Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-342/2022 07.04.2022 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Axundov Emin Tahir oğlunun sədrliyi, Xəlilov Eldar Yaşar oğlunun katibliyi ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsinə qarşı dövlət aktında düzəliş edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı (bundan sonra mətndə iddiaçı) cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsinə (bundan sonra mətndə cavabdeh) qarşı iddia ərizəsi ilə xx.xx.2022-ci il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, Bərdə Rayon Aqrar İslahat Komissiyasının xx.xx.1999-cu il tarixli, 05 saylı qərarı əsasında DTXK-nın Bərdə rayon şöbəsi tərəfindən verilmiş JN-299 nömrəli KOD 61010028 nömrəli “Torpağa mülkiyyət hüququna dair” dövlət aktında “X6” kimi adının səhv göstərilməsi və adının şəxsiyyət vəsiqəsində olduğu kimi “İddiaçı” olmasını nəzərə alınaraq “Torpağa mülkiyyət hüququna dair” dövlət aktında düzəliş edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx xxxxxx 1981-ci ildə Bərdə rayonu, Piyadalar kəndində anadan olmuşdur, hazırda da həmin kənddə yaşayır. Adı «Malik», ata adı «Məcid», soyadı «Fərzəliyev»-dir, bu ad ilə doğum haqqında şəhadətnamə, şəxsiyyət vəsiqəsi də almışdır. Həmçinin nikah haqqında şəhadətnamədə və digər sənədlərdə də adı «Malik» yazılmışdır. Bütün sənədlərində ad, ata adı və soyadı İddiaçı kimi qeyd olunmuşdur. Bərdə Rayon Aqrar İslahat Komissiyasının 04 may 1999-cu il tarixli, 05 saylı qərarı ilə mərhum X1 və o, İddiaçı ibarət ailə üzvlərinə Bərdə rayonu, Piyadalar kəndində yerləşən 0,57 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi mülkiyyətlərinə verilmişdir. Qərar əsasında DTXK-nın Bərdə rayon şöbəsi tərəfindən onlara JN-299 nömrəli KOD 61010028 olan “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktı verilmişdir. Lakin həmin Dövlət aktında o, İddiaçı olmağına baxmayaraq, dövlət aktının 2-ci vərəqəsində səhvən adı Məmiş kimi göstərilmiş və dövlət aktında adı, ata adı və soyadı “X6” kimi yazılmışdır. X1 01 oktyabr 2015-ci ildə ölmüşdür. Hazırda o, atasından miras qalan həmin kənd təsərrüfatı təyinatlı torpaq sahəsini qəbul etmiş və mülkiyyət hüququna dair çıxarış almaq istəyir. Ancaq “Torpağa mülkiyyət hüququna dair” JN-299 KOD 61010028 olan dövlət aktında adının düzgün qeyd edilməməsi üçün bir sıra çətinliklər yaradır və gələcəkdə də çətinliklər yaradacaqdır. Bununla bağlı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 7 saylı Ərazi Bərdə Ərazi İdarəsinə müraciət etmişdir. Lakin cavabdeh inzibati orqan xx.xx.2021-ci il tarixli, **********87 nömrəli məktubunda göstərilmişdir ki, onlara və ailə üzvlərinə məxsus Bərdə rayonu, Piyadalar kəndində yerləşən 0,57 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin verilməsi barədə “Torpağa mülkiyyət hüququna dair” JN-299 nömrəli 61010028 kodlu dövlət aktında İddiaçı hansı səbəbdən səhv olaraq X2 yazılması onlara məlum deyildir. Həmin sənədin vətəndaşa məxsus olması faktının təsdiq edilməsi, eyni zamanda həmin səhvin düzəldilməsi xidmətin 7 saylı Bərdə Ərazi İdarəsinin səlahiyyətinə aid deyildir. O, qeyd edilən dövlət aktında adının düzgün qeyd edilməsini başqa yolla əldə edə bilmir. Ona görə də “Torpağa mülkiyyət hüququna dair” dövlət aktında adının səhv yazılması nəticəsində onun hüquqları pozulmuşdur və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsi tərəfindən dövlət aktında adının düzəldilmədiyi üçün hüquqlarının təmin edilməsi məqsədi ilə məhkəməyə ərizə verməyə məcbur olmuşdur. Məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə məlumat verilməsinə baxmayaraq iddiaçı məhkəmə iclasına gəlməmiş, cavabdeh isə nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə, Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 62.3-cü maddəsinin tələblərinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: Bərdə rayonu üzrə pay torpaq sahəsi almaq hüququ olan vətəndaşlarının siyahısının təsdiqlənmiş surətindən görünür ki, X4 və İddiaçı 0,08 ha pay torpaq sahəsi ayrılmışdır. “Torpağa mülkiyyət hüququna dair” JN-299 KOD 61010028 nömrəli dövlət aktının təsdiqlənmiş surətindən görünür ki, Bərdə Rayon Aqrar İslahat Komissiyasının 04 may 1999-cu il tarixli, 05 nömrəli qərarı ilə X4 və X5 Bərdə rayonu, Piyadalar kəndində yerləşən 0.57 ha torpaq sahəsi verilmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Xidməti publik hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsinin xx.xx.2021-ci il tarixli **********55 nömrəli məktubunda iddiaçıya və ailə üzvlərinə məxsus Bərdə rayonu, Piyadalar kəndində yerləşən 0,57 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin “Torpağa mülkiyyət hüququna dair” JN-299 saylı dövlət aktında hansı səbəbdən İddiaçı əvəzinə səhv olaraq X2 yazılmasının onlara məlum olmadığı, həmin sənədin vətəndaşlara məxsus olması faktının təsdiq edilməsinin, eyni zamanda həmin səhvlərin düzəldilməsinin Xidmətin 7 saylı Bərdə Ərazi İdarəsinin səlahiyyətlərinə aid olmadığı bildirilmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Xidməti publik hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli, **********65 nömrəli məktubunun surətindən görünür ki, xx.xx.1999-cu il tarixli, JN-299 nömrəli, 61010028 kodlu “Torpağa mülkiyyət hüququna dair” dövlət aktı X4 və X5 verilmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, mübahisə ilə bağlı məhkəmə hesab edir ki, iddia təmin edilməməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddiaçı İnzibati Prosessual Məcəllənin 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. İddia mümkün iddia olsa da, mahiyyət baxımından əsaslı deyil. Belə ki, iş üzrə araşdırılmış sübutlarla müəyyən edilmişdir ki, xx.xx.1999-cu il tarixli, JN-299 nömrəli, 61010028 kodlu “Torpağa mülkiyyət hüququna dair” dövlət aktında Bərdə Rayon Aqrar İslahat Komissiyasının xx.xx.1999-cu il tarixli, 05 saylı qərarı əsasında verilmiş 0.57 ha torpaq sahəsinin mülkiyyətçiləri sırasında X3 adı qeyd edilsə də, iddiaçı “X6” kimi adının səhv göstərilməsini qeyd etmiş və “İddiaçı” kimi yazılmasını tələb etmiş, cavabdeh orqan isə bundan imtina etmişdir. Bərdə rayonu üzrə pay torpaq sahəsi almaq hüququ olan vətəndaşlarının siyahısının təsdiqlənmiş surətindən görünür ki, X4 və İddiaçı 0,08 ha pay torpaq sahəsi ayrılmışdır. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Xidməti publik hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli, **********65 nömrəli məktubunun surətindən görünür ki, xx.xx.1999-cu il tarixli, JN-299 nömrəli, 61010028 kodlu “Torpağa mülkiyyət hüququna dair” dövlət aktı X4 və X5 verilmişdir. Beləliklə, iddiaçı xx.xx.1999-cu il tarixli, JN-299 nömrəli, 61010028 kodlu “Torpağa mülkiyyət hüququna dair” dövlət aktında adının səhv göstərildiyini qeyd etsə də, iş materiallarında olan sənədlərdən görünür ki, həmin dövlət aktı X4 və X5 verilmişdir. Göründüyü kimi cavabdeh inzibati orqanın hərəkətlərində heç bir qanun pozuntusu yoxdur və mübahisə predmeti olan dövlət aktında düzəliş edilməsi onun səlahiyyətlərinə aid deyil. Belə olan halda məhkəmə hesab edir ki, iddia təmin edilməməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən, xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin tək başına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun:- -2-ci maddəsinə əsasən Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. -10.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı bu qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin, onun tərəfindən vəkil edilmiş şəxsin bilavasitə təqdim edilən və ya notarius, yaxud qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər vasitəsilə göndərilən ərizəsi əsasında aparılır. -10.2-ci maddəsinə əsasən qeydiyyat orqanına verilən ərizəyə hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri, torpaq sahəsinin planı və ölçüsü, torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakının (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi, dövlət rüsumunun ödənilməsi barədə sənəd əlavə olunur. -11-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin:- -2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında inzibati məhkəmələr tərəfindən baxılır. -34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. -68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçun əsas olmuş səbəblər göstərilməlidir. N ə t i c ə v i h i s s ə: Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2, 34, 68, 69, 73, 75, 78, 81 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərar aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsinə qarşı dövlət aktında düzəliş edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia təmin edilməsin. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Emin Axundov
Məhkəmə qərarları › İş №2-1(114)-342/2022
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-342/2022
07.04.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver