Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-3530/2025 27.11.2025 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Tağıyeva Ruhiyə Nadim qızı Fərəcova Tamilla Məhərrəm qızının katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X5 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Cavabdehnə qarşı “əmrin ləğv edilməsi, hərbi rütbəsinin bərpa edilməsi və hərbi rütbəsinin aşağı salınması ilə əlaqədar itirdiyi pul müavinətlərinin və güzəştlərin ödənilməsi” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmə binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə İddiaçı cavabdeh Azərbaycan Respublikası Cavabdehnə qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək Cavabdeh 0379/ş saylı 24 fevral 2025-ci il tarixli əmrinin ləğv edilməsinə dair qərarın çıxarılması xahiş etmişdir. İddiaçı tələbini belə əsaslandırmışdır ki, ailə vəziyyəti ilə əlaqədar xidmət etdiyi Mülki Müdafiə Qoşunlarının Gəncə şəhərində yerləşən Xilasetmə briqadasının (9911 saylı hərbi hissə) Xilasetmə Taborunun (Şəmkir) X4, Qəza xilasetmə taqımının Qəza Xilasetmə manqasının komandiri vəzifəsindən Mülki Müdafiə Qoşunlarının Gəncə şəhərində yerləşən Xilasetmə briqadasının (9911 saylı hərbi hissə) Əlahiddə bölmələrində boş vakant baş gizir hərbi rütbəsi olan vəzifələrə xidmət yerinin dəyişdirilməsi barədə etdiyi müraciət qismən qəbul edilmiş, 2024-cu ilin avqust ayından Mülki Müdafiə Qoşunlarının Gəncə Xilasetmə briqadasının (9911 saylı hərbi hissə) Rabitə və Komendant Birliklərində boş vakant baş gizir hərbi rütbəsi olan baş texnik vəzifələri boş olduğu halda onu Mülki Mudafiə Qoşunlarının Gəncə Xilasetmə briqadasının (9911 saylı hərbi hissə) Rabitə bölüyünün Əməliyyat qərargah taqımının, Əməliyyat qərargah manqasının komandiri, gizir hərbi rütbəsi olan vəzifəyə təyin etmişlər. Bu zaman vakant yerlər olmasına baxmayaraq, üstünlük hüququnun olmasına baxmayaraq, huququ pozulmuş, ona hədə-qorxu gəlinərək, əgər şikayət edərsə, təqdimatını verib işdən çıxaracaqlarını bildirmişlər. Baş gizir hərbi rütbəsinə boş, vakant yerlər olduğundan bu barədə Cavabdehnə müraciət ünvanlamış, 12 mart 2025-ci il tarixdə ona bildirilmişdir ki, elə həmin tarixdə Hərbi Hissəyə daxil olmuş FHN-nin 0379/Ş saylı 24 fevral 2025-ci il tarixli əmrinə əsasən, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Daxili Xidmət Nizamnaməsinın 1-ci, 6-cı, Azərbaycan Respublikası Silahlı X1 1-ci, 3-cü maddələrinin tələblərini pozduğuna görə, İntizam Nizamnaməsinin 61ci maddəsinin "e" bəndinə əsasən, hərbi rütbəsi bir pillə aşağı salınmışdır - "gizir" rütbəsindən "kiçik gizir" rütbəsinə. Həmin əmr qanunsuz və əsassızdır. Belə ki, həmin əmrdə göstərilən normalar onun tərəfindən pozulmamışdır. Qeyd edir ki, onun əməllərində həmin normaların pozuntusu yoxdur. Azərbaycan Respublikası Silahlı X1 1-ci maddəsində göstərilmişdir ki, Azərbaycan Respublikası qanunlarında və hərbi Nizamnamələrində müəyyən olunmuş qaydalara ciddi riayət etməsi deməkdir. Həmin Nizamnamənin 3-cü maddəsinə əsasən, Hərbi intizam hər bir hərbi qulluqçunu Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına ciddi riayət etməyə, Hərbi andın və hərbi nizamnamələrin tələblərini dəqiq yerinə yetirməyə, komandirlərin (rəislərin) əmr və sərəncamlarına sözsüz tabe olmağa, hərbi xidmətin bütün çətinlik və məhrumiyyətlərinə mətinliklə tab gətirməyə, hərbi borcunu yerinə yetirərkən öz qanını və hətta həyatını belə əsirgəməməyə, hərbi və dövlət sirlərini möhkəm saxlamağa, namuslu və doğruçu olmağa, hərbi işi vicdanla öyrənməyə, ona tapşırılan silahı, döyüş 5 texnikasını və digər texnikanı, hərbi əmlakı və xalq əmlakını hər vasitə ilə qorumağa, komandirlərə (rəislərə) və böyuklərə hörmət etməyə, əsgəri nəzakət və salamvermə qaydalarına əməl etməyə, hərbi hissədən kənarda özünü ləyaqətli və namuslu aparmağa, ictimai asayişin özü və başqaları tərəfindən pozulmasına yol verməməyə, vətəndaşların şərəf və ləyaqətinin qorunmasına hərtərəfli səy göstərməyə məcbur edir. Cavabdeh tərəfindən məhkəməyə etiraz göndərilmilş, qeyd edilmişdir ki, İddiaçı xidmət məsələsinə dair özünün bilavasitə rəisinin icazəsi olmadan fövqəladə hallar nazirinə müraciət etmiş, yazılı surətdə müraciət etdikdə raportu komanda üzrə verməmiş, müraciətində intizam və əsgəri nəzakət qaydalarına riayət etməmiş, bununla da o, “Azərbaycan Respublikası silahlı qüvvələrinin Daxili Xidmət Nizamnaməsi”nin 1-ci, 6-cı və “Azərbaycan Respublikası Silahlı X2”nin 1-ci və 3-cü maddələrinin tələblərini pozmuşdur. Cavabdeh 24 fevral 2025-ci il tarixli 0379/ş nömrəli əmri ilə “Azərbaycan Respublikası Silahlı X2”nin 61-ci maddəsinin “e” bəndinə uyğun olaraq gizir İddiaçı hərbi rütbəsi bir pillə aşağı salınmışdır. Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 19 aprel tarixli 394 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Cavabdeh haqqında Əsasnamə”nin 10.10.22-ci yarımbəndinə əsasən nazir Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş qaydada Nazirlik sisteminə daxil olan strukturların işçiləri barədə bütün intizam tənbehi tədbirlərini tətbiq edir. Qeyd olunanları nəzərə alaraq, iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(114)-3530/2025 nömrəli qərardadı İddiaçı tərəfindən verilmiş iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə məhkəmə icraatına qəbul edilmiş, iddia tələbi "Azərbaycan Respublikası Cavabdeh 0379/ş saylı 24 fevral 2025-ci il tarixli əmrinin ləğv edilməsi, "gizir” hərbi rütbəsinin bərpa edilməsi və hərbi rütbəsinin bir pillə aşağı salınması ilə əlaqədar itirdiyi pul müavinətlərinin və güzəştlərinin bərpa edilib ona ödənilməsi" tələbinə dəyişdirilmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək, iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X6 iddia tələbinə etiraz edərək, iddianın təmin olunmamasını xahiş etdi. İş materiallarında olan N nömrəli hərbi hissənin komandirinin arayışına əsasən, kiçik gizir İddiaçı həqiqətən Azərbaycan Respublikası Cavabdeh Mülki X3 briqadasında (N nömrəli hərbi hissə) həqiqi hərbi xidmətdədir və hərbi qulluqçunun xidməti vəsiqəsini əvəz edir. Etibarlıdır 31 dekabr 2025-ci il tarixə qədər. Xilasetmə briqadasının xx.xx.2019-cu il tarixli, 174 nömrəli əmr-dən çıxarışına əsasən, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər İddiaçı, Mülki müdafiə qoşunlarının komandanının 03 iyul 2019-cu il tarixli 695/ş nömrəli əmri ilə Xilasetmə briqadasının (N nömrəli hərbi hissə) Maddi təminat bölüyünün Avtomobil taqımının Texniki xidmət manqasının sürücü-mexaniki vəzifəsinə təyin edildiyinə görə, Xidmətini davam etdirmək üçün Bakı şəhəri Mülki müdafiə qoşunlarının komandanlığından gəlmiş hesab olunmuş, 03 iyul 2019-cu il tarixdən hərbi hissənin şəxsi heyətinin siyahısına, bütün növ təminatlara daxil edilmiş və vəzifəsinin icrasına başlanmışdır . Xilasetmə briqadasının xx.xx.2021- ci il tarixli, 379 nömrəli əmr-dən çıxarışına əsasən, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər İddiaçı, Maddi təminat bölüyünün Avtomobil taqımının Texniki xidmət manqasının sürücü- mexaniki, Mülki müdafiə qoşunları komandanının 302/ş nömrəli 30 dekabr 2021-cı il tarixli əmrinə əsasən tutduğu vəzifədən azad olunmuş və "kiçik gizir" hərbi rütbəsi verilməklə həmin briqadanın Xilasetmə taborunun (Şəmkir) Qəza-xilasetmə bölüyünün Qəza-xilasetmə taqımının Qəzaxilasetmə manqasının komandiri vəzifəsinə təyin edildiyinə görə, işlərinin və vəzifəsinin qəbul etmiş hesab edilmişdir. Xilasetmə briqadasının xx.xx.2023-cü il tarixli, 388 nömrəli əmr-dən çıxarışına əsasən, Mülki müdafiə qoşunlarının komandanının 30 dekabr 2023-cü il tarixli 144/ş nömrəli əmrinə əsasən, "Gizir" hərbi rütbəsi Kiçik gizir İddiaçı, Xilasetmə taborunun (Şəmkir) Qəza-xilasetmə bölüyünün Qəza-xilasetmə taqımının Qəza-xilasetmə manqasının komandiri növbəti hərbi rütbənin verilməsi elan edilmişdir. Daşkəsən rayon Zağalı kənd sakini İddiaçı tərəfindən Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirinə xx.xx.2024-cü il tarixli ərizə ünvanlanmışdır. Xilasetmə briqadasının xx.xx.2024- cü il tarixli, 274 nömrəli əmr-dən çıxarışına əsasən, gizir İddiaçı, Xilasetmə taborunun (Şəmkir) Qəza-xilasetmə bölüyünün Qəzaxilasetmə taqımının Qəza-xilasetmə manqasının komandiri, Mülki müdafiə qoşunları komandanının 29 avqust 2024-cü il tarixli 141/ş nömrəli əmrinə əsasən tutduğu vəzifədən azad olunmuş, və həmin briqadanın Rabitə bölüyünün Əməliyyat qərargah taqımının Əməliyyat qərargah manqasının komandiri vəzifəsinə təyin edildiyinə görə, vəzifələrinin icrasına başlamış hesab edilmişdir. Daşkəsən rayon Zağalı kənd sakini İddiaçı tərəfindən Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirinə xx.xx.2025-ci il tarixli ərizə ünvanlanmışdır. xx.xx.2025-ci il tarixli, hərbi qulluqçunun izahat verməkdən imtina etməsi barəsində aktından görünür ki, aşağıda imza edənlər, həqiqətən Rabitə bölüyünün Əməliyyat qərargah taqımının Əməliyyat qərargah manqasının komandiri gizir İddiaçı 2024-cü il və xx.xx.2025-ci il tarixlərdə Cavabdehnə ünvanladığı də qeyd etdikləri barədə xx.xx.2025-ci il tarixdə izahat verməkdən imtina etmişdir. Azərbaycan Respublikasının Cavabdeh Mülki müdafiə qoşunları tərəfindən Daxili Təhlükəsizlik Baş İdarəsinə xx.xx.2025-ci il tarixli məktub ünvanlanmışdır. Daxili təhlükəsizlik Baş idarəsi tərəfindən Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirinə xx.xx.2025-ci il tarixli məktub ünvanlanmışdır. Azərbaycan Respublikasının Cavabdeh 0379/ş nömrəli xx.xx.2025-ci il tarixli, əmrdən çıxarışa əsasən Nazirliyin Mülki X3 briqadasının (9911 saylı hərbi hissə) rabitə bölüyünün əməliyyat qərargah taqımının əməliyyat qərargah mangasının komandiri gizir İddiaçı hərbi rütbəsi bir pillə aşağı salınmışdır. Xilasetmə briqadasının xx.xx.2025- ci il tarixli, 66 nömrəli əmr-dən çıxarışına əsasən, Rabitə bölüyünün Əməliyyat qərargah taqımının Əməliyyat qərargah manqasının komandiri gizir İddiaçı “Hərbi xidmətkeçmə haqqında" Əsasnamənin 69-cu maddəsinə müvafiq olaraq hərbi rütbəsinin “kiçik gizir" hərbi rütbəsinədək bir pillə aşağı salınmasını elan etmişdir. Əsaslandırma hissəsi Məhkəmə əvvəla iddianın mümkünlüyü ilə bağlı qeyd edir ki, hazırkı iddia mübahisələndirmə haqqında iddia olmaqla ümumi və xüsusi mümkünlük şərtləri yerinə yetirilmişdir. Məhkəmə tərəfindən iddianın məhkəməyə aid olması, iddia tələbi üzrə iddiaçının subyektiv hüquqa malik olması, cavabdehin iddiaya cavab verməli olması, həmçinin iddiaçı tərəfindən iddia müddətinə riayət olunması müəyyən edilmişdir. Odur ki, məhkəmə hesab edir ki, verilmiş iddia mümkün olduğundan iddiaya mahiyyəti üzrə baxıla bilər. Məhkəmə iddia ərizəsini iş materialları ilə əlaqəli araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Hazırkı iddia tələbi ilə iddiaçı cavabdeh tərəfindən onun hərbi rütbəsinin bir pillə aşağı salınması barədə əmrin ləğv edilməsi, hərbi rütbəsinin bərpa edilməsi və hərbi rütbəsinin aşağı salınması ilə əlaqədar itirdiyi pul müavinətlərinin və güzəştlərin ödənilməsini xahiş edir. Azərbaycan Respublikasının 1994-cü il 23 sentyabr tarixli, 887 saylı Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikası silahlı qüvvələrinin Daxili Xidmət Nizamnaməsinin 1-ci bəndində əsasən, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçusu öz Vətəni Azərbaycan Respublikasının müdafiəçisidir. Hərbi qulluqçu öz Vətəninin müdafiəsi üçün şəxsi məsuliyyət daşıyır. O, Azərbaycan dövlətinin mənafeyini qorumağa, onun nüfuzunun və qüdrətinin möhkəmlənməsinə səy göstərməyə, Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına müqəddəscəsinə və sarsılmaz surətdə riayət etməyə, hərbi andı yerinə yetirməyə, intizamlı, vicdanlı, doğruçu və cəsarətli olmağa, hərbi borcunu yerinə yetirərkən, bütün qüvvəsini və lazım gəldikdə, canını əsirgəməməyə, komandirlərə (rəislərə) sözsüz tabe olmağa və döyüşdə onları müdafiə etməyə, öz hərbi hissəsinin Döyüş Bayrağını göz bəbəyi kimi qorumağa borcludur. 6-cı bəndində görə, hərbi qulluqçu xidmət məsələlərinə dair özünün bilavasitə rəisinə və ancaq onun icazəsi ilə komanda üzrə daha böyük rəisə müraciət edə bilər. Hərbi qulluqçu şəxsi məsələlərə dair, bir qayda olaraq, özünün bilavasitə rəisinə, xüsusi hallarda isə böyük rəisə müraciət edə bilər. Hərbi qulluqçu rəisə yazılı surətdə müraciət etdikdə, raportu yalnız komanda üzrə verə bilər. Hərbi qulluqçu təklif, ərizə və şikayət verdikdə, İntizam nizamnaməsinin müddəalarını rəhbər tutmalıdır. Azərbaycan Respublikasının 1994-cü il 23 sentyabr tarixli, 885 saylı Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikası Silahlı X1 1-ci bəndində əsasən, hərbi intizam bütün hərbi qulluqçuların Azərbaycan Respublikası qanunlarında və hərbi nizamnamələrində müəyyən olunmuş qaydalara ciddi riayət etməsi deməkdir. 3-cü bəndində görə, hərbi intizam hər bir hərbi qulluqçunu: Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına ciddi riayət etməyə, hərbi andın və hərbi nizamnamələrin tələblərini dəqiq yerinə yetirməyə, komandirlərin (rəislərin) əmr və sərəncamlarına sözsüz tabe olmağa; Hərbi xidmətin bütün çətinlik və məhrumiyyətlərinə mətinliklə tab gətirməyə, hərbi borcunu yerinə yetirərkən, öz qanını və hətta həyatını belə əsirgəməməyə; hərbi və dövlət sirlərini möhkəm saxlamağa; namuslu və doğruçu olmağa, hərbi işi vicdanla öyrənməyə, ona tapşırılan silahı, döyüş texnikasını və digər texnikanı, hərbi əmlakı və xalq əmlakını hər vasitə ilə qorumağa; komandirlərə (rəislərə) və böyüklərə hörmət etməyə, əsgəri nəzakət və salamvermə qaydalarına əməl etməyə; hərbi hissədən kənarda özünü ləyaqətli və namuslu aparmağa, ictimai asayişin özü və başqaları tərəfindən pozulmasına yol verməməyə, vətəndaşların şərəf və ləyaqətinin qorunmasına hərtərəfli səy göstərməyə məcbur edir. Azərbaycan Respublikasının Cavabdeh 0379/ş nömrəli xx.xx.2025-ci il tarixli, əmrdən çıxarışından görünür ki, Nazirliyin Mülki X3 briqadasının (9911 saylı hərbi hissə) rabitə bölüyünün əməliyyat qərargah taqımının əməliyyat qərargah mangasının komandiri gizir İddiaçı hərbi rütbəsi bir pillə aşağı salınmışdır. Həmin əmrin verilməsinə əsas Nazirliyin Mülki müdafiə qoşunlarının 20 fevral 2025ci il tarixli 3-18-122/2-217/2025 nömrəli, Daxili təhlükəsizlik Baş idarəsının 24 fevral 2025ci il tarixli 3-18/3-145-626/2025 nömrəli və İddiaçı Nazirliyə daxil olmuş 12 fevral 2025-ci il tarixli 3-18/1-2898/2025 nömrəli məktubları olmuşdur. xx.xx.2024-cü il yazılış tarixli və xx.xx.2025-ci il yazılış tarixli ərizələrdən görünür ki, həmin ərizələr Daşkəsən rayon Zağalı kənd sakini İddiaçı tərəfindən Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirinə ünvanlanmışdır. Göründüyü kimi iddiaçı Azərbaycan Respublikası silahlı qüvvələrinin Daxili Xidmət Nizamnaməsinin və Azərbaycan Respublikası Silahlı X1 tələblərini pozaraq, özünün bilavasitə rəisinə deyil, birbaşa böyük rəisə-fövqəladə hallar nazirinə müraciət ünvanlamış, yazılı surətdə müraciət etməsinə baxmayaraq, raportu komanda üzrə verməmiş, eyni zamanda müraciətdə hərbi qulluqçuya yaraşmayan ifadələrdən istifadə etmişdir. Buna görə də məhkəmə hesab edir ki, cavabdehin mübahisələndirilən əmri qanuni və əsaslıdır. Azərbaycan Respublikasının İnzibati Prosesual Məcəlləsinin 2.2.1-ci maddəsinə əsasən, şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. 32.1-ci maddəsinə görə, mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. 68.1-ci maddəsinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 85.1-ci maddəsinə əsasən, şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməməlidir. Nəticəvi hissə Məhkəmə yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati- Prosessual Məcəlləsinin 2.2.1, 32.1,68.1, 68.2 və 85.1-ci maddələrini rəhbər tutaraq Qərara aldı İddiaçı tərəfindən verilmiş iddia təmin edilməsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qərardan göstərilən müddətdə şikayətin verilmədiyi və ya inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ruhiyə Tağıyeva
Məhkəmə qərarları › İş №2-1(114)-3530/2025
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-3530/2025
27.11.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver