Məhkəmə qərarları › İş №2-1(114)-3522/2022

Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-3522/2022

16.11.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-3522/2022 16.11.2022 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Gəncə İnzibati Məhkəməsinin hakimi Hüseynov Fikrət Cilingir oğlu, İddiaçı Cavabdehnə qarşı şəhadətnamələrin ləğv edilməsi, mirasın qəbul edilməsi faktının müyyən edilməsi və vərəsəlik şəhadətnaməsinin verilməsi tələbinə dair iddia ərizəsini və ona əlavə olunmuş sənədləri məhkəmənin binasında nəzərdən keçirərək, M ü ə y y ə n e t d i m: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə xx.xx.2022-ci il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, atasına məxsus olmuş torpaq sahəsinə dair X1 və X2 adlarına verilmiş şəhadətnamələrin ləğv edilməsi, miras əmlakın onun tərəfindən qəbul edilməsi faktının müyyən edilməsi və vərəsəlik şəhadətnaməsinin verilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, “öhdəliyin icrası haqqında” iddia növü üzrə xüsusi mümkünlük şərtinə əməl edilmədiyinə görə və digər əsaslarla iddia mümkün sayılmamalıdır. Belə ki, iddiaçı hazırki tələblə məhkəməyə müraciət etməzdən əvvəl aidiyyəti cavabdehə müraciət etməmişdir. İlk növbədə qeyd olunur ki, Cavabdeh torpaqla bağlı şəhadətnamələrin ləğv edilməsi üzrə səlahiyyətli qurum deyil və hazırki iddia həmin quruma qarşı yönələ bilməz. Digər tərəfdən iddia ərizəsinə əlavə edilmiş Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Bərdə Ərazi İdarəsinin imtina aktından görünür ki, iddiaçının atasına məxsus olduğunu iddia etdiyi torpaq sahəsinin qeydə alınmasından imtina edilmişdir. Başqa sözlə iddiaçının həmin quruma hər hansı şəhadətnamənin ləğvi ilə bağlı müraciəti olmamışdır. Bundan əlavə miras əmlakın qəbul edilməsi faktının müyyən edilməsi və vərəsəlik şəhadətnaməsinin verilməsi barədə tələblər də səlahiyyət sferasına aid olmadığından Cavabdehnə qarşı yönələ bilməz. Həmçinin qeyd olunan tələblər inzibati məhkəmə icraatının predmeti deyil. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 nömrəli Qərarının 9-cu bəndində Plenum məhkəmələrə izah etmişdir ki, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə cavabdehə müraciət etməsi və iddianın verilməsi müddətinə əməl olunması yoxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin:- -1.1 maddəsinə əsasən bu Məcəllə inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin (bundan sonra-inzibati mübahisələr) məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmədə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edir. -35.1 maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. -35.3-cü maddəsinin tələblərinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. İddiaçıya izah edilir ki, hazırki tələblə bağlı aidiyyəti cavabdehə (hazırki halda Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Bərdə Ərazi İdarəsi) müraciət etməli, müsbət cavab ala bilmədiyi təqdirdə həmin qurumu cavabdeh qismində cəlb etməklə məhkəməyə müraciət etməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13, 35, 80, 81 və 85-ci maddələrinin tələblərinə əsasən, Q ə r a r a a l d ı m: İddiaçı Cavabdehnə qarşı şəhadətnamələrin ləğv edilməsi, mirasın qəbul edilməsi faktının müyyən edilməsi və vərəsəlik şəhadətnaməsinin verilməsi barədə iddiası mümkün sayılmasın. İddiaçıya izah edilsin ki, qərardadın məzmununda qeyd edilmiş tələblərə əməl etməklə yenidən iddia qaldırmaq hüququ vardır. Qərardaddan 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Fikrət Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar