Məhkəmə qərarları › İş №2-1(114)-347/2025

Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-347/2025

03.06.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-347/2025 03.06.2025 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Axundov Emin Tahir oğlunun sədrliyi, Atakişiyeva Aybəniz Zaur qızının katibliyi, İddiaçı və onun vəkili Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı (üçüncü şəxslər X2, X4, X5, X6 və X3) qarşı torpaq sahəsinin üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. Təsviri hissə: Tələb onunla əsaslandırılmışdır ki, o, rəsmi məktubla cavabdehə müraciət edərək, Göygöl rayon Qızılca bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 06 nömrəli qərarına əsasən, verilmiş torpaq sahəsinin üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması barədə müraciət etmişdir. Həmin torpaq sahəsinin sənədləşdirilməsi üçün aidiyyatı üzrə cavabdehə müraciət edilsə də, müraciətindən imtina edilmişdir. İddiaçı Göygöl rayon Qızılca bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 06 nömrəli qərarına əsasən verilmiş torpaq sahəsinin üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması barədə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə (bundan sonra mətndə cavabdeh) müraciət etmiş, cavabdeh xx.xx.2023-cü il tarixli, 3-21-3-33/2-5262/2023 nömrəli məktubu ilə müraciətin təmin olunmasından imtina etmişdir. İmtinada bildirilmişdir ki, aparılan araşdırma zamanı müəyyən edilmişdir ki, məktuba qoşma kimi əlavə edilmiş Göygöl rayon Qızılca bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 06 nömrəli qərarı Ərazi İdarəsinin arxiv məlumatlarında öz əksini tapmamış, eyni zamanda torpaq sahəsinin baza məlumatlarına əsasən başqa şəxsə məxsus torpaq sahəsi ilə üst-üstə düşdüyü aşkar edildiyindən müraciətin icrası mümkün olmamışdır. İmtina ilə razılaşmayan iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Göygöl rayon Qızılca bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 06 nömrəli qərarına əsasən verilmiş qarşı torpaq sahəsinin üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. İş üzrə məhkəmə baxış iclası 03 iyun 2025-ci il tarixə təyin edilmişdir. Məhkəmə iclasında iddiaçı və onun vəkili ayrı-ayrılıqda iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh nümayəndəsi və üçüncü şəxslər məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi və üçüncü şəxslər məhkəmə iclasına gəlməmişlər. Məhkəmə cavabdehin nümayəndəsinin cə üçüncü şəxslərin iştirakları olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia mümkün sayılmamalıdır. İddianın mümkünlüyü ilə bağlı normaların tələbinə görə, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan istənilən növ iddia, yalnız onun mümkünlüyü haqqında şərtlər ödənildiyi təqdirdə yolveriləndir. Subyektiv hüquq şəxsin qanun, müqavilə və ya inzibati akta əsaslanan və başqa şəxslərdən müəyyən hərəkətləri (hərəkətsizliyi) etməyi və ya müəyyən hərəkətləri etməkdən çəkinməyi tələb etmək imkanını ehtiva edir. İddiaçı iddia ərizəsində həmin əsaslardan irəli gələn tələb hüququna istinad etməlidir. Şəxsin subyektiv hüquqa malik olmaması onun başqa şəxslərdən müəyyən hərəkəti və ya hərəkətsizliyi tələb etmək hüququnu istisna edir. Məhkəmə hesab edir ki, hazırkı mübahisəyə münasibətdə iddiaçının belə bir hüququnun mövcudluğu təsdiq olunmur. Beləliklə məhkəmə araşdırması nəticəsində müəyyən olunmuşdur ki, iddiaçını iddia etdiyi torpaq sahəsinin üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata aldırmaq istədiyi torpaq sahəsinin döngə nöqtələrinin koordinatları, dəqiq yerləşmə planı barədə sənədlər, hər hansı qonşu torpaq sahələri barədə məlumat mövcud deyildir. Həmçinin, həmin torpaq sahəsinin naturada yerləşmə vəziyyətinə dair elektron baza materiallraında heç bir plan və layihə, həmin torpaq sahəsinin müvafiq kadastrda və dövlət qeydiyyat sənədlərində sərhədləri, ölçüləri, coğrafi mövqeyi və.s əks olunmalıdır. Belə ki, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-1378/2024 nömrəli qərardadı ilə iş üzrə mütəxəssis rəyinin verilməsi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə həvalə edilmişdir. Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinin məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli 3-21-3-33/2- 10124/2024 saylı məktubunda bildirilmişdir ki, Xanlar rayon Qızılca bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 06 nömrəli qərarı ilə İddiaçı satılmış 0.12 ha torpaq sahəsinin naturada yerləşmə vəziyyəti və koordinatları (X və Y) əks olunmuş plan ölçü sənədi daxil olmuş iş materiallarında mövcud olmadığından, qərardad suallarının cavablandırılması mümkün deyildir. Bu səbəbdən də, aparılan araşdırma zamanı, naturada təqdim olunan sahəyə əsaslanılmışdır. Naturada təqdim olunan 0.10 ha torpaq sahəsi, torpaq islahatına dair tərtib olunmuş ərazinin kompleks yerquruluşu layihəsinin elektron fayl materiallarına əsasən, JN-400, JN-401, JN-402 və JN-403 saylı Dövlət Aktlarına əsasən başqa şəxslərin xüsusi mülkiyyətlərinə verilmiş torpaq sahələrində yerləşir. Naturada təqdim olunan 0.10 ha torpaq sahəsinin 0.07 ha hissəsi, xx.xx.2022-ci il qeydiyyat tarixli **********19 reyestr nömrəli Çıxarış və həmin Çıxarışın A 773343 nömrəli planına əsasən, X1 mülkiyyətində olan torpaq sahəsi ilə üst-üstə düşür. Naturada təqdim olunan 0.10 ha torpaq sahəsi, elektron baza materillarına İstinadən, kənd təsərrüfatı təyinatlı əkin sahəsidir. Torpaq sahəsi üzərində başqa şəxslər tərəfindən inşa edilmiş iki ədəd fərdi yaşayış evi mövcuddur. Torpaq sahəsindən İddiaçı, faktiki olaraq istifadə etmədiyini bildirdi. Torpaq sahəsinin hava məkanından elektrik xətti keçdiyi müşahidə olundu.Xanlar rayon Qızılca bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 06 nömrəli qəran ila İddiaçı satılmış 0.12 ha torpaq sahəsinin naturada yerləşmə vəziyyəti və koordinatları (X və Y) əks olunmuş plan ölçü sənədi daxil olmuş is materiallarında mövcud olmadığından, 3-cü və 4-cü suallann cavablandırılması mümkün deyildir. Naturada təqdim olunan torpaq sahəsinin, **********50 reyestr nömrəli çıxarışa əsasən X7 mülkiyyətində olan torpaq sahəsi **********49 reyestr nömrəli çıxarışa əsasən X5 mülkiyyətində olan torpaq sahəsi, **********38 reyestr nömrəli çıxarışa əsasən X6, mülkiyyətində olan torpaq sahəsi və **********48 reyestr nömrəli çıxarışa əsasən X3 mülkiyyətində olan torpaq sahəsilə üst-üstə düşmə halı mövcuddur. Həmçinin koordinat arayışının hazırlanması barədə Göygöl rayonu Qızılca bələdiyyəsinin xx.xx.2023-cü il tarixli 17 nömrəli məktubuna dair arxiv sənədlərində mövcud olan, naturada bələdiyyənin təqdim etdiyi torpaq sahəsi əsasında tərtib olunmuş cizgi planda göstərilən torpaq sahəsinin koordinatları ilə, məhkəmə işi ilə əlaqədar əraziyə keçirilən baxış zamanı iddiaçının naturada təqdim etdyi torpaq sahəsinin koordinatları arasınada uyğunsuzluq halı mövcuddur. İddiaçının təqdim etdiyi müvafiq qərar əsasında ona torpaq sahəsi ayrılsa da, torpaq ayrılan zaman sahənin döngə nöqtələrinin koordinatları, dəqiq yerləşmə planı barədə sənəd nə ona, nə də dövlət arxivinə təhvil verilməmişdir. Halbuki, torpaq sahəsinin mövcudluğunu müəyyən edə bilmək üçün təkcə həmin torpaq sahəsinin ayrılmasını təsdiq edən sənədlər kifayət etmir, həmin torpaq sahəsinin müvafiq kadastrda və dövlət qeydiyyat sənədlərində sərhədləri, ölçüləri, coğrafi mövqeyi və sair əks olunmalıdır. Həmçinin müəyyən edilmişdir ki, iddiaçının hazırda iddia etdiyi torpaq sahəsi başqa şəxslərin mülkiyyətindədir və onlara müvafiq çıxarışlar verilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçının torpaqdan istifadə etməsinə ixtiyar verən müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı və onlarla bağlanan müqavilə, bu torpaq sahəsi üzərində hüququn müəyyən edilməsinə dair məhkəmə qərarı və ya hökmü, vərəsəlik hüququ əsasında və qanunvericiliklə müəyyən edilmiş digər əsaslar mövcud deyildir. Bu da iddianın mümkün sayılmaması üçün əsaslardan biridir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli, 10 aprel 2015-ci il tarixli Qərarında qeyd edilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir(1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini...yoxlamalıdırlar(2.3cü bənd). İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar (8.6-cı bənd). Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-nin sözügedən normasının mahiyyətindən belə anlaşılır ki, inzibati icraat qaydasında baxılan iddia inzibati icraat qaydalarına müvafiq olan iddia növünə uyğun olmalı, subyektiv hüququ olan şəxs tərəfindən müvafiq cavabdehlik daşıyan və qanunla üzərinə məsuliyyət qoyulan inzibati orqana qarşı verilməli və iddiaçı iddia ərizəsində qanunla qorunan hüququ və azadlığının pozulmasını əsaslandırmalı, müvafiq sübutlarını əlavə etməlidir ki, iddianın məhkəmə icraatı mümkün olsun. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli Qərarına əsasən mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub–olmamasını araşdırmalıdır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət etmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirməsindən söhbət gedə bilməz. Həmin Məcəllənin 35.3-cü maddəsinin tələblərinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Nəticəvi hissə: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 35 və 80-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı (üçüncü şəxslər X2, X4, X5, X6 və X3) qarşı torpaq sahəsinin üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddia mümkün sayılmasın. Qərardaddan surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Emin Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar