Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-3507/2025 30.05.2025 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdehnə qarşı iş üzrə Giriş hissə: Hakim Əliyeva Gülşən Talıb qızının sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, İddiaçının nümayəndəsi X4, cavabdehin nümayəndələri X20, X7 və X15 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Cavabdehnə qarşı Gömrük orqanı əməkdaşlarının hərəkətlərinin qanunsuz hesab edilməklə 11 mart 2025-ci il tarixli **********2645 nömrəli gömrük bəyannaməsi ilə müvəqqəti saxlanc xüsusi gömrük prosedurunda gömrük rəsmiləşdirilməsindən keçirilən "Kənd təsərrüfatında torpağın düzləşdirilməsi üçün istifadə olunan lazer mala təsviyə maşını" yükünün X10 mal nomenklaturası üzrə ********** mal kodu altında sinifləşdirilməklə, əlavə dəyər vergisindən azad olunan kənd təsərrüfatı təyinatlı texnika qismində sərbəst dövriyyə üçün buraxılış gömrük prosedurunda gömrük rəsmiləşdirilməsindən keçirilərək "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin sərəncamına verilməsi öhdəliyinin Cavabdeh üzrərinə qoyulması, gömrük orqanı əməkdaşlarının qanunsuz əməlləri nəticəsində 22BL763/03ZA331 dövlət qeydiyyat nişanlı yük nəqliyyat vasitəsinin yüklü vəziyyətdə boşdayanması nəticəsində "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə dəymiş 2850 (iki min səkkiz yüz əlli) ABŞ dolları zərərin ödəniləcəyi gün üzrə Azərbaycan Respublikasının Mərkəzi Bankın valyuta məzənnəsinə uyğun Azərbaycan manatına ekvivalenti məbləğində cavabdehdən tutularaq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi tələbinə dair inzibati işə Gəncə İnzibati Məhkəməsinin (Gəncə şəhəri, H.Əliyev prospekti, 105) binasında açıq məhkəmə iclasında şifahi dinləmələr qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: I. İşin halları
1. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(114)-3192/2023 nömrəli qərarı ilə iddia təmin edilmiş, xx.xx.2023-cü il tarixdən Cavabdehndə müvəqqəti saxlanca yerləşdirilmiş kənd təsərrüfatında torpağın düzləşdirilməsi üçün istifadə olunan lazer malatəsviyyənin (aksessuarları ilə birlikdə) ********** kodu altında əlavə dəyər vergisindən azad olunan kənd təsərrüfatı təyinatlı texnika kimi gömrük rəsmiləşdirilməsinin başa çatdırılaraq İddiaçı MMC-nin sərəncamına verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Cavabdeh üzərinə qoyulması qərara alınmışdır.
2. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli 2- 1(104)-97/2024 nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, iş üzrə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(114)-3192/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.
3. 2-1(104)-97/2024 nömrəli iş üzrə əldə edilmiş Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli 9/7742 nömrəli ekspert rəyi ilə müəyyən edilmişdir ki, traktora qoşulan torpaq malasının (lazer təsviyyə makinası) yalnız kənd təsərrüfatında istifadə üçün nəzərdə tutulduğu müəyyən edilir. Belə ki, həmin lazer mala kənd təsərrüfatında torpağın düzləşdirilməsi üçün istifadə olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 17 noyabr tarixli 500 nömrəli qərarı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının X10 mal nomenklaturası, X18 dərəcələri və X19 dərəcələri"nə əsasən ekspertiza təyini haqqında qərardadda və iş materialında qeyd edilən "kənd təsərrüfatında istifadə olunan traktora qoşulan torpaq malası (lazer təsviyyə makinası)" 8432 80 000 0 alt yarımmöyqeyində sinifləşdirilir.
4. “X11 və X27 X12 verdiyi xx.xx.2021-ci il tarixli 2000/2021-636 nömrəli kredi uygunluk belgesi”ndə qeyd edilir ki, X25 San. ve Tic. A.Ş tərəfindən istehsal edilən Farmersoil markalı, LTM-400model, 4m-lik, lazer kontrollü təsviyə makinası kənd tısırrüfatında başqa yerlərdə istifadə oluna bilməz (tarımsal faaliyetler dışında kullanılamaz).
5. xx.xx.2025-ci il tarixli gömrük bəyannaməsinə əsasən İddiaçı MMC tərəfindən Türkiyə Respublikasından idxal olunan kənd təsərrüfatında torpağın düzləşdirilməsi üçün istifadə olunan lazer mala təsviyə maşını Marka “FAVO” aksessuarları ilə birlikdə, invoys üzrə (1-ci mal-model-LTM-3.5 Metralıq, Çüt əyim-3 ədəd-15535S) ********** kodu altında bəyan edilmişdir.
6. Cavabdeh xx.xx.2025-ci il tarixli 3-33-1600/2-000182/2025 nömrəli məktubda bildirilmişdir ki, ölkə ərazisinə gətirilən və aparılan malların gömrük rəsmiləşdirilməsi zamanı Azərbaycan Respublikasının Gömrük Məcəlləsinin (bundan sonra Gömrük Məcəlləsi) 110-cu maddəsinə əsasən gömrük orqanları gömrük rəsmiləşdirilməsi məqsədi ilə mallardan prob və nümunələr götürmək və onların gömrük ekspertizasını aparmaq hüququna malikdirlər. Həmçinin, Gömrük Məcəlləsinin 122-ci maddəsinə əsasən mallar yalnız gömrük orqanlarının icazəsi ilə və nəzarəti altında, onların müəyyənləşdirdiyi yerlərdə gömrük ərazisinə gətirilmə üçün istifadə olunan nəqliyyat vasitəsindən boşaldıla və bu ərazidən aparılma üçün istifadə olunan nəqliyyat vasitəsinə yenidən yüklənə bilər. Bununla yanaşı, Gömrük Məcəlləsinin 250-ci maddəsinə əsasən gömrük orqanları mövcud, yaxud gələcəkdə yarana biləcək gömrük borclarının ödənilməsini təmin etmək məqsədi ilə borclu və ya borclu olacaq şəxslərdən sözügedən Məcəllənin 258.1-ci maddəsində nəzərdə tutulmuş təminatın verilməsini tələb etmək hüququna malikdirlər. Belə ki, gömrük rəsmiləşdirilməsi başa çatmamış mallardan və nəqliyyat vasitələrindən istifadə edilməsi və onlar barədə sərəncam verilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3 oktyabr 2013-cü il tarixli 286 nömrəli qərarı ilə təsdiq edilmiş "Təminatdan istifadə etməklə gömrük borcunun ödənilməsinin təmin edilməsi Qaydaları"nın 5-ci bəndinə əsasən təminatın verilməsinin məcburi halını daşıyır. Əlavə olaraq bildirilir ki, "xxxx" MMC-nin ünvanına gətirilmiş "kənd təsərrüfatında torpağın düzləşdirilməsi üçün istifadə olunan lazer mala təvsiyə maşını (aksessuarları ilə birlikdə)" yükü **********7625 sorğu nömrəli xx.xx.2025-ci il tarixli gömrük bəyannaməsi ilə bəyan edilmişdir. Qeyd olunan yükün gömrük rəsmiləşdirilməsi zamanı sözügedən gömrük bəyannaməsində göstərilən X10 mal nomenklaturası üzrə kodunun müəyyən edilməsinə zərurət yarandığı üçün X9 İdarəsinə sorğu ünvanlanmışdır. Yuxarıda qeyd olunanları nəzərə alaraq "xxxx" MMC-nin ünvanına gətirilmiş "kənd təsərrüfatında torpağın düzləşdirilməsi üçün istifadə olunan lazer mala təvsiyə maşını (aksessuarları ilə birlikdə)" yükünün 22BL763/03ZA331 dövlət nömrə nişanlı nəqliyyat vasitəsindən boşaldılmasının Gömrük Məcəlləsinin 258-ci maddəsində göstərilən təminat üsullarından istifadə edilməklə həyata keçirilməsi məqsədəuyğun hesab edilir.
7. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin X9 İdarəsinin xx.xx.2025-ci il tarixli GM**********94 nömrəli ekspert rəyindən görünür ki, yük Bakı şəhərində olmadığından baxış keçirmək mümkün olmamışdır. Lakin müşayiətedici sənədlərin, yükün texniki sənədinin və təqdim olunan təsvirlərin araşdırılması nəticəsində müəyyən olunmuşdur ki, İddiaçı MMC-nin ünvanına FAE**********006 nömrəli xx.xx.2025-ci il tarixli invoysun 1, 2, 3, 4-cü mal mövqeləri üzrə idxal olunan yük İXF MN-nə görə “Farmer” markalı “Tesviye Küreği (Lazer Kontrollü) LTM 3,5 MT Çift eğim Mf01350002” modelli, “Farmer” markalı “Tesviye Küreği (Lazer Kontrollü) LTM 4 MT Çift eğim Mf01400002” modelli, “Farmer” markalı “Tesviye Küreği (Lazer Kontrollü) LTM 5 MT Çift eğim Mf01500002” modelli, “Farmer” markalı “Tesviye Küreği (Lazer Kontrollü) LTM 3 MT Çift eğim Mf01300005” modelli traktora qoşulmaq üçün nəzərdə tutulmuş torpaq üçün lazerli planlaşdırıcının ********** kodu altında sinifləndirilməlidir.
8. Cavabdeh xx.xx.2025-ci il tarixli 3-33-1600/2-000227/2025 nömrəli məktubda bildirilmişdir ki, ölkə ərazisinə gətirilən mallara dair gömrük rüsumunun dərəcələri Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 17 noyabr tarixli 500 saylı qərarı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının X10 mal nomenklaturası, X18 dərəcələri və X19 dərəcələri"nə əsasən müəyyən olunur. Malların gömrük rəsmiləşdirilməsi zamanı gömrük yığımlarının hesablanması Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 26 aprel tarixli 168 saylı qərarı ilə təsdiq edilmiş "Gömrük yığımlarının məbləğləri"nə uyğun olaraq hesablanır. Bununla yanaşı, Gömrük Məcəlləsinin 250-ci maddəsinə əsasən gömrük orqanları mövcud, yaxud gələcəkdə yarana biləcək gömrük borclarının ödənilməsini təmin etmək məqsədi ilə borclu və ya borclu olacaq şəxslərdən sözügedən Məcəllənin 258.1-ci maddəsində nəzərdə tutulmuş təminatın verilməsini tələb etmək hüququna malikdirlər. Həmçinin, ölkə ərazisinə gətirilən malların gömrük rəsmiləşdirilməsi zamanı Azərbaycan Respublikasının Gömrük Məcəlləsinin 110-cu maddəsinə əsasən gömrük orqanları gömrük rəsmiləşdirilməsi məqsədi ilə mallardan prob və nümunələr götürmək və onların gömrük ekspertizasını aparmaq hüququna malikdirlər. Bununla əlaqədar olaraq "xxxx" MMC-nin təqdim etdiyi 2025-ci il 24 fevral tarixli **********7625 sorğu nömrəli gömrük bəyannaməsi ilə bəyan edilmiş "kənd təsərrüfatında torpağın düzləşdirilməsi üçün istifadə olunan lazer mala təvsiyə maşını (aksessuarları ilə birlikdə)" yükünün X10 mal nomenklaturası (XİFMN) üzrə kodunun müəyyən edilməsi məqsədi ilə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin X9 İdarəsinə sorğu göndərilmiş və aparılmış ekspertiza nəticəsində sözügedən yükün XİFMN üzrə kodunun ********** olduğu müəyyən edilmişdir (eskpert rəyi qoşmaya əlavə olunur). Yuxarıda qeyd olunanları nəzərə alaraq, "xxxx" MMC-nin gömrük orqanına təqdim etdiyi FAE**********006 nömrəli 2025-ci il 17 fevral tarixli invoysa əsasən "kənd təsərrüfatında torpağın düzləşdirilməsi üçün istifadə olunan lazer mala təvsiyə maşını (aksessuarları ilə birlikdə)" yükünün gömrük dəyəri 208046 manat (iki yüz səkkiz min qırx altı manat) təşkil edir və həmin yükə dair hesablanmış gömrük yığımı 600 manat (altı yüz manat) və ƏDV 37448.28 manat (otuz yeddi min dörd yüz qırx səkkiz manat iyirmi səkkiz qəpik) təşkil edir.
9. Cavabdeh xx.xx.2025-ci il tarixli 3-33-1600/2-000246/2025 nömrəli məktubda bildirilmişdir ki, ölkə ərazisinə gətirilən mallara dair gömrük rüsumunun dərəcələri Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 17 noyabr tarixli 500 saylı qərarı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının X10 mal nomenklaturası, X18 dərəcələri və X19 dərəcələri"nə əsasən müəyyən olunur. Bununla yanaşı, ölkə ərazisinə gətirilmiş malların saxlanc xüsusi gömrük proseduru altında rəsmiləşdirilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 27 avqust tarixli 229 saylı qərarı ilə təsdiq edilmiş "Malların saxlanc xüsusi gömrük proseduru altında yerləşdirilməsi Qaydaları"na əsasən həyata keçirilir. Həmçinin, ölkə ərazisinə gətirilən malların gömrük rəsmiləşdirilməsi zamanı Azərbaycan Respublikasının Gömrük Məcəlləsinin (bundan sonra Gömrük Məcəlləsi) 110-cu maddəsinə əsasən gömrük orqanları gömrük rəsmiləşdirilməsi məqsədi ilə mallardan prob və nümunələr götürmək və onların gömrük ekspertizasını aparmaq hüququna malikdirlər. Əlavə olaraq, Gömrük Məcəlləsinin 321-ci maddəsinə əsasən gömrük orqanlarının malların təsnifatı haqqında qərarları məcburi xarakter daşıyır. Bununla əlaqədar olaraq "xxxx" MMC-nin gömrük orqanına təqdim etdiyi FAE**********006 nömrəli 2025-ci il 17 fevral tarixli invoysda qeyd olunan "kənd təsərrüfatında torpağın düzləşdirilməsi üçün istifadə olunan lazer mala təvsiyə maşını təsərrüfatında torpağın düzləşdirilməsi üçün istifadə olunan lazer mala təvsiyə maşını (aksessuarları ilə birlikdə)" yükünün X10 mal nomenklaturası (XİFMN) üzrə kodunun müəyyən edilməsi məqsədi ilə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin X9 İdarəsinə sorğu göndərilmiş və aparılmış ekspertiza nəticəsində sözügedən yükün XİFMN üzrə kodunun ********** olduğu müəyyən edilmişdir Yuxarıda qeyd olunanları nəzərə alaraq, "xxxx" MMC-nin tərəfindən **********2645 sorğu nömrəli gömrük bəyannaməsi ilə bəyan olunan "kənd təsərrüfatında torpağın düzləşdirilməsi üçün istifadə olunan lazer mala təvsiyə maşını (aksessuarları ilə birlikdə)" yükünün sözügedən ekspert rəyində qeyd olunduğu kimi ********** XİFMN kodu ilə bəyan edilməsi məqsədəuyğun hesab olunur. II. Məhkəmədə icraat
10. İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə xx.xx.2025-ci il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, Gömrük orqanı əməkdaşlarının hərəkətlərinin qanunsuz hesab edilməklə 11 mart 2025-ci il tarixli **********2645 nömrəli gömrük bəyannaməsi ilə müvəqqəti saxlanc xüsusi gömrük prosedurunda gömrük rəsmiləşdirilməsindən keçirilən "Kənd təsərrüfatında torpağın düzləşdirilməsi üçün istifadə olunan lazer mala təsviyə maşını" yükünün X10 mal nomenklaturası üzrə ********** mal kodu altında sinifləşdirilməklə, əlavə dəyər vergisindən azad olunan kənd təsərrüfatı təyinatlı texnika qismində sərbəst dövriyyə üçün buraxılış gömrük prosedurunda gömrük rəsmiləşdirilməsindən keçirilərək "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin sərəncamına verilməsi öhdəliyinin Cavabdeh üzrərinə qoyulması, gömrük orqanı əməkdaşlarının qanunsuz əməlləri nəticəsində 22BL763/03ZA331 dövlət qeydiyyat nişanlı yük nəqliyyat vasitəsinin yüklü vəziyyətdə boşdayanması nəticəsində "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə dəymiş 2850 (iki min səkkiz yüz əlli) ABŞ dolları zərərin ödəniləcəyi gün üzrə Azərbaycan Respublikasının Mərkəzi Bankın valyuta məzənnəsinə uyğun Azərbaycan manatına ekvivalenti məbləğində cavabdehdən tutularaq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.
11. Tələb onunla əsaslandırılmışdır ki, İddiaçı tərəfindən Türkiyə Respublikasından idxal edilən "Kənd təsərrüfatında torpağın düzləşdirilməsi üçün istifadə olunan lazer mala təsviyə maşını" yükü 24 fevral 2025-ci il tarixli **********7625 nömrəli gömrük bəyannaməsi ilə X10 mal nomenklaturası üzrə ********** mal kodu altında sərbəst dövriyyə üçün buraxılış gömrük prosedurunda bəyan edilmişdir. Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə 28 fevral 2025-ci il tarixli 3-33-1600/2-000182/2025 nömrəli məktub ünvanlayaraq Azərbaycan Respublikasının Gömrük Məcəlləsinin 110-cu maddəsinə əsasən gömrük orqanlarının gömrük rəsmiləşdirilməsi məqsədilə mallardan prob və nümunələr götürərək onların gömrük ekspertizasını aparmaq hüququna malik olduğu, bu Məcəllənin 122-ci maddəsinə əsasən malların yalnız gömrük orqanlarının icazəsi ilə və nəzarəti altında, onların müəyyənləşdirdiyi yerlərdə gömrük ərazisinə gətirilmə üçün istifadə olunan nəqliyyat vasitəsindən boşaldıla və bu ərazidən aparılma üçün istifadə olunan nəqliyyat vasitəsinə yenidən yüklənilə biləcəyi, həmin Məcəllənin 250-ci maddəsinə əsasən gömrük orqanlarının mövcud, yaxud gələcəkdə yarana biləcək gömrük borclarının ödənilməsini təmin etmək məqsədilə borclu və ya borclu olacaq şəxslərdən bu Məcəllənin 258.1-ci maddəsində nəzərdə tutulmuş təminatın verilməsini tələb etmək hüququna malik olduğu, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 03 oktyabr 2013-cü il tarixli 286 nömrəli Qərarı ilə təsdiq edilmiş "Təminatdan istifadə etməklə gömrük borcunun ödənilməsinin təmin edilməsi Qaydaları"nın 5-ci bəndinə əsasən gömrük rəsmiləşdirilməsi başa çatmamış mallardan və nəqliyyat vasitələrindən istifadə edilməsi və onlar barədə sərəncam verilməsi təminat verilməsinin məcburi hallarına aid olduğu, İddiaçı tərəfindən 24 fevral 2025-ci il tarixli **********7625 nömrəli gömrük bəyannaməsi ilə sərbəst dövriyyə üçün buraxılış gömrük prosedurunda bəyan edilən "Kənd təsərrüfatında torpağın düzləşdirilməsi üçün istifadə olunan lazer mala təsviyə maşını" yükünün X10 mal nomenklaturası üzrə mal kodunun müəyyən edilməsi zərurəti yarandığı üçün X9 İdarəsinə müraciət edildiyi və bu səbəbdən İddiaçı tərəfindən 24 fevral 2025-ci il tarixli **********7625 nömrəli gömrük bəyannaməsi ilə sərbəst dövriyyə üçün buraxılış gömrük prosedurunda bəyan edilən "Kənd təsərrüfatında torpağın düzləşdirilməsi üçün istifadə olunan lazer mala təsviyə maşını" yükünün 22BL763/03ZA331 dövlət qeydiyyat nişanlı yük nəqliyyat vasitəsindən boşaldılmasının Azərbaycan Respublikasının Gömrük Məcəlləsinin 258-ci maddəsində nəzərdə tutulmuş təminat üsullarından istifadə edilməklə həyata keçirilməsinin məqsədəuyğun hesab olunduğu barədə məlumat verilsə də, sözügedən X9 İdarəsi tərəfindən aparılması nəzərdə tutulan ekspertizanın nəticəsinə dair hər hansı bir məlumat verilməmişdir. Cavabdeh qeyd olunan müraciətində qaldırılan məsələlər ilə bağlı Cavabdeh rəhbərliyi ilə aparılan şifahi danışıqlar zamanı müəyyən edilmişdir ki, idxal etdikləri yüklə bağlı Cavabdeh tərəfindən xx.xx.2025-ci il tarixdə X9 İdarəsinə müraciət olunaraq müvafiq ekspert rəyinin alınması artıq təmin olunmuşdur. Bu səbəbdən də, İddiaçı tərəfindən 07 mart 2025-ci il tarixli 019 nömrəli məktubla Cavabdehnə müraciət edilərək, 24 fevral 2025-ci il tarixli **********7625 nömrəli gömrük bəyannaməsi ilə sərbəst dövriyyə üçün buraxılış gömrük prosedurunda bəyan edilən "Kənd təsərrüfatında torpağın düzləşdirilməsi üçün istifadə olunan lazer mala təsviyə maşını" yükünün xarici igtisadi fəaliyyətin mal nomenklaturası üzrə mal kodunun müəyyənləşdirilməsi ilə əlaqədar Cavabdeh müraciəti əsasında X9 İdarəsi tərəfindən verilmiş ekspert rəyinin İddiaçınə təqdim edilməsi və sözügedən malla əlaqədar gömrük orqanı tərəfindən ödənilməsi tələb olunan əlavə dəyər vergisinin məbləği barədə yazılı məlumat verilməsi xahiş olunmuşdur. Cavabdeh 10 mart 2025-ci il tarixli 3-33-1600/2-000227/2025 nömrəli cavab məktubunda ölkə ərazisinə gətirilən mallara dair gömrük rüsumlarının dərəcələrinin Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 17 noyabr 2017-ci il tarixli 500 nömrəli Qərarı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının X10 mal nomenklaturası, X18 dərəcələri və X19 dərəcələri"nə əsasən müəyyən olunduğu, malların gömrük rəsmiləşdirilməsi zamanı gömrük yığımlarının Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 26 aprel 2016-cı il tarixli 168 nömrəli Qərarı ilə təsdiq edilmiş "Gömrük yığımlarının məbləğləri"nə uyğun şəkildə hesablandığı, Azərbaycan Respublikasının Gömrük Məcəlləsinin 250-ci maddəsinə əsasən gömrük orqanlarının mövcud, yaxud gələcəkdə yarana biləcək gömrük borclarının ödənilməsini təmin etmək məqsədilə borclu və ya borclu olacaq şəxslərdən bu Məcəllənin 258.1-ci maddəsində nəzərdə tutulmuş təminatın verilməsini tələb etmək hüququna malik olduğu, gömrük orqanlarının ölkə ərazisinə gətirilən mallardan gömrük rəsmiləşdirilməsi məqsədilə Azərbaycan Respublikasının Gömrük Məcəlləsinin 110-cu maddəsinə əsasən prob və nümunələr götürərək onların gömrük ekspertizasını aparmaq hüququna malik olduğu, İddiaçı tərəfindən 24 fevral 2025-ci il tarixli **********7625 nömrəli gömrük bəyannaməsi ilə sərbəst dövriyyə üçün buraxılış gömrük prosedurunda bəyan edilən "Kənd təsərrüfatında torpağın düzləşdirilməsi üçün istifadə olunan lazer mala təsviyə maşını" yükünün X10 mal nomenklaturası üzrə mal kodunun müəyyən edilməsi zərurəti yarandığı üçün X9 İdarəsinə edilən müraciət əsasında aparılmış ekspertiza tədqiqatı nəticəsində sözügedən malın X10 mal nomenklaturası üzrə mal kodunun ********** olduğunun müəyyən edildiyi və bu səbəbdən gömrük dəyəri 208046 Azərbaycan manatı təşkil edən "Kənd təsərrüfatında torpağın düzləşdirilməsi üçün istifadə olunan lazer mala təsviyə maşını" yükünə görə hesablanmış gömrük yığımının 600 Azərbaycan manatı, əlavə dəyər vergisinin isə 37448.28 Azərbaycan manatı təşkil etdiyi barədə məlumat verilmiş, X9 İdarəsinin 03 mart 2025-ci il tarixli GM**********94 nömrəli ekspert rəyi qoşma kimi məktuba əlavə olunmuşdur. X9 İdarəsinin 03 mart 2025-ci il tarixli GM**********94 nömrəli ekspert rəyində 24 fevral 2025-ci il tarixli **********7625 nömrəli gömrük bəyannaməsi ilə sərbəst dövriyyə üçün buraxılış gömrük prosedurunda bəyan edilən "Kənd təsərrüfatında torpağın düzləşdirilməsi üçün istifadə olunan lazer mala təsviyə maşını" yükünün X10 mal nomenklaturası üzrə ********** mal kodu altında sinifləşdirildiyi göstərilsə də, eyni zamanda vurğulanmışdır ki, sözügedən malların Bakı şəhərində olmadığı səbəbindən mala faktiki baxış keçirilməmiş, ekspert rəyi yalnız müşaiyətedici sənədlərin, texniki sənədlərin və təqdim olunan təsvirlərin araşdırılması nəticəsində verilmişdir. Bunun ardınca İddiaçı tərəfindən 11 mart 2025-ci il tarixli məktubla Cavabdehnə müraciət edilərək, X9 İdarəsinin 03 mart 2025-ci il tarixli GM**********94 nömrəli ekspert rəyinin qüvvədə olan gömrük qanunvericiliyinin və digər normativ-hüquqi aktların tələblərinin pozulması ilə qəbul edildiyi vurğulanmış, ticarətlərinin süni əngəllərlə rastlaşmasının, habelə idxal edilən malı daşıyan yüklü nəqliyyat vasitəsinin gömrük ərazisində hər gün üçün boşdayanmasına görə İddiaçınə dəyən maddi ziyanın qarşısının alınması məqsədilə "Kənd təsərrüfatında torpağın düzləşdirilməsi üçün istifadə olunan lazer mala təsviyə maşını" yükünün Azərbaycan Respublikasının Gömrük Məcəlləsinin 258.1.3-cü maddəsi ilə nəzərdə tutulmuş "bank qarantiyası" təminat üsulundan istifadə edilməklə gömrük rəsmiləşdirilməsindən keçirilməsi xahiş edilmiş və malın saxlanca qəbul edilməsi üçün gömrük orqanına 11 mart 2025-ci il tarixli **********2645 nömrəli gömrük bəyannaməsini təqdim etmişdir. İddiaçı 11 mart 2025-ci il tarixli məktubuna Cavabdeh tərəfindən rəsmi cavab verilməmiş, sözügedən İdarənin əməkdaşları tərəfindən 11 mart 2025-ci il tarixli **********2645 nömrəli gömrük bəyannaməsinin qəbulundan əsassız olaraq imtina edilmiş və Azərbaycan Respublikasının Gömrük Məcəlləsinin 321.5-ci maddəsinə istinad edilməklə gömrük organının bu qərarının məcburi xarakter daşımaqla icra olunması barədə şifahi şəkildə məlumat verilmişdir. İddiaçı 13 mart 2025-ci il tarixli məktubla Cavabdehnə müraciət edərək Cəmiyyətin 11 mart 2025-ci il tarixli məktubuna Cavabdeh tərəfindən rəsmi cavab verilmədiyi, 11 mart 2025-ci il tarixli **********2645 nömrəli gömrük bəyannaməsinin qəbulundan əsassız imtina olunduğu və Azərbaycan Respublikasının Gömrük Məcəlləsinin 321.5-ci maddəsinə istinad edilməklə məcburi qərarın qəbul olunacağı barədə şifahi şəkildə məlumat verildiyi qeyd edilərək, Cavabdeh tərəfindən qəbul ediləcək məcburi qərarın İddiaçınə rəsmi qaydada təqdim olunması xahiş edilmişdir. Cavabdeh 13 mart 2025-ci il tarixli 3-33-1600/2-000246/2025 nömrəli cavab məktubunda ölkə ərazisinə gətirilən mallara dair gömrük rüsumlarının dərəcələrinin Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 17 noyabr 2017-ci il tarixli 500 nömrəli Qərarı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının X10 mal nomenklaturası, X18 dərəcələri və X19 dərəcələri"nə əsasən müəyyən olunduğu, ölkə ərazisinə gətirilmiş malların saxlanc xüsusi gömrük proseduru altında rəsmiləşdirilməsini Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 27 avqust 2013-cü il tarixli 229 nömrəli Qərarı ilə təsdiq edilmiş "Malların saxlanc xüsusi gömrük proseduru altında yerləşdirilməsi Qaydaları" əsasında həyata keçirildiyi, gömrük orqanlarının ölkə ərazisinə gətirilən mallardan gömrük rəsmiləşdirilməsi məqsədilə Azərbaycan Respublikasının Gömrük Məcəlləsinin 110-cu maddəsinə əsasən prob və nümunələr götürərək onların gömrük ekspertizasını aparmaq hüququna malik olduğu, Azərbaycan Respublikasının Gömrük Məcəlləsinin 321-ci maddəsinə əsasən gömrük orqanlarının malların təsnifatı haqqında qərarlarının məcburi xarakter daşıdığı, İddiaçı tərəfindən gömrük orqanına təqdim edilən 17 fevral 2025-ci il tarixli FAE**********006 nömrəli invoys sənədində qeyd olunan "Kənd təsərrüfatında torpağın düzləşdirilməsi üçün istifadə olunan lazer mala təsviyə maşını" yükünün X10 mal nomenklaturası üzrə mal kodunun müəyyən edilməsi zərurəti yarandığı üçün X9 İdarəsinə edilən müraciət əsasında aparılmış ekspertiza tədqiqatı nəticəsində sözügedən malın X10 mal nomenklaturası üzrə mal kodunun ********** olduğunun müəyyən edildiyi bildirilmiş və İddiaçı tərəfindən idxal edilən "Kənd təsərrüfatında torpağın düzləşdirilməsi üçün istifadə olunan lazer mala təsviyə maşını" yükünün müvəqqəti saxlanca qəbul edilməsi ilə əlaqədar gömrük orqanına təqdim etdiyi 11 mart 2025-ci il tarixli **********2645 nömrəli gömrük bəyannaməsində X10 mal nomenklaturası üzrə ********** mal kodu altında bəyan edilməli olduğu göstərilmişdir. İddiaçı 13 mart 2025-ci il tarixli məktubla Cavabdehnə müraciət edərək idxal edilən "Kənd təsərrüfatında torpağın düzləşdirilməsi üçün istifadə olunan lazer mala təsviyə maşını" yükünün məcburiyyət qarşısında qalaraq gömrük orqanı tərəfindən qanunsuz olaraq tələb edilən X10 mal nomenklaturası üzrə ********** mal kodu altında bəyan ediləcəyi vurğulanmış, Gəncə Gömrük ldarəsinin məcburi tələbi ilə razı olmadıqları və bu səbəbdən pozulmuş hüquqlarının bərpası məqsədilə məhkəməyə müraciət edəcəkləri bildirilmişdir. Bu səbəbdən də, İddiaçı sözügedən malların Cavabdeh tələbi əsasında məcburiyyət qarşısında qalaraq iddia edilən kodla rəsmiləşdirəcəyi barədə 13 mart 2025-ci il tarixli məktubla Cavabdehnə etiraz və xəbərdarlıq xarakterli məlumat verdikdən sonra 11 mart 2025-ci il tarixli **********2645 nömrəli gömrük bəyannaməsinə düzəliş edərək bəyannamənin 33-cü qrafasında idxal etdiyi "Kənd təsərrüfatında torpağın düzləşdirilməsi üçün istifadə olunan lazer mala təsviyə maşını" yükünün X10 mal nomenklaturası üzrə mal kodunun ********** olduğunu göstərmişdir. İddiaçı olaraq hesab edirlər ki, Cavabdeh və X9 İdarəsinin aşağıda qeyd olunan əməlləri tamamilə qanunaziddir. Cavabdeh 28 fevral 2025-ci il tarixli 3-33-1600/2-000182/2025 nömrəli, 10 mart 2025-ci il tarixli 3-33-1600/2-000227/2025 nömrəli və 13 mart 2025-ci il tarixli 3-33- 1600/2-000246/2025 nömrəli məktublarında Azərbaycan Respublikasının Gömrük Məcəlləsinin 110-cu maddəsinə əsasən gömrük orqanlarının gömrük rəsmiləşdirilməsi məqsədilə mallardan prob və nümunələr götürərək onların gömrük ekspertizasını aparmaq hüququna malik olduğu dönə-dönə vurğulansa da, həmçinin idxal edilən "Kənd təsərrüfatında torpağın düzləşdirilməsi üçün istifadə olunan lazer mala təsviyə maşını" yükü ilə bağlı məhz Cavabdeh təşəbbüsü ilə gömrük ekspertizasının aparılması məqsədəmüvafiq hesab edilsə də, həmin İdarənin əməkdaşları tərəfindən ekspertiza tədqiqatına təqdim edilməsi üçün sözügedən maldan prob və nümunə götürülməmiş, tədqiqatı həyata keçirən ekspert ekspertiza tədqiqatının bilavasitə obyekti olan mala faktiki olaraq fiziki baxış keçirməmişdir. Bu fakt X9 İdarəsinin 03 mart 2025-ci il tarixli GM**********94 nömrəli ekspert rəyində də bilavasitə öz təsdiqini tapır. Belə ki, həmin rəydə mala baxış keçirilmədiyi, müşaiyətedici sənədlərin, texniki sənədlərin və təqdim olunan təsvirlərin araşdırılması nəticəsində "Kənd təsərrüfatında torpağın düzləşdirilməsi üçün istifadə olunan lazer mala təsviyə maşını" yükünün X10 mal nomenklaturası üzrə ********** mal kodu altında sinifləşdirildiyinin müəyyən olunduğu göstərilmişdir. Halbuki, Cavabdeh 28 fevral 2025-ci il tarixli 3-33-1600/2-000182/2025 nömrəli, 10 mart 2025-ci il tarixli 3-33-1600/2-000227/2025 nömrəli və 13 mart 2025-ci il tarixli 3-33-1600/2- 000246/2025 nömrəli məktublarıda dönə-dönə xatırlanan Azərbaycan Respublikasının Gömrük Məcəlləsinin 110-cu maddəsində həmçinin gömrük rəsmiləşdirilməsi məqsədi ilə mallardan prob və nümunələrin götürülməsi ilə bağlı məsələlərin bu Məcəllənin 158-ci maddəsi ilə tənzimləndiyi qeyd olunmuşdur ki, "Malların yoxlanılması, prob və nümunələrin götürülməsi" adlanan Azərbaycan Respublikasının Gömrük Məcəlləsinin 158-ci maddəsində gömrük ekspertizasının hansı hərəkətlər nəticəsində həyata keçirilməsi barədə təfsilatlı şəkildə məlumatlar göstərilmişdir. Ekspert rəyinin tədqiqat obyekti olan mala faktiki baxış keçirilmədən, yalnız müşayiətedici sənədlər və fotoşəkillər əsasında formalaşması rəyin obyektiv və qanunauyğunluğunu şübhə altına alır. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 17 noyabr 2017-ci il tarixli 500 nömrəli Qərarı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının X10 mal nomenklaturası, X18 dərəcələri və X19 dərəcələri"ndə torpağın hazırlanması və işlənməsi üçün kənd təsərrüfatı, bağçılıq və ya meşə təsərrüfatı maşınlarının 8432 mal mövqeyində sinifləşdirildiyi bilavasitə qeyd olunur. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti olaraq idxal etdiyimiz "Kənd təsərrüfatında torpağın düzləşdirilməsi üçün istifadə olunan lazer mala təsviyə maşını" yükünü məhz qanunvericiliyə uyğun olaraq ********** mal kodu altında bəyan etmişik. X9 İdarəsinin 03 mart 2025-ci il tarixli GM**********94 nömrəli ekspert rəyində idxal etdikləri "Kənd təsərrüfatında torpağın düzləşdirilməsi üçün istifadə olunan lazer mala təsviyə maşını" yükünün ********** mal kodu altında sinifləşdirilməli olduğunun göstərilməsi özü-özlüyündə tam şəkildə qanunaziddir. Belə ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 17 noyabr 2017- ci il tarixli 500 nömrəli Qərarı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının X10 mal nomenklaturası, X18 dərəcələri və X19 dərəcələri"ndə 8430 mal mövqeyində torpağın, faydalı qazıntıların və ya filizlərin yerdəyişməsi, planlaşdırılması, profillənməsi, işlənməsi, toxaclaması, sıxlaşdırılması, çıxarılması və ya qazılması üçün digər maşınların və mexanizmlərin, dirəklərin vurularaq bastırılması və çıxarılması üçün avadanlıqların, kotanlı və rotorlu qartəmizləyicilərin sinifləşdirilməli olduğu bilavasitə göstərilmişdir və ********** mal kodu adları sadalanan malların digər kateqoriyalarının sinifləşdirilməsi üçün nəzərdə tutulmuşdur. Nəzərə alınmalıdır ki, eyni ixracatçıdan alınmaqla 2023-cü ildə idxal edilmiş eyni mala münasibətdə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti idxal etdiyi "Kənd təsərrüfatında torpağın düzləşdirilməsi üçün istifadə olunan lazer mala təsviyə maşını" yükünün X10 mal nomenklaturası üzrə sinifləşdirilməli olduğu mal kodu ilə əlaqədar əvvəllər də Cavabdeh ilə mübahisəli məqamlar üzrə araşdırmalarda iştirak etmiş, hüquqlarını məhkəmədə müdafiə edərək haqlı olduqlarını sübut etmişlər. Belə ki, 24 mart 2023-cü il tarixli **********9471 nömrəli gömrük bəyannaməsi ilə sərbəst dövriyyə üçün buraxılış gömrük prosedurunda bəyan etdikləri "Kənd təsərrüfatında torpağın düzləşdirilməsi üçün istifadə olunan lazer mala təsviyə maşını" yükünün ********** mal kodu altında sinifləşdirilməli olduğunu qeyd etsələr də, həmin vaxt gömrük orqanı mövqeləri ilə razılaşmamış, sözügedən malın X10 mal nomenklaturası üzrə mal kodunun dəqiqləşdirilməsi məqsədilə X9 İdarəsinə müraciət etmiş, X9 İdarəsi idxal etdikləri "Kənd təsərrüfatında torpağın düzləşdirilməsi üçün istifadə olunan lazer mala təsviyə maşını" yükünün ********** mal kodu altında bəyan edilməli olduğu barədə həmin vaxt yanlış qənaətə gəlmişdir. Hüquqlarının müdafiə edilməsi məqsədilə tərəflərindən Gəncə İnzibati Məhkəməsinə müraciət edilmiş, sözügedən məhkəmənin 21 iyul 2023-cü il tarixli 2- 191140-3192/2023 nömrəli qərarı ilə iddiaları təmin edilərək, idxal etdikləri "Kənd təsərrüfatında torpağın düzləşdirilməsi üçün istifadə olunan lazer mala təsviyə maşını" yükünün ********** mal kodu altında əlavə dəyər vergisindən azad olunan kənd təsərrüfatı təyinatlı texnika kimi gömrük rəsmiləşdirilməsinin başa çatdırılaraq sərəncamlarına verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur. Cavabdeh bununla razılaşmayaraq Gəncə İnzibati Məhkəməsin 21 iyul 2023-cü il tarixli 2-191140-3192 /2023 nömrəli qərarından apellyasiya şikayəti vermişdir. Gəncə Apellyasiya Məhkəməsində 14 sentyabr 2023-cü il tarixdə keçirilən məhkəmə iclasında Cavabdeh nümayəndəsi mübahisə predmeti olan mal üzrə müvafiq ekspertizanın keçirilməsini xahiş etmiş, məhkəmə kollegiyasının qərardadı ilə mübahisə predmetinin X10 mal nomenklaturası üzrə mal kodunun müəyyənləşdirilməsi üçün Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə müraciət edilmişdir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 15 dekabr 2023-cü il tarixli 9/7742 nömrəli ekspert rəyinə əsasən ekspertiza tədqiqatına təqdim edilmiş malın traktora qoşulan torpaq malasının yalnız kənd təsərrüfatında istifadə üçün nəzərdə tutulduğu və torpağın düzləşdirilməsi məqsədilə istifadə olunduğu qeyd edilmiş və X10 mal nomenklaturası üzrə ********** alt yarımmövqeydə sinifləşdirildiyi göstərilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin 14 mart 2024-cü il tarixli 2-1(104)-97/2024 nömrəli qərarı ilə Cavabdeh apellyasiya şikayəti təmin edilməmiş və Gəncə İnzibati Məhkəməsin 21 iyul 2023-cü il tarixli 2-191140-3192/2023 nömrəli qərarı qüvvədə saxlanılmışdır. Cavabdeh tərəfindən şikayət verilmədiyi səbəbindən Gəncə Apellyasiya Məhkəməsinin 14 mart 2024-cü il tarixli 2-1(104)-97/2024 nömrəli qərarı qanuni qüvvəyə minmişdir. Məhz bu səbəbdən də, Cəmiyyət tərəfindən sonradan idxal olunan eyni yüklərə dair gömrük bəyannamələri Cavabdehnə təqdim olunarkən gömrük bəyannaməsinə əlavə edilən qoşmalarda da hər zaman sözügedən məhkəmə qərarlarının surətləri əlavə olunmuşdur. Cavabdeh "Kənd təsərrüfatında torpağın düzləşdirilməsi üçün istifadə olunan lazer mala təsviyə maşını" yükünün X10 mal nomenklaturası üzrə ********** mal kodu altında sinifləşdirilməli olduğu barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının olduğunu bilavasitə bilsə də, eyni adlı malın idxalı zamanı yenidən mal kodunun müəyyənləşdirilməsi təşəbbüsü ilə çıxış etməsi özü-özlüyündə qanunazidd hərəkətdir. Halbuki, "İnzibati icraat haqqında" Azərbaycan Respublikaının Qanununun "Etimad hüququnun qorunması prinsipi" adlanan 13-cü maddəsinin 1-ci bəndində inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadının qanunla qorunduğu, həmin maddənin 2-ci bəndində isə inzibati orqanın mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borclu olduğu göstərilmişdir. Bundan əlavə sözügedən Qanunun "Diskresion səlahiyyətlərin həyata keçirilməsi qaydası" adlanan 14-cü maddəsinin 1-ci bəndində inzibati orqanın diskresion səlahiyyətlərini qanunla müəyyən olunmuş hüdudlar daxilində (qanunla ona verilmiş səlahiyyətlər daxilində) həyata keçirməyə borclu olduğu, həmin maddənin 2-ci bəndində diskresion səlahiyyətlər əsasında qəbul edilən qərarların həmin səlahiyyətlərin məqsədinə uyğun olmalı olduğu, 3-cü bəndində diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı fiziki və ya hüquqi şəxslərin hüquq və azadlıqlarının əsassız məhdudlaşdırılmasına yönəldilmiş qərarların qəbul oluna bilinməzliyi açıq-aşkar göstərilmişdir. "Kənd təsərrüfatında torpağın düzləşdirilməsi üçün istifadə olunan lazer mala təsviyə maşını" yükünün X9 İdarəsinin 17 aprel 2023-cü il tarixli ekspert rəyində **********, 03 mart 2025-ci il tarixli GM**********94 nömrəli ekspert rəyində isə ********** mal kodu altında sinifləşdirildiyinin göstərilməsi, yəni eyni adlı malın eyni idarə tərəfindən müxtəlif vaxtlarda iki fərqli mal kodu altında sinifləşdirildiyinə dair "ekspert rəyi"ninin verilməsi özlüyündə X9 İdarəsində qanunsuz əməllərə yol verildiyini təkzibedilməz olaraq sübut edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 dekabr 2022-ci il tarixli 430 nömrəli Qərarı ilə təsdiq edilmiş "Əlavə dəyər vergisindən azad olunan bilavasitə kənd təsərrüfatı təyinatlı suvarma və digər qurğuların, maşınların, avadanlıqların və texnikaların, habelə onların ehtiyat hissələrinin Siyahısı"nda ********** mal kodunun əlavə dəyər vergisindən azad olunduğu göstərilmişdir. Eyni zamanda, "Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında" Azərbaycan Respublikasının 406VQ nömrəli xx.xx.2021-ci il tarixli Qanununun 1.59.3-cü maddəsi ilə sözügedən güzəştin tətbiqi üçün Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 164.1.34-cü maddəsində "bilavasitə kənd təsərrüfatı təyinatlı suvarma və digər qurğuların, maşınların, avadanlıqların və texnikaların, habelə siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq olunmuş" sözləri "siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq olunmuş bilavasitə kənd təsərrüfatı təyinatlı suvarma və digər qurğuların, maşınların, avadanlıqların və texnikaların, habelə" sözləri ilə əvəz edilmişdir. Bundan əlavə, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Kollegiyasının 26 aprel 2019-cu il tarixli Q-08-19 nömrəli Qərarı ilə təsdiq edilmiş "Aqrar sahədə güzəşt tətbiq ediləcək texnikaların Siyahısı"nın 2-ci bəndində "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən idxal olunan sözügedən malın adı da daxil edilmişdir. Göründüyü kimi, yuxarıda sadalanan normativ hüquqi aktların tələbinə əsasən də "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən idxal olunan texnikalar kənd təsərrüfatı təyinatlı olmaqla əlavə dəyər vergisindən azad edilmişdir.
12. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır. III. İddianın növü və mümkünlüyü
13. Məhkəmə qeyd edir ki, hazırkı iddia ümumi mümkünlük şərtlərinə (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.), eyni zamanda xüsusi mümkünlük şərtlərinə əməl olunmaqla verilmişdir. Belə ki, iddiaçı hazırkı iddianı qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmişdir.
14. Hazırkı iddia İPM-in 2.2.3-cü maddəsində nəzərdə tutulmuş öhdəliyin icrası haqqında iddia növünə aiddir. İPM-in: - 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. - 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. - 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. - 8.1.2-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur.
15. Hazırkı işdə öhdəliyin icrası haqqında iddianın xüsusi mümkünlük şərti kimi əvvəlcə eyni tələblə inzibati orqana müraciət edilməsi barədə şərt də ödənilmiş, iddiaçı hazırkı tələblə cavabdehə müraciət etmiş və cavabdeh tərəfindən onun müraciətinin təmin edilməsindən imtina edilmişdir.
16. Cavabdehin yerləşdiyi Gəncə şəhəri “Azərbaycan Respublikası apellyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının xx.xx.2019-cu il tarixli Qərarına əsasən Gəncə İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edilmişdir.
17. Məhkəmə hazırkı iddianın öhdəliyin icrası haqqında iddia növünə aid olduğunu və cavabdehin yerləşdiyi yerin ünvanını nəzərə alaraq hesab edir ki, işə ərazi aidiyyəti üzrə Gəncə İnzibati Məhkəməsində baxılmalıdır.
18. Göründüyü kimi, iddia mümkün iddiadır, ona görə ki, hazırkı iddianın qaldırılması üçün inzibati prosessual qanunvericilikdə nəzərdə tutulan həm ümumi, həm xüsusi mümkünlük şərtləri ödənilmiş və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir. IV. Prosessual məsələlər
19. İş üzrə inzibati prosessual qanunvericiliyin tələblərinə müvafiq prosessual hərəkətlər edilərək, şifahi məhkəmə baxışı iclası xx.xx.2025-ci il tarixə təyin edilmiş, bu barədə tərəflərə məlumat verilərək şifahi məhkəmə baxışı ilə bağlı iclasa gəlmədikləri halda onların iştirakı olmadan ərizəyə baxılacağı və iş üzrə qərar qəbul ediləcəyi barədə xəbərdarlıq edilmişdir.
20. İddiaçının nümayəndəsi və cavabdehin nümayəndələri məhkəmə iclasına gəlmişlər. V. Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri
21. Cavabdehin iddiaya yazılı etirazı xx.xx.2025-ci il tarixdə məhkəməyə daxil olmuş və etiraz onunla əsaslandırılmışdır ki, iddiaçı iddia ərizəsində Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli 430 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlavə dəyər vergisindən azad olunan bilavasitə kənd təsərrüfatı təyinatlı suvarma və digər qurğuların, maşınların, avadanlıqların və texnikaların, habelə onların ehtiyat hissələrinin Siyahısı”na istinad edərək xx.xx.2025-ci il tarixində idxal etdiyi kənd təsərrüfatında torpağın düzləşdirilməsi üçün istifadə olunan lazer mala-təsviyyə avadanlığının (aksessuarları ilə birlikdə) əlavə dəyər vergisindən azad olduğunu qeyd etmişdir. Aşağıda qeyd edilənlərə əsasən hesab edirik ki, iddiaçının iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 148 və 151-ci maddələrinə əsasən Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr Azərbaycan Respublikasının qanunvericilik sisteminin ayrılmaz tərkib hissəsidir. Azərbaycan Respublikasının qanunvericilik sisteminə daxil olan normativ hüquqi aktlar ilə (Azərbaycan Respublikasının Konstitusiyası və referendumla qəbul edilən aktlar istisna olmaqla) Azərbaycan Respublikasının tərəfdar çıxdığı dövlətlərarası müqavilələr arasında ziddiyyət yaranarsa, həmin beynəlxalq müqavilələr tətbiq edilir. Azərbaycan Respublikası 2 may 2000-ci il tarixli 872-İQ saylı Qanunla "Malların Təsviri və Kodlaşdırılması üzrə Harmonikləşdirilmiş Sistem haqqında" Beynəlxalq Konvensiyaya və göstərilən X3 qoşulmuşdur. Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 319.2, 319.4, 320.0.1, 321.3-cü maddələrinin tələblərinə əsasən X10 mal nomenklaturasının şərh etmə qaydaları və istənilən təsnifatlandırma səviyyəsindəki mövqelərə dair şərhlər (qeydlər) X10 mal nomenklaturasının ayrılmaz hissəsidir. Azərbaycan Respublikasında istifadə edilən X10 mal nomenklaturası X5 malların təfsiri və kodlaşdırılmasının Harmonikləşdirilmiş Sisteminə, X16 Edilmiş Sisteminə və X6 X10 vahid mal nomenklaturasına uyğun olmalıdır. Bəyan edilən malların X10 mal nomenklaturası üzrə kodu bəyannaməçi tərəfindən düzgün göstərilmədikdə, gömrük orqanları həmin malları sərbəst təsnifatlandırma hüququna malikdirlər. Müvafiq icra hakimiyyəti orqanı (Dövlət Gömrük Komitəsi) X10 mal nomenklaturasının beynəlxalq əsaslarına edilən dəyişikliklərin və əlavələrin, bu əsasların təfsiri üzrə beynəlxalq şərhlərin (qeydlərin) və qərarların izlənməsini və gömrük işində operativ tətbiqini təmin edir. "Malların Təsviri və Kodlaşdırılması üzrə Harmonikləşdirilmiş Sistem haqqında" X2 X13 tərəfindən hazırlanmış və nəşr olunan, Harmonikləşdirilmiş Sistem üzrə bölmələrin, qrupların, mal mövqelərinin və yarımmövqelərinin izahını verən rəsmi, lakin izahat xarakterli sənədlərdir. Bu izahnamələrin əsas məqsədi – malların dəqiq və düzgün kodla şdırılmasını təmin etmək, tətbiq zamanı vahid yanaşma formalaşdırmaq və beynəlxalq təcrübəyə uyğunlaşdırılmış hüquqi izahlar verməkdir. Harmonikləşdirilmiş Sistemin (HS) İzahnamələri X10 mal nomenklaturası üzrə hüquqi interpretasiya üçün istifadə edilən əsas istinad mənbəyidir. Bir çox ölkələrin məhkəmə və gömrük orqanları bu izahnamələri praktiki və texniki interpretasiya vasitəsi kimi qəbul edir. Məhkəmə və ya inzibati mübahisələr zamanı, malın düzgün XİF MN üzrə kodunun müəyyən edilməsində HS İzahnamələri həmin kodun mahiyyəti, əhatə dairəsi və istisnaları barədə dəqiq və beynəlxalq səviyyədə qəbul olunmuş izahlar təqdim etdiyi üçün əsaslı istinad kimi qəbul olunur. HS İzahnamələri hər bir bölmənin, qrupların, mal mövqelərinin və mal yarımmövqelərinin əhatə dairəsinə dair şərhlər verir, bunlara daxil edilən və bunlardan istisna edilən malların siyahısını əks etdirir, habelə müvafiq malların texniki təsvirlərini (xarici görünüşü, xüsusiyyətləri, istehsal üsulu və istifadəsi) və onların müəyyənləş dirilməsi üçün praktiki göstərişləri ehtiva edir. HS İzahnaməsinin 8432 mal mövqeyinə aid qeydlərində bu mal mövqeyinə məhz hansı kənd təsərrüfatı, bağçılıq və meşə təsərrüfatı texnika və avadanlıqlarının daxil edildiyi sıra ilə göstərilmişdir. Daxil edilən 10 (on) başlıqdan heç birində torpağın hamarlaşdırılması və səviyyələndirilməsi üçün olan texnika və avadanlıqlar göstərilməmişdir. Əlavə olaraq 8432 mal mövqeyinin istisnaedici qeydlərinin “f” bəndində torpağın hamarlaşdırılması və səviyyələndirilməsi üçün olan texnika və avadanlıqların bu qrupdan istisna edildiyi və 8430 mal mövqeyinə daxil edildiyi göstərilmişdir (The heading (84.32) does not include: (f) Earth excavating, levelling, boring or extracting machinery and non self-propelled road rollers (heading 84.30)) Eyni zamanda, “f” bəndi ilə yanaşı “c” (heading 84.24), “d” (heading 84.28) və “h” (Chapter 87) bəndlərində öz əksini tapan mal mövqeləri üçün kənd təsərrüfatı ifadəsinə istinad edilsə belə həmin mallar 84.32 mal mövqeyində deyil, digər mal mövqelərində təsnifləşdirilmişdir. 8430 mal mövqeyinin qeydlərində bu mal mövqeyinə 8429 mal mövqeyinin özüyeriyən texnikaları və 8432 mal mövqeyinə daxil edilən 10 (on) başlıqda göstərilmiş kənd təsərrüfatı, bağçılıq, meşə təsərrüfatı texnika və avadanlıqları istisna olmaqla yer qabığını “işləmək” üçün nəzərdə tutulan maşınları (məsələn, qayaları, torpağı, kömürü və s. kəsmək və parçalamaq; torpağın qazılması, çıxarılması və s.) və ya ərazinin hazırlanması və ya sıxlaşdırılması üçün nəzərdə tutulan maşınları (məsələn, qazıntı aparmaq, səviyyələndirmək, dərəcə vermək, bərkitmə və ya silindrlə sıxlaşdırmaq) əhatə etdiyi göstərilmişdir. Daha sonra bu mal mövqeyinin əhatə etdiyi mallar 5 (beş) başlıqla qruplaşdırılaraq göstərilmişdir. Məhz beşinci başlıqda torpağın qazılması, qazınması və hamarlaşdırılması və səviyyələndirilməsi üçün olan texnika və avadanlıqlar qeyd edilmişdir. Əlavə olaraq bildiririk ki, X1 Respublikası tərəfindən rəsmi olaraq tərcümə və təsdiq edilmiş İzahnaməsinin 8430 mal mövqeyinə aid qeydlərində bu mal mövqeyinin əhatə etdiyi mallar 5 (beş) başlıqla qruplaşdırılaraq göstərilmişdir və beşinci başlığın (D) bəndində aydın şəkildə torpağın hamarlaşdırılması və səviyyələndirilməsi üçün olan texnika və avadanlıqlar “yer tesviyesine mahsus makina ve cihazlar” olaraq qeyd edilmişdir. Vergi Məcəlləsinin 164.1.34-cü maddəsinə əsasən siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq olunmuş bilavasitə kənd təsərrüfatı təyinatlı suvarma və digər qurğuların, maşınların, avadanlıqların və texnikaların, habelə kənd təsərrüfatı texnikasının ehtiyat hissələrinin istehsalı, idxalı və satışı ƏDV-dən azad edilmişdir (burada diqqət yetirilməli olan nöqtəvi hissə yuxarıda göstərilən malların bilavasitə kənd təsərrüfatı təyinatlı olmasıdır). Maddədə qeyd olunan müvafiq icra hakimiyyəti orqanı Azərbaycan Respublikasının Nazirlər Kabinetidir. Nazirlər Kabineti isə məlum siyahını 2022-ci il 2 dekabr tarixli 430 nömrəli Qərarı ilə təsdiq etmişdir. Nəzərə alınmalıdır ki, cari inzibati mübahisənin mahiyyəti bilavasitə Beynəlxalq İzahnamədə göstərilənlərin tətbiqi ilə bağlıdır. Belə ki, digər bir gömrük orqanının cavabdeh olduğu anoloji inzibati mübahisə üzrə yekun məhkəmə qərarı (Azərbaycan Respublikasının Ali Məhkəməsinin 25 iyun 2024-cü il tarixli 2-1(1066)/2024 nömrəli qərarı) ilə də müəyyən edilmişdir ki, gömrük rəsmiləşdirilməsi zamanı malların təsnifatı müəyyən edilərkən mütləq “Malların Təsviri və Kodlaşdırılması üzrə Harmonikləşdirilmiş Sistem haqqında” Beynəlxalq Konvensiyanın ayrılmaz tərkib hissəsi olan Beynəlxalq İzahnamə nəzərə alınmalı və tətbiq edilməlidir. İşin mübahisəsiz hallarında müəyyən edilir ki, iddiaçı idxal etdiyi malın kənd təsərrüfatı təyinatlı olmasını iddia edir. Lakin iddiaçının idxal etdiyi malın təyinatının yaln ız kənd təsərrüfatı təyinatlı deyil başqa sahələrdə də istifadə olunması müəyyən edilmişdir. Göründüyü kimi iddiaçının hüquqlarının pozulmasını qanunvericilikdə nəzərdə tutulmuş qaydada sübuta yetirmir və iddiaçının iddiası hər hansı əsaslı şübhə yaratmayan sübutla təsdiq edilmir. Beləliklə qeyd olunanlar onu deməyə əsas verir ki, iddiaçının hazırkı iddia tələbinin təmin edilməsi üçün qanuni əsaslar müəyyən olunmur. Buna görə də iddiaçının idarəyə qarşı olan iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməlidir.
22. Cavabdehin yazılı izahatı məhkəməyə daxil olmuş və izahat onunla əsaslandırılmışdır ki, iddiaçı iddia ərizəsində Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli 430 nömrəli Qərarı ilə təsdiq edilmiş "Əlavə dəyər vergisindən azad olunan bilavasitə kənd təsərrüfatı təyinatlı suvarma və digər qurğuların, maşınların, avadanlıqların və texnikaların, habelə onların ehtiyat hissələrinin Siyahısı"na istinad edərək xx.xx.2025-ci il tarixdə idxal etdiyi kənd təsərrüfatında torpağın düzləşdirilməsi üçün istifadə olunan lazer mala- təsviyyə avadanlığının (aksessuarları ilə birlikdə) əlavə dəyər vergisindən azad olduğunu qeyd etmişdir. Aşağıda qeyd edilənlərə əsasən hesab edirlər ki, iddiaçının iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 148 və 151-ci maddələrinə əsasən Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr Azərbaycan Respublikasının qanunvericilik sisteminin ayrılmaz tərkib hissəsidir. Azərbaycan Respublikasının qanunvericilik sisteminə daxil olan normativ hüquqi aktlar ilə (Azərbaycan Respublikasının Konstitusiyası və referendumla qəbul edilən aktlar istisna olmaqla) Azərbaycan Respublikasının tərəfdar çıxdığı dövlətlərarası müqavilələr arasında ziddiyyət yaranarsa, həmin beynəlxalq müqavilələr tətbiq edilir. Azərbaycan Respublikası 2 may 2000-ci il tarixli 872-İQ saylı Qanunla "Malların Təsviri və Kodlaşdırılması üzrə Harmonikləşdirilmiş Sistem haqqında" Beynəlxalq Konvensiyaya və göstərilən X3 qoşulmuşdur. Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 319.2, 319.4, 320.0.1, 321.3-cü maddələrinin tələblərinə əsasən X10 mal nomenklaturasının şərh etmə qaydaları və istənilən təsnifatlandırma səviyyəsindəki mövqetərə dair şərhlər (qeydlər) X10 mal nomenklaturasının ayrılmaz hissəsidir. Azərbaycan Respublikasında istifadə edilən X10 mal nomenklaturası X5 malların təfsiri və kodlaşdırılmasının Harmonikləşdirilmiş Sisteminə, X16 Edilmiş Sisteminə və X6 X10 vahid mal nomenklaturasına uyğun olmalıdır. Bəyan edilən malların X10 mal nomenklaturası üzrə kodu bəyannaməçi tərəfindən düzgün göstərilmədikdə, gömrük orqanları həmin malları sərbəst təsnifatlandırma hüququna malikdirlər. Müvafiq icra hakimiyyəti orqanı (Dövlət Gömrük Komitəsi) X10 mal nomenklaturasının beynəlxalq əsaslarına edilən dəyişikliklərin və əlavələrin, bu əsasların təfsiri üzrə beynəlxalq şərhlərin (qeydlərin) və qərarların izlənməsini və gömrük işində operativ tətbiqini təmin edir. Azərbaycan Respublikası 1992-ci il 17 iyun tarixindən etibarən X5 üzvüdür. "Malların Təsviri və Kodlaşdırılması üzrə Harmonikləşdirilmiş Sistem haqqında" X2 X13 tərəfindən hazırlanmış və nəşr olunan, Harmonikləşdirilmiş Sistem üzrə bölmələrin, qrupların, mal mövqelərinin və yarımmövqelərinin izahını verən rəsmi, lakin izahat xarakterli sənədlərdir. Bu izahnamələrin əsas məqsədi - malların dəqiq və düzgün kodlaşdırılmasını təmin etmək, tətbiq zamanı vahid yanaşma formalaşdırmaq və beynəlxalq təcrübəyə uyğunlaşdırılmış hüquqi izahlar verməkdir. Harmonikləşdirilmiş Sistemin (HS) İzahnamələri X10 mal nomenklaturası üzrə hüquqi interpretasiya üçün istifadə edilən əsas istinad mənbəyidir. Bir çox ölkələrin məhkəmə və gömrük orqanları bu izahnamələri praktiki və texniki interpretasiya vasitəsi kimi qəbul edir. Məhkəmə və ya inzibati mübahisələr zamanı, malın düzgün XİF MN üzrə kodunun müəyyən edilməsində HS İzahnamələri həmin kodun mahiyyəti, əhatə dairəsi və istisnaları barədə dəqiq və beynəlxalq səviyyədə qəbul olunmuş izahlar təqdim etdiyi üçün əsaslı istinad kimi qəbul olunur. HS İzahnamələri hər bir bölmənin, qrupların, mal mövqelərinin və mal yarımmövqelərinin əhatə dairəsinə dair şərhlər verir, bunlara daxil edilən və bunlardan istisna edilən malların siyahısını əks etdirir, habelə müvafiq malların texniki təsvirlərini (xarici görünüşü, xüsusiyyətləri, istehsal üsulu və istifadəsi) və onların müəyyənləşdirilməsi üçün praktiki göstərişləri ehtiva edir. HS İzahnaməsinin 8432 mal mövqeyinə aid qeydlərində bu mal mövqeyinə məhz hansı kənd təsərrüfatı, bağçılıq və meşə təsərrüfatı texnika və avadanlıqlarının daxil edildiyi sıra ilə göstərilmişdir. Daxil edilən 10 (on) başlıqdan heç birində torpağın hamarlaşdırılması və səviyyələndirilməsi üçün olan texnika və avadanlıqlar göstərilməmişdir. Əlavə olaraq 8432 mal mövqeyinin istisnaedici qeydlərinin "f" bəndində torpağın hamarlaşdırılması və səviyyələndirilməsi üçün olan texnika və avadanlıqların bu qrupdan istisna edildiyi və 8430 mal mövqeyinə daxil edildiyi göstərilmişdir (The heading (84.32) does not include: (f) Earth excavating, levelling, boring or extracting machinery and non self-propelled road rollers (heading 84.30)) Eyni zamanda, "f" bəndi ilə yanaşı "c" (heading 84.24), "d" (heading 84.28) və "h" (Chapter 87) bəndlərində öz əksini tapan mal mövqeləri üçün kənd təsərrüfatı ifadəsinə istinad edilsə belə həmin mallar 84.32 mal mövqeyində deyil, digər mal mövqelərində təsnifləşdirilmişdir. 8430 mal mövqeyinin qeydlərində bu mal mövqeyinə 8429 mal mövqeyinin özüyeriyən texnikaları və 8432 mal mövqeyinə daxil edilən 10 (on) başlıqda göstərilmiş kənd təsərrüfatı, bağçılıq, meşə təsərrüfatı texnika və avadanlıqları istisna olmaqla yer qabığını "işləmək" üçün nəzərdə tutulan maşınları (məsələn, qayaları, torpağı, kömürü və s. kəsmək və parçalamaq; forpağın qazılması, çıxarılması və s.) və ya ərazinin hazırlanması və ya sıxlaşdırılması üçün nəzərdə tutulan maşınları (məsələn, qazıntı aparmaq, səviyyələndirmək, dərəcə vermək, bərkitmə və ya silindrlə sıxlaşdırmaq) əhatə etdiyi göstərilmişdir. Daha sonra bu mal mövqeyinin əhatə etdiyi mallar 5 (beş) başlıqla qruplaşdırılaraq göstərilmişdir. Məhz beşinci başlıqda torpağın qazılması, qazınması və hamarlaşdırılması və səviyyələndirilməsi üçün olan texnika və avadanlıqlar qeyd edilmişdir. Əlavə olaraq bildirilir ki, X1 Respublikası tərəfindən rəsmi olaraq tərcümə və təsdiq edilmiş İzahnaməsinin 8430 mal mövqeyinə aid qeydlərində tu mal mövqeyinin əhatə etdiyi mallar 5 (beş) başlıqla qruplaşdırılaraq göstərilmişdir və deşinci başlığın (D) bəndində aydın şəkildə torpağın hamarlaşdırılması və səviyyələndirilməsi çün olan texnika və avadanlıqlar "yer tesviyesine mahsus makina ve cihazlar" olaraq qeyd edilmişdir. Bununla bərabər nəzərə alınmalıdır ki, Türkiyə Respublikasında analoji malları istehsal edən şirkətlər rəsmi internet səhifələrində sözügedən lazerli mala (X26 Tesviye Makinası) yüklərinin kənd təsərrüfatı, sənaye və inşaat sahələrində, futbol meydançaları və tennis kortlarının hazırlanmasında, həmçinin yolların və hava limanlarının inşasında da istifadə edilə biləcəyini qeyd etmişdir. Vergi Məcəlləsinin 164.1.34-cü maddəsinə əsasən siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq olunmuş bilavasitə kənd təsərrüfatı təyinatlı suvarma və digər qurğuların, maşınların, avadanlıqların və texnikaların, habelə kənd təsərrüfatı texnikasının ehtiyat hissələrinin istehsalı, idxalı və satışı ƏDV-dən azad edilmişdir (burada diqqət yetirilməli olan nöqtəvi hissə yuxarıda göstərilən malların bilavasitə kənd təsərrüfatı təyinatlı olmasıdır). Maddədə qeyd olunan müvafiq icra hakimiyyəti orqanı Azərbaycan Respublikasının Nazirlər Kabinetidir. Nazirlər Kabineti isə məlum siyahını 2022-ci il 2 dekabr tarixli 430 nömrəli Qərarı ilə təsdiq etmişdir. Nəzərə alınmalıdır ki, cari inzibati mübahisənin mahiyyəti bilavasitə Beynəlxalq İzahnamədə göstərilənlərin tətbiqi ilə bağlıdır. Belə ki, digər bir gömrük orqanının cavabdeh olduğu anoloji inzibati mübahisə üzrə yekun məhkəmə qərarı (Azərbaycan Respublikasının Ali Məhkəməsinin 25 iyun 2024-cü il tarixli 2-1(1066)/2024 nömrəli qərarı) ilə də müəyyən edilmişdir ki, gömrük rəsmiləşdirilməsi zamanı malların təsnifatı müəyyən edilərkən mütləq "Malların Təsviri və Kodlaşdırılması üzrə Harmonikləşdirilmiş Sistem haqqında" Beynəlxalq Konvensiyanın ayrılmaz tərkib hissəsi olan Beynəlxalq İzahnamə nəzərə alınmalı və tətbiq edilməlidir. "Məhkəmələr və hakimlər haqqında" Azərbaycan Respublikası Qanununun 79-1-ci maddəsinə əsasən vahid məhkəmə təcrübəsi məhkəmələrin hüquqi məsələlərin həllinə yanaşmasının sabitliyini və ədalət mühakiməsi həyata keçirilərkən maddi və prosessual hüquq normalarının eyni cür tətbiq edilməsini təmin etmək məqsədilə formalaşdırılır. Ali Məhkəmə hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsini baxdığı işlər üzrə məhkəmə kollegiyalarının və Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə formalaşdırır. Azərbaycan Respublikasının İPMnin 12-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Azərbaycan Respublikasının İPM-nin 58.7-ci maddəsinin tələbinə görə sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Azərbaycan Respublikasının İPMnin 64.1-ci maddəsinə əsasən, sədrlik edən hakim mübahisə ilə bağlı işin həm faktiki, həm də hüquqi tərəflərini proses iştirakçıları ilə müzakirə etməyə borcludur. Azərbaycan Respublikasının İPM-nin 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Azərbaycan Respublikasının İPM-nin 12-ci maddəsinə əsasən, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Bu baxımdan, İPM-in 34.1-ci maddəsinin tələbi qaydasında iddiaçıların hazırkı iddia tələbinin təmin edilməsi üçün qanuni əsaslar müəyyən olunmur. İşin mübahisəsiz hallarında müəyyən edilir ki, iddiaçı idxal etdiyi malın kənd təsərrüfatı təyinatlı olmasını iddia edir. Lakin iddiaçının idxal etdiyi malın təyinatının yalnız kənd təsərrüfatı təyinatlı deyil başqa sahələrdə də istifadə olunması müəyyən edilmişdir. Göründüyü kimi iddiaçının hüquqlarının pozulmasını qanunvericilikdə nəzərdə tutulmuş qaydada sübuta yetirmir və iddiaçının iddiası hər hansı əsaslı şübhə yaratmayan sübutla təsdiq edilmir. Beləliklə qeyd olunanlar onu deməyə əsas verir ki, iddiaçının hazırkı iddia tələbinin təmin edilməsi üçün qanuni əsaslar müəyyən olunmur. Buna görə də iddiaçının idarəyə qarşı olan iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməlidir.
23. İddiaçının nümayəndəsi X8 şifahi məhkəmə baxışı iclasında iddianı müdafiə edərək, iddianın təmin edilməsinə dair qərar çıxarılmasını xahiş etmişdir.
24. Cavabdehin nümayəndələri X20, X7 və X24 məhkəmə iclasında iddia tələbinə etiraz edərək, iddianın təmin olunmaması barədə qərar çıxarılmasını xahiş etmişlər.
25. Yekun məhkəmə qərarının elan olunması xx.xx.2025-ci il tarixə təyin edilmişdir.
26. İddiaçının nümayəndəsi və cavabdehin nümayəndələri yekun məhkəmə qərarının elan olunmasında iştirak etmişlər. VI. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər
27. Məhkəmə araşdırmasının predmetini aşağıdakı sənədlər təşkil etmişdir: - Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(114)-3192/2023 nömrəli qərarı; - Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli 2- 1(104)-97/2024 nömrəli qərarı; - Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli 9/7742 nömrəli ekspert rəyi; - “FAVO AGRO” MAK.İÇ VE DİŞ TİC.PAZ.TED. VE DNŞ.HİZ.LTD.ŞTİ tərəfindən İddiaçı MMC-yə ünvanlanmış məktub; - xx.xx.2025-ci il tarixli gömrük bəyannaməsi; - xx.xx.2025-ci il tarixli gömrük bəyannaməsi; - xx.xx.2025-ci il tarixli ekspert rəyi; - Cavabdeh xx.xx.2025-ci il tarixli 3-33-1600/2-000182/2025 nömrəli məktubu; - Cavabdeh xx.xx.2025-ci il tarixli 3-33-1600/2-000227/2025 nömrəli məktubu; - Cavabdeh xx.xx.2025-ci il tarixli 3-33-1600/2-000246/2025 nömrəli məktubu.
Əsaslandırma hissəsi:
VII. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi
28. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyərək, inzibati iş materiallarını araşdırıb, mövcud olan sübutları obyektiv, hərtərəfli və tam tədqiq etməklə, onlara hüquqi qiymət verərək belə qənaətə gəlir ki, iddia mahiyyət baxımından qismən əsaslıdır və qismən təmin edilməlidir.
29. İş materialları ilə müəyyən edilmiş hallardan görünür ki, İddiaçı MMC tərəfindən Türkiyə Respublikasından kənd təsərrüfatında torpağın düzləşdirilməsi üçün istifadə olunan lazer mala təsviyə maşını Marka “FAVO” aksessuarları ilə birlikdə, invoys üzrə (1-ci mal-model-LTM-3.5 Metralıq, Çüt əyim-3 ədəd-15535S) idxal olunmuşdur. Həmin mallar ixracatçı şirkət “FAVO AGRO” MAK.İÇ VE DİŞ TİC.PAZ.TED. VE DNŞ.HİZ.LTD.ŞTİ tərəfindən xx.xx.2025-ci il tarixdə Türkiyədən yüklənərək göndərilmiş və 8432.80.00.00.19 kodu altında sinifləndirilmişdir. Həmin mal xx.xx.2025-ci il tarixli gömrük bəyannaməsinə əsasən İddiaçı MMC tərəfindən ********** kodu altında bəyan edilmiş, lakin gömrük orqanı malın sinifləşdirildiyi X10 mal nomenklaturası üzrə kodla razılaşmayaraq, ekspertiza aparılması üçün müraciət etmiş və X17 İdarəsi tərəfindən yükün XİFMN kodunun müəyyən edilməsi üçün ekspertiza keçirilərək, xx.xx.2025-ci il tarixli ekspert rəyi verilmişdir. Həmin rəydə İddiaçı MMC-nin ünvanına xx.xx.2025-ci il tarixli FAE**********006 saylı invoys üzrə idxal olunan yükün “"Farmer" markalı, "Tesviye Küreği (Lazer Kontrollü) LTM 3,5 MT Çift eğim Mf01350002" modelli, traktora qoşulmaq üçün nəzərdə tutulmuş torpaq üçün lazerli planlaşdırıcı, "Farmer" markalı, "Tesviye Küreği (Lazer Kontrollü) LTM 4 MT Çift eğim Mf01400002" modelli, traktora qoşulmaq üçün nəzərdə tutulmuş torpaq üçün lazerli planlaşdırıcı, "Farmer" markalı, "Tesviye Küreği (Lazer Kontrollü) LTM 5 MT Çift eğim Mf01500002" modelli, traktora qoşulmaq üçün nəzərdə tutulmuş torpaq üçün lazerli planlaşdırıcı, "Farmer" markalı, "Tesviye Küreği (Lazer Kontrollü) LTM 3MT Çift eğim Mf01300005" modelli, traktora qoşulmaq üçün nəzərdə tutulmuş torpaq üçün lazerli planlaşdırıcı olub XİFMN-ə görə ********** alt yarımmövqeyində sinifləşdirilməli olması göstərilmişdir. İddiaçı həmin rəylə də razılaşmadığından hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir.
30. Məhkəmə cavabdeh orqanın kənd təsərrüfatında torpağın düzləşdirilməsi üçün istifadə olunan lazer mala təsviyə maşını Marka “FAVO” aksessuarları ilə birlikdə, invoys üzrə (1-ci mal-model-LTM-3.5 Metralıq, Çüt əyim-3 ədəd-15535S) 8432.80.00.00.19 XİFMN kodu altında rəsmiləşdirməkdən imtinasını əsassız sayır və bununla bağlı aşağıdakıları qeyd edir.
31. Azərbaycan Respublikası Gömrük Məcəlləsinə görə: Maddə 157.1. Gömrük orqanları təsdiq etdikləri gömrük bəyannaməsində göstərilən məlumatların, onunla birgə təqdim olunan sənədlərin düzgünlüyünü, müvafiq malları yoxlamaq, malların bəyan edildiyi gömrük prosedurunun tətbiqi üçün bu Məcəllənin 150.3cü maddəsinə əsasən çatışmayan başqa sənədlərin təqdim olunmasını tələb etmək, malların gömrük ekspertizası üçün onlardan prob və nümunələr götürmək hüququna malikdirlər. Maddə 319.1. X10 mal nomenklaturası - malların qrupunu, mövqeyini, yardımçı mövqeyini, alt yardımçı mövqeyini rəqəm işarəsi və ya rəqəm işarələri qrupu (kodlar) şəklində özündə birləşdirən təsnifatdır. Maddə 319.2. X10 mal nomenklaturasının şərh etmə qaydaları və istənilən təsnifatlandırma səviyyəsindəki mövqelərə dair şərhlər (qeydlər) X10 mal nomenklaturasının ayrılmaz hissəsidir. Maddə 319.3. X10 mal nomenklaturasından tarif və qeyri-tarif tədbirlərinin tətbiqi və xarici ticarətin gömrük statistikasının aparılması üçün istifadə edilir. Maddə 319.4. Azərbaycan Respublikasında istifadə edilən X10 mal nomenklaturası X5 malların təfsiri və kodlaşdırılmasının Harmonikləşdirilmiş Sisteminə, X16 Edilmiş Sisteminə və X6 X10 vahid mal nomenklaturasına uyğun olmalıdır. Maddə 319.5. X10 mal nomenklaturasını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir. Maddə 321.1. Mallar bəyan edilərkən malların təsnifatı aparılır, yəni malların X10 mal nomenklaturasında kodu (kodları) müəyyən olunur. Maddə 321.2. Maraqlı şəxslərin müraciəti olduqda, gömrük orqanları bu Məcəllənin 50-ci maddəsinə əsasən malların təsnifatına dair icrası məcburi qərarları əvvəlcədən qəbul edirlər. Maddə 321.3. Bəyan edilən malların X10 mal nomenklaturası üzrə kodu bəyannaməçi tərəfindən düzgün göstərilmədikdə, gömrük orqanları həmin malları sərbəst təsnifatlandırma hüququna malikdirlər. Maddə 321.4. Malların təsnifatını apararkən, gömrük orqanları X10 mal nomenklaturasına uyğun olan malların kodlarından istifadə edirlər. Malı müşayiət edən sənədlərdə göstərilən məlumatlar, habelə ekspertiza fəaliyyətini həyata keçirən müəssisələr tərəfindən verilən ekspertiza aktları, arayışlar, rəylər yardımçı informasiya xarakteri daşıyır və malların təsnifatı zamanı nəzərə alınır. Maddə 321.5. Gömrük orqanlarının malların təsnifatı haqqında qərarları məcburi xarakter daşıyır. Bəyannaməçi, mallar barədə səlahiyyəti olan digər şəxslər həmin qərardan bu Məcəllənin 10-cu fəslində müəyyən edilmiş qaydada şikayət verə bilər.
32. Sadalanan normalardan göründüyü kimi, bəyan edilən malların X10 mal nomenklaturası üzrə kodu bəyannaməçi tərəfindən düzgün göstərilmədiyi halda, gömrük orqanları həmin malları sərbəst təsnifatlandırma hüququna malikdirlər.
33. Lakin hazırkı işdə iddiaçı MMC tərəfindən bəyan edilən texnikanın XİFMN kodunun 8432.80.00.00.19 olduğu bildirilmiş, cavabdeh gömrük orqanı isə onu qəbul etməyərək, gömrük rəsmiləşdirilməsinin ********** kodu altında keçiriləsi olmasını bildirmişdir.
34. Halbuki, Gömrük Məcəlləsinin tələblərinə əsasən, malların təsnifatını apararkən, gömrük orqanları X10 mal nomenklaturasına uyğun olan malların kodlarından istifadə edirlər. Malı müşayiət edən sənədlərdə göstərilən məlumatlar, habelə ekspertiza fəaliyyətini həyata keçirən müəssisələr tərəfindən verilən ekspertiza aktları, arayışlar, rəylər yardımçı informasiya xarakteri daşıyır və malların təsnifatı zamanı nəzərə alınır.
35. Cavabdeh gömrük orqanı bu zaman X17 İdarəsinin xx.xx.2025-ci il tarixli ekspert rəyini əsas götürsə də, məhkəmə həmin rəyə tənqidi yanaşır.
36. Belə ki, iddiaçı MMC ilə cavabdeh gömrük orqanı arasında analoji mübahisə 2023-cü ildə də yaşanmış və həmin mübahisənin əsasını təşkil edən mal, yəni lazer təsviyə makinası hazırkı mübahisənin predmetini təşkil edən eyni ixracatçıdan idxal edilən eyni növlü maldır. Əvvəlki mübahisə zamanı cavabdeh gömrük orqanı eyni mala münasibətdə də iddiaçı MMC-nin "Kənd təsərrüfatında torpağın düzləşdirilməsi üçün istifadə olunan lazer mala təsviyə maşını" yükünün ********** mal kodu altında sinifləşdirməsi ilə razılaşmayaraq, həmin malın XİF MN kodunun ********** olduğunu iddia etmiş, həmin mübahisə zamanı da Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin X9 İdarəsinin verdiyi ekspert rəyində eyni adlı malın kodunun ********** olduğu göstərilmiş, lakin məhkəmə icraatı çərçivəsində cavabdeh gömrük orqanın nümayəndəsinin iştirakı ilə Məhkəmə Ekspertiza Mərkəzində keçirilmiş ekspertiza zamanı isə həmin malın ********** mal kodu altında sinifləşdirilməli olması barədə rəy verilmişdir. Həmin rəyi əldə etdikdən sonra apellyasiya instansiyası məhkəməsi gömrük orqanının apellyasiya şikayətini təmin etməmiş, gömrük orqanı isə həmin qərarla razılaşaraq kassasiya şikayəti verməmişdir.
37. Hazırkı icraat zamanı gömrük orqanın nümayəndələri əvvəlki mübahisə zamanı iddiaçının idxal etdiyi lazer təsviyə makinasının kodunun o vaxtkı gömrük müfəttişi tərəfindən düzgün müəyyənləşdirmədiyini, bu səbəbdən məhkəmə qərarları ilə razılaşdıqlarını, hazırkı halda isə kodun “Malların Təsviri və Kodlaşdırılması üzrə Harmonikləşdirilmiş Sistem haqqında” Beynəlxalq Konvensiyanın ayrılmaz tərkib hissəsi olan Beynəlxalq İzahnamənin tələbləri tətbiq edilməklə düzgün müəyyən edildiyini qeyd etmişlər.
38. Lakin məhkəmə qeyd edir ki, tərəflər arasında eyni ixracatçıdan idxal edilən eyni adlı, eyni növlü mal üzərində analoji mübahisə məhkəmə qaydasında həll edilmiş və qüvvədə olan məhkəmə qərarları ilə mübahisə predmeti olan malın ********** kodu altında sinifləşdirilməli olması qərara alınmış və həmin vaxtdan etibarən gömrük orqanı iddiaçının xx.xx.2025-ci il tarixli yük gömrük bəyannaməsinədək bəyan etdiyi bütün malları ********** kodu altında qəbul edərək, gömrük rəsmiləşdirməsini başa çatdırmışdır. Buna baxmayaraq, cavabdeh gömrük orqanı eyni hal üzrə eyni mal barəsində iddiaçının xx.xx.2025-ci il tarixli yük gömrük bəyannaməsi ilə bəyan etdiyi malın kodu barəsində mübahisə açmış, yenidən ekspertiza keçirmək qərarı almışdır. Keçirilmiş ekspertiza zamanı isə yükə baxış keçirilmədən yalnız şəkil və sənədlər üzərindən ekspert rəyi verilmişdir ki, məhkəmə həmin rəyi mötəbər qəbul etmir.
39. Ümumiyyətlə isə, gömrük orqanı ilə iddiaçı MMC-nin arasındakı mübahisənin mahiyyəti idxal edilən texnikanın təyinatının məhz kənd təsərrüfatı təyinatlı olub-olmaması ilə bağlıdır. Belə ki, gömrük orqanı həmin malın yalnız kənd təsərrüfatında deyil, həm də digər sahələrdə, məsələn inşaat və sənaye sahələrində, futbol meydançalarında və s. bu kimi yerlərdə torpağın düzləşdirilməsi, hamarlaşdırılması məqsədilə istifadə edildiyini iddia edir.
40. Lakin gömrük orqanın istinad etdiyi XİF MN kodu olan – 8430 yarımmövqeyinin adı “Torpağın, faydalı qazıntıların və ya filizlərin yerdəyişməsi, planlaşdırılması, profillənməsi, işlənməsi, toxaclaması, sıxlaşdırılması, çıxarılması və ya qazılması üçün digər maşınlar və mexanizmlər; dirəklərin vurularaq bastırılması və çıxarılması üçün avadanlıq; kotanlı və rotorlu qartəmizləyicilər” kimi qeyd edilməklə, həmin texnikaların məhz kənd təsərrüfatında istifadə edilən olması ilə bağlı hər hansı qeyd yoxdur.
41. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2017-ci il tarixli 500 nömrəli qərarı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının X10 Mal Nomenklaturası, X18 Dərəcələri və X19 Dərəcələri, X10 X14 Şərhetmə Qaydalarına görə:
8430 Torpağın, faydalı qazıntıların və ya filizlərin yerdəyişməsi, planlaşdırılması, profillənməsi, işlənməsi, toxaclaması, sıxlaşdırılması, çıxarılması və ya qazılması üçün digər maşınlar və mexanizmlər; dirəklərin vurularaq bastırılması və çıxarılması üçün avadanlıq; kotanlı və rotorlu qartəmizləyicilər: 8430 69 000 0 – – digərləri əd 0 8432 Torpağın hazırlanması və işlənməsi üçün kənd təsərrüfatı, bağçılıq və ya meşə təsərrüfatı maşınları; qazon və ya idman meydançaları üçün vallar: 8432 80 000 0 – digər maşınlar əd 1
42. Bundan başqa, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 2 dekabr tarixli 430 nömrəli Qərarı ilə “Əlavə dəyər vergisindən azad olunan bilavasitə kənd təsərrüfatı təyinatlı suvarma və digər qurğuların, maşınların, avadanlıqların və texnikaların, habelə onların ehtiyat hissələrinin Siyahısı” təsdiq edilmiş və həmin Qərarla “Əlavə dəyər vergisindən azad olunan kənd təsərrüfatı texnikalarının ehtiyat hissələrinin Siyahısı”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 31 mart tarixli 121 nömrəli Qərarı ləğv edilmişdir.
43. İddiaçı MMC həmin texnikanı idxal etdiyi zaman əlavə dəyər vergisindən azad olunan kənd təsərrüfatı texnikası kimi alıcılara ƏDV-dən azad şəkildə satmışdır. İşin bu halı əvvəlki mübahisə zamanı da sübuta yetirilmişdir.
44. Adıçəkilən Siyahıya görə:
XİF MN üzrə Malların təsviri kod 1 2 torpağın hazırlanması və işlənməsi üçün kənd təsərrüfatı, bağçılıq və ya meşə təsərrüfatı maşınları; qazon və ya idman meydançaları üçün ********** vallar: digər maşınlar (qazon və idman meydançaları üçün katoklar istisna olmaqla)
45. Eyni zamanda, Kənd təsərrüfatına dövlət dəstəyinin və aqrar sahədə lizinq fəaliyyətinin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 19 dekabr tarixli 413 nömrəli Fərmanının 7.1-ci bəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Kollegiyasının 2019-cu il “ 26” aprel tarixli “Q-08- 19” nömrəli qərarı ilə təsdiq edilmiş “Aqrar sahədə güzəşt tətbiq ediləcək texnikaların Siyahısı”nın 2.4-cü bəndində mala nəzərdə tutulmuşdur.
46. İddiaçı həmin texnikaları məhz güzəşt tətbiq edilmiş texnika olaraq dövlət dəstəyi ilə yalnız fermerlərə satdığına istinad edərək, bir tərəfdən dövlətin aqrar sahəni inkişaf etdirmək məqsədli fermerə 40% güzəşt tətbiq etdiyini, digər tərəfdən isə gömrük orqanının həmin texnikanı əlavə dəyər vergisinə cəlb edilən texnika qismində rəsmiləşdirmək istəməsini təzad adlandırır.
47. Eyni zamanda, gömrük dəyərinin müəyyən edilməsinə nəzarət orqanı olaraq gömrük orqanlarının gömrük dəyərləndirilməsi məqsədi ilə ona təqdim edilən hər hansı məlumatın, sənədin və ya bəyannamənin düzgünlüyünü araşdırmaq hüququ olsa da, o, bu hüququ qanunvericilikdə müəyyən olunmuş hüdud daxilində və qanunda nəzərdə tutulmuş formada həyata keçirməli, eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsindən çəkinməli, maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina etməməlidir.
48. “İnzibati icraat haqqında” Qanuna görə: Maddə 10.1. Azərbaycan Respublikasında inzibati icraat Azərbaycan Respublikasının Konstitusiyasında və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş prosessual təminatlar, habelə hüququn və hüquqi dövlətin hamılıqla qəbul olunmuş prinsipləri əsasında həyata keçirilir. Maddə 10.2. Hüququn və hüquqi dövlətin hamılıqla qəbul olunmuş prinsipləri inzibati orqanlar tərəfindən inzibati icraatın həyata keçirilməsi zamanı birbaşa tətbiq olunur. Maddə 12.1. Hamı qanun və inzibati orqan qarşısında bərabərdir. Maddə 12.2. İnzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. Maddə 12.4. İnzibati orqan diskresion səlahiyyətləri eyni üsulla və eyni qaydada həyata keçirməyə borcludur. Bu müddəa diskresion səlahiyyətlərin icrası ilə bağlı mövcud inzibati praktikanın dəyişdirilməsini istisna etmir. Maddə 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Maddə 13.2. İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. Maddə 14.1. İnzibati orqan diskresion səlahiyyətlərini qanunla müəyyən olunmuş hüdudlar daxilində (qanunla ona verilmiş səlahiyyətlər daxilində) həyata keçirməyə borcludur. Maddə 14.3. Diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı fiziki və ya hüquqi şəxslərin hüquq və azadlıqlarının əsassız məhdudlaşdırılmasına yönəldilmiş qərarlar qəbul oluna bilməz. Maddə 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz.
49. Ona görə də, məhkəmə hesab edir ki, iddia 11 mart 2025-ci il tarixli **********2645 nömrəli gömrük bəyannaməsi ilə müvəqqəti saxlanc xüsusi gömrük prosedurunda gömrük rəsmiləşdirilməsindən keçirilən "Kənd təsərrüfatında torpağın düzləşdirilməsi üçün istifadə olunan lazer mala təsviyə maşını" yükünün X10 mal nomenklaturası üzrə ********** mal kodu altında sinifləşdirilməklə, əlavə dəyər vergisindən azad olunan kənd təsərrüfatı təyinatlı texnika qismində sərbəst dövriyyə üçün buraxılış gömrük prosedurunda gömrük rəsmiləşdirilməsindən keçirilərək "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin sərəncamına verilməsi öhdəliyinin Cavabdeh üzərinə qoyulması hissəsində təmin edilməlidir.
50. Məhkəmə iddia tələbinin gömrük orqanı əməkdaşlarının qanunsuz əməlləri nəticəsində 22BL763/03ZA331 dövlət qeydiyyat nişanlı yük nəqliyyat vasitəsinin yüklü vəziyyətdə boşdayanması nəticəsində "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə dəymiş 2850 (iki min səkkiz yüz əlli) ABŞ dolları zərərin ödəniləcəyi gün üzrə Azərbaycan Respublikasının Mərkəzi Bankın valyuta məzənnəsinə uyğun Azərbaycan manatına ekvivalenti məbləğində cavabdehdən tutularaq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi hissəsi ilə bağlı qeyd edir ki, iddiaçı tələbinin əsası kimi istinad etdiyi halları əsaslandırmamış, həqiqətən ona boşdayanma nəticəsində zərər dəyməsinə dair mötəbər sübutlar təqdim etməmişdir. Ona görə də iddia həmin hissədə təmin edilməməlidir.
51. İPM-ə görə: Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
Nəticəvi hissə:
52. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 75 və 85-ci maddələrini rəhbər tutaraq
qərara aldı:
İddia qismən təmin edilsin. 11 mart 2025-ci il tarixli **********2645 nömrəli gömrük bəyannaməsi ilə müvəqqəti saxlanc xüsusi gömrük prosedurunda gömrük rəsmiləşdirilməsindən keçirilən "Kənd təsərrüfatında torpağın düzləşdirilməsi üçün istifadə olunan lazer mala təsviyə maşını" yükünün X10 mal nomenklaturası üzrə ********** mal kodu altında sinifləşdirilməklə, əlavə dəyər vergisindən azad olunan kənd təsərrüfatı təyinatlı texnika qismində sərbəst dövriyyə üçün buraxılış gömrük prosedurunda gömrük rəsmiləşdirilməsindən keçirilərək "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin sərəncamına verilməsi öhdəliyi Cavabdeh üzərinə qoyulsun. İddia gömrük orqanı əməkdaşlarının qanunsuz əməlləri nəticəsində 22BL763/03ZA331 dövlət qeydiyyat nişanlı yük nəqliyyat vasitəsinin yüklü vəziyyətdə boşdayanması nəticəsində "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə dəymiş 2850 (iki min səkkiz yüz əlli) ABŞ dolları zərərin ödəniləcəyi gün üzrə Azərbaycan Respublikasının Mərkəzi Bankın valyuta məzənnəsinə uyğun Azərbaycan manatına ekvivalenti məbləğində cavabdehdən tutularaq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi hissəsində təmin edilməsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına (Gəncə şəhəri, Atatürk prospekti, 252) apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən Gülşən Əliyeva