Məhkəmə qərarları › İş №2-1(114)-3420/2024

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-3420/2024

29.11.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-3420/2024 29.11.2024 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Tağıyeva Ruhiyə Nadim qızı Atakişiyeva Aybəniz Zaur qızının katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X8 iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 7 saylı Bərdə Ərazi İdarəsinə qarşı (üçüncü şəxs X12) “hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində ünvan 3 üzərində X5 mülkiyyət hüququna dair aparılmış xx.xx.2022-ci il tarixli, ********** nömrəli qeydiyyatın ləğv edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmə binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İddiaçının tələbi, cavabdehin, üçüncü şəxsin etirazı İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, cavabdeh orqan tərəfindən qeydiyyata alınan xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın etibarsız hesab edilməsi və həmin ev üzərində X6 mülkiyyət hüququnun qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini belə əsaslandırmışdır ki, ünvan 1 ünvanda yerləşən ev X5 adına Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsində 29 sentyabr 2022-ci il tarixli, ********** reyestrində qeydiyyata alınmışdır. Həmin ev iddiaçının mərhum əri X3 mülkiyyətində olmuş, o, 25 fevral 2022-ci il tarixdə vəfat etmişdir. Onun ölümündən sonra iddiaçının qızı Aysu birinci növbəli vərəsə kimi Notariat ofisinə ərizə ilə müraciət etmiş və bu barədə vərəsəlik işi açılmışdır. Notariat ofisində iddiaçıya bildirmişlər ki, miras əmlakı qəbul etmək üçün qanunvericiliyin tələbinə görə 6 ay müddət gözləmək lazımdır. Bu müddət bitdikdən sonra vərəsəlik hüququ haqqında şəhadətnamə almaq üçün iddiaçı notariat ofisinə getmiş və ona bildirmişlər ki, mərhum əri - X1 miras qalmış ev barədə onun bacısı X5 adına vərəsəlik haqqında şəhadətnamə verilmişdir, həmin şəhadətnamə əsasında isə Məleykə Muradova iddiaçının ərindən miras qalmış evi öz mülkiyyəti kimi reyestrdə qeydiyyata aldırmışdır. İddiaçının məhkəməyə təqdim etdiyi və qanuni qüvvələrini almış məhkəmə aktlarının surətlərindən görünür ki, X5 adına verilmiş 22 sentyabr 2022-ci il tarixli, 2v-58 reyest nömrəli vərəsəlik hüququ haqqında şəhadətnamə etibarsız hesab edilmiş, ona görə də iddiaçı Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsinə müraciət edərək həmin evə dair X2 adına çıxarışın verilməsini xahiş etmişdir. Lakin, iddiaçının ərizəsi müsbət həll olunmamış və ona məsləhət olunmuşdur ki, hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edildiyi üçün məhkəməyə müraciət etsin. O hesab edir ki, cavabdeh orqan tərəfindən X5 adına çıxarış verilərkən onun hüquqları pozulmuş, indi isə məhkəmə tərəfindən X9 cavabdeh tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, ********** reyestrdə qeydiyyata alınmış çıxarışın etibarsız hesab edilməsini istəyir. O, cavabdeh orqanın bunu etmədiyi üçün məhkəməyə müraciət etmişdir. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-3420/2024 nömrəli qərardadı ilə X12 üçüncü şəxs qismində məhkəmə icraatına zəruri qaydada cəlb edilmişdir. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-3420/2024 nömrəli qərardadı ilə iddia tələbi “hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində ünvan 3 üzərində X5 mülkiyyət hüququ barədə aparılmış xx.xx.2022-ci il tarixli qeydin ləğv edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi” tələbinə dəyişdirilmişdir. Cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsi tərəfindən iddiaya qarşı etiraz məhkəməyə daxil olmuş, etirazda göstərilmişdir ki, vətəndaş İddiaçı ünvan 2 ünvanında yerləşən mənzil üzərində vətəndaş X4 mülkiyyət hüququnun qeydə alınmasına dair dövlət reyestrindən verilmiş çıxarışın ləğv edilməsi barədə xx.xx.2024-cü il tarixli ərizə ilə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsinə müraciət etmişdir. Vətəndaşın müraciətinə baxılmış və xx.xx.2024-cü il tarixli daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina olunması barədə bildiriş göndərilmişdir. Bildirişdə qeyd edilmişdir ki, təqdim olunan məhkəmə qərarlarında xx.xx.2022-ci il tarixli, 2V-58 reyestr nömrəli vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi qət edilmişdir. Müraciətdə qeyd edilən çıxarışın ləğv edilməsi qət edilməmişdir. İddianın rədd edilməsi xahiş edilmişdir. Üçüncü şəxs tərəfindən məhkəməyə iddiaya qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatı İddiaçı və cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etmiş, üçüncü şəxs məhkəməyə teleqram ünvanlayaraq, üzrlü səbəbdən məhkəmə iclasında iştirak edə bilməyəcəyindən işin başqa vaxta salınmasını xahiş etmişdir. Lakin üçüncü şəxs tərəfindən üzrlü səbəbin nədən ibarət olması barədə məlumat verilməmişdir. Ona görə də məhkəmə şifahi məhkəmə baxış iclasına gəlməyən şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddianın təmin olunmasını xahiş etdi. Cavabdehin nümayəndəsi X14 məhkəmə iclasında iddia tələbinə etiraz edərək, iddianın təmin olunmamasını xahiş etdi. İşin halları xx.xx.2000-ci il tarixli, AZ-İİ 445536 nömrəli doğum haqqında Şəhadətnaməyə əsasən, X2 “atası” qrafasında X11, “anası” qrafasında İddiaçı göstərilmişdir. xx.xx.2022-ci il tarixli ölüm haqqında Şəhadətnaməyə əsasən, X11 xx.xx.2022-ci il tarixdə ölmüşdür. Naftalan şəhər Dövlət notariat ofisinin dövlət notariusu tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 2V-58 reyestr nömrəli qanun üzrə vərəslik hüququ haqqında Şəhadətnaməyə əsasən, xx.xx.2022-ci il tarixdə vəfat etmiş X3 vərəsəsi - bacısı X10r və o, miras əmlakdan tam hissədə pay almalıdır. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2022-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********08-05101-093019 reyestr nömrəli çıxarışa əsasən, ünvan 3 ünvanında yerləşən mənzil tam mülkiyyət hüququ əsasında X5 adına daşınmaz əmlakın dövlət reyestrində 9 nömrəli reyestr kitabının 18 nömrəli vərəqində qeydiyyata alınmışdır. Naftalan Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(052)-19/2023 nömrəli qətnaməsi ilə İddiaçı cavabdehlər X12 və Naftalan şəhər Dövlət notariat ofisinə qarşı “vərəsəlik şəhadətnaməsinin etibarsız hesab edilməsi” tələbinə dair iddiası təmin edilmiş, Naftalan şəhər Dövlət notariat ofisi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 58 reyestr nömrəli vərəsəlik hüququ haqqında şəhadətnamə etibarsız hesab edilmişdir. Cavabdeh X12 tərəfindən verilmiş apellyasiya şikayəti Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(104)-1225/2023 nömrəli qətnaməsi ilə təmin edilməmiş, Naftalan Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(052)-19/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh X12 tərəfindən verilmiş kassasiya şikayəti Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(102)-3910/2023 nömrəli qərarı ilə təmin edilməmiş, Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(104)-1225/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 7 saylı Bərdə Ərazi İdarəsinin İddiaçı Rafuq qızına ünvanlanmış müraciətə baxılması haqqında xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, təqdim edilmiş məhkəmə qərarlarında 22 sentyabr 2022-ci il tarixli 2V-58 reyestr nömrəli vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi qət edilmişdir. Müraciətdə qeyd edilən çıxarışın ləğv edilməsi qət edilməmişdir. Ədliyyə Nazirliyi Goranboy rayon Notariat ofisinin xx.xx.2024-cü il tarixli məktubuna əsasən, İddiaçı Rafuq qızına Goranboy rayon Notariat ofisində hər hansı miras əmlaka qanun, yaxud vəsiyyətnamə üzrə vərəsəlik hüququna dair şəhadətnamə verilməmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası Maddə 29. Mülkiyyət hüququ İ. Hər kəsin mülkiyyət hüququ vardır. Vİİ. Dövlət vərəsəlik hüququna təminat verir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunu Maddə 2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. 2.3. Daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər. Maddə 8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, daşınmaz əmlak sertifikatı; Maddə 9. Hüquqların dövlət qeydiyyatının aparılması qaydası 9.1. Hüquqların dövlət qeydiyyatı aşağıdakı qaydada aparılır: 9.1.1. bu qanuna uyğun olaraq hüquqların dövlət qeydiyyatı haqqında ərizənin və ərizəyə əlavə olunan sənədlərin, o cümlədən dövlət rüsumunun ödənilməsi haqqında sənədin qəbul edilməsi. Hüquqların dövlət qeydiyyatı notariat qaydasında təsdiq edilmiş müqavilə, habelə daşınmaz əmlak barəsində digər notariat hərəkətlərinin nəticəsi olaraq tərtib və (və ya) təsdiq edilmiş sənədlər əsasında aparıldıqda, sənədlərin qəbulu elektron qaydada notarius və ya qanunla müəyyən edilmiş hallarda bu cür notariat hərəkətlərini etməyə hüququ olan vəzifəli şəxslər tərəfindən Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə göndərilmiş sənədlər və məlumatlar əsasında həyata keçirilir. Bu halda həmin sənədlər mülkiyyət və digər əşya hüquqlarının dövlət reyestrində qeydiyyatının aparılması üçün ərizə hesab olunur; 9.1.2. daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunun yoxlanılması; 9.1.3. bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmamasının müəyyən edilməsi; 9.1.4. Hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya qeydiyyatın dayandırılması üçün əsas olmadığı halda təsdiqləyici sənədlər üzərində qeydlərin yazılması və dövlət reyestrinə müvafiq məlumatın daxil edilməsi. Maddə 10. Hüquqların dövlət qeydiyyatı üçün sənədlərin təqdim edilməsi 10.1. Hüquqların dövlət qeydiyyatı bu qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin, onun tərəfindən vəkil edilmiş şəxsin bilavasitə təqdim edilən ərizəsi əsasında aparılır. Ərizədə hüquq əldə edən fiziki şəxsin soyadı, adı, atasının adı, ünvanı, şəxsiyyətini təsdiq edən sənəd, hüquqi şəxsin isə tam adı, ünvanı, qeydiyyatı haqqında şəhadətnamə, icra hakimiyyəti orqanının tam adı və ünvanı, xahişin məzmunu və əlavə olunan sənədlər göstərilməlidir. Ərizənin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 10.2. Qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; 10.2.2. torpaq sahəsinin planı və ölçüsü; 10.2.3. torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakının (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi; 10.2.4. dövlət rüsumunun ödənilməsi barədə sənəd. Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 14 oktyabr tarixli 135 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestrinin aparılması” Qaydaları

14. Hüquqların və hüquqların məhdudlaşdırılmasının ləğv edilməsinin əks etdirilməsi Hüquqların və hüquqların məhdudlaşdırılmasının ləğv edilməsinin əks etdirilməsi dövlət reyestrinə daxil edilmiş müvafiq məlumatın silinməsi yolu ilə həyata keçirilir. Məlumatın silinməsi bu Qaydaların 41-ci və 42-ci maddələri ilə müəyyən edilmiş qaydada həyata keçirilir. İİ və İİİ Fəsillərin məlumatlarının silinməsi

41. İİ və İİİ fəsillərin məlumatlarının silinməsi üçün əsaslar İİ və İİİ fəsillərdə qeydiyyata alınmış hüquqlar və məhdudlaşdırma ləğv edildikdə həmin fəsillərin müvafiq məlumatları bu Qaydaların 42-ci maddəsinə uyğun olaraq silinir.

42. İİ və İİİ fəsillərin silinməsi qaydası 42.1. İİ və İİİ fəsillərin məlumatları həmin məlumatların əks etdirildiyi vərəqin üz tərəfinə forması qeydiyyat orqanı tərəfindən müəyyən edilən xüsusi ştamp vurulması ilə silinir. Bu cür silinmə ştampda müvafiq hüququn və ya məhdudlaşdırmanın ləğv edilməsinin qeydiyyatı tarixi, qeydiyyat orqanının müvafiq vəzifəli şəxsinin adının baş hərfi və soyadı, vəzifəsi göstərilməklə onun imzası ilə rəsmiləşdirilir. 42.2. Əgər hüquq onun başqa şəxsə keçməsi və məhdudlaşdırma onun başqa şəxsin xeyrinə yaranması ilə əlaqədar ləğv edilirsə, silmə ştampında əlavə olaraq yeni hüququn və məhdudlaşdırmanın yaranmasının əks etdirildiyi vərəqin nömrəsi də göstərilir. 42.3. Kağız üzərində aparılan dövlət reyestrinin İİ və İİİ fəsillərinin məlumatlarının silinməsi üçün həmin fəsillərin müvafiq vərəqlərinin arxa tərəfində "Sənədlər - əsaslar" qrafasına hüquq və ya məhdudlaşdırmanın ləğv edilməsi üçün əsas olmuş sənədlər haqqında məlumatlar daxil edilir. 42.4. Elektron daşıyıcıları üzərində aparılan dövlət reyestrinin İİ və İİİ fəsillərində yeni hüquq sahibinə keçmədən hüquq və ya məhdudlaşdırmanın ləğv edilməsi barədə məlumatlar həmin hüququn və ya məhdudlaşdırmanın əks etdirildiyi vərəqin arxasınca gələn və eyni cür nömrələnən ayrıca vərəqə daxil edilir.

Azərbaycan Respublikasının İnzibati Prosesual Məcəlləsi Maddə 2. İnzibati mübahisələrin məhkəmə aidiyyəti 2.2. İnzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.3. inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia); Maddə 34. Öhdəliyin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Maddə 35. İddianın mümkünlüyü 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 85. Şikayətin verilməsinə dair tələblər 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir.

Məhkəmənin mövqeyi

Məhkəmə əvvəla iddianın mümkünlüyü ilə bağlı qeyd edir ki, iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt olan onun mümkünlüyünü yoxlayaraq məhkəmə hesab edir ki, verilmiş iddia mümkün iddiadır. Belə ki, hazırkı iddia öhdəliyin icrası haqqında iddia olmaqla ümumi və xüsusi mümkünlük şərtləri yerinə yetirilmişdir. Məhkəmə tərəfindən iddianın məhkəməyə aid olması, iddia tələbi üzrə iddiaçının subyektiv hüquqa malik olması, cavabdehin iddiaya cavab verməli olması, həmçinin cavabdehin imtinasının olması müəyyən edilmişdir. Odur ki, məhkəmə hesab edir ki, verilmiş iddiaya mahiyyəti üzrə baxıla bilər. Məhkəmə iddia ərizəsini, iş materiallarını araşdıraraq, işin hallarına hüquqi qiymət verərək hesab edir ki, iddia əsaslıdır və təmin edilməlidir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə görə, daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. Daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş vərəsəlik hüququ haqqında şəhadətnamə daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslardan biridir. Hüquqların dövlət qeydiyyatı bu qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin, onun tərəfindən vəkil edilmiş şəxsin bilavasitə təqdim edilən ərizəsi əsasında aparılır. Qeydiyyat orqanına verilən ərizəyə əlavə olunan sənədlər sırasında hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan birinin olması nəzərdə tutulmuşdur. İş materialları ilə müəyyən olunur ki, Naftalan şəhər Dövlət notariat ofisinin dövlət notariusu tərəfindən X9 xx.xx.2022-ci il tarixdə vəfat etmiş X3 vərəsəsi, sonuncunun miras əmlakından tam hissədə pay almalı olması barədə xx.xx.2022-ci il tarixli, 2V-58 reyestr nömrəli qanun üzrə vərəslik hüququ haqqında Şəhadətnamə verilmişdir. Həmin Şəhadətnamə əsasında mülkiyyət hüququ üzrə X7 məxsus olan ünvan 3 ünvanında yerləşən mənzil xx.xx.2022-ci il tarixdə hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində X5 adına qeydiyyata alınmışdır. Qeyd olunan qanun üzrə vərəslik hüququ haqqında Şəhadətnamə İddiaçı tərəfindən Naftalan Şəhər Məhkəməsində mübahisələndirilmiş, Məhkəmənin xx.xx.2023cü il tarixli 2(052)-19/2023 nömrəli qətnaməsi ilə İddiaçı iddiası təmin edilmiş, Naftalan şəhər Dövlət notariat ofisi tərəfindən X9 verilmiş xx.xx.2022-ci il tarixli, 58 reyestr nömrəli vərəsəlik hüququ haqqında şəhadətnamə etibarsız hesab edilmişdir. Cavabdeh X12 tərəfindən verilmiş apellyasiya şikayəti Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(104)-1225/2023 nömrəli qətnaməsi ilə təmin edilməmiş, Naftalan Şəhər Məhkəməsinin qeyd olunan qətnaməsi dəyişdirilmədən saxlanılmış, kassasiya şikayəti Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(102)-3910/2023 nömrəli qərarı ilə təmin edilməmiş, Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının qeyd olunan qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə qeyd edir ki, göstərilən məhkəmə qərarlarından müəyyən olunur ki, ünvan 3 ünvanında yerləşən mənzil üzərində X5 mülkiyyət hüququnun qeydiyyatının aparılmasına əsas olmuş Naftalan şəhər Dövlət notariat ofisinin dövlət notariusu tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 2V-58 reyestr nömrəli qanun üzrə vərəslik hüququ haqqında Şəhadətnamə etibarsız hesab edilmişdir. Ona görə də məhkəmə hesab edir ki, cavabdehin imtinası qanunsuzdur və hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində aparılmış həmin qeydiyyat ləğv edilməlidir. “Daşınmaz əmlakın dövlət reyestrinin aparılması” Qaydalarında göstərilmişdir ki, hüquqların ləğv edilməsinin əks etdirilməsi dövlət reyestrinə daxil edilmiş müvafiq məlumatın silinməsi yolu ilə həyata keçirilir. Məlumatın silinməsi bu Qaydaların 41-ci və 42-ci maddələri ilə müəyyən edilmiş qaydada həyata keçirilir. Qeydiyyata alınmış hüquqlar ləğv edildikdə həmin fəsillərin müvafiq məlumatları bu Qaydaların 42-ci maddəsinə uyğun olaraq silinir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində ünvan 3 üzərində X5 mülkiyyət hüququna dair barədə aparılmış xx.xx.2022-ci il tarixli, ********** nömrəli qeydiyyatın ləğv edilməsi vəzifəsi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsinə həvalə edilməlidir. Məhkəmə yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati- Prosessual Məcəlləsinin 34.1 və 85.1-ci maddələrini rəhbər tutaraq

Qərara aldı

İddiaçı tərəfindən verilmiş iddia təmin edilsin. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində ünvan 3 üzərində X5 mülkiyyət hüququna dair aparılmış xx.xx.2022-ci il tarixli, ********** nömrəli qeydiyyatın ləğv edilməsi vəzifəsi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 7 saylı Bərdə Ərazi İdarəsinə həvalə edilsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qərardan göstərilən müddətdə şikayətin verilmədiyi və ya inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Ruhiyə Tağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar