Məhkəmə qərarları › İş №2-1(114)-351/2022

Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-351/2022

10.01.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-351/2022 10.01.2022 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Osmanov Usaməddin Hidayət oğlunun sədrliyi, X14 oğlunun katibliyi, Cavabdehin nümayəndəsi X4 və üçüncü şəxs X7 iştirakı ilə, İddiaçı cavabdeh Tovuz rayon Əyyublu Bələdiyyəsinə (üçüncü şəxslər DƏDRX-nin 15 saylı Tovuz Ərazi idarəsi, Tovuz rayon Notariat Kontoru, X11) qarşı qərarın etibarsız hesab olunması və müqavilənin ləğv edilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında, məhkəmə hazırlıq iclasında baxaraq müəyyən etdi: İddiaçı (bundan sonra mətndə iddiaçı) cavabdeh Tovuz rayon Əyyublu bələdiyyəsinə (bundan sonra mətndə cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Tovuz rayonu, Əyyublu kəndi (keçmiş Aşağı Ayıblı kəndi) ərazisində yerləşən mülkiyyətində olan fərdi yaşayış evinə bitişik həyətyanı torpaq sahəsinə dair cavabdeh Tovuz rayon Əyyublu Bələdiyyəsinin 15 aprel 2016-cı il tarixli 6 saylı qərarının etibarsız hesab olunmasına, Əyyublu Bələdiyyəsi ilə üçüncü şəxs X11 arasında bağlanmış 27 aprel 2016-cı il tarixli AN-İ ******* saylı, 4Ə-350 reyestr nömrəli alqı-satqı müqaviləsinin ləğv olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Tovuz rayonu, Aşağı-Ayıblı kənd sakini X8 atası, X12 isə anasıdır. O, həmin kənddə doğulmuş və valideynləri ilə bir təsərrüfatda yaşamışdır. 1987-ci ildə valideynləri ona öz həyətyanı torpaq sahəsində fərdi yaşayış evi tikməyə icazə vermişlər və o həmin torpaq sahəsində iki mərtəbəli fərdi yaşayış evi tikdirmişdir. 1987-ci ildən hal-hazıra kimi həmin torpaq sahəsində tikmiş olduğu evdə yaşayır. Bütün kommunal haqları ödəyir. Yaşadığı evə dair mülkiyyət hüquqları dövlət qeydiyyatına alınıb. Hazırda işi ilə bağlı olaraq Rusiya Federasiyasına gedib-gəlir. Evin yerləşdiyi əraziyə bitişik 0.11 ha torpaq sahəsini uzun illər istifadə etmişdir. Cavabdehə müraciət edərək torpaq sahəsinin ona satılmasını xahiş etmiş, lakin cavabdeh həmin torpaq sahəsini qardaşı X1 bildirmişdir. Cavabdeh onun zəbtində və faktiki istifadəsində olan mübahisəli torpaq sahəsini üçüncü şəxs X2 ciddi qanun pozuntusuna yol vermişdir. X6 edilməsi haqqında Qanunun 16-cı maddəsinin mənasına görə bu qanun qüvvəyə mənənədək fərdi yaşayış və bağ evlərinin, qarajların, habelə sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədi ilə zəruri obyektlərin tikintisi üçün qeyri-qanuni istifadə olunan bələdiyyə torpaqlarının geri qaytarılması mümkün olmadığı hallarda, bu torpaq sahələri qanunvericilikdə nəzərdə tutulmuş qaydada onları istifadə edən vətəndaşların və hüquqi şəxslərin mülkiyyətinə və ya icarəsinə verilir, eyni zamanda torpaq vergisinə cəlb edilir. Qanunvericiliyin tələbinə görə mübahisəli torpaq sahəsi onun evinə bitişik olduğundan və ondan təyinatı üzrə istifadə etdiyinə görə torpaq sahəsini almağı cavabdeh birinci ona təklif etməli, o həmin torpaq sahəsini almaqdan imtina etdikdən sonra cavabdeh həmin torpaq sahəsinin X6 edilməsi haqqında Azərbaycan Respublikası Qanunun 9.1 maddəsinin mənasına görə Azərbaycan Respublikasında bələdiyyə torpaqları üzərində mülkiyyət, istifadə və icarə hüquqları bələdiyyələrin qərarı ilə bilavasitə, torpaq hərracları və ya müsabiqələri vasitəsi ilə sata bilərdi. Ona görədə göstərdiklərini nəzərə alaraq cavabdehin 15 aprel 2016-cı il tarixli 6 saylı qərarının etibarsız hesab olunması və Əyyublu Bələdiyyəsi ilə üçüncü şəxs X11 arasında bağlanmış 27 aprel 2016-cı il tarixli AN-İ ******* saylı, 4Ə-350 reyestr nömrəli alqı-satqı müqaviləsinin ləğv olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şifahi məhkəmə baxış iclasında cavabdehin nümayəndəsi X5 iddia tələbini qəbul etməyərək rədd edilməsini xahiş etdi. Şifahi məhkəmə baxış iclasında üçüncü şəxs X11 iddia tələbini qəbul etməyərək izahatında bildirmişdir ki, iddiaçı uzun illərdir Azərbaycanda yaşamır. Həmçinin iddiaçı tərəfindən mübahisələndirilən torpaq sahəsi bələdiyyə mülkiyyətində olduğu üçün cavabdehlə aralarında bağlanmış alqı-satqı müqaviləsinə əsasən ona satılmışdır. İddia tələbinin rədd edilməsini xahiş etdi. İddiaçı və onun nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxaraq iş üzrə qərar qəbul edə bilmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirib hesab edir ki, aşağıda qeyd edilənlərə əsasən iddia mümkün sayılmamalıdır. Belə ki, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəldilməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Qeyd olunmalıdır ki, məhkəmə iddianın mümkünlüyü şərtlərinin mövcudluğunu tərəflərin bunu tələb edib-etməməsindən asılı olmayaraq, öz xidməti vəzifəsinə görə yoxlamalıdır. Bu halda iddianın mümkünlüyü şərtlərinin mövcudluğunu sübutetmə vəzifəsi isə məhz, iddiaçının üzərinə düşür. İddiaçı tələbinin əsası kimi mübahisələndirilən torpaq sahəsinin onun faktiki istifadəsində olduğunu bildirərək həmin torpaq sahəsinin uzun müddət onun istifadəsində olmasına istinad etmiş və bildirmişdir ki, torpaq sahəsi qeyri-qanuni olaraq üçüncü şəxsə satılmışdır. 27 aprel 2016-cı il tarixli AN-İ ******* nömrəli Daşınmaz Əmlakın Alqı-Satqı Müqaviləsindən görünür ki, ünvan 1i ünvanında yerləşən ümumi sahəsi 0.11 ha olan torpaq sahəsi Tovuz rayon Əyyublu Bələdiyyəsi tərəfindən X3 və onun adına RX ******* nömrəli, 10.05.2016-cı il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli reyestrdən çıxarış verilmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X5 bildirmişdir ki, sözügedən torpaq sahəsi bələdiyyə mülkiyyətinə aid olmuşdur. Məhkəmə yuxarıda sadalanan maddi hüquq normalarına və işin faktiki hallarına əsasən qeyd edir ki, iddiaçı RX ******* nömrəli, 10.05.2016-cı il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışla üçüncü şəxsin mülkiyyətinə verilmiş torpaq sahəsinin ona ayrılmasını mübahisələndirmək üçün subyektiv hüquqa malik deyil. Qeyd olunmalıdır ki, mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Bundan başqa “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 05 saylı Qərarının 2.3-cü bəndində qeyd olunmuşdur ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Azərbaycan Respublikası İPM-in 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunuəsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-nin sözügedən normasının mahiyyətindən də belə anlaşılır ki, inzibati icraat qaydasında baxılan iddia - inzibati icraat qaydalarına müvafiq olan iddia növünə uyğun olmalı, subyektiv hüququ olan şəxs tərəfindən müvafiq cavabdehlik daşıyan və qanunla üzərinə məsuliyyət qoyulan inzibati orqana qarşı verilməli və iddiaçı iddia ərizəsində qanunla qorunan hüquq və azadlıqlarının pozulmasını əsaslandırmalı, müvafiq sübutlarını əlavə etməlidir ki, iddianın məhkəmə icraatı mümkün sayılsın. İddiaçının hazırkı iddia ilə müraciət etmək üçün subyektiv hüququ müəyyən olunmur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı subyektiv hüquqa malik olmadığından, hazırkı iddia inzibati prosessual qanunvericiliyin tələblərinə cavab vermədiyindən, iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Yuxarıda şərh olunanlaravə Azərbaycan Respublikasıİnzibati Prosessual Məcəlləsinin 35, 80, 81, 85-ci maddələrinin tələblərinəəsasən, məhkəmə qərara a l d ı: İddiaçı cavabdeh Tovuz rayon Əyyublu Bələdiyyəsinə (üçüncü şəxslər DƏDRX-nin 15 saylı Tovuz Ərazi idarəsi, Tovuz rayon Notariat Kontoru, X11) qarşı qərarın etibarsız hesab olunması və müqavilənin ləğv edilməsi tələbinə dair iddia mümkün sayılmasın. Qərardaddan, onun tam formada təqdim olunduğu gündən 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi (ünvan: Gəncə şəhəri, H.Əliyev prospekti 105) vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə (ünvan: Gəncə şəhəri, Atatürk prospekti 252) apelyasiya şikayəti verilə bilər. Hakim: Usaməddin Osmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar