Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-3525/2025 05.08.2025 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı əmək pensiyasının təyin edilməsi və ödənilməsi tələbinə dair iş üzrə Giriş hissə: Hakim Əliyeva Leyla Kamil qızının sədrliyi Atakişiyeva Aybəniz Zaur qızının katibliyi Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı əmək pensiyasının təyin edilməsi və ödənilməsi tələbinə dair inzibati işə Gəncə İnzibati Məhkəməsinin (Gəncə şəhəri, H.Əliyev prospekti, 105) binasında məhkəmədən kənar qaydada baxaraq aşağıdakı qərardadı qəbul etdi. Təsviri hissə: I. Məhkəmədə icraat
1. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək cavabdehin hərəkətlərinin qanunsuz və əsassız hesab edilməsi, onun xx.xx.1976-cı ildən xx.xx.1977-ci ilədək (7 ay 14 gün) Tərtər (Mirbəşir) «X5 İdman Cəmiyyəti»ndə ambardar, xx.xx.1977-ci ildən xx.xx.1980-ci ilədək (2 il 11 ay 21 gün) X3 İstismar İdarəsində nizamlayıcı, xx.xx.1980-ci ildən xx.xx.1981 -ci ilədək (1 il 4 ay 2 gün) Tərtər Mirbəşir) rayon Narçılıq sovxozunda fəhlə, xx.xx.1981-ci ildən xx.xx.1983-cü ilədək (1 il 4 ay 28 gün) X4-Sənaye Birliyi üzrə 2-ci dərəcəli operator vəzifəsində, xx.xx.1983-cü ildən xx.xx.1989-cu ilədək (6 il 3 ay 5 gün) Tərtər (Mirbəşir) Nar Emalı zavodunda növbə ustası vəzifəsində, xx.xx.1989-cu ildən xx.xx.2000-ci ilədək (11 il 8 ay 16 gün) Nar Emalı zavodunda Baş texnoloq vəzifəsində, xx.xx.2019-cu ildən xx.xx.2020-ci ilədək (6 ay 2 gün) X3 İstismar İdarəsində mirab, xx.xx.2020-ci ildən xx.xx.2024-cü ilədək (4 il 6 ay 17 gün) X3 İstismar İdarəsində İV dərəcə mühəndis hidro-texnik vəzifəsində işlədiyi müddətin, ümumilikdə xx.xx.2006-cı ilədək 24 (iyirmi dörd) il 9(doqquz) ay müddətin ona pensiya hüququ verən ümumi iş (sosial sığorta) stajı hesab edilməsi və eyni zamanda 21.07.207-ci il tarixində Muzdla işləməyənlərin fərdi sahibkarlıq fəaliyyəti üzrə ödənilən sosial ayırmaları adı altında 329 manat (təsnifat kodu 121300, səviyyə kodu 8) və 114.50 manat (təsnifat kodu 143300, səviyyə kodu 4) məcburi sosial sığorta ödənişləri etdiyini nəzərə almaqla pensiya hüququnun yarandığı xx.xx.2024-cü il tarixdən ona yaşa görə əmək pensiyasının təyin edilməsi və ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.
2. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır. II. Prosessual məsələlər
3. İş üzrə digər zəruri prosessual hərəkətlər edildikdən sonra şifahi məhkəmə baxış iclası xx.xx.2025-ci il tarixə təyin edilərək, tərəflərə bu barədə lazımi qaydada məlumat verilmişdir.
4. Cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlmiş, iddiaçı isə məhkəmə məhkəmə iclasında iştirak etməmiş, iştirak etməməsinin üzrlü səbəbləri barədə heç bir məlumat təqdim etməmişdir.
5. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərinə müvafiq olaraq, işə şifahi məhkəmə baxış iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.
6. Cavabdeh orqan xx.xx.2025-ci il tarixli ərizə ünvanlayaraq, iş üzrə icraata xitam verilməsi xahiş etmişdir.
7. Ərizə onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.2025-ci il tarixdən avtomatlaşdırılmış qaydada sistem tərəfindən 320 manat məbləğində yaşa görə əmək pensiyası təyin edilmişdir. Artıq işin mahiyyəti üzrə mübahisə mövcud olmadığından iş üzrə icraata xitam verilməlidir.
Əsaslandırma hissəsi:
8. Məhkəmə cavabdeh orqanın ərizəsini nəzərdən keçirib hesab edir ki, cavabdeh tərəfindən iddiaçının tələbi təmin edildiyindən və hazırkı iş üzrə inzibati mübahisə artıq mövcud olmadığından iş üzrə icraata xitam verilməlidir.
9. Belə ki, iddiaçının tələbi pensiyanın yenidən hesablanaraq ödənilməsindən ibarətdir.
10. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən məhkəməyə təqdim edilmiş ərizəsindən görünür ki, iddiaçı İddiaçı xx.xx.2025-ci il tarixdən əmək pensiyasının təyin edilmişdir, əmək pensiyasının 320 manat təşkil edir.
11. Azərbaycan Respublikası İPM-nə görə: Maddə 67.1. Mübahisə ilə bağlı məhkəmənin yekun qərarı qəbul edilənədək, cavabdeh (inzibati orqan) iddiaçının tələbinin təmin olunduğu yeni inzibati akt qəbul etməyə və ya qanunda nəzərdə tutulmuş başqa tədbir görməyə haqlıdır. Cavabdeh iddiaçının tələbinin təmin olunması ilə bağlı niyyəti barədə məhkəməyə yazılı məlumat verir. Bu məqsədlə inzibati orqan əvvəl məhkəməyə təqdim olunmuş sənədləri geri tələb edə bilər. Maddə 67.2. Sədrlik edən hakim iddiaçının tələbinin təmin olunduğu yeni inzibati aktın qəbul edilməsi və ya qanunda nəzərdə tutulmuş başqa tədbirin görülməsi, habelə bu barədə məhkəməyə müvafiq məlumatın verilməsi üçün cavabdehə müddət təyin edə bilər. Sənədlərin geri qaytarılmasını məqsədəuyğun hesab etmədiyi hallarda, məhkəmə inzibati orqanın bu barədə müraciətini təmin etməyə bilər. Maddə 67.3. Bu Məcəllənin 67.2-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddət ərzində cavabdeh tərəfindən iddiaçının tələbinin təmin olunduğu və işin mahiyyəti üzrə mübahisənin artıq mövcud olmadığı hallarda məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir.
12. Beləliklə, iddiaçının tələbi cavabdeh orqanın özü tərəfindən təmin edildiyinə və inzibati mübahisə aradan qalxdığına görə hazırkı iş üzrə icraata xitam verilməlidir.
Nəticəvi hissə:
13. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 67-ci maddəsini rəhbər tutaraq
qərara aldı:
İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı cavabdehin hərəkətlərinin qanunsuz və əsassız hesab edilməsi, onun xx.xx.1976-cı ildən xx.xx.1977-ci ilədək (7 ay 14 gün) Tərtər (Mirbəşir) «X5 İdman Cəmiyyəti»ndə ambardar, xx.xx.1977-ci ildən xx.xx.1980-ci ilədək (2 il 11 ay 21 gün) X3 İstismar İdarəsində nizamlayıcı, xx.xx.1980-ci ildən xx.xx.1981 -ci ilədək (1 il 4 ay 2 gün) Tərtər Mirbəşir) rayon Narçılıq sovxozunda fəhlə, xx.xx.1981-ci ildən xx.xx.1983-cü ilədək (1 il 4 ay 28 gün) X4-Sənaye Birliyi üzrə 2-ci dərəcəli operator vəzifəsində, xx.xx.1983-cü ildən xx.xx.1989-cu ilədək (6 il 3 ay 5 gün) Tərtər (Mirbəşir) Nar Emalı zavodunda növbə ustası vəzifəsində, xx.xx.1989-cu ildən xx.xx.2000-ci ilədək (11 il 8 ay 16 gün) Nar Emalı zavodunda Baş texnoloq vəzifəsində, xx.xx.2019-cu ildən xx.xx.2020-ci ilədək (6 ay 2 gün) X3 İstismar İdarəsində mirab, xx.xx.2020-ci ildən xx.xx.2024-cü ilədək (4 il 6 ay 17 gün) X3 İstismar İdarəsində İV dərəcə mühəndis hidro-texnik vəzifəsində işlədiyi müddətin, ümumilikdə xx.xx.2006-cı ilədək 24 (iyirmi dörd) il 9(doqquz) ay müddətin ona pensiya hüququ verən ümumi iş (sosial sığorta) stajı hesab edilməsi və eyni zamanda 21.07.207-ci il tarixində Muzdla işləməyənlərin fərdi sahibkarlıq fəaliyyəti üzrə ödənilən sosial ayırmaları adı altında 329 manat (təsnifat kodu 121300, səviyyə kodu 8) və 114.50 manat (təsnifat kodu 143300, səviyyə kodu 4) məcburi sosial sığorta ödənişləri etdiyini nəzərə almaqla pensiya hüququnun yarandığı xx.xx.2024-cü il tarixdən ona yaşa görə əmək pensiyasının təyin edilməsi və ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi tələbinə dair iş üzrə icraata xitam verilsin. Qərardaddan onun təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına (Gəncə şəhəri, Atatürk prospekti, 252) apellyasiya şikayəti verilə bilər.
Hakim Leyla Əliyeva