Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-350/2024 07.05.2024 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçılar X1 və İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 7 saylı Bərdə Ərazi İdarəsinə qarşı torpaq sahəsi üzərində icarə hüququnun qeydiyyata alınması tələbinə dair iş üzrə Giriş hissə: Hakim Əliyeva Gülşən Talıb qızının sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, İddiaçılar X1 və İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 7 saylı Bərdə Ərazi İdarəsinə (üçüncü şəxs Bərdə rayonu Çələbilər bələdiyyəsi) qarşı 0.72 ha torpaq sahəsi üzərində icarə hüququnun mərhum X5 məxsus olması barədə arayış verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə Gəncə İnzibati Məhkəməsinin (Gəncə şəhəri, H.Əliyev prospekti, 105) binasında açıq məhkəmə iclasında şifahi dinləmələr qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: I. İşin halları
1. Bərdə rayonu Çələbilər kənd bələdiyyəsinin xx.xx.2004-cü il tarixli 05 saylı iclas protokolundan çıxarışa əsasən Çələbilər bələdiyyəsinin ehtiyat fondunda olan 0.72 ha torpaq sahəsinin ayrılaraq, kənd təsərrüfatı məhsulları istehsal etmək məqsədi ilə Çələbilər kənd sakini X4 uzunmüddətli (35 il müddətinə) icarəsinə verilməsi qərara alınmışdır.
2. Sözügedən torpaq sahəsinə xx.xx.2004-cü il tarixdə sahəseçmə aktı və torpaq sahəsinin yerquruluşu planı tərtib edilmişdir.
3. X7 ilə Bərdə rayon Çələbilər kənd bələdiyyəsi arasında xx.xx.2005-ci il tarixli 06 nömrəli icarə müqaviləsi bağlanmışdır.
4. X7 xx.xx.2013-cü il tarixdə vəfat etmiş və xx.xx.2023-cü il tarixli qanun üzə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən vərəsələri X6 və İddiaçı müəyyən edilmişdir.
5. İddiaçı sözügedən torpaq sahəsi üzərində icarə hüquqlarının dövlət reyestrində qeydiyyata alınması məqsədilə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 7 saylı Bərdə Ərazi İdarəsinə müraciət etmiş, cavabdeh inzibati orqan isə xx.xx.2023-cü il tarixli məktubla müraciətin təmin edilməsindən imtina etmiş və imtinasını onunla əsaslandırmışdır ki, iddiaçılar tərəfindən Bərdə rayonu Çələbilər bələdiyyəsinin 01 aprel 2004-cü il tarixli 05 nömrəli qərarı, torpaq sahəsinin təsdiq olunmuş yerquruluşu planı, torpaq sahəsinin sahəseçmə aktı, torpaq sahəsinin icarəyə verilməsi haqqında müqavilə təqdim edilmiş, lakin ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bərdə rayon şöbəsinin müvafiq rəyi, torpaq sahəsinin planı və ölçüsü sənədi təqdim olunmamışdır. Eyni zamanda, torpaq sahəsi üzərində zəruri olan inventarlaşdırma işləri aparılmış, elektron baza məlumatları ilə düzgünlüyü yoxlanılmış və bu zaman məlum olmuşdur ki, naturada istifadə etdiyi torpaq sahəsinin döngə nöqtələrinin koordinatları ilə X2 X3 göstərilən torpaq sahəsinin döngə nöqtələrinin koordinatları arasında uyğunsuzluq vardır. Bu səbəbdən ərizənin icrası qeyri-mümkündür.
6. Məhkəmə qərardadı ilə əldə edilmiş mütəxəssis rəyində göstərilmişdir ki: 1) Məhkəmə məktubuna əlavə edilmiş Bərdə rayon Çələbilər kənd bələdiyyəsinin xx.xx.2004-cü il tarixli 05 saylı iclas protokolu ilə Bərdə rayonu Çələbilər kəndində yerləşən X5 icarəyə verilmiş 0.72 ha torpaq sahəsinin koordinatlarını əks etdirən (şəhadətnamə, plan ölçü və ya çıxarış) hər hansı sənəd olmadığından, yalnız iddiaçının iddia etdiyi və naturada göstərdiyi 0.78 ha torpaq sahəsi elektron məlumat bazası ilə müqaisələndirilmiş və məlum olmuşdur ki, həmin torpaq sahəsi TEKUİS məlumat bazasına əsasən, Bələdiyyənin ehtiyat fondu (BEF) kateqoriyalı, tut bağı (kənd təsərrüfatı məhsullarının istehsalı) uqodiyalı torpaq sahəsidir. 2) İddia olunan və naturada göstərilən torpaq sahəsinin yerləşmə mövqeyi, konfiqurasiyası təqdim edilən yerquruluşu planındakı cizgiyə uyğundur. Lakin koordinatların dəqiqliklə üst-üstə düşməsini təyin etmək mümkün olmamışdır. 3) Həmin torpaq sahəsinin TEKUİS məlumat bazasına əsasən hər hansısa subyektin mülkiyyətində və ya istifadəsində olan torpaq sahəsi ilə üst-üstə düşmə halı aşkarlanmadı. 4) İddiaçı tərəfindən naturada göstərilən 0.78 ha torpaq sahəsi üzərində hər hansı mühəndis komunikasiya xətti mövcud olmadığından, qaz kəmərinin mühafizə zolağına, çayların, göllərin və sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı obyektlərin mühafizə zonalarına düşmür. Lakin şimal hissəsindən 3 metr aralı məsafədə 10 kvt-luq elektrik xətti keçir.
7. Məhkəmənin sorğusuna Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 7 saylı Bərdə Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli 3-21-3-46/2-1880/24 nömrəli cavab məktubunda bildirilmişdir ki, Bərdə rayonu, Çələbilər kəndində yerləşən X5 icarəyə verilmiş 0.72 ha torpaq sahəsinə, keçmiş Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən tərtib edilmiş yerquruluşu planından çıxarışda koordinatlar olmadığından və yerquruluşu planı 1:10000 miqyasda tərtib edildiyindən, 0.72 ha torpaq sahəsinin, onların faktiki istifadə etdikləri 0.78 ha torpaq sahəsinin hansı hissəsində yerləşdiyi təyin edilə bilmədiyindən, onlara sənəd üzrə verilmiş 0.72 hektar torpaq sahəsinin ortofoto görüntüsünü tərtib etmək mümkün olmamışdır. Yalnız, iddiaçıların hal-hazırda istifadələrində olan 0.78 hektar torpaq sahəsinin ortofoto görüntüsü təqdim edilir.
8. Çələbilər kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2024-cü il tarixli arayışında bildirilir ki, həqiqətən də Çələbilər bələdiyyəsi tərəfindən 2004-cü ildən onun mərhum həyat yoldaşı Yusif Behbudovun istifadəsinə verilmiş 0.72 ha torpaq sahəsi həmin vaxtdan hazırkı dövrədək maneəsiz olaraq istifadəsindədir və ötən illər ərzində hərhansı şəxslərlə sözügedən torpaq sahəsi ilə bağlı mübahisələri olmamışdır. Həmin torpaq sahəsinə bitişik 0.06 ha torpaq sahəsini kol-kosdan təmizləyərək İddiaçı maneəsiz istifadə edir. II. Məhkəmədə icraat
9. İddiaçılar X6 və İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 7 saylı Bərdə Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, Bərdə rayonu Çələbilər bələdiyyəsinin xx.xx.2004-cü il tarixli 05 saylı qərarı və bunun əsasında Bərdə rayonu Çələbilər bələdiyyəsinin xx.xx.2005-ci il tarixli 06 saylı icarə müqaviləsi ilə 35 il müddətinə icarəyə verilən Bərdə rayonu, Çələbilər kəndində yerləşən 0.72 ha torpq sahəsi üzərində icarə hüququnun qeydiyyata alınması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir.
10. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, mərhum X7 iddiaçılardan İddiaçı həyat yoldaşı, Arzuman Behbudovun isə atası olmuşdur və vəfat edənədək bir yerdə yaşamışlar. Bərdə rayonu Çələbilər kənd bələdiyyəsinin xx.xx.2004-cü il tarixli 05 saylı iclas protokolundan çıxarışdan göründüyü kimi, bələdiyyənin mülkiyyətində olan torpaqlardan icarəyə və ya istifadəyə torpaq sahəsi ayrılması barədə Çələbilər bələdiyyəsinin ehtiyat fondunda olan 0.72 ha torpaq sahəsi ayrılaraq, kənd təsərrüfatı məhsulları istehsal etmək məqsədi ilə Çələbilər kənd sakini X4 uzunmüddətli (35 il müddətinə) icarəsinə verilməsi qərara alınmışdır. Bundan sonra, sözügedən torpaq sahəsinə xx.xx.2004-cü il tarixdə sahəseçmə aktı və torpaq sahəsinin yerquruluşu planı verilmişdir. Daha sonra, mərhum həyat yoldaşı X7 ilə Bərdə rayon Çələbilər kənd bələdiyyəsi arasında xx.xx.2005-ci il tarixli 06 nömrəli icarə müqaviləsi bağlanmışdır. X7 xx.xx.2013-cü il tarixdə vəfat etmişdir. O, vəfat etdikdən sonra sözügedən torpaq sahələrindən onlar istifadə edirlər. Həmin mirası qəbul etmək üçün etdiyi müraciətə, Azərbaycan Respublikasi Ədliyyə Nazirliyi Bərdə Regional “ASAN xidmət” mərkəzində notariat ofisi xx.xx.2022-ci il tarixli 2891/2022 saylı məktubla bildirilmişdir ki, Azərbaycan Respublikası Bərdə rayonu, Çələbilər kəndində qeydiyyatda olan X7 xx.xx.2013-cü ildə ölməsi barədə Bərdə regional ASAN xidmət” mərkəzində notariat ofisinə məlumat daxil olmuşdur. Təqdim edilmiş sənədlərə və məlumatlara əsasən bildirir ki, vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsinə dair müraciət etmiş aşağıdakı şəxslər mərhum X4 qanun üzrə 1-ci növbədə vərəsəsi kimi tanınmaq hüququna İddiaçı - arvadı və X6 - oğlu. İcarə hüquqlarını qeydə aldırmaq üçün Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsinə etdikləri müraciətə xx.xx.2023-cü il tarixdə, 3-21-3-46/2-B-0048-8/2023 saylı məktubla cavab verilmişdir ki, Bərdə rayonu Çələbilər bələdiyyəsinin 01 aprel 2004-cü il tarixli 05 nömrəli qərarı, torpaq sahəsinin təsdiq olunmuş yerquruluşu planı, torpaq sahəsinin sahəseçmə aktı, torpaq sahəsinin icarəyə verilməsi haqqında müqavilə təqdim edilmiş, lakin ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bərdə rayon şöbəsinin müvafiq rəyi, torpaq sahəsinin plan və ölçü sənədi təqdim olunmamışdır. Eyni zamanda bildirilmişdir ki, torpaq sahəsi üzərində zəruri olan inventarlaşdırma işləri aparılmış, elektron baza məlumatları ilə düzgünlüyü yoxlanılmışdır və bu zaman məlum olmuşdur ki, naturada istifadə etdikləri torpaq sahəsinin döngə nöqtələrinin koordinatları ilə X2 X3 göstərilən torpaq sahəsinin döngə nöqtələrinin koordinatları arasında uyğunsuzluq vardır.” Hansı ki, iddia ərizəsinə əlavə etdikləri sənədlərdən görünür ki, icarə hüquqlarının qeydə alınması üçün sənədləri kifayət qədərdir və qanunauyğundur. Sözügedən torpaq sahəsi onların icarəsində olmasına baxmayaraq cavabdeh təşkilat hüquqlarını pozur və icarə hüquqlarını qeydə almaqdan imtina edir. İcarə hüquqlarını başqa cür qeydə aldıra bilmirlər. Bu səbəbdən də məcbur qalıb məhkəməyə müraciət etməli olmuşlar.
11. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır.
12. İddiaçıların vəkil olan nümayəndəsi Vəkil xx.xx.2024-cü il tarixdə məhkəmə iclasında iddia tələbinin dəqiqləşdirilməsi ilə bağlı ərizə təqdim edərək, “Bərdə rayonu, Çələbilər kəndində yerləşən 0.72 ha torpaq sahəsi üzərində icarə hüququnun mərhum X5 məxsus olması barədə arayış verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmiş və məhkəmənin qərardadı ilə ərizə icraata qəbul edilmişdir. III. İddianın növü və mümkünlüyü
13. Məhkəmə qeyd edir ki, hazırkı iddia ümumi mümkünlük şərtlərinə (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.), eyni zamanda xüsusi mümkünlük şərtlərinə əməl olunmaqla verilmişdir. Belə ki, iddiaçı hazırkı iddianı qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmişdir.
14. Hazırkı iddia İPM-in 2.2.3-cü maddəsində nəzərdə tutulmuş öhdəliyin icrası haqqında iddia növünə aiddir. İPM-in: - 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. - 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. - 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. - 8.1.2-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur.
15. Hazırkı işdə öhdəliyin icrası haqqında iddianın xüsusi mümkünlük şərti kimi əvvəlcə eyni tələblə inzibati orqana müraciət edilməsi barədə şərt də ödənilmiş, iddiaçı hazırkı tələblə cavabdehə müraciət etmiş və cavabdeh tərəfindən onun müraciətinin təmin edilməsindən imtina edilmişdir.
16. Cavabdehin yerləşdiyi Bərdə rayonu “Azərbaycan Respublikası apellyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının xx.xx.2019cu il tarixli Qərarına əsasən Gəncə İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edilmişdir.
17. Məhkəmə hazırkı iddianın öhdəliyin icrası iddia növünə aid olduğunu və cavabdehin yerləşdiyi yerin ünvanını nəzərə alaraq hesab edir ki, işə ərazi aidiyyəti üzrə Gəncə İnzibati Məhkəməsində baxılmalıdır.
18. Göründüyü kimi, iddia mümkün iddiadır, ona görə ki, hazırkı iddianın qaldırılması üçün inzibati prosessual qanunvericilikdə nəzərdə tutulan həm ümumi, həm xüsusi mümkünlük şərtləri ödənilmiş və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir. IV.Prosessual məsələlər
19. İş üzrə inzibati prosessual qanunvericiliyin tələblərinə müvafiq prosessual hərəkətlər edilərək, işin şifahi məhkəmə baxış iclası xx.xx.2024-cü il tarixə təyin edilmiş, bu barədə tərəflərə və üçüncü şəxsə məlumat verilərək şifahi məhkəmə baxışı ilə bağlı iclasa gəlmədikləri halda onların iştirakı olmadan ərizəyə baxılacağı və iş üzrə qərar qəbul ediləcəyi barədə xəbərdarlıq edilmişdir.
20. İddiaçılar məhkəmə iclasına gəlməmiş, cavabdeh və üçüncü şəxs isə nümayəndələrinin iştirakını təmin etməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. V. Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri
21. Cavabdehin və üçüncü şəxsin iddiaya qarşı yazılı etirazları məhkəməyə daxil olmamışdır. VI. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər
22. Məhkəmə araşdırmasının predmetini aşağıdakı sənədlər təşkil etmişdir: - Bərdə rayonu Çələbilər kənd bələdiyyəsinin xx.xx.2004-cü il tarixli 05 saylı iclas protokolundan çıxarış; - xx.xx.2004-cü il tarixli sahəseçmə aktı və torpaq sahəsinin yerquruluşu planı; - xx.xx.2005-ci il tarixli 06 nömrəli icarə müqaviləsi bağlanmışdır. - xx.xx.2023-cü il tarixli qanun üzə vərəsəlik hüququ haqqında şəhadətnamə; - Doğum, ölüm və nikahın bağlanması barədə şəhadətnamələr; - Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 7 saylı Bərdə Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli imtina məktubu; - Çələbilər kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2024-cü il tarixli arayışı; - Mütəxəssis rəyi.
Əsaslandırma hissəsi:
VII. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi
23. Məhkəmə sübutları obyektiv, hərtərəfli və tam tədqiq edərək, inzibati iş materiallarını araşdırıb hüquqi qiymət verərək, belə qənaətə gəlir ki, iddia mahiyyət baxımından əsaslıdır və təmin edilməlidir.
24. İş materialları ilə müəyyən edilmiş hallardan görünür ki, Bərdə rayonu Çələbilər kənd bələdiyyəsinin xx.xx.2004-cü il tarixli 05 saylı iclas protokolundan çıxarışa əsasən Çələbilər bələdiyyəsinin ehtiyat fondundan olan torpaq sahəsindən 0.72 ha ayrılaraq, kənd təsərrüfatı məhsulları istehsal etmək məqsədi ilə Çələbilər kənd sakini X4 uzunmüddətli (35 il müddətinə) icarəsinə verilməsi qərara alınmışdır. Sözügedən torpaq sahəsinə xx.xx.2004-cü il tarixdə sahəseçmə aktı və torpaq sahəsinin yerquruluşu planı verilmişdir. X7 ilə Bərdə rayon Çələbilər kənd bələdiyyəsi arasında xx.xx.2005-ci il tarixli 06 nömrəli icarə müqaviləsi bağlanmışdır. X7 xx.xx.2013-cü il tarixdə vəfat etmiş və xx.xx.2023-cü il tarixli qanun üzə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən vərəsələri X6 və İddiaçı müəyyən edilmişdir. Həmin vaxtdan da qeyd olunan torpaq sahəsi iddiaçıların faktiki istifadəsində olmaqla, orada kənd təsərrüfatı məhsulları əkib-becərirlər.
25. İddiaçının həmin torpaq sahəsi üzərində icarə hüququnun dövlət reyesrində qeydiyyata alınması barədə cavabdeh orqana müraciətinə isə imtina cavabı verilərək, buna əsas iddiaçılar tərəfindən ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bərdə rayon şöbəsinin müvafiq rəyinin, torpaq sahəsinin planı və ölçüsü sənədinin təqdim olunmadığı, eyni zamanda, iddiaçıların naturada istifadə etdikləri torpaq sahəsinin döngə nöqtələrinin koordinatları ilə X2 X3 göstərilən torpaq sahəsinin döngə nöqtələrinin koordinatları arasında uyğunsuzluğun olması göstərilmişdir.
26. İddiaçı həmin imtinanı qanunsuz və əsassız hesab edərək, hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir.
27. Məhkəmə cavabdehin orqanın həmin dəlillərini və o dəlilə istinadla iddiaçının müraciətini təmin etməkdən imtinasını əsassız sayır və qeyd edir ki, torpaq sahəsi üzərində icarə hüququ həmin torpaq sahəsinin ayrılması (icarəyə verilməsi) barədə hüquqmüəyyənedici sənəd əsasında yaranır. Hüquqmüəyyənedici sənəd qanunla müəyyən olunmuş qaydada ləğv edilənə, geri çağırılana, dəyişdirilənə və ya etibarsız sayılana qədər qüvvədə sayılır və etibarlı hesab olunur. Bu mənada hüquqmüəyyənedici sənədlərin qüvvədə olduğu müddətdə, qeyd edilən sənədlərin aid olduğu konkret şəxsin həmin sənədə əsaslanan hüququ onun müraciəti əsasında qeydiyyata alınmalıdır.
28. Ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bərdə rayon şöbəsinin müvafiq rəyi və torpaq sahəsinin plan və olçü sənədinin təqdim edilməmə barədə dəlilə gəlincə isə məhkəmə qeyd edir ki, 0.72 ha torpaq sahəsinin iddiaçının icarəsinə verilməsinə DT və XK-nin Bərdə rayon şöbəsinin müdiri H.Həsənov və məsləhətçisi R.Əmrahov etiraz etməmiş və sahə digər müvafiq orqanların nümayəndələri ilə yanaşı onların da iştirakı ilə ayrılaraq, bu barədə sahəseçmə aktı tərtib edilmişdir. Həmin aktda ayrılmış torpaq sahəsinin şimaldan və cənubdan yol, şərqdən və qərbdən isə BEF (bələdiyyənin ehtiyat fondu) torpağı ilə həmsərhəd olması qeyd edilmiş, eyni zamanda ayrılmış sahənin naturada yerləşmə vəziyyətini əks etdirən yerquruluşu planından çıxarış tərtib edilmişdir.
29. Həmçinin torpaq sahəsinin naturada yerini müəyyən edən texniki sənədin cavabdeh inzibati orqana təqdim edilməməsi özü-özlüyündə ayrılmış torpaq sahəsinə hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasında imtinanın müstəqil əsasını təşkil edə bilməz.
30. Belə ki, torpaq sahəsinin plan və ölçüsünün tərtib edilməsi həmin torpaq sahəsini ayırmaq səlahiyyətinə malik olan və həmin dövrdə bu sahədə dövlətin funksiyalarını həyata keçirən müvafiq qurumun məsuliyyət sferasına aiddir.
31. Bununla bağlı həm də nəzərə alınmalıdır ki, şəxsin dövlət orqanı tərəfindən qəbul olunmuş qərarın qanunauyğunluğuna və məzmununa apriori inancı (qərarın qanunsuz olduğunu kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi hallar istisna olmaqla) həmin orqanların publik idarəçilik fəaliyyətinin qanunçuluq prinsipinə tabe olmasına əsaslanır və onun üçün neqativ nəticələrə səbəb ola bilməz. Bu baxımdan səlahiyyətli icra hakimiyyəti orqanının (hazırkı mübahisədə bələdiyyənin) şəxsə torpaq sahəsinin ayrılması barədə qərarını imtinada və şikayətdə istinad edilən əsaslar üzərindən təftiş etməkdə, eləcə də hüquqi qüvvəsini saxlayan və bu baxımdan etibarlı olan həmin sənəd əsasında iddiaçının hüququnu qeydiyyata almaqdan imtina etməkdə cavabdeh haqlı sayıla bilməz.
32. Məhkəmənin qənaətinə görə, həmin orqanlar üzərində hər hansı nəzarət səlahiyyəti və funksiyası ilə təchiz olunmayan cavabdeh tərəfindən belə təftişin aparılması həmin orqanların funksional fəaliyyət sferasına və səlahiyyət dairəsinə müdaxilə kimi qiymətləndirilməlidir.
33. Bundan başqa, iddiaçıların məxsusluq arayışının verilməsini istədiyi 0.72 ha torpaq sahəsinin mülkiyyət növünün, digər şəxslərin mülkiyyətində olan torpaq sahələr ilə üst-üstə düşüb-düşməməsinin müəyyənləşdirilməsi məqsədilə məhkəmə tərəfindən iş üzrə mütəxəssis rəyi təyin edilmiş və əldə edilmiş rəylə müəyyən edilmişdir ki, Bərdə rayon Çələbilər kənd bələdiyyəsinin xx.xx.2004-cü il tarixli 05 saylı iclas protokolu ilə Bərdə rayonu Çələbilər kəndində yerləşən X5 icarəyə verilmiş 0.72 ha torpaq sahəsinin koordinatlarını əks etdirən (şəhadətnamə, plan ölçü və ya çıxarış) hər hansı sənəd olmadığından, yalnız iddiaçının iddia etdiyi və naturada göstərdiyi 0.78 ha torpaq sahəsi elektron məlumat bazası ilə müqaisələndirilmiş və məlum olmuşdur ki, həmin torpaq sahəsi TEKUİS məlumat bazasına əsasən, Bələdiyyənin ehtiyat fondu (BEF) kateqoriyalı, tut bağı (kənd təsərrüfatı məhsullarının istehsalı) uqodiyalı torpaq sahəsidir. İddia olunan və naturada göstərilən torpaq sahəsinin yerləşmə mövqeyi, konfiqurasiyası təqdim edilən yerquruluşu planındakı cizgiyə uyğundur. Lakin koordinatların dəqiqliklə üst-üstə düşməsini təyin etmək mümkün olmamışdır. Həmin torpaq sahəsinin TEKUİS məlumat bazasına əsasən hər hansısa subyektin mülkiyyətində və ya istifadəsində olan torpaq sahəsi ilə üst-üstə düşmə halı aşkarlanmadı. İddiaçı tərəfindən naturada göstərilən 0.78 ha torpaq sahəsi üzərində hər hansı mühəndis komunikasiya xətti mövcud olmadığından, qaz kəmərinin mühafizə zolağına, çayların, göllərin və sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı obyektlərin mühafizə zonalarına düşmür. Lakin şimal hissəsindən 3 metr aralı məsafədə 10 kvt-luq elektrik xətti keçir.
34. Məhkəmə tərəfindən cavabdehə sorğu verilərək, sözügedən torpaq sahəsinin ortofoto görüntüsünün (həm yerquruluşu planında göstərilmiş 0.72 ha, həm naturada müəyyən edilmiş 0.78 ha) və eyni zamanda 0.72 ha torpaq sahəsinin 0.78 ha torpaq sahəsinin daxilində göstərilməklə torpaq sahəsinin cizgi-sxeminin tərtib edilərək qısa müddətdə məhkəməyə təqdim edilməsi tələb edilmiş və cavabdeh orqann cavab məktubunda bildirilmişdir ki, Bərdə rayonu, Çələbilər kəndində yerləşən X5 icarəyə verilmiş 0.72 ha torpaq sahəsinə, keçmiş Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən tərtib edilmiş yerquruluşu planından çıxarışda koordinatlar olmadığından və yerquruluşu planı 1:10000 miqyasda tərtib edildiyindən, 0.72 ha torpaq sahəsinin, onların faktiki istifadə etdikləri 0.78 ha torpaq sahəsinin hansı hissəsində yerləşdiyi təyin edilə bilmədiyindən, onlara sənəd üzrə verilmiş 0.72 hektar torpaq sahəsinin ortofoto görüntüsünü tərtib etmək mümkün olmamışdır. Yalnız, iddiaçıların hal-hazırda istifadələrində olan 0.78 hektar torpaq sahəsinin ortofoto görüntüsü təqdim edilir.
35. Bununla belə, Çələbilər kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2024-cü il tarixli arayışında bildirilmişdir ki, həqiqətən də Çələbilər bələdiyyəsi tərəfindən 2004-cü ildən onun mərhum həyat yoldaşı Yusif Behbudovun istifadəsinə verilmiş 0.72 ha torpaq sahəsi həmin vaxtdan hazırkı dövrədək maneəsiz olaraq istifadəsindədir və ötən illər ərzində hər-hansı şəxslərlə sözügedən torpaq sahəsi ilə bağlı mübahisələri olmamışdır. Həmin torpaq sahəsinə bitişik 0.06 ha torpaq sahəsini kolkosdan təmizləyərək İddiaçı maneəsiz istifadə edir.
36. Məhkəmə mərhum X4 icarəsinə 0.72 ha torpaq sahəsinin verilməsinə baxmayaraq, iddiaçıların faktiki istifadəsində olan torpaq sahəsinin 0.78 ha olmasının müəyyən olunmasına münasibətdə qeyd edir ki, bələdiyyə qərarı ilə icarəyə verilmiş sahənin naturada yerləşmə vəziyyətini əks etdirən yerquruluşu planından çıxarışa uyğun olaraq 0.72 ha torpaq sahəsinə dair arayış verilməlidir.
37. Bu zaman nəzərə almaq lazımdır ki, sözügedən 0.72 ha torpaq sahəsi icarəyə verildiyi vaxtdan mübahisəsiz olaraq iddiaçıların faktiki istifadəsindədir. Hazırda da həmin torpaq sahəsinin hər-hansı subyektin mülkiyyət, istifadə və icarə hüququnu təsdiq edən sənədlərdəki torpaq sahələri ilə üst-üstə düşmə halı aşkarlanmamışdır.
38. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanuna görə: Maddə 1.0.4. qeydiyyat orqanı – daşınmaz əmlakın dövlət reyestrini tərtib edən və aparan müvafiq icra hakimiyyəti orqanıdır Maddə 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Maddə 8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar. Maddə 11.1. Hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır.
39. Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında Qanun: Maddə 4. Torpaq münasibətlərinin tənzimlənməsi sahəsində bələdiyyələrin səlahiyyətləri: - 4.0. Torpaq münasibətlərinin tənzimlənməsi sahəsində bələdiyyələrin öz inzibati əraziləri daxilində səlahiyyətləri aşağıdakılardır: - 4.0.1. qanunvericiliklə müəyyən edilmiş qaydada bələdiyyə mülkiyyətində olan torpaqlara sahiblik, onlardan istifadə və onlar barədə sərəncam vermək; - 4.0.2. müəyyən edilmiş qaydada bələdiyyə torpaqlarını ümumi istifadəyə, bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə, fiziki və hüquqi şəxslərin icarəsinə və Azərbaycan Respublikasının vətəndaşlarının və hüquqi şəxslərinin mülkiyyətinə vermək; Maddə 6. Torpaq sahələrinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsinin ümumi qaydaları: - 6.1. Bələdiyyə mülkiyyətində olan torpaqlar Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə, "Bələdiyyələrin əraziləri və torpaqları haqqında" Azərbaycan Respublikasının Qanununa və torpaq münasibətlərini tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilir. - 6.2. Bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, servitutlar və digər məhdudiyyətlər, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə başqa şərtlər nəzərdə tutulur. - 6.3. Bələdiyyələrin ehtiyat fondunun kənd təsərrüfatı təyinatlı torpaqları yalnız məqsədli təyinatı üzrə qanunvericilikdə nəzərdə tutulmuş qaydalara əməl edilməklə istifadəyə və icarəyə verilir.
40. "xxxx" Açıq Səhmdar Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 9 fevral 2016-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli Qərarında qeyd edilmişdir ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 10.2.1-ci maddəsində vurğulanır ki, hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan birinin olması kifayətdir. Bu normanın mətninə və məzmununa görə, Qanunun 8-ci maddəsində təsbit olunmuş əsaslardan (sənədlərdən) hər hansı biri təqdim olunduqda, qeydiyyat orqanı əlavə olaraq digər əsaslardan (sənədlərdən) başqasının da təqdim olunmasını tələb etməyə haqlı deyil.
41. “İnzibati icraat haqqında” Qanunun 64.2-ci maddəsinə əsasən, inzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır.
42. İddiaçılar tərəfindən cavabdehə təqdim edilən aktın (bələdiyyə qərarının) “İnzibati icraat haqqında” Qanunun 64.2-ci maddəsində təsbit olunmuş qüvvədən düşmə halları müəyyən edilməmişdir.
43. Bundan başqa, hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi üçün müəyyən edilmiş hallar “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1ci maddəsində sadalanmışdır və həmin hallar aşağıdakılardan ibarətdir: 15.1.1 – dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2 – hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericilklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3 – hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4 – daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5 – daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6 – bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda.
44. Göründüyü kimi, qanunvericilikdə hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın əsasları dəqiq göstərilmişdir və hazırkı iş üzrə həmin halların hər hansı birinin mövcudluğu da müəyyən edilməmişdir.
45. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 05 oktyabr 2015-ci il tarixli, 319 nömrəli qərarı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın təsvirinə, bu əmlak üzərində dövlət reyestrində qeydə alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışın verilməsi haqqında Təlimat”a görə (2 nömrəli əlavə): Bənd 7. Hüquq sahibinin əmlakına qanun və ya vəsiyyət əsasında vərəsəlik hüququ olan şəxslərə arayışın verilməsi 7.1. Qanunun 8-ci maddəsində göstərilmiş əsaslara görə daşınmaz əmlak üzərində sahiblik və ya istifadə hüququ əldə etmiş şəxs ərazi idarəsinə müraciət etdiyi halda, daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədə reyestrdən çıxarış (bundan sonra - çıxarış) almadan vəfat etdikdə, onun notarius tərəfindən müəyyən edilən qanun və ya vəsiyyət üzrə vərəsələrinin müraciəti əsasında vəfat etmiş şəxsin adına elektron çıxarış tərtib edilir. 7.2. Qanunun 8-ci maddəsində göstərilmiş əsaslara görə daşınmaz əmlak üzərində sahiblik və ya istifadə hüququ əldə etmiş şəxs bu əmlak barədə məlumatın dövlət reyestrinə daxil edilməsi və (və ya) onun üzərində hüquqların dövlət qeydiyyatına alınması üçün zəruri sənədlərlə ərazi idarəsinə müraciət etmədən öldükdə, həmin sənədlər onun notarius tərəfindən müəyyən edilən qanun və ya vəsiyyət üzrə vərəsələri tərəfindən təqdim edildikdə, bu Təlimatın 7.1-ci bəndində göstərilən qaydada elektron çıxarış tərtib edilir.
46. 21 iyun 2023-cü il tarixli 202 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı ilə 2 nömrəli əlavə - “Daşınmaz əmlakın təsvirinə, bu əmlak üzərində dövlət reyestrində qeydə alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışın verilməsi haqqında Təlimat”ın 7-ci hissəsi yeni redaksiyada verilmişdir: Bənd 7. Hüquq sahibinin əmlakına qanun və ya vəsiyyət əsasında vərəsəlik hüququ olan şəxslərə arayışın verilməsi Bənd 7.1. Qanunun 8-ci maddəsində göstərilmiş əsaslara görə daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqları əldə etmiş şəxs həmin hüququ təsdiq edən daşınmaz əmlakın dövlət reyestrindən çıxarış (bundan sonra – çıxarış) almadan öldükdə onun notarius tərəfindən müəyyən edilən qanun və ya vəsiyyət üzrə vərəsələrinin müraciəti əsasında hüququn ölmüş şəxsə məxsus olması haqqında bu Təlimatın 7.3-cü bəndində göstərilən məzmunda ərazi idarəsinin rəhbərliyi tərəfindən müvafiq elektron imza ilə təsdiqlənmiş elektron arayış verilir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədlərini təqdim edən vərəsənin adına rəsmiləşdirilir. Bənd 7.2. Bu Təlimatın 7.1-ci bəndində nəzərdə tutulmuş elektron arayış “Elektron hökumət” portalında yerləşdirilir və həmin arayış notariusun və hüquq sahibinin elektron üsulla real vaxt rejimində əldə etmələri imkanı təmin olunur. 7.3. Elektron arayışda aşağıdakılar göstərilir: 7.3.1. ərizəçinin soyadı, adı, atasının adı; 7.3.2. ərizəçinin təqdim etdiyi hüquqmüəyyənedici sənədlər haqqında məlumat; 7.3.3. mərhumun soyadı, adı, atasının adı; 7.3.4. daşınmaz əmlakın ünvanı; 7.3.5. daşınmaz əmlakın əsas göstəriciləri; 7.3.6. daşınmaz əmlakın adı; 7.3.7. daşınmaz əmlak üzərində hüququn növü; 7.3.8. arayışın notariat ofisində vərəsəliyin rəsmiləşdirilməsi üçün tərtib olunduğu barədə qeyd; 7.3.9. dövlət reyestrində elektron arayışı təsdiq edən vəzifəli şəxsin vəzifəsi, gücləndirilmiş elektron imzası, soyadı və adı.
47. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməlidir.
48. İPM-in: - 58.7-ci maddəsinə görə sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. - 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
Nəticəvi hissə:
49. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq
qərara aldı:
İddia təmin edilsin. Bərdə rayonu, Çələbilər kəndində yerləşən 0.72 ha torpaq sahəsi üzərində icarə hüququnun mərhum X5 məxsus olması barədə X6 və İddiaçı arayışın verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 7 saylı Bərdə Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına (Gəncə şəhəri, Atatürk prospekti, 252) apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən Gülşən Əliyeva