Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-3534/2023 18.09.2023 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı iş üzrə Giriş hissə: Hakim Əliyeva Gülşən Talıb qızının sədrliyi, Əsgərov Yadigar Əsgər oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Ərazi İdarəsinə qarşı cavabdehin hərəkətlərinin qanunsuz hesab edilməsi və məlumatın sənəddə göstərilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə Gəncə İnzibati Məhkəməsinin (Gəncə şəhəri, H.Əliyev prospekti, 105) binasında açıq məhkəmə iclasında şifahi dinləmələr qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. Təsviri hissə: I. İşin halları
1. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən MA seriyalı ******* nömrəli çıxarışa əsasən Gəncə şəhəri, Nizami rayonu, Heydər Əliyev prospekti, 161A ünvanında yerləşən, 1 mərətəbəli, 91,7 kv.m ümumi sahədən ibarət qeyriyaşayış sahəsi xx.xx.2011-ci il tarixdə İddiaçı adına qeydə alınmışdır.
2. İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Ərazi İdarəsinə müraciət edərək, Gəncə şəhəri, H.Əliyev prospekti, 161A ünvanında yerləşən 110,30 kv.m torpaq sahəsi üzərində inşa edilən qeyri-yaşayış binasının 2-dən 7-ci mərtəbəyədək olan hissəsinin qanunsuz özbaşına tikili olduğu barədə məlumatların daşınmaz əmlakın texniki pasportunun qeyd hissəsində göstərilməsini xahiş etmiş və İdarənin xx.xx.2023-cü il tarixli 3-21-3-33/2-İ0033/05-35/23 nömrəli cavab məktubu ilə ona bildirilmişdir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2021-ci il tarixli 8-1(102)-10/2021 nömrəli qərarı icra olunaraq Gəncə şəhəri, H.Əliyev prospekti, 161A ünvanında yerləşən qeyri-yaşayış binası zirzəmisi ilə birlikdə və 0.01103 ha torpaq sahəsi üzərində onun mülkiyyət hüququ vahid daşınmaz əmlak obyekti kimi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışla rəsmiləşdirilmişdir. Daşınmaz əmlak obyekti üzərində inşa edilmiş qeyri-yaşayış binası ilə bağlı mübahisənin olmasını nəzərə alaraq, texniki pasportda həmin tikililərin göstərilməsi mümkün olmamışdır.
3. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(114)-1753/2023 saylı qərardadı ilə müəyyən edilir ki, İddiaçı torpaq sahəsinin və üzərindəki qeyri-yaşayış binasının texniki pasportunda qanunsuz tikililərin göstərilməməsi ilə bağlı cavabdehin hərəkətlərinin qanunsuz hesab edilməsi və həmin torpaq sahəsi üzərindəki qeyri-yaşayış binasının qanunsuz inşa olunmuş tikililəri barədə məlumatlar daxil olmaqla mövcud vəziyyətin tam olaraq texniki pasportda göstərilməsi tələbi ilə xx.xx.2022-ci il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət etmiş və məhkəmənin qərardadı ilə iddia mümkün sayılmamışdır. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(104)- 498/2022 nömrəli 22 sentyabr 2022-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmış, həmin qərardad da Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli 2-1(102)-168/2023 nömrəli qərarı ilə dəyişdirilmədən saxlanılmışdır. II. Məhkəmədə icraat
4. İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, Gəncə şəhəri, H.Əliyev prospekti, 161A ünvanında qeyriyaşayış binasının texniki pasportunun “qeyd” hissəsində qanunsuz tikililər barədə məlumatın göstərilməməsi ilə bağlı DƏDRK publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinin hərəkətlərinin qanunsuz hesab edilməsi və torpaq sahəsi üzərində inşa edilən qeyri-yaşayış binasının 2-dən 7-ci mərtəbəyədək olan hissəsinin qanunsuz, özbaşına tikinti olması barədə məlumatın texniki pasportun “qeyd” hissəsində göstərilməsi öhdəliyinin DƏDRX-nin 3 saylı Gəncə Ərazi İdarəsinin üzərinə qoyulmasına dair qərar qəbul edilməsini xahiş etmişdir.
5. İddia tələbi onunla əsaslandırılmışdır ki, Gəncə şəhəri, H.Əliyev prospekti, 161A ünvanında yerləşən 110.30 kv.m torpaq sahəsi Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin hüquqların dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş xx.xx.2011-ci il tarixli MA ******* seriyalı qeydiyyat nömrəsi ********** olan çıxarışa əsasən onun tam mülkiyyətindədir. ƏMDX yanında DƏDRX-nin 3 saylı Gəncə Ərazi İdarəsindən verilən xx.xx.2022-ci il tarixli, **********01 saylı məktubda bildirilir ki, Ali Məhkəmənin İnzibati Kollegiyasının xx.xx.2021-ci il tarixli, 8-1(102)-10/2021 saylı qərarı icra olunaraq Gəncə şəhəri, Heydər Əliyev prospekti, 161A ünvanında yerləşən qeyri yaşayış binasının (Biznes Mərkəzinin) birinci mərtəbəsindəki qeyri-yaşayış binası zirzəmisi ilə birlikdə və 0.01103 ha torpaq sahəsi üzərində onun mülkiyyət hüququ vahid daşınmaz əmlak obyekti kimi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışla rəsmiləşdirilmişdir. Ərazi İdarəsinin məktubundan görünür ki, qeyri-yaşayış binasının çıxarışı və texniki pasportu hazırlanıb, müvafiq dövlət rüsumu və xidmət haqları ödənildikdən sonra kağız formada ona təqdim olunacaq. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə ərizə ilə müraciət edərək Gəncə şəhəri, Heydər Əliyev prospekti, 161A ünvanında yerləşən 110,30 kv.m torpaq sahəsi və üzərindəki daşınmaz əmlakın hazırlanmış texniki pasportunun “Qeyd” hissəsində torpaq sahəsinin üzərində inşa edilən 7 mərtəbəli binanın 2-dən 7-ci mərtəbəyədək olan hissəsinin qanunsuz, özbaşına tikinti olması barədə məlumatların göstərilməsini xahiş etmiş, Ərazi İdarəsi əsassız olaraq müraciətini təmin etməkdən imtina etmişdir. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsindən verilən xx.xx.2023-cü il tarixli, 3-21-3/33/2-10033/05-35/23 saylı cavab mıktubunda bildirilir ki, ona məxsus daşınmaz əmlak obyekti üzərində inşa edilmiş qeyri-yaşayış binası ilə bağlı mübahisənin olmasını nəzərə alaraq texniki pasportda həmin tikililərin göstərilməsi mümkün olmamışdır. 2019-cu ildən bəri 4 ildir o, Gəncə şəhəri, Heydər Əliyev prospekti, 161A ünvanında yerləşən 110,30 kv.m torpaq sahəsi və üzərindəki daşınmaz əmlaka dair mükiyyət hüquqlarını daşınmaz əmlakın dövlət reystrində qanuni əsaslarla qeydiyyata aldıra bilmir. Hər dəfə müxtəlif bəhanələrlə qeydiyyatdan imtina edilib. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə ərizə verərək qeyri-yaşayış binasının texniki pasportunda qanunsuz, özbaşına tikilinin göstərilməməsinə səbəb olduğu iddia olunan mübahisənin təfərrüatları barədə məlumat verilməsini xahiş etmişdir. Lakin 3 saylı Gəncə Ərazi İdarəsi cavab məktubunda iddia etdiyi mübahisənin təfərrüatları barədə əsaslı məlumat verə bilməyib. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsindən verilən xx.xx.2023-cü il tarixli 3-21-3-33/2-İ- 0033/xx-xx/2023 saylı cavab məktubunda bildirilir ki, Gəncə İnzibati Məhkəməsində DƏDKR publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazİ İdarəsinə qarşı Gəncə şəhəri, H. Əliyev prospekti, 161A ünvanında yerləşən 110.3 kv.m torpaq sahəsinin və üzərindəki qeyriyaşayış binasının texniki pasportunda qanunsuz tikililərin göstərilməməsi ilə bağlı DƏDKR publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinin hərəkətlərinin qanunsuz hesab edilməsi və həmin torpaq sahəsinin üzərindəki qeyri-yaşayış binasının qanunsuz inşa olunmuş 2-6-cı mərtəbələri və mansarı barədə məlumatlar da daxil olmaqla mövcud vəziyyətinin tam olaraq texniki pasportda göstərilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair mübahisəyə inzibati məhkəmə icraatı qaydasında bütün instansiya məhkəmələrində baxılmış və iddia mümkün sayılmamışdır. Onun hazırkı ərizə üzrə tələbi əvvəlki məhkəmə işi üzrə iddia tələbindən tamamilə fərqlidir. Əvvəlki işdə torpaq sahəsi üzərində inşa edilən qeyri-yaşayış binasının 2-dən 7-ci mərtəbəyədək olan hissəsinin qanunsuz, özbaşına tikintiləri də daxil olmaqla mövcud vəziyyətinin ştrixlə tam olaraq texniki pasportda göstərilməsini tələb etmişdir. Hazırki müraciətdə isə torpaq sahəsi üzərində inşa edilən qeyri-yaşayış binasının qanunsuz, özbaşına tikintiləri barədə məlumatların texniki pasportun “qeyd” hissəsində göstərilməsi tələb edilib. Qeyd olunan cavab məktubunda həmçinin bildirilmişdir ki, həmin ərazidə yeni bina inşa edilən zaman tikililəri sökülmüş şəxslərin "xxxx" MMC-yə qarşı iddiaları üzrə məhkəmə çəkişmələri olmuşdur. Azərbaycan Respublikası Ali Məhkəməsinin qüvvədə olan 10 oktyabr 2018-ci il tarixli, 2-1(102)-1816/2018 saylı qərarında göstərilmişdir ki, üçüncü şəxs "xxxx" MMC-nin İddiaçı xüsusi