Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-3407/2023 21.12.2023 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Quliyev Zəfər Arif oğlunun sədrliyi, Musayeva Ülviyyə İlham qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastr və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı “ünvan 1 ünvanda yerləşən daşınmaz əmlak üzərində X3, X6, X5 və X4 1/5 paylarının ləğv edilərək daşınmaz əmlak üzərində tam mülkiyyət hüququ üzrə iddiaçının hüquqlarının qeydə alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması” iddia tələbi üzrə işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı (bundan sonra mətndə - iddiaçı) xx.xx.1963-cü il tarixdə Xanlar şəhərində anadan olmuş, hazırda ünvan 2 ünvanda qeydiyyatda olmaqla ünvan 3 Rayon Aqrar İslahat Komissiyasının xx.xx.2003-cü il tarixli, 01 saylı qərarına əsasən 0,06 ha torpaq sahəsi X1 mülkiyyətinə verilmişdir. X7 xx.xx.1993-cü il tarixdə ölmüş, bu barədə akt qeydləri kitabında xx.xx.1993-cü il tarixdə 94 nömrə ilə qeyd aparılmışdır. Göygöl Rayon Məhkəməsinin xx.xx.2009-cu il tarixli, 2(066)-132/2009 nömrəli qətnaməsinə əsasən Göygöl şəhərinin 1 May məhəlləsinin üst hissəsində yerləşən və X2 mülkiyyətində olan 0,06 ha torpaq sahəsi ideal qaydada onun qanun üzrə vərəsələri arasında bölüşdürülməsi və həmin torpaq sahəsinə dair hər birinə 1/5 paylarla X10, X6, İddiaçı, X3 və X4 mülkiyyət hüquqlarının tanınması qət edilmişdir. Qətnamə qanuni qüvvəyə minmişdir. ünvan 4 ünvanda yerləşən **********68 reyestr nömrəli həyətyanı torpaq sahəsi üzərində X8, X11, X10, iddiaçının və X4 1/5 payları xx.xx.2014-cü il tarixdə ********** nömrə ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Daşınmaz Əmlakın Dövlət Kadastr və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinin (bundan sonra mətndə - cavabdeh) xx.xx.2023-cü il tarixli, 3-21-3-33/2- 6621/2023 nömrəli məktubuna əsasən, Xanlar Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.1999-cu il tarixli, 45 saylı sərəncamı ilə fərdi yaşayış evinin tikintisi üçün 2-ci küçə 32 saylı yerdə ayrılmış 0,06 ha torpaq sahəsi üzərində hüquqların dövlət qeydiyyatına alınması barədə iddiaçının xx.xx.2023-cü il tarixli, ********** qeydiyyat nömrəli ərizəsi İdarəyə daxil olmuşdur. "Vətəndaşların müraciətləri haqqında" Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınaraq müarciətin cavabladırılması xx.xx.2023-cü il tarixə nəzərdə tutulmuşdur. Arxiv sənədlərinə əsasən, Xanlar rayon Aqrar İslahat Komissiyasının xx.xx.2003-cü il tarixli, 01 saylı qərarı ilə Göygöl şəhərində yerləşən 0,06 ha həyətyanı torpaq sahəsinə dair X1 adına JN-127A, KOD 50801004 saylı "Torpağın mülkiyyətə verilməsinə dair" şəhadətnamənin işlənmişdir. Göygöl Rayon Məhkəməsinin xx.xx.2009-cu il tarixli, 2(066)-132/2009 nömrəli qətnaməsi ilə Göygöl şəhərinin 1 May məhəlləsinin üst hissəsində yerləşən və X2 mülkiyyətində olan 0,06 ha torpaq sahəsi ideal qaydada onun qanun üzrə vərəsələri arasında bölüşdürülməsi və həmin torpaq sahəsinə dair hər birinə 1/5 paylarla X10, X6, İddiaçı, X3 və X4 mülkiyyət hüquqlarının tanınması qət edilmişdir. Həmin qətnamə icra olunaraq ünvanı ünvan 5 1/5 hissədə X3, 1/5 hissədə X6, 1/5 hissədə X5, 1/5 hissədə İddiaçı və 1/5 hissədə X4 payları göstərilməklə adlarına xx.xx.2014-cü il tarixli, **********68 reyestr nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış verilmişdir. Göygöl Rayon İcra Hakimiyyəti Başçısının Aparatının xx.xx.2023-cü il tarixli, 5-47- 4/2-15-556/2023 nömrəli məktubuna əsasən Xanlar Rayon (indiki Göygöl) İcra Hakimiyyəti başçısının Xanlar şəhərində mövcud olan, lakin adlandırılmamış küçələrə və yeni salınmış yaşayış massivlərindəki küçələrə ad verilməsi haqqında 487 nömrəli, xx.xx.2007-ci il tarixli sərəncamı ilə Rövşən Nəsibov məhəlləsində yeni salınmış 8-ci küçəyə Nigar Rəfibəyli adı verilmişdir. Göygöl Rayon İcra Hakimiyyəti başçısının 32 nömrəli, xx.xx.2021-ci il tarixli sərəncamı ilə Nigar Rəfibəyli küçəsi şəhid Vüsal Həsənovun adı ilə əvəzləşdirilmişdir. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə, daha sonra tələbin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək ünvan 6 ünvanda yerləşən daşınmaz əmlak üzərində X3, X6, X5 və X4 1/5 paylarının ləğv edilərək daşınmaz əmlak üzərində tam mülkiyyət hüququ üzrə iddiaçının hüquqlarının qeydə alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Xanlar rayon İcra Hakimiyyəti Başçısının 22 fevral 1999-cu il tarixli 45 saylı Sərəncamına əsasən Xanlar rayon Aşıq Ələsgər küçəsi 25 saylı evdə yaşamış X7 vəfat etdiyi üçün ona Rayon İcra Hakimiyyəti Başçısının 30 mart 1992- ci il tarixli 153 saylı Sərəncamı ilə fərdi yaşayış evi tikintisi üçün 2-ci küçə 32 saylı yerdə ayrılmış 0.06 ha həyətyanı torpaq sahəsi həyat yoldaşı iddiaçının adına rəsmiləşdirilməsi qərara alınmışdır. Göygöl rayon Arxiv İdarəsinin xx.xx.2019-cu il tarixli arxiv çıxarışına əsasən Xanlar rayon İHB-nın 22 fevral 1999-cu il tarixli 45 saylı Sərəncamı ilə Xanlar şəhəri Aşıq Ələsgər küçəsi 25 saylı evdə yaşamış X7 vəfat etdiyi üçün ona RİHB-nın 30 mart 1992-ci il tarixli 153 saylı Sərəncamı ilə fərdi yaşayış evi tikintisi üçün 2ci küçə 32 saylı yerdə ayrılmış 0.06 ha həyətyanı torpaq sahəsi həyat yoldaşı iddiaçının adına rəsmiləşdirilməsi qərara alınmışdır. Cavabdeh tərəfindən verilmiş RX № ******* saylı xx.xx.2014-cu il tarixli Çıxarışa əsasən X3 adına Göygöl şəhəri Nigar Rəfibəyli küçəsi ev 32-də yerləşən 0.06 ha torpaq sahəsi mülkiyyətə verilmişdir. Həmin Çıxarışda hüquq sahiblərinin payları aşağıdakı kimi göstərilmişdir: 1.X8-1/5; 2.X11-1/5; 3.X10-1/5; 4. İddiaçı-1/5; 5. X9-1/5. ƏMDK-nin yanında DƏDRX-i tərəfindən verilmiş AN660762 saylı xx.xx.2021-ci il tarixli "Torpaq sahəsinin planı və ölçüsünə" əsasən Göygöl şəhəri Nigar Rəfibəyli küçəsi, ev 32-də yerləşən 0.06 ha torpaq sahəsi iddiaçının mülkiyyətinə verilmişdir. 0.06 ha torpaq sahəsinin Kadastr sənədini aldıqdan sonra iddiaçı DƏDRX-nə müraciət edib həmin torpaq sahəsinə dair Çıxarışın onun adına verilməsini xahiş etmişdir. Lakin, hər dəfə ona şifahi imtina edilib və bu səbəbdən də Çıxarışı ala bilməmişdir. Məhkəmə iclasında iştirak etmiş iddianı müdafiə edərək təmin olunmasını xahiş etmişdir. Cavabdeh nümayəndəsinin iştirakını təmin etməmiş, səbəbləri barəsində məlumat verməmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə X8, X11 və X9 iştirakı zəruri olan üçüncü şəxs qismində işə cəlb edilmişdir. Üçüncü şəxslərə məhkəmə iclasının vaxtı və yeri barəsində məlumat verilməsinə baxmayaraq iddiaya münasibət bildirməmiş, məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə işə cavabdehin nümayəndəsinin və üçüncü şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizə və iş materiallarını nəzərdən keçirib hesab edir ki, iddiaçının iddiası mümkün sayılmamalıdır. Belə ki, inzibati prosessual qanunvericiliyin tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddianın yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir, iddianın əsaslı hesab edilərək, məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri – iddia tələbinin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəldilməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsi, inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması zamanı deyil, konkret hüquqlarının pozulmasının əsaslandırıldığı hallarda mümkün hesab edilir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 05 nömrəli qərarında göstərilmişdir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. İPMin 46.3-cü maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin 46.1-ci maddəsində nəzərdə tutulmuş tələblərə cavab vermədikdə hakim və ya məhkəmə tərkibinə sədrlik edən tərəfindən təyin olunmuş hakim (məruzəçi hakim) iddia ərizəsini həmin tələblərə uyğunlaşdırmaq üçün ağlabatan müddət təyin edir (qərarın 1.1, 1.3, 1.4, 2.1 və 16.4-cü bəndləri). Hazırkı mübahisə mahiyyət etibarı ilə, üçüncü şəxslərlə bağlı daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatın cavabdeh tərəfindən ləğv olunması ilə bağlıdır. Bununla bağlı nəzərə almaq lazımdır ki, mübahisələndirilən qeydiyyatın aparılmasına əsas olmuş hüquqmüəyyənedici sənədlər qanunla müəyyən olunmuş qaydada ləğv edilənə, geri çağırılana, dəyişdirilənə və ya etibarsız sayılana qədər qüvvədə sayılır və etibarlı hesab olunur. Bu mənada iddiaçı hüquqmüəyyənedici sənədlərin - hazırkı mübahisə üzrə Göygöl Rayon Məhkəməsinin xx.xx.2009-cu il tarixli, 2(066)-132/2009 nömrəli qətnaməsinin qüvvədə olduğu müddətdə, qeyd edilən məhkəmə aktı əsasında aparılmış qeydiyyatın ləğvini tələb etməkdə haqlı sayıla bilməz. Bu qayda hazırkı mübahisəyə münasibətdə də tətbiq olunmalıdır. Belə ki, işin hallarından görünür ki, ünvan 1 ünvanda yerləşən daşınmaz əmlak üzərində X3, X6, X5 və X4 1/5 payları Göygöl Rayon Məhkəməsinin xx.xx.2009-cu il tarixli, 2(066)-132/2009 nömrəli qətnaməsi əsasında verilmişdir. Başqa sözlə, üçüncü şəxslərin adına mübahisələndirilən qeydiyyatın aparılmasına əsas olmuş hüquqmüəyyənedici sənəd qismində Göygöl Rayon Məhkəməsinin xx.xx.2009-cu il tarixli, 2(066)-132/2009 nömrəli qətnaməsi çıxış edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35.3-cü maddəsinin tələblərinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80-cı və 35-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastr və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı “ünvan 1 ünvanda yerləşən daşınmaz əmlak üzərində X3, X6, X5 və X4 1/5 paylarının ləğv edilərək daşınmaz əmlak üzərində tam mülkiyyət hüququ üzrə iddiaçının hüquqlarının qeydə alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Zəfər Quliyev
Məhkəmə qərarları › İş №2-1(114)-3407/2023
Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-3407/2023
21.12.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver