Məhkəmə qərarları › İş №2-1(114)-3455/2023

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-3455/2023

07.12.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-3455/2023 07.12.2023 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı Cavabdeh ASC "xxxx" MMC “Gəncə Sukanal” TSC-yə qarşı iş üzrə Giriş hissə: Hakim Əliyeva Gülşən Talıb qızının sədrliyi, Əsgərov Yadigar Əsgər oğlunun katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin “Gəncə Sukanal” Törəmə Səhmdar Cəmiyyətinə qarşı mülkiyyət hüququ ilə ona məxsus olan ünvan 1 ünvanda yerləşən mənzilə dair işlərin icra edilməsi və xidmət göstərilməsi üçün qeyri-bərabər şərt təklif etmədən onunla müqavilə bağlanması və əvvəlki istehlakçının 952.93 manat borcuna görə mənzilinə su verilişinin dayandırmaqdan çəkindirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə Gəncə İnzibati Məhkəməsinin (Gəncə şəhəri, H.Əliyev prospekti, 105) binasında açıq məhkəmə iclasında şifahi dinləmələr qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: I. İşin halları

1. Abonent kartından görünür ki, ünvan 1 ünvanında yerləşən mənzil üzrə xx.xx.2011-ci il tarixdən xx.xx.2014-cü il tarixədək sayğac üzrə göstəricilərə uyğun ödənişlər edilmişdir. 2022-ci il üzrə su istifadəsinə görə 683.81 manat, çirkab suyun axıdılmasına görə 341.90 manat, ödəniş isə 55 manat olmaqla, 970.71 manat borc yaranmışdır.

2. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2019-cu il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli çıxarışa və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nin 3 saylı Gəncə Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli 3-21-3-33/2-9113/2023 nömrəli məktubuna əlavə edilmiş sənədlərə əsasən ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə İddiaçı məxsusdur.

3. Cavabdeh ASC Gəncə rayon sukanal idarəsinin xx.xx.2022-ci il tarixli hesab fakturasında ünvan 1 ünvanda yerləşən mənzildə sudan istifadə və çikrab suların axıdılmasına görə xx.xx.2014-cü il tarixdən xx.xx.2022-ci il tarixədək dövr üzrə yaranmış 952,93 manat borcun ödənilməsi tələb edilmişdir.

4. “Gəncə Sukanal” Törəmə Səhmdar Cəmiyyətinin ünvan 1 ünvanda yerləşən evin xx.xx.2019-cu il tarixdən sayğacsız sudan və kanalizasiya xidmətindən istifadə edilməsinə dair yaranmış borc haqqında arayışına əsasən İddiaçı xx.xx.2019-cu il tarixdən “Gəncə Sukanal” TSC-yə sudan istifadə və tullantı suların axıdılmasına görə 320,40 manat borcu yaranmışdır.

5. Cavabdeh ASC Gəncə Sukanal İdarəsi üzrə ödənişlərin siyahısından məlum olur ki, ünvan 1 ünvanda yerləşən mənzildə sudan istifadə və çikrab suların axıdılmasına görə xx.xx.2022 və xx.xx.2022-ci il tarixlərdə ümumilikdə 55,00 manat ödəniş edilmişdir.

6. Ətraflı abonent kartından görünür ki, xx.xx.2017-ci il, xx.xx.2018-ci il, xx.xx.2021ci il, xx.xx.2021-ci il, xx.xx.2022-ci il tarixlərdə sayğaclı abonentin yoxlanılması həyata keçirilmişdir.

7. İddiaçı mülkiyyət hüququ ilə ona məxsus olan ünvan 1 ünvanda yerləşən mənzilə dair işlərin icra edilməsi və xidmət göstərilməsi üçün qeyri-bərabər şərt təklif etmədən onunla müqavilə bağlanması ilə bağlı xx.xx.2023-cü il tarixdə “Gəncə Sukanal” Törəmə Səhmdar Cəmiyyətinə müraciət etmiş və sonuncu tərəfindən xx.xx.2023-cü il tarixli 01- 01/9-407 nömrəli cavab məktubu ilə iddiaçının müraciətindən imtina edilərək bildirilmişdir ki, xx.xx.2005-ci ildə ünvan 2 ünvanında yerləşən yaşayış evinin mülkiyyətçisi Rəhim Quliyev ilə sistem üzərindən su təchizatı və kanalizasiya xidmətinə görə müqavilə bağlanaraq ünvana **********070 kodu verilmişdir. Yuxarıda göstərilən Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2014-cü il 17 iyul tarixli 262 nömrəli qərarı ilə təsdiq edilmiş "X3”nın 8.4 bəndinə əsasən su ilə təchiz edilmiş obyektin mülkiyyətçisi dəyişdirildikdə əvvəlki istehlakçı obyektin mülkiyyətçisi dəyişdirildiyi günədək sudan istifadəyə görə olan borcunu ödəməli, SKTM-dən borcun olmaması barədə arayış almalı və həmin arayışı yeni istehlakçıya təqdim etməlidir. Yeni mülkiyyətçi yeni müqavilənin bağlanması üçün SKTM-ə 10 (on) iş günü müddətində yazılı müraciət etməlidir. Yazılı müraciət daxil olduğu gündən 3 (üç) iş günü müddətində yeni mülkiyyətçi ilə SKTM arasında müqavilə bağlanmalıdır. Ünvanda illər ərzində sudan istifadə və çirkab suların axıdılması xidmətinə dair tam ödəniş edilməmişdir. Bununla da sudan istifadə və çirkab suların axıdılmasına dair həmin ünvanda 952.93 manat borc yaranmışdır. Ünvana hissəli ödəniş yaradaraq borcu hissə-hissə ödəmək mümkündür. Borc tam ödənildiktən sonra yeni müqavilənin bağlanması üçün lazım olan sənədlər (çıxarışın surəti, şəxsiyyət vəsiqəsinin surəti) "Gəncə Sukanal" TSC-nin abonentlərlə iş şöbəsinə təqdim edilməlidir. II. Məhkəmədə icraat

8. İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin “Gəncə Sukanal” Törəmə Səhmdar Cəmiyyətinə qarşı iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, mülkiyyət hüququ ilə ona məxsus olan ünvan 1 ünvanda yerləşən mənzilə su verilişinin təmin edilməsi öhdəliyinin və işlərin icra edilməsi və xidmət göstərilməsi üçün qeyri-bərabər şərt təklif etmədən onunla müqavilə bağlanması öhdəliyinin cavabdehin üzərinə qoyulması və əvvəlki istehlakçının 952.93 manat borcuna görə mənzilinə su verilişini dayandırmaqdan çəkindirilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

9. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh onu əsassız olaraq incidir, qanunları pozur. Cavabdeh mənzilinin suyunu qanuni əsas olmadan tez-tez kəsir, müqavilə bağlamaqdan imtina edir və əvvəlki istehlakçının 952,93 manat borcunu ondan tələb edir. ünvan 3 ünvanda yerləşən mənzil mülkiyyət hüququ ilə ona məxsusdur. Bu evə dair hüquqları xx.xx.2019-cu ildə qeydiyyata alınıb. O da, oğlu da müharibə veteranıdırlar, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüşlərdə aktiv iştirak etmişlər. Oğlu 44 günlük Vətən Müharibəsində iştirak edib, 5 medalla təltif olunmuşdur. Onların hüquqları başqa şəxslərin öhdəliklərinə görə pozulmamalıdır. Cavabdehə ərizə ilə müraciət etmiş və tələb etmişdir ki, “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Qanunun 8-ci maddəsinə əsaəsn mənzilinə fasiləsiz su verilişini təmin etsin, işlərin icra edilməsi və xidmət göstərilməsi üçün qeyri-bərabər şərt təklif etmədən onunla müqavilə bağlasın. Lakin cavabdeh imtina məktubu yazaraq əvvəlki istehlakçının 952,93 manat borcunun olmasını bəhanə gətirir. Əvvəlki istehlakçının borcuna görə hüququnu pozur, müqavilə bağlamır, tez-tez suyunu kəsir.

10. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır. III. İddianın növü və mümkünlüyü

11. Məhkəmə qeyd edir ki, hazırkı iddia ümumi mümkünlük şərtlərinə (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.), eyni zamanda xüsusi mümkünlük şərtlərinə əməl olunmaqla verilmişdir. Belə ki, iddiaçı hazırkı iddianı qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmişdir.

12. Hazırkı iddia İPM-in 2.2.3-cü maddəsində nəzərdə tutulmuş öhdəliyin icrası haqqında iddia növünə aiddir. İPM-in: - 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. - 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. - 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. - 8.1.2-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur.

13. Hazırkı işdə öhdəliyin icrası haqqında iddianın xüsusi mümkünlük şərti kimi əvvəlcə eyni tələblə inzibati orqana müraciət edilməsi barədə şərt də ödənilmiş, iddiaçı hazırkı tələblə cavabdehə müraciət etmiş və cavabdeh tərəfindən onun müraciətinin təmin edilməsindən imtina edilmişdir.

14. Cavabdehin yerləşdiyi Gəncə şəhəri “Azərbaycan Respublikası apellyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının xx.xx.2019cu il tarixli Qərarına əsasən Gəncə İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edilmişdir.

15. Məhkəmə hazırkı iddianın öhdəliyin icrası haqqında iddia növünə aid olduğunu və cavabdehin yerləşdiyi yerin ünvanını nəzərə alaraq hesab edir ki, işə ərazi aidiyyəti üzrə Gəncə İnzibati Məhkəməsində baxılmalıdır.

16. Göründüyü kimi, iddia mümkün iddiadır, ona görə ki, hazırkı iddianın qaldırılması üçün inzibati prosessual qanunvericilikdə nəzərdə tutulan həm ümumi, həm xüsusi mümkünlük şərtləri ödənilmiş və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir. IV. Prosessual məsələlər

17. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə iddia tələbi mülkiyyət hüququ ilə ona məxsus olan ünvan 1 ünvanda yerləşən mənzilə su verilişinin təmin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması hissəsində mümkün sayılmamışdır.

18. İş üzrə inzibati prosessual qanunvericiliyin tələblərinə müvafiq prosessual hərəkətlər edilərək, işin şifahi məhkəmə baxışı iclası xx.xx.2023-cü il tarixə təyin edilmiş, bu barədə tərəflərə məlumat verilərək şifahi məhkəmə baxışı ilə bağlı iclasa gəlmədikləri halda onların iştirakı olmadan ərizəyə baxılacağı və iş üzrə qərar qəbul ediləcəyi barədə xəbərdarlıq edilmişdir.

19. İddiaçı və cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlmişlər. V. Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri

20. İddiaçı iddia tələbini müdafiə edərək, onun təmin edilməsinə dair qərar çıxarılmasını xahiş etmişdir.

21. O, sədrlik edənin suallarına cavab olaraq bildirmişdir ki, oğlu hərbi qulluqçu kimi Gəncə şəhərində xidmət etdiyi üçün mübahisəli ünvanda yerləşən evi almışdır ki, bəzən oğlu gəlib evdə qalsın. Ona görə də həmin evdə daimi yaşayış olmamış, çox az, bəzən ayda 2-3 gün, bəzən isə heç yaşayış olmamışdır. O, həmin evi 2019-cu ildə alan zaman su sayğacının olmadığını görüb, ev yiyəsindən bunun səbəbini soruşduqda əvvəlki mülkiyyətçi ona demişdir ki, Su İdarəsinin əməkdaşları ilə sövdələşdiyi üçün sudan sayğacdan kənar istifadə edir. O, oğlu daimi olaraq həmin ünvanda yaşamayacağı üçün sayğacın olmamasına əhəmiyyət verməmişdir. 2022-ci ilin yanvar ayında isə cavabdehə müraciət edərək, sayğacla təmin olunmasını xahiş etmiş və onun müraciətindən sonra xx.xx.2022-ci il tarixdə ünvana su sayğacı quraşdırılmış və bundan sonra ayğacın göstəricilərinə uyğun olaraq ödənişin həyata keçirmişdir. 2022-ci ilin iyun ayında ünvana təqdim edilmiş hesab-fakturada köhnə borcların ondan ödənilməsi tələb edilmiş, o da Su İdarəsinə gedərək, köhnə mülkiyyətçiyə aid borcun ondan tələb edilməsinin qanunsuz olduğunu bildirmiş və həmin borcun silinərək, onunla yeni müqavilə bağlanmasını xahiş etmiş, lakin müraciəti müsbət həll edilməmişdir. Məhkəməyə müraciət etməzdən əvvəl bir neçə dəfə onun mənzilinə su verilişi mübahiəli borca görə dayandırılsa da, sonradan bərpa edilmişdir, hazırda da onun mənzilinə su verilişi təmin edilir.

22. Cavabdehin iddiaya qarşı yazılı etirazı məhkəməyə daxil olmuş və etiraz onunla əsaslandırılmışdır ki, ünvan 9-nin əvvəlki mülkiyyətçisi Rəhim Quliyevlə 2005-cil il tarixdə sudan istifadə və tullantı sularının axıdılmasına dair müqavilə bağlanaraq, **********070 saylı abonent kodu verilmişdir və bu günədək müqavilədə heç bir dəyişiklik aparılmamışdır. İddiaçı ona məxsus Nəriman ünvan 6 ünvanında sudan istifadə olunmadığı üçün su təchizatının, yeni müqavilənin bağlanması və evin kodunun adına dəyişdirilməsi barədə mülkiyyət hüququ 2019-cu ildə yaranmasına baxmayaraq o, rəsmi olaraq 2022-ci ilin yanvar ayında STKM müraciət etmişdir. Müraciət əsasında ünvanın su xəttinə baxış keçirilən zaman müəyyən edilmişdir ki, ünvanda quraşdırılmış su sayğacı yerində mövcud deyil. Belə ki, xx.xx.2011-ci il tarixdə ünvana SSS-20 markalı 694089 nömrəli mexaniki su sayğacı quraşdırılaraq 99316 nömrəli plombla ploblanaraq istifadəyə verilmişdir. Gəncə şəhərində həyata keçirilən layihə çərçivəsində su və kanalizasiya xətləri yenilənmiş və həmin ünvana ARTCSS markalı 7157 nömrəli ön ödənişli smart kart tipli su sayğacı quraşdırılmış və plomblanaraq istifadəyə verilmişdir. 2014-cü ilin sonuna qədər abonent yükləmə apararaq sayğac vasitəsi ilə sudan istifadə etmişdir. Ünvana quraşdırılmış su sayğacı ön ödənişli olduğu üçün "Gəncə Sukanal" TSC-nin əməkdaşları tərəfindən hesab faktura ünvana təqdim edilmir. 2022-ci ilin yanvar ayında yeni mülkiyyətçinin müraciəti əsasında ünvana baxış keçirilmiş və məlum olmuşdur ki, 2014-cü ildə ünvanda quraşdırılmış ön ödənişli smart kart tipli su sayğacı yerində aşkar olunmamışdır. Müraciət əsasında həmin ünvana xx.xx.2022-ci il tarixdə CSS-20 markalı 21160665 nömrəli mexaniki su sayğacı quraşdırılaraq C433439 nömrəli plombla plomblanaraq istifadəyə verilmişdir. Yerində olmayan su sayğacın sistem üzərində aparılan araşdırma zamanı müəyyən olunmuşdur ki, 2014-cü il tarixinin son aylarından yeni su sayğacı quraşdırılanadək ön ödənişli smart kart tipli su sayğacına heç bir yükləmə olmamımışdır, bu hal ona dəlalət edir ki, ünvanda su xətti bir başa birləşdirilərək sudan istifadə edilmişdir. Sudan istifadə edilməsini nəzərə alaraq ünvana yeni quraşdırılmış su sayğacının 6 ay istifadə etdiyi göstəricisinə əsasən əvvəlki itirilmiş illər üzrə sistem üzərindən 2804 günün hesabatı verilərək 1515 kubmetr sərfiyyat hesablanmışdır. 2014-cü ildən bəri tarif şurasının müəyyən etdiyi qiymət cədvəlinə uyğun olaraq 1515 kubmetr hesablanmış və ünvana sudan istifadəyə və tullantı sularının axıdılması xidmətlərinə görə 952.81 manat borc hesablanaraq abonentin ünvanına hesab faktura təqdim edilmişdir. Bununla "Gəncə Sukanal" TSC-nin üzərinə düşən vəzifələri istehlakçı qarşısında yerinə yetirmişdir, lakin istehlakçı tərəfindən üzərinə düşən vəzifələri vaxtı-vaxtında yerinə yetirmədiyinə görə sudan istifadə və tullantı suların axıdılmasına görə borc yaranmışdır.

23. Cavabdehin nümayəndəsi X4 yazılı etirazda göstərilənlərə istinad edərək, iddianın rədd edilməsinə dair qərar çıxarılmasını xahiş etmişdir.

24. O, sədrlik edənin suallarına cavab olaraq bildirmişdir ki, ildə iki dəfə sayğaca baxış həyata keçirilir və müəyyən edilmiş hallar barədə iş əmri tərtib olunur. İddiaçının yaşadığı ünvana əvvəllər keçirilmiş baxış zamanı su sayğacının yerində olmaması müəyyən edilmişdir. 2017-ci ildə baxış zamanı sayğacın mövcud olmaması müəyyən edilsə də, “Gəncə Sukanal” TSC tərəfindən ünvan 9 ünvanında yerləşən mənzilin əvvəlki mülkiyyətçisinə qarşı hər hansı tədbir görülməmiş, yaranmış borcun tutulması üçün məhkəmədə iddia qaldırılmamışdır. Bunun səbəbləri barədə məlumatı yoxdur. "X3”nın 8.4 bəndinə əsasən su ilə təchiz edilmiş obyektin mülkiyyətçisi dəyişdirildikdə əvvəlki istehlakçı obyektin mülkiyyətçisi dəyişdirildiyi günədək sudan istifadəyə görə olan borcunu ödəməli, SKTM-dən borcun olmaması barədə arayış almalı və həmin arayışı yeni istehlakçıya təqdim etməli, yeni mülkiyyətçi yeni müqavilənin bağlanması üçün SKTM-ə yazılı müraciət etməlidir. Lakin iddiaçı öz üzərinə düşən vəzifələri icra etməmiş, əvvəlki mülkiyyətçidən həmin arayışı tələb etməmiş və sayğacın yerində olmamasına görə vaxtında Sukanal İdarəsinə müraciət etməmişdir. Ona görə də, həmin ünvanda yaranmış borca görə məsuliyyət iddiaçının üzərinə düşür və hesab edir ki, borc onun tərəfindən ödənilməlidir. Yalnız bundan sonra müqavilə bağlanması mümkün ola bilər. Hazırda iddiaçının mənzilinə su verilişi dayandırılmamışdır və fasiləsiz təmin edilir. VI. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər

25. Məhkəmə araşdırmasının predmetini aşağıdakı sənədlər təşkil etmişdir: - Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2019-cu il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli çıxarış; - Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nin 3 saylı Gəncə Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli 3-21-3-33/2-9113/2023 nömrəli məktubu və ona əlavə edilmiş sənədlər; - Abonent kartı; - Ətraflı abonent kartı; - Hesab faktura; - “Gəncə Sukanal” Törəmə Səhmdar Cəmiyyətinin ünvan 1 ünvanda yerləşən evin xx.xx.2019-cu il tarixdən sayğacsız sudan və kanalizasiya xidmətindən istifadə edilməsinə dair yaranmış borc haqqında arayışı; - Cavabdeh ASC Gəncə Sukanal İdarəsi üzrə ödənişlərin siyahısı; - “Gəncə Sukanal” Törəmə Səhmdar Cəmiyyətinin xx.xx.2023-cü il tarixli 01-01/9- 407 nömrəli imtina məktubu; - Ödəniş cədvəli. Əsaslandırma hissəsi:

VII. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi

26. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, sübutları obyektiv, hərtərəfli və tam tədqiq edərək, inzibati iş materiallarını araşdırıb hüquqi qiymət verərək, belə qənaətə gəlir ki, iddia mahiyyət baxımından qismən əsaslıdır və qismən təmin edilməlidir.

27. Belə ki, işin faktiki halları ilə müəyən edilir ki, ünvan 1 ünvanına xx.xx.2011-ci il tarixdə SSS-20 markalı 694089 nömrəli mexaniki su sayğacı, daha sonra isə Gəncə şəhərində həyata keçirilən layihə çərçivəsində su və kanalizasiya xətləri yenilənmiş və həmin ünvana ARTCSS markalı 7157 nömrəli ön ödənişli smart kart tipli su sayğacı quraşdırılmış və plomblanaraq istifadəyə verilmişdir.

28. Həmin ünvana dair su təchizat müəssisəsi ilə müqavilə əvvəlki mülkiyyətçi olan X5 arasında bağlanmışdır. İddiaçı sözügedən mənzili xx.xx.2019-cu il tarixli alğı-satqı müqaviləsi əsasında alaraq, mənzil üzərində hüquqlarını xx.xx.2019-cu il tarixdə qeydə aldırmışdır. İddiaçı mənzili mülkiyyətinə keçirdikdən sonra su ayğacının olmadığı aşkar etsə də, həmin vaxt bu barədə “Gəncə Sukanal” Törəmə Səhmdar Cəmiyyətinə bildirməmiş və sudan sayğacdan kənar istifadə etmişdir.

29. İddiaçı “Gəncə Sukanal” TSC-nə 2022-ci ilin yanvar ayında müraciətindən sonra xx.xx.2022-ci il tarixdə CSS-20 markalı 21160665 nömrəli mexaniki su sayğacı quraşdırılaraq C433439 nömrəli plombla plomblanaraq istifadəyə verilmişdir. Həmin müraciət üzrə araşdırma zamanı cavabdeh orqan 2014-cü il tarixinin son aylarından yeni su sayğacı quraşdırılanadək ön ödənişli smart kart tipli su sayğacına heç bir yükləmə olmadığını müəyyən edərək, həmin müddət ərzində sudan istifadə edilməsini nəzərə alaraq ünvana yeni quraşdırılmış su sayğacının 6 ay istifadə etdiyi göstəricisinə əsasən əvvəlki itirilmiş illər üzrə sistem üzərindən 2804 günün hesabatı verilərək 1515 kubmetr sərfiyyat hesablamış və ünvana sudan istifadəyə və tullantı sularının axıdılması xidmətlərinə görə 952.81 manat borc hesablayaraq abonentin ünvanına hesab faktura təqdim etmişdir.

30. İddiaçı xx.xx.2022-ci il tarixdə ünvana quraşdırılmış sayğacın göstəriciləri üzrə həmin tarixdən etibarən ödənişlərini həyata keçirmiş və 2014-2022-ci illər üzrə hesablanmış borcun ondan tələb edilməsi ilə razılaşmayaraq, borcun silinməsini və onunla müqavilə bağlanmasını cavabdehdən tələb etsə də, müraciəti müsbət həll olunmadığından hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir.

31. Cavabdeh orqan iddiaçının müraciətinitəmin etməkdən imtina edən zaman Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2014-cü il 17 iyul tarixli 262 nömrəli qərarı ilə təsdiq edilmiş "X3”nın 8.4-ci bəndinə istinad edərək, bildirmişdir ki, həmin bəndə əsasən su ilə təchiz edilmiş obyektin mülkiyyətçisi (istifadəçisi) dəyişdirildikdə əvvəlki istehlakçı obyektin mülkiyyətçisi (istifadəçisi) dəyişdirildiyi günədək sudan istifadəyə görə olan borcunu ödəməli, SKTM-dən borcun olmaması barədə arayış almalı və həmin arayışı yeni istehlakçıya təqdim etməlidir. Yeni mülkiyyətçi (istifadəçisi) yeni müqavilənin bağlanması üçün SKTM-ə 10 (on) iş günü müddətində yazılı müraciət etməlidir. Yazılı müraciət daxil olduğu gündən 3 (üç) iş günü müddətində yeni mülkiyyətçi (istifadəçisi) ilə SKTM arasında müqavilə bağlanmalıdır.Ünvanda illər ərzində sudan istifadə və çirkab suların axıdılması xidmətinə dair tam ödəniş edilməmişdir. Bununla da sudan istifadə və çirkab suların axıdılmasına dair həmin ünvanda 952,93 manat borc yaranmışdır. Ünvana hissəli ödəniş yaradaraq borcu hissə-hissə ödəmək mümkündür. Borc tam ödənildiktən sonra yeni müqavilənin bağlanması üçün lazım olan sənədlər (çıxarışın surəti, şəxsiyyət vəsiqəsinin surəti) "Gəncə Sukanal" TSC-nin abonentlərlə iş şöbəsinə təqdim edilməlidir.

32. Məhkəmə cavabdeh orqanın dəlillərini və həmin dəlilə istinadla iddiaçının müraciətini təmin etməkdən imtinasını əsassız sayır.

33. Belə ki, X1 görə: Bənd 1.6. su təchizatı və kanalzasiya müəssisəsi tərəfindən göstərilən su təchizatı və tullantı sularının axıdılması xidmətləri üçün istehlakçı ilə STKM arasında bağlanılmış alqı-satqı müqaviləsinə (bundan sonra – müqavilə) əsasən həyata keçirilir. Bənd 2.1. Su təchizatı və kanalzasiya müəssisəsinin vəzifələri aşağıdakılardır: Bənd 2.1.1. Balansında olan su təchizatı və kanalizasiya sistemlərinin və qurğularının lazımi səviyyədə istismarı, təmiri, saxlanması və mühafizəsini təmin etmək; Bənd 2.1.5. İstehlakçıya verilən suyun və axıdılan tullantı sularının həcmini smartkart tipli olmayan suölçən cihazın göstəricilərinə əsasən, suölçən cihaz quraşdırılmadıqda isə bu Qaydaların 7.2-ci bəndinə uyğun olaraq müəyyənləşdirmək; Bənd 2.1.6. verilən suyun və axıdılan tullantı sularının həcminə uyğun olaraq hər ay istehlakçıya ödəməli olduğu vəsaitin həcmini əks etdirən hesabı təqdim etmək (göndərmək); Bənd 2.1.9. aşağıdakı hallarda suyun verilməsinin dayandırılacağı barədə istehlakçıya yazılı bildiriş təqdim etmək (göndərmək): 2.1.9.1. quraşdırılmış suölçən cihaz dövlət standartlarının tələblərinə cavab vermədikdə; 2.1.9.2. verilən suyun və axıdılan tullantı sularının həcminə uyğun olaraq tərtib edilmiş hesab istehlakçıya təqdim edildikdən (göndərildikdən) sonra müvafiq vəsait 1 (bir) ay müddətində tam ödənilmədikdə. Bənd 5.1. İstehlakçıların hüquqları aşağıdakılardır: Bənd 5.1.2. su təchizatı və kanalizasiya xidmətləri və sudan istifadə üçün müqavilə bağlanılmasını tələb etmək; Bənd 6.1. STKM ilə istehlakçı arasında suyun sərfinə görə hesablaşmanın aparılması üçün balans mənsubiyyəti sərhədində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti (bundan sonra – Xidmət) tərəfindən tipi təsdiq edilərək dövlət reyestrinə daxil edilmiş və sertifikatlaşdırılmış, üzərində Xidmətin və STKM-in plombu olan müvafiq suölçən cihaz quraşdırılır. Həmin tələblərə cavab verməyən suölçən cihazların və digər ölçmə vasitələrinin quraşdırılması qadağandır. 6.15. Suölçən cihaza müdaxilə və pozuntu (suölçən cihazın göstəricilərinin xətasının Xidmətin müəyyən etdiyi normalardan artıq olması) halları aşkar edildikdə, STKM suölçən cihazın sonuncu dəfə göstəricilərinin qeyd edilməsindən sonrakı dövr üçün sərf edilmiş suyun həcmini aşağıdakı qaydada müəyyənləşdirir və hesablaşma aparır: 6.15.1. istehlakçının müdaxiləsi halında bu Qaydaların 4 nömrəli əlavəsinə uyğun olaraq; 6.15.2. pozuntu (suölçən cihazın göstəricilərinin xətasının Xidmətin müəyyən etdiyi normalardan artıq olması) aşkar edildikdə isə istehlakçının əvvəlki 12 (on iki) aylıq dövrdə (istehlak dövrü 12 (on iki) aydan az olduqda, faktiki istehlak dövrü üzrə) istifadə etdiyi orta istehlak normasına əsasən. 6.16. Su təchizatı qurğularının, suölçən cihazın və onun üzərindəki plombun zədələnməsi halları aşkar olunduqda, habelə STKM-in nümayəndəsinin suölçən cihaza baxmasına istehlakçı tərəfindən lazımi şərait yaradılmadıqda, müvafiq akt tərtib edilir. Aktın bir nüsxəsi istehlakçıya təqdim edilir. 6.17. Tərtib edilmiş akta əsasən istehlakçının təqsiri üzündən STKM-ə maddi zərər vurulması müəyyən edildikdə, dəymiş ziyan hesablanaraq istehlakçıya ödəniş sənədi təqdim edilir. Bənd 8.4. Su ilə təchiz olunmuş obyektin mülkiyyətçisi (istifadəçisi) dəyişdirildikdə, əvvəlki istehlakçı obyektin mülkiyyətçisi (istifadəçisi) dəyişdirildiyi günədək sudan istifadəyə görə olan borcunu ödəməli, STKM-dən borcunun olmaması barədə arayış almalı və həmin arayışı yeni istehlakçıya təqdim etməlidir. Yeni mülkiyyətçi (istifadəçi) yeni müqavilənin bağlanılması üçün STKM-ə 10 (on) iş günü müddətində yazılı müraciət etməlidir. Yazılı müraciət daxil olduğu gündən 3 (üç) iş günü müddətində yeni mülkiyyətçi (istifadəçi) ilə STKM arasında müqavilə bağlanılmalıdır. Bənd 8.6. Su təchizatı sisteminə qanunsuz (özbaşına) qoşulma halları aşkar edildikdə, STKM qanunsuz xətti dərhal su təchizatı sistemindən ayırmaqla suyun verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini həmin şəxsdən tələb etməlidir.

34. “Su təchizatı və tullantı suları haqqında” Qanuna görə: Maddə 4.1. Fiziki və hüquqi şəxslər bu Qanunda və digər normativ hüquqi aktlarda nəzərdə tutulmuş qaydada və şərtlərlə su ehtiyatlarından istifadə etmək və bu məqsədlə su kəmərləri və kanalizasiya qurğularını tikmək və istismar etmək, tullantı sularını və tullantıları atmaq hüquqlarına malikdirlər. Maddə 26.1. Su təchizatı müəssisəsi aşağıdakı hallarda istehlakçının su təchizatını dayandıra bilər: - su təchizatı müəssisəsinin istehlakçıya verdiyi suyun hesabı istehlakçıya su təchizatı müəssisəsi tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam məbləğdə ödənilmədikdə... Maddə 32.2. İstehlakçı suölçən cihazların mühafizəsi tələblərinə əməl etmədikdə, su təchizatı müəssisəsinin səlahiyyətli nümayəndəsi istehlakçının vəsaiti hesabına onların təmirini, yenidən quraşdırılmasını və onların işinə mane olan səbəblərin aradan qaldırılmasını və ya su təchizatının ölçülməsi və düzgün qeydiyyatının təmin edilməsi üçün zəruri olan digər işləri yerinə yetirə bilər. Maddə 33. İstehlakçılar aşağıdakı hüquqlara malikdirlər: c) bəndinə əsasən su təchizatı müəssisələri ilə su almaq üçün su kəmərinə qoşulması barədə müqavilə bağlamaq... Maddə 62. Qanunvericiliklə başqa hallar nəzərdə tutulmadıqda istehlakçı su təchizatı və kanalizasiya müəssisələrinə, onların göstərdikləri xidmətlərə görə borcu, hesabın ödənilməsinə təqdim olunduğu gündən bir ay müddətində ödəmədikdə, su təchizatı və kanalizasiya müəssisəsi qanunvericilikdə nəzərdə tutulmuş müvafiq tədbirləri görməlidir. Obyektin ayrılmasından sonra da borcların bütün məbləğinin ödənilməsi tələbi yerinə yetirilmədikdə, su təchizatı və kanalizasiya müəssisəsinin ödənilməyən məbləği məhkəmə qaydasında tələb etmək, o cümlədən qanunvericiliyə zidd olmayan hallarda borc məbləğinin borclunun əmlakı hesabına ödənilməsi barədə iddia qaldırmaq hüququ vardır.

35. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Qanuna görə: Maddə 8. Bazarda hökmran mövqe tutan istehsalçı və ya icraçı (onun nizamnamə fəaliyyətindən, yaxud istehsal imkanlarından kənara çıxdığını sübut etdiyi hallar istisna olmaqla) istehlakçı ilə işlərin icra edilməsi və xidmət göstərilməsi üçün qeyri-bərabər şərt təklif etmədən müqavilə bağlamağa borcludur. Bu halda o, öz istehsalat, yaxud digər təsərrüfat fəaliyyətini elə təşkil etməlidir ki, əhalinin ehtiyacları lazımi səviyyədə və fasiləsiz təmin edilsin. İcraçının əsassız olaraq, müqavilə bağlamaqdan imtina etməsi nəticəsində o, işlərin yerinə yetirilməsindən və xidmətlərin göstərilməməsindən istehlakçıya dəyən ziyanın əvəzini ödəməyə borcludur.

36. Sadalanan qanunvericilik normalarından göründüyü kimi, əvvəlki istehlakçının sudan istifadə və tullantı sularının axıdılmasına görə borcunun olması yeni istehlakçı ilə müqavilə bağlanmasından imtina edilməsi üçün əsas deyildir. Cavabdeh orqan tərəfindən xx.xx.2017-ci il, xx.xx.2018-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2022-ci il tarixlərdə sayğaclı abonentin yoxlanılması həyata keçirilmiş və elə ilk dəfədən sayğacın olmaması, su təchizatı sisteminə qanunsuz (özbaşına) qoşulma halları aşkar edilsə də, qanunvericiliklə ona verilmiş səlahiyyətlərdən istifadə etməyərək, həmin halların aşkar edildiyi dövrdə istifadəçi olan mülkiyyətçiyə qarşı heç bir tədbir görülməmiş, yalnız 2022-ci ilin yanvar ayında yeni mülkiyyətçi – hazırkı iddiaçının müraciətindən sonra yeni sayğac quraşdırılmaqla, əvvəlki dövr – 2014-2022-ci illər üzrə sayğacdan kənar istifadə edilmiş sərfiyyat hesablanmaqla, iddiaçıdan tələb edilmişdir.

37. Cavabdeh orqanın sayğacdan kənar sudan istifadəyə, habelə çirkab suların axıdılmasına görə yaranmış borcu məhkəmə qaydasında tələb etmək, bu barədə iddia qaldırmaq hüququ olduğu halda, ünvan 1 ünvanda yerləşən mənzilə dair işlərin icra edilməsi və xidmət göstərilməsi üçün qeyri-bərabər şərt təklif etmədən iddiaçı ilə müqavilə bağlanmasından imtinası əsassız olmuşdur.

38. Məhkəmə onu da qeyd edir ki, iddiaçı mübahisəli borca görə sözügedən ünvana su verilişinin əvvəllər bir neçə dəfə dayandırılmasını və sonradan bərpa edilməsini əsas gətirməklə, əvvəlki istehlakçının 952.93 manat borcuna görə mənzilinə su verilişinin dayandırmaqdan çəkindirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını tələb edir ki, məhkəmə yuxarıda qeyd edilənlərə əsasən həmin tələbi də əsaslı sayır.

39. İPM-in: - 58.7-ci maddəsinə görə sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. - 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

31. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, ünvan 1 ünvanda yerləşən mənzilə dair işlərin icra edilməsi və xidmət göstərilməsi üçün qeyribərabər şərt təklif etmədən İddiaçı ilə müqavilə bağlanması və və əvvəlki istehlakçının 952.93 manat borcuna görə mənzilinə su verilişinin dayandırmaqdan çəkindirilməsi öhdəliyi Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin “Gəncə Sukanal” Törəmə Səhmdar Cəmiyyətinin üzərinə qoyulmalıdır.

Nəticəvi hissə:

32. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq

qərara aldı:

İddia qismən təmin edilsin. ünvan 1 ünvanda yerləşən mənzilə dair işlərin icra edilməsi və xidmət göstərilməsi üçün qeyri-bərabər şərt təklif etmədən İddiaçı ilə müqavilə bağlanması və və əvvəlki istehlakçının 952.93 manat borcuna görə mənzilinə su verilişinin dayandırmaqdan çəkindirilməsi öhdəliyi Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin “Gəncə Sukanal” Törəmə Səhmdar Cəmiyyətinin üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına (Gəncə şəhəri, Atatürk prospekti, 252) apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən Gülşən Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar