Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-340/2024 20.12.2024 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı reyestr torpaq sahəsinin planı və ölçüsü sənədinin ləğv edilməsi tələbinə iş üzrə Giriş hissə: Hakim Əliyeva Gülşən Talıb qızının sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, Cavabdehin nümayəndəsi X7 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı (üçüncü şəxslər Göygöl rayonu Aşıqlı bələdiyyəsi və X28) üçüncü şəxsin adına tərtib edilmiş torpaq sahəsinin planı və ölçüsü sənədinin ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə Gəncə İnzibati Məhkəməsinin (Gəncə şəhəri, H.Əliyev prospekti, 105) binasında açıq məhkəmə iclasında şifahi dinləmələr qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: I. İşin halları
1. Xanlar (indiki Göygöl) rayon Aşıqlı bələdiyyəsinin xx.xx.2005-ci il tarixli 24 nömrəli qərarı ilə İddiaçı 0.12 ha torpaq sahəsinin satılması qərara alınmışdır.
2. Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Xanlar rayon şöbəsinin xx.xx.2005-ci il tarixli rəyində İddiaçı satılması nəzərdə tutulan 0.12 ha torpaq sahəsinin Aşıqlı bələdiyyəsinin mülkiyyətinə aid olması və KPİ torpaq sahəsi olması qeyd edilərək, satılması məqsədəuyğun hesab edilmişdir.
3. Həmin tarixdə tərtib edilmiş aktla Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Xanlar rayon şöbəsi və Aşıqlı bələdiyyəsinin nümayəndələri bələdiyyənin ehtiyat fond torpaq sahəsindən həmin həyətyanı torpaq sahələrinin ayrılaraq vətəndaşlara satılmasını məqsədəuyğun hesab etmişlər.
4. Ayrılmış sahənin naturada yerləşmə vəziyyətini əks etdirən yerquruluşu planından çıxarış tərtib edilmişdir.
5. Bələdiyyə ilə iddiaçı arasında torpaqların alğı-satqısına dair akt imzalanmış, iddiaçı tərəfindən bununla bağlı bələdiyyənin hesabına 518250 manat vəsait ödənilmiş, eləcə də alğı-satqı aktı Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Xanlar rayon şöbəsi tərəfindən təsdiq edilməklə xx.xx.2005-ci il tarixdə 414 nömrə ilə qeydiyyata alınmışdır.
6. Qeyd olunan torpaq sahəsinə dair iddiaçının adına Torpağın mülkiyyətə verilməsinə dair JN-690A KOD 50803018 nömrəli şəhadətnamə tərtib edilmişdir.
7. Xanlar Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2006-cı il tarixli 175 nömrəli sərəncamına əsasən vətəndaş İddiaçı Aşıqlı kəndində satılmış 0.12 ha torpaq sahəsində fərdi yaşayış evinin tikintisinin aparılmasına icazə verilməsi qərara alınmışdır.
8. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2-1(114)-902/2021 nömrəli qərarı əsasında iddiaçının sözügedən torpaq sahəsi üzərində hüquqlarının qeydiyyatının aparılması öhdəliyi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinin üzərinə qoyulmuşdur. Həmin qərardan sonuncunun verdiyi apellyasiya şikayəti əsasında işə apellyasiya qaydasında baxılarkən əldə edilmiş xx.xx.2022-ci il tarixli 10/1089 nömrəli və xx.xx.2023-cü il tarixli 10/2584 nömrəli ekspertiza rəyləri ilə müəyyən edilmişdir ki: - xx.xx.2022-ci il tarixli ekspertiza rəyinə əsasən İddiaçı adına olan Torpaq sahəsinin mülkiyyətə verilməsinə dair JN-690A (KOD ********) saylı şəhadətnamə əsasında verilmiş torpaq sahəsinin iddiaçının iddia etdiyi torpaq sahəsi ilə üst-üstə düşdüyü müəyyən edilir. Sözügedən torpaq sahəsi faktiki vəziyyətdə digər vətəndaşın istifadəsində olmaqla hasara alınmış, üzərində fərdi yaşayış evi və həyət tikililəri inşa edilmişdir. X8 adına olan Torpağın mülkiyyətə verilməsinə dair JN-688A (KOD ********) saylı şəhadətnamə əsasında verilmiş torpaq sahəsinin yerləşmə yerini müəyyən etmək mümkün olmadığından həmin torpaq sahəsinin iddiaçının iddia etdiyi torpaq sahəsi ilə həmçinin JN-690A (KOD ********) saylı şəhadətnamə əsasında verilmiş torpaq sahəsi ilə üst-üstə düşüb-düşməməsinin müəyyən etmək mümkün olmamışdır. Lakin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2021-ci il tarixli **********05 reyestr nömrəli çıxarışla X17 adına qeydiyyata alınmış (JN-688A KOD 50803018 saylı şəhadətnamə əsasında ilkin qeydiyyatdan keçmiş torpaq sahəsi) və AA 576245 saylı **********05 reyestr nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədində qeyd olunan torpaq sahəsinin iddiaçının iddia etdiyi JN-690A (KOD ********) saylı şəhadətnamə ilə İddiaçı mülkiyyətinə verilmiş 0.12 ha torpaq sahəsi ilə üst-üstə düşdüyü müəyyən edilir. - xx.xx.2023-cü il tarixli ekspertiza rəyinə əsasən Aşıqlı Bələdiyyəsinin 10 iyun 2005ci il tarixli, 13 saylı qərarı ilə X13 ayrılmış 0.12 ha torpaq sahəsinə aid Bələdiyyənin yerquruluşunun sxematik planından 1:10000 miqyaslı çıxarışda ayrılan torpaq sahəsinin planlı yerləşməsi (ümumi ərazinin hansı hissəsində yerləşməsi) qeyd olunmadığından, X8 adına olan Torpağın mülkiyyətə verilməsinə dair JN-688A (kod ********) saylı şəhadətnamə əsasında verilmiş torpaq sahəsi ilə iddiaçının iddia etdiyi torpaq sahəsinin üst-üstə düşübdüşməməsini müəyyən etmək mümkün olmamışdır. Aşıqlı Bələdiyyəsinin 10 iyun 2005-ci il tarixli, 13 saylı qərarı ilə X13 ayrılmış 0,12 ha torpaq sahəsinə aid Bələdiyyənin yer quruluşunun sxematik planından 1:10000 miqyaslı çıxarışda ayrılan torpaq sahəsinin planlı yerləşməsi (ümumi ərazinin hansı hissəsində yerləşməsi) qeyd