mülkiyyətində olan Gəncə şəhəri, Heydər Əliyev prospekti, 161A ünvanda inşa edilmiş tikili üzərində qanundan və müqavilədən irəli gələn hər hansı hüququ yoxdur və o, iddiaçıya məxsus torpaq sahəsi üzərində inşa edilmiş tikilinin qanuni sifarişçisi hesab edilə bilməz. İddiaçıya məxsus torpaq sahəsində onunla razılığa gəlməmiş hər hansı üçüncü şəxsin (hazırki işdə "xxxx" MMC) tikinti işləri aparması iddiaçının torpaq üzərində mülkiyyət hüquqlarını məhdudlaşdırmaqla, onun dövlət tərəfindən toxunulmaz elan edilən və müdafiə edilən konstitusion hüquqlarını kobud şəkildə pozur. Gəncə İnzibati-İqtisadi Məhkəməsində Gəncə Şəhər Nizami Rayon İcra Hakimiyyətinə qarşı xx.xx.2014-cİ il tarixli 377 saylı sərəncamın ona məxsus torpaq sahəsinə düşən hissədə ləğv edilməsi barədə qaldırdığı iddianın əsasında Gəncə Şəhər Nizami Rayon İcra Hakimiyyətinin xx.xx.2015-ci il tarixli 558 saylı sərəncamı ilə xx.xx.2014-ci il tarixli 377 saylı sərəncam Gəncə şəhəri, H.Əliyev prospekti, 161A ünvanında yerləşən torpaq sahəsinə düşən hissədə ləğv edilmişdir. Həmçinin, Gəncə Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 16 sentyabr 2019-ci il tarixli, 2-1(104)-393/2019 saylı qərarı ilə Gəncə Şəhər İcra Hakimiyyəti Memarlıq və Tikinti Şöbəsi tərəfindən verilən tikinti işlərinə başlanılması üçün əsas olan 20 noyabr 2014-cü il tarixli, 02 saylı xüsusi nişan İddiaçı Həsənəlı oğlunun mülkiyyətində olan Gəncə şəhəri, H. Əliyev prospekti, 161A ünvanında yerləşən 110.30 kv.m torpaq sahəsinə düşən hissədə ləğv edilmişdir. Həmçinin “ünvan 6 ünvanında inşa edilən qeyri-yaşayış binası üzərində mülkiyyət hüquqlarının qeydiyyata alınması üçün 2017-ci ildə DƏDKR publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə müraciət etmiş və daşınmaz əmlakın dövlət reyestrindən 19 sentyabr 2017-ci il tarixli, ********** saylı hüquqların qabaqcadan qeydiyyatı barədə arayış almışdır. Ərazi İdarəsi inşa edilən qeyri-yaşayış binasının Gəncə şəhəri, Cavadxan küçəsi, 34A ünvanına düşən 733.8 kv.m hissəsini "xxxx" MMC-nin adına qeydiyyata almışdır. Yəni, DƏDKR publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsi inşa edilən binanın Gəncə şəhəri, H.Əliyev prospekti, 161A ünvanına düşən hissəsində "xxxx" MMC-nin hüquqlarını tanımamış və "xxxx" MMC də həmin hissədə hüququnun olmadığını qəbul edərək qabaqcadan qeydiyyat arayışını mübahisələndirməmişdir. Göründüyü kimi qeyd olunan sənədlərlə Gəncə şəhəri, H.Əliyev prospekti, 161A ünvanında yerləşən 110.3 kv.m torpaq sahəsinin üzərində "xxxx" MMC-nin qanundan və müqavilədən irəli gələn hər hansı hüququnun olmadığı və həmin torpaq sahəsi üzərində inşa edilən qeyri-yaşayış binasının 2-dən 7-ci mərtəbəyədək olan hissəsinin qanunsuz, özbaşına tikinti olduğu tam sübuta yetirilib. Gəncə şəhəri, Heydər Əliyev prospekti, 161A ünvanında yerləşən 110,30 kv.m torpaq sahəsinin üzərində inşa edilən qeyri-yaşayış binası ilə bağlı hal hazırda torpaq sahəsinin mülkiyyətçisi olaraq mənimlə hər hansı məhkəmə mübahisə yoxdur. "xxxx" MMC-nin şikayəti əsasında mübahisəyə məhkəmə qaydasında baxılmış, şikayət əsassız hesab edilərək rədd edilmiş və məhkəmə qərarı qanuni qüvvəsini almışdır. Həmçinin Gəncə şəhəri, Cavadxan küçəsi, 34 ünvanında yerləşən qonşu daşınmaz əmlak obyekti ilə bağlı hər hansı məhkəmə mübahisəsinin Heydər Əliyev prospekti, 161A ünvanında yerləşən 110,30 kv.m torpaq sahəsinin üzərində inşa edilən qeyri-yaşayış binası ilə heç bir əlaqəsi yoxdur. Qeyd olunan sübut və dəlilləri DƏDKR publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə təqdim etməyimə baxmayaraq Gəncə şəhəri, H.Əliyev prospekti, 161A ünvanında yerləşən 110.3 kvm. torpaq sahəmə qanunsuz müdaxilə faktı-inşa edilən özbaşına tikinti barədə məlumatlar əsassız olaraq texniki pasportun “qeyd” hissəsində göstərilməmişdir. Gəncə şəhəri, Heydər Əliyev prospekti, 161A ünvanında yerləşən 110,30 kv.m torpaq sahəsi mübahisəsiz onun tam mülkiyyətindədir. Toxunulmazlığı Azərbaycan Respublikasının Konstitusiyası ilə qorunan mükiyyətinə - torpaq sahəsinə onun razılığı olmadan müdaxilə olunaraq üzərində qanunsuz tikinti inşa edilib. O, tam qanuni və əsaslı olaraq xüsusi mülkiyyətində olan torpaq sahəsinə edilən müdaxilə faktının-torpaq sahəsinin üzərində qanunsuz inşa edilən tikinti barədə məlumatların daşınmaz əmlakın texniki pasportunun “qeyd” hissəsində göstərilməsini tələb edir. Hər hansı mübahisə mülkiyyətində olan torpaq sahəsinə qanunsuz müdaxilə faktının-torpaq sahəsinin üzərində inşa edilən qanunsuz tikinti barədə məlumatların daşınmaz əmlakın texniki pasportunun “qeyd” hissəsində göstərilməsinə maneçilik törədə bilməz.
6. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. III. Prosessual məsələlər
7. İş üzrə inzibati prosessual qanunvericiliyin tələblərinə müvafiq prosessual hərəkətlər edilərək, işin hazırlıq icraatı üzrə iclas xx.xx.2023-cü il tarixə təyin edilmiş və bu barədə tərəflərə məlumat verilmişdir.
8. İddiaçı məhkəmə iclasına gəlmiş, cavabdehin nümayəndəsi isə məhkəmə iclasında iştirak etməmiş və gəlməməsinin üzrlü səbəbləri və ya mümkünsüzlüyü barədə məhkəməyə məlumat verməmişdir.
9. Məhkəmə hazırlıq icraatı üzrə iclasın cavabdehin nümayəndəsinin iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. IV. Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri
10. İddiaçı məhkəmə hazırlıq icraatı üzrə iclasda iddianı müdafiə etdiyini bildirmişdir.
11. O, sədrlik edənin sualına cavab olaraq bildirmişdir ki, ona məxsus qeyri-yaşayış binasının üzərində inşa edilmiş tikililəri qanunsuz hesab edir, lakin onların sökülməsi barədə iddia qaldırmaq istəmir. Həmin tikililər texniki pasportda “özbaşına, qanunsuz” tikili kimi göstərildikdən sonra o, vəziyyətə uyğun olaraq ya "xxxx" MMC ilə razılığa gəlmək və ya sökülmə barədə iddia qaldırmaq qərarını verəcəkdir.
12. Cavabdeh orqanın iddiaya qarşı yazılı etirazı məhkəməyə daxil olmuşdur.
13. Etiraz onunla əsaslandırılmışdır ki, Gəncə şəhəri, H.Əliyev prospekti, 161A ünvanında yerləşən 5 nömrəli “əskxana atelyesi” “Dövlət əmlakının hüquqi və fiziki şəxslərə satılması haqqında” xx.xx.1996-cı il tarixli, 505 qeydiyyat nömrəli Şəhadətnamə əsasında, həmin binanın yerləşdiyi 110,3 kv.m torpaq sahəsi isə xx.xx.2011-ci il tarixli, 3197 saylı “Özəlləşdirilən müəssisə və obyektlərin yerləşdiyi torpaq sahəsinin alqı-satqı” müqaviləsi əsasında özəlləşdirilərək İddiaçı xx.xx.2011-ci il tarixli, **********06-06301 reyestr nömrəli çıxarış və texniki pasport verilmişdir. Gəncə şəhəri, H.Əliyev prospekti, 161A ünvanında yerləşən, İddiaçı mülkiyyətində olan 110,30 kv.m torpaq sahəsi və 91,7 kv.m qeyri-yaşayış binasının müayinəsi zamanı məlum olmuşdur ki, 110,30 kv.m torpaq sahəsi üzərində yerləşən daşınmaz əmlak sökülmüş və yerində yeni çoxmərtəbəli qeyriyaşayış binası inşa olunmuşdur. Müvafiq icazə, layihə sənədləri əsasında həmin qeyriyaşayış binası üzərində "xxxx" MMC-nin mülkiyyət hüququ qabaqcadan qeydiyyata alınaraq xx.xx.2017-ci il tarixli, **********30-06301 reyestr nömrəli “Hüquqların qabaqcadan qeydiyyatı barədə daşınmaz əmlakın dövlət reyestrindən” Arayış verilmişdir. Həmin binanın yerləşdiyi, İddiaçı mülkiyyətində olan 110,30 ha torpaq sahəsi nəzərə alınmaqla (həmin hissə çıxılmaqla) 0,07338 ha torpaq sahəsi üzərində "xxxx" MMC-nin mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq 03 may 2018-ci il tarixli, **********52 reyestr nömrəli çıxarış və torpaq sahəsinin planı və ölçüsü sənədi verilmişdir. Həmin torpaq sahəsi “Özəlləşdirilən dövlət müəssisə və obyektlərin, fiziki və hüquqi şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi torpaq sahəsinin alqısatqısına dair 02 oktyabr 2017-ci il tarixli, 307 saylı müqaviləyə əsasən, "xxxx" MMC-yə satılmışdır. Gəncə İnzibati-İqtisadi Məhkəməsinin 04 sentyabr 2015-ci il tarixli, 2-1(83)- 40/2015 saylı qərarı ilə İddiaçı, ona məxsus Gəncə şəhəri, H.Əliyev prospekti 161A ünvanında yerləşən 110,30 kv.m torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində 91,7 kv.m qeyri-yaşayış sahəsi ünvan 13 ünvanı adı altında inşa edilməkdə olan binanın tikintisi altına düşdüyünə görə xx.xx.2011-ci il tarixli protokol üzrə öhdəliyinə əsasən həmin binanın Gəncə şəhəri, H.Əliyev prospekti 161A ünvanında yerləşən hissəsində İddiaçı ona məxsus torpağa və üzərindəki əmlaka mülkiyyət hüquqları saxlanılmaqla, binanın birinci mərtəbəsində, zirzəmisi ilə birlikdə müvafiq ölçülərdə və istifadəyə yararlı vəziyyətdə qeyriyaşayış sahəsinin Gəncə şəhəri İcra Hakimiyyəti tərəfindən verilməsinin təmin olunması qərara alınmışdır. Həmin qərar apellyasiya və kassasiya instansiyaları tərəfindən dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə qərarına uyğun olaraq Gəncə şəhərinin baş memarı tərəfindən həmin binada yerləşən qeyri-yaşayış sahəsinin layihəsi təsdiq edilmişdir. İddiaçı İbrahim oğluna verilmiş qeyri-yaşayış sahəsinin yerləşdiyi qeyri-yaşayış binası istismara qəbul edilməmişdir. Gəncə İnzibati-İqtisadi Məhkəməsinin 04 sentyabr 2015-ci il tarixli, 2-1(83)-40/2015 nömrəli qərarı ilə İddiaçı ona məxsus torpağa və üzərindəki əmlaka mülkiyyət hüquqları saxlanılmaqla binanın birinci mərtəbəsində, zirzəmisi ilə birlikdə müvafiq ölçülərdə və istifadəyə yararlı vəziyyətdə qeyri-yaşayış sahəsinin Gəncə Şəhər İcra Hakimiyyəti tərəfindən verilməsinin təmin olunması qərara alındığı və məhkəmə qərarı ilə 3 saylı Gəncə Ərazi İdarəsinin üzərinə hər hansı bir vəzifə qoyulmadığı üçün sənədlər 04 iyul 2019-cu il tarixində (**********32) Gəncə şəhəri üzrə İcra İdarəsinə qaytarılmışdır. İddiaçı Xidmətə daxil olmuş müraciəti ilə bağlı Gəncə İnzibati-İqtisadi Məhkəməsinin 04 sentyabr 2015-ci il tarixli, 2-1(83)-40/2015 saylı qərarına izah verilməsi üçün 15 aprel 2020-ci il tarixində (**********93) məhkəməyə məktub göndərilmişdir. Gəncə İnzibati Məhkəməsinin 02 iyun 2020-ci il tarixli, 8-1(114)-6/2020 saylı qərardadına (**********) əsasən, Gəncə İnzibati-İqtisadi Məhkəməsinin 04 sentyabr 2015-ci il tarixli, 2-1(83)-40/2015 saylı qərarının izah edilməsi barədə 3 saylı Gəncə Ərazi İdarəsinin ərizəsi təmin edilməmişdir. Gəncə İnzibati Məhkəməsinin 02 iyun 2020-ci il tarixli, 8-1(114)-6/2020 saylı qərardadından tərəflərindən apellyasiya şikayəti (**********63) verilmişdir. Eyni zamanda prosessual müddətin bərpası barədə 15 iyul 2020-ci il tarixində (**********64) məhkəməyə ərizədə təqdim edilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin 12 avqust 2020-ci il tarixli, 8(104)-78/2020 saylı qərardadına əsasən “Gəncə şəhəri, H.Əliyev prospekti, 161A ünvanında yerləşən 110,30 kv.m torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində 91,7 kv.m qeyri-yaşayış sahəsi Gəncə şəhəri, Cavadxan küçəsi, 34 ünvanı adı altında inşa edilməkdə olan binanın tikintisi altına düşdüyünə görə xx.xx.2011-ci il tarixli protokol üzrə öhdəliyinə əsasən həmin binanın Gəncə şəhəri, H.Əliyev prospekti 161A ünvanında yerləşən hissəsində İddiaçı ona məxsus torpağa və üzərindəki əmlaka mülkiyyət hüquqları saxlanılmaqla, binanın birinci mərtəbəsində, zirzəmisi ilə birlikdə müvafiq ölçülərdə və istifadəyə yararlı vəziyyətdə qeyri-yaşayış sahəsinin Gəncə şəhəri İcra Hakimiyyəti tərəfindən verilməsinin təmin olunması ifadəsinin, eyni zamanda qərarın icrası ilə bağlı ünvan 14 ünvanı adı altında inşa edilmiş binanın (Biznes Mərkəzi) birinci mərtəbəsindən 91,7 kv.m ölçüdə zirzəmisi ilə birlikdə İddiaçı mülkiyyət hüququnu təsdiq edən çıxarışın verilməsini də özündə ehtiva edir” kimi izahı verilmişdir. Vətəndaş İddiaçı 3 saylı Gəncə Ərazi İdarəsinə rəsmi müraciət edəcəyi təqdirdə Gəncə İnzibati-İqtisadi Məhkəməsinin 04 sentyabr 2015-ci il tarixli 2-1(83)-40/2015 saylı qərarını, Gəncə Apellyasiya Məhkəməsinin 12 avqust 2020-ci il tarixli 2-1(104)-78/2020 saylı qərardadını və qanunvericiliyin tələblərini nəzərə alaraq Gəncə şəhəri, Heydər Əliyev prospekti, 161A ünvanında yerləşən, Gəncə Şəhər İcra Hakimiyyəti tərəfindən qeyri-yaşayış binasının (Biznes Mərkəzinin) birinci mərtəbəsindəki 91,7 kv.m sahə üzərində (zirzəmisi ilə birlikdə) qeyri-yaşayış sahəsi kimi, xx.xx.2011-ci il tarixli **********06-06301 reyestr nömrəli çıxarışa əsasən ona məxsus olmuş qeyri-yaşayış binası sökülərək məhv olunduğu üçün 110,30 kv.m torpaq sahəsi üzərində torpaq sahəsi kimi mülkiyyət hüquqununun dövlət qeydiyyatına alınmasının tərəflərindən təmin olunacağı barədə 16 sentyabr 2020-ci il tarixində (DƏQKİS nömrəsi: **********81) rəsmi məlumat verilmişdir. Eyni zamanda, Gəncə İnzibati Məhkəməsi Gəncə İnzibati-İqtisadi Məhkəməsinin 04 sentyabr 2015-ci il tarixli, 2- 1(83)-40/2015 saylı qərarına və Gəncə Apellyasiya Məhkəməsinin 12 avqust 2020-ci il tarixli, 8(104)-78/2020 saylı qərardadına uyğun olaraq aidiyyəti hissədə icra edilməsi üçün 3 saylı Gəncə Ərazi İdarəsinə 20 oktyabr 2020-ci il tarixli, 2-1 (83)-40/2015 saylı məktub göndərmişdir. İş üzrə İddiaçı ünvanlanmış 16 sentyabr 2020-ci il tarixli, **********81 nömrəli məktubun məzmununa uyğun olaraq Gəncə İnzibati Məhkəməsinə 17 noyabr 2020-ci il tarixli, **********28 nömrəli məktub ünvanlanmış və hüquq sahibi və ya onun etibarnamə üzrə nümayəndəsi tərəfindən 3 saylı Gəncə Ərazi İdarəsinə müraciət olunacağı təqdirdə tərəflərindən qanunamüvafiq tədbirlərin görüləcəyi barədə məlumat verilmişdir. İddiaçı 91,7 kv.m sahə üzərində (zirzəmisi ilə birlikdə) qeyri-yaşayış sahəsi kimi, 110,30 kv.m torpaq sahəsi üzərində isə torpaq sahəsi kimi qeydiyyatın aparılmasına etiraz etmiş, torpaq sahəsi və tikiliyə dair vahid əmlak kimi (qeyri-yaşayış binası kimi) qeydiyyatın aparılmasını istədiyini bildirmişdir. Vətəndaş ərazi idarəsinə rəsmi müraciət etmədiyi və qərarın icrası ərazi idarəsindən tələb olunduğu üçün Gəncə İnzibati Məhkəməsinin 2- 1(83)-40/12015 saylı, xx.xx.2021-ci il tarixli icra sənədi tərəflərindən icra olunaraq, 110,30 kv.m torpaq sahəsi və ünvan 14 ünvanı adı altında inşa edilmiş binanın (“Biznes Mərkəzi”nin) birinci mərtəbəsində 91,7 kv.m ölçüdə zirzəmisi ilə birlikdə qeyri- yaşayış sahəsi üzərində İddiaçı mülkiyyət hüququ qeydiyyata alınaraq daşınmaz əmlakın dövlət reyestrindən müvafiq çıxarışlar verilmiş və bu barədə Gəncə şəhəri üzrə İcra İdarəsinə xx.xx.2021-ci tarixli, **********94 nömrəli məktub göndərilmişdir. İcra məmuru tərəfindən icraata xitam verilməsi barədə qərar qəbul edilmişdir. Həmçinin vətəndaş İddiaçı xx.xx.2021-ci il tarixində **********94 nömrəli məktub göndərilərək, Gəncə İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2015-ci il tarixli 2-1(83)-40/2015 saylı qərarının, Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli 8(104)-78/2020 saylı qərardadının tərəflərindən icra olunaraq Gəncə şəhəri, Heydər Əliyev prospekti, 161A ünvanında yerləşən qeyri-yaşayış binasının (Biznes Mərkəzinin) birinci mərtəbəsindəki qeyri-yaşayış sahəsi zirzəmisi ilə birlikdə və 0.01103 ha torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışla rəsmiləşdirildiyi, hüquqlarının dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş dövlət rüsumu və Azərbaycan Respublikası Taarif (Qiymət) Şurasının 04 yanvar 2021-ci il tarixli, 2 saylı Qərarı ilə təsdiq edilmiş, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin qurumları tərəfindən daşınmaz əmlakın və torpaq sahələrinin kadastrı, qeydiyyatı və texniki inventarlaşdırılması ilə bağlı göstərilən xidmətlərin tariflərinə uyğun olaraq hesablanmış xidmət haqlarını ödəyəcəyi təqdirdə istəyi əsasında çıxarışların kağız formada təqdim olunması, yaxud elektron imza ilə təsdiqlənməklə “Elektron Hökumət” portalında yerləşdirilərək elektron üsulla əldə etmək imkanının təmin olunacağı barədə məlumat verilmişdir. İddiaçı icra məmurunun icraata xitam verilməsi barədə qərarından şikayət vermişdir. Gəncə İnzibati Məhkəməsinə işə baxılaraq İddiaçı şikayəti təmin edilmiş (“AZEMİS” Elektron Məhkəmə sistemindən çıxarışa əsasən) icra məmurunun icraata xitam verilməsi barədə qərarı ləğv edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2021 -ci il tarixli, 8-1 (102)-10/2021 nömrəli qərarı 3 saylı Gəncə Ərazi İdarəsinə rəsmi qaydada göndərilmişdir. Qeyd olunan məhkəmə qərarı tərəfimizdən icra olunaraq Gəncə şəhəri, Heydər Əliyev prospekti, 161 A ünvanında yerləşən qeyri-yaşayış binasının (Biznes Mərkəzinin) birinci mərtəbəsindəki qeyri-yaşayış binası zirzəmisi ilə birlikdə və 0.01103 ha torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququ vahid daşınmaz əmlak obyekti kimi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışla rəsmiləşdirilmişdir. Vətəndaş sənədləri götürməkdən imtina edərək texniki pasportda ona məxsus tikilinin üzərində yerləşən mərtəbələr üzrə tikililərin qanunsuz tikili kimi qeyd hissəsində göstərilməsini tələb etmişdir. İddiaçı məxsus daşınmaz əmlak obyekti üzərində inşa edilmiş 7 mərtəbəli qeyri-yaşayış binası başqasına məxsus olmasını və həmin bina ilə bağlı mübahisənin olmasını nəzərə alaraq texniki pasportda həmin tikililərin göstərilməsi mümkün olmamışdır. Bildiririk ki, İddiaçı Gəncə şəhəri, H.Əliyev prospekti 161 A ünvanında yerləşən 110.30 kv.m torpaq sahəsi üzərində inşa edilən qeyri-yaşayış binasının 2-dən 7-ci mərtəbəyədək olan hissəsinin qanunsuz özbaşına tikili olduğu barədə məlumatların daşınmaz əmlakın texniki pasportun qeyd hissəsində göstərilməsi barədə (daxilolma qeydiyyatı: **********, 3-21-3-33/1-İ-0033/xxxx/2023, xx.xx.2023-cü il) ərizəsinə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsində baxılmışdır. Aparılan araşdırma zamanı məlum olmuşdur ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2021-ci il tarixli 8-1(102)-10/2021 nömrəli qərarı 3 saylı Gəncə Ərazi İdarəsinə rəsmi qaydada göndərilmişdir. Qeyd olunan məhkəmə qərarı tərəflərindən icra olunaraq Gəncə şəhəri, H.Əliyev prospekti, 161A ünvanında yerləşən qeyri-yaşayış binasının (Biznes Mərkəzinin) birinci mərtəbəsindəki qeyri-yaşayış binası zirzəmisi ilə birlikdə və 0.01103 ha torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququ vahid daşınmaz əmlak obyekti kimi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışla rəsmiləşdirilmişdir. Hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş dövlət rüsumu və Azərbaycan Respublikası Tarif (Qiymət) Şurasının 04 yanvar 2021-ci il tarixli, 2 saylı Qərarı ilə təsdiq edilmiş, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin qurumları tərəfindən daşınmaz əmlakın və torpaq sahələrinin kadastrı, qeydiyyatı və texniki inventarlaşdırılması ilə bağlı göstərilən xidmətlərin tariflərinə uyğun olaraq hesablanmış xidmət haqqlarını ödəniləcəyi təqdirdə çıxarışın kağız formada təqdim olunması, yaxud elektron imza ilə təsdiqlənməklə “Elektron Hökumət” portalında yerləşdirilərək İddiaçı elektron üsulla əldə etmək imkanı təmin olunması qeyd olunmuşdur. İddiaçıya məxsus daşınmaz əmlak obyekti üzərində inşa edilmiş qeyri-yaşayış binası ilə bağlı mübahisənin olmasını nəzərə alaraq texniki pasportda həmin tikililərin göstərilməsi mümkün olmamışdır. Əsaslandırma hissəsi:
14. Məhkəmə proses iştirakçısının izahatını dinləyərək, iddia ərizəsini və iş materiallarındakı sənədləri nəzərdən keçirib hesab edir ki, iddia tələbi mümkün sayılmamalıdır.
15. İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 05 nömrəli qərarına görə: Bənd 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Bənd 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Bənd 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Bənd 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. Bənd 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Bənd 4.1. İPM-in 35.1-ci maddəsinə görə, iddianın mümkün sayılması üçün iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalıdır. Bənd 15.5. İPM-in 78-ci maddəsinə əsasən mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. Bənd 5.6. Qeyd olunan maddələrdə təsbit olunmuş halları müəyyən etdikdə məhkəmələr verilmiş iddianı mümkün saymamalıdırlar.
16. İş materialları ilə müəyyən edilir ki, İddiaçı torpaq sahəsinin və üzərindəki qeyriyaşayış binasının texniki pasportunda qanunsuz tikililərin göstərilməməsi ilə bağlı cavabdehin hərəkətlərinin qanunsuz hesab edilməsi və həmin torpaq sahəsi üzərindəki qeyri-yaşayış binasının qanunsuz inşa olunmuş tikililəri barədə məlumatlar daxil olmaqla mövcud vəziyyətin tam olaraq texniki pasportda göstərilməsi tələbi ilə xx.xx.2022-ci il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət etmiş və Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(114)-1753/2023 saylı qərardadı ilə iddia mümkün sayılmamışdır. Həmin qərardad yuxarı instansiya məhkəmələri tərəfindən dəyişdirilmədən saxlanılmışdır.
17. İddiaçı iddia ərizəsində həmin mümkünsüz sayılmış iddia ilə hazırkı iddianın eyni olmadığını bildirsə də, iddialar eyni faktiki və hüquqi əsaslara söykənən eyni məzmunlu iddialardır.
18. Düzdür, iddianın mümkünsüz sayılması barədə məhkəmə qərardadı yenidən iddia qaldırma hüququnu istisna etmir, lakin həmin iddianın mümkünsüz sayılmasına səbəb iddiaçının subyektiv hüququnun olmaması olmuşdur.
19. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(114)-1753/2023 saylı qərardadında məhkəmə qeyd etmişdir ki, iddiaçının hazırkı iddianı qaldırmaqda hüquqi niyyəti (binanı bütövlükdə mülkiyyətinə keçirmək və yaxud qeyri-qanuni tikilinin sökülməsi barədə iddia qaldırmaq) onun qeyd olunan texniki pasportu tələb etməklə bağlı subyektiv hüququnun olmadığını deməyə əsas verir.
20. Məhkəmə onu da qeyd edir ki, iddiaçı Gəncə şəhəri, H.Əliyev prospekti, 161A ünvanında yerləşən 110,30 kv.m torpaq sahəsi üzərində inşa edilən qeyri-yaşayış binasının 2-dən 7-ci mərtəbəyədək olan hissəsinin qanunsuz özbaşına tikili olduğunu hesab edəcəyi təqdirdə, həmin tikilinin sökülməsi tələbi ilə ümumi məhkəmədə iddia qaldırmaq hüququ vardır.
21. Sədrlik edənin həmin sualına cavab olaraq isə iddiaçı bildirmişdir ki, ona məxsus qeyri-yaşayış binasının üzərində inşa edilmiş tikililəri qanunsuz hesab edir, lakin onların sökülməsi barədə iddia qaldırmaq istəmir. Həmin tikililər texniki pasportda “özbaşına, qanunsuz” tikili kimi göstərildikdən sonra o, vəziyyətə uyğun olaraq ya "xxxx" MMC ilə razılığa gəlmək və ya sökülmə barədə iddia qaldırmaq qərarını verəcəkdir.
22. Göründüyü kiim, iddiaçının hazırkı iddianı qaldırmaqda hüquqi marağı əslində qanunsuz hesab etdiyi tikilərin ona məxsus daşınmaz əmlakın texniki pasportunda “qanunsuz” kimi göstərilməsinə nail olaraq, həmin texniki pasporta istinadla gələcəkdə sökülmə barədə iddia qaldırmaqdır.
23. Bu səbəbdən də hazırki iddia mümkün sayılmamalıdır.
24. İPM-in: - 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. - 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. - 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir.
Nəticəvi hissə:
25. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati- Prosessual Məcəlləsinin 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq
qərara aldı:
İddia mümkün sayılmasın. Qərardaddan onun təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına (Gəncə şəhəri, Atatürk prospekti, 252) apellyasiya şikayəti verilə bilər.
Hakim Gülşən Əliyeva