Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-349/2024 23.01.2024 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinə qarşı İİ dərəcə müddətsiz əlilliyin təyin edilməsi tələbinə dair iş üzrə Giriş hissə: Hakim Əliyeva Gülşən Talıb qızının sədrliyi, Əsgərov Yadigar Əsgər oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinə qarşı xx.xx.2023-cü il tarixdən ikinci dərəcə müddətsiz əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə Gəncə İnzibati Məhkəməsinin (Gəncə şəhəri, H.Əliyev prospekti, 105) binasında açıq məhkəmə iclasında şifahi dinləmələr qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: I. İşin halları
1. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Hərbi Həkim Komissiyasının xx.xx.2001-ci il tarixli 22 nömrəli arayışında "Döş qəfəsini dəlib keçən güllə yaralanması və sol bazunun güllə yaralanmasından sonrakı vəziyyət" diaqnozlu travmanın səbəb əlaqəsi "Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır" kimi müəyyənləşdirilmişdir.
2. İddiaçı ilkin olaraq Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar xx.xx.2004-cü il tarixdə 1 il müddətinə üçüncü dərəcə, daha sonra eyni səbəbli əlaqə ilə xx.xx.2007-ci il tarixdə 1 il müddətinə üçüncü dərəcə, xx.xx.2008-ci il tarixdə 1 il müddətinə üçüncü dərəcə, xx.xx.2009-cu il tarixdə 1 il müddətinə ikinci dərəcə, xx.xx.2010-cu il tarixdə 1 il müddətinə ikinci dərəcə, xx.xx.2011-ci il tarixdə 1 il müddətinə ikinci dərəcə, xx.xx.2012-ci il tarixdə 1 il müddətinə ikinci dərəcə, xx.xx.2013-cü il tarixdə 1 il müddətinə ikinci dərəcə, xx.xx.2014-cü il tarixdə 1 il müddətinə ikinci dərəcə, xx.xx.2015ci il tarixdə 1 il müddətinə ikinci dərəcə, xx.xx.2016-cı il tarixdən 5 il müddətinə ikinci dərəcə əlillik təyin edilmişdir.
3. X2 İnstitutunun xx.xx.2023-cü il tarixli 4956 nömrəli Tibbi rəyində diaqnoz "Hər iki plevra boşluğunu keçən güllə yaralanmasından, sağ İV qabırğanın rezeksiyasından sonrakı vəziyyət. Qarışıq tipli əhəmiyyətli ventilyasiya pozğunluğu" kimi qeyd edilmişdir.
4. X2 İnstitutunun xx.xx.2023-cü il tarixli 1953 nömrəli Spirometriya müayinəsinin nəticəsində "Qarışıq tipli əhəmiyyətli ventilyasiya pozğunluğu FVC 37%. FEV1 38%" kimi qeyd olunmuşdur.
5. Bərdə Mərkəzi Rayon Xəstəxanasının xx.xx.2021-xx.xx.2021-ci il tarixli Xəstəlik tarixindən çıxarışında iddiaçının diaqnozu "Döş boşluğunu dəlib keçən güllə yaralanması, hər iki ağgiyər yaralanmasına görə edilmiş cərrahi əməliyyatdan sonrakı vəziyyət. Bitişmə xəstəliyi. Hər iki aşağı ətraf venalarının varikoz genişlənməsi. Xroniki bronxit astmatik kompanentlə. TÇ İİ dərəcə" kimi qeyd olunmuşdur.
6. Azərbaycan Respublikası Tibb Universitetinin xx.xx.2019-cu il tarixli arayışından məlum olur ki, xəstə İddiaçı xx.xx.2018-ci il tarixdən etibarən “HCV mənşəli xroniki qaraciyər xəstəliyi, qaraciyər sirrozu, Tirotoksikoz” diaqnozu ilə həkim nəzarəti altındadır. Hal-hazırda nəzarət və müalicə davam etdirilir.
7. İddiaçının növbəti müayinəsi xx.xx.2021-ci il tarixdə həyata keçirilmiş və X3: XX Sinif – Xəstələnmənin və ölümün xarici səbəbləri => Y35-Y36 – Qanunla nəzərdə tutulmuş hərəkətlər bə hərbi əməliyyatlar => Y36 – Hərbi əməliyyatlar => Y36.4 – Hərbi əməliyyatlar nəticəsində odlu… Hərbi əməliyyatlar nəticəsində odlu silahla və digər adi silah növləri ilə törədilmiş zədələnmələr, Sol döş boşluğunu dəlib keçən güllə yaralanması. Hər iki ağciyərin yaralanmasına görə edilmiş cərrahi əməliyyatdan sonrakı vəziyyət. (1992) Diaqnozun mətni: Ağırlaşma Periton bitişmələri, Bitişmə xəstəliyi. Ağırlaşma Digər cərrahi müdaxilədən sonrakı vəziyyətlər, Sol döş boşluğunu dəlib keçən güllə yaralanması. Hər iki ağciyərin yaralanmasına görə edilmiş cərrahi əməliyyatdan sonrakı vəziyyət. (1992) Məzkəzə göndərilmənin / İmtina edilmənin səbəbi: Göndərişin natamam doldurulması - Səbəb: əsas diaqnozun ağırlaşmalarını təsdiq edən instrumental müayinələr dəqiqləşdirilsin və ətraflı qeyd olunsun." səbəbi ilə imtina verilmişdir.
8. Növbəti dəfə iddiaçının əlillik vəziyyəti tibb müəssisəsinin 0232003AAXQB nömrəlli göndərişi əsasında xx.xx.2022-ci il tarixdə qiymətləndirilmiş və X3: XX Sinif – Xəstələnmənin və ölümün xarici səbəbləri => Y35-Y36 – Qanunla nəzərdə tutulmuş hərəkətlər bə hərbi əməliyyatlar => Y36 – Hərbi əməliyyatlar => Y36.4 – Hərbi əməliyyatlar nəticəsində odlu… Diaqnozun mətni: Hərbi əməliyyatlar nəticəsində odlu silahla və digər adi silah növləri ilə törədilmiş zədələnmələr. Hər iki ağciyərin yaralanmasına görə edilmiş cərrahi əməliyyatdan sonrakı vəziyyət. (1992) Məzkəzə göndərilmənin / İmtina edilmənin səbəbi: Diaqnoz əlillik əlaməti təyin etməməsi - Səbəb: Diaqnoz əlillikəlaməti təyin etmir barədə qərar qəbul edilmişdir" səbəbi ilə imtina verilmişdir.
9. Cavabdeh orqan iddiaçının imtina barədə qərardan verdiyi şikayətə xx.xx.2022-ci il tarixdə baxaraq, onun əyani müayinəsini həyata keçirmiş və xx.xx.2022-ci il tarixdə İddiaçı barəsində diaqnoz əlillik əlaməti təyin etməməsi barədə **********2 nömrəli qərar qəbul etmişdir.
10. Vətəndaş müraciətinə əsasən xx.xx.2023-cü il tarixində DTSERA-da əyani müayinədə olmuş, Diaqnozun mətni: Ağciyərin digər travmaları, Hər iki plevra boşluğunu dəlib keçən güllə yaralanmasından, sağ İV qabırğanın rezeksiyasından sonrakı vəziyyət. Qarışıq tipli əhəmiyyətli ventelyasiya pozğubluğu. Məzkəzə göndərilmənin / İmtina edilmənin səbəbi: Diaqnoz əlillik əlaməti təyin etməməsi - Səbəb: Diaqnoz əlillikəlaməti təyin etmir barədə qərar qəbul edilmişdir" səbəbi ilə imtina verilmişdir.
11. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X4-Sosial Ekspert Komissiyasının xx.xx.2023-cü il tarixli 3-17-4/3-3-3791/2023 nömrəli qərarı ilə İddiaçı – diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir.
12. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dayanıqlı və Operativ Sosial Təminat X7 DOST Mərkəzinin xx.xx.2023-cü il tarixli 3-17- 7/2-M-37218/2023 nömrəli arayışına əsasən İddiaçı xx.xx.2008-ci il tarixdən xx.xx.2021-ci il tarixədək Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Sosial ödənişlər” altsisteminə əsasən Nazirliyin tabeliyində Dövlət Sosial Müdafiə Fondundan Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar 2-ci dərəcə əlilliyə görə Prezident təqaüdü almışdır.
13. Məhkəmənin sorğusuna Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu PHŞ-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filailının xx.xx.2023-cü il tarixli 3-17-1/2-195325/2023 nömrəli cavab məktubunda bildirilmişdir ki, İddiaçı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən təqdim olunmuş 10 oktyabr 2017-ci il tarixli məlumat vərəqəsinə əsasən 11 noyabr 2017-ci il tarixində “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar” İİ qrup əlilliyə görə əmək pensiyası təyin edilmişdir. Adıçəkilən şəxsin əlillik müddətinin bitməsi ilə əlaqədar ona pensiya ödənişi xx.xx.2021-ci il tarixdən dayandırılıb.
14. Məhkəmənin sorğusuna Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu PHŞ-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filailının xx.xx.2023-cü il tarixli 3-17-1/2-Ə-239363/2023 nömrəli və xx.xx.2023-cü il tarixli 3-17-1/2-289978/2023 nömrəli cavab məktublarında bildirilmişdir ki, vətəndaş İddiaçı xx.xx.2011-ci il tarixdən Mərkəzi Filial tərəfindən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.16.1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar” İİ dərəcə əlilliyə görə təminat xərcliyinin (376,90 manat) 80 faizi - 301,52 manat məbləğində hərbi qulluqçu kimi əmək pensiyası təyin edilib. Adıçəkilən şəxsin əmək pensiyası xx.xx.2017-xx.xx.2018ci il tarixləri arasındakı dövr üzrə 301,52 manat, xx.xx.2018-xx.xx.2019-cu il tarixləri arasındakı dövr üzrə 320,00 manat, xx.xx.2019-xx.xx.2019-cu il tarixləri arasındakı dövr üzrə 404,00 manat, xx.xx.2019-xx.xx.2021-ci il tarixli arasındakı dövr üzrə isə 475,40 manat təşkil edib. II. Məhkəmədə icraat
15. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin rəisi Anar Bayramova qarşı iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibb Sosial Ekspertiza və Reabilitasiya Xidməti tərəfindən ona əlilliyin təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
16. İddiaçı tələbini onunla əsaslandırılmışdır ki, 19 avqust 1992-ci il tarixdə hərbi xidmət dövründə Qarabağ müharibəsində döyüşlərə qatılmışdır. 1992-ci ildə döyüş müddətində iki dəfə ağır yaralanmışdır. Qubadlı rayon Xanlıq kəndində 1 ay hərbi xəstəxanada müayinə və müalicə olunmuşdur. Bakı şəhərində Daxili İşlər Nazirliyində Qospitalında (Ayna Sultanova) və 3 ay Bayıl qəsəbəsi infeksiyonnu xəstəxanada müalicə almışdır. Hərbi xəstəxanada yaralanması ilə bağlı sənədlərini Bərdə rayon 21 saylı tibbi sosial ekspertiza komissiyasına təqdim etmişdir. Ona 2-ci dərəcəli əlillik təyin olunmuşdur. Lakin ona təyin olunan əlillik müddəti qurtardıqdan sonra növbəti əlillik təyin olunmamışdır. Uzun müddət dəfələrlə müraciət olunmasına baxmayaraq ona əlillik təyin etmirlər. Ona 2004-cü ildən 2009-cu ilə qədər İİİ qrup əlillik təyin edilmişdir. 2009-cu ildən 2021-ci ilə qədər olan müddət ərzində isə ona İİ dərəcəli əlillik təyin edilmişdir. Dəfələrlə 088 nömrəli xəstəlik forması ilə əlilliyin təyin edilməsi üçün Dövlət Tibbi Sosial Ekspert Komissiyasına sənədləri göndərilməsinə baxmayaraq ona əlillik təyin etmirlər. Süründürməçiliyə düşmüşdür. İş qabiliyyətini itirmişdir. Heç bir yerdə işləmir. Çətinlik çəkir. Maddiyyat ucbatından dərmanlarını ala bilmir. Odur ki, məcburiyyət qarşısında qalaraq məhkəməyə müraciət etməli olmuşdur. Ona əlillik təyin etmirlər. Dəfələr imtina göndərilmişdir.
17. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır.
18. İddiaçı xx.xx.2023-cü il tarixdə məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək cavabdeh qismində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsini qeyd etməklə onun üzərinə xx.xx.2021-ci il tarixdən ona ikinci dərəcə əlilliyin müddətsiz təyin edilməsi öhdəliyinin qoyulması barədə qərar çıxarılmasını xahiş etmiş və məhkəmənin eyni tarixli qərardadı ilə ərizə icraata qəbul edilmişdir.
19. İddiaçı xx.xx.2023-cü il tarixdə məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, xx.xx.2023-cü il tarixdən ona ikinci dərəcə müddətsiz əlilliyin təyin edilməsi öhdəliyinin qoyulması barədə qərar çıxarılmasını xahiş etmiş və məhkəmənin eyni tarixli qərardadı ilə ərizə icraata qəbul edilmişdir. III. İddianın növü və mümkünlüyü
20. Məhkəmə qeyd edir ki, hazırkı iddia ümumi mümkünlük şərtlərinə (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.), eyni zamanda xüsusi mümkünlük şərtlərinə əməl olunmaqla verilmişdir. Belə ki, iddiaçı hazırkı iddianı qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmişdir.
21. Hazırkı iddia İPM-in 2.2.2-ci maddəsində nəzərdə tutulmuş məcburetmə haqqında iddia növünə aiddir. İPM-ə görə: Maddə 2.2.2. İnzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Maddə 33.1. Məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 8.1.2. Mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur.
22. Hazırkı işdə məcburetmə haqqında iddianın xüsusi mümkünlük şərti kimi tələb olunan müddətlə bağlı şərt də ödənilmişdir. Belə ki, iddiaçının əlilliyi sonuncu dəfə xx.xx.2023-cü il tarixdə qiymətləndirilmiş və diaqnozun əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir. Lakin həmin qərarın rəsmi qaydada iddiaçıya təqdim edilməsi barədə cavabdeh tərəfindən sübut təqdim edilməmişdir.
23. İddiaçı hazırkı iddia tələbi ilə xx.xx.2023-cü il tarixdə məhkəməyə müraciət etmişdir.
24. Digər tərəfdən, həmin imtina qərarında ona qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə (şikayət vermə) qaydası və müddəti nəzərdə tutulmadığı üçün «İnzibati icraat haqqında» Qanunun 73.2-ci maddəsinin tələblərinə müvafiq olaraq ida ddiaçı tərəfindən müddətin ötürülmədiyi müəyyən edilir.
25. Cavabdeh orqanın səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə etdiyi üçün hazırkı işə xüsusi aidiyyət qaydası tətbiq olunmaqla, iddiaçının yaşayış yeri (və ya olduğu yer) üzrə baxılır. İddiaçının yaşadığı (olduğu) yer olan Bərdə rayonu “Azərbaycan Respublikası apellyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının xx.xx.2019-cu il tarixli Qərarına əsasən Gəncə İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edilmişdir.
26. Məhkəmə hazırkı iddianın məcburetmə iddia növünə aid olduğunu və iddiaçının yaşadığı yerin ünvanını nəzərə alaraq hesab edir ki, işə ərazi aidiyyəti üzrə Gəncə İnzibati Məhkəməsində baxılmalıdır.
27. Göründüyü kimi, iddia mümkün iddiadır, ona görə ki, hazırkı iddianın qaldırılması üçün inzibati prosessual qanunvericilikdə nəzərdə tutulan həm ümumi, həm xüsusi mümkünlük şərtləri ödənilmiş və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir. IV. Prosessual məsələlər
28. İş üzrə inzibati prosessual qanunvericiliyin tələblərinə müvafiq prosessual hərəkətlər edilərək, şifahi məhkəmə baxışı iclası xx.xx.2024-cü il tarixə təyin edilmiş, bu barədə tərəflərə məlumat verilərək şifahi məhkəmə baxışı ilə bağlı iclasa gəlmədikləri halda onların iştirakı olmadan ərizəyə baxılacağı və iş üzrə qərar qəbul ediləcəyi barədə xəbərdarlıq edilmişdir.
29. İddiaçı məhkəmə iclasına gəlmiş, cavabdeh isə nümayəndəsinin iştirakını təmin etməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.
30. Məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. V. Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri
31. İddiaçı şifahi məhkəmə baxışı iclasında iddianı müdafiə edərək, onun təmin edilməsinə dair qərar çıxarılmasını xahiş etmişdir.
32. Cavabdeh orqanın iddiaya qarşı yazılı etirazı məhkəməyə daxil olmuşdur.
33. Etiraz onunla əsaslandırılmışdır ki, Bərdə rayon sakini xx.xx.1971-ci il təvəllüdlü İddiaçı əlillik vəziyyətini qiymətləndirməsi üçün tibb müəssisəsinin yeni göndərişi rəsmiləşdirilmişdir, qərar verilməsi üçün Agentliyə göndərilmişdir. Vətəndaşın müraciəti əsasında əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olunmuşdur ki, İddiaçı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Xüsusi Həkim Komissiyası tərəfindən xx.xx.2001-cü il tarixli 22 nömrəli qərar verilmişdir. Həmin qərarda “Döş qəfəsini dəlib keçən güllə yaralanması və sol bazunun güllə yaralanmasından sonrakı vəziyyət” diaqnozlu travmanın səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi müəyyənləşdirilmişdir. Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı qaraciyər sirrozundan əziyyət çəkdiyini ifadə etmiş, hər iki döş qəfəsinin ön səthində çapıqlar izlənilmiş, auskultasiyada vezikulyar tənəffüs eşidilmiş, tənəffüs keçiriciliyi simmetrik, saturasiya Sp02-97%, qarnı palpasiyada ağrısız, assit əlamətləri müəyyən edilməmişdir. Təqdim edilmiş Bərdə Mərkəzi Rayon Xəstəxanası xx.xx.2021- xx.xx.2021-ci il tarixli Xəstəlik tarixindən çıxarışda diaqnoz “Döş boşluqunu dəlib keçən güllə yaralanması, hər iki ağciyər yaralanmasına görə edilmiş cərrahi əməliyyatdan sonrakı vəziyyət. Bitişmə xəstəliyi. Hər iki asagı ətraf venalarının varikoz genişlənməsi. Xroniki bronxit astmatik komponentlə. TC İİ dərəcə” kimi qeyd olunsa da, ixtisaslaşmış Tibb müəssisəsində müayinə olunmamış, ekspertiza üçün əhəmiyyətli Spirometriya müayinə sənədi təqdim etməmiş, əyani baxış zamanı əlillik təyinatına əsas verən tənəffüs çatışmazlığı əlamətləri aşkar edilməmiş, qeyd edilən diaqnoz öz təsdiqini tapmamışdır. ƏƏSMN tabeliyində DTSERA-da xx.xx.2022-ci il tarixdə Tam abdominal USM müayinəsi aparılmış, nəticə “Qaraciyər exoqenliyi cüzi azalıb, strukturu həmcinsdir” kimi müəyyən olunmuşdur. Təqdim olunmuş hərbi biletə əsasən, AR Milli Məclisinin “Hərbi cinayətlər törətmiş şəxslərin amnistiyası haqqında” xx.xx.1997-ci il tarixli qərarına əsasən vətəndaşın hərbi xidmətinin ləğv edilməsi barədə məlumat qeyd olunmuşdur. Nəticədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”yə müvafiq olaraq diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir. Dövlət Tibbi-Sosial Ekspertiza və X4-sosial ekspert komissiyası (bundan sonra-Komissiya) xx.xx.2023-cü il tarixində aşağıda adı göstərilən 27 nəfər vətəndaşların müarciətlərinə əsasən əyani müayinəsini həyata keçirmiş və aşağıdakıları müəyyən etmişdir. Bərdə rayon sakini xx.xx.1971-ci il təvəllüdlü İddiaçı (FİN: xxxxxxx) əlillik vəziyyəti tibb müəssisəsinin 0232003AAXQB nömrəli xx.xx.2022-ci il tarixli göndərişi əsasında qiymətləndirilmiş və Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar verilmişdir (ESDAS **********8). Yenidən əlillik vəziyyətinin qiymətləndirməsi üçün tibb müəssisəsinin yeni göndərişi rəsmiləşdirilmiş, qərar verilməsi üçün Agentliyə göndərilmişdir. Vətəndaşın müraciəti əsasında əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olunmuşdur ki, İddiaçı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.2001-ci il tarixli 22 nömrəli Qərar verilmişdir. Həmin qərarda “Döş qəfəsini dəlib keçən qüllə yaralanması və sol bazunun qüllə yaralanmasından sonrakı vəziyyət” diaqnozlu travmanın səbəb əlaqəsi “Hərbi travınadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi müəyyənləşdirilmişdir. Vətəndaş xx.xx.2022-ci il tarixində DTSERA-da əyani müayinədə olmuş, "Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı qaraciyər sirrozundan əziyyət çəkdiyini ifadə etmiş, hər iki döş qəfəsinin ön səthində çapıqlar izlənilmiş, auskuitasiyada vezikulyar tənəffüs eşidilmiş, tənəffüs keçiriciliyi simmetrik, saiurasiya Sp02-97%, qamı palpasiyada ağrısız, assit əlamətləri müəyyən edilməmişdir kimi qeyd olunmuş, Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir. Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı qabırğa ağrısından, təngnəfəslikdən şikayətlənmişdir. Baxış zamanı sağda 1x7 sm olmaqla hər iki döş qəfəsinin ön səthində çapıqlar izlənilmişdir. Müayinə zamanı nəbzi 69 vurğu, saturasiyası 98%, tənəffüsün sayı 16 müəyyən edilmiş, auskuitasiyada vezikulyar tənəffüs eşidilmişdir. X2 İnstitutunun xx.xx.2023-cü il tarixli 4956 nömrəli Tibbi rəydə diaqnoz "Hər iki plevra boşluğunu keçən güllə yaralanmasından, sağ İV qabırğanın rezeksiyasından sonrakı vəziyyət. Qarışıq tipli əhəmiyyətli ventilyasiya pozğunluğu” kimi qeyd edilmişdir. Vİ. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər
34. Məhkəmə araşdırmasının predmetini aşağıdakı sənədlər təşkil etmişdir: - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Hərbi Həkim Komissiyasının xx.xx.2001-ci il tarixli 22 nömrəli arayışı; - Azərbaycan Tibb Universitetinin X5 xx.xx.2019-cu il tarixli arayışı; - Ambulator xəstənin tibbi vərəqi; - Xəstənin ambulator, stasionar tibbi kartasından çıxarışlar; - X2 İnstitutunun xx.xx.2023-cü il tarixli 1953 nömrəli Spirometriya müayinəsinin nəticəsi; - “Bərdə rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin 0232003AAXQB nömrəli göndərişi; - Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dayanıqlı və Operativ Sosial Təminat X7 DOST Mərkəzinin xx.xx.2023-cü il tarixli 3-17- 7/2-M-37218/2023 nömrəli arayışı; - Məhkəmənin sorğusuna Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu PHŞ-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filailının xx.xx.2023-cü il tarixli 3-17-1/2-195325/2023 nömrəli, xx.xx.2023-cü il tarixli 3-17-1/2-Ə-239363/2023 nömrəli və xx.xx.2023-cü il tarixli 3-17-1/2- 289978/2023 nömrəli cavab məktubları; - Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatlar; - Müayinə aktından çıxarışlar; - Məhkəmənin sorğusuna əsasən cavabdehin təqdim etdiyi İddiaçı dair tibbi-sosial ekspertiza sənədləri.
Əsaslandırma hissəsi:
Vİİ. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi
35. Məhkəmə proses iştirakçısının izahatını dinləyərək, inzibati iş materiallarını araşdırıb, mövcud olan sübutları obyektiv, hərtərəfli və tam tədqiq etməklə, onlara hüquqi qiymət verərək belə qənaətə gəlir ki, iddia mahiyyət baxımından əsaslıdır və təmin edilməlidir.
36. Belə ki, cavabdeh orqanın təqdim etdiyi sənədlərlə müəyyən edilir ki, İddiaçı ilkin olaraq Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar xx.xx.2004cü il tarixdə 1 il müddətinə üçüncü dərəcə, daha sonra eyni səbəbli əlaqə ilə xx.xx.2007-ci il tarixdə 1 il müddətinə üçüncü dərəcə, xx.xx.2008-ci il tarixdə 1 il müddətinə üçüncü dərəcə, xx.xx.2009-cu il tarixdə 1 il müddətinə ikinci dərəcə, xx.xx.2010-cü il tarixdə 1 il müddətinə ikinci dərəcə, xx.xx.2011-ci il tarixdə 1 il müddətinə ikinci dərəcə, xx.xx.2012-ci il tarixdə 1 il müddətinə ikinci dərəcə, xx.xx.2013-cü il tarixdə 1 il müddətinə ikinci dərəcə, xx.xx.2014-cü il tarixdə 1 il müddətinə ikinci dərəcə, xx.xx.2015-ci il tarixdə 1 il müddətinə ikinci dərəcə, xx.xx.2016-cı il tarixdən 5 il müddətinə ikinci dərəcə əlillik təyinatı aparılmış, xx.xx.2021-ci il tarixli müayinə zamanı göndərişin natamam doldurulması, xx.xx.2022-ci il tarixli müayinə zamanı diaqnoz əlilik əlaməti təyin etməməsi, xx.xx.2023-cü il tarixli müayinə zamanı diaqnoz əlilik əlaməti təyin etməməsi əsası ilə əlillik təyinatının aparılmasından imtina edilmişdir.
37. Göründüyü kimi, iddiaçıya xx.xx.2007-ci il tarixdən etibarən fasiləsiz olaraq 3 il üçüncü dərəcə, xx.xx.2009-cu il tarixdən etibarən isə fasiləsiz olaraq 12 il ikinci dərəcə əlilliyin təyin olunması təsdiq olunur.
38. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydaları”na görə: Bənd 1.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qəran ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra — Komissiya) tərəfindən "Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbisosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra — göndəriş) əsasında aparılır. Bənd 1.6. Orqanizmin funksiyalarının pozulması faizinin, səbəbinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra – altsistem) vasitəsilə aparılır. Bənd 1.8. Əlillik Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nda nəzərdə tutulan insanın həyat fəaliyyətinin əsas kateqoriyaları və onların məhdudlaşma dərəcələri və “Əlilliyin müəyyən olunması meyarları”na Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə əsasən müəyyən olunur. Bənd 1.9. Orqanizmin funksiyalarının 30 faizədək pozulması hallarında əlillik müəyyən edilmir, 30 faizdən artıq pozulması hallarında isə 31-60 faizədək, 61-80 faizədək və 81-100 faizədək qiymətləndirilməklə əlillik müəyyən edilir. Bənd 1.11. Anadangəlmə xəstəlikdən və ya çatışmazlıqdan, yaxud sonradan qazanılmış xəstəlikdən və ya zədədən, habelə sonradan qazanılmış xəstəlik və ya zədə ilə bağlı çatışmazlıqdan irəli gələn orqanizmin funksiyalarının pozulmasının əlilliyin müəyyən edilməsinə əsas verən bir neçə halı olduqda, hər bir hal ayrılıqda qiymətləndirilir və orqanizmin funksiyalarının pozulması faizi müəyyənləşdirilir. Bu zaman orqanizmin funksiyalarının pozulmasının faiz göstəriciləri eyni olduqda, yekun göstərici 10 faiz artırılmaqla, fərqli olduqda ən yüksək olan göstərici 10 faiz artırılmaqla, ümumilikdə isə 100 faizdən çox olmamaqla müəyyən edilir. Hər hansı bir hal üzrə müddətsiz əlillik müəyyən edilməsinə əsas olduqda, əlillik müddətsiz müəyyən edilir.
39. Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı 18 may 2022-ci il tarixli 191 nömrəli (“Xalq” qəzeti, 20 may 2022-ci il, № 105, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 5, maddə 553) ilə “Əlilliyin qiymətləndirilməsi Qaydası”na yeni məzmunda 4-cü hissə əlavə edilmişdir. Bənd 4.2. Müddət göstərilməklə müəyyən olunmuş orqanizmin funksiyalarının pozulması 31-60 faiz aralığında ardıcıl olaraq 15 il, 61-80 faiz aralığında ardıcıl olaraq 10 il və 81-100 faiz aralığında ardıcıl olaraq 4 il müddətində müəyyən olunduğu halda, eləcə də fərqli faiz aralıqları üzrə bu Qaydanın 4.3-cü bəndi nəzərə alınmaqla 15 il əlillik müddəti olduqda, növbəti qiymətləndirmə zamanı əlillik müddətsiz müəyyən edilir. Bənd 4.3. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın qüvvəyə mindiyi günədək əlilliyi müəyyən edilmiş şəxslərin əlillik müddətləri İ, İİ və İİİ dərəcə üzrə müvafiq olaraq 81-100 faiz, 61-80 faiz və 31-60 faiz kimi bu Qaydanın 4.2-ci bəndində qeyd edilmiş müddətlərə daxil edilir. Həmin tarixədək müəyyən edilmiş sağlamlıq imkanlarının məhdudluğu müddəti orqanizmin funksiyalarının pozulmasının hər üç faiz aralığı müddəti üzrə nəzərə alınır.
40. Hazırkı işdə iddiaçının ikinci dərəcə əlilliyinin 10 il fasiləsiz olaraq müəyyən edilməsinə istinad edərək, ona müddətsiz ikinci dərəcə əlilliyin təyin edilməsini xahiş edir.
41. İş materialları ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın qüvvəyə mindiyi günədək iddiaçının 10 ildən artıq fasiləsiz ikinci dərəcə əlilliyinin olması təsdiq olunur.
42. Belə olan halda məhkəmə hesab edir ki, cavabdeh orqan tərəfindən “Əlilliyin qiymətləndirilməsi Qaydaları”nın tələbləri pozulmaqla, iddiaçının növbəti qiymətləndirilməsi zamanı ona müddətsiz əlillik təyin edilməli olduğu halda bunu etməmişdir.
43. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 16 mart tarixli 484 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və X1 görə: Bənd 3.1. Bu Əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq Xidmətin vəzifələri aşağıdakılardır: 3.1.2. əlilliyin və reabilitasiya imkanlarının qiymətləndirilməsi əsasında şəxsin əlillik dərəcəsi, onun müddəti, səbəbi və əlilliyin baş vermə vaxtı barədə tibbi-sosial ekspert komissiyaları tərəfindən qərar qəbul edilməsini təmin etmək.
44. “İnzibati icraat haqqında” Qanuna görə: Maddə 14.1. İnzibati orqan diskresion səlahiyyətlərini qanunla müəyyən olunmuş hüdudlar daxilində (qanunla ona verilmiş səlahiyyətlər daxilində) həyata keçirməyə borcludur. Maddə 14.3. Diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı fiziki və ya hüquqi şəxslərin hüquq və azadlıqlarının əsassız məhdudlaşdırılmasına yönəldilmiş qərarlar qəbul oluna bilməz. Maddə 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Maddə 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Maddə 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir.
45. Göründüyü kimi, ikinci dərəcə əlillik fasiləsiz olaraq 10 (on) il təyin olunduğu halda əlilliyin müddətsiz müəyyən edilməsi üçün yenidən göndərişin tərtib edilərək əlilliyi müəyyən edən orqana göndərilməsi nəzərdə tutulmamışdır. İkinci dərəcəli əlilliyin müddətsiz müəyyən edilməsinin yeganə şərti əlillik müddətinin fasiləsiz olaraq 10 il olmasıdır, bu şərt də iddiaçıya münasibətdə mövcud olmuşdur
46. Beləliklə işin faktiki hallarına və yuxarıda qeyd olunan maddi hüquq normalarına əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, İddiaçı xx.xx.2023-cü il tarixdən ikinci dərəcə müddətsiz əlilliyin təyin edilməsi öhdəliyi cavabdeh orqanın üzərinə qoyulmalıdır.
37. İPM-ə görə: Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Nəticəvi hissə:
35. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 75 və 85-ci maddələrini rəhbər tutaraq
qərara aldı:
İddia təmin edilsin. İddiaçı xx.xx.2023-cü il tarixdən ikinci dərəcə müddətsiz əlilliyin təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinin üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına (Gəncə şəhəri, Atatürk prospekti, 252) apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən Gülşən Əliyeva