Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-346/2025 29.05.2025 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması tələbinə dair iş üzrə Giriş hissə: Hakim Əliyeva Gülşən Talıb qızının sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinə (üçüncü şəxs X5) qarşı ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin bölgü planına uyğun olaraq 0,0246 ha torpaq sahəsi və üzərində yerləşən “A” literli yaşayış binasının 14,0 kv.m, 16,7 kv.m və 28,0 kv.m üç yaşayış otağı, 10,9 kv.m və 5,2 kv.m dəhliz, 24,4 kv.m zal, 8,8 kv.m mətbəx, 1,8 kv.m sanitar qovşağı, 5,3 kv.m hamam otaqları, yeraltı zirzəmidə 43,2 kv.m keçid, 5,8 kv.m dəhliz və 14,1 kv.m anbar otaqlarından ibarət hissəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınaraq çıxarış verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə Gəncə İnzibati Məhkəməsinin (Gəncə şəhəri, H.Əliyev prospekti, 105) binasında açıq məhkəmə iclasında şifahi dinləmələr qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: I. İşin halları
1. ünvan 3 fərdi yaşayış evinə dair İddiaçı (1/2 hissədə) və X2 (1/2 hissədə) adlarına xx.xx.2020-ci il tarixli ********** qeydiyyat nömrəli **********49-10301 reyestr nömrəli çıxarış verilmişdir.
2. İddiaçı ünvan 2 saylı fərdi yaşayış evinə dair bölgü planının hazırlanması barədə cavabdeh orqana müraciət etmiş və müraciətin araşdırılması zamanı həmin fərdi yaşayış evinin “A” literli və “B” literli iki yaşayış evindən, “C” literli əl damından və “D” literli mətbəxhamamdan ibarət olduğu, “A” literli və “B” literli tikililər ayrıca tikili olduğu üçün onların bölünməsi üçün bölgü planının hazırlanmasının mümkün olduğu, lakin “A” literli yaşayış evi vahid tikili olduğundan, eyni bünövrəsi, ortaq divarları, dam örtüyü olduğundan konsturiktiv cəhətdən bölünməsi mümkün olmadığından həmin literli yaşayış evinin iki və daha çox hissəyə bölünərək bölgü planının işlənilməsi mümkün olmadığı məlum olmuş və bu məzmunda iddiaçıya imtina cavabı verilmişdir.
3. Daha sonra İddiaçı ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin faktiki bölünmüş vəziyyətinə uyğun olaraq bölgü planının hazırlanmasının cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələsi Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinin üzərinə qoyulması tələbi ilə məhkəməyə müraciət etmiş və Gəncə İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2-1(114)-1764/2021 saylı qərarı ilə iddia təmin edilmişdir.
4. Həmin məhkəmə qərarı Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsi tərəfindən icra olunaraq ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin faktiki bölünmüş vəziyyətinə uyğun olaraq bölgü planı hazırlanmışdır.
5. İddiaçı nümayəndəsi X3 bölünmüş hissə üzərində hüquqların qeydiyyatı üçün cavabdeh orqana müraciət etmiş, lakin aparılan araşdırma zamanı əmlak üzərində mübahisə olduğu və mülkiyyətçilərdən X2 hazırlanmış bölgü planını imzalamadığı müəyyən edildiyi üçün müraciətə xx.xx.2023-cü il tarixli 3-21-3-33/2-10164/2023 nömrəli imtina cavabı verilmişdir.
6. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə əldə edilmiş xx.xx.2025-ci il tarixli 10/7395 nömrəli ekspert rəyində göstərilmişdir ki, ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinin naturada iki hissəyə bölünməsi (ayrılması) İnşaat Norma və Qaydaları 2.08.01.89-un 2.1, 2.2, 2.4, 2.7, 2.9 bəndlərinin və metodik tövsiyyənin tələblərinə uyğun olaraq texniki cəhətdən mümkündür. Bunun üçün, tədqiq olunan yaşayış evi faktiki (bölünmüş) vəziyyətdə saxlanıla bilər. ünvan 3 fərdi yaşayış evinin faktiki olaraq ½ paylara uyğun şəkildə bölünmədiyi müəyyən edilmişdir. ünvan 3 fərdi yaşayış evinin faktiki olaraq Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsi tərəfindən tərtib edilmiş bölgü planına uyğun şəkildə bölündüyü müəyyən edilmişdir. II. Məhkəmədə icraat
7. İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələsi Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı xx.xx.2023-cü il tarixdə iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, fərdi yaşayış evi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, adına ayrıca çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
8. Tələb onunla əsaslandırılmışdır ki, ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evi Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Resyterindən verilmiş xx.xx.2020-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarışla ona və üçüncü şəxs X4 məxsus fərdi yaşayış evi 1/2 hissə payla, ümumi paylı mülkiyyətçi kimi adlarına qeydə alınmışdır. Üçüncü şəxs X6 əmisi oğludur. Gəncə İnzibati Məhkəməsinin iş 2-1(114)- 1764/2021 saylı xx.xx.2021-ci il tarixli qərardadına əsasən tərəfindən verilmiş iddia təmin edilmiş və ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evinin faktiki bölünmüş vəziyyətinə uyğun olaraq bölgü planının verilməsi öhdəliyi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsinə həvalə edilmişdir. Məhkəmədə müəyyən edilmişdir və qərardadın əsaslandırıcı hissəsindən görünür ki, ünvan 1 ünvanında yerləşən 214.1 kv.m sahədən ibarət fərdi yaşayış evinin 1/2 hissəsi İddiaçı adına qeydə alınaraq onlara cavabdeh 3 saylı Gəncə Ərazi İdarəsi tərəfindən xx.xx.2020ci il tarixli 44824 saylı **********49-10301 reyestr nömrəli texniki pasport verilmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsi 3-21-3-33/2-10164/2023 saylı 31.10 2023-cü il tarixli bildirişlə ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evinə çıxarış vermir və ərizəsinin icrasını mümkün hesab etməmişdir. Halbuki, cavabdeh tərəfindən mübahisəli olmayan 30 ildən çox yaşadığı ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evinə dair çıxarış verməməsi qanuna və heç bir normativ hüquqi akta zidd deyildir, əksinə imtina edilməsi onların mülkiyyət hüquqlarının pozulmasıdır. Ona görə də cavabdehin imtinasını əsassız hesab edəlrək məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Belə hesab edir ki, onun mülkiyyət hüquqları pozulmuşdur.
9. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılımışdır.
10. Məhkəmənin xx.xx.2024-cü il tarixli 2-1(114)-1377/2024 nömrəli qərardadı ilə iddia tələbi “ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin bölgü planına uyğun olaraq 0,0246 ha torpaq sahəsi və üzərində yerləşən “A” literli yaşayış binasının 14,0 kv.m, 16,7 kv.m və 28,0 kv.m üç yaşayış otağı, 10,9 kv.m və 5,2 kv.m dəhliz, 24,4 kv.m zal, 8,8 kv.m mətbəx, 1,8 kv.m sanitar qovşağı, 5,3 kv.m hamam otaqları, yeraltı zirzəmidə 43,2 kv.m keçid, 5,8 kv.m dəhliz və 14,1 kv.m anbar otaqlarından ibarət hissəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınaraq çıxarış verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dəyişdirilmişdir. III. İddianın növü və mümkünlüyü
11. Məhkəmə qeyd edir ki, hazırkı iddia ümumi mümkünlük şərtlərinə (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.), eyni zamanda xüsusi mümkünlük şərtlərinə əməl olunmaqla verilmişdir. Belə ki, iddiaçı hazırkı iddianı qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmişdir.
12. Hazırkı iddia İPM-in 2.2.3-cü maddəsində nəzərdə tutulmuş öhdəliyin icrası haqqında iddia növünə aiddir.
13. İPM-in: 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. 8.1.2-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur.
14. Hazırkı işdə öhdəliyin icrası haqqında iddianın xüsusi mümkünlük şərti kimi əvvəlcə eyni tələblə inzibati orqana müraciət edilməsi barədə şərt də ödənilmiş, iddiaçı hazırkı tələblə cavabdehə müraciət etmiş və cavabdeh tərəfindən onun müraciətinin təmin edilməsindən imtina edilmişdir.
15. Cavabdeh orqanın yerləşdiyi Gəncə şəhəri “Azərbaycan Respublikası apellyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının xx.xx.2023-cü il tarixli Qərarına əsasən Gəncə İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edilmişdir.
16. Məhkəmə hazırkı iddianın öhdəliyin icrası iddia növünə aid olduğunu və cavabdehin yerləşdiyi yerin ünvanını nəzərə alaraq hesab edir ki, işə ərazi aidiyyəti üzrə Gəncə İnzibati Məhkəməsində baxılmalıdır.
17. Göründüyü kimi, iddia mümkün iddiadır, ona görə ki, hazırkı iddianın qaldırılması üçün inzibati prosessual qanunvericilikdə nəzərdə tutulan həm ümumi, həm xüsusi mümkünlük şərtləri ödənilmiş və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir. IV. Prosessual məsələlər
18. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə X5 zəruri cəlbetmə qaydasında inzibati məhkəmə icraatına cəlb edilmişdir.
19. İş üzrə inzibati prosessual qanunvericiliyin tələblərinə müvafiq prosessual hərəkətlər edilərək, şifahi məhkəmə baxışı iclası xx.xx.2025-ci il tarixə təyin edilmiş, bu barədə tərəflərə məlumat verilərək şifahi məhkəmə baxışı ilə bağlı iclasa gəlmədikləri halda onların iştirakı olmadan ərizəyə baxılacağı və iş üzrə qərar qəbul ediləcəyi barədə xəbərdarlıq edilmişdir.
20. İddiaçının nümayəndəsi məhkəmə iclasına gəlmiş, cavabdehin nümayəndəsi və üçüncü şəxs isə məhkəməyə gəlməmiş, gəlməmələrinin üzrlü səbəbləri və ya mümkünsüzlüyü barədə məlumat verməmişlər.
21. Məhkəmə İPM-nin 62.3-cü maddəsinə müvafiq olaraq şifahi məhkəmə baxışı iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını və qərar qəbul edilməsini mümkün hesab etmişdir. V. Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri
22. Cavabdehin orqanın məhkəməyə yazılı etirazı daxil olmuş və etiraz imtinada göstərilən dəlillərlə əsaslandırılmışdır (qərarın 4-cü bəndi).
23. Üçüncü şəxsin iddiaya qarşı yazılı etirazı məhkəməyə daxil olmamışdır
24. İddiaçının nümayəndəsi X3 məhkəmə iclasında iddia tələbini müdafiə edərək onun təmin olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. VI. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər
25. Məhkəmə araşdırmasının predmetini aşağıdakı sənədlər təşkil etmişdir: - Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2020-ci il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli **********49-10301 reyestr nömrəli çıxarış; - Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli imtina cavabı; - Gəncə İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2-1(114)-1764/2021 saylı qərarı; - Fərdi yaşayış evinin faktiki bölünmüş vəziyyətinə uyğun olaraq hazırlanmış bölgü planı; - Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli 3-21-3-33/2-10164/2023 nömrəli imtina cavabı; - xx.xx.2025-ci il tarixli 10/7395 nömrəli ekspert rəyi.
Əsaslandırma hissəsi:
VII. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi
26. Məhkəmə proses iştirakçısının izahatını dinləyərək, inzibati iş materiallarını araşdırıb, mövcud olan sübutları obyektiv, hərtərəfli və tam tədqiq etməklə, onlara hüquqi qiymət verərək belə qənaətə gəlir ki, iddia mahiyyət baxımından əsaslıdır və təmin edilməlidir.
27. İş materialları ilə müəyyən edilmiş hallardan görünür ki, ünvan 3 fərdi yaşayış evinə dair İddiaçı (1/2 hissədə) və X2 (1/2 hissədə) adlarına xx.xx.2020-ci il tarixli ********** qeydiyyat nömrəli **********49-10301 reyestr nömrəli çıxarış verilmişdir. İddiaçı ünvan 2 saylı fərdi yaşayış evinə dair bölgü planının hazırlanması barədə cavabdeh orqana müraciət etmiş və müraciətin araşdırılması zamanı həmin fərdi yaşayış evinin “A” literli və “B” literli iki yaşayış evindən, “C” literli əl damından və “D” literli mətbəx-hamamdan ibarət olduğu, “A” literli və “B” literli tikililər ayrıca tikili olduğu üçün onların bölünməsi üçün bölgü planının hazırlanmasının mümkün olduğu, lakin “A” literli yaşayış evi vahid tikili olduğundan, eyni bünövrəsi, ortaq divarları, dam örtüyü olduğundan konsturiktiv cəhətdən bölünməsi mümkün olmadığından həmin literli yaşayış evinin iki və daha çox hissəyə bölünərək bölgü planının işlənilməsi mümkün olmadığı məlum olmuş və bu məzmunda iddiaçıya imtina cavabı verilmişdir. Daha sonra İddiaçı ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin faktiki bölünmüş vəziyyətinə uyğun olaraq bölgü planının hazırlanmasının cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələsi Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinin üzərinə qoyulması tələbi ilə məhkəməyə müraciət etmiş və Gəncə İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2-1(114)-1764/2021 saylı qərarı ilə iddia təmin edilmişdir. Həmin məhkəmə qərarı Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsi tərəfindən icra olunaraq ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin faktiki bölünmüş vəziyyətinə uyğun olaraq bölgü planı hazırlanmışdır.
28. İddiaçı nümayəndəsi X3 bölünmüş hissə üzərində hüquqların qeydiyyatı üçün cavabdeh orqana müraciət etmiş, lakin aparılan araşdırma zamanı əmlak üzərində mübahisə olduğu və mülkiyyətçilərdən X2 hazırlanmış bölgü planını imzalamadığı müəyyən edildiyi üçün müraciətə xx.xx.2023-cü il tarixli 3-21-3-33/2-10164/2023 nömrəli imtina cavabı verilmişdir.
29. Məhkəmə aşağıda qeyd olunanlara əsasən cavabdeh orqanın imtinasını əsassız sayır.
30. Belə ki, cavabdeh orqan iddiaçı ilə üçüncü şəxs arasında əmlakla bağlı mübahisə olduğunu əsas gətirir. Halbuki, məhkəmə icraatı zamanı iddiaçı ilə üçüncü şəxs arasında hər hansı mübahisənin olması müəyyən edilməmişdir.
31. Digər tərəfdən məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə əldə edilmiş xx.xx.2025-ci il tarixli 10/7395 nömrəli ekspert rəyində göstərilmişdir ki, ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinin naturada iki hissəyə bölünməsi (ayrılması) İnşaat Norma və Qaydaları 2.08.01.89-un 2.1, 2.2, 2.4, 2.7, 2.9 bəndlərinin və metodik tövsiyyənin tələblərinə uyğun olaraq texniki cəhətdən mümkündür. Bunun üçün, tədqiq olunan yaşayış evi faktiki (bölünmüş) vəziyyətdə saxlanıla bilər. ünvan 3 fərdi yaşayış evinin faktiki olaraq ½ paylara uyğun şəkildə bölünmədiyi müəyyən edilmişdir. ünvan 3 fərdi yaşayış evinin faktiki olaraq Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsi tərəfindən tərtib edilmiş bölgü planına uyğun şəkildə bölündüyü müəyyən edilmişdir.
32. Göründüyü kimi, mübahisəli fərdi yaşayış evi tərəflər arasında onların faktiki istifadə vəziyyətinə uyğun bölünmüş və qüvvədə olan məhkəmə qərarı ilə evinin faktiki bölünmüş vəziyyətinə uyğun olaraq bölgü planının hazırlanması öhdəliyi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələsi Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinin üzərinə qoyulmuş, Ərazi İdarəsi də sözügedən məhkəmə qərarını icra edərək, evin faktiki bölünmüş vəziyyətinə uyğun olaraq bölgü planını hazırlamışdır. Lakin digər paylı mülkiyyətçinin bölgü planını imzalamaması səbəbindən iddiaçıya özünə məxsus hissə üzərində ayrıca çıxarış verilməsindən imtina edilmişdir.
33. Azərbaycan Respublikası Mülki Məcəlləsinə görə: Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 213.2. Əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. Maddə 220.1. Paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. Maddə 220.3. Paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir.
34. Beləliklə, araşdırma zamanı ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinin faktiki vəziyyətinə uyğun naturada iki hissəyə bölünməsinin (ayrılmasının) mümkün olduğu, bunun tədqiq olunan yaşayış evi faktiki (bölünmüş) vəziyyətdə saxlanılması yolu ilə mümkün olduğu, ünvan 3 fərdi yaşayış evinin faktiki olaraq Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsi tərəfindən tərtib edilmiş bölgü planına uyğun şəkildə bölündüyü öz təsdiqini tapmışdır.
35. Paylı mülkiyyətçilərdən birinin bölgü planını imzalamaması digər mülkiyyətçinin özünə məxsus pay üzərində istədiyi kimi sərəncam vermək, hüququnu qeydə aldırmaq hüququnun, bir sözlə mülkiyyət hüququnun realizəsini məhdudlaşdıra bilməz. Cavabdeh orqanın imtinası isə bu hüququn realizəsini mümkünsüz etmişdir.
36. Məhkəmə ekspert rəyində qeyd edilmiş ünvan 3 fərdi yaşayış evinin faktiki olaraq ½ paylara uyğun şəkildə bölünməməsinə münasibətdə qeyd edir ki, sözügedən ev faktiki olaraq bölünmüşdür və iddiaçının iddiası əsasında qüvvədə olan məhkəmə qərarı ilə faktiki istifadə vəziyyətinə uyğun bölgü planının hazırlanması öhdəliyi cavabdeh orqanın üzərinə qoyulmuşdur. Həmin məhkəmə qərarından digər mülkiyyətçi olan üçüncü şəxs X6 apellyasiya şikayəti verməmiş, qərar qanuni qüvvəsini almış və icra edilərək, müvafiq bölgü planı hazırlanmışdır.
37. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin bölgü planına uyğun olaraq 0,0246 ha torpaq sahəsi və üzərində yerləşən “A” literli yaşayış binasının 14,0 kv.m, 16,7 kv.m və 28,0 kv.m üç yaşayış otağı, 10,9 kv.m və 5,2 kv.m dəhliz, 24,4 kv.m zal, 8,8 kv.m mətbəx, 1,8 kv.m sanitar qovşağı, 5,3 kv.m hamam otaqları, yeraltı zirzəmidə 43,2 kv.m keçid, 5,8 kv.m dəhliz və 14,1 kv.m anbar otaqlarından ibarət hissəsi üzərində İddiaçı mülkiyyət hüququnun qeydiyyata alınaraq çıxarış verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmalıdır.
38. İPM-ə görə: Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
39. Beləliklə, məhkəmə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir.
Nəticəvi hissə:
40. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 75 və 85-ci maddələrini rəhbər tutaraq
qərara aldı:
İddia təmin edilsin. ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin bölgü planına uyğun olaraq 0,0246 ha torpaq sahəsi və üzərində yerləşən “A” literli yaşayış binasının 14,0 kv.m, 16,7 kv.m və 28,0 kv.m üç yaşayış otağı, 10,9 kv.m və 5,2 kv.m dəhliz, 24,4 kv.m zal, 8,8 kv.m mətbəx, 1,8 kv.m sanitar qovşağı, 5,3 kv.m hamam otaqları, yeraltı zirzəmidə 43,2 kv.m keçid, 5,8 kv.m dəhliz və 14,1 kv.m anbar otaqlarından ibarət hissəsi üzərində İddiaçı mülkiyyət hüququnun qeydiyyata alınaraq çıxarış verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına (Gəncə şəhəri, Atatürk prospekti, 252) apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Gülşən Əliyeva