olunmadığından, X8 adına olan Torpağın mülkiyyətə verilməsinə dair JN-688A (kod ********) saylı şəhadətnamə əsasında verilmiş torpaq sahəsinin yerləşmə yerini müəyyən etmək mümkün olmamışdır. Bu səbəbdə də həmin torpaq sahəsinin JN-690A (KOD ********) saylı şəhadətnamə əsasında iddiaçıya məxsus torpaq sahəsi ilə üst-üstə düşüb- düşməməsini müəyyən etmək mümkün olmamışdır. Qeyd olunur ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2021-ci il tarixli, **********05 reyestr nömrəli çıxarışla X17 adına qeydiyyata alınmış (JN-688A Kod 50803018 saylı şəhadətnamə əsasında ilkin qeydiyyatdan keçmiş torpaq sahəsi) və AA№576245 saylı, **********05 reyestr nömrəli "Torpaq sahəsinin planı və ölçüsü" sənədində qeyd olunan torpaq sahəsinin iddiaçının iddia etdiyi, JN-690A (Kod ********) saylı şəhadətnamə ilə İddiaçı mülkiyyətinə verilmiş 0.12 ha torpaq sahəsi ilə üst-üstə düşdüyü müəyyən edilir. Aşıqlı Bələdiyyəsinin 10 iyun 2005-ci il tarixli, 13 saylı qərarı ilə X13 ayrılmış 0.12 ha torpaq sahəsinə aid Bələdiyyənin yerquruluşunun sxematik planından 1:10000 miqyaslı çıxarışda ayrılan torpaq sahəsinin planlı yerləşməsi (ümumi ərazinin hansı hissəsində yerləşməsi) qeyd olunmadığından, X8 adına olan Torpağın mülkiyyətə verilməsinə dair JN-688A (kod ********) saylı şəhadətnamə əsasında verilmiş torpaq sahəsinin yerləşmə yerini müəyyən etmək mümkün olmamışdır. Bu səbəbdən də həmin torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2021-ci il tarixli **********05 reyestr nömrəli çıxarışla X17 adına qeydiyyata alınmış (AA5762245 saylı **********95 reyestr nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədində qeyd olunan) torpaq sahəsi ilə üst-üstə düşüb-düşməməsini müəyyən etmək mümkün olmamışdır.
9. Bundan sonra İddiaçı Göygöl rayonu, Aşıqlı kəndində yerləşən 0.12 ha torpaq sahəsinə dair X17 adına xx.xx.2021-ci il tarixdə verilmiş çıxarışın və plan-ölçü sənədinin ləğv edilməsini xahiş etmiş, cavabdeh orqan isə xx.xx.2023-cü il tarixli 3-21-3-33/2-A- 00xx-xx/2023 nömrəli cavab məktubu iddiaçının müraciətini təmin etməkdən imtina edərək, imtinasını onunla əsaslandırmışdır ki, hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir.
10. Xanlar rayonu Aşıqlı bələdiyyəsinin 10 iyun 2005-ci il tarixli 13 nömrəli qərarı ilə X13 0.12 ha torpaq sahəsi ayrılmış, onun adına Torpağın mülkiyyətə verilməsinə dair JN- 688A KOD 50803018 saylı şəhadətnamə tərtib edilmişdir.
11. X19 həmin torpaq sahəsini xx.xx.2015-ci il tarixdə torpaq sahəsinin alğı-satqı müqaviləsi ilə X2, sonuncunun adına Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2016-cı il tarixli **********05 reyestr nömrəli çıxarış verilmiş və xx.xx.2016-cı il tarixli 082671 nömrəli Torpaq sahəsinin planı və ölçüsü sənədi tərtib edilmişdir.
12. X20 həmin torpaq sahəsini xx.xx.2020-ci il tarixdə daşınmaz əmlakın alğı-satqı müqaviləsi ilə X6, sonuncunun adına Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2020-ci il tarixli **********05 reyestr nömrəli çıxarış verilmiş və xx.xx.2020-ci il tarixli A№498308 nömrəli Torpaq sahəsinin planı və ölçüsü sənədi tərtib edilmişdir.
13. X29 həmin torpaq sahəsini xx.xx.2022-ci il tarixdə daşınmaz əmlakın alğı-satqı müqaviləsi ilə X4, sonuncunun adına Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2021-ci il tarixli **********05 reyestr nömrəli çıxarış verilmiş və xx.xx.2020-ci il tarixli AA№576245 nömrəli Torpaq sahəsinin planı və ölçüsü sənədi tərtib edilmişdir.
14. Bundan başqa, Xanlar rayonu Aşıqlı bələdiyyəsinin 10 iyun 2005-ci il tarixli 13 nömrəli qərarı ilə X19 ilə yanaşı onun qardaşı X15 da 0.12 ha torpaq sahəsi ayrılaraq, onun adına Torpağın mülkiyyətə verilməsinə dair JN-689A KOD 50803018 saylı şəhadətnamə tərtib edildiyindən və hər iki 0.12 ha torpaq sahəsi B nöqtəsindən C nöqtəsinədək qonşu olduğundan hərtərəfli və müqayisəli araşdırma (həm də mütəxəssis tədqiqatı) aparılması üçün həmin torpaq sahəsinə dair sənədlər də əldə edilərək, öyrənilmişdir.
15. Xanlar rayonu Aşıqlı bələdiyyəsinin 10 iyun 2005-ci il tarixli 13 nömrəli qərarı ilə X9 0.12 ha torpaq sahəsi ayrılmış, onun adına Torpağın mülkiyyətə verilməsinə dair JN- 688A KOD 50803018 saylı şəhadətnamə tərtib edilmiş, həmin şəhadətnamə əsasında onun sözügedən torpaq sahəsi üzərində mülkiyyət hüququ qeydə alınaraq, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2015-ci il tarixli **********76 reyestr nömrəli çıxarış verilmiş və adına A№01220 nömrəli Torpaq sahəsinin planı və ölçüsü sənədi tərtib edilmişdir. X22 həmin torpaq sahəsini xx.xx.2015-ci il tarixdə torpaq sahəsinin alğı-satqı müqaviləsi ilə X3, sonuncunun adına Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2015-ci il tarixli **********76 reyestr nömrəli çıxarış verilmiş və xx.xx.2015-ci il tarixli A№012023 nömrəli Torpaq sahəsinin planı və ölçüsü sənədi tərtib edilmişdir.
16. X23 həmin torpaq sahəsini xx.xx.2019-cu il tarixdə daşınmaz əmlakın alğı-satqı müqaviləsi ilə X5, sonuncunun adına Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2019-cu il tarixli **********76 reyestr nömrəli çıxarış verilmiş və xx.xx.2019-cu il tarixli A№395242 nömrəli Torpaq sahəsinin planı və ölçüsü sənədi tərtib edilmişdir.
17. Məhkəmə qərardadı ilə əldə edilmiş mütəxəssis rəyində göstərilmişdir ki: 1) İddiaçı sözügedən ərazidə faktiki istifadə sahəsi olmadığından, sualın cavablandırılması mümkün deyil. 2) X19 əraziyə keçirilən baxışda iştirak etmədiyindən sualın cavablandırılması mümkün deyildir. 3) X10 adına tərtib edilmiş xx.xx.2016-cı il tarixli 082671 nömrəli X25 adına tərtib edilmiş xx.xx.2020-ci il tarixli A 498308 nömrəli və X17 adına tərtib edilmiş xx.xx.2020-ci il tarixli AA 576245 nömrəli Torpaq sahəsinin planı və ölçüsü sənədlərində göstərilən koordinatlar və 0.12 ha torpaq sahəsi eyni koordinatlar və eyni torpaq sahəsidir. Torpağın mülkiyyətə verilməsinə dair JN-688A (KOD ********) nömrəli şəhadətnamədə göstərilən 0.12 ha torpaq sahəsinin naturada yerləşmə koordinatları, yuxarıda qeyd olunan plan və ölçü sənədlərində göstərilən 0.12 ha torpaq sahəsinin koordinatları ilə eynilik təşkil etmir. 4) X22 əraziyə keçirilən baxışda iştirak etmədiyindən sualın cavablandırılması mümkn deyildir. 5) X9 adına tərtib edilmiş xx.xx.2015-ci il tarixli 12220 nömrəli, X11 adına tərtib edilmiş 11.012.2015-ci il tarixli A012023 nömrəli və X18 adına tərtib edilmiş xx.xx.2019-cu il tarixli A395242 nömrəli Torpaq sahəsinin planı və ölçüsü sənədlərində göstərilən koordinatlar və 0.12 ha torpaq sahəsi eyni koordinatlar və eyni torpaq sahəsidir. Torpağın mülkiyyətə verilməsinə dair JN-689A (KOD ********) nömrəli şəhadətnamədə göstərilən 0.12 ha torpaq sahəsinin naturada yerləşmə koordinatları, yuxarıda qeyd olunan plan və ölçü sənədlərində göstərilən 0.12 ha torpaq sahəsinin koordinatları ilə eynilik təşkil etmir.
18. Məhkəmənin sorğusuna Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli 3-21-3-33/2- 12270/2024 nömrəli cavab məktubunda bildirilmişdir ki, torpaq sahəsi özgəninkiləşdirildikdə yeni mülkiyyətçinin müraciəti əsasında onun adına çıxarış və plan və ölçü sənədi verilən zaman əvvəlki hüquq sahibinin adına tərtib edilmiş çıxarış və torpaq sahəsinin plan və ölçü sənədi Ərazi İdarəsi tərəfindən ləğv edilir. Yeni tərtib edilmiş plan və ölçü sənədi əvvəlki mülkiyyətçinin adına tərtib edilmiş plan və ölçü sənədinin koordinatları əsasında tərtib edilir. X38 və Xəritəçəkmə Komitəsi tərəfindən qüsurlu tərtib edilmiş plan və ölçü sənədlərinin hüquq sahibləri dəyişdikdə və ya mülkiyyətçinin təkrar müraciəti zamanı nöqsanların aradan qaldırılması məqsədi ilə yeni mülkiyyətçinin yaxud hazırki hüquq sahibinin, həmçinin Ərazi İdarəsinin (və ya bələdiyyə) əməkdaşlarının iştirakı ilə akt-sxem və ya məhkəmə qərarı əsasında plan və ölçü sənədlərinin koordinatlarında düzəlişlər edilə bilər. Çıxarış, eləcə də plan və ölçü sənədlərində edilmiş bütün dəyişikliklər Ərazi İdarəsinin elektron xəritə məlumatlarında öz əksini tapır. II. Məhkəmədə icraat
19. İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, DT və XK-nın Xanlar rayon şöbəsinin xx.xx.2005-ci il tarixli plan və ölçüsündə göstərilən və ona məxsus Göygöl rayonu, Aşıqlı kəndində yerləşən 0.12 ha torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının qeydiyyata alınması və bu barədə çıxarış verilməsi üçün X17 adına verilmiş xx.xx.2021-ci il tarixli 50803018 reyestr nömrəli çıxarışın və torpaq sahəsinin plan və ölçüsü sənədinin ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
20. Tələb onunla əsaslandırılmışdır ki, Xanlar rayon Aşıqlı Bələdiyyəsinin 18 avqust 2005-ci il tarixli, 24 saylı qərarı əsasında ona satılmış, 0.12 ha torpaq sahəsinin onun mülkiyyətinə verilməsinə dair JN-690A KOD ******* olan və 11868 nömrə ilə kitaba qeyd edilən şəhadətnamə almışdır. 2005-ci il tarixdə mövcud olan Dövlət Xəritəçəkmə komitəsinin müdiri vəzifəsində işləmiş A.Avazovun özünün imzası ilə təsdiq edilmiş torpaq sahəsinin planı və sərhədlərinin ölçüsü 690A kimi qeyd edilərək şəhadətnamədə öz əksini tapmışdır. Bunun əsasında torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestri xidmətində qeydə alınması üçün 26 yanvar 2021-ci il tarixdə Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reystri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinə müraciət etmişdir. Həmin idarənin xx.xx.2021-ci il tarixli, **********29 saylı cavab bildirişində, torpaq sahəsinin faktiki ölçüləri ilə sənəd üzrə olan ölçüləri arasında uyğunsuzluq olduğu və bu səbəbdən də ərizənin icrasının mümkün olmadığı bildirilmişdir. Bu işlə bağlı Gəncə İnzibati Məhkəməsinə müraciət edilmişdir. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2-1(114)-902/2021 saylı qərarı ilə tələbi təmin edilmişdir. Lakin qərardan narazı qalan cavabdeh Gəncə Apellyasiya Məhkəməsinə muraciət etmişdir. Apellyasiya məhkəməsində ekspertiza təyin olunmuşdur. Ekspertin rəyinə əsasən JN-690A KOD ******* olan və 11868 nömrə ilə kitaba qeyd edilən şəhadətnamədə qeyd edilən koordinatlar faktiki olaraq üst-üstə düşür. İş üzrə 3-cü şəxs X21 verilmiş xx.xx.2021-ci il tarixli, **********05 reyestr nömrəli çıxarış da onun torpağı ilə üst üstə düşür. Lakin həmin çıxarışın verilməsinə əsas olmuş, X8 adına olmuş JN-688, KOD ******* saylı şəhadətnamə olsa da, bələdiyyənin yerquruluşu planından çıxarış olmadığı üçün ilkin sənədə əsasən onun yerini müəyyən etmək mümkün olmamışdır. Sonuncu iclasda hakim Əlizamin Abdullayev tərəfindən sorğu verilərək o sənədi əldə etmək mümkün olmuş və iş yenidən ekspertizaya göndərilmişdir.
21. Məhkəmənin xx.xx.2023-cü il tarixli məhkəmə iclasında iddiaçının vəkil olan nümayəndəsi Vəkil1 iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, Göygöl rayonu, Aşıqlı kəndində yerləşən 0,12 ha torpaq sahəsinə dair X17 adına xx.xx.2021-ci il tarixdə aparılmış reyestr qeydinin ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmiş və həmin tarixli qərardadla ərizə icraata qəbul edilmişdir.
22. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə hazırki iddia tələbi “Göygöl rayonu, Aşıqlı kəndində yerləşən 0.12 ha torpaq sahəsinə dair X17 adına tərtib edilmiş xx.xx.2020-ci il tarixli AA576245 nömrəli Torpaq sahəsinin planı və ölçüsü sənədinin ləğv edilməsi” tələbinə dəyişdirilmişdir. III. İddianın növü və mümkünlüyü
23. Məhkəmə qeyd edir ki, hazırkı iddia ümumi mümkünlük şərtlərinə (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.), eyni zamanda xüsusi mümkünlük şərtlərinə əməl olunmaqla verilmişdir. Belə ki, iddiaçı hazırkı iddianı qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmişdir.
24. Hazırkı iddia İPM-in 2.2.3-cü maddəsində nəzərdə tutulmuş öhdəliyin icrası haqqında iddia növünə aiddir. İPM-in: - 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. - 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. - 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. - 8.1.2-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur.
25. Hazırkı işdə öhdəliyin icrası haqqında iddianın xüsusi mümkünlük şərti kimi əvvəlcə eyni tələblə inzibati orqana müraciət edilməsi barədə şərt də ödənilmiş, iddiaçı hazırkı tələblə cavabdehə müraciət etmiş və cavabdeh tərəfindən onun müraciətinin təmin edilməsindən imtina edilmişdir.
26. Cavabdeh orqanın yerləşdiyi Gəncə şəhəri “Azərbaycan Respublikası apellyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının xx.xx.2019-cu il tarixli Qərarına əsasən Gəncə İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edilmişdir.
27. Məhkəmə hazırkı iddianın öhdəliyin icrası iddia növünə aid olduğunu və cavabdehin yerləşdiyi yerin ünvanını nəzərə alaraq hesab edir ki, işə ərazi aidiyyəti üzrə Gəncə İnzibati Məhkəməsində baxılmalıdır.
28. Göründüyü kimi, iddia mümkün iddiadır, ona görə ki, hazırkı iddianın qaldırılması üçün inzibati prosessual qanunvericilikdə nəzərdə tutulan həm ümumi, həm xüsusi mümkünlük şərtləri ödənilmiş və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir. IV.Prosessual məsələlər
29. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə X28 zəruri cəlbetmə qaydasında, xx.xx.2023-cü il tarixli qərardadı ilə isə Göygöl rayonu Aşıqlı bələdiyyəsi adi cəlbetmə qaydasında üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişlər.
30. İş üzrə inzibati prosessual qanunvericiliyin tələblərinə müvafiq prosessual hərəkətlər edilərək, şifahi məhkəmə baxışı iclası xx.xx.2024-cü il tarixə təyin edilmişdir.
31. Cavabdehin nümayəndəsi üçüncü şəxsin vəkil olan nümayəndəsi Vəkil2 məhkəmə iclasına gəlmiş, iddiaçı, cavabdehin nümayəndəsi və üçüncü şəxslər məhkəmə iclasında iştirak etməmiş, iddiaçının vəkil olan nümayəndəsi Vəkil1 isə məhkəməyə xx.xx.2024-cü il tarixli ərizə ünvanlayaraq, məhkəmə iclasının onun iştirakı olmadan keçirilib, yekun qərar qəbul edilməsini xahiş etmişdir.
32. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə məhkəmə iclasına gəlmməyən şəxslərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. V. Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri
33. Cavabdehin iddiaya qarşı yazılı etirazı məhkəməyə daxil olmuş və etiraz imtinada göstərilən dəlillərlə əsaslandırılmışdır (qərarın 9-cu bəndi).
34. Üçüncü şəxslərin iddiaya qarşı yazılı etirazları məhkəməyə daxil olmamışdır.
35. Məhkəmənin xx.xx.2024-cü il tarixli iclası zamanı rəyi vermiş mütəxəssis Sevindik Həsənov məhkəmə iclasında dinlənilmiş və o, sədrlik edənin suallarına cavab olaraq bildirmişdir ki, Torpağın mülkiyyətə verilməsinə dair JN-688A KOD 50803018 saylı, JN-689A KOD 50803018 saylı və JN-690A KOD 50803018 saylı şəhadətnamələrdə torpaq sahəsinin koordinatları əks olunmasa da, bələdiyyələrin kompleks yerquruluşu layihəsində (DWG xəritə materiallarında) şəhadətnamələrin yerləşmə yeri onların xəritə nömrələrinə uyğun işlənildiyindən və koordinatlar mövcud olduğundan tədqiqatı həmin xəritə məlumatları əsasında apararaq, müəyyən etmişdir ki, Torpağın mülkiyyətə verilməsinə dair JN-690A KOD 50803018 saylı şəhadətnamə ilə İddiaçı mülkiyyətinə verilmiş 0.12 ha torpaq sahəsinin koordinatları hazırda X17 faktiki istifadəsində olan 0.12 ha torpaq sahəsinin koordinatları ilə tamamilə üst-üstə düşür. Həmin torpaq sahəsinin koordinatları X19 tərəfindən xx.xx.2015-ci il tarixdə X1 sonra sonuncunun adına xx.xx.2016-cı il tarixli 082671 nömrəli Torpaq sahəsinin planı və ölçüsü sənədi tərtib edilən zaman düzgün işlənilməmişdir.
36. Üçüncü şəxsin vəkil olan nümayəndəsi Vəkil2 məhkəmə iclasında iddia tələbinəm etiraz edərək, iddia tələbinin təmin olunmaması barədə qərar çıxarılmasını xahiş etmişdir.
37. Yekun məhkəmə aktının elan olunması xx.xx.2024-cü il tarixə təyin edilmişdir.
38. Cavabdehin nümayəndəsi X12 yekun məkhəmə aktının elan olunmasında iştirak etmişdir. VI. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər
39. Məhkəmə araşdırmasının predmetini aşağıdakı sənədlər təşkil etmişdir: - Xanlar (indiki Göygöl) rayon Aşıqlı bələdiyyəsinin xx.xx.2005-ci il tarixli 24 nömrəli qərarı; - Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Xanlar rayon şöbəsi və Aşıqlı bələdiyyəsinin nümayəndələri tərəfindən tərtib edilmilş akt; - DT və XK-nin Xanlar rayon şöbəsinnin rəyi; - Ayrılmış sahənin naturada yerləşmə vəziyyətini əks etdirən yerquruluşu planından çıxarış; - Torpaqların alğı-satqısına dair xx.xx.2005-ci il tarixdə 414 nömrəli akt; - Torpağın mülkiyyətə verilməsinə dair JN-690A KOD 50803018 nömrəli şəhadətnamə; - Xanlar Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2006-cı il tarixli 175 nömrəli sərəncamı; - Gəncə İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2-1(114)-902/2021 nömrəli qərarı; - xx.xx.2022-ci il tarixli və xx.xx.2023-cü il tarixli ekspertiza rəyləri; - Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli 3-21-3-33/2-A-00xx-xx/2023 nömrəli imtina məktubu; - Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli **********18 nömrəli cavab məktubu; - Xanlar rayonu Aşıqlı bələdiyyəsinin 10 iyun 2005-ci il tarixli 13 nömrəli qərarı; - Torpağın mülkiyyətə verilməsinə dair JN-688A KOD 50803018 saylı şəhadətnamə; - xx.xx.2015-ci il tarixli torpaq sahəsinin alğı-satqı müqaviləsi; - Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2016-cı il tarixli **********05 reyestr nömrəli çıxarış; - xx.xx.2016-cı il tarixli 082671 nömrəli Torpaq sahəsinin planı və ölçüsü sənədi; - xx.xx.2020-ci il tarixli daşınmaz əmlakın alğı-satqı müqaviləsi; - Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2020-ci il tarixli **********05 reyestr nömrəli çıxarış; - xx.xx.2020-ci il tarixli A№498308 nömrəli Torpaq sahəsinin planı və ölçüsü sənədi; - xx.xx.2022-ci il tarixli daşınmaz əmlakın alğı-satqı müqaviləsi; - Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2021-ci il tarixli **********05 reyestr nömrəli çıxarış; - xx.xx.2020-ci il tarixli AA№576245 nömrəli Torpaq sahəsinin planı və ölçüsü sənədi; - Xanlar rayonu Aşıqlı bələdiyyəsinin 10 iyun 2005-ci il tarixli 13 nömrəli qərarı; - Torpağın mülkiyyətə verilməsinə dair JN-689A KOD 50803018 saylı şəhadətnamə; - Xanlar rayonu Aşıqlı bələdiyyəsinin 10 iyun 2005-ci il tarixli 13 nömrəli qərarı; - Torpağın mülkiyyətə verilməsinə dair JN-688A KOD 50803018 saylı şəhadətnamə; - Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2015-ci il tarixli **********76 reyestr nömrəli çıxarış; - A№01220 nömrəli Torpaq sahəsinin planı və ölçüsü sənədi; - xx.xx.2015-ci il tarixli torpaq sahəsinin alğı-satqı müqaviləsi; - Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2015-ci il tarixli **********76 reyestr nömrəli çıxarış; - xx.xx.2015-ci il tarixli A№012023 nömrəli Torpaq sahəsinin planı və ölçüsü sənədi; - xx.xx.2019-cu il tarixli daşınmaz əmlakın alğı-satqı müqaviləsi; - Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2019-cu il tarixli **********76 reyestr nömrəli çıxarış; - xx.xx.2019-cu il tarixli A№395242 nömrəli Torpaq sahəsinin planı və ölçüsü sənədi; - Mütəxəssis rəyi; - Məhkəmənin sorğusuna Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli 3-21-3-33/2- 12270/2024 nömrəli cavab məktubu.
Əsaslandırma hissəsi:
VII. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi
40. Məhkəmə inzibati iş materiallarını araşdırıb, mövcud olan sübutları obyektiv, hərtərəfli və tam tədqiq etməklə, onlara hüquqi qiymət verərək belə qənaətə gəlir ki, iddia mahiyyət baxımından əsassızdır və təmin edilməməlidir.
41. Belə ki, iş materialları və işin faktiki hallarından müəyyən edilir ki, Xanlar (indiki Göygöl) rayon Aşıqlı bələdiyyəsinin xx.xx.2005-ci il tarixli 24 nömrəli qərarı ilə İddiaçı 0.12 ha torpaq sahəsi ayrılmışdır. Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Xanlar rayon şöbəsinin xx.xx.2005-ci il tarixli rəyində İddiaçı satılması nəzərdə tutulan 0.12 ha torpaq sahəsinin Aşıqlı bələdiyyəsinin mülkiyyətinə aid olması və KPİ torpaq sahəsi olması qeyd edilərək, satılması məqsədəuyğun hesab edilmişdir. Ayrılan 0.12 ha torpaq sahəsinə dair bələdiyyənin yerquruluşu planından çıxarış tərtib edilərək, torpaq sahəsinin yerləşmə yeri göstərilmişdir. Bələdiyyə ilə iddiaçı arasında torpaqların alğı-satqısına dair akt imzalanmış, iddiaçı tərəfindən bununla bağlı bələdiyyənin hesabına 518250 manat vəsait ödənilmiş, eləcə də alğı-satqı aktı Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Xanlar rayon şöbəsi tərəfindən təsdiq edilməklə xx.xx.2005-ci il tarixdə 414 nömrə ilə qeydiyyata alınmışdır. Qeyd olunan torpaq sahəsinə dair iddiaçının adına Torpağın mülkiyyətə verilməsinə dair JN-690A KOD 50803018 nömrəli şəhadətnamə tərtib edilmişdir.
42. Digər tərəfdən Xanlar rayonu Aşıqlı bələdiyyəsinin 10 iyun 2005-ci il tarixli 13 nömrəli qərarı ilə X13 0.12 ha torpaq sahəsi ayrılmış, onun adına Torpağın mülkiyyətə verilməsinə dair JN-688A KOD 50803018 saylı şəhadətnamə tərtib edilmişdir. X19 həmin torpaq sahəsini xx.xx.2015-ci il tarixdə torpaq sahəsinin alğı-satqı müqaviləsi ilə X2, sonuncunun adına Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2016-cı il tarixli **********05 reyestr nömrəli çıxarış verilmiş və xx.xx.2016-cı il tarixli 082671 nömrəli Torpaq sahəsinin planı və ölçüsü sənədi tərtib edilmişdir. X20 həmin torpaq sahəsini xx.xx.2020-ci il tarixdə daşınmaz əmlakın alğı-satqı müqaviləsi ilə X6, sonuncunun adına Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2020-ci il tarixli **********05 reyestr nömrəli çıxarış verilmiş və xx.xx.2020-ci il tarixli A№498308 nömrəli Torpaq sahəsinin planı və ölçüsü sənədi tərtib edilmişdir. X29 həmin torpaq sahəsini xx.xx.2022-ci il tarixdə daşınmaz əmlakın alğı-satqı müqaviləsi ilə X4, sonuncunun adına Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2021-ci il tarixli **********05 reyestr nömrəli çıxarış verilmiş və xx.xx.2020-ci il tarixli AA№576245 nömrəli Torpaq sahəsinin planı və ölçüsü sənədi tərtib edilmişdir.
43. Bundan başqa, Xanlar rayonu Aşıqlı bələdiyyəsinin 10 iyun 2005-ci il tarixli 13 nömrəli qərarı ilə X19 ilə yanaşı onun qardaşı X15 da 0.12 ha torpaq sahəsi ayrılaraq, onun adına Torpağın mülkiyyətə verilməsinə dair JN-689A KOD 50803018 saylı şəhadətnamə tərtib edildiyindən və hər iki 0.12 ha torpaq sahəsi B nöqtəsindən C nöqtəsinədək qonşu olduğundan hərtərəfli və müqayisəli araşdırma (həm də mütəxəssis tədqiqatı) aparılması üçün həmin torpaq sahəsinə dair sənədlər də əldə edilərək, öyrənilmişdir. Xanlar rayonu Aşıqlı bələdiyyəsinin 10 iyun 2005-ci il tarixli 13 nömrəli qərarı ilə X9 0.12 ha torpaq sahəsi ayrılmış, onun adına Torpağın mülkiyyətə verilməsinə dair JN- 688A KOD 50803018 saylı şəhadətnamə tərtib edilmiş, həmin şəhadətnamə əsasında onun sözügedən torpaq sahəsi üzərində mülkiyyət hüququ qeydə alınaraq, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2015-ci il tarixli **********76 reyestr nömrəli çıxarış verilmiş və adına A№01220 nömrəli Torpaq sahəsinin planı və ölçüsü sənədi tərtib edilmişdir. X22 həmin torpaq sahəsini xx.xx.2015-ci il tarixdə torpaq sahəsinin alğı-satqı müqaviləsi ilə X3, sonuncunun adına Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2015-ci il tarixli **********76 reyestr nömrəli çıxarış verilmiş və xx.xx.2015-ci il tarixli A№012023 nömrəli Torpaq sahəsinin planı və ölçüsü sənədi tərtib edilmişdir. X23 həmin torpaq sahəsini xx.xx.2019-cu il tarixdə daşınmaz əmlakın alğı-satqı müqaviləsi ilə X5, sonuncunun adına Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2019cu il tarixli **********76 reyestr nömrəli çıxarış verilmiş və xx.xx.2019-cu il tarixli A№395242 nömrəli Torpaq sahəsinin planı və ölçüsü sənədi tərtib edilmişdir.
44. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2-1(114)-902/2021 nömrəli qərarı əsasında iddiaçının sözügedən torpaq sahəsi üzərində hüquqlarının qeydiyyatının aparılması öhdəliyi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinin üzərinə qoyulmuş və həmin qərardan sonuncunun verdiyi apellyasiya şikayəti əsasında işə apellyasiya qaydasında baxılarkən əldə edilmiş xx.xx.2022-ci il tarixli 10/1089 nömrəli və xx.xx.2023-cü il tarixli 10/2584 nömrəli ekspertiza rəyləri ilə müəyyən edilmişdir ki, iddiaçının adına qeydə aldırmaq istədiyi torpaq sahəsi X17 adına xx.xx.2021-ci il tarixdə qeydə alınmış Göygöl rayonu, Aşıqlı kəndində yerləşən 0.12 ha torpaq sahəsi ilə üst-üstə düşür.
45. Bundan sonra İddiaçı cavabdeh orqan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinə müraciət edərək, Göygöl rayonu, Aşıqlı kəndində yerləşən 0,12 ha torpaq sahəsinə dair X17 adına xx.xx.2021-ci il tarixdə verilmiş çıxarışın və plan-ölçü sənədinin ləğv edilməsini xahiş etmiş, cavabdeh orqan isə xx.xx.2023-cü il tarixli məktubla iddiaçının müraciətini təmin etməkdən imtina edərək, imtinasını onunla əsaslandırmışdır ki, hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir.
46. Məhkəmə cavabdeh orqanın imtinasını əsaslı sayır və həmin qənaətini aşağıdakılarla əsaslandırır.
47. Məhkəmə qərardadı ilə əldə edilmiş mütəxəssis rəyində göstərilmişdir ki, İddiaçı sözügedən ərazidə faktiki istifadə sahəsi olmadığından, sualın cavablandırılması mümkün deyil. X19 əraziyə keçirilən baxışda iştirak etmədiyindən sualın cavablandırılması mümkün deyildir. X10 adına tərtib edilmiş xx.xx.2016-cı il tarixli 082671 nömrəli X25 adına tərtib edilmiş xx.xx.2020-ci il tarixli A498308 nömrəli və X17 adına tərtib edilmiş xx.xx.2020-ci il tarixli AA576245 nömrəli Torpaq sahəsinin planı və ölçüsü sənədlərində göstərilən koordinatlar və 0.12 ha torpaq sahəsi eyni koordinatlar və eyni torpaq sahəsidir. Torpağın mülkiyyətə verilməsinə dair JN-688A (KOD ********) nömrəli şəhadətnamədə göstərilən 0.12 ha torpaq sahəsinin naturada yerləşmə koordinatları, yuxarıda qeyd olunan plan və ölçü sənədlərində göstərilən 0.12 ha torpaq sahəsinin koordinatları ilə eynilik təşkil etmir. X22 əraziyə keçirilən baxışda iştirak etmədiyindən sualın cavablandırılması mümkün deyildir. X9 adına tərtib edilmiş xx.xx.2015-ci il tarixli 12220 nömrəli, X11 adına tərtib edilmiş 11.012.2015-ci il tarixli A 012023 nömrəli və X18 adına tərtib edilmiş xx.xx.2019-cu il tarixli A 395242 nömrəli Torpaq sahəsinin planı və ölçüsü sənədlərində göstərilən koordinatlar və 0.12 ha torpaq sahəsi eyni koordinatlar və eyni torpaq sahəsidir. Torpağın mülkiyyətə verilməsinə dair JN-689A (KOD ********) nömrəli şəhadətnamədə göstərilən 0.12 ha torpaq sahəsinin naturada yerləşmə koordinatları, yuxarıda qeyd olunan plan və ölçü sənədlərində göstərilən 0.12 ha torpaq sahəsinin koordinatları ilə eynilik təşkil etmir.
48. Məhkəmənin xx.xx.2024-cü il tarixli iclası zamanı rəyi vermiş mütəxəssis Sevindik Həsənov məhkəmə iclasında dinlənilmiş və o, sədrlik edənin suallarına cavab olaraq bildirmişdir ki, Torpağın mülkiyyətə verilməsinə dair JN-688A KOD 50803018 saylı, JN-689A KOD 50803018 saylı və JN-690A KOD 50803018 saylı şəhadətnamələrdə torpaq sahəsinin koordinatları əks olunmasa da, bələdiyyələrin kompleks yerquruluşu layihəsində (DWG xəritə materiallarında) şəhadətnamələrin yerləşmə yeri onların xəritə nömrələrinə uyğun işlənildiyindən və koordinatlar mövcud olduğundan tədqiqatı həmin xəritə məlumatları əsasında apararaq, müəyyən etmişdir ki, Torpağın mülkiyyətə verilməsinə dair JN-690A KOD 50803018 saylı şəhadətnamə ilə İddiaçı mülkiyyətinə verilmiş 0.12 ha torpaq sahəsinin koordinatları hazırda X17 faktiki istifadəsində olan 0.12 ha torpaq sahəsinin koordinatları ilə tamamilə üst-üstə düşür. Həmin torpaq sahəsinin koordinatları X19 tərəfindən xx.xx.2015-ci il tarixdə X1 sonra sonuncunun adına xx.xx.2016-cı il tarixli 082671 nömrəli Torpaq sahəsinin planı və ölçüsü sənədi tərtib edilən zaman düzgün işlənilməmişdir.
49. Beləliklə, məhkəmə iş üzrə əldə edilmiş mütəxəssis rəyi və digər sənədlərlə müəyyən etmişdir ki, Xanlar rayonu Aşıqlı bələdiyyəsinin 10 iyun 2005-ci il tarixli 13 nömrəli qərarı ilə X13 ayrılmış 0.12 ha torpaq sahəsi xx.xx.2015-ci il tarixdə X1 sonra sonuncunun adına xx.xx.2016-cı il tarixli 082671 nömrəli Torpaq sahəsinin planı və ölçüsü sənədi tərtib edilən zaman koordinatlar düzgün işlənilməmiş, Torpağın mülkiyyətə verilməsinə dair JN-690A KOD 50803018 nömrəli şəhadətnaməyə əsasən İddiaçı mülkiyyətinə verilmiş 0.12 ha torpaq sahəsinin koordinatlarının üzərinə işlənilmişdir. Bundan sonra həmin (Torpağın mülkiyyətə verilməsinə dair JN-689A KOD 50803018 nömrəli şəhadətnamədə əks olunan) 0.12 ha torpaq sahəsi digər şəxslərə (təkrar alqısatqılar zamanı) satılarkən də eyni koordinatlar üzrə işlənilərək, Torpaq sahəsinin planı və ölçüsü sənədləri tərtib edilmişdir.
50. Məhkəmənin sorğusuna Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli 3-21-3-33/2- 12270/2024 nömrəli cavab məktubunda bildirilmişdir ki, torpaq sahəsi özgəninkiləşdirildikdə yeni mülkiyyətçinin müraciəti əsasında onun adına çıxarış və plan və ölçü sənədi verilən zaman əvvəlki hüquq sahibinin adına tərtib edilmiş çıxarış və torpaq sahəsinin plan və ölçü sənədi Ərazi İdarəsi tərəfindən ləğv edilir. Yeni tərtib edilmiş plan və ölçü sənədi əvvəlki mülkiyyətçinin adına tərtib edilmiş plan və ölçü sənədinin koordinatları əsasında tərtib edilir. Lakin, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən qüsurlu tərtib edilmiş plan və ölçü sənədlərinin hüquq sahibləri dəyişdikdə və ya mülkiyyətçinin təkrar müraciəti zamanı nöqsanların aradan qaldırılması məqsədi ilə yeni mülkiyyətçinin yaxud hazırki hüquq sahibinin, həmçinin Ərazi İdarəsinin (və ya bələdiyyə) əməkdaşlarının iştirakı ilə akt-sxem və ya məhkəmə qərarı əsasında plan və ölçü sənədlərinin koordinatlarında düzəlişlər edilə bilər. Çıxarış, eləcə də plan və ölçü sənədlərində edilmiş bütün dəyişikliklər Ərazi İdarəsinin elektron xəritə məlumatlarında öz əksini tapır.
51. Göründüyü kimi, mübahisəli torpaq sahəsinin koordinatları X19 tərəfindən xx.xx.2015-ci il tarixdə X1 sonra sonuncunun adına xx.xx.2016-cı il tarixli 082671 nömrəli Torpaq sahəsinin planı və ölçüsü sənədi tərtib edilən zaman düzgün işlənilməmiş, bundan sonra həmin 0.12 ha torpaq sahəsi digər şəxslərə (təkrar alqı-satqılar zamanı) satılarkən də eyni koordinatlar üzrə işlənilərək, Torpaq sahəsinin planı və ölçüsü sənədləri tərtib edilmişdir.
52. Yəni, üçüncü şəxs X17 adına tərtib edilmiş torpaq sahəsinin planı və ölçüsü sənədi əvvəlki mülkiyyətçinin adına tərtib edilmiş plan və ölçü sənədinin koordinatları əsasında tərtib edilmişdir.
53. Hansı ki, X29 onun adına tərtib edilmiş xx.xx.2020-ci il tarixli A498308 nömrəli plan-ölçü sənədində əks olunmuş torpaq sahəsini X4 və sonuncuya plan-ölçü sənədi əvvəlki mülkiyyətçinin pln-ölçüsündə əks olunmuş koordinatlar üzrə tərtib edilərək, torpaq sahəsi naturada təhvil verilmişdir.
54. İddiaçı sözügedən torpaq sahəsi üzərində faktiki sahibliyi və istifadəsi olmadığından o, bu illər ərzində koordinatların düzgün işlənilməməsindən məlumatsız olmuş, yalnız hüquqlarının dövlət qeydiyyatı ilə bağlı məhkəmə icraatı çərçivəsində X17 mülkiyyətində olan torpaq sahəsi ilə üst-üstə düşməsi məlum olmuşdur.
55. Lakin üst-üstə düşmə halı (koordinatların düzgün işlənilməməsi) halı X28 torpaq sahəsini alğı-satqı qaydasında əldə edərkən və onun adına çıxarış və plan-ölçü sənədi tərtib edilərkən deyil, ondan daha əvvəllər (X19 tərəfindən xx.xx.2015-ci il tarixdə X1 sonra sonuncunun adına xx.xx.2016-cı il tarixli 082671 nömrəli Torpaq sahəsinin planı və ölçüsü sənədi tərtib edilən zaman) mövcud olmuşdur.
56. Məhkəmə hesab edir ki, X17 dövlət orqanın verdiyi sənədlərə etimad hüququ olmuşdur. O, torpaq sahəsini alan zaman yalnız əvvəlki mülkiyyətçinin sənədlərindən xəbərdar olmuşdur və onun ondan daha əvvəlki mülkiyyətçilərin sənədlərinin düzgün işlənilməməsini bilməsi mümkün deyildi.
57. İddiaçı tərəf də üçüncü şəxsin torpaq sahəsini əldə edərkən özgəninkiləşdirənin (X25) adına qeydə alınmış hüquqa dair qeydin yaxud plan-ölçü sənədinin qeyri-dəqiq olduğunu bildiyini sübuta yetirə bilməmişdir
58. Azərbaycan Respublikası Mülki Məcəlləsinə görə: Maddə 140. Daşınmaz əmlakın dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir.
59. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununa görə: Maddə 16.6. Dövlət reyestrinin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Müqavilə əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir.
60. Məhkəmə həm Mülki Məcəllədə, həm də “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunda təsbit edilmiş reyestrin həqiqiliyi prezumpsiyasını rəhbər tutaraq bildirir ki, qeydə alınmış hüquqların həqiqiliyinin əksi sübut edilməyənədək həmin hüquqlar olduğu kimi qəbul edilməlidir.
61. Oxşar yanaşma N.Hacıyevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 7 avqust 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 10 mart 2020-ci il tarixli qərarında da qeyd edilmişdir: ... “Mülki Məcəllənin 140-cı maddəsi, eləcə də “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 16.6-cı maddəsində dövlət reyestrinin açıqlığı prinsipindən irəli gələrək daşınmaz əmlakın dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası öz əksini tapmışdır. Belə ki, reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası dövlət orqanının həyata keçirdiyi reyestrə ictimai inam və hüquqi etimadın təmin edilməsi məqsədi daşıyır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 2-ci maddəsinə görə, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Mülki Məcəlləyə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Belə hüquqi akta ictimai güvənin və etimadın təmin edilməsi üçün daşınmaz əmlakın dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası qəbul edilmişdir. Bu prezumpsiyaya əsasən, dövlət orqanının həyata keçirdiyi reyestrə və verdiyi hüquqi aktın məzmununa inanaraq əşya üzərində hüquqlar əldə edən vicdanlı üçüncü şəxslərin hüquqları dövlət tərəfindən qorunur”.
62. “İnzibati icraat haqqında” qanuna görə: Maddə 13. Etimad hüququnun qorunması prinsipi 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. 13.2. İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. 13.3. Müəyyən inzibati aktın sonradan qəbul edilməsi və ya qəbul edilməməsi ilə bağlı səlahiyyətli inzibati orqanların vədlərinə, bəyanatlarına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. 13.4. İnzibati orqanların bu Qanunun 13.3-cü maddəsində nəzərdə tutulmuş vədləri və ya bəyanatları yalnız yazılı formada olduqda etibarlı təminat sayılır və şəxsin etimad hüququnun əsasını təşkil edir. Bu Qanunun 63-cü və 67-69-cu maddələri də təminatlara şamil olunur.
63. Məhkəmə, həmçinin onu da qeyd etməyi zəruri hesab edir ki, X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Konstitusiya Məhkəməsinin 19 noyabr 2021-ci il tarixli Qərarı ilə Məhkəmə etimad hüququnun inzibati icraatın təməl prinsiplərindən biri qismində çıxış etməsinə münasibətdə əhəmiyyətli mövqe nümayiş etmişdir.
64. Qərardan da görünür ki, Konstitusiya Məhkəməsi hesab edir ki, inzibati hüququn təməl prinsiplərindən birini etimadın qorunması prinsipi təşkil edir. Bu prinsipin mahiyyətinə görə, maraqlı şəxs inzibati akta etibar etmək, inzibati orqanın davranışını, qəbul etdiyi aktı qanunauyğun və düzgün hesab etmək, məzmununa uyğun davranmaq və ona etimad göstərmək haqqına malikdir. Etimadın qorunması doktrinası o zaman tətbiq edilir ki, inzibati orqanın səlahiyyətləri çərçivəsində hərəkətləri, xüsusilə də qəbul etdikləri inzibati aktlar, vətəndaşda publik maraqlara zidd olmayan əlverişli qanuni gözləntilərin yaranması ilə nəticələnsin. “İnzibati icraat haqqında” Qanunun 13.1-ci maddəsinə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati aktın ünvanlandığı və yaxud belə akt ilə maraqlarına toxunan şəxs yalnız həmin Qanunun 67.6-cı maddəsində göstərilmiş hallarda etimadın qorunması hüququna malik olmur. Qüvvədə olan qanunvericilik, hətta bəzi hallarda və müəyyən şərtlər çərçivəsində şəxsin etimadının qorunmasının publik maraqlara nisbətdə “üstünlüyünü” təsbit etmişdir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 67.5-ci maddəsinə müvafiq olaraq, maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bir sıra qərarlarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, dövlət orqanı tərəfindən yol verilən səhvlərə görə məsuliyyəti dövlət daşıyır və belə səhvlər maraqlı şəxsin hesabına düzəldilə bilməz (Gashi Xorvatiyaya qarşı iş üzrə 2007-ci il 13 dekabr tarixli, §40 və Stolyarova Rusiya Federasiyasına qarşı iş üzrə 2015-ci il 29 yanvar tarixli, §49 Qərarlar).
65. Hazırkı mübahisənin faktiki halları üzrə isə X17 adına xx.xx.2020-ci il tarixdə verilmiş AA 576245 nömrəli Torpaq sahəsinin planı və ölçüsü sənədinin tərtib edilməsi ilə bağlı cavabdeh orqanın hərəkətlərinə X17 etimad hüququnun qorunması məhkəmə tərəfindən müdafiə edilməlidir.
66. Ona görə də, iddia təmin edilməməlidir.
67. İPM-ə görə: Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
68. Beləliklə, məhkəmə hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir.
Nəticəvi hissə:
69. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 75 və 85-ci maddələrini rəhbər tutaraq
qərara aldı:
İddia təmin edilməsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına (Gəncə şəhəri, Atatürk prospekti, 252) apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Gülşən Əliyeva