Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-3411/2023 07.09.2023 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı güzəştli şərtlərlə pensiyanın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair iş üzrə Giriş hissə: Hakim Əliyeva Gülşən Talıb qızının sədrliyi, Əsgərov Yadigar Əsgər oğlunun katibliyi ilə, İddiaçı nümayəndəsi (oğlu) X14 və cavabdehin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı güzəştli şərtlərlə pensiyanın verilməsi tələbinə dair inzibati işə Gəncə İnzibati Məhkəməsinin (Gəncə şəhəri, H.Əliyev prospekti, 105) binasında açıq məhkəmə iclasında şifahi dinləmələr qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. Təsviri hissə: I. İşin halları
1. Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi Radio Televiziya Yayımı və X12 Birliyinin Teleradio İ.B-nin xx.xx.2023-cü il tarixli 3-27-118/2- 223/2023 nömrəli arayışına əsasən müəyyən edilir ki, İddiaçı xx.xx.2004-cü il tarixindən indiyədək rabitə sahəsində çalışır. İddiaçı xx.xx.2004-cü il tarixində "Teleradio" X7 X2 (sonradan Gəncə X1) Orta Dalğalı radio verici sexinə elektrik mexaniki vəzifəsinə işə qəbul edilib. xx.xx.2004-cü il tarixində 9 nömrəli Gəncə Radio-Rele Stansiyasına elektrik montyoru vəzifəsinə, xx.xx.2006-cı il tarixində İstehsalat laboratoriyasına mühəndis vəzifəsinə keçirilmişdir. xx.xx.2009-cu il tarixində Teleradio İB-nin xx.xx.2009-cu il tarixli 34 saylı əmrinə əsasən Gəncə X1 adı dəyişilərək Gəncə X4 adlandırılmışdır. xx.xx.2012-ci il tarixində İddiaçı həmin istehsalat laboratoriyasında böyük elektrik mexaniki, xx.xx.2020-ci il tarixində isə mühəndis vəzifəsinə keçirilib, xx.xx.2021-ci il tarixindən öz xahişi ilə əmək müqaviləsinə xitam verilib. xx.xx.2021-ci il tarixindən hal-hazıradək "Radio-Televiziya Yayımı və Peyk Rabitəsi" ("Teleradio") X8 Radio-Televiziya Yayım Departamentinin İstehsalat laboratoriyası qrupunda mühəndis vəzifəsinə işə qəbul edilib, xx.xx.2021- ci il tarixindən isə qrup rəhbəri vəzifəsində işləyir. İddiaçı, xx.xx.2004-cü il tarixindən bugünədək, UQD (ultra qısa dalğalı), UYT (ultra yüksək tezlikli) HAYT (həddən artıq yüksək tezlikli ) şüalanma mənbələrində işlə məşğul olmuşdur.
2. İddiaçı hüququ yarandığı tarixdən güzəştli şərtlərlə pensiyasının təyin edilməsi barədə cavabdeh orqana müraciət etmiş və sonuncu tərəfindən xx.xx.2023-cü il tarixli 3- 17-1/2-H-103463/2023 nömrəli imtina məktubu ilə bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2022-ci il tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş "Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası"nın 4.1.20-ci yarımbəndinə əsasən yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə iş müddəti şəxsin güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə işləməsinə dair işəgötürənin bu məktuba əlavə olunmuş arayışına əsasən müəyyən edilir. Bununla əlaqədar olaraq, zərərli əmək şəraitində dövrün Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli təsdiq edilmiş Siyahıda nəzərdə tutulan hansı sahəyə və koda uyğun olması, gördüyünüz iş, vəzifə və malik olduğunuz peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən və peşə arasındakı uyğunluğu (eyniliyi), işin konkret halları (tutduğunuz vəzifəyə və malik məşğul olduğunuz peşəyə görə gördüyünüz işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) göstərilməlidir. Filiala təqdim olunmuş sənədlərdəndə göründüyü kimi onun güzəştli iş stajı yoxdur. Qeyd olunanları nəzərə alaraq iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. II. Məhkəmədə icraat
3. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, ona qanunla müəyyən olunmuş qaydada güzəştli pensiyanın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
4. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o 2004-cü ildən 2020-ci ilə qədər X15 Verici Mərkəzində (indiki X15 Yayım filialı) zərərli işdə işləmiş, xx.xx.2004-cü il tarixdən bu günədək stajı 18 il 9 ay təşkil edir. Onun zərərli iş yerində iş stajı xx.xx.2004-cü il tarixdən bugünədək, 18 il 6 aydan artıq olmaqla, buna dair zərərliyə görə ona 8 faiz əlavə əmək haqlarıda ödənilir. Onun zərərli işdə işləməy ilə bağlı pensiya hüququ 2016-cı il tarixdən yaranmışdır, buna görə də cavabdehin gəldiyi nəticə qanuni olmamışdır.
5. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır. III. Prosessual məsələlər
6. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(114)-3411/2023 nömrəli qərardadı ilə Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi Radio Televiziya Yayımı və X12 Birliyinin cəlbetmə qaydasında üçüncü şəxs qismində cəlb edilməsinə dair iddiaçının vəsatəti təmin edilməmişdir.
7. İş üzrə inzibati prosessual qanunvericiliyin tələblərinə müvafiq prosessual hərəkətlər edilərək, hazırlıq icraatı iclası xx.xx.2023-cü il tarixə təyin edilmiş və bu barədə tərəflərə məlumat verilərək hazırlı icraatı ilə bağlı iclasa gəlmədikləri halda onların iştirakı olmadan ərizəyə baxılacağı və iş üzrə qərar qəbul ediləcəyi barədə xəbərdarlıq edilmişdir.
8. İddiaçının və cavabdehin nümayəndələri məhkəmə iclasına gəlmişlər.
9. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərinə müvafiq olaraq, işə şifahi məhkəmə baxış iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.
10. İddiaçının nümayəndəsi (oğlu) X14 ərizə təqdim edərək, məhkəməyə müraciət etdikdən sonra atasına güzəştli şərtlərlə pensiya təyinatı aparıldığından iddiadan imtina etdiyini bildirmişdir.
Əsaslandırma hissəsi:
11. Məhkəmə iddiaçının nümayəndəsinin iddiadan imtina barədə ərizəsini nəzərdən keçirib hesab edir ki, iddiadan imtina qəbul edilməli və inzibati iş üzrə icraata xitam verilməlidir.
12. Belə ki, iddiaçının nümayəndəsi (oğlu) X14 təqdim etdiyi ərizəsində göstərmişdir ki, məhkəməyə müraciət etdikdən sonra atasına güzəştli şərtlərlə pensiya təyinatı aparıldığından iddiadan imtina edir və imtinanın nəticələri ona aydındır.
13. 10.04.2022-ci il tarixli etibarnamə ilə müəyyən olunur ki, İddiaçı tərəfindən X10 bir sıra səlahiyyətlər, o cümlədən iddia tələblərindən tam və qismən imtina edilməsi səlahiyyəti etibar edilmişdir.
14. Azərbaycan Respublikası İPM-nə görə: Maddə 15.2. İnzibati məhkəmə icraatında tərəflər mübahisəyə baxılmasını bilavasitə özləri tərəfindən, yaxud mediasiya vasitəsilə bağlanılmış barışıq sazişi ilə, iddiaçının iddiadan imtina etməsi ilə, cavabdehin iddianı qəbul etməsi ilə və ya hüquqi mübahisənin nizamlanması barədə müştərək bəyanatla sona çatdıra bilərlər. Maddə 50.0. Sədrlik edən hakim mübahisə ilə bağlı iş üzrə hazırlıq icraatında aşağıdakı məsələləri həll edir və bu barədə müvafiq qərardad qəbul edir: 50.0.2. iddiaçının iddiadan imtina etməsi və ya cavabdehin iddianı qəbul etməsi barədə; Maddə 55.1. Məhkəmə qərarı qanuni qüvvəyə minənə qədər iddiaçı iddiadan imtina etməyə haqlıdır. Maddə 55.4. İddiadan imtina edilməsi eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən iddia qaldırma imkanını istisna edir. Maddə 55.5. İddiaçı iddiadan imtina etdikdə və ya iddia məhkəmə tərəfindən geri götürülmüş sayıldıqda, məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Həmin qərardadda iddiadan imtina edilməsinin və ya iddianın geri götürülmüş sayılmasının bu Məcəllədə nəzərdə tutulmuş hüquqi nəticələri göstərilməlidir. Məhkəmənin həmin qərardadından şikayət verilə bilməz.
15. Beləliklə, iddiaçının nümayəndəsi ona etibar edilmiş səlahiyyət əsasında iddiadan imtina etdiyinə görə ərizə qəbul edilməli və iş üzrə icraata xitam verilməlidir.
Nəticəvi hissə:
16. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55-ci maddəsini rəhbər tutaraq
qərara aldı:
İddiaçının nümayəndəsi (oğlu) X9 iddiadan imtina barədə ərizəsi qəbul edilsin. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı güzəştli şərtlərlə pensiyanın verilməsi tələbinə dair iş üzrə icraata xitam verilsin. Qərardaddan şikayət verilə bilməz.
Hakim Gülşən Əliyeva