Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-3417/2025 15.05.2025 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Quliyev Zəfər Arif oğlunun sədrliyi, Musayeva Ülviyyə İlham qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Gəncə şəhəri Nizami rayon şöbəsinə qarşı mərhum X16 şəhid statusunun verilməsi ilə bağlı arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakıları müəyyən etdi. İşin halları: İddiaçı xx.xx.1955-ci il tarixdə ünvan 1 ünvanda qeydiyyatda olmaqla yaşayır. Dövlət Sosial Müdafiə Fondu X25in Gəncə-Daşkəsən regional filialının xx.xx.2022-ci il tarixli, **********9 nömrəli arayışına əsasən X20 Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan döyüş əməliyyatlarında iştirak etdiyinə görə (müharibə veteranı) 80 manat məbləğində Prezident təqaüdü alır. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Gəncə şəhəri Nizami rayon şöbəsinin xx.xx.2022-ci il tarixli, 296 nömrəli arayışına əsasən X20 həqiqətən Azərbaycan Respublikası Silahlı Qüvvələrində xx.xx.2009-cu il tarixdən xx.xx.2011-ci il tarixədək müddətli həqiqi hərbi xidmət keçmişdir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2020-ci il tarixli Sərəncamına və "Azərbaycan Respublikasında Səfərbərlik Hazırlığı və Səfərbərlik Haqqında" Qanuna əsasən xx.xx.2020-ci il tarixdə qismən səfərbərliyə cəlb edilmiş və N saylı hərbi hissəyə təhvil verilmişdir. Azərbaycan Respublikası Silahlı Qüvvələrində xx.xx.2020-ci il tarixdən xx.xx.2011-ci il tarixədək iştirak etmişdir. Vətən müharibəsi veteranıdır. Cəbrayıl, Zəngilan, Qubadlı rayonu istiqamətində gedən döyüşlərdə iştirak etmişdir. xx.xx.2020-ci il tarixdən SHXÇDX-nin Gəncə şəhər Nizami rayon şöbəsində qeydiyyatdadır. X20 xx.xx.2022-ci il tarixdə MN Mərkəzi Hərbi Poliklinikasının hərbi-həkim komissiyası tərəfindən şəhadətləndirilmiş, “Mülayim dərəcədə ifadə olunmuş uzunmüddətli posttravmatik stresspozuntusu. Mülayim dərəcədə ifadə olunmuş davamlı şəxsiyyət dəyişikliyi və davranış pozuntusu" diaqnozu qoyulmuş, həmin diaqnozun səbəbli əlaqəsi "Hərbi travma olması, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınması” barədə qərar qəbul olunmuşdur. X20 xx.xx.2022-ci il tarixindən Gəncə Psixiatriya xəstəxanasında qeydiyyatdadır. Gəncə şəhər Təcili və X11 Şöbəsinin arayışına əsasən xx.xx.2022-ci tarixdə 13:59da çağırış olmuş həkim Məmmədov Orxan "Dəqiqləşdirilməmiş nevrotik pozuntular (Posttravmatik davranış və şəxsiyyət pozğunluğu)" diaqnozu qoyulmuşdur və yardım edilmişdir. Həmin ünvana xx.xx.2022- ci il tarixdə iddiaçı tərəfindən saat 19:34-də çağırış olmuşdur. X27 tərəfindn "Epilepsiya tutması (Posttravmatik)" diaqnozu qoyulmuş və yardım olunmuşdur. Yenidən xx.xx.2022-ci il tarixdə saat 18:16-da iddiaçı tərəfindən çağırış olmuşdur həkim Leyla Mustafayeva tərəfindən iddiaçının oğluna "Dəqiqləşdirilməmiş qıcolmalar (Posttravmatik)" diaqnozu qoyulmuş və yardım olunmuşdur. xx.xx.2023-cü il tarixdə saat 23:44-də iddiaçı tərəfindən yenidən çağırış olmuşdur. X21 tərəfindən iddiaçının oğluna "Təcili yardıma qədər ölüm. Qəfləti koronar ölüm." Diaqnozu qoyulmuşdur. X20 xx.xx.2023-cü il tarixdə ölmüş, bu barədə ölüm haqqında akt qeydləri kitabında 106 nömrə ilə qeyd aparılmış, ölüm səbəbi “Ürək dayanmasından” qəfləti ölüm kimi təsvir olunmuş hadisə göstərilmişdir. “Məhkəmə-Tibbi Ekspertiza və X15” X25 xx.xx.2024-cü il tarixli, T221/2024 nömrəli ekspert rəyinə əsasən mərhum S.K.Kərimovun meyiti müayinə olunmadığından ölümün səbəbi haqqında qəti fikir söyləmək mümkün deyildir. Lakin, təqdim edilmiş sənədlərə əsasən S.K.Kərimovun ölümünə səbəb “Qəfləti koronar ölüm, ürək dayanması” olmuşdur ki, bunun Mərkəzi Hərbi Həkim Komissiyasında qeyd edilən “Mülayim dərəcədə ifadə olunmuş posttravmatik stress pozuntusu, davamlı şəxsiyyət dəyişikliyi və davranış pozuntusu” diaqnozu ilə hər hansı səbəbli əlaqəsi ola bilməzdi. İddiaçı mərhum övladı X16 şəhid statusunun verilməsi ilə bağlı cavabdehə müraciət etmişdir. Cavabdeh iddiaçıya ünvanladığı xx.xx.2025-ci il tarixli, 3-43-20/2-2-290/2025 nömrəli məktubunda bildirmişdir ki, iddiaçının mərhum övladı X13, AZ-İİ 331119 nömrəli ölüm haqqında şəhadətnamədə onun 23 yanvar 2023-cü il tarixdə “Ürək dayanmasından qəfləti ölüm kimi təsvir olunmuş hadisə nəticəsində vəfat etdiyi qeyd olunmuşdur. X2 ölümünün hərbi xidmət vəzifələrinin icrası ilə əlaqədar olmadığından ona “Şəhid” statusu adının verilməsi qüvvədə olan qanunvericilik aktlarının tələblərinə uyğun gəlmir. İddiaçı tərəfin dəlilləri: İddiaçı cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Gəncə şəhəri Nizami rayon şöbəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək mərhum X16 şəhid statusunun verilməsi ilə bağlı arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi xx.xx.2025-ci il tarixdə qeydiyyata alınmışdır. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının oğlum X20 Azərbaycan Respublikası Prezidentinin xx.xx.2020-ci il tarixli Sərəncamına və "Azərbaycan Respublikasında Səfərbərlik Hazırlığı və Səfərbərlik Haqqında" Qanuna əsasən xx.xx.2020-ci il tarixdə qismən səfərbərliyə cəlb edilmiş və N saylı hərbi hissəyə təhvil verilmişdir. X20 Azərbaycan Respublikası Silahlı Qüvvələrində xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək iştirak etmişdir. Vətən müharibəsi veteranı olmaqla "Vətən müharibəsi iştirakçısı" medalı ilə təltif olunmuş, Xocavənd, Qubadlı və Cəbrayıl rayonunun işğaldan azad olunmasına görə medalı verilsə də, lakin hələ təltif olunmamışdır. Yaxın vaxtlarda həmin medalların rəsmi veriləcəyi bildirilmişdir. X3, Zəngilan, Qubadlı rayonunda gedən döyüşlərin iştirakçısı olmuşdur. O müharibə bitdikdən sonra ordu sıralarından təxris olunaraq evə qayıtmış, lakin evə qayıtdıqdan sonra onda bir sıra fəsadlar görünmüşdür. Belə ki, X20 əsəbi olmuş, tez- tez dili qatlanaraq sudurqa keçirmiş, hafizəsi silinmiş, heç bir səbəb olmadan hər bir şeyə əsəbləşmiş, evdəki əşyaları qırıb dağıtmış və məcbur olaraq DİN-nin 102 xidmətinə məlumat verilməsi nəticəsində polis əməkdaşları tərəfindən aparılaraq Gəncə şəhər Psixiatriya Xəstəxanasına yerləşdirilmiş və orada 08 iyul 2022-ci il tarixdən 01 avqust 2022-ci il tarixədək və 04 oktyabr 2022-ci il tarixdən 25 oktyabr 2022-ci il tarixədək müalicə almışdır. X20 19 avqust 2022-ci ildə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasından müayinə keçərək "mülayim dərəcədə ifadə olunmuş uzunmüddətli posttravmatik stress pozuntusu. Mülayim dərəcədə ifadə olunmuş davamlı şəxsiyyət dəyişikliyi və davranış pozuntusu" diaqnozu qoyulmuş, həmin xəstəliyin "Hərbi travma olması, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınması, "əngdə və çənədə ikinci hissəvi adentiya. Əngdə 11,12,13,14,16,21,22,25,27-ci dişlərin olmaması. Çənədə 44,45,35,36-cı dişlərin olmaması. 23,24,37,46,47-ci dişlərin kökü. Əlvan dəmrov" diaqnozu ilə səhadətləndirilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin "Psixi Sağlamlıq Mərkəzi" X25 22 sentyabr 2022-ci il tarixli müayinə sənədinə əsasən oğlum X16 "Fəlakətdən sonra yaranan xroniki şəxsiyyət dəyişikliyi F62.0" diaqnozu qoyulmuşdur. Həmin sənədlər əsasında X16 Tibbi Sosial Ekspert Komissiyasının göndərişi əsasında İİ qrup verilməsi məsələsi müzakirədə olunmuş, lakin o, 23 yanvar 2023-cü il tarixdə gecə saatlarında məhlədə olan zaman qəfildən dili qatlanmış və nəticədə vəfat etmişdir. İddiaçı bir ana kimi oğlunu müharibədən qayıtdıqdan sonra dil qatlanması tez-tez baş verdiyi üçün daim müşahidədə saxlamış, 23 yanvar 2023-cü il tarixdə saat 23 radələrində iddiaçını yaşadığı evdə stolda oturan zaman yuxu tutmuş və təxminən 20 dəqiqə mürgülədikdən sonra oğlunun evdə olmamasını görürərək onu səsləmiş, səsi gəlmədiyi üçün evin həyətinə çıxdıqda həyətdə X17 uzanaqlı vəziyyətdə görmüşdür. İddiaçı əli ilə dilini çölə çıxarmağa cəhd etmiş və dərhal Gəncə şəhərində yerləşən Təcili və X11 Şəbəsinə zəng etmişdir. X10 həkim gəldikdən sonra artıq dilinin qatlanaraq boğulması nəticəsində X13 öldüyünü bildirmişlər. X13 evdə olan zaman tez-tez dili qatlanmış və bir çox hallarda iddiaçının səyi nəticəsində və qarşısını ala bilmədiyi zaman Təcili və X11 Şəbəsinin həkimlərin müdaxiləsi zamanı qarşısı alınmışdır. Azərbaycan Respublikası "Tibbi Ərazi Bölmələrini X28" X29 "Gəncə Şəhər Birləşmiş Xəstəxanası" PHŞ "Gəncə şəhər Təcili və X12"nin 27 yanvar 2023-cü il tarixli Arayışına əsasən həqiqətən Təcili və X11 Şəbəsindən iddiaçının yaşadığı ünvana xx.xx.2022-ci tarixdə 13:59-da çağırış olmuş həkim Məmmədov Orxan "Dəqiqləşdirilməmiş nevrotik pozuntular (Posttravmatik davranış və şəxsiyyət pozğunluğu)" diaqnozu qoyulmuşdur və yardım edilmişdir. Həmin ünvana xx.xx.2022- ci il tarixdə iddiaçı tərəfindən saat 19:34-də çağırış olmuşdur. X27 tərəfindn "Epilepsiya tutması (Posttravmatik)" diaqnozu qoyulmuş və yardım olunmuşdur. Yenidən xx.xx.2022-ci il tarixdə saat 18:16-da iddiaçı tərəfindən çağırış olmuşdur həkim Leyla Mustafayeva tərəfindən iddiaçının oğluna "Dəqiqləşdirilməmiş qıcolmalar (Posttravmatik)" diaqnozu qoyulmuş və yardım olunmuşdur. xx.xx.2023-cü il tarixdə saat 23:44-də iddiaçı tərəfindən yenidən çağırış olmuşdur. X21 tərəfindən iddiaçının oğluna "Təcili yardıma qədər ölüm. Qəfləti koronar ölüm." Diaqnozu qoyulmuşdur. Halbuki, meyid müayinə olunmamış və ona görə də ölümün səbəbi məlum ola bilməzdi. Lakin buna baxmayaraq ölüm faktı təsdiq edilərək guman kimi qəfləti karonar ölüm, ürək dayanması kimi qeyd edilmişdir. Ölüm xx.xx.2023cü il tarixdə baş vermişdir. İddiaçının oğlu Səlim xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixə kimi stasionar müalicədə olub və təsdiq edilmiş diaqnoz müharibə dövründə aldığı travma ilə əlaqədar olub. xx.xx.2022-ci ildə dəqiqləşdirilməmiş qıcolma ( postramatiq) diaqnozu ilə tibbi yardım alıb. Beləliklə, mərhumda ardıcıl olaraq travmadan sonrakı baş vermiş qıcolmalar davam etmiş və xx.xx.2023-cü il tarixdə ölüm baş vermişdir. Bütün bunları nəzərə alınsa, ölümün səbəbi müharibə dövründə aldığı travma nəticəsində baş vermiş "epilepsiya tutmaları" (postravmatik) nəticəsində olmuşdur. Əgər müayinə edilməyibsə, mərhumun neqativliyi xəstəliklər nəzərə alınmalıdır. İddiaçının oğlu Səlim hərbi xidmətə gedənə kimi sağlam olub, ölüm baş verənə kimi hər hansı bir ürək xəstəliyi aşkar edilməyib, ölənə kimi mərhumda yalnız müharibə dövründə yarandığı xəstəliklər aşkar edilib. Bunları nəzərə alsaq ölümün səbəbi müharibə dövründə yarandığı xəstəliklərin nəticəsi olmuşdur. Hazırda iddiaçı oğlunun həyətdə öldüyü yerdən keçə bilmir. Hər dəfə həmin yeri görəndə oğlunun ölüm hadisəsi gözümün qabağına gəlir. Özü şəkər xəstəsidir. X6 insulindən asılı şəkərli diabet, Periferik qan dövranının pozğunluğu ilə., sol ayağın İ,İİ,İİ,İV və V barmağın amputasiyası cərrahi əməliyyatından sonrakı vəziyyət. Sağ ayağın diabetik angiopatiyası İİ-İİ dərəcə. xx.xx.2017-ci il tarixdə Bakı Akademik M.Mirqasımov adına Respublika Klinik Xəstəxanasında xəstəyə sol pəncə və baldırda fleqmonanın açılması, İ,İİ,İİİ, İV və V barmağın amputasiyası cərrahi əməliyyatından sonrakı vəziyyət. Hər iki aşağı ətrafda olan daima üzücü ağrılar. Endokrin pozğunluqlara görə ikincili hipertenziya, İİ B dərəcə diaqnozu qoyulmuş, ümumi səbəblərdən orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş və İ qrup əlildir. X23rğa əməliyyatından sonra ayaqları tutulmuş, heç bir hərəkət edə bilməyərək yataq xəstəsidir. X9 23 yanvar 2023-cü il tarixdə vəfat etdikdən sonra Gəncə şəhər İcra Hakimiyyətinin Başçısı Niyazi Bayramov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Gəncə şəhər Nizami rayon şöbəsinin səlahiyyətli şəxsləri, Türkiyə Respublikasının Gəncə şəhərində yerləşən konsolluğunun səlahiyyətli nümayəndələri iştirak etmiş və iddiaçıya oğlun şəhiddir deyə bildirilərək yas mərasiminin və qəbir daşının bütün xərclərini səlahiyyətli şəxslər çəkmiş, oğlunun qəbir daşının üzərinə isə səlahiyyətli şəxslər X1 qeyd etdirmişlər. Lakin buna baxmayaraq iddiaçının oğluna şəhid adı statusunu ala bilməmişdir. Halbuki, oğlunun ölüm səbəbi müharibədə almış olduğu travma nəticəsində baş vermişdir. İddiaçının oğlu müharibəyə getməmişdən öncə onda ürək xəstəliyi və ya travması olmamışdır. Əgər belə olsaydı, oğlu həkim komissiyasından keçən zaman onda fəsadlar müəyyən oluna və o müharibəyə aparılmazdı. İddiaçı oğlunun məzarına ziyarətə gedəndə qəbir daşının üzərində şəhid adını görəndə bir az da olsa təskinlik tapır, istəyir ki, onun da oğlunun şəkli şərəf lövhəsində digər şəhidlərlə yan-yanan asılsın. Lakin oğluna rəsmi olaraq şəhid statusu verilməməsi səbəbindən bunu etməkdə utancaqlıq hissi keçirir. İddiaçı bədbəxt bir anadır. Ərinin yataq xəstəsi olması və oğlunun ölməsi onu həyatdan küsdürür, artıq nə üçün yaşadığını belə bilmir. İddiaçının oğlu müharibədən qayıtdıqdan sonra həmişə ağlayaraq iddiaçıya "Kaş müharibədə şəhid olaydım, amma bu xəstəliyi tapmazdım. İndən sonra mən avtomaşın sürə bilməyəcəm və dostlarımla görüşməyə belə utanıram ki, birdən dilim yenə də qatlanar və utanaram" deyə bildirirdi. Hər gün gözünün qabağına iddiaçının oğlunun iddiaçıya dediyi bu sözlər gəlir və bu sözləri xatırladıqca göz yaşlarını saxlaya bilmir. Azərbaycan Respublikası "Tibbi Ərazi Bölmələrini X28" X29 "Gəncə Şəhər Birləşmiş Xəstəxanası" PHŞ "Gəncə şəhər Təcili və X12"nin 27 yanvar 2023-cü il tarixli Arayışından görünür ki, iddiaçının oğlunda tez-tez dilqatlanması nəticəsində həkimlər tərəfindən "Postravmatik davranış və şəxsiyyət pozğunluğu", "Epilepsiya tutması (Postravmatik), "Dəqiqləşməmiş qıcolmalar (Postrvmatik)" diaqnozu qoyulmuş, hər hansı başqa bir xəstəlik aşkar edilməmişdir. İddiaçı oğluna şəhidlik statusunun verilməsi barədə Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Xidmətinin Gəncə Şəhəri Nizami Rayon Şöbəsinə müraciət etsə də, cavabdeh orqan tərəfindən iddiaçıya 06 fevral 2025-ci il tarixli məktubla imtina verilmiş, həmin məktub iddiaçıya 21 fevral 2025-ci il tarixdə rəsmi qaydada verilmişdir. İddiaçının gözü yaslı qalmamasını və ürəyində azacıq da olsa təskinlik tapmasına görə X9na şəhidlik statusunun verilməsi vəzifəsinin Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Xidmətinin Gəncə Şəhəri Nizami Rayon Şöbəsinin üzərinə qoyulması barədə qərar çıxarasılmasına köməklik edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak etmiş iddiaçı ərizədə qeyd olunanlarla eyni məzmunda izahat vermiş və iddianın təmin olunmasını xahiş etmişdir. Cavabdeh tərəfin dəlilləri: Cavabdeh iddia tələbinə etirazını təqdim etməmiş, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Cavabdehin nümayəndəsinin şifahi məhkəmə baxışı ilə bağlı məhkəmə iclasına gəlməməsinə baxmayaraq, məhkəmə işə baxa və iş üzrə qərar qəbul edə bilmişdir. Belə ki, tərəflər onlara təqdim olunmuş bildirişdə məhkəmə iclasında iştirak etmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi). Əsaslandırma hissəsi: İddia mümkün iddiadır. Belə ki, iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın məhkəmə və ərazi aidiyyəti düzgün müəyyən olunmuşdur. İddiaçı Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. Məhkəmə işin faktiki hallarına və aşağıda qeyd olunan normalara əsasən iddianı əsassız hesab edir. İşin faktiki hallarından görünür ki, iddiaçı şəhidin ailə üzvü statusunun verilməsi ilə bağlı cavabdehə müraciət etmiş, cavabdeh orqan iddiaçının müraciətini əsassız hesab etmiş, bundan sonra iddiaçı eyni tələblə məhkəməyə müraciət etmişdir. “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən şəhid Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatla əlaqədar itkin düşən və qanunvericiliklə müəyyənləşdirilmiş qaydada ölmüş hesab edilən şəxsdir. Həmin Qanunun 2-ci maddəsində qeyd olunur ki, Bu Qanunun 1-ci maddəsində göstərilən şəxslərə şəhid və ya şəhid ailəsi statusu verilməsi üçün marağı olan şəxs müvafiq dövlət orqanlarına müraciət edir. Bu məsələyə dövlət orqanının və ya müvafiq hərbi hissənin vəsatəti ilə də baxıla bilər. Müvafiq dövlət orqanı müraciətləri və vəsatətləri dərhal qəbul edib bir aydan gec olmayaraq şəhid və ya şəhid ailəsi statusu barədə bu Qanuna müvafiq surətdə sənəd verməlidir. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) şəhid və şəhid ailəsi statusu almış şəxslərin vahid informasiya bazasını yaratmaq məqsədilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) elektron informasiya sistemində şəhid və şəhid ailəsi statusu almış şəxslərin reyestrini elektron formada aparır. Şəhid və şəhid ailəsi statusu almış şəxslərin reyestrinin aparılması qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 yanvar 1994-cü il tarixli 10 saylı qərarı ilə təsdiq edilmiş “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydaları”: 1.1. Şəhid — Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olmuş, hərbi əməliyyatla əlaqədar itkin düşən və qanunvericiliklə müəyyən edilmiş qaydada ölmüş hesab edilən şəxsdir. 1.2. 1.2. Aşağıdakılar şəhid hesab edilirlər: 1.2.1. 1990-cı ilin yanvarında Bakı şəhərində, Lənkəran və Neftçala rayonlarında faciəli hadisələr nəticəsində həlak olanlar; 1.2.2. 11 dekabr 1988-ci ildə Leninakanda qəzaya uğrayan təyyarədə həlak olmuş şəxslər; 1.2.3. Azərbaycan Respublikasında 1988-ci ildən 1990-cı ilin yanvar ayınadək olan dövrdə Sovet Ordusunun qeyri-qanuni hərəkətləri və ya manevrləri nəticəsində həlak olmuş vətəndaşlar; 1.2.4. Ermənistanla sərhəd rayonlarında və Qarabağda erməni təcavüzü, habelə ölkənin digər ərazilərində erməni hərbi təxribatı (hücumu, zərbəsi) nəticəsində həlak olmuş və itkin düşmüş mülki vətəndaşlar; 1.2.5 Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan hərbi əməliyyatlar zamanı həlak olmuş və itkin düşmüş hərbi qulluqçular; 1.2.6. Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü ilə əlaqədar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş digər hadisələrdə, o cümlədən atəşkəs dövründə döyüş şəraitində olan hərbi hissələrdə və ya daxili işlər, xüsusi dövlət mühafizə, dövlət təhlükəsizliyi və xarici kəşfiyyat orqanlarında, habelə Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətində, Xüsusi Rabitə və X4 Xidmətində, X5 Dövlət Agentliyində döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üzrə xidməti vəzifəsinin icrası zamanı həlak olmuş, itkin düşmüş və məhkəmənin qərarına əsasən ölmüş hesab edilmiş şəxslər;[3] 1.2.7. Azərbaycan Respublikasının dövlət sərhədinin mühafizəsi üzrə xidməti vəzifələrinin icrası zamanı həlak olmuş və ya itkin düşmüş hərbi qulluqçular. 2.1. Şəhid ailə üzvləri aşağıdakılar hesab olunurlar; 2.1.1. arvadı (əri); 2.1.2. valideynləri; 2.1.3. 18 yaşına çatmamış uşaqları, 18 yaşınadək əlilliyi müəyyən edilmiş 18 yaşından yuxarı əlilliyi olan övladları; 2.1.4. qardaşları və bacıları — uşaq evlərində tərbiyə olunanlar; 2.1.5. babalar və nənələr, qanunla onları saxlayan şəxs yoxdursa; 2.1.6. 2.1.3 və 2.1.4 bəndlərində göstərilənlər əyani təhsil müəssisələrində, təhsil aldıqda 23 yaşa çatanadək ailə üzvü hesab edilirlər Qeyd olunan hüquq normalarının tələbləri baxımından Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan hərbi əməliyyatlar, habelə döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üzrə xidməti vəzifəsinin icrası zamanı həlak olmuş və itkin düşmüş hərbi qulluqçular şəhid hesab edilirlər. Başqa sözlə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1994-cü il tarixli 10 nömrəli qərarı ilə təsdiq olunmuş "Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi Qaydaları"nda şəhid adının verilə biləcəyi şəxslərin kateqoriyaları dəqiq müəyyən edilmişdir. Lakin iddiaçının oğlu həmin kateqoriya şəxslərin statusuna malik olmamışdır. Yəni iddiaçının oğlunun şəhid hesab edilməsi üçün Qaydaların 1.2-ci bəndində olan halların hər hansı biri mövcud olmamışdır. Halbuki, Konstitusiya Məhkəməsi Plenumununun «Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə dair 30 dekabr 2008-ci il tarixli Qərarında Konstitusiya Məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, "Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Qanunun 1- ci maddəsi Azərbaycan Respublikasının Silahlı Qüvvələrində hərbi xidməti vəzifəsi çərçivəsində Azərbaycan Respublikasının suverenliyinin və ərazi bütövlüyünün qorunmasından irəli gələn borcunu həyata keçirməsi ilə bağlı həlak olmuş şəxslərin də şəhid hesab olunduğunu əhatə edir. Bu qanun norması şəhid adının verilməsi üçün üsul, şərait və vəziyyətdən asılı olmayaraq göstərilən şəxslərin həlak olması ilə Azərbaycan Respublikasının azadlığının, suverenliyinin və ərazi bütövlüyünün qorunması arasında səbəbli əlaqənin mövcudluğunu şərtləndirir. İş materiallarında olan sənədlərlə məlum olur ki, X2 ölümü döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üzrə xidməti vəzifəsinin icrası zamanı olmamışdır. Onun ölüm səbəbi tərxis olunduqdan sonra Qəfləti koronar ölüm, ürək dayanmasından olmuşdur. “Mülki işlər üzrə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin 2010-cu il tarixli 1 nömrəli Bülletenində göstərilmişdir ki, “Şəxsin Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə aldığı yaralar nəticəsində sonradan vəfat etməsi faktı həmin “şəxsə” statusunun və bununla bağlı güzəşt və imtiyazların verilməsi üçün əsasdır”. Həmçinin, Ali Məhkəmənin sözügedən sənədində qeyd edilmişdir ki, “şəxsin Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə aldığı yaralardan vəfat etməsi zamanı həmçinin əsas o hal sübut olunmalıdır ki, yara almış şəxs yara aldığı vaxtdan həlak olan ana qədər fasiləsiz müalicə olunmuş, lakin müalicəyə baxmayaraq vəfat etmişdir”. Lakin iş üzrə əldə olunmuş ekspert rəyinə əsasən S.K.Kərimovun ölümünə səbəb “Qəfləti koronar ölüm, ürək dayanması” olmuşdur ki, bunun Mərkəzi Hərbi Həkim Komissiyasında qeyd edilən “Mülayim dərəcədə ifadə olunmuş posttravmatik stress pozuntusu, davamlı şəxsiyyət dəyişikliyi və davranış pozuntusu” diaqnozu ilə hər hansı səbəbli əlaqəsi ola bilməzdi. Göründüyü kimi, yuxarıda istinad olunan normalarda nəzərdə tutulmuş səbəbli əlaqə hazırkı iş üzrə iddiaçının mərhum oğluna münasibətdə müəyyən edilmədiyinə görə, inzibati orqanın iddiaçının oğluna şəhid statusu verilməsindən imtinası qanuni və əsaslı olmuşdur. Beləliklə, məhkəmə icraatında təsdiq olunmuş və barələrində proses iştirakçılarının öz münasibətlərini bildirmək imkanına malik olduqları faktları və sübutları araşdıraraq məhkəmə hesab edir ki, iddia təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə qərarı yalnız mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatında (şifahi məhkəmə baxışında) iştirak etmiş hakimlər (hakim) tərəfindən qəbul edilə və imzalana bilər. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75-ci, 78-ci və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Gəncə şəhəri Nizami rayon şöbəsinə qarşı mərhum X16 şəhid statusunun verilməsi ilə bağlı arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası təmin edilməsin. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Zəfər Quliyev
Məhkəmə qərarları › İş №2-1(114)-3417/2025
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-3417/2025
15.05.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver