Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-343/2025 29.10.2025 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinə qarşı xx.xx.2022-ci il tarixdən Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar ikinci dərəcə müddətsiz əlilliyin təyin edilməsi barədə qərar qəbul edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iş üzrə Giriş hissə: Hakim Əliyeva Gülşən Talıb qızının sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinə qarşı xx.xx.2022-ci il tarixdən Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar ikinci dərəcə müddətsiz əlilliyin təyin edilməsi barədə qərar qəbul edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə Gəncə İnzibati Məhkəməsinin (Gəncə şəhəri, H.Əliyev prospekti, 105) binasında açıq məhkəmə iclasında şifahi dinləmələr qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: I. İşin halları
1. İddiaçı xx.xx.2008-ci il tarixdə Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar 1 il müddətinə, xx.xx.2009-cu il tarixdə 1 il müddətinə, xx.xx.2010cu il tarixdə 1 il müddətinə, xx.xx.2011-ci il tarixdə 1 il müddətinə, xx.xx.2012-ci il tarixdə 1 il müddətinə, xx.xx.2013-cü il tarixdə 1 il müddətinə, xx.xx.2014-cü il tarixdə 1 il müddətinə, xx.xx.2015-ci il tarixdə 1 il müddətinə və xx.xx.2016-cı il tarixdə 5 il müddətinə ikinci dərəcə əlillik təyin edilmişdir.
2. İddiaçı əlillik vəziyyəti xx.xx.2021-ci il tarixdə qiymətləndirilərək “Göndərişin natamam doldurulması” səbəbindən əlillik təyinatından imtina edilmişdir.
3. İddiaçının əlilliyinin qiymətləndirilməsi üçün tibb müəssisəsi tərəfindən xx.xx.2022-ci il tarixdə göndəriş rəsmiləşdirilmişdir. Həmin göndərişdə iddiaçıya qoyulmuş diaqnozlar aşağıdakı qaydada olmuşdur: Əsas diaqnoz – Y36.2 – Hərbi əməliyyatlar nəticəsində digər növ partlayışlarla və ya qəlpələrlə törənmiş zədələnmələr, Sağ kürək nahiyyəsinin güllə yaralanmasından sonrakı çiyin qurşağının miogen kontrakturası. Sağ ağ ciyərlərdə yad cism (qəlpə) sağ said və sol budun kobud çapığı. Sağ said və budun yaralanmasından sonrakı kobud kelloid çapıq toxuması; Yanaşı xəstəliklər – İ11.0 – (Durğunluq) ürək çatmamazlığı ilə müşaiyət olunan, əsasən ürəyin zədələnməsi ilə hipertenziv (hipertoniya), xəstəlik (-yi); Yanaşı xəstəliklər – H90.6 – İkitərəfli qarışıq konduktiv və neyrosensor tipli ağır eşitmə, İki tərəfli xroniki eşitmə nevriti İİ-İİİ dərəcə. Sol qulaqda İİİ dərəcəli neyrosensor ağıreşitmə ilə; Yanaşı xəstəliklər – F48 – Digər neqativ pozğunluqlar, Asteno nevrotik hal; Yanaşı xəstəliklər – İ25 – Ürəyin işemik xəstəliyi, ÜİX yi gərginlik stenokardiyası. Astenik sindrom; Ağırlaşma – M24.5 – Oynaqların kontrakturası, Sağ çiyin qurşağının miogen kontrakturası.
4. Həmin göndərişdəki diaqnozlar üzrə cavabdeh orqan iddiaçının əlillik vəziyyətini xx.xx.2022-ci il tarixdə qiymətləndirərək, “Diaqnoz əlillik əlaməti təyin etməməsi” səbəbindən əlillik təyinatından imtina etmişdir. İddiaçının həmin qərardan verdiyi şikayət əsasında xx.xx.2022-ci il tarixdə onun əyani müayinəsi həyata keçirilmiş və “Diaqnoz əlillik əlaməti təyin etməməsi barədə” xx.xx.2022-ci il tarixli **********6 nömrəli qərar qəbul edilmişdir.
5. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2003-cü il tarixli 145 nömrəli qərarı ilə İddiaçı döyüş zonasında xidmət keçərkən xx.xx.1992-ci ildə aldığı yaralanmaya görə "Sağ kürək nahiyəsinin kor qəlpə yaralanması nəticəsində sağ çiyin qurşağının miogen kontrakturası. Sağ ağciyərin yuxarı payının yad cismi (metal qəlpə), funksiyanın cüzi dərəcədə pozulması ilə. Sağ saidin və sol bazunun qəlpə yaralanmasından sonrakı dəri çapıqları" diaqnozlu travmanın səbəb əlaqəsi "Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır" kimi müəyyənləşdirilmişdir. İddiaçı “Sağ kürək nahiyyəsinin kor güllə yaralanması nəticəsində çiyin qurşağının miogen kontrakturası. Sağ ağ ciyərin yad cismi (qəlpə). Sağ said və budun kollidçapıqları. Sağ tərəfli ağır eşitmə İİ dər. Bel-oma radikuliti. Sağ yuxarı ətraf funksiyasının əhəmiyyətli dərəcədə pozulması” diaqnozu üzrə xx.xx.2008-ci il tarixdən xx.xx.2009-cu il tarixədək və xx.xx.2014-cü il tarixdən xx.xx.2015-ci il tarixədək ikinci dərəcə, “Yuxarı ətraf qurşağının digər və dəqiqləşdirilməmiş hissəsinin açıq yarası. Sağ kürək nahiyyəsinin kor güllə yaralanmasından sonrakı vəziyyət. Bədənin bir neçə nahiyələrini əhatə edən digər müştərək səthi yaralar” diaqnozu üzrə xx.xx.2015-ci il tarixdən xx.xx.2016-cı il tarixədək və xx.xx.2016-cı il tarixdən xx.xx.2021-ci il tarixədək ikinci dərəcə əlillik təyin edilmişdir. İddiaçı əlillik vəziyyəti xx.xx.2021-ci il tarixdə qiymətləndirilmiş və göndərişin natamam doldurulması əsası ilə imtina verilmiş, daha sonra yenidən xx.xx.2022-ci il tarixdə yeni göndəriş əsasında qiymətləndirilmiş və diaqnozun əlillik əlamət təyin etməməsi barədə qərar qəbul edilmişdir. İddiaçının müraciəti əsasında əlavə əyani müayinənin araşdırılması aparılmış və diaqnozun əlillik əlamət təyin etməməsi barədə xx.xx.2022-ci il tarixdə **********6 nömrəli qərar qəbul edilmişdir.
6. Məhkəmənin sorğusuna Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının xx.xx.2024-cü il tarixli 3-17-1/2-21422/2024 nömrəli cavab məktubunda bildirilmişdir ki, İddiaçı Mərkəzi Filial tərəfindən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.16.1-ci maddəsinə əsasən xx.xx.2016-cı il tarixdən hesablanmaqla “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar” İİ dərəcə əlilliyə görə hərbi qulluqçu kimi güzəştli şərtlərlə əmək pensiyası təyin edilib. Əlavə olaraq bildirilir ki, adıçəkilən şəxsin əlillik müddətinin bitməsi ilə əlaqədar ona pensiya ödənişin xx.xx.2021-ci il tarixdən dayandırılıb.
7. Məhkəmənin qərardadı ilə əldə edilmiş xx.xx.2024-cü il tarixli ekspert rəyi ilə müəyyən edilir ki, vətəndaş İddiaçı iş materiallarında olan tibbi sənədlərinə əsasən əlillik vəziyyətinin Tibbi-Sosial Ekspert Komissiyaları tərəfindən qiymətləndirilməsi üçün müvafiq tibb müəssisəsi tərəfindən tərtib edilmiş Forma 088 saylı göndərişində qeyd edilən “Hərbi əməliyyatlar nəticəsində digər növ partlayışlarla və ya qəlpələrlə törənmiş zədələnmələr. Sağ kürək nahiyyəsinin kor qəlpə yaralanmasından sonrakı çiyin qurşağının miogen kontrakturası. Sağ ağciyərdə yad cisim (qəlpə). Sağ saidin və sol budun yaralanmasından sonrakı kobud kelloid çapıqları” diaqnoz xəstənin anamnestik kliniki, laborator-instrumental müayinələri əsasında qoyulmuş, müalicə tədbirləri xəstəliyin dinamikasına uyğun aparıldığından onların proqnozu və səmərəliliyi qənaətbəxş olmuşdur. Diaqnoz nəzərə alınmaqla əyani müayinədə aşkar edilmiş patofunksional dəyişikliklər əlillik dərəcəsinin təyini zamanı, ona Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli 187 saylı qərarı təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarlarına dair” Əsasnamənin hər hansı bir maddəsini aid etməyə əsas vermədi.
8. Məhkəmənin qərardadına əsasən İddiaçı əlillik vəziyyəti xx.xx.20250-ci il tarixdə əyani müayinə edilərək diaqnozun əlillik əlaməti təyin etməməsi barədə xx.xx.2025-ci il tarixli 3-17-4/3-3-5604/2025 nömrəli qərar qəbul edilmişdir.
9. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinin “Vətəndaşın əyani müayinə olunması haqqında” xx.xx.2025-ci il tarixli 3-17-4/2- 18937/2025 nömrəli məktubunda bildirilmişdir ki, məhkəmə qərardadına əsasən İddiaçı əlillik vəziyyətinin qiymətləndirilməsi məqsədilə xx.xx.2025-ci il tarixində Agentlikdə əyani müayinə olunmuşdur. Təqdim edilən tibbi sənədlər və həyata keçirilmiş ətraflı müayinənin nəticəsi olaraq, şəxsin sağlamlıq vəziyyətinin obyektiv müayinəsi zamanı əlilliyin təyininə əsas verən ağırlaşmalar aşkar olunmadığından, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq, xx.xx.2025-ci il tarixindən diaqnozun əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir. II. Məhkəmədə icraat
10. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Realibitasiya Agentliyinə qarşı iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə məhkəməyə müraciət edərək, onun əsassız olaraq ləğv edilmiş 2-ci qrup əlilliyinin bərpa edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
11. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, 2-ci dərəcə əlillik statusuna malik olmuşdur. Əlillik səbəbi ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədardır. Xəstəliyi diaqnozu isə yuxarı ətraf qurşağının digər və dəqiqləşdirilməmiş hissəsinin açıq yarası, sağ kürək nahiyyəsinin kor güllə yaralanmasından sonrakı vəziyyət. Bədənin bir neçə nahiyyələrini əhatə edən digər müştərək səthi travmadır. Özü müharibə veteranı statusu daşıyır. Lakin onun əlillik statusu əsassız yerə ləğv edilmişdir. Hesab edir ki, bu qanunsuz və əsassızdır, ona yenidən əlillik təyin edilməlidir. Qeyd edir ki, faktla bağlı cavabdeh inzibati orqana ərizə ilə müraciət etsə də, bugünədək müsbət cavab ala bilməmişdir. Hesab edir ki, cavabdeh orqanın bu yanaşması qanunsuz və əsassızdır və əlillik statusunun bərpa edilməsi öhdəliyinin cavabdeh inzibati orqanın üzərinə qoyulması barədə qərar qəbul edilməlidir.
12. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır.
13. İddiaçı məhkəmə iclasında iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək, ona xx.xx.2022-ci il tarixdən ikinci dərəcə əlilliyin təyin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmiş və məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə ərizə icraata qəbul edilmişdir.
14. Məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə hazırki iddia tələbi “xx.xx.2022-ci il tarixdən Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar ikinci dərəcə müddətsiz əlilliyin təyin edilməsi barədə qərar qəbul edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dəyişdirilmişdir. III. İddianın növü və mümkünlüyü
15. Məhkəmə qeyd edir ki, hazırkı iddia ümumi mümkünlük şərtlərinə (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.), eyni zamanda xüsusi mümkünlük şərtlərinə əməl olunmaqla verilmişdir. Belə ki, iddiaçı hazırkı iddianı qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmişdir.
16. Hazırkı iddia İPM-in 2.2.2-ci maddəsində nəzərdə tutulmuş məcburetmə haqqında iddia növünə aiddir.
17. İPM-ə görə: Maddə 2.2.2. İnzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Maddə 33.1. Məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 8.1.2. Mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur.
18. Hazırkı işdə məcburetmə haqqında iddianın xüsusi mümkünlük şərti kimi tələb olunan müddətlə bağlı şərt də ödənilmişdir. Belə ki, məhkəmənin xx.xx.2025-ci il tarixli qəradadı ilə iş üzrə buraxılmış prosessual müddət bərpa edilmişdir.
19. Cavabdeh orqanın səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə etdiyi üçün hazırkı işə xüsusi aidiyyət qaydası tətbiq olunmaqla, iddiaçının yaşayış yeri (və ya olduğu yer) üzrə baxılır. İddiaçının yaşadığı (olduğu) yer olan Bərdə rayonu “Azərbaycan Respublikası apellyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının xx.xx.2019-cu il tarixli Qərarına əsasən Gəncə İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edilmişdir.
20. Məhkəmə hazırkı iddianın məcburetmə iddia növünə aid olduğunu və iddiaçının yaşadığı yerin ünvanını nəzərə alaraq hesab edir ki, işə ərazi aidiyyəti üzrə Gəncə İnzibati Məhkəməsində baxılmalıdır.
21. Göründüyü kimi, iddia mümkün iddiadır, ona görə ki, hazırkı iddianın qaldırılması üçün inzibati prosessual qanunvericilikdə nəzərdə tutulan həm ümumi, həm xüsusi mümkünlük şərtləri ödənilmiş və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir. IV. Prosessual məsələlər
22. İş üzrə inzibati prosessual qanunvericiliyin tələblərinə müvafiq prosessual hərəkətlər edilərək, şifahi məhkəmə baxışı iclası xx.xx.2025-ci il tarixə təyin edilmiş, bu barədə tərəflərə məlumat verilərək şifahi məhkəmə baxışı ilə bağlı iclasa gəlmədikləri halda onların iştirakı olmadan ərizəyə baxılacağı və iş üzrə qərar qəbul ediləcəyi barədə xəbərdarlıq edilmişdir.
23. İddiaçının vəkili Vəkil məhkəməyə ərizə ünvanlayaraq məhkəmə iclasının təxirə salınmasını xahiş etsə də, başqa məhkəmə prosesinin olmasına dair hər hansı sübut təqdim etməmiş, iddiaçının özü də üzrlü səbəblər bardə məlumat vermədən iclasa gəlməmişdir. Cavabdeh orqan da nümayəndəsinin iştirakını təmin etməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən işə tərəflərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. V. Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri
24. Cavabdeh orqanın iddiaya qarşı yazılı etirazı məhkəməyə daxil olmuş və etiraz onunla əsaslandırılmışdır ki, İddiaçı əlilliyi xx.xx.2022-cü il tarixində əyani müainədə olmuş Diaqnoz əlillik əlaməti təyin etməməsi - Səbəb: Diaqnoz əlillik əlaməti təyin etmir. Diaqnozun mətni: XX Sinif - Xəstələnmənin və ölümün xarici səbəbləri => Y35-Y36 - Qanunla nəzərdə tutulmuş hərəkətlər və hərbi əməliyyatlar => Y36 - Hərbi əməliyyatlar => Y36.2 - Hərbi əməliyyatlar nəticəsində digər... Diaqnozun mətni: Hərbi əməliyyatlar nəticəsində digər növ partlayışlarla və ya qəlpələrlə törənmiş zədələnmələr, Sağ kürək nahiyyəsinin kor qəlpə yaralanmasından sonrakı çiyin qurşağının miogen kontrakturası. Sağ ağ ciyərlərdə yad cism( qəlpə), sağ said və sol bazunun çapığı. sağ said və budun yaralanmasından sonrakı çapıq toxuması. Məzkəzə göndərilmənin / İmtina edilmənin səbəbi: Diaqnoz əlillik əlaməti təyin etməməsi - Səbəb: Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir. Əlillik Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nda nəzərdə tutulan insanın həyat fəaliyyətinin əsas kateqoriyaları və onların məhdudlaşma dərəcələri yəni diaqnozun öz təsdiqini tapması və onun həyat fəaliyyətini məhdudlaşdıran ağırlaşmaların olmasına əsasən müəyyən olunur. Məlumat üçün bildirilir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası"nın və 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”nın 1.4-cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbisosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. Göndərişin forması Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə razılaşdırılaraq, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilir. Göndəriş verilməsi üçün əsaslara şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması, şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, İV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir), əlillik müddətinin bitməsindən sonra bu Qaydanın yuxarıda qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi, peşə əmək qabiliyyətinin itirilməsi faizinin müəyyən edilməsi və əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komissiyanın rəyinə əsasən tibbisosial ekspertiza müayinəsinə zərurət yaranması aiddir. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. TSEK-in sədri və üzvləri hər biri ayrı-ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. Qərar bu Qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını və s. məsələləri yoxlamalıdırlar. Yuxarıda qeyd edilənləri nəzərə alaraq, iddianın təmin edilməməsi barədə müvafiq qərar qəbul edilməsini xahiş edirlər. Vİ. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər
25. Məhkəmə araşdırmasının predmetini aşağıdakı sənədlər təşkil etmişdir: - xx.xx.2022-ci il tarixli tibbi göndəriş; - “Diaqnoz əlillik əlaməti təyin etməməsi barədə” xx.xx.2022-ci il tarixli **********6 nömrəli qərar; - Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2003-cü il tarixli 145 nömrəli qərarı; - Məhkəmənin sorğusuna Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının xx.xx.2024-cü il tarixli 3-17-1/2-21422/2024 nömrəli cavab məktubu; - xx.xx.2024-cü il tarixli ekspert rəyi; - Diaqnozun əlillik əlaməti təyin etməməsi barədə xx.xx.2025-ci il tarixli 3-17-4/3-3- 5604/2025 nömrəli qərar; - Məhkəmənin sorğusuna əsasən əldə edilmiş İddiaçı pensiya işinə dair sənədlər; - Məhkəmənin sorğusuna əsasən cavabdehin təqdim etdiyi İddiaçı dair tibbi-sosial ekspertiza sənədlər.
Əsaslandırma hissəsi:
Vİİ. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi
26. Məhkəmə inzibati iş materiallarını araşdırıb, mövcud olan sübutları obyektiv, hərtərəfli və tam tədqiq etməklə, onlara hüquqi qiymət verərək belə qənaətə gəlir ki, iddia mahiyyət baxımından əsassızdır və təmin edilməməlidir.
27. Belə ki, iş materiallarına əlavə edilmiş sənədlərlə müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2003-cü il tarixli 145 nömrəli qərarı ilə İddiaçı döyüş zonasında xidmət keçərkən xx.xx.1992-ci ildə aldığı yaralanmaya görə "Sağ kürək nahiyəsinin kor qəlpə yaralanması nəticəsində sağ çiyin qurşağının miogen kontrakturası. Sağ ağciyərin yuxarı payının yad cismi (metal qəlpə), funksiyanın cüzi dərəcədə pozulması ilə. Sağ saidin və sol bazunun qəlpə yaralanmasından sonrakı dəri çapıqları" diaqnozlu travmanın səbəb əlaqəsi "Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır" kimi müəyyənləşdirilmişdir. İddiaçı “Sağ kürək nahiyyəsinin kor güllə yaralanması nəticəsində çiyin qurşağının miogen kontrakturası. Sağ ağ ciyərin yad cismi (qəlpə). Sağ said və budun kollidçapıqları. Sağ tərəfli ağır eşitmə İİ dər. Bel-oma radikuliti. Sağ yuxarı ətraf funksiyasının əhəmiyyətli dərəcədə pozulması” diaqnozu üzrə xx.xx.2008-ci il tarixdən xx.xx.2009-cu il tarixədək və xx.xx.2014-cü il tarixdən xx.xx.2015-ci il tarixədək ikinci dərəcə, “Yuxarı ətraf qurşağının digər və dəqiqləşdirilməmiş hissəsinin açıq yarası. Sağ kürək nahiyyəsinin kor güllə yaralanmasından sonrakı vəziyyət. Bədənin bir neçə nahiyələrini əhatə edən digər müştərək səthi yaralar” diaqnozu üzrə xx.xx.2015-ci il tarixdən xx.xx.2016-cı il tarixədək və xx.xx.2016-cı il tarixdən xx.xx.2021-ci il tarixədək ikinci dərəcə əlillik təyin edilmişdir. İddiaçı əlillik vəziyyəti xx.xx.2021-ci il tarixdə qiymətləndirilmiş və göndərişin natamam doldurulması əsası ilə imtina verilmiş, daha sonra yenidən xx.xx.2022-ci il tarixdə yeni göndəriş əsasında qiymətləndirilmiş və diaqnozun əlillik əlamət təyin etməməsi barədə qərar qəbul edilmişdir. İddiaçının müraciəti əsasında əlavə əyani müayinənin araşdırılması aparılmış və diaqnozun əlillik əlamət təyin etməməsi barədə xx.xx.2022-ci il tarixdə **********6 nömrəli qərar qəbul edilmişdir.
28. İddiaçı xx.xx.2008-ci il tarixdə Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar 1 il müddətinə, xx.xx.2009-cu il tarixdə 1 il müddətinə, xx.xx.2010cu il tarixdə 1 il müddətinə, xx.xx.2011-ci il tarixdə 1 il müddətinə, xx.xx.2012-ci il tarixdə 1 il müddətinə, xx.xx.2013-cü il tarixdə 1 il müddətinə, xx.xx.2014-cü il tarixdə 1 il müddətinə, xx.xx.2015-ci il tarixdə 1 il müddətinə və xx.xx.2016-cı il tarixdə 5 il müddətinə ikinci dərəcə əlillik təyin edilmişdir.
29. İddiaçı əlillik vəziyyəti xx.xx.2021-ci il tarixdə qiymətləndirilərək “Göndərişin natamam doldurulması” səbəbindən əlillik təyinatından imtina edilmişdir.
30. İddiaçının əlilliyinin qiymətləndirilməsi üçün tibb müəssisəsi tərəfindən xx.xx.2022-ci il tarixdə göndəriş rəsmiləşdirilmişdir. Həmin göndərişdə iddiaçıya qoyulmuş diaqnozlar aşağıdakı qaydada olmuşdur: Əsas diaqnoz – Y36.2 – Hərbi əməliyyatlar nəticəsində digər növ partlayışlarla və ya qəlpələrlə törənmiş zədələnmələr, Sağ kürək nahiyyəsinin güllə yaralanmasından sonrakı çiyin qurşağının miogen kontrakturası. Sağ ağ ciyərlərdə yad cism (qəlpə) sağ said və sol budun kobud çapığı. Sağ said və budun yaralanmasından sonrakı kobud kelloid çapıq toxuması; Yanaşı xəstəliklər – İ11.0 – (Durğunluq) ürək çatmamazlığı ilə müşaiyət olunan, əsasən ürəyin zədələnməsi ilə hipertenziv (hipertoniya), xəstəlik (-yi); Yanaşı xəstəliklər – H90.6 – İkitərəfli qarışıq konduktiv və neyrosensor tipli ağır eşitmə, İki tərəfli xroniki eşitmə nevriti İİ-İİİ dərəcə. Sol qulaqda İİİ dərəcəli neyrosensor ağıreşitmə ilə; Yanaşı xəstəliklər – F48 – Digər neqativ pozğunluqlar, Asteno nevrotik hal; Yanaşı xəstəliklər – İ25 – Ürəyin işemik xəstəliyi, ÜİX yi gərginlik stenokardiyası. Astenik sindrom; Ağırlaşma – M24.5 – Oynaqların kontrakturası, Sağ çiyin qurşağının miogen kontrakturası.
31. Həmin göndərişdəki diaqnozlar üzrə cavabdeh orqan iddiaçının əlillik vəziyyətini xx.xx.2022-ci il tarixdə qiymətləndirərək, “Diaqnoz əlillik əlaməti təyin etməməsi” səbəbindən əlillik təyinatından imtina etmişdir. İddiaçının həmin qərardan verdiyi şikayət əsasında xx.xx.2022-ci il tarixdə onun əyani müayinəsi həyata keçirilmiş və “Diaqnoz əlillik əlaməti təyin etməməsi barədə” xx.xx.2022-ci il tarixli **********6 nömrəli qərar qəbul edilmişdir.
32. Məhkəmənin qərardadına əsasən İddiaçı əlillik vəziyyəti xx.xx.20250-ci il tarixdə əyani müayinə edilərək diaqnozun əlillik əlaməti təyin etməməsi barədə xx.xx.2025-ci il tarixli 3-17-4/3-3-5604/2025 nömrəli qərar qəbul edilmişdir.
33. Qeyd edilməlidir ki, Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin İ hissəsinin 1-ci bəndinə uyğun olaraq əlilliyi olan şəxslər barəsində dövlət siyasətinin əsasları və onların hüquqlarının müdafiəsi sahəsində dövlətin vəzifələrinin müəyyən edilməsi, əlilliyə səbəb olan risklərin, əlillik əlamətinə görə ayrı-seçkiliyin bütün formalarının aradan qaldırılması, əlilliyi olan şəxslərin reabilitasiyası, cəmiyyətin həyatında tam həcmdə iştirakı və sosial inteqrasiyasına şərait yaradılması, onlara aid olan strategiya və proqramlara dair qərarların qəbulu prosesinə fəal cəlb olunması, əlilliyi olan şəxslərin hüquq və azadlıqlarının tam və bərabər səviyyədə həyata keçirilməsi, onların şərəf və ləyaqətinin müdafiəsi sahəsində yaranan münasibətlər “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir.
34. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi qaydaları”na əsasən: Bənd 1.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qəran ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra — Komissiya) tərəfindən "Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbisosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra — göndəriş) əsasında aparılır. Bənd 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra – Agentlik) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. Bənd 1.6. Orqanizmin funksiyalarının pozulması faizinin, səbəbinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra – altsistem) vasitəsilə aparılır. Bənd 1.8. Əlillik Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nda nəzərdə tutulan insanın həyat fəaliyyətinin əsas kateqoriyaları və onların məhdudlaşma dərəcələri və “Əlilliyin müəyyən olunması meyarları”na Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə əsasən müəyyən olunur. Bənd 1.9. Orqanizmin funksiyalarının 30 faizədək pozulması hallarında əlillik müəyyən edilmir, 30 faizdən artıq pozulması hallarında isə 31-60 faizədək, 61-80 faizədək və 81-100 faizədək qiymətləndirilməklə əlillik müəyyən edilir.
35. Məhkəmə qeyd edir ki, İddiaçı Hərbi əməliyyatlar nəticəsində digər növ partlayışlarla və ya qəlpələrlə törənmiş zədələnmələr. Sağ kürək nahiyyəsinin kor qəlpə yaralanmasından sonrakı çiyin qurşağının miogen kontrakturası. Sağ ağciyərdə yad cisim (qəlpə). Sağ saidin və sol budun yaralanmasından sonrakı kobud kelloid çapıqları” diaqnozlu xəstəliyi onun əlilliyinin qiymətləndirildiyi zaman – xx.xx.2022-ci il tarixdə qüvvədə olmuş “Əlilliyin müəyyən olunması meyarları”nda nəzərdə tutulmuş hər hansı bəndə uyğun gəlmədiyi üçün cavabdeh orqanın ona əlillik təyin etməkdən imtina barədə qərarı (hərəkətləri) qanuni olmuşdur.
36. Məhkəmənin qərardadı ilə əldə edilmiş xx.xx.2024-cü il tarixli ekspert rəyi ilə müəyyən edilir ki, vətəndaş İddiaçı iş materiallarında olan tibbi sənədlərinə əsasən əlillik vəziyyətinin Tibbi-Sosial Ekspert Komissiyaları tərəfindən qiymətləndirilməsi üçün müvafiq tibb müəssisəsi tərəfindən tərtib edilmiş Forma 088 saylı göndərişində qeyd edilən “Hərbi əməliyyatlar nəticəsində digər növ partlayışlarla və ya qəlpələrlə törənmiş zədələnmələr. Sağ kürək nahiyyəsinin kor qəlpə yaralanmasından sonrakı çiyin qurşağının miogen kontrakturası. Sağ ağciyərdə yad cisim (qəlpə). Sağ saidin və sol budun yaralanmasından sonrakı kobud kelloid çapıqları” diaqnoz xəstənin anamnestik kliniki, laborator-instrumental müayinələri əsasında qoyulmuş, müalicə tədbirləri xəstəliyin dinamikasına uyğun aparıldığından onların proqnozu və səmərəliliyi qənaətbəxş olmuşdur. Diaqnoz nəzərə alınmaqla əyani müayinədə aşkar edilmiş patofunksional dəyişikliklər əlillik dərəcəsinin təyini zamanı, ona Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli 187 saylı qərarı təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarlarına dair” Əsasnamənin hər hansı bir maddəsini aid etməyə əsas vermədi.
37. Göründüyü kimi hazırkı halda İddiaçı barədə rəsmiləşdirilmiş göndərişdə qeyd edilmiş diaqnozlar “Əlilliyin müəyyən olunması meyarları”nda qeyd edilmiş orqanizmin funksiyalarının pozuntusu hallarından heç birinə uyğun olmadığından cavabdeh orqanı ona əlillik təyin edilməsindən imtinası qanuni və əsaslı olmuşdur. Bu hal isə iddianın rədd edilməsinə əsas verir.
38. İPM-ə görə: Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
Nəticəvi hissə:
39. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 75 və 85-ci maddələrini rəhbər tutaraq
qərara aldı:
İddia təmin edilməsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına (Gəncə şəhəri, Atatürk prospekti, 252) apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Gülşən Əliyeva