Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-342/2024 16.04.2024 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nin 3 saylı Gəncə Ərazi İdarəsi qarşı torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması tələbinə dair iş üzrə Giriş hissə: Hakim Əliyeva Gülşən Talıb qızının sədrliyi, Əsgərov Yadigar Əsgər oğlunun katibliyi, İddiaçı nümayəndəsi (qardaşı) X3 və X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə Gəncə İnzibati Məhkəməsinin (Gəncə şəhəri, H.Əliyev prospekti, 105) binasında açıq məhkəmə iclasında şifahi dinləmələr qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. Təsviri hissə: I. İşin halları
1. İddiaçıya məxsus xx.xx.1987-ci il tarixli İT-İ ******* nömrəli əmək kitabçasından məlum olur ki, İddiaçı xx.xx.1987-ci il tarixdən xx.xx.1996-cı il tarixədək “Billur” zavodunda 1 nömrəli sexdə nəzarətçi işləmişdir.
2. Kirovabad şəhər X12 İcraiyyə Komitəsinin xx.xx.1980-ci il tarixli 208-8/8 nömrəli qərarı ilə Billur zavoduna yardımçı təsərrüfat məqsədi ilə 9.0 ha torpaq sahəsinin ayrılması qərara alınmışdır.
3. Gəncə şəhər İcra Hakimiyyəti başçısının xx.xx.1995-ci il tarixli 758 nömrəli sərəncamı ilə “Billur” X8 xx.xx.1994-cü il tarixli 68/06 nömrəli məktubunu nəzərə alaraq və bu haqda Gəncə şəhər X4 30 noyabr 1994-cü il tarixli 97 nömrəli qərarına əsasən, xx.xx.1980-ci il tarixli 208-8/8 nömrəli qərarı ilə Birliyə yardımçı təsərrüfat məqsədi ilə ayrılmış torpağın 7.0 ha sahəsi “Billur” X8 işçilərinə bağçılıq üçün ayrılması qərara alınmış və “Billur” X10 tapşırılmışdır ki, bağ sahəsi ayrılacaq işçilərin siyahısını təsdiq üçün Gəncə Şəhər İcra Hakimiyyətinə təqdim etsin.
4. "xxxx" ASC-nin rəhbərliyinin və Həmkarlar Təşkilatının birgə iclasının xx.xx.2009-cu il tarixli 05 saylı protokolu ilə "xxxx" ASC-nin nəzdində yaradılmış “Billur” bağçılıq-yoldaşlığının tərkibinə yenidən baxılmış və "xxxx" ASC-nin sex, sahə və şöbələri tərəfindən yeni təqdim olunmuş və "xxxx" ASC-nin rəhbərliyi və Həmkarlar Təşkilatı ilə razılaşdırılmış siyahıdakı işçilərin “Billur” bağçılıq-yoldaşlığına üzv qəbul edilməsi və hər bir nəfərə sahəsi 450 kv.m, ölçüləri 18mx25m olan torpaq sahəsinin verilməsi qərara alınmışdır.
5. "xxxx" ASC-nin rəhbərliyinin və Həmkarlar Təşkilatının birgə iclasının xx.xx.2009cu il tarixli 05 saylı protokolundan xx.xx.2011-ci il tarixli 137 nömrəli çıxarışdan görünür ki, İddiaçı Gəncə Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.1995-ci il tarixli 758 saylı sərəncamı ilə “Billur” X8 işçilərinə ayrılmış bağçılıq təsərrüfatına üzv qəbul edilmiş və Gəncə şəhər baş memarı ilə razılaşdırılmış layihədə, ona sahəsi 18m x 25m olan B-4 saylı sahə ayrılmışdır.
6. "xxxx" ASC-nin Həmkarlar Təşkilatının möhürü ilə möhürlənmiş siyahıda İddiaçı adı 107-cı sırada qeyd edilmişdir.
7. Gəncə Şəhər İcra Hakimiyyətinin Memarlıq və Tikinti şöbəsinin iddiaçıya ünvanladığı xx.xx.2014-cü il tarixli 60 nömrəli məktubunda bildirilmişdir ki, Məhsəti qəsəbəsi, “Billur” BYB-nin ərazisində yerləşən ona məxsus torpaq sahəsində müvafiq qaydada razılaşdırılmış layihə əsasında bağ evinin inşa edilməsinə Memarlıq və tikinti şöbəsi etiraz etmir. Tikinti işləri razılaşdırılmış layihə əsasında aparılmalıdır, əks təqdirdə tikililər qeyri-qanuni hesab olunacaqdır.
8. Azərbaycan Respublikası Dövlət X9 xx.xx.2020-ci il tarixli 1057/4 nömrəli arxiv arayışından görünür ki, “Billur Bağçılıq” Yoldaşlığının öz əməkdaşlarına torpaq sahələrinin paylanması haqqında adlı siyahısı X15 Filialına təhvil verilməmişdir.
9. İddiaçı göstərilən sənədləri təqdim etməklə cavabdeh orqana müraciət edərək, Gəncə şəhəri, Məhsəti qəsəbəsində yerləşən torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasını xahiş etmiş, cavabdeh orqan xx.xx.2023-cü il tarixli məktubla iddiaçının müraciətini təmin etməkdən imtina edərək, imtinasını onunla əsaslandırmışdır ki, aparılan araşdırma zamanı, “Billur” bağçılıq yoldaşlıq birliyi tərəfindən ayrılmış torpaq sahəsinin arxiv sənədlərinin Ərazi İdarəsinə təhvil verilmədiyi müəyyən edilmişdir. Məlumat üçün bildirilir ki, Azərbaycan Respublikası Prezidentinin 22 may 2007-ci il tarixli 2186 saylı “Yerli icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin ləğv edilməsi” barədə sərəncamına əsasən ləğv olunan bağ təsərrüfatı idarələrinin arxivlərinin Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinə verilməsinin təmin edilməsi Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılmışdır. Yuxarıda qeyd edilənləri nəzərə alaraq müraciətin icrası mümkün olmamışdır.
10. "xxxx" ASC-nin xx.xx.2024-cü il tarixli 01 nömrəli arayışına əsasən İddiaçı həqiqətən “Billur” zavodunda (hal-hazırda "xxxx" ASC-də) xx.xx.1987-ci il tarixdən xx.xx.1996-cı il tarixədək 1 saylı sexdə nəzarətçi işində işləmişdir. “Billur” zavodu xx.xx.2005-ci il tarixdən Ədliyyə Nazirliyinin 03xx-xx-3313 saylı şəhadətnaməsinə əsasən "xxxx" ASC adlandırılmışdır. "xxxx" ASC-nin sənədləri blankda tərtib edilir (künc ştampı əvəzinə) dairəvi möhürlə təsdiqlənir.
11. Məhkəmənin sorğusuna Azərbaycan Respublikası Dövlət X6 xx.xx.2023-cü il tarixli 3-48-DA-4F/2-1753/8/2023 nömrəli cavab məktubunda bildirilmişdir ki, Gəncə Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.1995-ci il tarixli 758 saylı sərəncamının verilməsinə əsas olan sənədlər filiala təhvil verilməmişdir.
12. Məhkəmənin sorğusuna Gəncə Şəhər İcra Hakimiyyəti başçısının Aparatının xx.xx.2024-cü il tarixli 5-1/2-xx/xx/2024 nömrəli cavab məktubunda bildirilmişdir ki, “Billur” X8 sənədləri 2021-ci il tarixdə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinə göndərildiyi üçün xx.xx.1995-ci il tarixli 758 saylı sərəncamına əlavə edilmiş siyahıda (bağ sahəsi ayrılacaq işçilərin siyahısı) İddiaçı adının olubolmaması barədə məlumat təqdim edə bilmirlər.
13. Məhkəmənin sorğusuna Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli 3-21-3-33/2-1362/2024 nömrəli cavab məktubunda bildirilmişdir ki, 3 saylı Gəncə Ərazi İdarəsinin arxiv sənədlərinə və elektron baza məlumatlarına əsasən “Billur” EİB-nin işçilərinə torpaq sahəsi ayrılması haqqında Gəncə Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.1995-ci il tarixli 758 saylı sərəncamı və ona əlavə edilmiş sənədlər Ərazi İdarəsi təhvil verilmədiyi üçün müraciətin icrası mümkün olmamışdır.
14. Məhkəmənin sorğusuna 12 saylı Ərazi Vergilər Baş İdarəsinin xx.xx.2024-cü il tarixli **********288200 nömrəli cavab məktubunda bildirilmişdir ki, hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestr məlumatlarına əsasən "xxxx" Açıq Səhmdar Cəmiyyəti (VÖEN: **********) Ədliyyə Nazirliyi tərəfindən xx.xx.2004-cü il tarixdə D-3535 sayla dövlət qeydiyyatına alınmış "X16” ASC-nin mülkiyyət formasının və adının dəyişilməsi ilə əlaqədar onu bazasında hüquqi varislik prinsipi əsasında yaranmışdır. "X16” Açıq Səhmdar Cəmiyyəti isə İqtisadi İnkişaf Nazirliyi Dövlət Əmlakının İdarə olunması və Özəlləşdirilməsi Departamentinin xx.xx.2004-cü il tarixli 216 nömrəli sərəncamına əsasən Azərbaycan Respublikasının 208-İQ nömrəli 1996-cı il 29 noyabr tarixli Qanunu ilə təsdiq edilmiş “Dövlət müəssisəsinin səhmdar cəmiyyətinə çevrilməsinin qaydaları haqqında Əsasnaməyə” uyğun olaraq Azərbaycan Respublikası Dövlət Xüsusi Maşınqayırma və Konversiya Komitəsinin tabeliyində olan “Billur” X8 müəssisələri (Gəncə “Billur” zavodu (baş müəssisə) və X13 Zavodu) daxil edilməklə çevrilməsi nəticəsində yaranmışdır və onun hüquqi varisidir.
15. Həmin məktuba əlavə edilmiş sənədlərlə müəyyən edilir ki, Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi Dövlət Əmlakının İdarə olunması və Özəlləşdirilməsi Departamentinin xx.xx.2004-cü il tarixli 216 nömrəli sərəncamına 1 nömrəli Əlavə ilə “Billur” X8 baş müəssisəsi olan Gəncə “Billur” zavodunun "X16” ASC-nin tərkibinə verilmişdir. Həmin Sərəncama 2 nömrəli Əlavə ilə “Billur” X8 Gəncə şəhəri Çini qablar zavodunun şimal hissəsində yerləşən bağçılıq sahəsinin müvafiq icra hakimiyyəti orqanının balansına verilməsi nəzərdə tutulmuşdur. II. Məhkəmədə icraat
16. İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Gəncə Şəhər İcra Hakimiyyəti başçısının 15 mart 1995-ci il tarixli 758 saylı sərəncamı ilə ona “Billur” X8 yardımçı təsərrüfat torpaq sahəsindən verilmiş sahəsi 450 kv.m, ölçüləri 18x25 m olan torpaq sahəsi üzərində hüquqlarının dövlət qeydiyyatına alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir.
17. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.1987-ci ildən xx.xx.1996-cı il tarixədək “Billur” zavodda işləmişdir. Təxminən 1991-ci ildən etibarən o, yaşayış sahəsinə ehtiyacı olan işçi kimi zavodda mənzil növbəsinə alınmışdır. Lakin zavod onu və eləcə də onunla birlikdə bir çox işçini mənzillə təmin edə bilmədiyi üçün Gəncə Şəhər İcra Hakimiyyəti başçısının 15 mart 1995-ci il tarixli №758 saylı Sərəncamı ilə Kirovabad şəhər X7 İcrayyə Komitəsinin xx.xx.1980-ci il tarixli 208-8/8 №li qərarı ilə yardımçı təsərrüfat məqsədilə “Billur” Zavoda ayrılmış 9.0 ha torpaq sahəsinin “Billur” X8 işçilərinə bağçılıq üçün ayrılması və torpaq sahəsi ayrılacaq işçilərin siyahısının Gəncə Şəhər İcra Hakimiyyətinə təqdim edilməsi barədə göstəriş verilmişdir. Sərəncamda göstərilənlərlə əlaqədar olaraq müəssisə tərəfindən torpaq sahəsi ayrılacaq şəxslərin siyahısı hazırlanıb Gəncə Şəhər İcra Hakimiyyətinə təqdim edilmişdir. Adı həmin siyahıda 107-ci olaraq göstərilmişdir. Bundan sonra ona sahəsi 18x25 m olan B-4 saylı torpaq sahəsi ayrılmışdır. Onlar, yəni torpaq sahəsi ayrılmış işçilər onlara ayrılmış torpaq sahələrini sənədləşdirə bilmədikləri üçün 2009-cu ildə "xxxx" ASC-nin rəhbərliyinə müraciət etmişlər. Onların müraciətlərinə əsasən "xxxx" ASC-nin rəhbərliyinin və Həmkarlar Təşkilatının xx.xx.2009cu il tarixli birgə iclasında 160 (bir yüz altmış) nəfərdən ibarət olan razılaşdırılmış siyahıdakı işçilərin, o cümlədən onun “Billur” bağçılıq yoldaşlığına üzv qəbul edilmələri və hər birinə sahəsi 450 kv.m, ölçüləri 18x25 m olan torpaq sahəsinin verilməsi qərara alınmışdır. 09 iyul 2014-cü il tarixdə onun torpaq sahəsində inşa edəcəyi evin layihəsi Gəncə şəhərinin baş memarı tərəfindən razılaşdırılmışdır. O, maddi imkanı olmadığından yaşayış evini inşa etdirə bilməmişdir. Lakin torpaq sahəsi ona təhvil veriləndən halhazıradək onun istifadəsində və sahibliyindədir. Bir müddət əvvəl o, yaşayış evinin tikintisini davam etdirmək qərarına gəlmiş və buna görə torpaq sahəsini əvvəlcə daşınmaz əmlakın dövlət reyestrində adına qeydiyyata aldırmaq istəmişdir. Bunun üçün o, 2023-cü ilin avqust ayında cavabdeh Daşınmaz Əmlakın Dövlət kadastrı və Reyestri Xidməti publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə müraciət etmişdir. Cavabdeh ona ünvanladığı xx.xx.2023-cü il tarixli məktubla torpaq sahəsini adına qeydiyyata almaqdan imtina etmişdir. Cavabdeh orqan imtinasını onunla əsaslandırmışdır ki, “Billur” bağçılıq yoldaşlıq birliyi tərəfindən ayrılmış torpaq sahəsinin arxiv sənədləri Ərazi İdarəsinə təhvil verilməmişdir. O, cavabdeh orqanın imtinasını əsassız hesab edir. Belə ki, torpaq sahəsinin ayrılması barədə sənədlər dövlət arxivində var. Həmin sənədlərin Ərazi İdarəsinə verilməsi isə onun vəzifəsi deyilmiş və buna görə ona qanuni ayrılmış torpaq sahəsinin adına qeydiyyata alınmasından imtina edilə bilməz.
18. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır. III. Prosessual məsələlər
19. İş üzrə inzibati prosessual qanunvericiliyin tələblərinə müvafiq digər prosessual hərəkətlər edilərək, işin şifahi məhkəmə baxışı iclası xx.xx.2024-cü il tarixə təyin edilmiş, bu barədə tərəflərə məlumat verilərək şifahi məhkəmə baxışı iclası ilə bağlı iclasa gəlmədikləri halda onların iştirakı olmadan ərizəyə baxılacağı və iş üzrə qərar qəbul ediləcəyi barədə xəbərdarlıq edilmişdir.
20. İddiaçının və cavabdehin nümayəndələri məhkəmə iclasına gəlmişlər. IV. Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri
21. İddiaçı nümayəndəsi (qardaşı) X3 məhkəmə iclasında iddianı müdafiə edərək, onun təmin edilməsini xahiş etmişdir.
22. O, sədrlik edənin suallarına cavab olaraq bildirmişdir ki, Bağçılıq birliyi tərəfindən bacısı olan iddiaçıya hansı sənədlər verilmişdirsə, onlar hamısını işə əlavə etmişlər, torpaq sahəsinin yerini və ölçüsünü göstərən sənədin onlara verilməməsi onların günahı ucbatından deyil. Sözügedən torpaq sahəsinə bacısının əvvəllər ehtiyacı olmadığından ondan istifadə etməmişdir. İndi isə bacısının övladları böyüdüyündən ona ayrılmış torpaq sahəsində fərdi yaşayış evi tikdirmək qərarına gəlmişdir. Bacısı sözügedən torpaq sahəsini hasara almamış və heç vaxt istifadə etməmişdir. Torpaq sahəsinin yerini təxmini bilir, belə ki, onlar tam dəqiqliklə bilməsələr də, 3 saylı Gəncə Ərazi İdarəsinin əməkdaşları ilə bir-iki dəfə əraziyə getmişlər və mütəxəssislər həmin torpaq sahəsinin yerini onlara göstərmişlər. Həmin torpaq sahəsinin yaxınlığında yuxarı və aşağı hissələrdə fərdi yaşayış evləri yerləşir və həmin evlərin ortasında təxminən on-on beş həyətyanı torpaq sahəsi ölçüsündə boş torpaq sahəsi vardır, mütəxəssislər də bacısına ayrılmış torpaq sahəsinin həmin boş sahədə yerləşdiyini bildirmişlər. Torpaq sahəsi ayrılan zaman əvvəlcə yol kənarında olsa da, sonradan Gəncə ŞİH başçısı tərəfindən yol kənarı ərazilər qeyriyaşayış sahələrinin (obyektlərin) tikintisi məqsədilə başqa şəxslərə verildiyindən yaşayış evi tikintisi üçün nəzərdə tutulmuş torpaq sahələri arxaya (geriyə) çəkilmişdir.
23. Cavabdehin iddiaya qarşı yazılı etirazı məhkəməyə daxil olmuş və etiraz imtinada göstərilən dəlillərlə əsaslandırılmışdır (qərardadın 6-cı bəndi).
24. Cavabdehin nümayəndəsi X5 məhkəmə iclasında iddiaya etiraz edərək, iddiaçının ona ayrılmış torpaq sahəsinin yerini dəqiqliklə bilmədiyini, iddiaya hüquqlarının qeydiyyata alınmasından imtina edilən zaman torpaq sahəsinə əyani müayinə baxışının keçirilmədiyini, yalnız sənədlərə qiymət verilərək sənədlərdə çatışmamazlıq səbəbindən imtina verildiyini, belə ki, “Billur” bağçılıq-yoldaşlıq birliyi tərəfindən ayrılmış torpaq sahələrinə dair heç bir sənədin Ərazi İdarəsinə təhvil verilmədiyini, iddiaçının təqdim etdiyi sənədlərdə də torpaq sahəsinin yerini və ölçüsünü göstərən heç bir sənədin mövcud olmadığını göstərmiş və ona görə də iddianın təmin olunmamasını xahiş etmişdir.
Əsaslandırma hissəsi:
25. Məhkəmə iddia ərizəsini və iş materiallarındakı sənədləri nəzərdən keçirib hesab edir ki, iddia tələbi mümkün sayılmamalıdır.
26. Belə ki, “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 05 nömrəli Qərarına görə: Bənd 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Bənd 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Bənd 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Bənd 2.1.Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. Bənd 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-nin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Bənd 6.1. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır.
27. İş materiallarında olan sənədlərə əsasən, Kirovabad şəhər X12 İcraiyyə Komitəsinin xx.xx.1980-ci il tarixli 208-8/8 nömrəli qərarı ilə Billur zavoduna yardımçı təsərrüfat məqsədi ilə 9.0 ha torpaq sahəsinin ayrılması qərara alınmış və Gəncə şəhər İcra Hakimiyyəti başçısının xx.xx.1995-ci il tarixli 758 nömrəli sərəncamı ilə Birliyə yardımçı təsərrüfat məqsədi ilə ayrılmış torpağın 7.0 ha sahəsinin “Billur” X8 işçilərinə bağçılıq üçün ayrılması qərara alınmış və bağ sahəsi ayrılacaq işçilərin siyahısını təsdiq üçün Gəncə Şəhər İcra Hakimiyyətinə təqdim etmək “Billur” X10 tapşırılmışdır. İqtisadi İnkişaf Nazirliyi Dövlət Əmlakının İdarə olunması və Özəlləşdirilməsi Departamentinin xx.xx.2004-cü il tarixli 216 nömrəli sərəncamına əsasən Azərbaycan Respublikası Dövlət Xüsusi Maşınqayırma və Konversiya Komitəsinin tabeliyində olan “Billur” X8 müəssisələri (Gəncə “Billur” zavodu (baş müəssisə) və X13 Zavodu) daxil edilməklə çevrilməsi nəticəsində "X16” Açıq Səhmdar Cəmiyyəti yaradılmışdır və xx.xx.2004-cü il tarixdə "X16” ASC-nin mülkiyyət formasının və adının dəyişilməsi ilə əlaqədar onu bazasında hüquqi varislik prinsipi əsasında "xxxx" Açıq Səhmdar Cəmiyyəti yaradılmışdır.
28. "xxxx" ASC-nin rəhbərliyinin və Həmkarlar Təşkilatının birgə iclasının xx.xx.2009-cu il tarixli 05 saylı protokolu ilə "xxxx" ASC-nin nəzdində yaradılmış “Billur” bağçılıq-yoldaşlığının tərkibinə yenidən baxılmış və "xxxx" ASC-nin sex, sahə və şöbələri tərəfindən yeni təqdim olunmuş və "xxxx" ASC-nin rəhbərliyi və Həmkarlar Təşkilatı ilə razılaşdırılmış siyahıdakı işçilərin “Billur” bağçılıq-yoldaşlığına üzv qəbul edilməsi və hər bir nəfərə sahəsi 450 kv.m, ölçüləri 18mx25m olan torpaq sahəsinin verilməsi qərara alınmışdır. Həmin protokoldan xx.xx.2011-ci il tarixli 137 nömrəli çıxarışda İddiaçı Gəncə Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.1995-ci il tarixli 758 saylı sərəncamı ilə “Billur” X8 işçilərinə ayrılmış bağçılıq təsərrüfatına üzv qəbul edilməsi və Gəncə şəhər baş memarı ilə razılaşdırılmış layihədə, ona sahəsi 18m x 25m olan B-4 saylı sahə ayrılması qeyd edilmişdir. "xxxx" ASC-nin Həmkarlar Təşkilatının möhürü ilə möhürlənmiş siyahıda İddiaçı adı 107-cı sırada qeyd edilmişdir.
29. Hazırda İddiaçı həmin torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması öhdəliyinin cavabdehin üzərinə qoyulmasını tələb edir.
30. Qeyd edilməlidir ki, Azərbaycan Respublikası İPM-in 35.1-ci maddəsinin məzmununa görə, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir, iddianın əsaslı hesab edilərək, məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri - iddia tələbinin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsi, inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtmal edilən pozulması zamanı deyil, konkret hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir.
31. İnzibati məhkəmə icraatı qaydasında iddia iddiaçının publik hüquqdan irəli gələn subyektiv hüquqlarının müdafiəsi məqsədilə qaldırılır və iddianın mümkün sayılması üçün mübahisəli münasibətə dair cavabdeh orqanın cavabdehliyi, onun hüquqi mövqeyini ehtiva edən iradə ifadəsi (inzibati akt, faktiki hərəkəti və ya hərəkətsizliyi) mövcud olmalıdır. Başqa sözlə, iddiaçı ilk növbədə qanundan irəli gələn hüquq və mənafelərin mövcudluğunu, cavabdehin qərar, hərəkət və hərəkətsizliyinin isə onun həmin hüquq və mənafelərinə toxunduğunu sübut etməlidir.
32. Hazırkı işdə də iddiaçının ilk növbədə mübahisəli torpaq sahəsinə torpaq sahəsinə dair hüququ olmalıdır ki, cavabdeh orqanın hərəkəti (hərəkətsizliyi) nəticəsində onun hüquq və mənafeləri pozulmuş olsun.
33. Yəni, şəxsin inzibati məhkəməyə müraciəti “İnzibati icraat haqqında” Qanun anlamında inzibati orqanın bilavasitə onun subyektiv hüququ ilə bağlı hərəkət və ya hərəkətsizliyindən müdafiə məqsədi daşımalıdır.
34. İddiaçının hazırkı iddianı qaldırmağa subyektiv hüququnun mövcudluğunun müəyyən edilməsi üçün, yəni onun torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasını iddia edə bilməsi üçün ilk növbədə ona Gəncə Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.1995-ci il tarixli 758 saylı sərəncamı ilə ayrılmış 18 m 25 m olan B-4 saylı torpaq sahəsinin koordinatları müəyyən olmalı, yerləşmə yerini əks etdirən sənədlər mövcud olmalıdır ki, həmin torpaq sahəsinin İddiaçı məxsus olması halı müəyyən edilə bilinsin.
35. Lakin məhkəmə sorğuları ilə alınmış cavablarla müəyyən edilmişdir ki, Gəncə Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.1995-ci il tarixli 758 saylı sərəncamı ilə ayrılmış torpaq sahələrinə dair sənədlər nə arxivə, nə Gəncə Şəhər İcra Hakimiyyətinə, nə də Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinə təhvil verilməmişdir.
36. Məhkəmə iclası zamanı da iddiaçının nümayəndəsi bildirmişdir ki, iddiçaı sözügedən torpaq sahəsini hasara almamış və heç vaxt istifadə etməmişdir. Torpaq sahəsinin yerini təxmini bilirlər, belə ki, onlar tam dəqiqliklə bilməsələr də, 3 saylı Gəncə Ərazi İdarəsinin əməkdaşları ilə bir-iki dəfə əraziyə getmişlər və mütəxəssislər həmin torpaq sahəsinin yerini onlara göstərmişlər. Həmin torpaq sahəsinin yaxınlığında yuxarı və aşağı hissələrdə fərdi yaşayış evləri yerləşir və həmin evlərin ortasında təxminən on-on beş həyətyanı torpaq sahəsi ölçüsündə boş torpaq sahəsi vardır, mütəxəssislər də bacısına ayrılmış torpaq sahəsinin həmin boş sahədə yerləşdiyini bildirmişlər. Torpaq sahəsi ayrılan zaman əvvəlcə yol kənarında olsa da, sonradan Gəncə ŞİH başçısı tərəfindən yol kənarı ərazilər qeyri-yaşayış sahələrinin (obyektlərin) tikintisi məqsədilə başqa şəxslərə verildiyindən yaşayış evi tikintisi üçün nəzərdə tutulmuş torpaq sahələri arxaya (geriyə) çəkilmişdir.
37. Göründüyü kimi, İddiaçı ayrılmış 400 kv.m olan 18mx25m ölçüdə torpaq sahəsinin planda yerləşməsini, sərhədlərini və digər zəruri texniki göstəricilərini əks etdirən sxem və ya plan və ölçü sənədi olmadığından və iddiaçı tərəf həmin torpaq sahəsinin sərgədlərini, koordinatlarını dəqiqliklə bilmədiyindən (torpaq sahəsini hasara almayaraq, heç vaxt istifadə etmədiyindən) həmin torpaq sahəsinin sərhədlərini, koordinatlarını, yerləşməsini müəyyən etmək mümkün olmamışdır. Bu əsasla məhkəmə iş üzrə mütəxəssis təyin etməyə də zərurət görməmişdir.
38. Gəncə şəhər İcra Hakimiyyəti başçısının xx.xx.1995-ci il tarixli 758 nömrəli sərəncamı Birliyə yardımçı təsərrüfat məqsədi ilə ayrılmış torpağın 7.0 ha sahəsi “Billur” X8 işçilərinə bağçılıq üçün ayrılması qərara alınaraq, “Billur” X10 bağ sahəsi ayrılacaq işçilərin siyahısını təsdiq üçün Gəncə Şəhər İcra Hakimiyyətinə təqdim etməsi tapşırılsa da, həmin sənədləşmə (rəsmiləşmə) işləri Birlik tərəfindən tam başa çatdırılmamışdır. Daha sonra "xxxx" ASC-nin rəhbərliyinin və Həmkarlar Təşkilatının birgə iclasının xx.xx.2009-cu il tarixli 05 saylı protokolu ilə İddiaçı Gəncə Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.1995-ci il tarixli 758 saylı sərəncamı ilə “Billur” X8 işçilərinə ayrılmış bağçılıq təsərrüfatına üzv qəbul edilməsi və Gəncə şəhər baş memarı ilə razılaşdırılmış layihədə, ona sahəsi 18m x 25m olan B-4 saylı sahə ayrılması qərara alınmışdır.
39. Hansı ki, İqtisadi İnkişaf Nazirliyi Dövlət Əmlakının İdarə olunması və Özəlləşdirilməsi Departamentinin xx.xx.2004-cü il tarixli 216 nömrəli sərəncamına 2 nömrəli Əlavə ilə “Billur” X8 Gəncə şəhəri Çini qablar zavodunun şimal hissəsində yerləşən bağçılıq sahəsinin müvafiq icra hakimiyyəti orqanının balansına verilməsi nəzərdə tutulmuşdur.
40. Məhkəmə xüsusilə qeyd edir ki, iddiaçı ötən uzun müddət – 30 il ərzində torpaq sahəsindən istifadə etməmiş və yerquruluşu orqanlarının yerdə (naturada) sahənin hüdudlarını müəyyən etməsi üçün də səy göstərməmişdir ki, qeyd olunan səbəblərdən inzibati aktın icrası mümkünsüz hala gəlmişdir.
41. 25.06.1999-cu ilədək qüvvədə olmuş Azərbaycan Respublikası Torpaq Məcəlləsinə görə: Maddə 59. Kollektiv və fərdi bağçılıq üçün torpaq sahələri Şəhərlərdə, qəsəbələrdə və kənd yaşayış məntəqələrində yaşayan, şəxsi yardımçı təsərrüfatla və kəndli (fermer) təsərrüfatı ilə məşğul olmaq üçün torpaq sahələri olmayan vətəndaşlara rayon, şəhər xalq deputatları Sovetlərinin qərarı ilə kollektiv bağçılıq üçün bağçılıq ortaqlığının təqdimatı üzrə onun üzvlərinin payları bəlli olan kollektiv mülkiyyətinə torpaq sahələri verilir. Kollektiv bağçılıq üçün torpaq sahəsi müvafiq rayon, şəhər xalq deputatları Sovetlərinin xüsusi torpaq fondundan verilir. Bağçılıq ortaqlığının torpaqları ictimai istifadəyə və birliyin ayrı-ayrı üzvlərinin mülkiyyət payına verilmiş torpaqlardan ibarətdir. Rayon, şəhər xalq deputatları Sovetlərinin qərarı ilə bağçılıq ortaqlığına ümumi torpaq sahəsi üzərində kollektiv mülkiyyət hüququna dair, ortaqlığın ayrı-ayrı üzvlərinə isə onların hər birinin konkret torpaq payına olan mülkiyyət hüququna dair akt verilir. Maddə 99. Yer quruluşunun təyinatı və məzmunu Yer quruluşu torpaq münasibətlərinin nizamlanması və torpaq ehtiyatlarından istifadə məsələlərinin həll edilməsi üzrə hüquqi, iqtisadi və texniki tədbirlər sistemini özündə birləşdirir. Maddə 100. Yer quruluşu tədbirləri Yer quruluşu tədbirləri aşağıdakıları nəzərdə tutur: 1) respublika və zona proqnozlaşdırma sxeminin, torpaqların yaxşılaşdırılması proqnozlarının eləcə də yer quruluşu sxemlərinin hazırlanmasını; 2) inzibati ərazi qurumları sərhədlərinin yerdə (naturada) müəyyən edilməsini; 3) torpaqların yerləşdirilməsində mövcud uyğunsuzluqlar, narahatlıqlar aradan qaldırılmaqla, yeni torpaq mülkiyyətçilərinin, sahiblərinin, istifadəçilərinin və icarəçilərinin torpaqlarının dəqiqləşdirilməsi və qaydaya salınması layihələrinin tərtib edilməsi, yerdə (naturada) torpaq sahələri ayrılması, torpaq üzərində mülkiyyət, torpağa sahiblik və ondan istifadə hüququnu təsdiq edən dövlət sənədlərinin (aktlarının) hazırlanmasını; 1) respublika və zona proqnozlaşdırma sxeminin, torpaqların yaxşılaşdırılması proqnozlarının eləcə də yer quruluşu sxemlərinin hazırlanmasını; 2) inzibati ərazi qurumları sərhədlərinin yerdə (naturada) müəyyən edilməsini; 3) torpaqların yerləşdirilməsində mövcud uyğunsuzluqlar, narahatlıqlar aradan qaldırılmaqla, yeni torpaq mülkiyyətçilərinin, sahiblərinin, istifadəçilərinin və icarəçilərinin torpaqlarının dəqiqləşdirilməsi və qaydaya salınması layihələrinin tərtib edilməsi, yerdə (naturada) torpaq sahələri ayrılması, torpaq üzərində mülkiyyət, torpağa sahiblik və ondan istifadə hüququnu təsdiq edən dövlət sənədlərinin (aktlarının) hazırlanmasını; ...
42. “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mİ-in şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin MİÜMK-in 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 30 iyul 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi birinci instansiya məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olubolmamasını araşdırmalıdır.
43. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusi kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdrdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektif hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərini, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz.
44. Ona görə də, iddia mümkün sayılmamalıdır.
45. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinə görə: Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 35.3. İddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Nəticəvi hissə:
46. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati- Prosessual Məcəlləsinin 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq
qərara aldı:
İddia mümkün sayılmasın. Qərardaddan onun təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına (Gəncə şəhəri, Atatürk prospekti, 252) apellyasiya şikayəti verilə bilər.
Hakim Gülşən Əliyeva