Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-349/2020 29.01.2020 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim İsgəndərova Aygül Vulqar qızının sədrliyi, Muxtarova Aytac Əkram qızının katibliyi, İddiaçı, Cavabdeh etibarnamə üzrə nümayəndələri X16 və X18, Üçüncü şəxs X1 iştirakları ilə İddiaçı Məmmədli oğlunun Cavabdehnə (üçüncü şəxslər X11, X14, X8, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı X34) qarşı qərarın qismən ləğv edilməsi və şəhadətnamənin ləğv edilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən e t d i: İddiaçı Cavabdehnə (üçüncü şəxslər X11, X14, X8, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı X34) qarşı X1, X5, X12, X9 və X2 adlarına Samux rayonu, Sərkar kəndində yerləşən 0,52 ha həyətyanı torpaq sahəsinə dair işlənmiş xx.xx.2005-ci il tarixli, JN-508F KOD 50700048 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamənin ləğv edilməsi tələbinə dair iddia ərizəsi ilə Gəncə İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmişdir. Bundan sonra, iddiaçı xx xxxxxx 2019-cu il tarixdə məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək Cavabdehnə (üçüncü şəxslər X11, X14, X8, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı X34) qarşı X1, X5, X12, X9 və X2 adlarına Samux rayonu, Sərkar kəndində yerləşən 0,52 ha həyətyanı torpaq sahəsinə dair işlənmiş Samux rayon X17 xx xxxxxx 2000-ci il tarixli, 106 nömrəli qərarının qismən (JN-508F KOD 50700048 saylı şəhadətnaməyə münasibətdə) ləğv edilməsi və bunun əsasında verilmiş xx.xx.2005-ci il tarixli, JN-508F KOD 50700048 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamənin ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmiş, ərizə məhkəmənin icraatına qəbul edilmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə yanaşı məhkəməyə ərizə təqdim edərək, iddia ərizəsinin verilmə müddətinin bərpa edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Samux rayon Dövlət Arxivinin arayışına əsasən Samux rayon Sərkar kənd İcra Nümayəndəliyinin 1977-1979-ci illərin 2 №-li təsərrüfatbaşına kitabının 102 səhifəsində, 143 №-li şəxsi hesab vərəqində, X3 adına 0.02 ha altında 1967-ci ildə bir gözlü daş kərpicdən tikilmiş yaşayış evi, 1968-ci ildə tikilmiş tövlə və 0.28 ha torpaq sahəsi qeydə alınmışdır. Digər Samux rayon Dövlət Arxivinin arayışına əsasən Samux rayon Sərkar kənd İcra Nümayəndəliyinin 1980-1982-ci illərin 2 №-li təsərrüfatbaşına kitabının 112 səhifəsində, 151 №-li şəxsi hesab vərəqində, X6 adına 0.02 ha altında tikilmiş yaşayış evi və 0.28 ha torpaq sahəsi qeydə alınmışdır. X13 onun atasıdır, o, 1992 il tarixdə vəfat etmişdir, X15 onun nənəsidir, o, xx.xx.1980-ci il tarixdə vəfat etmişdir. 1980-ci ildə nənəsi Ünbülbəni rəhmətə getdikdən sonra, o, nənəsinin adına olan torpaq sahəsində əvvəl təsərrüfatla məşğul olmağa başlamış, 2 tövlə tikib mal-qara saxlayıb ailəsini dolandırmış, sonra isə torpaq sahəsində nənəsi Ünbülbənin adına olan ev yaşamaq üçün yararsız olduğundan onu söküb yerində 3 otaqlı ev tikdirmiş, 40-45 metr mişar daşla barı çəkmiş, hamam, tualet inşa edib anası X19 ilə və qardaşı İman İsgəndərovla orada yaşamışdır. Hal-hazırda da qardaşı İman İsgəndərov həmin torpaqda tikdirdiyi tövlədə yaşayır. 2015-ci ildə anası rəhmətə getdikdən sonra qardaşı Mehman İsgəndərov ona qarşı “0.52 ha torpaq sahəsində inşa edilmiş evin sökülməsinə və həmin torpaq sahəsindən çıxarılmasına dair” iddia qaldırmışdır. Həmin mülki işə Samux Rayon Məhkəməsi tərəfindən baxılmış və məhkəmə xx xxxx 2019-cu il tarixli, 2(058)-26/2019 saylı qətnamə (hakim Nizami Hümbətov) çıxararaq iddianı təmin etməmişdir. Həmin işə baxılarkən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin xx xxxx 2019-cu il tarixli, **********43 saylı mütəxəssis rəyi alınmış və Məhkəmə Tikinti-Texniki Ekspertizasının xx xxx 2019-cu il tarixli, 10094 saylı ekspertiza rəyi alınmışdır. Həmin rəylərdən görünür ki, onun istifadəsində olan torpaq sahəsi üçüncü şəxslərin mülkiyyətində olan 0.52 ha torpaq sahəsində yerləşmir və inşa etdiyi ev onların 0.52 ha torpaq sahəsində yerləşmir. Bundan sonra, o, 3 saylı X32 müraciət etmiş və məlum olmuşdur ki, 1987-ci ildə aparılmış inventarlaşdırma zamanı hüquqmüəyyənedici sənədləri olmadan Samux rayonu, Sərkar kəndində yerləşən 48 kvm yaşayış sahəli evdən ibarət olan fərdi yaşayış evinin X1 istifadəsində olduğu, 50.4 kvm yaşayış sahəli evdən ibarət olan digər fərdi yaşayış evinin X1 və X4 istifadələrində olduğu göstərilmişdir. Bu mülklər daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməmişdirlər. Hər iki əmlakların arxiv qovluqlarında torpaq ayırma və digər hüquqmüəyyənedici sənədlər aşkar edilməmişdir. Ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Samux rayon şöbəsi tərəfindən X1, X5, X12, X9 və X2 adlarına Samux rayonu, Sərkar kəndində yerləşən Samux rayon X17 xx xxxxxx 2000-ci il tarixli, 106 saylı qərarı ilə verilmiş 0,52 ha həyətyanı torpaq sahəsinə xx.xx.2005-ci il tarixli, JN-508F KOD 50700048 saylı “torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamə işlənmişdir. Ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Samux rayon şöbəsi tərəfindən X4 adına Samux rayonu, Sərkar kəndində yerləşən 0,14 ha həyətyanı torpaq sahəsinə dair xx.xx.2005-ci il tarixli, JN-509F saylı “torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamə işlənmişdir. Bundan sonra o bilmişdir ki, qardaşı Mehman İsgəndərov atası Məmmədəli İsgəndərovdan və nənəsi Ünbülbəni Rüstəmovadan qalan miras mülkə qanunsuz olaraq yiyələnərək atasının və nənəsinin adlarına olan torpağa hansısa yolla qanunsuz olaraq 0,52 ha həyətyanı torpaq sahəsinə dair xx.xx.2005-ci il tarixli, JN-508F saylı “torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamə almışdır. Bundan nə onun, nə də ki, bacılarının xəbəri olmamışdır. Bildirmişdir ki, həmin vaxt qardaşı Mehmanın arvadının dayısı Nüsrət Samux rayon Sərkar kənd icra nümayəndəsi vəzifəsində işləmişdir və hesab edir ki, o, Mehmanın adına qanunsuz olaraq “torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamə vermişdir. Belə ki, hər iki əmlakların arxiv qovluqlarında torpaq ayırma və digər hüquqmüəyyənedici sənədlər aşkar edilməmiş və həmin mülklər daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməmişdirlər. Bildirmişdir ki, nənəsi Ünbülbəni 1980-ci ildə vəfat etdikdən sonra atası məhrum Məmmədəli İsgəndərov təsərrüfatbaşına kitabında qeydə alınmış özünün adına olan 2 mərtəbəli evi və 28 sot torpağı qardaşları Mehmanla Gəraya vermiş, nənəsi Ünbülbənin təsərrüfatbaşına kitabında qeydə alınmış 1 mərtəbəli yaşayış evi və 0.28 ha torpaq sahəsini isə ona və qardaşı İmana vermişdir. Lakin hazırda 3 saylı Ərazi İdarəsinin məktubundan görünür ki, qardaşı Mehman atası Məmmədəli İsgəndərovdan qalan evə özü yiyələnmiş, atasından qalan 28 sot torpaq sahəsinin 14 sotunu Gərayə vermiş və nənəsi Ünbülbənidən qalan 28 sot torpaq sahəsinə və zəbt etdiyi əlavə 10 sot torpaq sahəsinə qanunsuz olaraq xx.xx.2005-ci il tarixli, JN-508F saylı “torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamə almışdır. Ona görə də hesab edir ki, həmin şəhadətnamə ləğv edilməlidir və nənəsinin adına olmuş 0,28 ha torpaq sahəsi qardaşı İmanla onun arasında bərabər bölünməlidir. İddiaçı məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh etibarnamə üzrə nümayəndəsi X25 məhkəmə iclasında iddia tələbinə etiraz edərək izahatında bildirmişdir ki, 2000-ci ildə aqrar islahat keçirilən zaman iddiaçı Samux rayonu, Sərkar kəndində deyil, Gəncə şəhərində qeydiyyatda olmuşdur. Ona görə də ona aqrar islahat zamanı torpaq sahəsi verilməmiş və mübahisələndirilən şəhadətnamədə onun adı qeyd olunmamışdır. Həmçinin, iddiaçı iddia qaldırmaq üçün qanunvericilikdə nəzərdə tutulmuş iddia müddətini ötürmüşdür. Bundan başqa, şəhadətnamənin ləğv edilməsi Cavabdeh səlahiyyətlərinə aid deyildir. Üçüncü şəxs X8 iddia tələbinə etiraz edərək izahatında bildirmişdir ki, Samux rayon X17 xx xxxxxx 2000-ci il tarixli, 106 nömrəli qərarı ilə Samux rayonu, Sərkar kəndində onun, qardaşı X5, həyat yoldaşı X12, övladları X9 və X2 adına 0,52 ha torpaq sahəsi verilmişdir. Həmin vaxt qardaşı İddiaçı həmin kənddə qeydiyyatda olmamışdır. Üçüncü şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı X34 məhkəməyə etiraz ünvanlayaraq bildirmişdir ki, arxiv sənədlərinə əsasən Samux rayon X17 xx xxxxxx 2000-ci il tarixli, 106 nömrəli qərarı ilə X1, X5, X12, X9, X2 adına 0,52 ha torpaq sahəsi verilmişdir. İddiaçı “Torpağın mülkiyyətə verilməsinə dair” JN-508F saylı şəhadətnamə barədə məlumatı olduğu halda torpaq sahəsinin verilməsi barədə X17 müvafiq qərarını mübahisələndirməmiş və nəticədə bununla bağlı qanunla müəyyən edilmiş iddia müddətini ötürmüşdür. Odur ki, iddia tələbinin təmin edilməməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Üçüncü şəxslər Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı X32, X7 və X10 məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə həmin üçüncü şəxslərin iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirib hesab edir ki, aşağıda qeyd edilənlərə əsasən buraxılmış prosessual müddətin bərpası barədə ərizə təmin edilməməli və iddia tələbi mümkün sayılmamalıdır. İş materiallarından göründüyü kimi iddiaçıərizəsindəSamux rayon X17 xx xxxxxx 2000-ci il tarixli, 106 nömrəli qərarının qismən, xx.xx.2005-ci il tarixli, JN-508F KOD 50700048 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamənin ləğv edilməsini və qərarın mübahisələndirilməsi üçün nəzərdə tutulan prosessual müddətin bərpasını xahiş etmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan RespublikasıİPM-in 24-cü maddəsində qanunla nəzərdə tutulan müddətin üzrlü səbəbdən buraxılması hallarında prosessual müddətin bərpası imkanı nəzərdə tutulmuşdur. Prosessual müddətin, yəni prosessual hərəkətin buraxılmasından əvvəlki prosessual vəziyyətin bərpa olunmasının xüsusi əhəmiyyəti ondan ibarətdir ki, buraxılmış və sonradan edilən prosessual hərəkət müəyyən şərtlər daxilində vaxtında edilmiş hərəkət qismində nəzərdən keçirilir. Müxtəlif əsaslar mövcud olduqda, prosessual müddətin bərpası yalnız o halda mümkündür ki, müddətin buraxılmasıəsası ilə müddət buraxılması arasında səbəbli əlaqə olsun. Bu o deməkdir ki, prosessual hərəkətin edilməsinə maneə olmuşəsasın yaranmayacağı təqdirdə, tərəf, əslində həmin hərəkəti vaxtında edə bilərdi. Səbəbli əlaqənin mövcud olmadığı halda, prosessual müddətin bərpasıüçün şərtlər də mövcud olmayacaqdır. Prosesual müddətin bərpası proses iştirakçısının qanunla müəyyən edilmiş hər hansı bir müddəti buraxması iləşərtləndirilir. Bu mənada müddətin buraxılması yalnız o zaman mövcud olur ki, tərəf öz iradəsindən asılı olmayaraq hərəkətsizlik etsin. Əgər tərəf bilərəkdən hərəkətsizlik edibsə, bu o deməkdir ki, müddətə riayət olunmasına mane mövcud olmamışdır. Məhkəməyə daxil olmuşərizədə və məhkəmə iclasında verdiyi izahatda iddiaçı prosessual müddətin ötürülməsinə dair əsaslar təqdim edə bilməmiş, bununla bağlı hər hansı bir sənəd təqdim etməmişdir. Məhkəmə hesab edir ki, hazırkı işüzrə prosessual müddətin bərpa edilməsi üçün heç bir qanuni əsas yoxdur vəiddiaçı sözügedən qərarı-inzibati aktı qanunvericilikdə nəzərdə tutulmuş qaydada və müddətdə mübahisələndirməmişdir. Belə ki, «Torpaq islahatı haqqında» Azərbaycan Respublikası Qanununun 22-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər torpaq islahatı barədə yerli X17 qərarı ilə razılaşmadıqda həmin qərarı aldıqdan sonra 10 gün müddətində rayon X21 şikayət edə bilərlər. Fiziki və hüquqi şəxslər rayon aqrar islahat komissiyalarının və ya Naxçıvan Muxtar Respublikası X17 qərarı ilə razılaşmadıqda 10 gün müddətində Azərbaycan Respublikası Dövlət X21 şikayət edə bilərlər. Azərbaycan Respublikası Dövlət X17 qərarından Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydada məhkəməyə şikayət verilə bilər. xx.xx.2012-ci il tarixədək qüvvədə olmuş xx.xx.2000-ci il tarixli Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin müvafiq icra hakimiyyəti orqanlarının, yerli özünüidarə orqanlarının, sair orqan və təşkilatların, onların vəzifəli şəxslərinin qərarları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar mübahisələrə dair işlər üzrə icraata dair 27-ci fəslinin ərizə ilə məhkəməyə müraciət etmək üçün müddəti müəyyən edən 298-ci maddəsinə əsasən şəxs özünün hüquq və azadlığının pozulduğu barədə ona məlum olan gündən qanunda başqa müddət müəyyən edilməyibsə 1 ay müddətində ərizə ilə məhkəməyə müraciət etmək hüququna malikdir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 73.1. maddəsinə əsasən qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, şikayət inzibati aktın qüvvəyə mindiyi gündən 30 gün müddətində müvafiq şikayət instansiyasına verilir. Adıçəkilən Qanunun 73.2. maddəsinə əsasən inzibati aktda ona qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə (şikayət vermə) qaydası və müddəti nəzərdə tutulmadıqda və ya inzibati akt onun ünvanlanmadığı digər maraqlı şəxslərin qanuni maraqlarına (ilk dəfə) toxunduqda, həmin inzibati aktdan onun qüvvəyə mindiyi gündən 6 ay müddətində şikayət verilə bilər. Məhkəmə hesab edir ki, xx.xx.2012-ci il tarixədək qüvvədə olmuş xx.xx.2000-ci il tarixli Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müvafiq icra hakimiyyəti orqanlarının, yerli özünüidarə orqanlarının, sair orqan və təşkilatların, onların vəzifəli şəxslərinin qərarları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar mübahisələrə dair işlər üzrə icraata dair 27-ci fəslinin müddəaları baxımından, həm də Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 38.1-ci maddəsinin tələbləri baxımından iddiaçı Samux rayon X17 xx xxxxxx 2000-ci il tarixli, 106 nömrəli qərarının mübahisələndirilməsi ilə bağlı iddia müddətini ötürmüşdür. Məhkəmə həmçinin qeyd edir ki, xx xxxxxx 2011-ci il tarixədək qəbul edilmiş aktların mübahisələndirilməsi üçün əvvəlki qanunlarla (Azərbaycan Respublikasının MPM-nin 298ci maddəsi) müəyyən edilmiş məhkəməyə müraciət etmə müddəti xx xxxxxx 2011-ci il tarixədək artıq ötürülmüşsə, onlar yeni qanuna görə də mübahisələndirilə bilməz. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi onun qüvvəyə minməsindən əvvəl məhkəmə qaydasında mübahisələndirilməsi imkanı aradan qalxmış hər hansı inzibati akta qarşı yeni hüquqi müdafiə imkanı yaratmır. Məhkəmə onu da qeyd edir ki, xx.xx.2005-ci il tarixli, JN-508F KOD 50700048 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamə inzibati akt deyildir. Müvafiq olaraq onun ləğv edilməsinə dair inzibati iddia da mümkün sayıla bilməz. Belə ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinin tələblərinə əsasən inzibati akt-inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş vəünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Sözügedən maddi hüquq normasından göründüyü kimi, inzibati aktın spesifik əlamətləri mövcuddur ki, bunlardan biri də onun ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədi daşıması ilə bağlıdır. Qeyd olunmalıdır ki, inzibati aktın əsas funksiyası onun qəbul edilməsi ilə inzibati idarəçilik qarşısında duran məqsədlərə nail olmaq və vəzifələri yerinə yetirmək üçün inzibati hüquq münasibətinə göstərilən nizamasalma təsirindən ibarətdir. İnzibati akt qəbul edilərkən həmin aktda müəyyən edilən normalar ilk növbədə publik idarəçiliyəöz təsirini göstərir və onu nizama salmağa xidmət edir. Bu zaman cəmiyyətin, dövlətin və vətəndaşın maraqlarının müdafiəsinə xidmət edən inzibati idarəçilik inzibati orqanların məhz publik vəzifələrindən irəli gəlir. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 5 saylı, xx xxxxx 2015-ci il tarixli Qərarının 13-cü maddəsində göstərilmişdir ki, inzibati orqan tərəfindən qəbul edilmiş istənilən aktı inzibati akt hesab etmək olmaz. Beləliklə, məhkəmə yuxarıda şərh olunanlara əsasən belə nəticəyə gəlir ki, İddiaçı buraxılmış prosessual müddətin bərpası barədə ərizəsi təmin edilməməli və İddiaçı Məmmədli oğlunun Cavabdehnə (üçüncü şəxslər X11, X14, X8, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı X34) qarşı qərarın qismən ləğv edilməsi və şəhadətnamənin ləğv edilməsi tələbinə dair iddia tələbi mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsində qeyd olunur ki,bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin Məcəllənin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Yuxarıda qeyd olunanlara əsasən, Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 80-cı və 35-ci maddələrini rəhbər tutaraq, Q ə r a r a a l d ı: İddiaçı Məmmədli oğlunun buraxılmış prosessual müddətin bərpa edilməsi haqqında ərizəsi təmin edilməsin. İddiaçı Məmmədli oğlunun Cavabdehnə (üçüncü şəxslər X11, X14, X8, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı X34) qarşı qərarın qismən ləğv edilməsi və şəhadətnamənin ləğv edilməsi tələbinə dair iddia ərizəsi mümkün sayılmasın. Qərardaddan 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aygül İsgəndərova
Məhkəmə qərarları › İş №2-1(114)-349/2020
Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-349/2020
29.01.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver