Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-3516/2023 19.09.2023 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ İddaçılar İddiaçı1, İddiaçı2 qızı, X4 Cavabdehnə qarşı qeydiyyatdan çıxarılma tələbinə dair iş üzrə Giriş hissə: Hakim Əliyeva Gülşən Talıb qızının sədrliyi, Əsgərov Yadigar Əsgər oğlunun katibliyi, İddaçı və digər İddiaçı3 nümayəndəsi (bacısı) İddiaçı1 və üçüncü şəxs X7 iştirakları ilə, İddaçılar İddiaçı1, İddiaçı2 qızı və X4 Cavabdehnə qarşı üçüncü şəxslər X11, X10 və X7 onlara məxsus olan ünvan 1 ünvanından qeydiyyatdan çıxarılmaları öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə Gəncə İnzibati Məhkəməsinin (Gəncə şəhəri, H.Əliyev prospekti, 105) binasında açıq məhkəmə iclasında şifahi dinləmələr qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. Təsviri hissə: I. İşin halları
1. Elektron Məhkəmə informasiya sistemindən çıxarışa əsasən X11, X10 və X3 şəhəri, Əlövsət Məmmədov küçəsi, ev 99 ünvanından qeydiyyatdadırlar.
2. İddiaçı1, İddiaçı2 qızı, X4 X11, X10 və X7 ona məxsus olan ünvan 1 ünvanında yerləşən mənzildən qeydiyyatdan çıxarılmaları barədə Cavabdehnə etdiyi müraciətinə həmin İdarənin xx.xx.2023-cü il tarixli imtina məktubu ilə bildirilmişdir ki, həmin şəxslərin qeydiyyatdan çıxarılmaları “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat” haqqında Azərbaycan Respublikası Qanunun 9-cu maddəsinin 5-ci bəndinə əsasən (şəxs yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə) məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında həyata keçirilə bilər.
3. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli 8-1(114)-5/2023 nömrəli qərardadı ilə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2-1(114)-535/2020 nömrəli qərarının icrasında dönüş edilməklə, daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatın əvvəlki vəziyyətinə qaytarılması qərara alınmışdır.
4. Həmin qərardadın məzmunundan görünür ki, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2-1(114)-535/2020 nömrəli qərarı ilə X7 iddiası təmin edilmiş və ünvan 3 ünvanda yerləşən sahəsi 16,8 kv.m və 28,4 kv.m yaşayış otaqları, 11,3 kv.m eyvan üzərində X7 mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq müvafiq çıxarışın verilməsi öhdəliyi Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinin üzərinə qoyulmuşdur. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2-1(114)-2115/2021 nömrəli qərardadı ilə İddiaçı1, İddiaçı2 qızı və X4 ərizəsi əsasında Gəncə İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2-1(114)-535/2020 nömrəli qərarı ləğv olunmuş və işə mahiyyəti üzrə baxılması təzələnmişdir. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-1(114)-10/2022 nömrəli qərardadı ilə iddia mümkün sayılmamışdır.
5. Məhkəmənin sorğusuna Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli 3-21-3-33/2- 7120/2023 nömrəli cavab məktubu ilə müəyyən edilir ki, xx.xx.1942-ci il tarixli evlər üçlüyünün aktına əsasən ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi Bağırov Məşədi- Əli Bağır oğlunun adına qeyd edilmişdir. Kirovabad şəhər Gəncə rayon xalq məhkəməsinin xx.xx.1983-cü il tarixli 2-275 saylı qətnaməsinə əsasən Kirovabad şəhəri, Ə.Məmmədov küçəsi, 99 nömrəli ünvanda olan sahəsi 16,8 kv.m və 28,4 kv.m yaşayış otaqları, 11,3 kv.m eyvan əvəzsiz olaraq alınıb Gəncə rayon sovetinin fonduna verilmişdir. Xanlar rayon xalq məhkəməsinin xx.xx.1987-ci il tarixli qərardadına əsasən tikintilərin əvəzsiz olaraq alınıb Gəncə rayon sovetinin fonduna verilməsi barədə mülki işin icraatına xitam verilmişdir. Gəncə şəhəri icra hakimiyyəti aparatı nəzdində yaradılmış komissiyanın xx.xx.1996-cı il tarixli 6 nömrəli iclas protokolu qərarının 2-ci hissəsinə əsasən müsadirə edilmiş Gəncə şəhəri, Əlövsət Məmmədov küçəsi, 99 saylı evin sahəsi 16,8 kv.m və 28,4 kv.m yaşayış otaqları, 11,3 kv.m eyvan X8 qaytarılmışdır. Gəncə şəhəri İcra Hakimiyyəti başçısının xx.xx.2000-ci il tarixli 505 nömrəli sərəncamına əsasən ünvan 3 ünvanda sahəsi 16,8 kv.m və 28,4 kv.m yaşayış otaqları, 11,3 kv.m eyvanın X8 qaytarılması haqqında “Azərbaycan Respublikasınn məhkəmələri tərəfindən müsadirə edilmiş və alınmış yaşayış evlərinin amnistiya qaydasında qaytarılması üzrə” komissiyanın xx.xx.1996-cı il tarixli qərarının 2-ci hissəsi qüvvədən düşmüş hesab edilmişdir. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2-1(114)-535/2020 nömrəli qərarına əsasən ünvan 3 ünvanda yerləşən sahəsi 16,8 kv.m və 28,4 kv.m yaşayış otaqları, 11,3 kv.m eyvan üzərində X7 mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq müvafiq çıxarışın verilməsi müəyyən edilmişdir. X7 adına xx.xx.2021-ci il tarixli, **********34-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış verilmişdir.
6. Həmin məktuba əlavə edilmiş xx.xx.2021-ci il tarixli, **********34-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən ünvan 4 ünvanında yerləşən ev xx.xx.2021-ci il tarixdə X7 adına qeydə alınmışdır. II. Məhkəmədə icraat
7. İddaçılar İddiaçı1, İddiaçı2 qızı, X9 Cavabdehnə qarşı iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, üçüncü şəxslər X11, X10 və X7 ona məxsus olan ünvan 1 ünvanında yerləşən mənzildən qeydiyyatdan çıxarılmaları barədə qərar qəbul edilməsini xahiş etmişdir.
8. İddiaçı tələbini onunla əsaslandırılmışdır ki, ünvan 1 mülkiyyət hüququ əsasında onların babası X2 məxsus olmuşdur və o, 1944-cü ildə vəfat etmişdir. Üçüncü şəxslər X11 və X10 həmin evdə qeydiyyatdadırlar və onlar, həmin şəxsləri tanımırlar. X12 həmin mülkün alınması ilə bağlı məhkəməyə müraciət etmiş və iddiası təmin olunmaqla qərar qanuni qüvvəsini almıışdır. X7 iddiası üzrə təmin olunmuş qərar Gəncə İnzibati Məhkəməsinin 8-1(114)-5/2023 nömrəli qərardad ilə ləğv edilmiş, qərarın icrasında dönüş edilməklə mülk əvvəlki vəziyyətinə qaytarılmaqla babaları X1 adına qaytarılmışdır.
9. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır. III. Prosessual məsələlər
10. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(114)-3516/2023 nömrəli qərardadı ilə X11, X10 və X12 zəruri cəlbetmə qaydasında üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişlər.
11. İş üzrə inzibati prosessual qanunvericiliyin tələblərinə müvafiq prosessual hərəkətlər edilərək, işin şifahi məhkəmə baxış iclası xx.xx.2023-cü il tarixə təyin edilmiş, bu barədə tərəflərə və üçüncü şəxslərə məlumat verilərək şifahi məhkəmə baxışı ilə bağlı iclasa gəlmədikləri halda onların iştirakı olmadan ərizəyə baxılacağı və iş üzrə qərar qəbul ediləcəyi barədə xəbərdarlıq edilmişdir.
12. İddaçı İddiaçı1 (o həm də digər İddiaçı3 nümayəndəsidir) və üçüncü şəxs X12 məhkəmə iclasına gəlmiş, cavabdeh məhkəməyə xx.xx.2023-cü il tarixli məktub ünvanlayaraq məhkəmə iclasının nümayəndəsinin iştirakı olmadan keçirilməsini xahiş etmiş, İddiaçı2 və digər üçüncü şəxslər isə məhkəmə iclasında iştirak etməmişlər və gəlməmələrinin üzrlü səbəbləri və ya mümkünsüzlüyü barədə məhkəməyə məlumat verməmişlər.
13. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərinə müvafiq olaraq, işə şifahi məhkəmə baxış iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. IV. Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri
14. İddaçı İddiaçı1 şifahi məhkəmə baxış iclasında iddianı müdafiə edərək, onun təmin edilməsinə dair qərar çıxarılmasını xahiş etmişdir.
15. O, sədrlik edənin sualına cavab olaraq bildirdi ki, onların mübahisəli evə dair mülkiyyət hüquqları rəsmi olaraq qeydə alınmasa da, ev onların babaları Bağırov Məşədi- Əli Bağır oğlunun adına olduğundan və iddiaçı olaraq onlar da həmin şəxsin nəvələri olduğundan ev onlara məxsus hesab olunur və bu əsasla hazırkı iddia ilə məhkəməyə müraciət etmişlər. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2-1(114)-535/2020 nömrəli qərarına əsasən ünvan 3 ünvanda yerləşən ev X7 adına qeydə alınsa da, sonradan həmin qərar ləğv edilmiş və X7 adına verilmiş çıxarış da ləğv edilmişdir. X7 həmin evə dair heç bir hüququ qalmamışdır.
16. Cavabdeh orqanın və üçüncü şəxslərin iddiaya qarşı yazılı etirazı məhkəməyə daxil olmamışdır. Əsaslandırma hissəsi:
17. Məhkəmə proses iştirakçılarının izahatını dinləyərək, iddia ərizəsini və iş materiallarındakı sənədləri nəzərdən keçirib hesab edir ki, iddia tələbi mümkün sayılmamalıdır.
18. İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 05 nömrəli qərarına görə: Bənd 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Bənd 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Bənd 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Bənd 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. Bənd 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Bənd 4.1. İPM-in 35.1-ci maddəsinə görə, iddianın mümkün sayılması üçün iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalıdır.
19. İş materialları ilə müəyyən edilir ki, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2-1(114)-535/2020 nömrəli qərarı ilə ünvan 3 ünvanda yerləşən sahəsi 16,8 kv.m və 28,4 kv.m yaşayış otaqları, 11,3 kv.m eyvan üzərində X7 mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq müvafiq çıxarışın verilməsi qərara alınmış və həmin qərar əsasında X7 adına xx.xx.2021-ci il tarixli, **********34-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış verilmişdir. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2021ci il tarixli 2-1(114)-2115/2021 nömrəli qərardadı ilə İddiaçı1, İddiaçı2 qızı və X4 ərizəsi əsasında Gəncə İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2-1(114)-535/2020 nömrəli qərarı ləğv olunmuş və işə mahiyyəti üzrə baxılması təzələnmişdir. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-1(114)-10/2022 nömrəli qərardadı ilə iddia mümkün sayılmamışdır. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli 8-1(114)-5/2023 nömrəli qərardadı ilə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2-1(114)- 535/2020 nömrəli qərarının icrasında dönüş edilməklə, daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatın əvvəlki vəziyyətinə qaytarılması qərara alınmışdır.
20. Lakin məhkəmənin sorğusuna Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli 3-21-3-33/2- 7120/2023 nömrəli cavab məktubu ilə müəyyən edilir ki, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2-1(114)-535/2020 nömrəli qərarı ilə ünvan 3 evə dair X7 adına aparılmış qeydiyyat hələ də ləğv edilməmişdir, hətta, ləğv ediləcəyi halda belə, bu hal, iddiaçıların həmin evin mülkiyyətçi olmalarını təsdiq edən hal deyildir.
21. Məhkəmə qeyd edir ki, məhkəmə müdafiəsi hüququna hüquq və azadlıqları, eləcə də qanunla qorunan maraqları pozulmuş fiziki və hüquqi şəxslər malikdir. Məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsində məqsəd fiziki və ya hüquqi şəxslərin pozulmuş və ya pozulması ehtimal eilən hüquq və azadlıqlarını, habelə qanunla qorunan maraqlarını qorumaq və təmin etməkdən ibarətdir. Məhkəmə müdafiəsi hüququnun realizə edilməsinin prosessual forması olan məhkəmə icraatının vəzifələri də məhz həmin məqsədə nail olunmasına yönəlmişdir.
22. İddia tələbini irəli sürmüş şəxsin müvafiq subyektiv hüquqlara malik olmaması, onun başqa şəxslərdən tələb etmək və müdafiə olunmaq hüququnu istisna edir. Yəni, şəxsin subyektiv hüququ yoxdursa, inzibati orqan tərəfindən onun pozulma ehtimalı və şəxsin hüquqi müdafiəyə ehtiyacı da mövcud olmur.
23. Belə ki, inzibati məhkəmə icraatı qaydasında iddia iddiaçının publik hüquqdan irəli gələn subyektiv hüquqlarının müdafiəsi məqsədilə qaldırılır və iddianın mümkün sayılması üçün mübahisəli münasibətə dair cavabdeh orqanın cavabdehliyi, onun hüquqi mövqeyini ehtiva edən iradə ifadəsi (inzibati akt, faktiki hərəkəti və ya hərəkətsizliyi) mövcud olmalıdır. Başqa sözlə, iddiaçı ilk növbədə qanundan irəli gələn hüquq və mənafelərin mövcudluğunu, cavabdehin qərar, hərəkət və hərəkətsizliyinin isə onun həmin hüquq və mənafelərinə toxunduğunu sübut etməlidir.
24. Yəni, hazırkı işdə iddiaçıların ilk növbədə mübahisəli evə dair hüquqları olmalıdır ki, üçüncü şəxslərin həmin evdə qeydiyyatda qalmaları və cavabdeh orqanın onların qeydiyyatdan çıxarılmasından imtinası ilə onların hüquq və mənafeləri pozulmuş olsun.
25. Lakin hazırkı vəziyyətdə iddiaçıların ünvan 3 evin mülkiyyətçiləri olmasını təsdiq edən hər hansı sənəd mövcud deyildir, iddiaçıların həmin evə hüquqları dövlət qeydiyyatına alınmamışdır.
26. “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mİ-in şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin MİÜMK-in 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 30 iyul 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi birinci instansiya məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olubolmamasını araşdırmalıdır.
27. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusi kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərini, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz.
28. Məhkəmə qeyd edir ki, iddiaçılarıın sözügedən evə hazırkı vəziyyətdə hər hansı hüquqlarının mövcud olması müəyyən edilmədiyindən onlar həmin əmlaka münasibətdə subyektiv hüquq daşıyıcısı deyildirlər. Yəni, iddiaçıların İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş tələb hüquqları olmadığından, onlar hüququnun cavabdeh tərəfindən pozulmasını iddia edə bilməzlər. Ona görə də, iddia mümkün sayılmamalıdır.
29. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinə görə: Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 35.3. İddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Nəticəvi hissə:
30. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati- Prosessual Məcəlləsinin 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq
qərara aldı:
İddia mümkün sayılmasın. Qərardaddan onun təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına (Gəncə şəhəri, Atatürk prospekti, 252) apellyasiya şikayəti verilə bilər.
Hakim Gülşən Əliyeva