Məhkəmə qərarları › İş №2-1(114)-344/2021

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-344/2021

04.05.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-344/2021 04.05.2021 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim İsgəndərova Aygül Vulqar qızının sədrliyi, Əliyeva Tahirə Nazim qızının katibliyi, İddiaçı, vəkili Vəkil, cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi N nömrəli Hərbi hissənin nümayəndəsi X1 iştirakları ilə, “N5 fevral N017-cı il tarixli, 018əç nömrəli əmrin etibarsız hesab edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək müddətdən artıq xidmət keçmiş hərbi qulluqçuların şərəf məhkəməsinin qərarının ləğv edilərək, N saylı hərbi hissə komandirinin N15N, N64 saylı 03.03.N017-ci il tarixli əmrinin etibarsız hesab edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, N5 may N015-ci il tarixdən N saylı hərbi hissədə müddətdən artıq hərbi qulluqçu olaraq çavuş rütbəsində kəşfiyyat bölüyünün N-ci kəşfiyyat tağımının 1-ci kəşfiyyat manqasının komandiri vəzifəsində xidmət etmiş, xidmət dövründə komandir heyətinin dəfələrlə təşəkkürünü qazanmışdır. 03.03.N017-ci tarixdə barəsində Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Hüquq idarəsinin 8-ci Təhqiqat bölməsi tərəfindən araşdırılma aparıldığını əsas gətirələrək hərbi hissə komandirinin N15N, N64 saylı əmri ilə 156-cı maddənin “e” bəndinə əsasən xidmətə yararsız kimi ehtiyata buraxılmışdır. Baxmayaraq ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Hüquq idarəsinin 8-ci Təhqiqat bölməsi tərəfindən aparılmış araşdırılma zamanı əməlində heç bir hüquq pozuntusunun olmaması təhqiqatçı ədliyyə leytenantı X3 03 aprel N017-ci il tarixli 00585 saylı cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarda əksini tapmışdır. Bununla əlaqədar, Azərbaycan Respublikası MN-in hüquq idarəsinə edilmiş müraciətə N saylı hərbi hissənin komandanlığı tərəfindən verilmiş cavabda onun əsgər XN xəsarət yetirməyi əsasında müddətdən artıq xidmət kecmiş hərbi qulluqçuların şərəf məhkəməsinin qərarına uyğun olaraq hərbi hissə komandirinin əmri ilə “hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanunun 41.0.6-cı maddəsinə (xidmətə uyğunsuzluğa) müvafiq olaraq ehtiyata buraxıldığı qeyd edilmişdir. Qeyd olunan maddənin tələbinə əsasən ehtiyata buraxılan hərbi qulluqçuların yenidən hərbi xidmətə bərpası mümkünsüz hesab olunması göstərilmişdir. Bakı İnzibati Məhkəməsinin 13.10.N0N0-ci il tarixli, N-1(11N)-58N0/N0N0 nömrəli qərardadı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı əmrin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi üzrə inzibati iş baxılması üçün ərazi aidiyyəti üzrə Gəncə İnzibati Məhkəməsinə göndərilmişdir. İddiaçı və onun vəkili Vəkil Gəncə İnzibati Məhkəməsində məhkəmə iclasında “cavabdehin əsl cavabdeh ilə əvəz edilməsi barədə” vəsatət və “iddia tələbinin dəqiqləşdirilməsinə dair” ərizə təqdim edərək cavabdeh olaraq Azərbaycan Respublikası Müdafiə Nazirliyi N saylı hərbi hissənin qəbul olunmasına və “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə əsasən ehtiyata buraxılması barədə N saylı hərbi hissə komandirinin N5.0N.N017-ci il tarixli 018əç nömrəli əmrinin etibarsız hesab edilməsinə dair qərar çıxarılmasını xahiş etmişlər, ərizə inzibati məhkəmə icraatına qəbul edilmişdir. İddiaçının və vəkili məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişlər. Cavabdehin nümayəndəsi məhkəmə iclasında izahat verərək bildirdi ki, iddia tələbinin həllini məhkəmənin mülahizəsinə buraxırlar. Məhkəmə tərəfindən iddia tələbinin təmin edilməsi barədə qərar çıxarılacağı halda tərəflərindən həmin qərar icra ediləcəkdir, lakin iddia tələbinin məhkəmədən kənar iddiaçı ilə razılaşdırılaraq həll edilməsi mümkün deyildir. Məhkəmə araşdırmasının predmetini aşağıdakı sənədlər təşkil etmişdir: -SX seriyalı ******* nömrəli iddiaçıya məxsus hərbi biletin surəti; -«Cinayət işi başlanmasının rədd edilməsi haqqında» 03.04.N017-ci il tarixli qərar; -Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətininq Şəmkir rayon şöbəsi tərəfindən təqdim olunmuş İddiaçı şəxsi iş materialları, qeydiyyat kartası və xidmətə buraxılmasına dair əmrlərdən çıxarış; - N nömrəli hərbi hissəsinin müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularının şərəf məhkəməsinin N5.0N.N017-ci il tarixli, 14 nömrəli protokolu və qəranın surəti. Əsaslandırma hissəsi: Məhkəmə ilk növbədə iddia tələbinin mümkünlüyünü yoxlayaraq müəyyən etmişdir ki, verilmiş iddia mümkündür və tələbin mümkün sayılmaması üçün əsaslar yoxdur. Məhkəmə qeyd edir ki, hazırkı iddia növü müəyyən etmə və ya tanınma haqqında iddiadır. Belə ki, İddiaçı “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə əsasən ehtiyata buraxılması barədə N saylı hərbi hissə komandirinin N5.0N.N017-ci il tarixli 018əç nömrəli əmrini mübahisələndirərək etibarsız hesab olunmasını xahiş etmişdir. Məhkəmə işin hallarını, iddia tələbinin dəlillərini inzibati iş materialları ilə birlikdə araşdırıb hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, iddia tələbi təmin edilməməlidir. İlkin olaraq məhkəmə qeyd edir ki, iddiaçının hüquqi marağına uyğun olaraq məhkəmə tərəfindən Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 13-cü maddəsinə əsasən real hüquqi yardım olunaraq iddianın daha uğurlu iddia növü – mübahisələndirilmə haqqında iddia ilə əvəz edilməsi təklif edilsə də, iddiaçı tələbinin dəyişdirilməsi ilə bağlı məhkəmənin təklifindən imtina edərək ərizə təqdim etməmişdir. Odur ki, hazırki məhkəmə araşdırılmasının predmeti N saylı hərbi hissə komandirinin N5.0N.N017-ci il tarixli, 018əç nömrəli əmrinin etibarsızlığıdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin: - N.N.5-ci maddəsinə əsasən inzibati hüquq münasibətinin mövcud olmasına və ya olmamasına, habelə inzibati aktın etibarsız sayılmasına dair iddialara (müəyyən etmə və ya tanınma haqqında iddia) inzibati icraat qaydasında baxılır. - 36.1-ci maddəsinə əsasən müəyyən etmə və ya tanınma haqqında iddia vasitəsi ilə iddiaçı hər hansı hüquq münasibətinin mövcud olması və ya olmamasının, yaxud inzibati aktın etibarsızlığının tanınmasını məhkəmədən tələb edə bilər. - 36.N-ci maddəsinə əsasən müəyyən etmə və ya tanınma haqqında iddia vasitəsi ilə iddiaçı artıq icra olunmuş inzibati aktın qanunsuz sayılmasını məhkəmədən tələb edə bilər. - 36.3-ci maddəsinə əsasən müəyyən etmə və ya tanınma haqqında iddia iddiaçının həmin münasibətlərin qısa müddətdə müəyyən edilməsində kifayət qədər maraqlı olduğu hallarda qaldırıla bilər. Hüquq münasibətlərinin müəyyən edilməsində iddiaçının marağı hüquqi, iqtisadi və ya ideya xarakterli ola bilər. Göründüyü kimi İPM-də müəyyən etmə haqqında iddianın üç növü – hər hansı bir hüquq münasibətinin mövcud olub-olmamasının müəyyən olunması; hər hansı bir inzibati aktın etibarsızlığının tanınması; artıq icra olunmuş inzibati aktın qanunsuzluğunun müəyyən olunması təsbit edilmişdir. İnzibati aktın etibarsızlığının tanınmasına dair iddia hüquq münasibəti baxımından müəyyən etmə haqqında iddianın xüsusi halıdır. Onlar arasındakı fərq ondan ibarətdir ki, inzibati aktın etibarsızlığının tanınmasına dair iddiada məhkəmənin müəyyənləşdirməsi birbaşa inzibati aktın etibarsızlığı ilə bağlı olur və inzibati aktın etibarsızlığının tanınmasına dair iddia o halda əsaslı sayılır ki, inzibati akt «İnzibati icraat haqqında» Qanunun 65-ci maddəsinə əsasən etibarsız olsun. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 65.1-ci maddəsinə əsasən hansı inzibati orqan tərəfindən qəbul edildiyi məlum olmayan yazılı inzibati akt; müvafiq səlahiyyəti olmayan inzibati orqan tərəfindən qəbul edilmiş inzibati akt; qanunvericiliyə əsasən yalnız müəyyən rəsmi sənəd (rəsmi sənədin təqdim edilməsi) formasında qəbul edilə bilən, lakin həmin tələbə cavab verməyən inzibati akt; maraqlı şəxsdən inzibati və ya cinayət məsuliyyətinə səbəb ola bilən hərəkətlər etməyi tələb edən inzibati akt; faktiki səbəblər üzündən icrası mümkün olmayan inzibati akt; kimə ünvanlandığı aydın olmayan inzibati akt etibarsız sayılır. Həmin Qanunun 65.N-ci maddəsinə əsasən etibarsız inzibati akt qəbul edildiyi andan yararsız (əhəmiyyətsiz) sayılır və heç bir hüquqi nəticə yaratmır. Məhkəmə qeyd edir ki, hər hansı bir inzibati aktın etibarsızlığının tanınmasına dair iddia inzibati orqanla vətəndaş arasında inzibati aktın hüquqi cəhətdən etibarlılığına dair mübahisə mövcud olan hallarda hüquqi müəyyənliyin bərqərar edilməsinə xidmət edir. Qanunsuz inzibati akt ləğv olunana qədər hüquqi təsirə malik olduğu halda, etibarsız inzibati akt qəbul edildiyi andan yararsız (əhəmiyyətsiz) sayılır və heç bir hüquqi nəticə yaratmır. Mübahisələndirilən əmrdən məlum olur ki, N nömrəli hərbi hissə komandiri tərəfindən səlahiyyətinə uyğun olaraq İddiaçı “Hərbi xidmət keçmə haqqında Əsasnamə”nin 156-cı maddəsinin “e” bəndinə əsasən hərbi xidmətdən ehtiyata buraxılması barədə N5 fevral N017-ci il tarixli, 018əç nömrəli əmr verilmişdir. Belə ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 40.3-cü maddəsinə əsasən zabitlər, gizirlər və miçmanlar, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları “Hərbi xidmətkeçmə haqqında” Əsasnamədə müəyyən edilmiş qaydada müvafiq icra hakimiyyəti orqanı tərəfindən həqiqi hərbi xidmətdən ehtiyata və ya istefaya buraxılırlar. “Hərbi xidmət keçmə haqqında Əsasnamə”nin 155-ci maddəsinə əsasən hərbi qulluqçuların həqiqi hərbi xidmətdən buraxılması «Hərbi xidmət haqqında» Azərbaycan Respublikasının Qanununa uyğun olaraq aparılır. Göründüyü kimi N nömrəli hərbi hissə komandiri tərəfindən səlahiyyətinə uyğun olaraq İddiaçı “Hərbi xidmət keçmə haqqında Əsasnamə”nin 156-cı maddəsinin “e” bəndinə əsasən hərbi xidmətdən ehtiyata buraxılması barədə N5 fevral N017-ci il tarixli, 018əç nömrəli əmri vermişdir. Beləliklə məhkəmə hesab edir ki, hazırkı iş üzrə “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 65.1-ci maddəsində nəzərdə tutulan inzibati aktın etibarsız hesab edilməsi halı müəyyən edilmədiyindən iddia tələbinin təmin olunması və N nömrəli hərbi hissə komandirinin N5 fevral N017-ci il tarixli, 018əç nömrəli əmrinin etibarsız hesab edilməsi üçün heç bir hüquqi əsas yoxdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: - 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. - 68.1-ci maddəsinin tələblərinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.N-ci maddəsinin tələblərinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. - 69.4-cü maddəsinin tələblərinə əsasən məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68-69, 75, 81-ci maddələrini rəhbər tutaraq, qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi N nömrəli Hərbi Hissəyə qarşı N5 fevral N017-cı il tarixli, 018əç nömrəli əmrin etibarsız hesab edilməsi tələbi təmin edilməsin. Qərardan, onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar, apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Aygül İsgəndərova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar