Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-3450/2025 04.12.2025 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi tələbinə dair iş üzrə Giriş hissə: Hakim Əliyeva Gülşən Talıb qızının sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququnun yarandığı xx.xx.2024-cü il tarixdən yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə Gəncə İnzibati Məhkəməsinin (Gəncə şəhəri, H.Əliyev prospekti, 105) binasında açıq məhkəmə iclasında şifahi dinləmələr qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: I. İşin halları
1. İddiaçıya məxsus xx.xx.1982-ci il tarixli НЗ № 461686 nömrəli hərbi biletə əsasən İddiaçı xx.xx.1982-xx.xx.1984-cü illərdə hərbi xidmətdə olmuşdur.
2. İddiaçıya məxsus xx.xx.1988-ci il tarixli ИТ-İ № ******* nömrəli əmək kitabçasına əsasən İddiaçı xx.xx.1984-cü il tarixdən xx.xx.1987-ci il tarixədək 228 nömrəli Yol maşın stansiyasında maşinist köməkçisi, xx.xx.1987-ci il tarixdən xx.xx.1987-ci il tarixədək yol montyoru, xx.xx.1987-ci il tarixdən xx.xx.1987-ci il tarixədək maşinist köməkçisi, xx.xx.1987-ci il tarixdən xx.xx.1993-cü il tarixədək maşinist, xx.xx.1995-ci il tarixdən xx.xx.1995-ci il tarixədək 228 nömrəli Yol maşın stansiyasında gözətçi, xx.xx.1995-ci il tarixdən xx.xx.1996-cı il tarixədək Gəmcə yol distansiyasında yol montyoru, xx.xx.2002-ci il tarixdən xx.xx.2005-ci il tarixədək Kürəkçay məntəqəsində 3-cü dərəcəli yol təmiri fəhləsi, xx.xx.2008-ci il tarixdən xx.xx.2011-ci il tarixədək "xxxx" MMC-nin Gəncə Alüminium zavodunun tikintisi obyektində fəhlə, xx.xx.2011-ci il tarixdən xx.xx.2012-ci il tarixdək "xxxx" MMC X1 sexi üzrə elektrolizçi fəhlə, xx.xx.2012-ci il tarixdən xx.xx.2012-ci il tarixədək İstehsalat Departamentinin anod prosesləri sexində Anod anbarında yükləmə boşaltma işçisi, xx.xx.2012-ci il tarixdən xx.xx.2013-cü il tarixədək İstehsalat Departamentinin Anod demontajı və montajı sexinin anod çivi və uc təmizləyici, xx.xx.2013-cü il tarixdən xx.xx.2018-ci il tarixədək İstehsalat Departamentinin Anod demontajı və montajı sexində kran operatoru, xx.xx.2018-ci il tarixdən xx.xx.2022-ci il tarixədək "xxxx" MMC X6 İstehsalat şöbəsinin Anod prosesləri Zavodunda kran operatoru vəzifəsində işləmişdir, xx.xx.2022-ci il tarixdən hazıradək X4 İstehsalat şöbəsinin Anod prosesləri sexində kran maşınisti vəzifəsində işləyir.
3. "xxxx" MMC-nin “Güzəştli şərtlərlə pensiya hüququ verən işdə çalışma haqqında” xx.xx.2024-cü il tarixli 13-5-2/2-0594/2924 nömrəli arayışında göstərilmişdir ki, İddiaçı "xxxx" MMC-nin İstehsalat Departamentinin Elektroliz sexində "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının Qanuna uyğun olaraq, güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən aşağıda qeyd olunan peşələrdə; 1). "elektrolizçi" peşəsində; xx.xx.2011-cı ildən:(peşəyə təyinat xx.xx.2011-cı il tarixli, əmr N80- K:) - xx.xx.2012-ci ilədək tarixləri arasındakı dövr ərzində işləmişdir. "kran operatoru" peşəsində; xx.xx.2013cü ildən:(peşəyə təyinat xx.xx.2013-cü il tarixli, əmr N111-K;)-xx.xx.2018-ci ilədək tarixləri arasındakı dövr ərzində işləmişdir. 3), "kran operatoru" peşəsində; xx.xx.2018-ci ildən:(peşəyə təyinat xx.xx.2018-ci il tarixli, əmr N04-K xx.xx.2022-ci ilədək tarixləri arasındakı dövr ərzində işləmişdir. 4). "kran maşinisti" peşəsində; xx.xx.2022-ci ildən:(peşəyə təyinat xx.xx.2022-ci il tarixli, əmr N111-K;) - hazırkı dövrdə - xx.xx.2024-cü il tarixində işləmələyə davam edir. İşlədiyi peşə üzrə sosial sığorta (və ya iş) stajı 11 (on bir) il, 5 (bes) ay (il, ay, gün) (illər, aylar və günlər üzrə təsdiq edilmiş cədvəl əlavə olunur) təşkil edir. İşlədiyi peşənin güzəştli əmək pensiyası hüququna əsas olan xüsusiyyətləri: 2ci dərəcəli “Ərimiş duzların elektrolizçisi”nin iş xüsusiyyətləri; Maye alüminium metalının elektroliz təknələrində alınması prosesində iştirak etmək. Təknələrdən nümunə götürmək. Elektrolit və digər tullantıların konteynerlərə yüklənməsi. Xammal və materialların hazırlanması. Xidmət olunan istehsalat sahəsinin, iş yerinin elektrolit və istehsal tullantılarından təmizlənməsi. Yüksək ixtisaslı ərimiş duzların elektrolizçinin rəhbərliyi altında elektroliz prosesinin aparılmasında fərdi işlərin yerinə yetirilməsindən ibarət olmaqla, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş Siyahının 7.10. Ərimiş metalla elektrolitik üsulla metalların alınması (yarımbəndində) ərimiş duzların elektrolizçisi peşə kodunda müəyyən edilmiş peşənin xüsusiyyətləri ilə eynidir. 3-cü dərəcəli "kran maşinisti"nin iş xüsusiyyətləri; Anod prosesləri gedən iş zonasında (xidmət sahəsində) kranın idarə edilməsi, anod çubuqlarının, yerinin dəyişdirilməsi, yükdaşıma-yükqaldırma prosesinə nəzarət edilməsi; Qarmaqların çıxarılması, dəyişdirilməsi və burazların yoxlanılması, yüklərin daşınması və anod bolklarının yenidən düzülməsi, iş prosesində yüklərin qaldırılması, daşınması və endirilməsi və əsaslı təmirində iştirak; İş zonasından yüklərin götürülməsi, krana texniki qulluq edilməsi və kranın işə salma mexanizmlərinin işçi vəziyyətdə saxlanılmasına nəzarət; Avadanlıqlarının təmiri zamanı yükləmə-boşaltma işlərinin, təmizləmə və köməkçi işlərin aparılması; Bərkidici trosların, qaldırıcı qurğuların düzgün bərkidilməsinin, əyləcin tənzimlənməsinin və təhlükəsizlik cihazlarının işləməsinin yoxlanılması; Xidmət olunan kranın işində nasazlıqların aşkar edilməsi və aradan qaldırılması, onun təmirində iştirak etmək; iş zonasında, ianod prosesləri zonasında prosesin saxlanması üzrə əməliyyatların yerinə yetirilməsi; ibarət olmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş Siyahının 7.14. Anodların və vayerbarsların alınması (yarımbəndində) və "isti iş sahələrində məşğul olan kran maşinistləri (krançılar)" peşə kodunda müəyyən edilmiş peşənin xüsusiyyətləri ilə eynidir.
4. "xxxx" QSC-nin “Şəxsin güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə çalışmasına dair” xx.xx.2024-cü il tarixli 13-1/2-Y-1069/1-42/2024 nömrəli arayışında göstərilmişdir ki, X7 "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, güzəştli şərtlə yaşa görə əmək pensiyası hüququ verən aşağıdakı peşələrdə (vəzifələrdə) qeyd edilən tarixlər arasındakı dövrlər ərzində işləmişdir: xx.xx.1987-ci il tarixdən xx.xx.1987-ci il tarixədək 22 nömrəli Yol maşın stansiyasında yol montyoru; xx.xx.1995-ci il tarixdən xx.xx.1996-cı il tarixədək Gəncə yol distansiyasında yol montyoru. İşlədiyi müvafiq peşə üzrə sosial sığorta (əmək) stajı 1 il 2 ay 4 gün təşkil edir. İşlədiyi yol montyoru peşəsinin əsas xüsusiyyətləri yolun üst tikililərinin, konstruksiyalarının və dəmir yolu xətlərinin quraşdırılması, sökülməsi və təmiri üzrə işlərin yerinə yetirilməsindən ibarət olmaqla, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı"nda 21.4-cü bəndin 22-ci abzasına uyğundur. Məlumat üçün bildirilir ki, 228 nömrəli Yol maşın stansiyası və Gəncə yol distansiyası magistral dəmir yolları üzrə xidmət göstərmişdir.
5. İddiaçı hüququ yarandığı tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi barədə xx.xx.2025-ci il tarixdə cavabdeh orqana müraciət etmiş və sonuncu tərəfindən xx.xx.2025-ci il tarixli 3-17-1/2-4-41026/2025 nömrəli imtina məktubu ilə ona bildirilmişdir ki, "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun (bundan sonra-Qanun) 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrində, yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin həmin Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Qanunun 7-ci maddəsinə əsasən 65 yaşına çatmış kişilərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qanunun 9.1-ci madddəsinə görə yeraltı işlər, incəsənətin xüsusi sahələri, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlər Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş Siyahı üzrə müəyyən edilir. Mərkəzi Filiala təqdim etdiyi sənədlərdə qeyd olunan məlumatlara əsasən, onun güzəştli iş stajı 12 il 6 aydan az (4 il 2 ay 15 gün (xx.xx.1987-xx.xx.1987-ci il, xx.xx.1995-xx.xx.1996-cı il, xx.xx.2011-xx.xx.2012-ci il və xx.xx.2022-xx.xx.2024-cü il tarixləri arasındakı dövrlər)) təşkil edir. Qeyd olunanları nəzərə alaraq, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir.
6. Məhkəmənin sorğusuna Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının xx.xx.2025-ci il tarixli 3-17-1/2-236443/2025 nömrəli cavab məktubunda bildirilmişdir ki, İddiaçı ümumi iş stajı 35 il 15 gün (xx.xx.1982xx.xx.1984-cü il (hərbi xidmətdə olduğu dövr), xx.xx.1984-xx.xx.1993-cü il, xx.xx.1995xx.xx.1995-ci il və xx.xx.1995-xx.xx.2005-ci il tarixləri arasındakı dövrlər), həmin tarixdən sonra 14 il 1 ay) təşkil edir.
7. Məhkəmənin sorğusuna "xxxx" MMC-nin xx.xx.2025-ci il tarixli 13-5-2/2- 321/2025 nömrəli cavab məktubunda bildirilmişdir ki, "xxxx" MMC-nin Anod prosesləri sexinin kran maşinisti X8 ИТ-İ №1992559 əmək kitabçasının 19-cu sıra N-si ilə yazılmış qeydiyyata əsasən xx.xx.2018-ci il tarixli 04-K N-li Əmrlə kran operatoru peşəsinə qəbul olunmuşdur. Anod prosesləri sexində istehsalat anod bloklarının hər iki anbarında yükqaldırma qabiliyyəti 5,0 ton olan 4 ədəd körpülü elektrik kranla, çuqun əritmə sobasından maye metalla dolu çalov anod bloklarının çivlənməsi prosesinin aparılması üçün yükqaldırma qabiliyyəti 3,0 ton olan 2 ədəd körpülü elektrik kranla və əllə idarə edilən yükqaldırma qabiliyyəti 10,0 ton olan 1 ədəd, yükqaldırma qabiliyyəti 2,0 ton olan 2 ədəd, yükqaldırma qabiliyyəti 1,0 ton olan 1 ədəd elektrik talı ilə təchiz olunmuşdur. Sexdə kranlarla icra olunan istehsal prosesində bütün bu işləri kran maşinistləri bu kranları idarə edərək yerinə yetirirlər. Lakin bəzi işçilərin peşə adları təhrif olunmuş yazılmışdır ki, bu da işçidən asılı deyildir. İşçinin faktiki işlədiyi istehsalatda peşə və vəzifə adının əmək kitabçasında təhrif olunmuş yazılması – indiki halda “kran operatoru“ yazılması - işçini güzəştli şərtlərlə pensiya hüququndan məhrum etmir. Haşiyədən kənara çıxış qeyd edilməlidir ki, "xxxx" MMC-nin istehsal və texnoloji proseslər aparılan sex və sahələrinin yerləşdiyi yanğın və partlayış təhlükəsi olan binaların kateqoriyalarının təyinatını "Yanğın təhlükəsizliyinə dair texniki tələblər”ə əsasən Fövqəladə Hallar Nazirliyinin X2 Mühafizə İdarəsi lisenziya ilə Anod prosesləri sexini “A” kateqoriyasına aid olan yanar qazların, alışma nöqtəsi 28 dərəcədən çox olmayan yanar mayelərin olduğu, partlayıcı buxar-qazhava qarışıqları əmələ gətirə bilən, alovlanması təxmin edilən dərəcədə olan otaqlarda partlayışın həddindən artıq təzyiqi 5 kilopaskaldan və (və ya) su, atmosfer oksigeni ilə və ya bir-biri ilə qarşılıqlı əlaqədə olduqda partlaya və yanmağa qadir olan maddələr və materiallar otaqlarda partlayışın hesablanmış həddindən artıq təzyiqini 5 kilopaskalı keçəcək miqdarda olan təhlükəli iş zonası olaraq müəyyən etmişdir. "xxxx" MMC-də aparılmış daxili araşdırma zamanı müəyyən edilmişdir ki, bir sıra işçilərin əmək kitabçalarında qeyd olunan peşə və vəzifə adları müəssisənin istehsalat prosesinə və Azərbaycan Rrespublikası Əmək Məcəlləsinin 57-ci maddəsinin 2-ci bəndinin tələblərinə tam uyğun deyil. Araşdırmanın nəticəsinə əsasən xx.xx.2022-ci il tarixli 111-K N-li saylı Əmr ilə müəssisənin istehsal yönümü və istehsalat xüsusiyyətlərinə uyğun peşə və vəzifə adları müəyyən edilmişdir və əmək kitabçalarında qanunvericiliyin tələblərinə uyğun olmayan formada yazılmış peşə və vəzifə adları, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş siyahıya uyğun olaraq düzəldilərək işçilərin əmək və sosial təminat hüquqları bərpa edilmişdir. Peşə adı əmək kitabçasında təhrif olunmuş şəkildə yazılmışdır ki, bununla da işəgötürənin əmri ilə düzəldilmiş və işçinin əmək və sosial təminat hüquqları bərpa edilmişdir. II. Məhkəmədə icraat
8. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə xx.xx.2025-ci il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, təqdim etdiyi güzəştli arayışa əsasən (xx.xx.1987xx.xx.1987-ci il, xx.xx.1995-xx.xx.1996-cı il, xx.xx.2011-xx.xx.2012-ci il, xx.xx.2013xx.xx.2018-ci il, xx.xx.2018-xx.xx.2022-ci il və xx.xx.2022-xx.xx.2024-cü illərdə, cəmi 12 il 06 ay 05 gün) güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalat sahələrində işlədiyi dövrün tamının xüsusi və ümumi iş stajına daxil edilməsi və güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququnun yarandığı xx.xx.2024-cü il tarixdən yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
9. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, xx.xx.1964-cü il tarixdə doğulmuşdur. xx.xx.1982-xx.xx.1984-cü illərdə hərbi xidmətdə olmuşdur, xx.xx.1984-cü il tarixdən əmək fəaliyyəti var, bu gün də işləyir. xx.xx.1987-xx.xx.1987-ci il, xx.xx.1995xx.xx.1996-cı il, xx.xx.2011-xx.xx.2012-ci il, xx.xx.2013-xx.xx.2018-cı il, xx.xx.2018xx.xx.2022-ci il və xx.xx.2022-xx.xx.2024-cü illərdə (cəmi 12 il 06 ay 05 gün) güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalat sahələrində işləmişdir. Ümumi iş stajı isə xx.xx.2024-cü il tarixədək (güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququmun yarandığı tarix) 32 il 11 ay 01 gündür. Güzəştli istehsalat sahələrində işlədiyi vəziflər Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli, 12 nömrəli Qərarı ilə təsdiqlənmiş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı"nda qeyd olunan göstərilcilərə uyğundur, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yaradır. Bu haqda işlədiyi müəssisələrdən arayış da təqdim etmişdir. Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunması üçün cavabdeh təşkilata xx.xx.2025-ci il tarixdə müraciət etmişdir. Cavabdeh təşkilat bilərəkdən güzəştli iş sahələrinin miqdarını azaltmaqla ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin etməkdən imtina edir. Belə ki, cavabdeh işlədiyi müəssisə (Azəralüminium MMC) tərəfindən tərtib olunmuş imtiyazlı iş stajına hesablanmış xx.xx.2013-xx.xx.2018-cı il, xx.xx.2018-xx.xx.2022-ci illəri (kran operatoru vəzifəsini) güzəştli hesab etmir, bu səbəbdən güzəştli şərtlərlə iş stajı 4 il 02 ay 15 gün təşkil edir ki, bu da kişilər üçün güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunması üçün tələb olunan 12 il 06 aydan azdır. Əmək kitabçasında aparılmış qeydlər və güzəştli şərtlərlə pensiya təyin olunması haqqındakı arayış, eyni müəssisə tərəfindən verilib, müəssisə bu gün də fəaliyyət göstərir. Əmək kitabçasında yazılanlarla arayışda göstərilənlər "ayrılıq" təşkil etdiyindən yerində yoxlanılması zərurəti yaranırsa inzibati orqan onu yerində qarşılıqlı yoxlama apardıqdan sonra qərar verməli olduğu halda cavabdeh bu araşdırmanı aparmadan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunmasından imtina etmişdir. Bir daha qeyd edir ki, xx.xx.1987-xx.xx.1987-ci il, xx.xx.1995-xx.xx.1996-cı il, xx.xx.2011-xx.xx.2012-ci il, xx.xx.2013-xx.xx.2018-cı il, xx.xx.2018-xx.xx.2022-ci il və xx.xx.2022-xx.xx.2024-cü illərdə (cəmi 12 il 06 ay 05 gün işlədiyi sahə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli, 12 nömrəli Qərarı ilə təsdiqlənmiş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı"nda güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalat peşə, vəzifə və göstəricilərə uyğundur, qanunçuluqda nəzərdə tutulan tələblərə uyğun güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yaradır. İmtiyazlı iş stajı haqqında arayışı var. Deməli onun xx.xx.2024-cü il tarixə ümumi stajı və xüsusi stajı Qanunun tələblərinə uyğun olaraq yetərincədir, güzəştli şərtlərlə əmək pensiyası hüququ da xx.xx.2024-cü il tarixdən yaranır.
10. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır. III. İddianın növü və mümkünlüyü
11. Məhkəmə qeyd edir ki, hazırkı iddia ümumi mümkünlük şərtlərinə (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.), eyni zamanda xüsusi mümkünlük şərtlərinə əməl olunmaqla verilmişdir. Belə ki, iddiaçı hazırkı iddianı qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmişdir.
12. Hazırkı iddia İPM-in 2.2.3-cü maddəsində nəzərdə tutulmuş öhdəliyin icrası haqqında iddia növünə aiddir. İPM-ə görə: Maddə 2.2.3. İnzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 8.1.2. Mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur.
13. Hazırkı işdə öhdəliyin icrası haqqında iddianın xüsusi mümkünlük şərti kimi əvvəlcə eyni tələblə inzibati orqana müraciət edilməsi barədə şərt də ödənilmiş, iddiaçı hazırkı tələblə cavabdehə müraciət etmiş və cavabdeh tərəfindən onun müraciətinin təmin edilməsindən imtina edilmişdir.
14. Cavabdeh orqanın səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə etdiyi üçün hazırkı işə xüsusi aidiyyət qaydası tətbiq olunmaqla, iddiaçının yaşayış yeri (və ya olduğu yer) üzrə baxılır. İddiaçının yaşadığı (olduğu) yer olan Goranboy rayonu “Azərbaycan Respublikası apellyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının xx.xx.2019-cu il tarixli Qərarına əsasən Gəncə İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edilmişdir.
15. Məhkəmə hazırkı iddianın öhdəliyin icrası iddia növünə aid olduğunu və cavabdehin yerləşdiyi yerin ünvanını nəzərə alaraq hesab edir ki, işə ərazi aidiyyəti üzrə Gəncə İnzibati Məhkəməsində baxılmalıdır.
16. Göründüyü kimi, iddia mümkün iddiadır, ona görə ki, hazırkı iddianın qaldırılması üçün inzibati prosessual qanunvericilikdə nəzərdə tutulan həm ümumi, həm xüsusi mümkünlük şərtləri ödənilmiş və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir. IV. Prosessual məsələlər
17. İş üzrə inzibati prosessual qanunvericiliyin tələblərinə müvafiq prosessual hərəkətlər edilərək, şifahi məhkəmə baxışı iclası xx.xx.2025-ci il tarixə təyin edilmiş, bu barədə tərəflərə məlumat verilərək şifahi məhkəmə baxışı ilə bağlı iclasa gəlmədikləri halda onların iştirakı olmadan ərizəyə baxılacağı və iş üzrə qərar qəbul ediləcəyi barədə xəbərdarlıq edilmişdir.
18. İddiaçı və cavabdehin nümayəndəsi məhkəmə prosesində iştirak etmişlər. V. Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri
19. Cavabdehin orqanın iddia tələbinə qarşı yazılı etirazı məhkəməyə daxil olmuşdur.
20. Etirazın dəlilləri iddiaçının müraciətinin təmin olunmasından imtina edilərkən verilən cavab məktubunda göstərilən arqumentlərlə eynilik təşkil edir (bu qərarın 7-ci bəndi).
21. İddiaçı şifahi məhkəmə baxışı iclasında iddia müdafiə edərək, onun təmin edilməsinə dair qərar çıxarılmasını xahiş etmişdir.
22. Cavabdehin nümayəndəsi X5 şifahi məhkəmə baxışı iclasında iddiaya etiraz edərək, iddiaçının müraciətinin təmin olunmasından imtina edilərkən əsas gətirilən dəlilə istinad etmiş və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir.
Əsaslandırma hissəsi: VI. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi
23. Məhkəmə sübutları obyektiv, hərtərəfli və tam tədqiq edərək, inzibati iş materiallarını araşdırıb hüquqi qiymət verərək, belə qənaətə gəlir ki, iddia mahiyyət baxımından əsaslıdır və təmin edilməlidir.
24. Belə ki, iş materialları ilə müəyyən olunur ki, İddiaçı hüququ yarandığı tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi barədə xx.xx.2025ci il tarixdə cavabdeh orqana müraciət etmiş və sonuncu tərəfindən xx.xx.2025-ci il tarixli 3-17-1/2-4-41026/2025 nömrəli imtina məktubu ilə ona bildirilmişdir ki, "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun (bundan sonra-Qanun) 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrində, yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin həmin Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Qanunun 7-ci maddəsinə əsasən 65 yaşına çatmış kişilərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qanunun 9.1-ci madddəsinə görə yeraltı işlər, incəsənətin xüsusi sahələri, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlər Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş Siyahı üzrə müəyyən edilir. Mərkəzi Filiala təqdim etdiyi sənədlərdə qeyd olunan məlumatlara əsasən, onun güzəştli iş stajı 12 il 6 aydan az (4 il 2 ay 15 gün (xx.xx.1987-xx.xx.1987-ci il, xx.xx.1995-xx.xx.1996cı il, xx.xx.2011-xx.xx.2012-ci il və xx.xx.2022-xx.xx.2024-cü il tarixləri arasındakı dövrlər)) təşkil edir. Qeyd olunanları nəzərə alaraq, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir.
25. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir.
26. “Əmək pensiyaları haqqında” Qanuna görə: Maddə 9.1. axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır (xx.xx.2022-ci il tarixədək qüvvədə olan redaksiya). Maddə 9.8 Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9.1-ci maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə bu Qanuna uyğun olaraq təyin edilir.
27. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısına görə:
7. Metallurgiya istehsalatı (əlvan metallar) 7.14 Anodların və vayerbarsların alınması a) isti iş sahələrində məşğul olan kran maşinistləri (krançılar)
21. Nəqliyyat 21.4 Dəmiryol nəqliyyatı. Dəmiryol lokomotiv briqadalarının fəhlələri və ayrı-ayrı kateqoriyalı işçilər: 22-ci abzas magistral dəmiryollarının əlaqə şəbəkəsinin elektrik montyorları, elektrik mexanikləri, yol montyorları
28. İddiaçı iddia tələbində güzəştli şərtlərlə əmək pensiyasının təyin olunması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
29. Məhkəmə qeyd edir ki, “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə və Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”na əsasən iddiaçıya güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün aşağıdakı şərtlər ödənilməlidir: - a) 60 yaşın tamamlanması; - b) azı 25 il ümumi iş stajının mövcud olması; - c) azı 12 il 6 ay xüsusi (Siyahıda nəzərdə tutulmuş güzəştli) iş stajının mövcud olması.
30. İddiaçı xx.xx.1964-cü il tarixdə doğulmuş, 60 yaşı xx.xx.2024-cü il tarixdə tamam olmuşdur.
31. İddiaçının cavabdeh orqana güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi üçün ümumi iş stajı üzrə tələb olunan şərt ödənilir. Həm iddiaçının əmək kitabçası, həm də hərbi bileti ilə hərbi xidmət dövrü də daxil olmaqla onun ümumi iş stajının 25 ildən çox olması - 35 il 15 gün (xx.xx.1982- xx.xx.1984-cü il (hərbi xidmətdə olduğu dövr), xx.xx.1984-xx.xx.1993-cü il, xx.xx.1995- xx.xx.1995-ci il və xx.xx.1995-xx.xx.2005-ci il tarixləri arasındakı dövrlər), həmin tarixdən sonra 14 il 1 ay) müəyyən edilir.
32. Cavabdehin mübahisələndirdiyi yeganə hal iddiaçının zərərli əmək şəraitində işlədiyi dövrün Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş Siyahıda nəzərdə tutulan hansı sahəyə və koda uyğun olması, gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə də güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi), işin konkret halları (tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) iş yerinin arayışında dəqiq göstərilməli olması barədədir.
33. Ümumiyyətlə, iddiaçının zərərli işlərdə işlədiyini iddia etdiyi dövr və peşələr aşağıdakıları əhatə edir: - xx.xx.1987-ci il tarixdən xx.xx.1987-ci il tarixədək 228 nömrəli Yol maşın stansiyasında yol montyoru, - xx.xx.1995-ci il tarixdən xx.xx.1996-cı il tarixədək Gəmcə yol distansiyasında yol montyoru, - xx.xx.2011-ci il tarixdən xx.xx.2012-ci il tarixdək "xxxx" MMC X1 sexi üzrə elektrolizçi fəhlə, - xx.xx.2013-cü il tarixdən xx.xx.2018-ci il tarixədək İstehsalat Departamentinin Anod demontajı və montajı sexində kran operatoru, - xx.xx.2018-ci il tarixdən xx.xx.2022-ci il tarixədək "xxxx" MMC X6 İstehsalat şöbəsinin Anod prosesləri Zavodunda kran operatoru; - xx.xx.2022-ci il tarixdən xx.xx.2024-cü il tarixədək X4 İstehsalat şöbəsinin Anod prosesləri sexində kran maşınisti.
34. Cavabdeh orqan iddiaçının yol montyoru, elektrolizçi və kran maşinisti vəzifələrində işlədiyi dövrü onun xüsusi stajı kimi qəbul etmiş, kran operatoru vəzifəsində işlədiyi dövrü isə mübahisələndirmiş və həmin vəzifənin müvafiq Siyahıda nəzərdə tutulmadığına istinad etmişdir.
35. Ali Məhkəmənin oxşar işlər üzrə artıq formalaşmış mövqeyinə görə, iddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinə imkan verən, Siyahılarda nəzərdə tutulmuş peşə və istehsalatlara uyğunluğunu müəyyən etmək üçün, həmin peşənin siyahıya uyğun olmasını ətraflı araşdırmalı, onun işlədiyi istehsalatın və peşənin zərərli və ya ağır sahə sayılması üçün zəruri olan göstəricilərin olub-olmamasını müəyyən etmək üçün işlədiyi müəssisələrə sorğu verməklə işin xarakterinə dair əlavə məlumatlar almalı, həmin sübutlara qiymət verməklə yekun qərar çıxarılmalıdır.
36. Məhkəmə iddiaçının gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi) işin konkret halları (iddiaçının tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) nəzərə alınmaqla müəyyən edə bilər. Bu zaman nəzərə alınmalıdır ki, burada, söhbət müxtəlif işlərin, vəzifələrin və peşələrin adlarının eyniliyinin müəyyən edilməsindən deyil, şəxsin təyin olunduğu işə, vəzifəyə və peşəyə görə bilavasitə icra etdiyi funksional vəzifənin (işin) eyniliyinin müəyyən olunmasından gedir. Funksional vəzifənin (işin) eyniliyi isə iş yerindən və ya səlahiyyətli orqanlardan bu barədə əldə edilmiş vəzifə təlimatlarına əsasən müəyyən edilə bilər.
37. "xxxx" MMC-nin “Güzəştli şərtlərlə pensiya hüququ verən işdə çalışma haqqında” xx.xx.2024-cü il tarixli 13-5-2/2-0594/2924 nömrəli arayışında göstərilmişdir ki, İddiaçı "xxxx" MMC-nin İstehsalat Departamentinin Elektroliz sexində "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının Qanuna uyğun olaraq, güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən aşağıda qeyd olunan peşələrdə; 1). "elektrolizçi" peşəsində; xx.xx.2011-cı ildən:(peşəyə təyinat xx.xx.2011-cı il tarixli, əmr N80- K:) - xx.xx.2012-ci ilədək tarixləri arasındakı dövr ərzində işləmişdir. "kran operatoru" peşəsində; xx.xx.2013cü ildən:(peşəyə təyinat xx.xx.2013-cü il tarixli, əmr N111-K;)-xx.xx.2018-ci ilədək tarixləri arasındakı dövr ərzində işləmişdir. 3), "kran operatoru" peşəsində; xx.xx.2018-ci ildən:(peşəyə təyinat xx.xx.2018-ci il tarixli, əmr N04-K xx.xx.2022-ci ilədək tarixləri arasındakı dövr ərzində işləmişdir. 4). "kran maşinisti" peşəsində; xx.xx.2022-ci ildən:(peşəyə təyinat xx.xx.2022-ci il tarixli, əmr N111-K;) - hazırkı dövrdə - xx.xx.2024-cü il tarixində işləmələyə davam edir. İşlədiyi peşə üzrə sosial sığorta (və ya iş) stajı 11 (on bir) il, 5 (bes) ay (il, ay, gün) (illər, aylar və günlər üzrə təsdiq edilmiş cədvəl əlavə olunur) təşkil edir. İşlədiyi peşənin güzəştli əmək pensiyası hüququna əsas olan xüsusiyyətləri: 2ci dərəcəli “Ərimiş duzların elektrolizçisi”nin iş xüsusiyyətləri; Maye alüminium metalının elektroliz təknələrində alınması prosesində iştirak etmək. Təknələrdən nümunə götürmək. Elektrolit və digər tullantıların konteynerlərə yüklənməsi. Xammal və materialların hazırlanması. Xidmət olunan istehsalat sahəsinin, iş yerinin elektrolit və istehsal tullantılarından təmizlənməsi. Yüksək ixtisaslı ərimiş duzların elektrolizçinin rəhbərliyi altında elektroliz prosesinin aparılmasında fərdi işlərin yerinə yetirilməsindən ibarət olmaqla, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş Siyahının 7.10. Ərimiş metalla elektrolitik üsulla metalların alınması (yarımbəndində) ərimiş duzların elektrolizçisi peşə kodunda müəyyən edilmiş peşənin xüsusiyyətləri ilə eynidir. 3-cü dərəcəli "kran maşinisti"nin iş xüsusiyyətləri; Anod prosesləri gedən iş zonasında (xidmət sahəsində) kranın idarə edilməsi, anod çubuqlarının, yerinin dəyişdirilməsi, yükdaşıma-yükqaldırma prosesinə nəzarət edilməsi; Qarmaqların çıxarılması, dəyişdirilməsi və burazların yoxlanılması, yüklərin daşınması və anod bolklarının yenidən düzülməsi, iş prosesində yüklərin qaldırılması, daşınması və endirilməsi və əsaslı təmirində iştirak; İş zonasından yüklərin götürülməsi, krana texniki qulluq edilməsi və kranın işə salma mexanizmlərinin işçi vəziyyətdə saxlanılmasına nəzarət; Avadanlıqlarının təmiri zamanı yükləmə-boşaltma işlərinin, təmizləmə və köməkçi işlərin aparılması; Bərkidici trosların, qaldırıcı qurğuların düzgün bərkidilməsinin, əyləcin tənzimlənməsinin və təhlükəsizlik cihazlarının işləməsinin yoxlanılması; Xidmət olunan kranın işində nasazlıqların aşkar edilməsi və aradan qaldırılması, onun təmirində iştirak etmək; iş zonasında, ianod prosesləri zonasında prosesin saxlanması üzrə əməliyyatların yerinə yetirilməsi; ibarət olmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş Siyahının 7.14. Anodların və vayerbarsların alınması (yarımbəndində) və "isti iş sahələrində məşğul olan kran maşinistləri (krançılar)" peşə kodunda müəyyən edilmiş peşənin xüsusiyyətləri ilə eynidir.
38. Göründüyü kimi, iddiaçının işlədiyi kran operatoru vəzifəsinin kran maşinistləri ilə eyni əmək funksiyalarını icra etdiyi, həmin vəzifənin sahiblərinin gördüyü işlərin eyni xarakter daşıması müəyyən edilir.
39. Belə olan halda iddiaçının kran operatoru vəzifəsində işlədiyi dövrlər də onun xüsusi iş stajı sayıldığı üçün, iddiaçıya xx.xx.2024-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün 12 il 6 ay xüsusi iş stajının mövcudluğu ilə bağlı tələb də ödənilmiş olur.
40. Məhkəmə onu da qeyd edir ki, iddiaçının təqdim etdiyi sənədlərlə və məlumatlarla, o cümlədən şəxsə pensiya təyinatından imtina edərkən istinad etdiyi hallarla bağlı hərtərəfli yoxlamanın aparılması, bununla əlaqədar aidiyyəti qurumlara müvafiq sorğuların göndərilməsi və sənədlərin tələb olunması, obyektiv qərarın qəbulunu təmin edən həcmdə araşdırmanın həyata keçirilməsi ilk növbədə şəxsə pensiya təyinatı üzrə inzibati icraatı həyata keçirən cavabdehin xidməti vəzifəsidir. Cavabdeh xidməti vəzifəsinə görə yalnız şəxsin əleyhinə və ya ziyanına olan halları deyil, həm də onun xeyrinə olan halları hərtərəfli araşdırmağa, müəyyən etməyə və iş üzrə obyektiv qərar qəbul etməyə borcludur. İnzibati orqan icraat çərçivəsində həmçinin aydın olmayan halların araşdırılması məqsədi ilə müvafiq sorğuların göndərilməsini, arayışların tələb olunmasını təmin etmək öhdəliyi də daşıyır. Bu inzibati orqanların fəaliyyətinin qanunçuluq və obyektiv araşdırma prinsiplərinə tabe olmasından irəli gəlir.
41. “İnzibati icraat haqqında” Qanunun 24-cü maddəsinə əsasən, inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir.
42. Hazırkı mübahisəyə münasibətdə cavabdehin yuxarıda göstərilən qaydada iddiaçının xeyrinə olan halları araşdırdığı və nəzərə aldığı, iş üzrə obyektiv qərar qəbul etdiyi iş üzrə materiallarla təsdiq olunmur.
43. Məhkəmə hesab edir ki, iddiaçı hüququ yarandığı xx.xx.2024-cü il tarixdən ona güzəştli şərtlərlə pensiya təyin edilməsi üçün qanunvericiliklə nəzərdə tutulmuş bütün tələbləri ödədiyindən inzibati orqanın bundan imtinası əsaslı olmamışdır.
44. Beləliklə məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı oğluna hüququ yarandığı xx.xx.2024-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulmalıdır.
45. İPM-ə görə: Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
Nəticəvi hissə:
46. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68,-69, 75 və 85-ci maddələrini rəhbər tutaraq
qərara aldı: İddia tələbi təmin edilsin. İddiaçı xx.xx.2024-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına (Gəncə şəhəri, Atatürk prospekti, 252) apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən Gülşən Əliyeva