Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-3409/2023 12.09.2023 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh N saylı hərbi hissəyə qarşı əmrin ləğvi və xidmətə bərpa edilməsi tələbinə dair iş üzrə Giriş hissə: Hakim Əliyeva Gülşən Talıb qızının sədrliyi, Əsgərov Yadigar Əsgər oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh N saylı hərbi hissəyə qarşı əmrin ləğvi və xidmətə bərpa edilməsi tələbinə dair iddia ərizəsinə Gəncə İnzibati Məhkəməsinin (Gəncə şəhəri, H.Əliyev prospekti, 105) binasında açıq məhkəmə iclasında şifahi dinləmələr qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. Təsviri hissə: I. İşin halları
1. N saylı hərbi hissə komandirinin xx.xx.2022-ci il tarixli 093 əç nömrəli əmri ilə İddiaçı “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 41.0.6-cı maddəsinə əsasən (xidməti uyğunsuzluğa görə) ehtiyata buraxılmışdır.
2. 701 saylı hərbi hissə komandirinin xx.xx.2022-ci il tarixli 284 nömrəli əmri ilə N nömrəli hərbi hissənin 2-ci əməliyyat taborunun 5-ci əməliyyat bölüyünün 3-cü əməliyyat tağımının 2-ci əməliyyat qrupunun qumbaraatan köməkçisi - İddiaçı Cavabdeh komandirinin N sentyabr 2022-ci il tarixli 093 əç nömrəli əmri ilə “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 41.0.6 maddəsinə (xidməti uyğunsuzluğa görə) əsasən ehtiyata buraxıldığına görə iş və vəzifəni təhvil vermiş hesab edilmiş, 08 oktyabr 2022-ci il tarixdən hərbi hissənin şəxsi heyətinin siyahısından, bütün növ təminatdan çıxarılmaqla və hərbi qeydiyyata durmaq üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağdam rayon şöbə rəisinin sərəncamına göndərilmişdir.
3. İddiaçı həqiqi hərbi xidmətdən ehtiyata buraxılması barədə əmrin ləğv edilməsi barədə Müdafiə Nazirliyinə müraciət etmiş və həmin Nazirliyin Şəxsi Heyət Baş İdarəsinin xx.xx.2022-ci il tarixli 1/N-9591 saylı məktubu ilə ona bildirilmişdir ki, onun Azərbaycan Ordusunda həqiqi hərbi xidmət etməsi barədə yuxarı komandanlıq tərəfindən müsbət qərar qəbul edilməmişdir. II. Məhkəmədə icraat
4. İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi Cavabdeh qarşı iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, cavabdeh Azərbaycan Respublikası Müdafiə nazirinin xx.xx.2022-ci il tarixli 284 saylı əmri ləğv olunmaqla şəxsi işində olan sənədlərdə müvafiq düzəliş edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir.
5. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Müdafiə Nazirliyinin N saylı hərbi hissəsində kiçik çavuş rütbəsində xidmət etmişdir. Xidmət etdiyi müddətdə Azərbaycan Respublikasının "Hərbi xidmət keçmə haqqında" Əsasnaməsinə və Nizamnaməsinə daim riayət etmişdir. xx.xx.2022-ci il tarixli 284 saylı əmrdən çıxarışdan görünür ki, o, N nömrəli hərbi hissənin 2-ci əməliyyat taborunun 5-ci əməliyyat bölüyünün 3-cü əməliyyat tağımının 2-ci əməliyyat qrupunun qumbaraatan köməkçisi, Cavabdeh komandirinin N sentyabr 2022-ci il tarixli 093 əç nömrəli əmri ilə “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 41.0.1 maddəsinə (xidməti uyğunsuzluğa görə) əsasən ehtiyata buraxıldığına görə iş və vəzifəni təhvil vermiş hesab edilmiş, 08 oktyabr 2022-ci il tarixdən hərbi hissənin şəxsi heyətinin siyahısından, bütün növ təminatdan çıxarılmaqla və hərbi qeydiyyata durmaq üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağdam rayon şöbə rəisinin sərəncamına göndərilmişdir. Yuxarıda qeyd etdiyi kimi o, hərbi qulluqda olduğu müddətdə hər-hansı intizam pozuntusuna yol verməmişdir. Şəxsi işində xidmətə uyğunsuzluğa görə işdən çıxarılma əmrinin mövcudluğu səbəbindən heç bir yerdə işə düzələ bilmir. Hazırda Memarlıq və İnşaat Universitetində qiyabi təhsil alır və 2-ci kurs tələbəsidir. Qeyd edir ki, o, Türkiyə Respublikasında “X2 iştirak etmiş və bu barədə “X1” tərəfindən ona sertifikatlar verilmişdir. Bundan başqa, “X3” başladığından ölkəmizə qayıdaraq döyüşlərdə fəal iştirak etmişdir. Bu səbəbdən də ona “Vətən müharibəsi iştirakçısı”, ‘Suqovuşanın azad olunmasına görə” və “Ağdamın azad olunmasına görə” medalları təqdim edilmişdir. Hətta xx.xx.2021-ci ildə antiterror əməliyyatı zamanı düşmənin əks həmləsinin qarşısını alarkən “barotravma” xəsarəti almışdır.
6. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır.
7. İddiaçı məhkəməyə iddia ərizəsi ilə yanaşı buraxılmış müddətin bərpasına dair ərizə təqdim etmiş və ərizəni onunla əsaslandırmışdır ki, tərəfindən Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinə qarşı "41.0.1"-cı maddəsinin üzərindən götürülməsi tələbinə dair iddia qaldırmışdır. Belə ki, xx.xx.2022-ci il tarixli 284 saylı əmrdən çıxarışdan görünür ki, o, N nömrəli hərbi hissənin 2-ci əməliyyat taborunun 5-ci əməliyyat bölüyünün 3-cü əməliyyat tağımının 2-ci əməliyyat qrupunun qumbaraatan köməkçisi, Cavabdeh komandirinin N sentyabr 2022-ci il tarixli 093 əç nömrəli əmri ilə “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 41.0.1 maddəsinə (xidməti uyğunsuzluğa görə) əsasən ehtiyata buraxıldığına görə iş və vəzifəsini təhvil vermiş hesab edilmiş, 08 oktyabr 2022-ci il tarixdən hərbi hissənin şəxsi heyətinin siyahısından, bütün növ təminatdan çıxarılmaqla və hərbi qeydiyyata durmaq üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağdam rayon şöbə rəisinin sərəncamına göndərilmişdir. Yuxarıda qeyd etdiyi kimi o, hərbi qulluqda olduğu müddətdə hər-hansı intizam pozuntusuna yol verməmişdir. Şəxsi işində xidmətə uyğunsuzluğa görə işdən çıxarılma əmrinin mövcudluğu səbəbindən heç bir yerdə işə düzələ bilmir. Hazırda Memarlıq və İnşaat Universitetində qiyabi təhsil alır və 2-ci kurs tələbəsidir. O, Türkiyə Respublikasında “X2 iştirak etmiş və bu barədə “X1” tərəfindən ona sertifikatlar verilmişdir. Bundan başqa, “X3” başladığından ölkəmizə qayıdaraq döyüşlərdə fəal iştirak etmişdir. Bu səbəbdən də ona “Vətən müharibəsi iştirakçısı'' "Suqovuşanın azad olunmasına görə və “Ağdamın azad olunmasına görə” medaliarı təqdim edilmişdir. Hətta xx.xx.2021-ci ildə antiterror əməliyyatı zamanı düşmənin əks həmləsinin qarşısını alarkən “barotravma” xəsarəti almışdır. Sözügedən əmrin qəbul edilməsindən məlumatı olmamışdır. Həmin əmrin dəfələrlə ona rəsmi olaraq verilməsini tələb etsə də, uzun müddət verilməmişdir. Yalnız xx.xx.2023-cü il tarixdə işdən çıxma əmri ona rəsmi olaraq verilmişdir. Bundan sonra, mediasiya prosesində iştirak etmiş və cavabdeh tərəf mübahisəni mediasiya vasitəsilə həllinə razı olmadığından mediasiya şurası tərəfindən 03.07 2023-cü il tarixdən ona arayış verilmişdir. Bu səbəbdən də vaxtında məhkəməyə müraciət edə bilməmişdir. Göstərilənlərə əsasən hesab edir ki, buraxılmış prosessual müddətin ötürülməsi üzürlü sayılmalıdır. III. Prosessual məsələlər
8. İş üzrə inzibati prosessual qanunvericiliyin tələblərinə müvafiq prosessual hərəkətlər edilərək, işin hazırlıq iclası xx.xx.2023-cü il tarixə təyin edilmiş və bu barədə tərəflərin iddia ərizəsində göstərilmiş ünvanlarına məhkəmə bildirişi göndərilmiş, həmçinin iddiaçının mobil nömrəsinə Elektron məhkəmə informasiya sistemi vasitəsilə göndərilmiş sms-xəbərdarlıq ona çatdırılmışdır.
9. İddiaçı məhkəmə iclasına gəlmiş, cavabdeh isə məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və səbəbləri barədə məhkəməyə məlumat verilməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3cü maddəsinə əsasən məhkəmə iclasının cavabdehin nümayəndəsinin iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. IV. Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri
10. Məhkəmənin hüquqi yardımından sonra İddiaçı məhkəmə iclasında iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim etmiş və N saylı hərbi hissə komandirinin xx.xx.2022-ci il tarixli 093 əç nömrəli əmrinin ləğv olunması və xidmətə bərpa edilməsi barədə qərar çıxarılmasını xahiş etmiş və ərizə məhkəmə qərardadı ilə icraata qəbul edilmişdir.
11. İddiaçı məhkəmə iclasında müddətin bərpasına dair təkrar ərizə vermiş və ərizəni onunla əsaslandırmışdır ki, iddia müddətini ötürmə səbəbi o olmuşdur ki, ailəsi ilk başda təkrar orduya qayıtmasına razı olmamış, təhsilini davam etdirməsini istəmişdir. Onları razı salmaq üçün müddəti ötürmüşdür.
12. İddiaçı məhkəmə iclasında iddia ərizəsini və müddətin bərpasına dair ərizəni müdafiə etdiyini bildirmişdir.
13. O, sədrlik edən hakimin suallarına cavab olaraq bildirmişdir ki, ehtiyata buraxıldıqdan təxminən 24 saat sonra ona bu barədə bildirilmiş, lakin əmrin surəti rəsmi qaydada ona verilməmişdir. Hərbi biletini xx.xx.2022-ci il tarixdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağdam rayon şöbəsindən xx.xx.2022-ci il tarixdə təhvil almışdır. Onun hərbi qulluqçu kimi, xüsusilə də İİ Qarabağ müharibəsi zamanı Dövlətə, Vətənə xeyli xidmətləri olduğundan hərbi xidmətə bərpa olunmasını da arzu edir, lakin xidmətə bərpası mümkün olmayacağı təqdirdə, hazırkı iddianı qaldırmaqda əsas hüquqi niyyəti onun ehtiyata buraxılma barədə əmrinin hüquqi əsasının - 41.0.6-cı maddəsinə əsasən (xidməti uyğunsuzluğa görə) ehtiyata buraxılmasının dəyişdirilməsindən ibarətdir. Çünki, hərbi biletindəki həmin qeydə əsasən onu heç yerdə işə götürmürlər.
14. Cavabdeh orqanın iddiaya qarşı yazılı etirazı məhkəməyə daxil olmamışdır.
Əsaslandırma hissəsi:
15. Məhkəmə iş materiallarını nəzərdən keçirib hesab edir ki, aşağıda qeyd edilənlərə əsasən İddiaçı buraxılmış prosessual müddətin bərpası barədə ərizəsi təmin edilməməli və iddia tələbi mümkün sayılmamalıdır.
16. Belə ki, “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 05 nömrəli Qərarına görə: Bənd 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Bənd 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Bənd 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Bənd 2.1.Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. Bənd 6.1. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. Bənd 9. İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır.
17. Azərbaycan Respublikası İPM-in 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud da inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda, mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.
18. Həmin maddənin təfsirinə görə, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir, iddianın əsaslı hesab edilərək, məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri - iddia tələbinin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsi, inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtmal edilən pozulması zamanı deyil, konkret hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir.
19. İş materialları ilə müəyyən olunur ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyi N saylı hərbi hissə komandirinin N sentyabr 2022-ci il tarixli 093 əç nömrəli əmri ilə “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 41.0.6-cı maddəsinə (xidməti uyğunsuzluğa görə) əsasən ehtiyata buraxılmışdır və hazırda İddiaçı həmin əmri mübahisələndirir və bununla yanaşı həmin tələbdən doğan fakültativ tələb – xidmətə bərpa edilmə tələbini irəli sürür.
20. İddiaçının başlıca tələbi olan əmrin ləğvi tələbi mübahisələndirmə haqqında iddia növünə aiddir və bu halda həmin növ iddianın mümkün sayılması üçün xüsusi mümkünlük şərti olan müddətə riayət edilməlidir.
21. İddiaçının sözügedən əmrdən qəbul edildiyi və ona elan edildiyi vaxtdan məlumatlı olması, lakin onu qanunvericilikdə nəzərdə tutulmuş müddətdə mübahisələndirməməsi və müddəti ötürməsi işin mübahisə olunmayan halıdır.
22. İddiaçı da müddəti ötürdüyünü qəbul edərək, iddia ərizəsinə müddətin bərpasına dair ərizə əlavə etmiş, lakin əmrin qəbul edildiyi xx.xx.2022-ci il tarixdən iddia müddətinin ötürülməsini üzürlü hesab edəcək əsasları təqdim etməmişdir.
23. Belə ki, iddiaçı iddia ərizəsinə əlavə etdiyi müddətin bərpasına dair ərizəsində müddətin ötürülməsinin üzrlü səbəbi kimi sözügedən əmrin qəbul edilməsindən məlumatının olmaması, dəfələrlə rəsmi olaraq verilməsini tələb etsə də, əmrin uzun müddət ona verilməməsi və yalnız xx.xx.2023-cü il tarixdə əmrinrəsmi olaraq verilməsi, bundan sonra, mediasiya prosesində iştirak etməsi və cavabdeh tərəf mübahisəni mediasiya vasitəsilə həllinə razı olmadığından mediasiya şurası tərəfindən 03.07 2023-cü il tarixdən ona arayış verilməsi ilə əlaqələndirmişdir.
24. Məhkəmə bununla bağlı qeyd edir ki, əvvəla, «Hərbi xidmətkeçmə haqqında» Əsasnamənin 165-ci maddəsinin tələbinə görə ehtiyata istefaya buraxılma barədə əmrlər buraxılan hərbi qulluqçulara hərbi hissə komandirləri (rəisləri) tərəfindən elan olunur. İddiaçı da iclas zamanı sədrlik edən hakimin sualına cavab olaraq bildirmişdir ki, ehtiyata buraxıldıqdan təxminən 24 saat sonra ona bu barədə bildirilmiş, lakin əmrin surəti rəsmi qaydada ona verilməmişdir. O, hərbi biletini Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağdam rayon şöbəsindən xx.xx.2022-ci il tarixdə təhvil almışdır.
25. «Hərbi xidmətkeçmə haqqında» Əsasnaməyə görə: Bənd 161. Həqiqi hərbi xidmətdən ehtiyata, yaxud istefaya buraxılmaq haqqında hərbi qulluqçular, bir qayda olaraq, buraxılmaya iki ay qalmış (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) xəbərdar edilirlər. Həqiqi hərbi xidmətdən hərbi qulluqçuları (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) ehtiyata buraxılmağa təqdim etməzdən əvvəl onların xidmət keçmələri barədə məlumatlar dəqiqləşdirilir, ehtiyac olduqda onların xidmətlərinin müddətləri sənədlə dəqiqləşdirilir, xidmət illəri hesablanır və pensiya təminatı məqsədilə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada məlumat vərəqəsi tərtib edilir. Bənd 165. Ehtiyata və ya istefaya buraxılma barədə əmrlər buraxılan hərbi qulluqçulara hərbi hissə komandirləri (rəisləri) tərəfindən elan olunur. Həqiqi hərbi xidmətdən buraxılan hərbi qulluqçuların şəxsi işinin birinci nüsxəsi hərbi hissə tərəfindən getmə haqqında sərəncam verilən gün Azərbaycan Respublikası Silahlı Qüvvələri şəxsi heyətinin uçotu haqqında təlimatla nəzərdə tutulmuş qaydada hərbi komissarlıqlara, yaxud digər orqanlara göndərilir. Həqiqi hərbi xidmətdən buraxılan hərbi qulluqçuların şəxsi işlərinin seçilmiş yaşayış yeri üzrə hərbi komissarlıqlara vaxtında göndərilməsi və daxil olmasına nəzarət korpusların (diviziyaların), Silahlı Qüvvələr növlərinin, Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müvafiq qurumları tərəfindən həyata keçirilir. Hərbi qulluqçuların (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) buraxılması əmri və ya ondan çıxarış Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının, Silahlı Qüvvələr növlərinin, korpusların (diviziyaların) müvafiq qurumları tərəfindən korpuslara (diviziyalara), bilavasitə tabelikdə olan hərbi bölmə və hissələrə buraxılan hərbi qulluqçuya elan olunmaq və haqq-hesabı aparmaq üçün göndərilir.
26. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinə görə: Maddə 38.1. Mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər.
27. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununa görə: Maddə 62.1. İnzibati orqan inzibati aktın qəbul edilməsi haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə rəsmi məlumat verməyə borcludur. Rəsmi məlumat inzibati aktın maraqlı şəxslərə birbaşa elan edilməsi, təqdim olunması və ya dərc edilməsi yolu ilə verilir. Maddə 64.1. İnzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır.
28. Qanunvericiliyin qeyd olunan tələblərindən göründüyü kimi, inzibati akt barədə məlumat, birbaşa elan edildikdə də təqdim olunmuş sayılır. Hazırkı işdə də iddiaçının hərbi qulluqçu olaraq bildiyi (bilməli olduğu) normativ-hüquqi aktın tələblərinə müvafiq olaraq ehtiyata buraxılması barədə əmr ona elan edilmişdir.
29. Digər tərəfdən, iddiaçı hərbi biletini Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağdam rayon şöbəsindən xx.xx.2022-ci il tarixdə təhvil almışdır ki, hərbi biletində də onun “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 41.0.6-cı maddəsinə əsasən (xidməti uyğunsuzluğa görə) ehtiyata buraxılması barədə qeyd mövcud olmuşdur.
30. Ən azından, həmin əmrin hüquqi nəticəsidir ki, o, əmrdən sonra bir daha hərbi xidmətə buraxılmamış (hərbi xidmətini dayandırmış) və mülki həyat tərzinə keçmişdir.
31. İddiaçı məhkəmə iclasında verdiyi müddətin bərpasına dair ərizədə isə iddia müddətini ötürmə səbəbi kimi ailəsinin ilk başda təkrar orduya qayıtmasına razı olmamasını və onları razı salmaq üçün müddəti ötürməsini göstərmişdir.
32. Məhkəmə iddiaçının həmin dəlillərini müddətin buraxılmasının üzrlü səbəbi kimi qəbul etmir və qeyd edir ki, müddətin bərpası üçün elə səbəblər üzrlü hesab edilə bilər, onların mövcudluğu şəxsin iradəsindən asılı olmasın, onların yaranması və dəf edilməsi şəxsin imkanı xaricində olsun və bu səbəblər şəxsin müddəti ötürmədən iddia qaldırmasına maneə törətsin və ya məhdudiyyət yaratmış olsun.
33. Hazırkı işdə isə iddiaçının hər iki ərizəsində gətirdiyi arqumentlər sadalanan üzrlülük meyarlarına cavab vermir.
34. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinə görə: Maddə 24.1. Bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. Maddə 24.2. Buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən 15 gün ərzində verilməlidir. Müddətin buraxılmasına səbəb olmuş hallar ərizədə və ya ərizə üzrə keçirilən məhkəmə iclasında əsaslandırılmalıdır. Maddə 24.4. Təbii fəlakət və ya digər qarşısıalınmaz hallar, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olan hallar istisna olmaqla, müddətin buraxılmasından 1 il keçdikdən sonra həmin müddətin bərpasına dair ərizə verilə bilməz. Maddə 24.6. Buraxılmış prosessual müddətin bərpa edilməsi haqqında qərardad qəbul edən məhkəmə, eyni vaxtda buraxılmış prosessual hərəkətlərə dair məsələni də həll etməlidir.
35. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununa görə: Maddə 73.1. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, şikayət inzibati aktın qüvvəyə mindiyi gündən 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində müvafiq şikayət instansiyasına verilir. Maddə 73.2. İnzibati aktda ona qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə (şikayət vermə) qaydası və müddəti nəzərdə tutulmadıqda və ya inzibati akt onun ünvanlanmadığı digər maraqlı şəxslərin qanuni maraqlarına (ilk dəfə) toxunduqda, həmin inzibati aktdan onun qüvvəyə mindiyi gündən 6 ay müddətində şikayət verilə bilər. Maddə 73.3. İnzibati aktdan şikayət verilməsi ilə bağlı müddət üzrlü səbəbdən buraxıldıqda, maraqlı şəxsin ərizəsinə əsasən şikayət instansiyası tərəfindən həmin müddət bərpa edilir.
36. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası İPM-in 24-cü maddəsində qanunla nəzərdə tutulan müddətin üzrlü səbəbdən buraxılması hallarında prosessual müddətin bərpası imkanı nəzərdə tutulmuşdur. Prosessual müddətin, yəni prosessual hərəkətin buraxılmasından əvvəlki prosessual vəziyyətin bərpa olunmasının xüsusi əhəmiyyəti ondan ibarətdir ki, buraxılmış və sonradan edilən prosessual hərəkət müəyyən şərtlər daxilində vaxtında edilmiş hərəkət qismində nəzərdən keçirilir.
37. Müxtəlif əsaslar mövcud olduqda, prosessual müddətin bərpası yalnız o halda mümkündür ki, müddətin buraxılması əsası ilə müddət buraxılması arasında səbəbli əlaqə olsun. Bu o deməkdir ki, prosessual hərəkətin edilməsinə maneə olmuş əsasın yaranmayacağı təqdirdə, tərəf, əslində həmin hərəkəti vaxtında edə bilərdi. Səbəbli əlaqənin mövcud olmadığı halda, prosessual müddətin bərpası üçün şərtlər də mövcud olmayacaqdır.
38. Prosesual müddətin bərpası proses iştirakçısının qanunla müəyyən edilmiş hər hansı bir müddəti buraxması ilə şərtləndirilir. Bu mənada müddətin buraxılması yalnız o zaman mövcud olur ki, tərəf öz iradəsindən asılı olmayaraq hərəkətsizlik etsin. Əgər tərəf bilərəkdən hərəkətsizlik edibsə, bu o deməkdir ki, müddətə riayət olunmasına mane mövcud olmamışdır.
39. İddia müddətlərinin hüquq münasibətləri sistemində rolu və əhəmiyyəti ondan ibarətdir ki, bu hüquq institutu hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, hüquq münasibətlərində qeyrimüəyyənliyin, qeyri-stabilliyin aradan qaldırılmasına xidmət edir, tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır.
40. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “K.N.Qəribovanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMKnın 16 avqust 2006-cı il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 08 may 2008-ci il tarixli Qərarında göstərilmişdir ki, qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzrlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetiriməsinə maneə törətsin və ya məhdudiyyət yaratsın. Müddətin buraxılması ilə nəticələnmiş səbəbin üzrlü hesab edilməsi biləvasitə məhkəmənin öz mülahizələrindən asılıdır. Bu mənada üzrlülük göstərilən meyarların sərhəddində dayanan elə inkarolunmaz səbəblər barəsində qəbul olunmalıdır ki, belə məsələ ilə əlaqədar MPM-in tələblərinə riayət edilməklə çıxarılmış məhkəmə aktı qanunilik, obyektivlik və qərəzsizlik baxımından şübhə altına alınmasın.
41. Avropa İnsan Hüquqları Məhkəməsi eyni hüquqi mövqedən çıxış edərək, “Miragall Eskolaho və digərləri” İspaniyaya qarşı iş üzrə 25 yanvar 2000-ci il tarixli qərarında belə nəticəyə gəlmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusi ilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar.
42. Göründüyü kimi, iddia qaldırmaq üçün qanunda nəzərdə tutulmuş müddəti üzrlü səbəblər olmadan ötürmüşdür.
43. Məhkəmə onu da qeyd edir ki, iddianın əmrin ləğv edilməsi hissəsi mümkünlük şərtlərinə cavab vermədiyindən həmin tələbdən asılı olan, digər tələb üzrə mümkünlük şərtlərinin yoxlanılmasına ehtiyac qalmamışdır.
44. Beləliklə, yuxarıda şərh olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı buraxılmış prosessual müddətin bərpası barədə ərizəsi təmin edilməməli və İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi N saylı hərbi hissəyə qarşı əmrin ləğvi və xidmətə bərpa edilməsi tələbinə dair iddiası mümkün sayılmamalıdır.
Nəticəvi hissə:
45. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati- Prosessual Məcəlləsinin 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq
qərara aldı:
İddiaçı buraxılmış prosessual müddətin bərpası barədə ərizəsi təmin edilməsin. İddia mümkün sayılmasın. Qərardaddan onun təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına (Gəncə şəhəri, Atatürk prospekti, 252) apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən Gülşən Əliyeva