Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-34/2020 04.05.2020 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Axundov Emin Tahir oğlunun sədrliyi, Abdullayev Əsgər Vəli oğlunun katibliyi ilə İddiaçı cavabdeh Tovuz bələdiyyəsinə qarşı (üçüncü şəxs Cavabdeh) şəxsi mülkiyyətində olan un fabrikinin ərazisinə məxsus olan torpaq sahəsindən 0,025 ha torpaq sahəsinin Cavabdeh 50 il icarəyə verilməsi barədə Tovuz bələdiyyəsinin xx xxxxxx 2004-cü il tarixli, 12 saylı iclas protokolu və həmin protokoldan çıxarışın ləğv edilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Tovuz bələdiyyəsinə qarşı (üçüncü şəxs Cavabdeh) Gəncə İnzibati- İqtisadi Məhkəməsinə müraciət edərək şəxsi mülkiyyətində olan un fabrikinin ərazisinə məxsus olan torpaq sahəsindən 0,025 ha torpaq sahəsinin Cavabdeh 50 il icarəyə verilməsi barədə Tovuz bələdiyyəsinin xx xxxxxx 2004-cü il tarixli, 12 saylı iclas protokolu və həmin protokoldan çıxarışın ləğv edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, nənəsi X3 xx xxxxx 1999-cu il tarixdə ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 1563,2 km olan qeyri yaşayış sahəsini şəxsi mülkiyyət hüququ əsasında Tovuz rayon Dövlət Notariat Kontorunun təsdiq etdiyi 3M-1-20 saylı reyestr kitabında qeyd olunmaqla alqı-satqı müqaviləsi əsasında özəlləşdirmişdir. Milkiyyətində olan əmlakın istehsal sahəsi 777,2 kv metr, istifadə olunmayan torpaq sahəsi isə 0,0944 hektardır. Nənəsinin vermiş olduğu Tovuz rayon Notariat Kontorunun 2Y-321 reyestr 249 saylı vərəsəlik işi ilə vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında xx xxxx 2013-ci il tarixdə ******* saylı çıxarışa əsasən onun adına 15 saylı X4 qeydiyyata alınmaqla şəxsi mülkiyyətinə verilmişdir. Qeyd olunan əmlak şəxsi mülkiyyətinə sonra Texniki Pasportda qeyd olunana əsasən ərazini yoxlama zamanı müəyyən olunmuşdur ki, istehsal sahəsinin yaxınlığında yaşayan Cavabdeh xx xxxxxx 2004-cü il tarixdə Tovuz şəhər bələdiyyəsinin sədri Tanrıverdi Hüseynov tərəfindən 12 saylı iclas protokolu əsasında onun şəxsi mülkiyyətində olan istehsal müəsisənin ərazisində olan torpaq sahəsindən 0.025 ha torpaq sahəsi 50 il müddətinə icarəyə verilmişdir. Cavabdeh isə ona verilmiş saxta çıxarışa əsasən həmin ərazini dəmir torla-taxta parçaları ilə çəpərləyərək istifadə edir. Tovuz bələdiyyəsinin xx xxxxxx 2004-cü il tarixli 12 saylı iclas protokolu saxtadır və heç bir hüquqi əsası yoxdur. Gəncə İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2-1 (83)-955/2019 nömrəli qərardadı ilə İddiaçı cavabdeh Tovuz Bələdiyyəsinə qarşı bələdiyyənin xx xxxxxx 2004-cü il tarixli, 12 saylı iclas protokolu və həmin protokoldan çıxarışın ləğv edilməsi tələbinə dair iş üzrə iddia müddətinin bərpa edilməsindən imtina olunması qərara alınmışdır. Həmin qərardadla razılaşmayan İddiaçı nümayəndəsi kimi təqdim edən X1 apelyasiya şikayəti vermiş və Gəncə İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2-1 (83)- 955/2019 qərardadının ləğv edilməsini xahiş etmişdir. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2-1(104)-778/2019 nömrəli qərardadı ilə Gəncə İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2-1(83)-955/2019 nömrəli qərardadından verilmiş apellyasiya şikayəti mümkün sayılmamış, apellyasiya şikayətinin qəbulundan imtina edilmişdir. İşin hazırlıq icraatı üzrə məhkəmə iclası xx.xx.2020-ci il tarixə təyin edilmiş, bu barədə tərəflərə rəsmi qaydada məlumat verilmiş, tərəflər məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə iş materiallarını nəzərdən keçirərək hesab edir ki, aşağıdakılara əsasən iddia mümkün sayılmamalıdır. Belə ki, inzibati prosessual qanunvericiliyin tələblərinə əsasən istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddianın yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir, iddianın əsaslı hesab edilərək, məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri – iddia tələbinin iddia müddətinə dair normalara riayət etməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsi, inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması zamanı deyil, konkret hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxx 2015-ci il tarixli, 05 nömrəli qərarının 1.1, 1.2, 1.3, 1.4 və 2.1-ci bəndlərinə uyğun olaraq məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Həmin Qərarın 2.3-cü bəndində qeyd olunmuşdur ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsində nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-nin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Məhkəmə qeyd edir ki, ötürülmüş müddət o halda bərpa edilir ki, müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan, onun iradəsindən asılı olmayan üzrlü səbəblərdən baş vermiş olsun. İşin hallarından göründüyü kimi Tovuz bələdiyyəsinin mübahisələndirilən qərarı xx.xx.2004-cü il tarixdə qəbul edilmişdir. Qərarın qəbul edilməsindən 14 ildən artıq müddət keçməsinə baxmayaraq, iddiaçı 2019-cu ildə məhkəməyə müraciət etməklə qanunvericilikdə nəzərdə tutulmuş iddia müddətini ötürmüşdür. İddiaçı mübahisə predmetinə aid əmlakın qanuni sahibi və istifadəçisi olduğu təqdirdə həmin əmlak barəsində onun maraqlarına toxunan qərarın qəbul edilməsindən bu qədər uzun bir müddət ərzində məlumatlı olmalı idi. İddiaçı tərəf vəsatətində həmin qərardan 2019-cu ilin yanvar ayında məlumatlı olmasını etiraf etmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 73.1-ci maddəsinin tələblərinə əsasən, qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, şikayət inzibati aktın qüvvəyə mindiyi gündən 30 gün müddətində müvafiq şikayət instansiyasına verilir. Həmin Qanunun 73.2-ci maddəsinin tələblərinə əsasən isə, inzibati aktda ona qarşı mümkün hüquqi vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə (şikayət vermə) qaydası və müddəti nəzərdə tutulmadıqda və ya inzibati akt onun ünvanlanmadığı digər maraqlı şəxslərin qanuni maraqlarına (ilk dəfə) toxunduqda, həmin inzibati aktdan onun qüvvəyə mindiyi gündən 6 ay müddətində şikayət verilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın elan olunduğu vaxtdan, şikayət intansiyasına şikayət verildiyi hallarda isə, şikayətə dair qərarın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. İddia müddətinin mahiyyəti pozulmuş hüquqların bərpası və mülki hüquqların müdafiəsi məqsədilə məhkəməyə müraciət etmə müddəti olub aktiv tərəfin bu tələb hüququna malik olma imkanının qanuna əsasən zamanla məhdudlaşdırılmasından ibarətdir. Müddətin buraxılmasına səbəb olmuş halları ərizədə və ərizə üzrə keçirilən məhkəmə iclasında əsaslandırmaq vəsatət verənin vəzifəsi olaraq qanunvericilikdə müəyyən edilmişdir. İddiaçı cavabdeh Tovuz bələdiyyəsinə qarşı (üçüncü şəxs Cavabdeh) şəxsi mülkiyyətində olan un fabrikinin ərazisinə məxsus olan torpaq sahəsindən 0,025 ha torpaq sahəsinin Cavabdeh 50 il icarəyə verilməsi barədə Tovuz bələdiyyəsinin xx xxxxxx 2004-cü il tarixli, 12 saylı iclas protokolu və həmin protokoldan çıxarışın ləğv edilməsi tələbi ilə qanunla müəyyən edilmiş müddətdə məhkəməyə müraciət etməmiş və bununla da, həmin inzibati aktın mübahisələndirmə müddəti heç bir üzürlü səbəb olmadan ötürülmüşdür. Hazırki iddia tələbi üzrə müddətin ötürülməsinə münasibətdə onun üzrlü səbəblərdən baş verməsi halı aşkar olunmamışdır. Bu isə iddiaçının iddiasını qeyri-mümkün edir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi bir çox qərarlarında iddia müddəti ilə bağlı qeyd etmişdir ki, mülki hüquqda bu institut mülki dövriyyənin iştirakçılarını intizamlandırmaq, onlara məxsus olan hüquqların həyata keçirilməsi və vəzifələrin yerinə yetirilməsi üçün fəallığını təşviq etmək məqsədinə yönəlmişdir. Qanunverici konkret şəxsə məxsus olan mülki hüquq pozulduqda onun müdafiəsi üçün hüququ pozulmuş şəxsə qarşı məcburiyyət tədbirlərinin tətbiqi halına iddia müddətini şamil edir. (X.Xəlilovun şikayəti üzrə xx.xx.2009-cu il tarixli qərarı). İddia müddətinin tətbiqinə beynəlxalq qanunvericilikdə də xüsusi önəm verilir. Belə ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Miraqall Eskolano və digərlərinin İspaniyaya qarşı” iş üzrə xx xxxxxxx 1998-ci il tarixli qərarında qeyd edilmişdir ki, “atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar. Lakin sözügedən qaydalar və ya onların tətbiqi tərəflərin əlçatan vasitədən istifadə etməsinin qarşısını almamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin Məcəllənin 35.3-cü maddəsinin tələblərinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Beləliklə, məhkəmə İddiaçı cavabdeh Tovuz bələdiyyəsinə qarşı (üçüncü şəxs Cavabdeh) şəxsi mülkiyyətində olan un fabrikinin ərazisinə məxsus olan torpaq sahəsindən 0,025 ha torpaq sahəsinin Cavabdeh 50 il icarəyə verilməsi barədə Tovuz bələdiyyəsinin xx xxxxxx 2004-cü il tarixli, 12 saylı iclas protokolu və həmin protokoldan çıxarışın ləğv edilməsi barədə iddiasının mümkün sayılmaması qənaətinə gəlir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13, 35, 80, 81 və 85-ci maddələrinin tələblərinə əsasən məhkəmə, q ə r a r a a l d ı: İddiaçı cavabdeh Tovuz bələdiyyəsinə qarşı (üçüncü şəxs Cavabdeh) şəxsi mülkiyyətində olan un fabrikinin ərazisinə məxsus olan torpaq sahəsindən 0,025 ha torpaq sahəsinin Cavabdeh 50 il icarəyə verilməsi barədə Tovuz bələdiyyəsinin xx xxxxxx 2004-cü il tarixli, 12 saylı iclas protokolu və həmin protokoldan çıxarışın ləğv edilməsi barədə iddiası mümkün sayılmasın. Qərardaddan 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi (ünvan: Gəncə şəhəri, Heydər Əliyev pr. 105) vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə (ünvan: Gəncə şəhəri, Atatürk pr., 252) şikayət verilə bilər. Sədrlik edən Emin Axundov
Məhkəmə qərarları › İş №2-1(114)-34/2020
Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-34/2020
04.05.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver