonrakı qalıq əlamətləri” diaqnozunun əlillik əlamət təyin etməməsi səbəbi ilə “Diaqnoz əlillik əlaməti təyin etmir” barədə qərar qəbul edilmişdir.
40. Cavabdeh orqan tərəfdən iddiaçının imtina barədə qərardan verdiyi şikayətinə baxılaraq onun əyani müayinəsi həyata keçirilmiş və nəticədə xx.xx.2022-ci il tarixdə diaqnozun əlillik təyin etməməsi barədə **********5 nömrəli qərar qəbul edilmişdir.
41. Gəncə şəhər Birləşmiş Xəstəxanası tərəfindən xx.xx.2022-ci il tarixli göndərişindən görünür ki, İddiaçı “S74.1 Bud sinirinin bud-çanaq oynağı və bud səviyyəsində travması” diaqnozu üzrə xx.xx.1993-cü il tarixdən xx.xx.1993-cü il tarixədək və xx.xx.1993-cü il tarixdə X3, xx.xx.2015-ci il tarixdən xx.xx.2015-ci il tarixədək, xx.xx.2015-ci il tarixdən xx.xx.2015-ci il tarixədək, xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixədək, xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək və xx.xx.2022-ci il tarixədək xx.xx.2022-ci il tarixədək X2, xx.xx.2017-ci il tarixdən xx.xx.2017-ci il tarixədək və xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək Müharibə veteranları Respublika Xəstəxanasında, “M51.1 Bel və digər şöbələrin fəqərəarası disklərinin radikulopatiya ilə zədələnmələri” diaqnozu üzrə xx.xx.2022-ci il tarixdə Gürcüstan Universiteti Klinikasında stasionar müalicələr almışdır.
42. Bütün bunlara baxmayaraq, İddiaçı əlillik vəziyyəti tibb müəssisəsinin göndərişi əsasında xx.xx.2022-ci il tarixdə qiymətləndirilərkən Diaqnozun əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmiş, həmin qərardan iddiaçının verdiyi şikayətə baxılarkən və məhkəmənin qərardadına əsasən onun əyani müayinəsi nəticəsində də diaqnozun əlillik əlaməti təyin etməməsinə dair qərar qüvvədə saxlanılmışdır.
43. İddiaçı dair göndərişdə və tibbi sənədlərdə göstərilən xəstəliklərdən “S74.1 Bud sinirinin bud-çanaq oynağı və bud səviyyəsində travması, Bud-çanaq nahiyyəsinin və onurğa sütununun travmasından (1993-cü il) sonrakı qalıq əlamətləri” onun sonuncu dəfə qiymətləndirildiyi tarixdə qüvvədə olmuş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na uyğun olaraq orqanizmin funksiyalarının 40 faiz aralığında ozulması ilə əlaqədar qərar qəbul edilməsinə əsas verir.
44. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydaları”na görə: Bənd 1.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qəran ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra — Komissiya) tərəfindən "Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbisosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra — göndəriş) əsasında aparılır. Bənd 1.6. Orqanizmin funksiyalarının pozulması faizinin, səbəbinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra – altsistem) vasitəsilə aparılır. Bənd 1.8. Əlillik Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nda nəzərdə tutulan insanın həyat fəaliyyətinin əsas kateqoriyaları və onların məhdudlaşma dərəcələri və “Əlilliyin müəyyən olunması meyarları”na Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə əsasən müəyyən olunur. Bənd 1.9. Orqanizmin funksiyalarının 30 faizədək pozulması hallarında əlillik müəyyən edilmir, 30 faizdən artıq pozulması hallarında isə 31-60 faizədək, 61-80 faizədək və 81-100 faizədək qiymətləndirilməklə əlillik müəyyən edilir. Bənd 1.11. Anadangəlmə xəstəlikdən və ya çatışmazlıqdan, yaxud sonradan qazanılmış xəstəlikdən və ya zədədən, habelə sonradan qazanılmış xəstəlik və ya zədə ilə bağlı çatışmazlıqdan irəli gələn orqanizmin funksiyalarının pozulmasının əlilliyin müəyyən edilməsinə əsas verən bir neçə halı olduqda, hər bir hal ayrılıqda qiymətləndirilir və orqanizmin funksiyalarının pozulması faizi müəyyənləşdirilir. Bu zaman orqanizmin funksiyalarının pozulmasının faiz göstəriciləri eyni olduqda, yekun göstərici 10 faiz artırılmaqla, fərqli olduqda ən yüksək olan göstərici 10 faiz artırılmaqla, ümumilikdə isə 100 faizdən çox olmamaqla müəyyən edilir. Hər hansı bir hal üzrə müddətsiz əlillik müəyyən edilməsinə əsas olduqda, əlillik müddətsiz müəyyən edilir. Bənd 1.14. Peşə xəstəliyi və istehsalat zədəsi istisna olmaqla, əlilliyin müəyyən edilməsinə əsas verən bir neçə hal üzrə orqanizmin funksiyalarının pozulmasının fərqli faizləri müəyyənləşdirildiyi hallarda, daha üstün sosial müdafiə təminatları nəzərdə tutulan əlillik səbəbi və orqanizmin funksiyalarının pozulmasının ən yüksək faizi müəyyən edilir. Bənd 2.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbisosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. Bənd 2.2. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. Bənd 2.3. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. Bənd 2.4. TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər.
45. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanuna görə: Maddə 3.1. Şəxsin orqanizminin funksiyalarının pozulması faizi, səbəbi və müddəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi, o cümlədən əlilliyin təkrar qiymətləndirilməsi onun tibbi-sosial ekspertiza müayinəsinə göndərişi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil olduğu tarixdən 10 (on) iş günü müddətində, əlavə araşdırma tələb edildiyi halda isə 15 (on beş) iş günü müddətinə uzadılmaqla keçirilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir. Maddə 3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Maddə 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir.
46. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli qərarı ilə təsdiq edilmiş və 2022-ci ilin 1 iyul tarixindən qüvvəyə minmiş “Əlilliyin müəyyən olunması meyarları”na görə: Bənd 1.1. Əlilliyin müəyyən olunması meyarları (bundan sonra – Meyarlar) “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi üçün əsas göstəriciləri müəyyən edir. Bənd 3.1. Anadangəlmə xəstəlikdən və ya çatışmazlıqdan, yaxud sonradan qazanılmış xəstəlikdən və ya zədədən, habelə sonradan qazanılmış xəstəlik və ya zədə ilə əlaqədar çatışmazlıqdan (bundan sonra – xəstəlik, zədə və çatışmazlıqlar) irəli gələn orqanizmin funksiyalarının pozulması faizləri bu Meyarlara Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə uyğun olaraq aşağıdakı qaydada müəyyən edilir: 3.1.2. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİİ dərəcə məhdudlaşması halında – 31-60 faiz; Bənd 3.2. Xəstəliklərin, zədələrin və çatışmazlıqların adları, onların ağırlıq dərəcəsi mərhələsi, orqanizmin funksiyalarının davamlı pozulmasının klinik funksional xüsusiyyətləri, XBT-10, orqanizmin funksiyalarının pozulması faizi və müddəti bu Meyarlara Əlavədə müəyyən edilmişdir.
47. Həmin Əlavə: Sıra Xəstəliklərin, zədələrin və XBT- Orqanizmin Orqanizmin №-si çatışmazlıqların adları, onların 10 funksiyalarının funksiyalarının ağırlıq dərəcəsi, mərhələsi, (kod) pozulması faizi pozulması orqanizmin funksiyalarının müddəti davamlı pozulmasının kliniki funksional xüsusiyyətləri
6. Sinir sistemi xəstəlikləri Qeyd. Orqanizmin sinir sisteminin xəstəliklərdən, zədə və çatışmazlıqlardan irəli gələn davamlı pozuntularının ağırlıq dərəcəsinin kəmiyyətcə qiymətləndirilməsi hərəkət və hissiyyat pozuntularının təzahüretmə dərəcəsinin nəzərə alınması ilə, hərəkət funksiyası pozuntusunun təzahüretmə dərəcəsinin qiymətləndirilməsinə (sadə və mürəkkəb hərəkətləri icra etmək qabiliyyəti) əsaslanır. Patoloji prosesin digər amilləri də nəzərə alınır: gedişatın forması və ağırlığı, prosesin aktivliyi, kəskinləşmələrin olması və tezliyi, patoloji prosesin yayılması, hədəf orqanların qoşulması, immunitetin zəiflədilməsi zərurəti, fəsadların olması.
6.10 Bud-çanaq oynağı və bud S74 səviyyəsində sinirlərin travması Qiymətləndirmə 6.10.2. bud siniri 40 1 il
48. İddiaçı iddia tələbində əlilliyin müddətsiz təyin olunmasını tələb etsə də, iddiaçının göndərişdə əks olunmuş “S74.1 Bud sinirinin bud-çanaq oynağı və bud səviyyəsində travması, Bud-çanaq nahiyyəsinin və onurğa sütununun travmasından (1993-cü il) sonrakı qalıq əlamətləri” xəstəliyinin qiymətləndirməsi iddiaçının orqanizminin funksiyalarının pozulması müddəti 1 il müəyyən edilmişdir.
49. Eyni zamanda, iddiaçının əlillik stajının (İİ dərəcəli əlillik üzrə 10 il, İİİ dərəcəli əlillik üzrə 15 il ardıcıl və fasiləsiz əlillik təyin olunması halı) cəmi 6 il olması müəyyən edilməklə, bu hal ona əlilliyin müddətsiz təyin edilməsini istisna edir.
50. Ona görə də məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir.
51. Məhkəmə onu da qeyd edir ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2014-cü il tarixli 449 nömrəli qərarına əsasən İddiaçı həmin diaqnozlu travmanın səbəb əlaqəsi "Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır" kimi müəyyənləşdirildiyindən iddiaçının orqanizmin funksiyalarının pozulmasının səbəb əlaqəsi “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar” olaraq müəyyən edilməlidir.
52. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydaları”na görə: Bənd 1.5. Şəxsin əlilliyi aşağıdakı səbəblərdən birinə əsasən müəyyən edilir: 1.5.2. xüsusi səbəblərdən: 1.5.2.1. Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar...
53. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 16 mart tarixli 484 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və X1 görə: Bənd 3.1. Bu Əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq Xidmətin vəzifələri aşağıdakılardır: 3.1.2. əlilliyin və reabilitasiya imkanlarının qiymətləndirilməsi əsasında şəxsin əlillik dərəcəsi, onun müddəti, səbəbi və əlilliyin baş vermə vaxtı barədə tibbi-sosial ekspert komissiyaları tərəfindən qərar qəbul edilməsini təmin etmək.
23. “İnzibati icraat haqqında” Qanuna görə: Maddə 10.1. Azərbaycan Respublikasında inzibati icraat Azərbaycan Respublikasının Konstitusiyasında və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş prosessual təminatlar, habelə hüququn və hüquqi dövlətin hamılıqla qəbul olunmuş prinsipləri əsasında həyata keçirilir. Maddə 10.2. Hüququn və hüquqi dövlətin hamılıqla qəbul olunmuş prinsipləri inzibati orqanlar tərəfindən inzibati icraatın həyata keçirilməsi zamanı birbaşa tətbiq olunur. Maddə 12.1. Hamı qanun və inzibati orqan qarşısında bərabərdir. Maddə 14.1. İnzibati orqan diskresion səlahiyyətlərini qanunla müəyyən olunmuş hüdudlar daxilində (qanunla ona verilmiş səlahiyyətlər daxilində) həyata keçirməyə borcludur. Maddə 14.3. Diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı fiziki və ya hüquqi şəxslərin hüquq və azadlıqlarının əsassız məhdudlaşdırılmasına yönəldilmiş qərarlar qəbul oluna bilməz. Maddə 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Maddə 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Maddə 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir.
54. 35. Beləliklə işin faktiki hallarına və yuxarıda qeyd olunan maddi hüquq normalarına əsasən məhkəmə hesab edir ki, cavabdehin iddiaçıya əlillik təyinatından imtina ilə bağlı hərəkətləri qismən qanunsuz olmuşdur.
55. İPM-ə görə: Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
Nəticəvi hissə:
35. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 75 və 85-ci maddələrini rəhbər tutaraq
qərara aldı:
İddia təmin edilsin. İddiaçı xx.xx.2022-ci il tarixdən orqanizmin funksiyalarının 40 faiz pozulmasına görə “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar” 1 il müddətinə əlilliyin təyin edilməsi barədə qərar qəbul edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinin üzərinə qoyulsun. İddia əlilliyin müddətsiz təyin edilməsi hissəsində təmin edilməsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına (Gəncə şəhəri, Atatürk prospekti, 252) apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən Gülşən Əliyeva