Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-340/2025 13.02.2025 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Quliyev Zəfər Arif oğlunun sədrliyi, Musayeva Ülviyyə İlham qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X5 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin təyinatı üzrə Mərkəzi filialına qarşı “DSMF Gəncə şəhər Kəpəz rayon filialının xx.xx.2020-ci il tarixli, **********5 nömrəli qərarının ləğv edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq şifahi məhkəmə baxışı iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı (bundan sonra mətndə - iddiaçı) xx.xx.1985-ci il tarixdə Gəncə şəhərində anadan olmuş, hazırda Gəncə şəhəri, X9 küçəsi, döngə 6, ev 10 ünvanda qeydiyyatda olmaqla yaşayır. İddiaçının X7 ilə nikahı xx.xx.2007-ci il tarixdə 152 nömrə ilə nikahın bağlanması haqqında akt qeydləri kitabında qeydə alınmış, nikah bağlandıqdan sonra ərə İbrahimov, arvada İbrahimova soyadı verilmişdir. İddiaçının həyat yoldaşı X4 xx.xx.2017-ci il tarixdə ümumi xəstəlik səbəbilə müddətsiz birinci dərəcə əlillik təyinatı aparılmışdır. Dövlət Sosial Müdafiə Fondunun Gəncə şəhər Kəpəz rayon şöbəsinin xx.xx.2019-cu il tarixli Təqaüd təyinatları üzrə qərarına əsasən iddiaçıya xx.xx.2019-cu il tarixdən 1-ci qrup əlilə qulluq edən təqaüd növü təyin edilmiş, həmin tarixdə 070314 nömrəli şəxsi hesab açılmışdır. Əlillik təyinatlarının müəyyən risk qruplarına görə araşdırılması məqsədilə Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən birgə araşdırma aparılmış və Səhiyyə Nazirliyinin xx.xx.2020-ci il tarixli xx/xx-2564 nömrəli məktubu ilə təqdim olunan siyahıdakı şəxslərin adı hemodializ xəstələrinin reyestrində mövcud olmadığından, aparılmış əlillik təyinatlarının ləğv edilməsi məqsədəuyğun hesab edilmişdir. Bununla əlaqədar, mövcud sənədlər üzrə aparılan araşdırmaya əsasən "Əlillik" altsistemində vətəndaşa dair Tibbi-sosial ekspert komissiyasının qüvvədə olan əlillik təyinatı qərarı xx.xx.2020-ci il tarixində ləğv olunmuşdur. DSMF Gəncə şəhər Kəpəz rayon filialının xx.xx.2020-ci il tarixli, **********5 nömrəli qərarına əsasən iddiaçı tərəfindən 700 manat vəsaitin qanunvericilikdə nəzərdə tutulmuş müddətdə hesaba ödənilmədiyindən vəsaitin bərpası icraya yönəldilmişdir. Həmin qərara dair icra sənədi xx.xx.2020-ci il tarixdə Gəncə şəhəri üzrə İcra İdarəsinə daxil olmuşdur. xx.xx.2020-ci il tarixli qərarla icra sənədi üzrə icraata başlanılmış, borcluya 10 gün müddətində icranı könüllü olaraq təmin edilməsi təklif olunmuş, bu barədə 201498/2020-21-39-004 nömrəli bildiriş iddiaçıya göndərilmişdir. xx.xx.2021-ci il tarixdə icra sənədinin icrası ilə əlaqədar olaraq iddiaçı barəsində olan borclunun məcburi gətirilməsi barədə təqdimatla Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinə müraciət etmişdir. Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 8(043)-32/2022 nömrəli qərardadı ilə borclunun məcburi gətirilməsi haqqında təqdimat rədd edilmişdir. Aparılmış məcburi icra tədbirləri ilə iddiaçının yeri müəyyən olunaraq tapılmış və Gəncə şəhəri üzrə İcra İdarəsinə gətirilmişdir. İdarədə ona icra sənədinin mahiyyəti izah edilmişdir. İddiaçı xx.xx.2023-cü il tarixdə ərizə ilə Gəncə şəhəri üzrə İcra İdarəsinə müraciət edərək barəsində olan qərarın surətinin verilməsini xahiş etmişdir. Eyni zamanda, iddiaçı xx.xx.2023-cü il tarixdə DSMF publik hüquqi şəxsin X1 ərizə ilə müraciət edərək qərarın surətinin ona verilməsini xahiş etmişdir. İddiaçı xx.xx.2023-cü il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək DSMF Gəncə şəhər Kəpəz rayon filialının xx.xx.2020-ci il tarixli, **********5 nömrəli qərara əsas olmuş 700 manat məbləğində artıq alınmış vəsaitin ödənilməsinə dair qərarının ləğv edilməsini xahiş etmişdir. İddia ərizəsi xx.xx.2023-cü il tarixdə qeydiyyata alınmışdır. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçıya xx.xx.2019-cu il tarixindən xx.xx.2020-ci il tarixinədək İ qrup əlilə qulluğa görə təqaüd ödənilmişdir. Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agenliyinin sonuncu müayinəyə dair məlumatlarına əsasən İ qrup əlillik kimi qiymətləndirilmiş qulluq edilən əlilin əlillik qrupu etibarsız hesab edildiyi üçün əlilə qulluğa görə ödənilmiş 700 manat məbləğində artıq alınmış vəsait yaranmışdır. İddiaçı qeyd olunan qərarı, yəni inzibati aktı, qeyri obyektiv və qanunsuz hesab edir. Belə ki, qulluq etdiyi vətəndaş həyat yoldaşı Dövlət Tibbi Sosial Eksperiza və Reabiltasiya Agentliyinin yoxlanışından keçərək müvafiq olaraq xx.xx.2017-ci il tarixdən əlillik qrupu almışdır. Həmin qrup əsasında da Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Gəncə şəhər Kəpəz rayon filialı tərəfindən ona müvafiq olaraq əlillik üzrə təqaüd təyin edilmişdir. İddiaçı isə öz növbəsində ona qulluq edən şəxs kimi müavinət təyin olunması üçün qanunvericiliyin tələb etdiyi sənədləri DSMF-yə təqdim etmiş və buna uyğun müavinət təyin olunmuşdur. Lakin bundan sonra Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində DSMF publik hüquqi şəxs tərəfindən heç bir rəsmi qərar göndərilmədən təyin olunmuş təqaüd dayandırılmışdır. Əlilliyə görə edilmiş təqaüd isə müvafiq komissiyanın qərarı ilə onun müraciəti əsasında rəsmi sənədlərin yoxlanılmasına əsasən araşdırılaraq təyin edilmiş, sonradan isə heç bir əsas gətirilmədən təqaüd dayandırılmış və əlillik dərəcəsinin ləğv edildiyi bildirilmişdir. Ləğv edilməyə dair heç bir əsaslı qərar indiyədək onların rəsmi ünvanına göndərilməmişdir. Halbuki, qərarda ünvana göndərildiyi qeyd olunur. Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Gəncə şəhəri Kəpəz rayon filialı tərəfindən tələbin icraya yönəldilməsi barədə xx.xx.2020-ci il tarixli, **********5 nömrəli Qərardan təsadüfən xəbər tutmuş və ərizə ilə müraciət edərək qərarı almışdır. Göründüyü kimi əlillik təyinatı və təqaüd üzrə ödəniş səlahiyyətli orqan tərəfindən qanuna müvafiq surətdə verilmişdir. Yəni müavinətin ödənişinin həyata keçirilməsində iddiaçının hər hansı bir qüsurlu və hüquqazidd hərəkətim olmamışdır. Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialının xx.xx.2024-cü il tarixli, 3-17-1/2-139600/2024 nömrəli etirazında qeyd etmişdir ki, "İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 2.0.1-ci maddəsinə əsasən inzibati orqanlar inzibati akt qəbul etmək səlahiyyətinə malikdirlər. Fondun Sosial ödənişlərin təyinatı üzrə filialı iddiaçıya xx.xx.2019-cu il tarixdən xx.xx.2020-ci il tarixədək artıq ödənilmiş 700 manat vəsaitin bərpası məqsədilə tələbin icraya yönəldilməsi barədə xx.xx.2020-ci il tarixli **********5 nömrəli qərar qəbul etmişdir. "İcra haqqında" Azərbaycan Respublikası Qanununun 6.1.8-ci maddəsinə əsasən bələdiyyələr tərəfindən qəbul edilmiş inzibati aktlar və digər inzibati orqanların pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktları icra sənədləri sayılır. Azərbaycan Respublikası Prezidentinin “Sosial müdafiə sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” xx.xx.2019-cu il tarixli, 912 nömrəli Fərmanının 1.2-ci bəndinə, Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 30 iyun tarixli, 1077 nömrəli Fərmanı ilə Dövlət Sosial Müdafiə Fondunun Nizamnaməsinin 2.1.4-cü, 3.1.26, 3.1.17,3.1.18, 4.2, 4.5.7-ci bəndlərinə, X10 xx.xx.2020-ci il tarixli **********1 nömrəli qərarı ilə Fondun Sosial Ödənişlərin təyinatı üzrə X2 3.1.3-ci bəndlərindən göründüyü kimi Fondun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialı inzibati akt qəbul etmək səlahiyyətinə malikdir və inzibati orqan hesab olunduğundan İnzibati icraat haqqında qanunun 3.1-ci maddəsinə əsasən həmin qanun filialın fəaliyyətinə şamil olunur. Beləliklə, Filial əsasnaməsinin 3.1.3-ci bəndinə əsasən tədbirlər görərkən "İnzibati icraat haqqında" Qanuna əsaslanmaqla inzibati akt qəbul etməkdə haqlıdır. Sosial ödənişlərin təyin edilməsi və ödənilməsinin inzibati orqan tərəfindən tənzimlənməsi bərabərlik hüququna, o cümlədən Azərbaycan Respublikasının Konstitusiyası və digər normativ hüquqi aktlarında qeyd olundğu kimi hüquqa və haqq- ədalətə əsaslanmalı və Konstitusiyaya zidd olmaması tələblərinə uyğun həyata keçirilir. Sosial təminat sahəsində münasibətlərin hüquqi tənzimlənməsi zamanı eyni hüquqi vəziyyətdə olan subyektlər arasında ayrı-seçkiliyə yol verilməsi belə hüquqi tənzimləmənin bütün subyektlərə münasibətdə qüsurlu olmasına gətirib çıxarır. Qeyd olunanlardan bir daha aydın olduğu kimi iddia tələbi əsassızdır, cavabdeh orqanın müvafiq qərarı qanunauyğun olmuşdur. Məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi etiraz əsaslarını müdafiə edərək iddianın təmin olunmamasını xahiş etmiş, sədrlik edənin suallarına cavab olaraq bildirmişdir ki, mübahisələndirilən qərarın və qərarda qeyd edilən bildirişin iddiaçıya göndərilməsini, çatdırılmasını təsdiq edən sənəd aşkar edilməmişdir. Məhkəmə sorğusuna cavab olaraq təqdim edilən: Gəncə şəhəri üzrə İcra İdarəsi xx.xx.2023-cü il tarixli İ.Z-201498/2020 nömrəli məktubunda bildirmişdir ki, iddiaçıdan hər hansı pul məbləği DSMF-nun xeyrinə tutulmamışdır. Dövlət Sosial Müdafiə Fondunun Maliyyə və Mühasibatlıq üzrə Mərkəzi Filialının xx.xx.2024-cü il tarixli, 3-17-1/2-83199/2024 nömrəli məktubuna əsasən iddiaçının xx.xx.2019-cu il tarixdən xx.xx.2020-ci il tarixədək əlilliyi olan şəxsə qulluğa görə ödənilən Prezident təqaüdü üzrə 700,00 manat, əlilliyi müəyyən edilmiş ailə üzvü X3 əlilliyinə görə xx.xx.2017-ci il tarixdən müavinət işinin dayandırılma tarixinədək 3.388,00 manat, əlilliyə görə Prezidentt təqaüdü üzrə 2.627,00 manat məbləğində artıq ödənilmiş vəsaitin müəyyən edildiyi aşkar edilmişdir. İddiaçıdan yuxarıda qeyd edilən artıq ödənilmiş vəsaitlər üzrə hər hansı tutulma həyata keçirilməmişdir. Cavabdeh xx.xx.2023-cü il tarixli, 3-17-1/2-81728/2024 nömrəli məktubunda bildirmişdir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sisteminin Sosial Ödənişlər Altsisteminə əsasən iddiaçıya xx.xx.2019-cu il tarixindən bəzi kateqoriyalı şəxslərə qulluq edənlərə Azərbaycan Respublikası Prezidentinin təqaüdü təyin edilmiş və xx.xx.2020-ci il tarixində dayandırılmışdır. X4 xx.xx.2011-ci il tarixindən İİl qrup əlilliyə görə müavinət, xx.xx.2017-ci il tarixindən İ qrup əlilliyə görə müavinət təyin edilmişdir. Həmçinin xx.xx.2017-ci il tarixindən İ qrup əlilliyə görə sosial müavinət alan bəzi kateqoriya şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdü təyin edilmiş və hər ikisi xx.xx.2020-ci il tarixindən dayandırılmışdır. Gəncə Şəhər Məhkəməsi xx.xx.2024-cü il tarixli, 8(043)-32/2022 nömrəli məktubunda bildirmişdir ki, iddiaçının məcburi gətirilməsi barədə Gəncə şəhəri üzrə İcra idarəsinin icra məmuru İlkin Zeynalovun təqdimatı Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 8(043)-32/2022 nömrəli qərardadı ilə rədd edilmiş, həmin qərardad xx.xx.2022-ci il tarixdə poçt vasitəsi ilə İddiaçı ünvanına (Gəncə şəhəri, Kəpəz rayonu, X9 küçəsi, döngə 6. ev 10) göndərilmiş, lakin göndərilmiş zərf Vüsal lbrahimova təqdim edilməmiş və məhkəməyə geri qayıtmışdır. Cavabdehin xx.xx.2025-ci il tarixli, 3-17-1/3-1-13619/2025 nömrəli xidməti məktubunda bildirilmişdir ki, iddiaçıya məxsus təqaud işinə dair sənədlərdə Fondun keçmiş Gəncə şəhər rayon filialının "tələbin icraya yönəldilməsi barədə" xx.xx.2020-ci il tarixli **********5 nömrəli qərarının iddiaçıya göndərilməsini, çatdırılmasını və ya təqdim olunmasını təsdiq edən sənəd aşkar edilməmişdir. Əsaslandırma hissəsi: İddia mümkün iddiadır. Belə ki, iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın məhkəmə və ərazi aidiyyəti düzgün müəyyən olunmuşdur. İddiaçı İnzibati Prosessual Məcəllənin 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia qaldırmışdır. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldıra bilər. Mübahisələndirmə haqqında iddia onunla xarakterizə olunur ki, hüquqi əhatəsinə müdaxilə edilməklə şəxsi əlverişsiz vəziyyətə salan inzibati aktın ləğv edilməsi və ya dəyişdirilməsi məhkəmədən tələb olunur. Mübahisələndirmə haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə - iddia qaldırmaq səlahiyyətinə (İnzibati Prosessual Məcəllənin 35-ci maddəsi) və iddia qaldırmaq müddətinə (İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsi) əməl olunmalıdır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı mübahisələndirilən qərarı xx.xx.2023-cü il tarixdə əldə etmiş, xx.xx.2023-cü il tarixdə poçt vasitəsilə iddia ərizəsini məhkəməyə təqdim etmişdir. Göründüyü kimi müddət açıq-aşkar gözlənilmişdir. Məhkəmə işin faktiki hallarına və aşağıda qeyd olunanlara əsasən iddianı əsaslı hesab edir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, iddiaçıya xx.xx.2019-cu il tarixindən İ qrup əlilə qulluq edən şəxs kimi Azərbaycan Respublikası Prezidentinin təqaüdü təyin edilmişdir. Daha sonra iddiaçının qulluq etdiyi şəxsin əlillik təyinatı barədə qərarı xx.xx.2020-ci il tarixində ləğv olunmuş, bundan sonra iddiaçıya təyin edilmiş təqaüd xx.xx.2020-ci il tarixində dayandırılmışdır. Əlillik etibarsız hesab edilən zaman DSMF Gəncə şəhər Kəpəz rayon filialı tərəfindən xx.xx.2020-ci il tarixli, **********5 nömrəli qərar qəbul edilmişdir. Həmin qərarın məzmununda iddiaçıya pulun könüllü qaydada qaytarılması barədə bildiriş göndərildiyi, lakin əsasən iddiaçı tərəfindən 700 manat vəsaitin qanunvericilikdə nəzərdə tutulmuş müddətdə hesaba ödənilmədiyindən vəsaitin bərpası icraya yönəldilmişdir. (Dövlət Sosial Müdafiə Fondun xx.xx.2020-ci il tarixli **********2 nömrəli qərarına əsasən Fondun keçmiş rayon şöbələri (filialları) üzrə Regional Ərazi Filialları yaradılmış və onların əsasnamələri təsdiq edilmişdir. Həmin əsasnamələrə əsasən rayon filialların səlahiyyətləri Fondun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialının səlahiyyətinə verilmişdir). Hazırda iddiaçının məqsədi artıq tutulma barədə qərarın ləğvidir. xx.xx.2019-cu il tarixdən tətbiq edilən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 9 iyul tarixli 294 nömrəli Qərarı ilə təsdiq edilmiş “Orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə və ya 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslərə qulluq edən şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün ödənilməsi Qaydası”nın: 1.1-ci bəndinə əsasən Bu Qayda “Orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə və ya 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslərə qulluq edən şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 15 aprel tarixli 643 nömrəli Fərmanının 3.1.2-ci yarımbəndinə əsasən hazırlanmışdır və “Orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə və ya 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslərə qulluq edən şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün (bundan sonra – təqaüd) ödənilməsi mexanizmini müəyyən edir. 3.5.3-ci bəndinə əsasən “Orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxsin həmin faiz dərəcəsi dəyişdirildikdə və ya ləğv edildikdə, 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxsin əlilliyinin müddəti bitdikdə və ya ləğv edildikdə təqaüdün ödənişi dayandırılır. 3.6-cı bənddə qeyd olunur ki, təqaüdün ödənişi bu Qaydanın 3.5.1-3.5.4-cü yarımbəndlərində göstərilən hallardan birinin yarandığı gündən, 3.5.5-ci yarımbəndində göstərilən halda isə müraciət edildiyi gündən dayandırılır. 3.8-ci bəndinə əsasən təqaüdün ödənişinin dayandırılmasına səbəb olan hallar barədə təqaüd alan şəxs, təqaüd alan şəxs vəfat etdikdə, qulluq edilən şəxs və ya onun yaxın qohumları Quruma və ya “DOST” mərkəzlərinə 5 (beş) iş günü müddətində məlumat verməlidir. Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminə inteqrasiya edilmiş dövlət orqanlarının elektron informasiya sistemləri və ehtiyatlarından istifadə etməklə Qurum tərəfindən təqaüdün ödənişinin dayandırılmasına səbəb olan hallar barədə məlumatların verilməməsi və yaxud düzgün olmayan məlumatların verilməsi nəticəsində artıq təqaüd ödənildiyi aşkar edildikdə, təqaüd alan şəxs artıq ödənilmiş məbləği “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən nağdsız qaydada Qurumun hesabına qaytarmalıdır. Artıq ödənilmiş məbləğin qaytarılmasından imtina edildikdə, bu barədə mübahisəyə məhkəmə qaydasında baxılır. Qeyd olunan normalardan görünür ki, əlilliyi müəyyən edilmiş şəxsin həmin faiz dərəcəsi ləğv edildikdə ona qulluq edən şəxsə ödənilən təqaüdün ödənişi dayandırılır, əgər artıq ödəniş olmuşsa, həmin vəsait təqaüd alan şəxs tərəfindən könüllü olaraq nağdsız qaydada Şöbənin hesabına geri qaytarılır, geri qaytarmaqdan imtina olunduqda isə yaranmış mübahisəyə məhkəmə qaydasında baxılır. Lakin, iş materiallarından görünür ki, həmin dövrdə səlahiyyətli olan inzibati orqan mübahisələndirilən qərarı və qərarda qeyd edilən bildirişi iddiaçıya göndərilməsini, çatdırılması təmin edilməmiş, mübahisənin həll edilməsi üçün məhkəməyə müraciət etmək əvəzinə, artıq ödəmənin tutulması barədə qərar qəbul edərək qanunvericiliyin tələblərini pozmuşdur. Göründüyü kimi, qanunvericilikdə artıq ödənilmiş təqaüdün qaytarılması ilə bağlı prosedur izah olunmuşdur Həmçinin, mübahisələndirilən xx.xx.2020-ci il tarixli qərar - inzibati akt “İnzibati icraat haqqında” Qanunun 21-ci və 28-ci maddələrinin tələbləri pozulmaqla qəbul edildiyindən qanunsuzdur. Belə ki, inzibati orqan qüvvədə olan əlverişli inzibati aktın qanunsuz olması ilə bağlı əsaslı məlumatlar əldə etdiyi hər bir halda, inzibati icraat haqqında qanunvericiliyin tələbləri baxımından xidməti mövqeyinə görə həmin inzibati aktın qəbul edilməsi üzrə əvvəlki inzibati icraatı təzələməyə və icraat aparmağa, icraat çərçivəsində inzibati aktın ləğvini və ya dəyişdirilməsini şərtləndirən halların mövcudluğunu müəyyən etməyə borcludur. Bu zaman inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli, işdə onun iştirakını təmin etməlidir. İnzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə borcludur (21.1, 21.2-ci maddələr). Hazırkı işdə bu, nəinki baş verməmişdir, cavabdeh mübahisələndirilən inzibati aktın qəbulu üçün “İnzibati icraat haqqında” Qanunun 28.1-ci maddəsində nəzərdə tutulmuş əsaslarla (hazırkı halda, 28.1.2. inzibati orqanın təşəbbüsü və ya qanunla nəzərdə tutulmuş hallarda inzibati orqanın inzibati aktı qəbul etmək vəzifəsi;) icraat başlamamışdır. Belə ki, Qanunun 28.1.2-ci maddəsində nəzərdə tutulmuş hallarda inzibati icraat maraqlı şəxsə icraat haqqında məlumat verildiyi və ya maraqlı şəxsə münasibətdə ilk prosessual hərəkətin həyata keçirildiyi andan başlanır (28.3-cü maddə). Buna görə də, iddiaçının iddiası təmin edilməli, yəni DSMF publik hüquqi şəxsin Gəncə şəhər Kəpəz filialın xx.xx.2020-ci il tarixli, **********5 nömrəli qərarı ləğv edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə qərarı yalnız mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatında (şifahi məhkəmə baxışında) iştirak etmiş hakimlər (hakim) tərəfindən qəbul edilə və imzalana bilər. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. N ə t i c ə v i h i s s ə: Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2, 34, 68, 69, 73, 75, 78, 81 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərar aldı: İddia təmin edilsin. DSMF publik hüquqi şəxsin Gəncə şəhər Kəpəz filialın xx.xx.2020-ci il tarixli, **********5 nömrəli qərarları ləğv edilsin Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Zəfər Quliyev
Məhkəmə qərarları › İş №2-1(114)-340/2025
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-340/2025
13.02.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver