Məhkəmə qərarları › İş №2-1(114)-3467/2025

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-3467/2025

11.12.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-3467/2025 11.12.2025 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı hüququ yarandığı tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi tələbinə dair iş üzrə Giriş hissəsi: Hakim Hüseynov Nurəli Əvəz oğlunun sədrliyi, Məsləhətçi (iclas katibi) Hüseynova Aləmzər İlkin qızının katibliyi, İddiaçı, Cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iddia tələbi üzrə inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakıları müəyyən etdi. Təsviri hissə:

1. İddiaçı tərəfindən iddia ərizəsinə əlavə edilmiş sənədlərə əsasən: - iddiaçıya məxsus xx.xx.1984-cü il tarixli, ИТ-İ ******* nömrəli əmək kitabçasına əsasən: a) 12-13-cü səhifələrdə qeyd edilən xx.xx.1994-cü il tarixli, 21/k nömrəli əmrə əsasən, o, "xxxx" Qapalı Səhmdar Şirkətini ay müddətinə, Tovuz sahəsinə buldozerə 5-ci dərəcəli maşinisti vəzifəsinə işə qəbul edilmişdir; b) 14-15-ci səhidələrdə qeyd edilən xx.xx.2001-ci il tarixli, 20/k nömrəli əmrə əsasən, o, Səfərəliyev sahəsinə yeraltı işlərə 5-ci dərəcəli buldozer maşinisti peşəsinə keçirilmişdir; c) 14-15-ci səhidələrdə qeyd edilən xx.xx.2004-cü il tarixli, 03 nömrəli əmrə əsasən, o, Tovuz sahəsinə 5-ci dərəcəli qazmaçı peşəsinə keçirilmişdir; ç) 14-15-ci səhidələrdə qeyd edilən xx.xx.2017-ci il tarixli, 07/i nömrəli əmrə əsasən, "xxxx" QSŞ "xxxx" QSC-yə çevrilmişdir; d) 14-15-ci səhidələrdə qeyd edilən xx.xx.2022-ci il tarixli, 20/k nömrəli əmrə əsasən, o, Tovuz sahəsində buldozerçi 5-ci dərəcəli vəzifəsinə keçirilmişdir; e) 14-15-ci səhidələrdə qeyd edilən xx.xx.2023-cü il tarixli, 32/k nömrəli əmrə əsasən, o, Tovuz sahəsinə 5-ci dərəcəli qazmaçı vəzifəsinə keçirilmişdir; - "xxxx" QSC-nin xx.xx.2024-cü il tarixli,94-2/G nömrəli şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair arayışa əsasən, İddiaçı Azərbaycan Respublikasının əmək pensiyaları qanunvericiliyinə uyğun olaraq "xxxx" QSC-nin Tovuz sahəsində güzəştli şərtlə yaşa görə pensiya hüququ verən buldozerçi-maşinist vəzifəsində xx.xx.1994-cü il tarixdən 21/k, xx.xx.1994-cüil tarixli əmrlə xx.xx.2001-ci ilə kimi işləyib. İşlədiyi vəzifə üzrə iş stajı 07 il 07 ay təşkil edir.

xx.xx.1994-cü ildən xx.xx.2001-ci ilə kimi 07 il 07 ay

İşlədiyi vəzifənin güzəşli pensiya hüququna əsas olan xüsusiyyətləri qazma-partlayış işlərindən ibarət olmaqla, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli, 320 nömrəli Qərarı ilə təsdiq edilmiş Siyahının 1-ci bəndinin A yarımbəndinin və 2010100a-13583 vəzifə kodunda müəyyən edilmiş sahənin və vəzifənin xüsusiyyətləri ilə eynidir; - "xxxx" QSC-nin xx.xx.2024-cü il tarixli,95-2/G nömrəli şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair arayışa əsasən, İddiaçı Azərbaycan Respublikasının əmək pensiyaları qanunvericiliyinə uyğun olaraq "xxxx" QSC-nin Tovuz sahəsində güzəştli şərtlə yaşa görə pensiya hüququ verən buldozerçi-maşinist vəzifəsində xx.xx.2001-ci il tarixdən 20/k xx.xx.2001-ci il tarixli əmrlə xx.xx.2004-cü ilə kimi işləyib. İşlədiyi vəzifə üzrə iş stajı 02 il 02 ay təşkil edir.

xx.xx.2001-ci ildən xx.xx.2004-cü ilə kimi 02 il 02 ay

İşlədiyi vəzifənin güzəşli pensiya hüququna əsas olan xüsusiyyətləri qazma-partlayış işlərindən ibarət olmaqla, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli, 320 nömrəli Qərarı ilə təsdiq edilmiş Siyahının 1-ci bəndinin A yarımbəndinin və 1010300a-13583 vəzifə kodunda müəyyən edilmiş sahənin və vəzifənin xüsusiyyətləri ilə eynidir; - "xxxx" QSC-nin xx.xx.2024-cü il tarixli,96-2/G nömrəli şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair arayışa əsasən, İddiaçı Azərbaycan Respublikasının əmək pensiyaları qanunvericiliyinə uyğun olaraq "xxxx" QSC-nin Tovuz sahəsində güzəştli şərtlə yaşa görə pensiya hüququ verən qazmaçı vəzifəsində xx.xx.2004-cü il tarixdən 03/k xx.xx.2004-cü il tarixli əmrlə xx.xx.2022-ci ilə kimi işləyib. İşlədiyi vəzifə üzrə iş stajı 19 il 04 ay 17 gün təşkil edir.

xx.xx.2004-cü ildən xx.xx.2022-ci ilə kimi 19 il 04 ay 17 gün

İşlədiyi vəzifənin güzəşli pensiya hüququna əsas olan xüsusiyyətləri qazma-partlayış işlərindən ibarət olmaqla, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş Siyahının 1-ci bəndinin A yarımbəndinin və 1.2.1 vəzifə kodunda müəyyən edilmiş sahənin və vəzifənin xüsusiyyətləri ilə eynidir; - "xxxx" QSC-nin xx.xx.2024-cü il tarixli,97-2/G nömrəli şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair arayışa əsasən, İddiaçı Azərbaycan Respublikasının əmək pensiyaları qanunvericiliyinə uyğun olaraq "xxxx" QSC-nin Tovuz sahəsində güzəştli şərtlə yaşa görə pensiya hüququ verən buldozerçi-maşinist vəzifəsində xx.xx.2022-ci il tarixdən 20/k xx.xx.2022-ci il tarixli əmrlə xx.xx.2023-cü ilə kimi işləyib. İşlədiyi vəzifə üzrə iş stajı 01 il 02 ay təşkil edir.

xx.xx.2022-ci ildən xx.xx.2023-cü ilə kimi 01 il 02 ay

İşlədiyi vəzifənin güzəşli pensiya hüququna əsas olan xüsusiyyətləri qazma-partlayış işlərindən ibarət olmaqla, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş Siyahının 1-ci bəndinin A yarımbəndinin 1.2.1 vəzifə kodunda müəyyən edilmiş sahənin və vəzifənin xüsusiyyətləri ilə eynidir; - "xxxx" QSC-nin xx.xx.2024-cü il tarixli,98-2/G nömrəli şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair arayışa əsasən, İddiaçı Azərbaycan Respublikasının əmək pensiyaları qanunvericiliyinə uyğun olaraq "xxxx" QSC-nin Tovuz sahəsində güzəştli şərtlə yaşa görə pensiya hüququ verən buldozerçi-maşinist vəzifəsində xx.xx.2023-cü il tarixdən 32/k xx.xx.2023-cü il tarixli əmrlə bu günə kimi işləyir. İşlədiyi vəzifə üzrə iş stajı 01 il 03 ay 10 gün təşkil edir.

xx.xx.2023-cü ildən Bu günə kimi 01 il 03 ay 10 gün

İşlədiyi vəzifənin güzəşli pensiya hüququna əsas olan xüsusiyyətləri qazma-partlayış işlərindən ibarət olmaqla, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş Siyahının 1-ci bəndinin A yarımbəndinin 1.2.1 vəzifə kodunda müəyyən edilmiş sahənin və vəzifənin xüsusiyyətləri ilə eynidir; - "xxxx" QSC-nin xx.xx.2024-cü il tarixli, 99-2/G arayışa əlavəyə əsasən, İddiaçına verilən 94-98 saylı, xx.xx.2024-cü il tarixli güzəştli şərtlə pensiya hüququ verən arayışlara əsasən bildirilmişdir ki, "xxxx" QSC 1972-ci il tarixdən bu günə kimi respublika ərazisində tunel, açıq dağ-mədən işləri, qazma-partlayış işləri, texniki quyuların qazılması və digər ixtisaslaşmış tikinti quraşdırma işlərini yerinə yetirir. "xxxx" QSC-nin tovuz sahəsi xx.xx.1994-cü il tarixdən bu günə kimi dağ-mədən işləri, faydalı qazıntı (mərmərləşmiş əhəngdaşı, plagioporfir, gips) yataqlarında və avtomobil yollarının tikintisində qazmapartlayış işləri ilə məşğul olur. Qeyd: "xxxx" QSC Arpaçay İxtisaslaşmış İdarəsinin, Azərbaycan İxtisaslaşmış İdarəsinin və "xxxx" QSC-nin hüquqi varisidir; - cavabdehin xx.xx.2024-cü il tarixli, 3-17-1/2-M-275444/24 nömrəli “güzəştli şərtlərlə pensiya təyinatından imtina haqqında” məktubuna əsasən, Mərkəzi Filiala təqdim edilən "xxxx" QSC-nin vətəndaş İddiaçı dair arayışlarında xx.xx.1994-cü il tarixindən bugünədək həmin müəssisədə buldozerçi-maşinist və qazmaçı vəzifələrində işlədi qeyd olunub. Vətəndaş İddiaçı işlədiyi sahə sözügedən arayışlarda istinad olunan yuxarıda qeyd olunan Qərarla təsdiq olunmuş Siyahıda nəzərdə tutulan açıq üsulla kömürün, filizin, şistin, ozokeritin, talkın, kaolininin, qrafitin, dolomitin, kvarsitin, əhəng daşının, mergelin, maqnezitin, çöl və plavik şpatının, gipsin, baratların, pyezokvarsın, əqiqin, boritlərin, fosforitin, apatitlərin, kükürdün, almazların, mərmərin, qranitin, andezitin, təbaşirin, qumlardan qiymətli və əlvan metalların, diabazanın, qranodioritin, bazaltın, qumdaşının, kəhrəbanın, slyudanın, azbestin, duz və tərkiblərinds 1-2-ci sinif təhlükəli zəhərli maddələr, həmçinin 3-cü sinif təhlükəli zəhərli maddələr olan digər filiz olmayan qazıntıların hasilatı, şaxtaların, mədənlərin, kəsmələrin, karxanaların, draqların, metropolitenlərin, tunellərin, yeraltı arxların və digər yeraltı qurğuların tikintisi, torpaqların rekultivasiyası, texniki quyuların qazılması, yeraltı yanğınların, terrikon və süxur laylarında yanğınların profilaktikası və söndürülməsi üzrə dağ-mədən işləri sahələrinə uyğun deyil. Bu səbəbdən də vətəndaş İddiaçı güzəştli iş stajı yoxdur. Qeyd edilənlərə əsasən, vətəndaş İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir;

2. Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyat İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2025-ci il tarixli, 3-21-2-2-1/2- 28373/2025 nömrəli “müraciətin cavablandırılması barədə” məktuba qoşma şəklində əlavə edilmiş "xxxx" QSC-nin Nizamnaməsinə əsasən, cəmiyyətin fəaliyyəti Azərbaycann Respublikasının qanunvericiliyi ilə qadağan olunmayan bütün fəaliyyət növləri ilə, o cümlədən xüsusi icazə alınmasını tələb edən müəyyən fəaliyyət növləri ilə yalnız müvafiq icazəni (lisenziyanı) aldıqdan sonra məşğul ola bilər.

3. "xxxx" QSC tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2025-ci il tarixli, 57-02/g nömrəli məktuba qoşma şəklində əlavə edilmiş sənədlərə əsasən: - xx.xx.2025-ci il tarixli, 55-G/2 nömrəli “şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair” güzəştli arayışa əsasən, İddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli, 12 saylı qərarı ilə təsdiq olunmuş 1 və 2 saylı siyahıda nəzərdə tutulmuş müəssisədə (sexdə istehsalatda) "xxxx" QSŞ-də xx.xx.1994-cü il tarixdə müxtəlif peşələrdə işləyib. O cümlədən: a)xx.xx.1994-cü il tarixdən xx.xx.2001-ci ilə kimi buldozerçi-maşinist peşəsində (əmr- 21/k, xx.xx.1994-cü il. Kod 1-ci bəndin A-yarımbəndi 2010100a-13583.) b)xx.xx.2001-ci ildən xx.xx.2004-cü ilə kimi yeraltı işlərdə buldozerçi-maşinist peşəsində (əmr 20/k, xx.xx.2001-ci il. kod 1010300-13583). c)xx.xx.2004-cu il tarixdən xx.xx.2022-ci ilə kimi 5-ci dərəcəli qazmaçı (əmr-03/k, xx.xx.2004-cü il. kod 1.2.1) ç)xx.xx.2022-cı il tarixdən xx.xx.2023-cü ilə kimi 5-ci dərəcəli buldozerçi-maşinist peşəsində (əmr 20/k, xx.xx.2022- ci il. kod-1.2.1). d)xx.xx.2023-cü ildən bu günə kimi 5-ci dərəcəli qazmaçıpeşəsində (əmr 32/k. xx.xx.2023-cü il. kod 1.2.1.) Arayış işlədiyi dövrün forma T-2 və cəmiyyət üzrə əmrlər kitabı əsasında verilib. "xxxx" QSC 1972-ci il tarixdən bu günə kimi dağ-mədən işləri, faydalı qazıntı (mərmərləşmiş əhəngdaşı, plagioporfir, gips) yataqlarında və avtomobil yollarının tikintisində qazma-partlayış işləri ilə, texniki quyuların qazılması və tunel işləri ilə məşğuldur. Arayış tələb olunan yerə təqdim etmək üçün verilir. Qeyd: "xxxx" Qapalı Səhmdar Cəmiyyəti "xxxx" QSŞ-nin hüquqi varisidir. - "xxxx" QSC-nin xx.xx.2025-ci il tarixli, 56-G/2 nömrəli arayışa əlavəyə əsasən, İddiaçı verilən 55 saylı xx.xx.2025-ci il tarixli güzəştli şərtlə pensiya hüququ verən arayışa əsasən bildirilmişdir ki, "xxxx" QSC 1972-ci il tarixdən bu günə kimi respublika ərazisində tunel, açıq dağ-mədən işləri, qazma- partlayış işləri, texniki quyuların qazılması və digər ixtisaslaşmış tikinti quraşdırma işlərini yerinə yetirir. "xxxx" QSC-nin Tovuz sahəsi xx.xx.1994-cü il tarixdən bu günə kimi dağ-mədən işləri, faydalı qazıntı (mərmərləşmiş əhəngdaşı, plagioporfir, gips) yataqlarında və avtomobil yollarının tikintisində qazmapartlayış işləri ilə məşğul olur. Qeyd: "xxxx" Qapalı Səhmdar Cəmiyyəti Arpaçay İxtisaslaşmış İdarəsinin, Azərbaycan İxtisaslaşmış idarəsinin və "xxxx" QSŞ-nin hüquqi varisidir; - "xxxx" QSŞ-nin xx.xx.1994-cü il tarixli, 21/k nömrəli əmrə əsasən, İddiaçı xx.xx.1994-cü ildən iki ay müddətinə işəmuzd ödəmə üsulu şərti ilə qabaqcadan 2 gün TT oxumaqla əmək haqqısının 50% ödəmə şərti ilə Tovuz sahəsinə buldozerə 5-ci dərəcəli maşinisti vəzifəsinə işə qəbul edilmişdir; - "xxxx" QSŞ-nin xx.xx.2001-ci il tarixli, 20/k nömrəli əmrə əsasən, Məmmədov X1 5ci dərəcəli maşinisti 1 dekabr 2001-ci ildən eyni dərəcə və peşə ilə işəmuzd əmək haqqı ödəmək şərti ilə 50% əmək haqqı ödəməklə 2 gün TB oxumaqla Səfərəliyev sahəsinə yeraltı işlərə keçirilmişdir; - "xxxx" QSŞ-nin xx.xx.2004-cü il tarixli, 03/k nömrəli əmrə əsasən, Məmmədov X1 5ci dərəcəli qazmaçısı xx.xx.2004-cü il tarixdən Səfərəliyev sahəsinə keçirilmişdir; - "xxxx" QSC-nin xx.xx.2022-ci il tarixli, 20/k nömrəli əmrə əsasən, İddiaçı cəmiyyətin Tovuz sahəsinin qazmaçısı aylıq vəzifə maaşı işəmuzd üsulu ilə ödənməklə xx.xx.2022-c il tarixdən buldozerçi peşəsinə keçirilmişdir; - "xxxx" QSC-nin xx.xx.2023-cü il tarixli, 32/k nömrəli əmrə əsasən, İddiaçı cəmiyyətin Tovuz sahəsinin buldozer-maşinisti İddiaçı aylıq vəzifə maaşı işəmuzd üsulu ilə ödənməklə xx.xx.2023-cü il tarixdən həmin sahəyə 5-ci dərəcəli qazmaçı vəzifəsinə keçirilmişdir.

4. Cavabdeh tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2025-ci il tarixli, 3-17-1/2- 218575/2025 nömrəli “müvafiq məlumatların göndərilməsi haqqında” məktuba əsasən, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 28.1.2-ci maddəsinə əsasən 22 iyul 2025-ci il tarixində X6 Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının vəzifəli şəxsləri tərəfindən qəbul edilmiş, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının qanunvericiliyə zidd olaraq təyin edildiyi haqqında ətraflı məlumat verilmiş, adıçəkilən şəxsin əmək pensiyası hüququna yenidən baxılmasına dair mülahizələri dinlənilmişdir. Bununla əlaqədar, adıçəkilən şəxsin iştirakı ilə Mərkəzi Filial tərəfindən 2 nüsxədə akt tərtib edilmiş və 23 iyul 2025-ci il tarixində Elxan Axundova əmək pensiyası təyin edilməsi haqqında Qərarının ləğv olunması haqqında 3-17-1/3-3- 14911/2025 nömrəli və əmək pensiyasının dayandırılması haqqında 3- 17-1/3-3- 14910/2025 nömrəli qərarlar qəbul edilib. Əlavə olaraq bildirilmişdir ki, İddiaçı Mərkəzi Filiala təqdim etdiyi sənədlərdə qeyd edilən məlumatlara əsasən, onun xx.xx.1992xx.xx.1993-cü il tarixləri arasındakı dövr ərzində “Tovuz” kiçik müəssisəsində işlədiyi qeyd olunub. İddiaçı adıçəkilən müəssisədə işlədiyi dövrə dair məlumatların dəqiqləşdirilməsi məqsədilə “Sığorta Alt Sistemi (monitorinq)” proqram təminatında araşdırma aparılaraq həmin müəssisənin Dövlət Sosial Müdafiə Fondunda sığortaolunan kimi qeydiyyatda olmadığı və məcburi dövlət sosial sığorta haqları ödəmədiyi müəyyən edilmişdir. Buna görə də, yuxarıda qeyd edilən dövr ərzində adıçəkilən şəxsin işləməsinə və həmin müəssisənin fəaliyyət göstərməsinə əsaslı şübhələr yaranıb. Göstərilən səbəbdən də xx.xx.1992-xx.xx.1993-cü il tarixləri arasındakı dövrün İddiaçı iş stajına daxil edilməsi mümkün deyil. Göstərilən səbəbdən də, İddiaçı ümumi iş stajı 37 il 3 ay 24 gün (xx.xx.2006- cı il tarixinədək 19 il 11 ay 24 gün (xx.xx.1984-xx.xx.1986-cı il, xx.xx.1986xx.xx.1986-cı il, xx.xx.1986-xx.xx.1990-cı il, xx.xx.1990-xx.xx.1993-cü il, xx.xx.1993xx.xx.1993-cü il, xx.xx.1994-xx.xx.2005-ci il tarixləri arasındakı dövrlər), həmin tarixdən sonra 17 il 4 ay) təşkil edir. Məktuba qoşma şəklində əlavə edilmiş sənədlərə əsasən: - 23.07.2025-ci il tarixli, 3-17-1/3-3-14910/2025 nömrəli “əmək pensiyalarının dayandırılması haqqında” qərara əssən, X3 xx.xx.2021-ci ildə XŞTMF tərəfindən təyin edilmiş pensiya xidməti araşdırma səbəbi ilə dayandırılmışdır; - 23.07.2025-ci il tarixli, 3-17-1/3-3-14911/2025 nömrəli “Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının əmək pensiyası təyin edən komissiyasının X3 əmək pensiyası təyin edilməsi haqqında Qərarının ləğv olunması haqqında” qərara əsasən, vətəndaş X4 əmək pensiyası təyin edilməsi haqqında qərar “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 21.2-ci, 67.1-ci və 67.8-ci maddələrinin tələblərinə uyğun qaydada ləğv edilmiş, adıçəkilən şəxsə əmək pensiyasının ödənişi dayandırılmışdır.

5. Dövlət Vergi Xidməti Bakı şəhəri X10 və Uçotun Təşkili Baş İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2025-ci il tarixli, 3-21-2-4/2-149410/2025 nömrəli “müraciətə baxılması barədə” məktuba əsasən, vergi ödəyicilərinin vahid dövlət reyestr məlumatlarına əsasən "xxxx" QSC-nin (VÖEN: **********) ünvan 2 ünvanında yerləşən **********-13001 kodlu təsərrüfat subyektinin (obyektinin) qeydiyyata olması barədə məlumat müəyyən edilmişdir.

Fəaliyyət növünün kodu Fəaliyyət növünün adı Əsas fəaliyyət növü 4399007 Sair ixtisaslaşdırılmış tikinti işləri * Dağ-mədən işləri, dağ və buruq 4311201 qazmalarının aparılması Malların saxlanılması və anbarlara 5210101 yığılması üzrə fəaliyyəti Qeyri-yaşayış binalarının, o cümlədən: zavod, sex, xəstəxana, məktəb, ofislər, restoran, mağaza, 4120002 kommersiya mərkəzləri, idman zalları, dayanacaqlar, anbarlar və sairin tikintisi

6. Cavabdeh tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2025-ci il tarixli, 3-17-1/2- 258118/2025 nömrəli “müvafiq məlumatların göndərilməsi haqqında” məktuba qoşma şəklində əlavə edilmiş xx.xx.2021-ci il tarixli, **********4 nömrəli “Əmək pensiyasının təyin edilməsi haqqında” Qərara əsasən, xx.xx.2021-ci il tarixdən yaşa görə X3 pensiya təyin edilmişdir.

7. İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə xx.xx.2024-cü il tarixdə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, hüququnun yarandığı xx.xx.2023-cü il tarixdən ona yaşa görə güzəştli şərtlərlə pensiya təyinatı öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərarın qəbul edilməsini xahiş etmişdir.

8. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1994-cü ildən hal-hazıra kimi "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin Tovuz sahəsində bulduzerçi, bulduzerçi-maşinist və qazmaçı vəzifələrində işləmişdir. İddiaçı hesab edir ki, həmin idarədə işlədiyi vəzifələr iş şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən vəzifələrdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa görə 12 il 6 ay güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən işlərdə işləmiş şəxslər 5 il güzəşt edilməklə 60 yaşı tamam olduqda yaşa görə pensiyaya çıxmaq hüququna malikdir. İddiaçı qeyd edir ki, o, xx.xx.1963-cü il tarixdə anadan olmuş və onun 60 yaşı xx.xx.2023-cü il tarixdə tamam olmuşdur, həmin qanuna əsasən, xx.xx.2023-cü il tarixdə onun yaşa görə güzəştli şərtlərlə pensiyaya çıxmaq hüququ yaranmışdır. İddiaçı hüququnun yarandığı tarixdən güzəştli şərtlərlə pensiyaya çıxması üçün cavabdehə müraciət etmiş, lakin cavabdeh xx.xx.2024cü il tarixli, 3-17-1/2-14-275444/24 saylı məktub göndərərək güzəştli şərtlərlə pensiya təminatından imtina etmişdir. İddiaçı bildirir ki, işlədiyi "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin verdiyi arayışlardan da göründüyü kimi onun 30 ildən artıq iş stajı vardır. Verilən arayışlardan da göründüyü kimi, müxtəlif vaxtlarda işlədiyi vəzifələrin hamısı yaşa görə güzəştli şərtlərlə pensiya təminatı verən vəzifələr olmuşdur. Arayışdan göründüyü kimi, "xxxx" Qapalı Səhmdar Cəmiyyəti xx.xx.1994-cü ildən bu günə kimi dağ-mədən işləri, faydalı qazıntı (mərmərləşmiş əhəng daşı, plagioporfir, gips) yataqlarında və avtomobil yollarının tikintisində qazma-partlayış işləri görmüşdür. İddiaçının işlədiyi sahələr və vəzifələr güzəştli pensiya hüququna əsas olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş siyahının 1-ci bəndinin A yarımbəndinin 1.2.1 vəzifə kodunda müəyyən edilmiş sahənin və vəzifələrin xüsusiyyətləri ilə eynidir.

9. Bakı İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(112)-5502/2025 nömrəli qərardadı ilə iş aidiyyəti üzrə baxılması üçün Gəncə İnzibati Məhkəməsinə göndərilmişdir.

10. Cavabdeh tərəfindən iddia tələbinə münasibətdə məhkəməyə etiraz daxil olmuş və etirazda bildirilmişdir ki, İddiaçı cavabdeh Mərkəzi Filiala 24 avqust 2024-cü il tarixdə müraciət edərək, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. İnzibati orqanın xx.xx.2024-cü il tarixli, 3-17-1/2-M275444/2024 nömrəli məktubu ilə iddiaçıya Mərkəzi Filiala təqdim etdiyi "xxxx" QSC-nin ona dair arayışlarında xx.xx.1994-cü il tarixindən bugünədək həmin müəssisədə buldozerçi-maşinist və qazmaçı vəzifələrində işlədiyinin qeyd olunması və həmin sahələrin təqdim olunmuş arayışlarda istinad olunan qərarla təsdiq olunmuş siyahıda nəzərdə tutulan sahələrinə uyğun olmaması səbəbilə, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasının mümkün olmadığı bildirilmişdir. İddiaçı Ə.X8 təqdim etdiyi "xxxx" QSC-nin ona dair arayışlarında xx.xx.1994-cü il tarixindən bugünədək həmin müəssisədə buldozerçimaşinist və qazmaçı vəzifələrində işlədiyi qeyd olunmuşdur. Onun işlədiyi sahə sözügedən arayışlarda istinad olunan, yuxarıda qeyd olunmuş qərarla təsdiq olunmuş siyahıda nəzərdə tutulan açıq üsulla kömürün, filizin, şistin, ozokeritin, talkın, kaolininin, qrafitin, dolomitin, kvarsitin, əhəng daşının, mergelin, maqnezitin, çöl və plavik şpatının, gipsin, baratların, pyezokvarsın. əqiqin, boritlərin, fosforitin, apatitlərin, kükürdün, almazların, mərmərin, qranitin, andezitin, təbaşirin, qumlardan qiymətli və əlvan metalların, diabazanın, granodioritin, bazaltın, qumdaşının, kəhrəbanın, slyudanın, azbestin, duz və tərkiblərində 1-2-ci sinif təhlükəli zəhərli maddələr, həmçinin 3-cü sinif təhlükəli zəhərli maddələr olan digər filiz olmayan qazıntıların hasilatı, şaxtaların, mədənlərin, kəsmələrin, karxanaların, draqların, metropolitenlərin, tunellərin. yeraltı arxların və digər yeraltı qurğuların tikintisi, torpaqların rekultivasiyasİ, texniki quyuların qazılması, yeraltı yanğınların, terrikon və süxur laylarında yanğınların profilaktikası və söndürülməsi üzrə dağ-mədən işləri sahələrinə uyğun deyildir. Bu səbəbdən də iddiaçının güzəştli iş stajı yoxdur.

11. Məhkəmə iclasında iştirak etmiş İddiaçı iddia ərizəsində qeyd edilənlərə oxşar izahat verərək, iddianın təmin edilməsi barədə qərarın qəbul edilməsini xahiş etmişdir.

12. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X5 məhkəməyə təqdim edilmiş etirazın məzmununa uyğun izahat verərək iddianın təmin edilməməsi xahiş etmişdir.

13. Məhkəmə araşdırmasının predmetini aşağıdakı inzibati məhkəmə icraatı materialları təşkil etmişdir: - iddiaçı tərəfindən iddia ərizəsinə əlavə edilmiş sənədlər; - Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyat İdarəsinin xx.xx.2025-ci il tarixli, 3-21-2-2-1/2-28373/2025 nömrəli “müraciətin cavablandırılması barədə” məktubu və məktuba qoşma şəklində əlavə edilmiş sənədlər; - "xxxx" QSC-nin xx.xx.2025-ci il tarixli, 57-02/g nömrəli məktubu və məktuba qoşma şəklində əlavə edilmiş sənədlər; - cavabdehin xx.xx.2025-ci il tarixli, 3-17-1/2-218575/2025 nömrəli “müvafiq məlumatların göndərilməsi haqqında” məktubu və məktuba qoşma şəklində əlavə edilmiş sənədlər; - Dövlət Vergi Xidməti Bakı şəhəri X10 və Uçotun Təşkili Baş İdarəsinin xx.xx.2025-ci il tarixli, 3-21-2-4/2-149410/2025 nömrəli “müraciətə baxılması barədə” məktubu.

Əsaslandırma hissəsi:

14. İddia mümkün iddiadır. Belə ki, iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın məhkəmə və ərazi aidiyyəti düzgün müəyyən olunmuşdur.

15. İddiaçı Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34-cü maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia qaldırmışdır.

16. Məhkəmə işin faktiki hallarına və aşağıda qeyd olunan normalara əsasən, iddianı əsaslı hesab edir.

17. Azərbaycan Respublikasının Konstitusiyası Maddə 38. Sosial təminat hüququ Maddə 38.1 Hər kəsin sosial təminat hüququ vardır. Maddə 38.3 Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir.

18. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 1. Əsas anlayışlar 1.0. Bu Qanunun məqsədləri üçün aşağıdakı əsas anlayışlardan istifadə olunur: 1.0.1. Əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra - sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıq-ları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir; 1.0.10. pensiya kapitalı - müvafiq olaraq fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınan və fərdi şəxsi hesabın yığım hissəsində toplanan vəsaitlərin məbləğidir.

7. 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Maddə 9. Güzəştli şərtlərlə əmək pensiyası hüququ olan digər şəxslər 9.1. Axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. 9.8. Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9.1-ci maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə bu Qanuna uyğun olaraq təyin edilir.

19. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli, 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” (Nazirlər Kabinetinin 26 sentyabr 2006-cı il tarixli 217 saylı qərarı ilə qüvvədən düşmüşdür) Əsasnamə

1. Əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir.

3. İş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək kitabçasını təsdiqedici sənəd kimi arayışlar, əmrlər, çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri nəzərə alınır.

20. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli, 320 nömrəli “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında” Qərarı, Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 №-li siyahısı

10100000 İ. Dağ-mədən işləri 10103000 2. Tikintidə, rekonstruksiyada, yenidən texniki təchizatda və əsaslı təmirdə: dağ-mədən yerlərində, metropolitenlərdə, yeraltı arxlarda, tunellərdə və s. yeraltı qurğularda yeraltı işlər 1010300a a) fəhlələr 2010100a-11964 qazmaçılar 1010300a-13583 buldozer maşinistləri

21. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın təsdiq edilməsi barədə” Qərarı, Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı

1. Dağ-mədən işləri 1.2. Açıq üsulla kömürün, filizin, şistin, ozokeritin, talkın, kaolininin, qrafitin, dolomitin, kvarsitin, əhəng daşının, mergelin, maqnezitin, çöl və plavik şpatının, gipsin, baratların, pyezokvarsın, əqiqin, boritlərin, fosforitin, apatitlərin, kükürdün, almazların, mərmərin, qranitin, andezitin, təbaşirin, qumlardan qiymətli və əlvan metalların, diabazanın, qranodioritin, bazaltın, qumdaşının, kəhrəbanın, slyudanın, azbestin, duz və tərkiblərində 1-2-ci sinif təhlükəli zəhərli maddələr, həmçinin 3-cü sinif təhlükəli zəhərli maddələr olan digər filiz olmayan qazıntıların hasilatı. Şaxtaların, mədənlərin, kəsmələrin, karxanaların, draqların, metropolitenlərin, tunellərin, yeraltı arxların və digər yeraltı qurğuların tikintisi. Torpaqların rekultivasiyası, texniki quyuların qazılması, yeraltı yanğınların, terrikon və süxur laylarında yanğınların profilaktikası və söndürülməsi üzrə dağ-mədən işləri 1.2.1. Açıqda dağ-mədən işləri və yer səthində işlər a) fəhlələr: qazmaçılar buldozer maşinistləri, o cümlədən yanan terrikonların və şaxtaların süxur laylarında kəsmələrdə, zənginləşdirmə və briket fabriklərində sökmə və söndürmə işləri ilə məşğul olanlar

22. İddiaçı iddia tələbində xx.xx.2023-cü il tarixdən güzəştli şərtlərlə əmək pensiyasının təyin olunması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

23. Məhkəmə qeyd edir ki, “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə və Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”na əsasən iddiaçıya güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün aşağıdakı şərtlər ödənilməlidir: - a) 60 yaşın tamamlanması; - b) azı 12 il 6 ay xüsusi (Siyahıda nəzərdə tutulmuş güzəştli) iş stajının mövcud olması. - c) əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verən fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının toplanmış olması və ya azı 25 il ümumi iş stajının mövcud olması;.

24. İddiaçı xx.xx.1963-cü il tarixdə doğulmuş və 60 yaşı xx.xx.2023-cü il tarixdə tamam olmuşdur (birinci şərt ödənilir).

25. İddiaçının 60 yaşının tamam olduğu xx.xx.2023-cü il tarixədək ümumi iş stajı 25 ildən çoxdur (ikinci şərt ödənilir).

26. Üçüncü şərt və cavabdehin mübahisələndirdiyi yeganə hal iddiaçının güzəştli iş stajı ilə bağlıdır.

27. Məhkəmə iddiaçının xüsusi stajı ilə bağlı qeyd edir ki, iddiaçının zərərli işlərdə işlədiyini iddia etdiyi dövr və peşələr "xxxx" QSC-də aşağıdakıları əhatə edir: a) xx.xx.1994-cü ildən xx.xx.2001-ci ilə kimi buldozerçi-maşinist peşəsində (7 il 7 ay); b) xx.xx.2001-ci ildən xx.xx.2004-cü ilə kimi buldozerçi-maşinist peşəsində (2 il 1 ay); c) xx.xx.2004-cü ildən xx.xx.2022-ci ilə kimi 5-ci dərəcəli qazmaçı peşəsində (18 il 4 ay 17 gün); ç) xx.xx.2022-ci ildən xx.xx.2023-cü ilə kimi 5-ci dərəcəli buldozerçi-maşinist peşəsində (1 il 1 ay 26 gün); d) xx.xx.2023-cü ildən bu günə kimi 5-ci dərəcəli qazmaçı peşəsində (son güzəştli arayışın verildiyi vaxta qədər - 1 il 9 ay 15 gün).

28. Cavabdeh orqanın imtina məktubu və yazılı etirazı ilə qeyd edir ki, iddiaçının zərərli peşələrdə işlədiyi sahələr qanunvericiliklə nəzərdə tutulmuş siyahıda nəzərdə tutulmamışdır.

29. Mübahisə iddiaçının "xxxx" QSC-də 05.1994-cü ildən xx.xx.2001-ci ilə kimi buldozerçi-maşinisti, xx.xx.2001-ci ildən xx.xx.2004-cü ilə kimi buldozerçi-maşinisti, xx.xx.2004-cü ildən xx.xx.2022-ci ilə kimi 5-ci dərəcəli qazmaçı, xx.xx.2022-ci ildən xx.xx.2023-cü ilə kimi 5-ci dərəcəli buldozerçi-maşinisti və xx.xx.2023-cü ildən bu günə kimi 5-ci dərəcəli qazmaçı işlədiyi dövrdəki peşələrlə bağlıdır.

30. Cavabdeh orqan imtinasını onunla əsaslandırmışdır ki, iddiaçının zərərli əmək şəraitində işlədiyi peşələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş Siyahıda nəzərdə tutulan peşələrə aid deyildir.

31. Azərbaycan Respublikası Ali Məhkəməsinin oxşar işlər üzrə artıq formalaşmış mövqeyinə görə, iddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinə imkan verən, Siyahılarda nəzərdə tutulmuş peşə və istehsalatlara uyğunluğunu müəyyən etmək üçün, həmin peşənin siyahıya uyğun olması ətraflı araşdırmalı, onun işlədiyi istehsalatın və peşənin zərərli və ya ağır sahə sayılması üçün zəruri olan göstəricilərin olub-olmamasını müəyyən etmək üçün işlədiyi müəssisələrə sorğu verməklə işin xarakterinə dair əlavə məlumatlar almalı, həmin sübutlara qiymət verməklə yekun qərar çıxarılmalıdır.

32. Məhkəmə iddiaçının gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi) işin konkret halları (iddiaçının tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) nəzərə alınmaqla müəyyən edə bilər. Bu zaman nəzərə alınmalıdır ki, burada, söhbət müxtəlif işlərin, vəzifələrin və peşələrin adlarının eyniliyinin müəyyən edilməsindən deyil, şəxsin təyin olunduğu işə, vəzifəyə və peşəyə görə bilavasitə icra etdiyi funksional vəzifənin (işin) eyniliyinin müəyyən olunmasından gedir. Funksional vəzifənin (işin) eyniliyi isə iş yerindən və ya səlahiyyətli orqanlardan bu barədə əldə edilmiş vəzifə təlimatlarına əsasən müəyyən edilə bilər.

33. İddiaçıya məxsus xx.xx.1984-cü il tarixli, ИТ-İ № ******* nömrəli əmək kitabçası ilə müəyyən edilir ki, İddiaçı xx.xx.1994-cü ildən xx.xx.2001-ci ilə qədər 5-ci dərəcəli buldozerə maşinisti, xx.xx.2001-ci ildən xx.xx.2004-cü ilə qədər buldozer maşinisti, xx.xx.2004-cü ildən xx.xx.2022-ci ilə qədər 5-ci dərəcəli qazmaçı, xx.xx.2022-ci ildən xx.xx.2023-cü ilə qədər 5-ci dərəcəli buldozerçi və xx.xx.2023-cü ildən 5-ci dərəcəli qazmaçı işləmişdir.

34. Göründüyü kimi, iddiaçının "xxxx" müəssisəində xx.xx.1994-cü ildən xx.xx.2001ci ilə qədər 5-ci dərəcəli buldozerə maşinisti, xx.xx.2001-ci ildən xx.xx.2004-cü ilə qədər buldozer maşinisti, xx.xx.2004-cü ildən xx.xx.2007-ci ilə qədər 5-ci dərəcəli qazmaçı işdəyi vəzifə Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı”nda bulduzer maşinsti vəzifəsi üzrə 1-ci bəndinin “A” yarımbəndinin 2010100a-13583 vəzifə kodunda qeyd edilən buldozer maşinistləri vəzifəsinə uyğun gəlir. İddiaçının xx.xx.2007-ci il tarixdən xx.xx.2022-ci ilə qədər 5-ci dərəcəli qazmaçı, xx.xx.2022-ci ildən xx.xx.2023-cü ilə qədər 5-ci dərəcəli buldozerçi və xx.xx.2023-cü ildən 5-ci dərəcəli qazmaçı vəzifələri peşəsi peşəsi müvafiq olaraq Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın müvafiq bəndində (1.2.1 bəndinin A yarımbəndinin qazmaçılar və buldozer maşinistləri, o cümlədən yanan terrikonların və şaxtaların süxur laylarında kəsmələrdə, zənginləşdirmə və briket fabriklərində sökmə və söndürmə işləri ilə məşğul olanlar) nəzərdə tutulmuşdur.

35. Həmin peşə eyni zamanda Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004cü il 5 iyul tarixli 92 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək şəraitinə və əmək funksiyasının xarakterinə görə əlavə məzuniyyət hüququ verən, zərərli və ağır istehsalatların, peşə və vəzifələrin Siyahısı”nda (müvafiq olaraq 369.Qazmaçı (dağ-mədən) və 374.Buldozerin maşinisti) və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 6 noyabr tarixli 175 nömrəli qərarı ilə təsdiq edilmiş “İşçilərə həftə ərzində 36 saatdan çox olmayan, qısaldılmış iş vaxtı müəyyən edilən əmək şəraiti fiziki, kimyəvi, bioloji və habelə insanın sağlamlığı üçün zərərli olan digər ağır istehsalat amilləri mövcud olan əmək şəraitli istehsalatların, peşə və vəzifələrin Siyahısı”nda öz əksini tapmışdır. Əldə edilmiş “Vəzifə Təlimat”larına əsasən müəyyən dövrlərdə tibbi müayinələrdən keçəsi müəyyən edilmişdir.

36. Həmçinin, cavabdeh tərəfindən iddiaçının zərərli əmək şəraitində işlədiyi peşələrin münasibətdə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş Siyahıda nəzərdə fəaliyyət sahəsinə aid olmaması əsası ilə iddiaçının tələbinin təmin edilməsindən imtina etmiş olsa da, iddiaçının şifahi vəsatəti ilə məhkəmə sorğusu əsasında əldə edilmiş iddiaçının "xxxx" QSC-də iş yoldaşları olmuş X3 xx.xx.2021-ci il tarixli, **********4 nömrəli “Əmək pensiyasının təyin edilməsi haqqında” qərara (məhkəmə sorğusundan sonra ləğv edilmiş olsada) əsasən xx.xx.2021-ci il tarixdən və İddiaçı Qənbər oğluna isə xx.xx.2009-cu il tarixli, 1/1646 nömrəli qərarına əsasən xx.xx.2009-cu il tarixdən yaşa görə ömürlük pensiya təyin edilmişdir.

37. Halbuki “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 12-ci maddəsinə əsasən: 12.1. Hamı qanun və inzibati orqan qarşısında bərabərdir. 12.2. İnzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. 12.3. İnzibati orqan tərəfindən fərqli mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə eyni cür qərarların qəbul edilməsi qadağandır. 12.4. İnzibati orqan diskresion səlahiyyətləri eyni üsulla və eyni qaydada həyata keçirməyə borcludur. Bu müddəa diskresion səlahiyyətlərin icrası ilə bağlı mövcud inzibati praktikanın dəyişdirilməsini istisna etmir.

38. Qanunda birbaşa təsbit edilməsinə baxmayaraq, cavabdeh tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarlar qəbul etmişdir. Bununla da, inzibati orqan Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsində, həmçinin “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 12-ci maddəsində əks olunan bərabərlik prinsipini kobud şəkildə pozmuşdur.

39. Bununla yanaşı Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2-1(102)-2101/2021 nömrəli qərarında da əks olunmuş mövqeyə əsasən, şəxsin "xxxx" QSC-də işlədiyi dövr güzəştli şərtlərlə əmək pensiyası təyin edilən sahə kimi qəbul edilmişdir.

40. Məhkəmə onu da qeyd edir ki, iddiaçının təqdim etdiyi sənədlərlə və məlumatlarla, o cümlədən şəxsə pensiya təyinatından imtina edərkən istinad etdiyi hallarla bağlı hərtərəfli yoxlamanın aparılması, bununla əlaqədar aidiyyəti qurumlara müvafiq sorğuların göndərilməsi və sənədlərin tələb olunması, obyektiv qərarın qəbulunu təmin edən həcmdə araşdırmanın həyata keçirilməsi ilk növbədə şəxsə pensiya təyinatı üzrə inzibati icraatı həyata keçirən cavabdehin xidməti vəzifəsidir. Cavabdeh xidməti vəzifəsinə görə yalnız şəxsin əleyhinə və ya ziyanına olan halları deyil, həm də onun xeyrinə olan halları hərtərəfli araşdırmağa, müəyyən etməyə və iş üzrə obyektiv qərar qəbul etməyə borcludur. İnzibati orqan icraat çərçivəsində həmçinin aydın olmayan halların araşdırılması məqsədi ilə müvafiq sorğuların göndərilməsini, arayışların tələb olunmasını təmin etmək öhdəliyi də daşıyır. Bu inzibati orqanların fəaliyyətinin qanunçuluq və obyektiv araşdırma prinsiplərinə tabe olmasından irəli gəlir.

41. “İnzibati icraat haqqında” Qanunun 24-cü maddəsinə əsasən, inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir.

42. Hazırkı mübahisəyə münasibətdə cavabdehin yuxarıda göstərilən qaydada iddiaçının xeyrinə olan halları araşdırdığı və nəzərə aldığı, iş üzrə obyektiv qərar qəbul etdiyi iş üzrə materiallarla təsdiq olunmur.

43. Məhkəmə hesab edir ki, iddiaçı cavabdeh orqana müraciət etdiyi xx.xx.2023-cü il tarixdən ona güzəştli şərtlərlə pensiya təyin edilməsi üçün qanunvericiliklə nəzərdə tutulmuş bütün tələbləri ödədiyindən inzibati orqanın bundan imtinası əsaslı olmamışdır.

44. İddiaçının həmin peşədə işlədiyi müddət tələb olunan 12 il 6 ay müddətdən çoxdur.

45. Göründüyü kimi, iddiaçıya xx.xx.2023-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün 12 il 6 ay xüsusi iş stajının mövcudluğu ilə bağlı tələb də ödənilir.

46. Beləliklə məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı oğluna xx.xx.2023-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulmalıdır.

47. Beləliklə, məhkəmə icraatında təsdiq olunmuş və barələrində proses iştirakçılarının öz münasibətlərini bildirmək imkanına malik olduqları faktları və sübutları araşdıraraq məhkəmə hesab edir ki, iddia təmin edilməlidir.

48. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə qərarı yalnız mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatında (şifahi məhkəmə baxışında) iştirak etmiş hakimlər (hakim) tərəfindən qəbul edilə və imzalana bilər.

Nəticəvi hissə:

Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75-ci, 78-ci və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı:

İddia təmin edilsin. İddiaçı xx.xx.2023-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində “Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Nurəli Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar