Məhkəmə qərarları › İş №2-1(114)-3469/2025

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-3469/2025

11.08.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-3469/2025 11.08.2025 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əliyeva Leyla Kamil qızının sədrliyi, Atakişiyeva Aybəniz Zaur qızının katibliyi ilə, İddiaçı2 və İddiaçı1 iştirakı ilə, iddiaçılar İddiaçı2 və İddiaçı1 Cavabdehnə qarşı “akt qeydində düzəliş edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakıları müəyyən etdi. Təsviri hissə: AZ-İİ 224873 nömrəli doğum haqqında şəhadətnaməyə əsasən X3 xx.xx.2009-cu ildə doğulmuşdur, atası İddiaçı1, anası isə İddiaçı2dır. xx.xx.2009-cu il tarixili 07 nömrəli akt qeydinə əsasən X3 xx.xx.2009-cu ildə doğulmuşdur. AZE №11748923 seriya nömrəli şəxsiyyət vəsiqəsinə əsasən X3 xx.xx.2009-cu ildə doğulmuşdur. İddiaçı1 (bundan sonra mətndə - iddiaçı) Cavabdehnə(bundan sonra mətndə cavabdeh) müraciətinə sonuncu tərəfindən xx.xx.2025-ci il tarixli məktubla bildirilmişdir ki, X1 Tərtər rayon Qaynaq kənd icra nümayəndəliyində tərtib edilmiş xx.xx.2009-cu il tarixli 07 nömrəli doğum haqqında akt qeydi nəzərdən keçirilərkən uşağın doğum tarixi “xx.xx.2009-cu il” kimi qeyd olunduğu müəyyən edilmişdir. Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” Publik Hüquqi şəxs “Tərtər rayon Mərkəzi XəstəxanasıTublik Hüquqi Şəxs tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli 18-1-75/2- 253/2025 nömrəli məktubda uşağın doğum tarixi “xx.xx.2009-cu il” yazıldığından övladı X1 xx.xx.2009-cu il tarixdə Tərtər rayon Qaynaq kənd icra nümayəndəliyində tərtib edilmiş 07 nömrəli doğum haqqında akt qeydində uşağın doğum tarixinin “xx.xx.2009-cu il”-dən “xx.xx.2009-cu il”-ə düzəliş edilməsi mümkün deyildir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 161.1 -ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda, ərizə verən şəxslərin daimi yaşayış yerində qeydiyyat orqanı tərəfindən həyata keçirilir. Bildirilir ki, doğum haqqında akt qeydində düzəliş edilməsi üçün zəruri sənədləri təqdim etməklə bu barədə ərizə ilə vətəndaşın daimi yaşadığı yerin qeydiyyat şöbəsinə, akt qeydinə qeydiyyat şöbəsi tərəfindən düzəliş edilməsinə kifayət qədər əsas olmazsa, məhkəməyə müraciət edə bilər. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək X3 adlı uşağının doğum haqqında akt qeydində düzəliş edilərək uşağın doğum tarixinin xx.xx.2009-cu ildən xx.xx.2009-cu ilə düzəliş edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, onlar 19 iyul 2006-cı ildə rəsmi qaydada nikaha daxil olaraq evlənmişlər. Onların birgə nikahından xx.xx.2009-cu ildə anadan olmuş X5 oglu adında uşaqları vardır. X5 oglu 2024-cü ildə Tərtər rayon Qaynaq kənd Xəlil Əzimov adma ümumi orta məktəbini bitirmiş və hazırda X4 və Texnologiya Kollecində təhsil alır. Adilin bütün hüquq müəyyənedici sənədlərində (Şəxsiyyət vəsiqəsi, Doğum haqqında Şəhadətnamə, Ümumi orta təhsil haqqında Attestat və s.) uşağının doğum tarixi xx.xx.2009-cu il göstərildiyinə baxmayaraq bu yaxınlarda bilmişlər ki, uşağının doğum haqqında akt qeydində doğum tarixi xx.xx.2009-cu il əvəzinə səhvən xx.xx.2009-cu il kimi göstərilmişdir. Onlar düzəliş edilməsi ilə bağlı cavabdeh orqana müraciət etsələrdə, sonuncu tərəfindən imtina cavabı verilmişdir. İddiaçılar məhkəmə iclasına gəlmiş, cavabdeh isə nümayəndəisnin iştirakını təmin etməmiş üzrlü səbəbləri və ya mümkünsüzlüyü barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərinə müvafiq olaraq, işə şifahi məhkəmə baxış iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İddiaçılar İddiaçı2 və İddiaçı1 məhkəmə iclasında iddia tələbini müdafiə edərək təmin olunmasını xahiş etmişdirlər. Əsaslandırma hissəsi: İddia mümkün iddiadır. Belə ki, iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın məhkəmə və ərazi aidiyyəti düzgün müəyyən olunmuşdur. İddiaçı tərəfindən Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırılmışdır. Məhkəmə işin faktiki hallarına və aşağıda qeyd olunan normalara əsasən iddianı əsaslı hesab edir. İddiaçının hazırkı tələbi doğum haqqında akt qeydində düzəliş edilməsidir ki, cavabdeh orqan iddiaçının tələbini təmin etməkdən imtina edərək məhkəməyə müraciət etməli olduğunu bildirmişdir. Məhkəmə aşağıdakılara görə hesab edir ki, cavabdeh orqanın imtinası əsassız olmuşdur. Azərbaycan Respublikası Ailə Məcəlləsinə görə: Maddə 161.1. Vətəndaşlıq vəziyyəti akt qeydində ərizə əsasında dəyişiklik edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda, ərizə verən şəxsin seçdiyi, məhkəmə qətnaməsi əsasında isə bu barədə qətnamənin çıxarıldığı yer üzrə müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. Maddə 161.2. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) akt qeydində dəyişiklik etməkdən imtinasından inzibati qaydada və (və ya) məhkəməyə şikayət edilə bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən Əsas Müddəalar”a görə: Bənd 1. Vətəndaşlıq vəziyyəti akt qeydində ərizə əsasında dəyişiklik edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda ərizə verən şəxsin seçdiyi, məhkəmə qətnaməsi əsasında isə bu barədə qətnamənin çıxarıldığı yer üzrə qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən həyata keçirilir. Bənd 3. Vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişikliklər aşağıdakı hallarda edilir: vətəndaşlıq vəziyyəti akt qeydində qeyri-düzgün məlumatlar göstərilmişsə... X2 məxsus olan doğum haqqında akt qeydində doğum tarixi xx.xx.2009-cu il kimi qeyd edilmiş olsa da, iş materiallarına əlavə edilmiş digər sənədlərdə iddiaçının doğum tarixinin xx.xx.2009-cu il olması müəyyən edilir. Bu da, X2 məxsus akt qeydində iddiaçının doğum tarixinə dair məlumatın qeyri-dəqiq yazıldığını göstərir. Bu isə o deməkdir ki, həqiqətən də X2 məxsus doğum haqqında akt qeydində səhvə yol verilmiş, iddiaçının doğum tarixi düzgün qeyd edilməmişdir. Beləliklə, məhkəmə icraatında təsdiq olunmuş və barələrində proses iştirakçılarının öz münasibətlərini bildirmək imkanına malik olduqları faktları və sübutları araşdıraraq məhkəmə hesab edir ki, iddia təmin olunmalı, X3 adlı uşağının doğum haqqında akt qeydində düzəliş edilərək uşağın doğum tarixinin xx.xx.2009-cu ildən xx.xx.2009-cu ilə düzəliş edilməsi öhdəliyi qoyulmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə qərarı yalnız mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatında (şifahi məhkəmə baxışında) iştirak etmiş hakimlər (hakim) tərəfindən qəbul edilə və imzalana bilər. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75-ci, 78-ci və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddia təmin edilsin. X3 adlı uşağının doğum haqqında akt qeydində düzəliş edilərək uşağın doğum tarixinin xx.xx.2009-cu ildən xx.xx.2009-cu ilə düzəliş edilməsi öhdəliyi Cavabdeh üzərinə qoyulsun. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Leyla Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar