Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-351/2024 12.06.2024 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı mənzilin özəlləşdirilməsi tələbinə dair iş üzrə Giriş hissə: Hakim Əliyeva Gülşən Talıb qızının sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X6 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinə (üçüncü şəxs Gəncə Mənzil-Kommunal X5) qarşı mənzilin özəlləşdirilməsi tələbinə dair inzibati işə Gəncə İnzibati Məhkəməsinin (Gəncə şəhəri, H.Əliyev prospekti, 105) binasında açıq məhkəmə iclasında şifahi dinləmələr qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: I. İşin halları
1. Kirovabad şəhər X19 İcraiyyə Komitəsinin xx.xx.1988-ci il tarixli qərarı ilə X8 (özü, oğlu, gəlini və 2 nəvəsi ilə birlikdə) ona məxsus Ermənistan Respublikası, İncevan rayonu, Polad kəndində yerləşən 2 otaqlı mənzilini X7 (özü, qızı və 2 nəvəsi) məxsus ünvan 1 ünvanında yerləşən 3 otaqlı yaşayış mənzili ilə dəyişdirməsi qərara alınmışdır.
2. X23 filialının xx.xx.2023-cü il tarixli 3-48-DA-4F/2-T-671/8/2023 nömrəli məktubu ilə müəyyən edilir ki, Kirovabad şəhər X19 İcraiyyə Komitəsinin xx.xx.1988-ci il tarixli 14 nömrəli iclas protokolu ilə X8 ona məxsus Ermənistan Respublikası, İncevan rayonu, Polad kəndində yerləşən 2 otaqlı mənzilini X7 məxsus ünvan 1 ünvanında yerləşən 3 otaqlı yaşayış mənzili ilə dəyişdirməsi qərar alınmışdır. Qeyd: Kirovabad şəhər X19 İcraiyyə Komitəsinin Mənzil Təmir İstismar Tresti arxiv fondunun 1988-ci il üzrə mövcud orderləri yoxlanılmış, qeyd olunan ünvana dair xx.xx.1988-ci il tarixli 218 saylı order aşkar olunmamışdır.
3. Kirovabad şəhər X19 İcraiyyə Komitəsinin xx.xx.1988-ci il tarixli 14 saylı protokolu əsasında verilmiş xx.xx.1988-ci il tarixli 218 nömrəli mənzili dəyişmə orderindən görünür ki, X16 ona məxsus Ermənistan Respublikası, İncevan rayonu, Polad kəndində yerləşən 36 kv.m ibarət 2 otaqlı mənzilini X7 məxsus ünvan 1 ünvanında yerləşən 39.05 kv.m ibarət 3 otaqlı mənzillə dəyişdirmişdir. Orderin arxasında 5 nəfərin adı qeyd edilmişdir: 1) X16 2) Tağıyev Elman İ. oğlu 3) İddiaçı Z. qızı 4) Tağıyeva Könül E. qızı 5) Tağıyev Elmin E. oğlu
4. Ölüm haqqında xx.xx.1997-ci il tarixli İİ-JQ 489183 nömrəli şəhadətnaməyə əsasən X16 xx.xx.1997-ci il tarixdə vəfat etmişdir.
5. Azərbaycan Respublikası Daxili X12 yeri üzrə qeydiyyat haqqında xx.xx.2023-cü il tarixli və xx.xx.2024-cü il tarixli arayışlarından görünür ki, İddiaçı, X13, X3 şəhəri, M.Rəhimov küçəsi, ev 5, mənzil 2 ünvanında qeydiyyatındadırlar.
6. X17 və X13 xx.xx.2024-cü il tarixli ərizələrində qeydiyyatda olduqları Gəncə şəhəri, Vəlixanov (indiki M.Rəhimov) küçəsi, 5 nömrəli binada yerləşən 2 nömrəli mənzilin İddiaçı adına özəlləşdirilməsinə etirazlarının olmadığını bildirmişlər.
7. İddiaçı həmin sənədləri cavabdeh orqana təqdim etməklə, ünvan 2 ünvanında yerləşən mənzil üzərində hüquqlarının dövlət qeydiyyatına alınması barədə müraciət etmiş və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli 3-21-3-33/2-5694/2023 nömrəli məktubu ilə bildirilmişdir ki, məktuba əlavə edilmiş X23 filialının xx.xx.2023-cü il tarixli 3-48-DA-4F/2-T- 671/8/2023 nömrəli mənzilə dair arxiv arayışında vətəndaş İddiaçı adının qeyd edilmədiyi müəyyən edilmişdir. Bu səbəbdən müraciətinin icrası mümkün olmamışdır.
8. Məhkəmənin sorğusuna X23 filialının xx.xx.2023-cü il tarixli 3-48-DA-4F/2- 1386/8/2023 nömrəli cavab məktubunda bildirilmişdir ki, ünvan 2 ünvanında yerləşən mənzilin orderləri Azərbaycan SSR Dəmir Yolları İdarəsinin X4 tərəfindən verilmişdir. M.Rəhimov (keçmiş Vəlixanov) 5 nömrəli evin mənzillərinin orderləri filiala təhvil verilməmişdir. Bu səbəbdən sorğunun müsbət cavablandırılması mümkün olmamışdır.
9. Nikah haqqında İ-CL№451921 saylı şəhadətnaməyə əsasən X13 ilə X14 arasında bağlanmış nikah xx.xx.1980-ci il tarixdə Ermənistan SSR İcevan rayonu Polad kənd sovetində qeydə alınmışdır.
10. Məhkəmənin sorğusuna Gəncə Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal X1 xx.xx.2024-cü il tarixli M-599 nömrəli cavab məktubunda bildirilmişdir ki, Gəncə şəhəri, M.Rəhimov küçəsi, 5 nömrəli binanın 2 nömrəli mənzili Birliyin balansına aiddir. Dövlət Mənzil Fonduna məxsusdur.
11. Gəncə şəhər Mənzil-Kommunal X1 xx.xx.2024-cü il tarixli **********577 (Dövlət) nömrəli şəxsi hesabdan çıxarışdan məlum olur ki, ünvan 2 ünvanında yerləşən 3 otaqlı mənzilin şəxsi hesab vərəqəsi mənzilin sahibi İddiaçı Cəfər qızının adına olmuş və onun ailə tərkibi aşağıdakılardan ibarət olmuşdur: - X18 – oğlu; - X20 – nəvəsi; - İddiaçı – gəlini; - X15 – nəvəsi. II. Məhkəmədə icraat
12. İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, ünvan 3 ünvanında yerləşən 3 otaqlı mənzilin onun adına özəlləşdirilərək, mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
13. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 1988-ci ildə Ermənistanın Azərbaycana təcavüzü ilə başlanmış münaqişəyə qədər iddiaçı ailəsi ilə birlikdə, tarixi Azərbaycan torpaqları olan, Qərbi Azərbaycan ərazisində yaradılmış, Ermənistan Respublikasının İncevan rayonunun Polad kəndində yaşamışlar. Sonradan hadisələrlə əlaqədar onlar həmin kənddəki evlərini Gəncə şəhəri, M.Rəhimov (sabiq Vəlixanov) küçəsi 5 nömrəli evin 2 nömrəli mənzilində yaşayan erməni ilə dəyişmişlər. Bununla əlaqədar onlara Kirovabad şəhər XDS-nin İcrayə Komitəsinin 28 oktyabr 1988-ci il tarixli qərarı əsasında 09 noyabr 1988-ci il tarixli 288 nömrəli dəyişmə orderi verilmişdir. Həmin order iddiaçının qaynanası X8 adına yazılmış və orderdə ailə üzvləri qismində iddiaçının əri X13, İddiaçı, uşaqları Könül və Elmin adları qeyd olunmuşdur. 1988-ci ildən hal-hazıradək onlar həmin mənzildə yaşayırlar. İddiaçının qaynanası X16 31 mart 1997-ci ildə vəfat etmiş, ondan sonra iddiaçı əri və uşaqları ilə birlikdə həmin mənzilin kirayə və kommunal xərclərini ödəməklə, əsas kirayəçinin hüquq və vəzifələrini icra etmişlər. Hazırda onlar həmin mənzili özəlləşdirmək qərarına gəlmişlər. Gəncə Asan Xidmət Mərkəzindən alınmış ******* nömrəli qeydiyyat haqqında arayışa əsasən mənzildə İddiaçı, əri X13nun və oğlu X9 qeydiyyatda olduğu göstərilmişdir. Orderdə adı olan, iddiaçının qızı Könül ailə qurub evdən köçdüyü üçün qeydiyyatdan çıxmışdır. İddiaçı nümayəndəsi vasitəsi ilə mənzilin özəlləşdirilməsi üçün DƏDRX-nin 3 saylı Gəncə Ərazi İdarəsinə müraciət etmişdir. Cavabdeh özünün xx.xx.2023-cü il tarixli məktubu ilə imtina cavabı vermişdir. Cavabdeh imtina məktubunda göstərmişdir ki, müraciətə əlavə olunmuş X23 filialının xx.xx.2023-cü il tarixli, 3-48-DA-4F/2-T-671/8/2023 nömrəli mənzilə dair arxiv arayışında İddiaçı adının qeyd edilmədiyi müəyyən edildiyi üçün müraciətin icrası mümkün olmamışdır. Cavabdeh eyni zamanda “Mənzil fondunun özəlləşdirilməsi haqqında” Qanunun 8-ci maddəsinə istinad edərək göstərmişdir ki, vətəndaş yaşadığı mənzili (evi) özəlləşdirmək barədə müvafiq icra hakimiyyəti orqanına verdiyi ərizəyə mənzili özəlləşdirməyə razılıqları barədə ərizəçi ilə birlikdə yaşayan həmin mənzil sahəsinə (evə) hüququ olan 18 yaşı tamam olmuş, həmçinin müvəqqəti olaraq başqa yerə getməsi ilə əlaqədar mənzil sahəsinə (evə) hüququ saxlanılan şəxslərin ərizəsi; mənzilə (evə) hüququ olan şəxslər və mənzilin (evin) kommunal-məişət vəziyyəti barədə mənzil istismar təşkilatının arayışı (2 №-li forma); mənzil sahəsinin orderi və ya mənzil kirayə müqaviləsi, yaxud onun verilməsinə dair sərəncam əlavə edilməlidir. Cavabdeh imtinasına sənədlər siyahısı əlavə etmişdir. Hesab edirlər ki, cavabdehin imtinası tam əsassızdır. Belə ki, mənzilə dair arxiv arayışında İddiaçı adının qeyd edilməməsi onların həmin mənzili özəlləşdirilməsi üçün qadağa ola bilməz. Çünki “Mənzil fondunun özəlləşdirilməsi haqqında” Qanunun 8-ci maddəsində mənzilə dair arxiv arayışının təqdim edilməsi və orada mənzili özəlləşdirən şəxsin adının qeyd edilməsi tələb olunmur. Bundan əlavə nəzərə alınmalıdır ki, cavabdehin istinad etdiyi həmin arxiv arayışı mənzillərin dəyişdirilməsi barədə Kirovabad şəhər XDS İK-nin qərarının olmasını təsdiq edən sənəddir. Əsas odur ki, həmin qərardan sonra mənzilə dair iddiaçı tərəfin adına qanuni əsaslarla dəyişmə orderi verilmiş və orderdə İddiaçı ailə üzvi kimi göstərilmişdir. “Mənzil fondunun özəlləşdirilməsi haqqında” Qanunun 8-ci maddəsinə əsasən mənzil özəlləşdirilərkən orada yaşayan şəxslərin razılıq ərizəsi, mənzilin kommunal vəziyyəti barədə mənzil istismar təşkilatının arayışı və mənzil sahəsinin orderi tələb olunur. Cavabdeh təşkilata ünvanlanmış mənzilin İddiaçı adına özəlləşdirilməsi barədə müraciətinə əlavə olunmuş X23 Filialının xx.xx.2023-cü il tarixli 3-48-DA-4F/2-T- 671/8/2023 nömrəli mənzilə dair arxiv arayışında X10 qeyd edilmədiyi müəyyən edildiyi üçün müraciətinin icrası mümkün olmamışdır. Hesab edir ki, cavabdehin imtinası tam əsassızdır.
14. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır. III. İddianın növü və mümkünlüyü
15. Məhkəmə qeyd edir ki, hazırkı iddia ümumi mümkünlük şərtlərinə (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.), eyni zamanda xüsusi mümkünlük şərtlərinə əməl olunmaqla verilmişdir. Belə ki, iddiaçı hazırkı iddianı qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmişdir.
16. Hazırkı iddia İPM-in 2.2.3-cü maddəsində nəzərdə tutulmuş öhdəliyin icrası haqqında iddia növünə aiddir. İPM-in: - 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. - 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. - 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. - 8.1.2-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur.
17. Hazırkı işdə öhdəliyin icrası haqqında iddianın xüsusi mümkünlük şərti kimi əvvəlcə eyni tələblə inzibati orqana müraciət edilməsi barədə şərt də ödənilmiş, iddiaçı hazırkı tələblə cavabdehə müraciət etmiş və cavabdeh tərəfindən onun müraciətinin təmin edilməsindən imtina edilmişdir.
18. Cavabdehin yerləşdiyi Gəncə şəhəri “Azərbaycan Respublikası apellyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının xx.xx.2019-cu il tarixli Qərarına əsasən Gəncə İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edilmişdir.
19. Məhkəmə hazırkı iddianın öhdəliyin icrası iddia növünə aid olduğunu və cavabdehin yerləşdiyi yerin ünvanını nəzərə alaraq hesab edir ki, işə ərazi aidiyyəti üzrə Gəncə İnzibati Məhkəməsində baxılmalıdır.
20. Göründüyü kimi, iddia mümkün iddiadır, ona görə ki, hazırkı iddianın qaldırılması üçün inzibati prosessual qanunvericilikdə nəzərdə tutulan həm ümumi, həm xüsusi mümkünlük şərtləri ödənilmiş və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir. IV. Prosessual məsələlər
21. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə Gəncə Mənzil Kommunal X5 adi cəlbetmə qaydasında üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmiş və iş üzrə inzibati prosessual qanunvericiliyin tələblərinə müvafiq digər zəruri prosessual hərəkətlər edilərək, işin şifahi məhkəmə baxışı iclası xx.xx.2024-cü il tarixə təyin edilmiş, bu barədə tərəflərə məlumat verilərək şifahi məhkəmə baxışı ilə bağlı iclasa gəlmədikləri halda onların iştirakı olmadan ərizəyə baxılacağı və iş üzrə qərar qəbul ediləcəyi barədə xəbərdarlıq edilmişdir.
22. İddiaçı və cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlmiş, üçüncü şəxsin nümayəndəsi məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbləri barədə heç bir məlumat verməmişdir.
23. Məhkəmə İPM-nin 62.3-cü maddəsinin tələblərinə müvafiq olaraq üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. V. Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri
24. Cavabdehin iddiaya qarşı yazılı etirazı məhkəməyə daxil olmuş və etiraz imtina məktubunda göstərilənlərlə əsaslandırılmışdır (bənd 4).
25. Üçüncü şəxsin iddiaya qarşı yazılı etirazı məhkəməyə daxil olmamışdır.
26. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddianın təmin edilməsinə dair qərar çıxarılmasını xahiş etmişdir.
27. Cavabdehin nümayəndəsi X11 məhkəmə iclasında yazılı etirazda qeyd olunanları müdafiə edərək, iddia tələbinin təmin olunmaması barədə qərar çıxarılmasını xahiş etmişdir. Vİ. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər
28. Məhkəmə araşdırmasının predmetini aşağıdakı sənədlər təşkil etmişdir: - Kirovabad şəhər X19 İcraiyyə Komitəsinin xx.xx.1988-ci il tarixli orderi; - Azərbaycan SSR Kirovabad şəhər X2 xx.xx.1988-ci il tarixli 218 nömrəli mənzili dəyişmə orderi; - Gəncə şəhər Mənzil-Kommunal X1 xx.xx.2024-cü il tarixli **********577 (Dövlət) nömrəli şəxsi hesabdan çıxarışı; - X23 Filialının xx.xx.2023-cü il tarixli 3-48-DA-4F/2-T-671//8/2023 nömrəli arxiv arayışı; - Cavabdeh orqanın xx.xx.2023-cü il tarixli 3-21-3-33/2-5694/2023 nömrəli imtina məktubu; - Ölüm haqqında xx.xx.1997-ci il tarixli İİ-JQ 489183 nömrəli şəhadətnamə; - xx.xx.2024-cü il tarixli ərizələr; - Azərbaycan Respublikası Daxili X12 yeri üzrə qeydiyyat haqqında xx.xx.2024-cü il tarixli ******* nömrəli arayışı; - Məhkəmənin sorğusuna X23 filialının xx.xx.2023-cü il tarixli 3-48-DA-4F/2- 1386/8/2023 nömrəli cavab məktubu; - Məhkəmənin sorğusuna Ədliyyə Nazirliyi Vətəndaşlıq Vəziyyəti Aktlarının Reyestri Xidmətinin xx.xx.2023-cü il 3-16-5/4-13-6441/23 nömrəli cavab məktubu; - Məhkəmənin sorğusuna Gəncə Şəhər İcra Hakimiyyəti Mənzil Kommunal X1 xx.xx.2024-cü il tarixli M-599 nömrəli cavab məktubu.
Əsaslandırma hissəsi:
Vİİ. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi
29. Məhkəmə proses iştirakçılarını dinləyib, sübutları obyektiv, hərtərəfli və tam tədqiq edərək, inzibati iş materiallarını araşdırıb hüquqi qiymət verərək, belə qənaətə gəlir ki, iddia mahiyyət baxımından əsaslıdır və təmin edilməlidir.
30. Belə ki, iş materialları ilə müəyyən edilir ki, Kirovabad şəhər X19 İcraiyyə Komitəsinin xx.xx.1988-ci il tarixli qərarı (14 saylı iclas protokolu) əsasında verilmiş Kirovabad şəhər X2 xx.xx.1988-ci il tarixli 218 nömrəli mənzili dəyişmə orderinə əsasən iddiaçının qaynanası X16 ona məxsus Ermənistan Respublikası, İncevan rayonu, Polad kəndində yerləşən 2 otaqlı mənzilini X7 məxsus ünvan 1 ünvanında yerləşən 3 otaqlı yaşayış mənzili ilə dəyişmişdir. İddiaçı və ailə üzvləri 1988-ci ildən həmin mənzilə köçərək orada yaşamağa başlamışdır. İddiaçının qaynanası X16 xx.xx.1997-ci il tarixdə vəfat etmişdir.
31. Hazırda mənzil dövlət mənzil fonduna məxsus olmaqla, Gəncə Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal X1 balansındadır.
32. İddiaçı ünvan 5 ünvanında yerləşən mənzilin onun adına özəlləşdirilərək, sözügedən mənzil üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədə müraciət etmiş və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli 3-21-3-33/2-5694/2023 nömrəli məktubu ilə müraciətə əlavə edilmiş X23 filialının xx.xx.2023-cü il tarixli 3-48-DA- 4F/2-T-671/8/2023 nömrəli mənzilə dair arxiv arayışında vətəndaş İddiaçı adının qeyd edilmədiyi üçün ərizənin icrasından imtina edilmişdir.
33. Məhkəmə cavabdeh orqanın imtinasını əsassız hesab edərək, aşağıdakıları qeyd edir.
34. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununa görə: Maddə 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Maddə 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.11. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi.
35. 1982-ci il redaksiyalı Azərbaycan Respublikası Mənzil Məcəlləsinə görə: Maddə 4. Mənzil fondu Mənzil fondunu Azərbaycan SSR ərazisində olan yaşayış evləri, habelə başqa tikililərdəki yaşayış sahələri təşkil edir. Mənzil fonduna aşağıdakılar daxildir: dövlətə məxsus yaşayış evləri və başqa tikililərdəki yaşayış sahələri (dövlət mənzil fondu); Maddə 5. Dövlət mənzil fondu Dövlət mənzil fondu yerli xalq deputatları Sovetlərinin (yerli Sovetlərin mənzil fondu) və nazirliklərin, dövlət komitələrinin və baş idarələrin (idarə mənzil fondu) ixtiyarındadır. Maddə 10. Vətəndaşların mənzil hüquqları və vəzifələri Azərbaycan SSR vətəndaşları müəyyən edilmiş qaydada dövlət və ya ictimai mənzil fondu evlərində yaxud mənzil-tikinti kooperativləri evlərində yaşayış sahəsi almaq hüququna malikdirlər. Maddə 18. Dövlət və ictimai mənzil fondunu, mənzil-tikinti kooperativləri fondunu idarə edən orqanlar Yerli xalq deputatları Sovetlərinin mənzil fondunun idarə edilməsini Sovetlərin icraiyyə komitələri və onların yaratdıqları idarə orqanları həyata keçirirlər. Maddə 68. Yaşayış sahəsinin dəyişdirilməsi Yaşayış sahəsinin icarədarı onunla birlikdə yaşayan ailə üzvlərinin, o cümlədən müvəqqəti başqa yerə getmiş ailə üzvlərinin yazılı razılığı ilə yaşayış sahəsini başqa icarədar və ya mənzil-tikinti kooperativinin üzvü ilə, o cümlədən başqa yaşayış məntəqəsində yaşayan icarədar və ya mənzil-tikinti kooperativinin üzvü, ilə dəyişdirmək ixtiyarına malikdir. Yaşayış sahəsinin dəyişdirilməsi haqqında saziş yerli xalq deputatları Sovetlərinin icraiyyə komitələri tərəfindən verilən orderlərin alındığı vaxtdan qüvvəyə minir. Maddə 73. Azərbaycan SSR-in və digər müttəfiq respublikanın ərazilərində yerləşən evlərdə yaşayış sahəsinin dəyişdirilməsi Dəyişdirilməsi nəzərdə tutulan yaşayış sahəsi digər müttəfiq respublikanın ərazisində yerləşən evdə olduqda, yaşayış sahəsi SSR İttifaqı, Azərbaycan SSR və müvafiq müttəfiq respublika qanunvericiliyində nəzərdə tutulan qaydada dəyişdirilir.
36. “Mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa görə: Maddə 4. Dövlət mülkiyyətində, habelə ictimai mülkiyyətdə olan mənzil fonduna məxsus yaşayış evlərindəki mənzillərin (evlərin) özəlləşdirilməsi, vətəndaşların müraciətləri əsasında bu Qanunun 9-cu maddəsində göstərilən qaydada müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. Maddə 5. Mənzillər (evlər), özəlləşdirilməsi üçün müraciət edilən anda mənzil kirayə müqaviləsində göstərilmiş və kirayəçi ilə birlikdə faktiki yaşayan onun yetkinlik yaşına çatmış ailə üzvlərinin razılığı ilə onlardan birinin mülkiyyətinə və ya bir neçəsinin və yaxud bütün ailə üzvlərinin ümumi (paylı, birgə) mülkiyyətinə verilə bilər. Maddə 8. Mənzili (evi) özəlləşdirmək istəyən vətəndaşa müraciəti əsasında mənzilistismar təşkilatı beş gündən gec olmayaraq həmin mənzilə (evə) hüququ olan şəxslər və mənzilin kommunal-məişət vəziyyəti barədə arayış (2 №-li forma) verir. Mənzil sahəsinin orderi itdikdə və ya istifadəyə yararsız hala düşdükdə vətəndaşa müraciəti əsasında on gündən gec olmayaraq müvafiq dövlət orqanı tərəfindən arxiv arayışı verilir. Vətəndaş yaşadığı mənzili (evi) özəlləşdirmək barədə müvafiq icra hakimiyyəti orqanına verdiyi ərizəyə aşağıdakı sənədləri əlavə etməlidir: mənzili özəlləşdirməyə razılıqları barədə ərizəçi ilə birlikdə yaşayan həmin mənzil sahəsinə (evə) hüququ olan 18 yaşı tamam olmuş, həmçinin müvəqqəti olaraq başqa yerə getməsi ilə əlaqədar mənzil sahəsinə (evə) hüququ saxlanılan şəxslərin ərizəsi; mənzilə (evə) hüququ olan şəxslər və mənzilin (evin) kommunal-məişət vəziyyəti barədə mənzil istismar təşkilatının arayışı (2 №-li forma); mənzil sahəsinin orderi və ya mənzil kirayə müqaviləsi, yaxud onun verilməsinə dair sərəncam.
37. Göründüyü kimi, qanunvericilik Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) hüquqların qeydiyyatı üçün əsas qismində dövlət mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamını, orderi və ya mənzil kirayəsi müqaviləsini nəzərdə tutmuşdur.
38. Hazırkı işdə də iddiaçının mərhum qaynanası X16 özünə məxsus mənzili Kirovabad şəhər X19 İcraiyyə Komitəsinin xx.xx.1988-ci il tarixli qərarı (14 saylı iclas protokolu ilə) həmin dövr qüvvədə olan mənzil qanunvericiliyə tam müvafiq olaraq Ermənistan Respublikası, İncevan rayonu, Polad kəndində yerləşən 2 otaqlı mənzilini X7 məxsus ünvan 1 ünvanında yerləşən 3 otaqlı yaşayış mənzili ilə dəyişdirmiş və ona bu barədə xx.xx.1988-ci il tarixli 218 nömrəli mənzili dəyişmə orderi verilmişdir.
39. Həmin orderin arxasında 5 nəfərin adı qeyd edilmişdir: 1) X16 2) Tağıyev Elman İ. oğlu 3) İddiaçı Z. qızı 4) Tağıyeva Könül E. Qızı 5) Tağıyev Elmin E. oğlu
40. Həmçinin, Kirovabad şəhər X19 İcraiyyə Komitəsinin xx.xx.1988-ci il tarixli qərarının iddiaçıda olan əsl nüsxəsi məhkəməyə təqdim edilmişdir ki, orada da X8 ailəü zvləri kimi oğlu, gəlini və 2 nəvəsinin olması qeyd edilmişdir.
41. Göründüyü kimi, cavabdeh orqan iddiaçının müraciətini təmin etməkdən imtina edərkən, X23 filialının xx.xx.2023-cü il tarixli 3-48-DA-4F/2-T-671/8/2023 nömrəli mənzilə dair arxiv arayışında vətəndaş İddiaçı adının qeyd edilmədiyini əsas gətirsə də, Kirovabad şəhər X19 İcraiyyə Komitəsinin xx.xx.1988-ci il tarixli qərarının və xx.xx.1988-ci il tarixli 218 nömrəli mənzili dəyişmə orderinin əsillərində İddiaçı adı qeyd edilmişdir.
42. Beləliklə, məhkəmə belə qənaətə gəlir ki, cavabdeh orqan mənzilin özəlləşdirilməsi üçün əsas sənəd olan orderdə iddiaçının adının qeyd edilməsinə baxmayaraq, həmin sənədi deyil, arxiv arayışını əsas götürərək, həmin arayışda İddiaçı adının qeyd edilməməsini əsas gətirərək, mənzil üzərində iddiaçının hüquqlarının qeydiyyatından imtinası əsaslı və qanuni olmamışdır.
43. Həmçinin, müəyyən edilir ki, sözügedən mənzildə iddiaçı birlikdə qeydiyyatda olan və yaşayan ailə üzvləri X17 və X13 xx.xx.2024-cü il tarixli ərizələrində Gəncə şəhəri, Vəlixanov (indiki M.Rəhimov) küçəsi, 5 nömrəli binada yerləşən 2 nömrəli mənzilin İddiaçı adına özəlləşdirilməsinə etiraz etməmişlər.
44. Göründüyü kimi, “Mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda mənzilin özəlləşdirilməsi ilə bağlı nəzərdə tutulmuş şərtlərin hamısı iddiaçıya münasibətdə ödənilir.
45. Azərbaycan Respublikasının qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatı nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır.
46. Azərbaycan Respublikası Konstitusiyasına görə: Maddə 43. Mənzil hüququ İ. Heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. İİ. Dövlət yaşayış binalarının və evlərin tikintisinə rəvac verir, insanların mənzil hüququnu gerçəkləşdirmək üçün xüsusi tədbirlər görür.
47. Məhkəmə hesab edir ki, iddiaçının mənzilin onun adına özəlləşdirilməsi üçün müvafiq qanunvericilikdə nəzərdə tutulmuş qaydada və məzmunda sənədləri mövcud olduğundan cavabdeh onun hüquqlarını qeydə almaqdan əsassız olaraq imtina etmişdir. Ona görə də, iddia təmin edilməlidir.
48. İPM-in: - 58.7-ci maddəsinə görə sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. - 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
49. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməlidir.
Nəticəvi hissə:
50. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq
qərara aldı:
İddia təmin edilsin. ünvan 2 ünvanında yerləşən 2 otaqlı mənzilin İddiaçı adına özəlləşdirilməklə, onun həmin mənzil üzərində mülkiyyət hüququnun qeydə alınması öhdəliyi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına (Gəncə şəhəri, Atatürk prospekti, 252) apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən Gülşən Əliyeva