Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-3461/2023 20.10.2023 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Quliyev Zəfər Arif oğlunun sədrliyi, Musayeva Ülviyyə İlham qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “adının vahid aylıq müavinat alan məcburi köçkünlərin adlı siyahısına daxil edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı (bundan sonra mətndə iddiaçı) xx.xx.1985-ci il tarixdə ünvan 1 ünvanda qeydiyyatda olmaqla ünvan 2skunlaşmışdır. İddiaçıya Azərbaycan Respublikası Qaçqınların və X1 üzrə Dövlət Komitəsinin xx.xx.2008-ci il tarixli qərarına əsasən AA seriyalı 179611 nömrəli məcburi köçkün vəsiqəsi verilmişdir. İddiaçının adına Bakı şəhəri 15 saylı DNK-nın 4Ə-2-208 reyestr nömrəli, xx.xx.2008ci il tarixli bağışlama müqaviləsinə əsasən Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Səmədbəy Mehmandarov küçəsi, ev 19, mənzil 3 qeydiyyatdan keçmiş, lakin 16 saylı DNK-nın 4Ə-858 reyestr nömrəli, xx.xx.2014-cü il tarixli alqı-satqı müqaviləsinə əsasən X3 adına özgəninkiləşdirilmişdir. Daşınmaz əmlak söküldüyü üçün reyestr kitabında hüquqların ləğv edilməsi ilə bağlı qeyd aparılmışdır. Ağdam şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin verdiyi arayışa əsasən iddiaçının adına şəxsi ev olduğuna görə 2017-ci ildən iddiaçıya ödənilən aylıq müavinət dayandırılmışdır. İddiaçı “vahid aylıq müavinətinin bərpa edilməsinə köməklik göstərilməsi barədə” ərizə ilə Azərbaycan Respublikası Qaçqınların və X1 üzrə Dövlət Komitəsinə müraciət etmişdir. Müraciət baxılması üçün Cavabdehnə (bundan sonra mətndə cavabdeh) göndərilmişdir. Cavabdeh xx.xx.2023-cü il tarixli 69 nömrəli məktubu ilə bildirmişdir ki, Ağdam şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin verdiyi arayışa əsasən Qaçqınların və X1 üzrə Dövlət Komitəsi tərəfindən göndərilmiş siyahıda adına şəxsi ev olduğuna görə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 24 yanvar tarixli 11 nömrəli qərarının müvafiq bəndinə uyğun olaraq 2017-ci ildən iddiaçıya ödənilən aylıq müavinət dayandırılmışdır. Nəzərə çatdırıılmışdır ki, ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 24 yanvar tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə, vahid aylıq müavinətin ödənilməsi Qaydasının 2.1ci bəndinə əsasən məcburi köçkün düşdükdən sonra mənzil qanunvericiliyinə və ya mülkihüquqi əqdlərə əsasən ayrıca yaşayış sahəsi əldə edən, sonradan həmin yaşayış sahəsini başqa şəxsə satan, bağışlayan məcburi köçkünlərə və onlarla birlikdə yaşayan ailə üzvlərinə (Milli qəhrəman ailələri, şəhid ailələri, İ dərəcə Qarabağ müharibəsi ilə əlaqədar əlilliyi olan şəxslər, xidməti işi ilə bağlı müvəqqəti yaşadığı ünvana daimi qeydiyyata düşən şəxslər və onlarla birlikdə yaşayan ailə üzvləri istisna olmaqla) şamil olunmur. Cavabdehin imtinası ilə razılaşmayan iddiaçı cavabdehə qarşı “ona məcburi köçkünlər üçün aylıq müavinətin bərpa olunması və dayandırıldığı tarixdən ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması”nı xahiş etmişdir. Daha sonra iddiaçı tələbin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək adının vahid aylıq müavinat alan məcburi köçkünlərin adlı siyahısına daxil edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə ərizə inzibati məhkəmə icraatına qəbul olunmuşdur. Məhkəmə iclasında iştirak etmiş iddiaçı iddianı müdafiə etmiş və sədrlik edənin suallarına cavab olaraq bildirmişdir ki, ona aylıq müavinətin köçürüldüyü bank kartını əmisinə və bu səbəbdən də müavinətin dayandırıldığı tarix barədə dəqiq məlumat verə bilmir. Hazırda ehtiyacı olduğu üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdehə şifahi məhkəmə baxışı iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsinin iştirakını təmin etməmiş və iddiaya dair münasibət bildirməmişdir. Cavabdehin nümayəndəsinin şifahi məhkəmə baxışı ilə bağlı məhkəmə iclasına gəlməməsinə baxmayaraq, məhkəmə işə baxa və iş üzrə qərar qəbul edə bilmişdir. Belə ki, tərəflər onlara təqdim olunmuş bildirişdə məhkəmə iclasında iştirak etmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 62.3-cü maddəsi). İş materiallarına iddiaçıya məxsus AA******* nömrəli şəxsiyyət vəsiqəsinin surəti, AA seriyalı 179611 nömrəli məcburi köçkün vəsiqəsi, cavabdehin xx.xx.2023-cü il tarixli 69 nömrəli imtinası, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı İnzibati Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli, 3-21-3-30/2-34920/2023 nömrəli məktubu, elektron sistemdən çıxarış əlavə edilmişdir. Əsaslandırıcı hissə: İddia mümkün iddiadır. Belə ki, iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın məhkəmə və ərazi aidiyyəti düzgün müəyyən olunmuşdur. İddiaçı Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. Məhkəmə işin faktiki hallarına və aşağıda qeyd olunan normalara əsasən iddianı əsaslı hesab edir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı Ağdam rayonundan məcburi köçkün olmaqla, ona xx.xx.2008-ci il tarixdə məcburi köçkün vəsiqəsi verilmişdir. İddiaçının adına Bakı şəhəri 15 saylı DNK-nın 4Ə-2-208 reyestr nömrəli, xx.xx.2008-ci il tarixli bağışlama müqaviləsinə əsasən Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Səmədbəy Mehmandarov küçəsi, ev 19, mənzil 3 qeydiyyatdan keçmiş, daha sonra 16 saylı DNK-nın 4Ə-858 reyestr nömrəli, xx.xx.2014-cü il tarixli alqı-satqı müqaviləsinə əsasən X3 adına özgəninkiləşdirilmişdir. İddiaçı adına daşınmaz əmlak olduğu 2008-2014cü illərdə Ağdam şəhəri, Ağamalı oğlu küçəsi, ev 31 ünvanda qeydiyyatda olmuşdur. Cavabdeh Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 24 yanvar tarixli 11 nömrəli qərarının müvafiq bəndinə istinad edərək iddiaçıya 2017-ci ildən aylıq müavinətin ödənilməsini dayandırmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 24 yanvar tarixli, 11 nömrəli qərarı ilə təsdiq edilmiş «Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə vahid aylıq müavinətin ödənilməsi Qaydası»na əsasən bu Qayda «Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin müəyyən edilməsi haqqında» Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 23 yanvar tarixli 1206 nömrəli Fərmanının 2.1-ci bəndinin icrasını təmin etmək məqsədi ilə hazırlanmışdır, məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə vahid aylıq müavinətin (bundan sonra – aylıq müavinət) ödənilməsi qaydalarını müəyyən edir. Həmin Qaydanın 2-ci bəndinə əsasən aylıq müavinət aşağıdakı məcburi köçkün statusu olan şəxslərə şamil edilmir: 2.1. məcburi köçkün düşdükdən sonra mənzil qanunvericiliyinə və ya mülki hüquqi əqdlərə əsasən ayrıca yaşayış sahəsi əldə edən, sonradan həmin yaşayış sahəsini başqa şəxsə satan, bağışlayan məcburi köçkünlərə və onlarla birlikdə yaşayan ailə üzvlərinə (Milli qəhrəman ailələri, şəhid ailələri, İ dərəcə Qarabağ müharibəsi ilə əlaqədar əlilliyi olan şəxslər, xidməti işi ilə bağlı müvəqqəti yaşadığı ünvana daimi qeydiyyata düşən şəxslər və onlarla birlikdə yaşayan ailə üzvləri istisna olmaqla); 2.2. məcburi köçkün düşdükdən sonra ərazisi işğal olunmuş rayondakı (şəhərdəki) yaşayış yeri üzrə qeydiyyatdan çıxaraq ərazisi işğal olunmamış digər rayon (şəhər) üzrə yaşayış yerinə qeydiyyata düşmüş məcburi köçkünlərə və onların ailə üzvlərinə (Milli qəhrəman ailələri, şəhid ailələri, İ dərəcə Qarabağ müharibəsi ilə əlaqədar əlilliyi olan şəxslər, xidməti işi ilə bağlı müvəqqəti yaşadığı ünvana daimi qeydiyyata düşən şəxslər və onlarla birlikdə yaşayan ailə üzvləri istisna olmaqla). Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin V bəndinə əsasən Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərarları Azərbaycan Respublikasının Konstitusiyasına, qanunlarına və Azərbaycan Respublikası Prezidentinin fərmanlarına zidd olmamalıdır. Konstitusiyanın Vİİ bəndinə əsasən fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. İddiaçının adına daşınmaz əmlak qeydiyyata alındığı xx.xx.2008-ci il tarixdə qüvvədə olmuş Azərbaycan Respublikası Qaçqınların və X1 üzrə Dövlət Komitəsinin 2002-ci il 05 fevral tarixli, 37 nömrəli əmri ilə təsdiq edilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyində 15 fevral 2002-ci il tarixli, 2744 nömrə ilə qeydiyyata alınmış «Məcburi köçkünlərə yemək xərci üçün dövlət büdcəsindən verilən aylıq müavinətin paylanılmasına dair Təlimat»ın 5.1-ci bəndinə əsasən Mənzil qanunvericiliyinə və ya mülki hüquqi əqdlərə əsasən ayrıca mənzil sahəsi və ya ev əldə edəcək həmin yaşayış sahəsinə daimi pasport qeydiyyatına düşmüş məcburi köçkünlərə (şəhid ailələri istisna olunmaqla) Yemək xərci üçün aylıq müavinət verilmir. Beləliklə, İddiaçı Bakı şəhərində özünə fərdi yaşayış mənzil əldə edərək, öz adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata aldırdığı zaman sözügedən məsələ ilə bağlı «məhdudlaşdırıcı» hüquqi norma mövcud olmamışdır. Həmçinin, məhkəmə onu da qeyd edir ki, daha sonra yeni redaksiyada (Azərbaycan Respublikası Qaçqınların və X2 üzrə Dövlət Komitəsinin 2010-cu il 10 dekabr tarixli, 127 nömrəli əmri ilə təsdiq edilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyində 17 dekabr 2010-cu il tarixli, 4076 nömrəli şəhadətnamə verilməklə qeydiyyata alınmış) «Məcburi köçkünlərə yemək xərci üçün dövlət büdcəsindən verilən aylıq müavinətin paylanılmasına dair Təlimat» qüvvəyə minsə də, iddiaçının müavinəti 2017-ci ilədək dayandırılmamışdır. İddiaçını aylıq müavinəti dayandırıldığı zaman isə, artıq onun adına daşınmaz əmlak mövcud olmamışdır. Göründüyü kimi, iddiaçıya məcburi köçkünlərə yemək xərci üçün dövlət büdcəsindən verilən aylıq müavinət ödənilən zaman qüvvədə olmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən 2744 nömrə ilə xx.xx.2002-ci il tarixdə qeydiyyata alınmış Qaçqınların və X1 üzrə Dövlət Komitəsinin 2002-ci il 05 fevral tarixli 37 N-li əmri ilə təsdiq edilmiş "Məcburi köçkünlərə yemək xərci üçün dövlət büdcəsindən verilən aylıq müavinətin paylanılmasına dair Təlimat"da məcburi köçkün yalnız əmlak əldə etməsi deyil, həmin ünvana qeydiyyata düşməsi də nəzərdə tutulmuşdur. Cavabdehin istinad etdiyi normalar, göründüyü kimi onun hüquqi vəziyyətini yaxşılaşdırmır, əksinə, pisləşdirir və bu səbəbdən də, geriyə şamil edilə bilməz. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ bəndinə əsasən fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə qərarı yalnız mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatında (şifahi məhkəmə baxışında) iştirak etmiş hakimlər (hakim) tərəfindən qəbul edilə və imzalana bilər. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34, 68, 69, 75-ci və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçı adının vahid aylıq müavinət alan məcburi köçkünlərin adlı siyahısına daxil edilməsi öhdəliyi Cavabdeh üzərinə qoyulsun. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zəfər Quliyev
Məhkəmə qərarları › İş №2-1(114)-3461/2023
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-3461/2023
20.10.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver