Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-345/2022 26.01.2022 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Fikrət Cilingir oğlunun sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, İddiaçı, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə mübahisələri ilə iş üzrə mərkəzi filialının nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş illərinin sosial sığorta stajına daxil edilməsi və güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə 01.12.2021-ci il tarixdə məhkəməyə müraciət edərək, 01.06.1978-ci il tarixdən-04.05.1980-ci il tarixədək Kəlbəcər rayonu Lev kəndində yerləşən “1 May” kolxozunda işlədiyi illərin, 04.05.1980-ci il tarixdən-02.06.1982ci il tarixədək hərbi xidmət dövrünün, 07.06.1982-ci il tarixdən-01.04.1993-cü il tarixədək Kəlbəcər rayonu Civə zavodunda fəhlə işlədiyi illərin və Kəlbəcər rayon Dövlət Arxivinin 27.05.2021-ci il tarixli 50 nömrəli arxiv arayışında göstərilən 03.11.1994-cü il tarixdən- 31.12.2005-ci il tarixədək Kəlbəcər rayon X1 və Mexanikləşdirmə Birliyində işlədiyi illərin sosial sığorta stajına daxil edilərək, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1961-ci ildə Kəlbəcər rayonunun Lev kəndində anadan olmuş, 01.06.1978-ci il tarıxdən 04.05.1980-ci il tarixədək Kəlbəcər rayonu Lev kəndində yerləşən “1 May” kolxozunda kolxozçu işləmiş və həmin tarixdə Azərbaycan SSR-nin ordu sıralarında hərbi xidmətə getmişdir. 04.05.1980-ci il tarixdən- 02.06.1982-ci il tarixədək hərbi xidmət keçmiş, bundan sonra əmək fəaliyyətini 07.06.1982-cı ıl tarixdən-01.04.1993-cü il tarixədək Kəlbəcər rayonu Civə zavodunda fəhlə işləyərək davam etdirmişdir (həmin fakt Kəlbəcər Rayon Məhkəməsinin 08.08.2014-cü il tarixli 2(040)-391/2014 nömrəli qətnaməsi ilə öz təsdiqini tapmışdır). Bundan sonra 02.04.1993-cü il tarixdə Kəlbəcər rayonu erməni işğalçıları tərəfindən işğal edildikdən sonra əmək fəaliyyətini 03.11.1994-cü il tarixdən-31.12.2005-ci il tarixədək Kəlbəcər rayon X1 və Mexanikləşdirmə Birliyində davam etdirmiş və həmin fakt Kəlbəcər rayon Dövlət Arxivi tərəfindən verilmiş 27.05.2021-ci il tarixli 50 nömrəli arxiv arayışında qeyd edilmişdir. Yuxarıda qeyd olunanlara əsasən iddiaçı ona güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi üçün cavabdehə müraciət etsə də, sonuncu bundan imtina etmişdir. İddiaçı iddianı müdafiə etmişdir. Cavabdehin nümayəndəsi X4 məhkəmə iclasında iddianı qəbul etməyərək bildirmişdir ki, iddiaçının pensiya təyinatı hüququ 2018-ci ildə yaranmışdır, lakin 12 il 6 ay zərərli iş stajı olmadığına görə güzəştli şərtlə pensiya təyin edilə bilməz. İddiaçının 1994- 2005-ci illərə dair işə girməsi və çıxması barədə məlumatlar da arxiv arayışında qeyd olunmamışdır. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: -Kəlbəcər rayon Dövlət Arxivinin 27.05.2021-ci il tarixli 50 nömrəli arayışından görünür ki, Kəlbəcər rayon İcra Hakimiyyətinin 19.10.1994 cü il tarixli 250 saylı, Rayon Kənd Təsərrüfatı və Ərzaq İdarəsinin 20.10.1994 cü il tarixli 22 saylı əmr və sərəncamlarına əsasən sürücü-mexanizatorlar öhdələrində olan texnikalarla birlikdə işə götürülməklə icarəyə verilmiş, müəssisənin 29-30-31.12.2005-ci il tarixli, 25 saylı Protokolunda İddiaçı 286-cı sıra sayında, öhdəsində olan, Qaz-52 markalı, 85-75 AQD dövlət nömrə nişanlı avtomobili özəlləşdirdiyi qeyd edilmişdir. -surəti işə əlavə edilmiş Kəlbəcər Rayon Məhkəməsinin 08.08.2014-cü il tarixli 2(040)-391/2014 nömrəli qətnaməsindən görünür ki, ərizəçi İddiaçı 1978-ci ilin iyun ayının 01-dən 1980-ci ilin may ayının 04-ə qədər Kəlbəcər rayonu Lev kəndində olan “1 May” kolxozunda kolxozçu və 1982-ci ilin iyun ayının 07-dən 1993-cü ilin aprel ayının 01-nə kimi olan dövr ərzində Kəlbəcər rayon Şorbulaq zavodunda fəhlə işləməsi faktı müəyən olunmuşdur. -surəti işə əlavə edilmiş 01.05.1980-ci il tarixli НЗ ******* nömrəli hərbi biletdən görünür ki, İddiaçı 04.05.1980-ci il tarixdən 02.06.1982-ci il tarixədək hərbi xidmətdə olmuşdur. -AR ƏƏSMN tabeliyində DSMF publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının 07.09.2021-ci il tarixli, **********1 nömrəli məktubunun surətindən görünür ki, İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina edilmişdir. Əsaslandırma hissəsi: Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək, həmçinin mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddiaçı həmin Məcəllənin 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. İddia mümkün iddia olsa da mahiyyət baxımından əsaslı deyil. Belə ki, iş materiallarına əlavə olunmuş sənədlərlə müəyyən olunmuşdur ki, iddiaçı xx.xx.1961-ci il təvəllüdlü olmaqla müvafiq illərdə əmək fəaliyyəti ilə məşğul olmuşdur. İddiaçı pensiya yaşına çatdığına görə işlədiyi illərinin sosial sığorta stajına daxil edilməsi və güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi məqsədilə cavabdehə müraciət etmiş, lakin sonuncu iddiaçının ümumi iş stajının 25 ildən az, güzəştli iş stajının isə 12 il 6 aydan az tşkil etdiyinə, eləcə də fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermədiyinə görə ona güzəştli şərtlərlə əmək pensiyasının təyin olunmasından imtina etmişdir. Məhkəmə iş üzrə toplanmış sübutlara müqayisəli şəkildə, onlara tətbiq edilməli olan normativ hüquqi aktlar baxımından hüquqi qiymət verərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin 3-cü bəndinə əsasən hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “İnsan hüquqları haqqında” Ümumi Bəyannamənin 22-ci maddəsinə uyğun olaraq, hər bir insanın cəmiyyətin bir üzvü kimi, sosial təminat, milli səylər və beynəlxalq əməkdaşlıq əsasında, hər bir ölkənin strukturuna və ehtiyatlarına müvafiq olaraq, ləyaqətinin qorunması, şəxsiyyətinin azad inkişafı üçün zəruri olan iqtisadi, sosial və mədəni hüquqlarını həyata keçirmək hüququ vardır. “İqtisadi, sosial və mədəni hüquqlar haqqında” Beynəlxalq Paktın 9-cu maddəsində nəzərdə tutulmuşdur ki, hər bir şəxsin sosial təminat hüququ var. «Andreyeva Latviyaya qarşı» işində İnsan Hüquqları üzrə Avropa Məhkəməsi birmənalı olaraq hesab etmişdir ki, dövlət pensiya proqramını tətbiq etməyə başlayanda, ondan irəli gələn şəxsi hüquqlar və maraqlar, pensiya ödənişləri etməsindən və pensiya proqramının maliyyələşmə vasitələrindən asılı olmayaraq, 1 saylı Protokolun 1-ci maddəsi ilə əhatə edilmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun: -3.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası hüququna malikdir. -9.1-ci maddəsində göstərilir ki, axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. -9.8-ci maddəsinə əsasən 1 yanvar 2006-cı il tarixinədək Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Azərbaycan Respublikasının 6 mart 2007-ci il tarixli 260-İİİQD nömrəli Qanunu ilə qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında" Qanunun 13-cü maddəsinin “b” bəndinə uyğun olaraq, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı iləm təsdiq olunmuş 2№-li siyahı üzrə müəyyən edilmiş 25 il ümumi iş stajı olan və bu stajın azı 12 il 6 ayını güzəştli işlərdə çalışan 57 yaşı tamam olmuş kişilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. İddiaçının təqdim etdiyi sənədlərə əsasən iddia etdiyi ümumi iş stajı 01.06.1978-ci il tarixdən 04.05.1980-ci il tarixədək Kəlbəcər rayonu “1 May” kolxozunda işlədiyi müddət- 1 il 11 ay 03 gün, 04.05.1980-ci il tarixdən 02.06.1982-ci il tarixədək hərbi xidmətdə olduğu müddət – 2 il 28 gün, 07.06.1982-ci il tarixdən 01.04.1993-cü il tarixədək Kəlbəcər rayonu Civə zavodunda işlədiyi müddət 10 il 9 ay 24 gün, 03.11.1994-cü il tarixdən 31.12.2005-ci il tarixədək Kəlbəcər rayon X2 və Mexanikləşdirmə Birliyində işlədiyi müddət- 11 il 01 ay 28 gün təşkil edir. Yuxarıda göstərilən “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “b” bəndinə uyğun olaraq İddiaçı pensiya hüququnun yaranması üçün 3 şərt tələb olunur. Yaş tələbi ilə bağlı qeyd edilməlidir ki, iddiaçı xx.xx.1961-ci ildə doğulmuşdur. Deməli onun güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ 10.10.2018-ci ildə yaranmışdır. Tələb olunan 25 il ümumi iş stajı ilə bağlı qeyd edilməlidir ki, iddiaçının 01.06.1978-ci il tarixdən 04.05.1980-ci il tarixədək işlədiyi müddət - 1 il 11 ay 03 gün, 04.05.1980-ci il tarixdən 02.06.1982-ci il tarixədək hərbi xidmətdə olduğu müddət – 2 il 28 gün və 07.06.1982-ci il tarixdən 01.04.1993-cü il tarixədək işlədiyi müddət - 10 il 9 ay 24 gün cavabdeh tərəfindən mübahisələndirilməmişdir. İddiaçının 03.11.1994-cü il tarixdən 31.12.2005-ci il tarixədək Kəlbəcər rayon X2 və Mexanikləşdirmə Birliyində işlədiyi müddət - 11 il 01 ay 28 gün arxiv arayışında öz təsdiqini tapdığı təqdirdə və həmin müddət də onun sosial sığorta stajına daxil edildikdə ümumilikdə 25 il 11 ay 23 gün sosial sığorta stajı yaranmış olur. Buna baxmayaraq tələb olunan 12 il 6 ay güzəştli sosial sığorta stajı ilə bağlı qeyd edilməlidir ki, iddiaçının təqdim etdiyi sənədlərə əsasən güzəştli iş stajı 07.06.1982- 01.04.1993-cü illərdə Kəlbəcər rayonu Civə zavodunda işlədiyi illəri əhatə edir və cəmi 10 il 9 ay 24 gün təşkil edir. Göründüyü kimi bu tələb ödənilmir. Beləliklə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən iddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün 12 il 6 ay güzəştli sosial sığorta stajı tələbini ödəmədiyinə görə əmək pensiyası hüququ yaranmır. Odur ki, məhkəmə hesab edir ki, cavabdeh orqanın ona güzəştli şərtlərlə yaşa görə pensiya təyin etməklə bağlı imtinası əsaslı olmuşdur. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı işüzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. N ə t i c ə v i h i s s ə: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 34, 68-69, 75, 81-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş illərinin sosial sığorta stajına daxil edilməsi və güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası təmin edilməsin. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fikrət Hüseynov
Məhkəmə qərarları › İş №2-1(114)-345/2022
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-345/2022
26.01.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver