Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-3411/2024 09.09.2024 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Tağıyeva Ruhiyə Nadim qızı Atakişiyeva Aybəniz Zaur qızının katibliyi, İddiaçı və üçüncü şəxslər X5, X8 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı üçüncü şəxslər X5, X13 və X6 ona məxsus olan ünvan 1 ünvanından qeydiyyatdan çıxarılmaları öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası üzrə inzibati işə məhkəmə binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İddiaçının tələbi, cavabdehin, üçüncü şəxsin etirazı İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, üçüncü şəxslər X5, X13 və X6 ona məxsus olan ünvan 2 ünvanından qeydiyyatdan çıxarılmaları öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini belə əsaslandırmışdır ki, ünvan 2 ünvanındakı mənzil mülkiyyət hüququ ilə ona məxsusdur. Mənzilə dair iddiaçının hüquqları xx.xx.2022-ci il tarixdə Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyata alınmışdır. İddiaçı qeyd edir ki, buna baxmayaraq mənzilə hüquqları olmayan və onun ailə üzvləri olmayan üçüncü şəxslər ona məxsus həmin ünvanda qeydiyyatda qalıblar. İddiaçı bildirir ki, üçüncü şəxslərin həmin mənzildə qeydiyyatlarının qalması mülkiyyətçi kimi onun iradəsinin ziddinədir, beynəlxalq və yerli qanunvericiliyin tələblərinə uyğun deyil. İddiaçı bununla əlaqədar cavabdeh orqana müraciət etmiş, lakin ona imtina cavabı verilmişdir. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-3411/2024 nömrəli qərardadı ilə X5, X13 və X6 üçüncü şəxs qismində məhkəmə icraatına zəruri qaydada cəlb edilmiş, məhdud fəaliyyət qabiliyyətli X9 onun qanuni nümayəndəsi – anası X5 ilə təmsil olunması qərara alınmışdır. Cavabdeh və üçüncü şəxslər tərəfindən iddia ərizəsinə qarşı yazılı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatı İddiaçı və üçüncü şəxslər X5, X13 məhkəmə iclasında iştirak etmişlər. Cavabdeh tərəfindən məhkəməyə ərizə göndərilmiş, məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsi xahiş edilmişdir. Məhkəmə şifahi məhkəmə baxış iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddianın təmin olunmasını xahiş etdi. Üçüncü şəxslər X5 və X13 məhkəmə iclasında iddia tələbinə etiraz edərək, iddianın təmin edilməməsini xahiş etdilər. İşin halları Kəpəz Rayon İcra Hakimiyyətinin xx.xx.1993-cü il tarixli, 326 №-li orderinə əsasən, Gəncə şəhəri, Vəli Xuluflu küçəsi, mənzil 71, 4-cü blokda yaşayan X2 ailə tərkibi qrafasında qızı – X3 adı göstərilmişdir. Gəncə Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin xx.xx.2015-ci il tarixli, 398 №-li arayış-forma 2-yə əsasən, ünvan 1 ünvanında yaşamaq hüququ olanlar qrafasında X2 qızı – X3 adı göstərilmişdir. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən xx.xx.2015-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********51-05101-093051 reyestr nömrəli çıxarışa əsasən, ünvan 2 ünvanında yerləşən mənzil tam mülkiyyət hüququ əsasında X2 adına daşınmaz əmlakın dövlət reyestrində 139 nömrəli reyestr kitabının 46 nömrəli vərəqində qeydiyyata alınmışdır. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən xx.xx.2015-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən, ünvan 2 ünvanında yerləşən mənzil "xxxx" ASC Gəncə Filialının xeyrinə yüklü edilmişdir. Gəncə şəhər Kəpəz Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(043)-172/2017 nömrəli icra vərəqəsinə əsasən, iddiaçı "xxxx" ASC-nin cavabdeh X4 və digərinə qarşı kredit müqaviləsi üzrə borc məbləğinin tutulması və ipoteka qoyulmuş əmlaka yönəldilməsi tələbinə dair iş üzrə iddia qismən təmin edilmiş, ..., borcun tutulmasının ipoteka predmetinə yönəldilməsi, ipoteka predmetinin açıq hərracdan satılması, ... qərara alınmışdır. İpoteka saxlayana X15 Edilməsi üçün Hərracın Yekunları barədə 20/05 №-li protokolundan görünür ki, ipoteka predmeti ünvan 2 ünvanında yerləşən mənzil ipoteka saxlayan "xxxx" ASC tərəfindən əldə edilmişdir. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən xx.xx.2020-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən, ünvan 2 ünvanında yerləşən mənzil tam mülkiyyət hüququ əsasında "xxxx" ASC-nin adına daşınmaz əmlakın dövlət reyestrində 139 nömrəli reyestr kitabının 46 nömrəli vərəqində qeydiyyata alınmışdır. 1 saylı Gəncə regional “ASAN xidmət” mərkəzində Notariat ofisinin xüsusi notariusu tərəfindən xx.xx.2022-ci il tarixdə 4Ə-1707 reyestr nömrəsi ilə təsdiq edilmiş xx.xx.2022-ci il tarixli, AN-İ ******* №-li daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən, ünvan 2 ünvanında yerləşən mənzil X14 ("xxxx" ASC-nin əvəzinə) tərəfindən İddiaçı satılmışdır. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən xx.xx.2022-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********51-05101-093051 reyestr nömrəli çıxarışa əsasən, ünvan 2 ünvanında yerləşən mənzil tam mülkiyyət hüququ əsasında İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 139 nömrəli reyestr kitabının 46 nömrəli vərəqində qeydiyyata alınmışdır. Daxili İşlər Nazirliyinin yaşayış yeri üzrə qeydiyyat haqqında xx.xx.2024-cü il tarixli, ******* nömrəli arayışa və “Elektron məhkəmə” informasiya sistemindən çıxarışlara əsasən, üçüncü şəxslər xx.xx.1986-cı il təvəllüdlü X5, xx.xx.2004-cü il təvəllüdlü X13 və xx.xx.2009-cu il təvəllüdlü X1 şəhəri, Kəpəz rayonu, Vəli Xuluflu küçəsi, ev 3, mənzil 71 ünvanında qeydiyyatdadırlar. İddiaçı üçüncü şəxslər xx.xx.1986-cı il təvəllüdlü X5, xx.xx.2004-cü il təvəllüdlü X13 və xx.xx.2009-cu il təvəllüdlü X6 ona məxsus olan ünvan 1 ünvanında yerləşən mənzildən qeydiyyatdan çıxarılmaları barədə Cavabdehnə etdiyi müraciətinə həmin idarənin xx.xx.2024-cü il tarixli imtina məktubu ilə bildirilmişdir ki, həmin şəxslərin qeydiyyatdan çıxarılmaları “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanunun 9-cu maddəsinin 5-ci bəndinə əsasən (şəxs yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə) məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında həyata keçirilə bilər. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası Maddə 13. Mülkiyyət İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Maddə 29. Mülkiyyət hüququ İ. Hər kəsin mülkiyyət hüququ vardır. İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 152. Mülkiyyət hüququnun anlayışı və məzmunu 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Maddə 157. Mülkiyyətin müdafiəsi 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Azərbaycan Respublikasının İnzibati Prosesual Məcəlləsi Maddə 2. İnzibati mübahisələrin məhkəmə aidiyyəti 2.2. İnzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.3. inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia); Maddə 34. Öhdəliyin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Maddə 35. İddianın mümkünlüyü 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 85. Şikayətin verilməsinə dair tələblər 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 1. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın əsasları Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (bundan sonra şəxslər) Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər. Maddə 2. Yaşayış yeri və olduğu yer anlayışları Şəxsin yaşayış yeri — tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. Maddə 5. Vətəndaşın yaşayış yeri üzrə qeydiyyata alınması Yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq icra hakimiyyəti orqanına müraciət edərək forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən, yaşayış yeri üzrə qeydiyyata alınma haqqında ərizə-anketlə birlikdə aşağıdakı sənədləri təqdim etməlidir: 1) şəxsiyyət vəsiqəsi 2) yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi. Maddə 9. Şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması Müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan aşağıdakı hallarda çıxarılır: 1) yaşayış yerini dəyişdikdə — yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 5) yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında. Məhkəmənin mövqeyi Məhkəmə əvvəla iddianın mümkünlüyü ilə bağlı qeyd edir ki, iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt olan onun mümkünlüyünü yoxlayaraq məhkəmə hesab edir ki, verilmiş iddia mümkün iddiadır. Belə ki, hazırkı iddia öhdəliyin icrası haqqında iddia olmaqla ümumi və xüsusi mümkünlük şərtləri yerinə yetirilmişdir. Məhkəmə tərəfindən iddianın məhkəməyə aid olması, iddia tələbi üzrə iddiaçının subyektiv hüquqa malik olması, cavabdehin iddiaya cavab verməli olması, həmçinin cavabdehin imtinasının olması müəyyən edilmişdir. Odur ki, məhkəmə hesab edir ki, verilmiş iddiaya mahiyyəti üzrə baxıla bilər. Məhkəmə iddia ərizəsini, iş materiallarını araşdıraraq, hesab edir ki, iddia təmin edilməməlidir. İddia ərizəsindən görünür ki, iddiaçının hüquqi marağı ona mülkiyyət hüququ əsasında məxsus olan ünvan 1 ünvanında yerləşən mənzildə yaşayan bacısı X5 və onun qızları X13, X6 qeydiyyatdan çıxarılmasıdır. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanunun tələblərinə görə, Azərbaycan Respublikasının vətəndaşları Azərbaycan Respublikasında yaşayış yeri üzrə qeydiyyata alınmalıdırlar. Şəxsin yaşayış yeri — tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. Müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan yaşayış yerini dəyişdikdə, yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında və digər hallarda çıxarılır. İş materialları ilə müəyyən olunur ki, ünvan 1 ünvanında yerləşən mənzilin əvvəlki mülkiyyətçisi – iddiaçının, eyni zamanda üçüncü şəxs X3 atası X7 olmuş, onun adına həmin mənzilə dair daşınmaz əmlakın Dövlət Reyestrindən xx.xx.2015-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarış verilmişdir. Daha sonra kredit müqaviləsi bağlanılmaqla həmin mənzil "xxxx" ASC-nin xeyrinə yüklü edilmişdir. X7 tərəfindən kredit müqaviləsi üzrə borc ödənilmədiyindən bank məhkəməyə müraciət etmiş və nəticədə məhkəmə qətnaməsi əsasında ipoteka predmetinin hərracda satılması qərara alınmaqla mənzil "xxxx" ASC tərəfindən əldə edilmişdir. Sonra isə həmin mənzil X2 oğlu olan hazırkı iş üzrə İddiaçı tərəfindən "xxxx" ASC ilə alqı-satqı müqaviləsi bağlanılmaqla əldə edilmiş və həmin mənzilə dair mülkiyyət hüququ iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. Məhkəmə tərəfindən həmçinin müəyyən edilmişdir ki, üçüncü şəxs X5 həmin mənzildə lap əvvəldən qeydiyyatda olmaqla yaşamış, daha sonra nikaha girmiş, nikahı pozulduqdan sonra isə qızları olan digər üçüncü şəxslər X13 və X9 ilə birlikdə halhazıradək həmin mənzildə yaşayır. Məhkəmə qeyd edir ki, göründüyü kimi, ünvan 1 ünvanına dair Kəpəz Rayon İcra Hakimiyyətinin xx.xx.1993-cü il tarixli, 326 №-li orderinə əsasən, X7 və onun ailə üzvləri, həmçinin üçüncü şəxs X5 həmin mənzildən istifadə hüququna malik olmuşlar. Həmin vaxtlardan üçüncü şəxs X5 həmin mənzildə yaşamışdır. Daha sonra ailə qurmaqla başqa evə köçsə də, nikahı pozulduqdan sonra övladları X13 və X9 ilə birlikdə həmin mənzilə köçmüş və hazırda orada yaşayırlar. Belə olduqda üçüncü şəxslərin iddiaçıya məxsus olan ünvandan qeydiyyatdan çıxarılmaları qanunvericiliyin tələblərinə ziddir. Odur ki, məhkəmə hesab edir ki, İddiaçı tərəfindən verilmiş iddia təmin edilməməlidir. Məhkəmə yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati- Prosessual Məcəlləsinin 34.1 və 85.1-ci maddələrini rəhbər tutaraq Qərara aldı İddiaçı tərəfindən verilmiş iddia təmin edilməsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qərardan göstərilən müddətdə şikayətin verilmədiyi və ya inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ruhiyə Tağıyeva
Məhkəmə qərarları › İş №2-1(114)-3411/2024
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-3411/2024
09.09.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver