Məhkəmə qərarları › İş №2-1(114)-354/2024

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-354/2024

16.10.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-354/2024 16.10.2024 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı əmrin ləğvi və işə bərpa tələbinə iş üzrə Giriş hissə: Hakim Əliyeva Gülşən Talıb qızının sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı Azərabycan Respublikası Müdafiə nazirinin xx.xx.2022-ci il tarixli 196 nömrəli və xx.xx.2022-ci il tarixli 0N25 nömrəli əmrlərinin ona aid hissədə ləğv edilərək əvvəlki vəzifəyə bərpa olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə Gəncə İnzibati Məhkəməsinin (Gəncə şəhəri, H.Əliyev prospekti, 105) binasında açıq məhkəmə iclasında şifahi dinləmələr qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: I. İşin halları

1. N nömrəli hərbi hissə komandirinin xx.xx.2020-ci il tarixli 266 nömrəli əmrinə əsasən baş leytenant Quliyev X16 nazirinin birinci müavini – Silahlı Qüvvələrin Baş Qərargah rəisinin 0N sentyabr 2020-ci il tarixli 03NN nömrəli əmri ilə N nömrəli hərbi hissənin şəxsi heyətin uçotu bölmə rəisi vəzifəsinə təyin edildiyinə görə xidmətini davam etdirmək üçün N nömrəli hərbi hissədən (Gəncə şəhəri) gəlmiş hesab olunmuş, 16 sentyabr 2020-ci il tarixdən hərbi hissənin şəxsi heyətinin siyahısına daxil edilməsi, bütün növ təminata qoyulması və vəzifəsinin icrasına başlaması əmr edilmişdir.

2. N nömrəli hərbi hissə komandirinin xx.xx.2021-ci il tarixli 262 nömrəli əmri ilə baş leytenant Quliyev X16 nazirinin müavini-X8 03 sentyabr 2021-ci il tarixli 02N nömrəli əmri ilə N nömrəli hərbi hissənin şəxsi heyətin uçotu bölməsinin rəisi vəzifəsindən azad edilib N nömrəli hərbi hissənin şəxsi heyətin uçotu bölməsi (Q1) rəisinin baş köməkçisi vəzifəsinə təyin olunduğuna görə 11 sentyabr 2021-ci il tarixdən vəzifəsinin icrasına başlaması əmr edilmişdir.

3. 20N nömrəli hərbi hissə komandirinin xx.xx.2021-ci il tarixli sərəncamı ilə əsgər X4 xidməti yerinin N nömrəli hərbi hissədən N nömrəli hərbi hissəyə dəyişilməsi qərara alınmışdır.

4. İddiaçı xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək N nömrəli hərbi hissənin baş leytenantı hərbi rütbəsində hərbi xidmətdə olarkən, əsgər X4 xidməti yerinin N nömrəli hərbi hissədən N nömrəli hərbi hissəyə dəyişilməsi ilə bağlı Müdafiə nazirinin müavini-X8 10 dekabr 2021-ci il tarixli 09 nömrəli sərəncamı 16 dekabr 2021-ci il tarixdə telefonoqram şəklində N nömrəli hərbi hissəyə göndərilmiş və İddiaçı həmin telefonoqramma ilə 18 dekabr 2021-ci il tarixdə tanış olmuşdur.

5. N nömrəli hərbi hissə komandirinin xx.xx.2022-ci il tarixli 12 nömrəli əmrinə əsasən baş leytenant İddiaçı, şəxsi heyətin uçotu bölmə rəisinin baş köməkçisi xx.xx.2022-ci il tarixdən 3 (üç) gün müddətinə ezamiyyətə, Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzinə (Bakı şəhəri) getmiş hesab edilmişdir.

6. N nömrəli hərbi hissə komandirinin xx.xx.2022-ci il tarixli 14 nömrəli əmri ilə Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzində (Bakı şəhəri) ezamiyyətdə olan hərbi hissənin şəxsi heyətin uçotu bölmə rəsinin baş köməkçisi baş leytenant İddiaçı ezamiyyət müddəti xx.xx.2022-ci il tarixdən 1 (bir) gün müddətinə artırılmışdır.

7. N nömrəli hərbi hissə komandirinin xx.xx.2022-ci il tarixli 1N nömrəli əmri ilə baş leytenant İddiaçı, şəxsi heyətin uçotu bölmə rəsinin baş köməkçisi xx.xx.2022-ci il tarixdən ezamiyyətdən, Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzindən gəlmiş və vəzifələrinin icrasına başlamış hesab edilmişdir.

8. N nömrəli hərbi hissə komandirinin xx.xx.2022-ci il tarixli 1N nömrəli əmri ilə baş leytenant İddiaçı, şəxsi heyətin uçotu bölmə rəisinin baş köməkçisi, Gəncə şəhərində keçirtməklə xx.xx.2022-ci il tarixdən 2 (iki) təqvim günü müddətinə 2021-ci ilin növbəti məzuniyyətinə getmiş hesab edilmişdir.

9. N nömrəli hərbi hissə komandirinin xx.xx.2022-ci il tarixli 19 nömrəli əmri ilə baş leytenant İddiaçı, şəxsi heyətin uçotu bölmə rəisinin baş köməkçisi xx.xx.2022-ci il tarixdən 2021-ci ilin növbəti məzuniyyətindən gəlmiş və vəzifələrinin icrasına başlamış hesab edilmişdir.

10. N nömrəli hərbi hissə komandirinin xx.xx.2022-ci il tarixli 20 nömrəli əmrinə əsasən baş leytenant İddiaçı şəxsi heyətin uçotu bölmə rəisinin baş köməkçisi Gəncə şəhərində keçirtməklə xx.xx.2022-ci il tarixdən 3 (üç) təqvim günü müddətinə 2021-ci ilin növbəti məzuniyyətinə getmiş hesab edilmişdir.

11. N nömrəli hərbi hissə komandirinin xx.xx.2022-ci il tarixli 24 nömrəli əmri ilə baş leytenant İddiaçı, şəxsi heyətin uçotu bölmə rəisinin baş köməkçisi xx.xx.2022-ci il tarixdən 2021-ci ilin növbəti məzuniyyətindən gəlmiş və vəzifələrinin icrasına başlamış hesab edilmişdir.

12. N nömrəli hərbi hissə komandirinin xx.xx.2022-ci il tarixli 29 nömrəli əmrinə əsasən baş leytenant İddiaçı şəxsi heyətin uçotu bölmə rəisinin baş köməkçisi Gəncə şəhərində keçirtməklə xx.xx.2022-ci il tarixdən 4 (dörd) təqvim günü müddətinə 2021-ci ilin növbəti məzuniyyətinə getmiş hesab edilmişdir.

13. N nömrəli hərbi hissə komandirinin xx.xx.2022-ci il tarixli 33 nömrəli əmri ilə baş leytenant İddiaçı, şəxsi heyətin uçotu bölmə rəisinin baş köməkçisi xx.xx.2022-ci il tarixdən 2021-ci ilin növbəti məzuniyyətindən gəlmiş və vəzifələrinin icrasına başlamış hesab edilmişdir.

14. N nömrəli hərbi hissə komandirinin xx.xx.2022-ci il tarixli 52 nömrəli əmrinə əsasən baş leytenant İddiaçı şəxsi heyətin uçotu bölmə rəisinin baş köməkçisi xx.xx.2022ci il tarixdən 30 (otuz) gün müddətinə N nömrəli hərbi hissəyə ezamiyyətə getmiş hesab edilmişdir.

15. N nömrəli hərbi hissə komandirinin xx.xx.2022-ci il tarixli 8N nömrəli əmrinə əsasən baş leytenant İddiaçı şəxsi heyətin uçotu bölmə rəisinin baş köməkçisi xx.xx.2022ci il tarixdən N nömrəli hərbi hissədən ezamiyyətdən gəlmiş və vəzifələrinin icrasına başlamış hesab edilmişdir.

16. N nömrəli hərbi hissə komandirinin xx.xx.2022-ci il tarixli 82 nömrəli əmrinə əsasən baş leytenant İddiaçı şəxsi heyətin uçotu bölmə rəisinin baş köməkçisi Gədəbəy rayonunda keçirtməklə xx.xx.2022-ci il tarixdən 1 (bir) təqvim günü müddətinə 2022-ci ilin növbəti məzuniyyətinə getmiş hesab edilmişdir.

17. N nömrəli hərbi hissə komandirinin xx.xx.2022-ci il tarixli 83 nömrəli əmri ilə baş leytenant İddiaçı, şəxsi heyətin uçotu bölmə rəisinin baş köməkçisi xx.xx.2022-ci il tarixdən 2022-ci ilin növbəti məzuniyyətindən gəlmiş və vəzifələrinin icrasına başlamış hesab edilmişdir.

18. N nömrəli hərbi hissə komandirinin xx.xx.2022-ci il tarixli 96 nömrəli əmrinə əsasən baş leytenant İddiaçı şəxsi heyətin uçotu bölmə rəisinin baş köməkçisi Bakı şəhərində keçirtməklə xx.xx.2022-ci il tarixdən 3 (üç) təqvim günü müddətinə 2022-ci ilin növbəti məzuniyyətinə getmiş hesab edilmişdir.

19. N nömrəli hərbi hissə komandirinin xx.xx.2022-ci il tarixli 98 nömrəli əmri ilə baş leytenant İddiaçı, şəxsi heyətin uçotu bölmə rəisinin baş köməkçisi xx.xx.2022-ci il tarixdən 2022-ci ilin növbəti məzuniyyətindən gəlmiş və vəzifələrinin icrasına başlamış, xx.xx.2022ci il tarixdən 30 (otuz) gün müddətinə N nömrəli hərbi hissəyə ezamiyyətə getmiş hesab edilmişdir.

20. N nömrəli hərbi hissə komandirinin xx.xx.2022-ci il tarixli 129 nömrəli əmrinə əsasən baş leytenant İddiaçı şəxsi heyətin uçotu bölmə rəisinin baş köməkçisi xx.xx.2022ci il tarixdən N nömrəli hərbi hissədən ezamiyyətdən gəlmiş və vəzifələrinin icrasına başlamış hesab edilmiş, xx.xx.2022-ci il tarixdən qazan təminatına qoyulması əmr edilmişdir.

21. N nömrəli hərbi hissə komandirinin xx.xx.2022-ci il tarixli 145 nömrəli əmrinə əsasən baş leytenant İddiaçı şəxsi heyətin uçotu bölmə rəisinin baş köməkçisi Gədəbəy rayonunda keçirtməklə xx.xx.2022-ci il tarixdən N (yeddi) təqvim günü müddətinə 2022-ci ilin növbəti məzuniyyətinə getmiş hesab edilmişdir.

22. N nömrəli hərbi hissə komandirinin xx.xx.2022-ci il tarixli 153 nömrəli əmri ilə baş leytenant İddiaçı, şəxsi heyətin uçotu bölmə rəisinin baş köməkçisi xx.xx.2022-ci il tarixdən 2022-ci ilin növbəti məzuniyyətindən gəlmiş və vəzifələrinin icrasına başlamış hesab edilmiş, xx.xx.2022-ci il tarixdən qazan təminatına qoyulması əmr edilmişdir.

23. N nömrəli hərbi hissə komandirinin xx.xx.2022-ci il tarixli 155 nömrəli əmri ilə Baş leytenant İddiaçı, N nömrəli hərbi hissənin şəxsi heyətin uçotu bölməsi (Q1) rəisinin baş köməkçisi, Azərbaycan Respublikası Müdafiə Nazirinin müavini - X8 03 aprel 2022-ci il tarixli 03N nömrəli əmri ilə N nömrəli hərbi hissənin 1-ci motoatıcı taborunun qərargah rəisinin maddi-texniki təminat üzrə köməlçisi vəzifəsinə təyin edildiyinə görə işlərini və vəzifəsini təhvil vermiş hesab edilmiş, 28 may 2022- ci il tarixdən hərbi hissənin şəxsi heyətinin siyahısından, bütün növ təminatdan çıxarılması və xidmətini davam etdirmək üçün Ağcabədi rayonu N nömrəli hərbi hissə komandirinin sərəncamına göndərilməsi əmr edilmişdir. Əmrdə qeyd edilmişdir ki, baş leytenant İddiaçı Azərbaycan Respublikası Müdafiə nazirinin tam həcmdə almağa laiqdir. 19 oktyabr 201N-ci il tarixli 22 nömrəli qərarına əsasən nəzərdə tutulmuş birdəfəlik pul mükafatını Baş leytenant İddiaçı 2022-ci il üçün nəzərdə tutulmuş maddi yardım ödənilib, 2022-ci ilin növbəti məzuniyyət hesabından N (yeddi) gün istifadə edib, 1 (bir) aylıq vəzifə maaşı məbləğində əlavə pul təminatı ödənilib.

24. N nömrəli hərbi hissə komandirinin xx.xx.2022-ci il tarixli 158 nömrəli əmrinə əsasən baş leytenant İddiaçı, Müdafiə nazirinin müavini – X8 03 aprel 2022-ci il tarixli 03N nömrəli əmrinə əsasən 1-ci motoatıcı taborunun qərargah rəisinin maddi-texniki təminat üzrə köməkçisi vəzifəsinə təyin edilmiş, (Tovuz rayonu) N nömrəli hərbi hissədən gəlmiş hesab edilmiş, 30 may 2022-ci il tarixdən hərbi hissənin şəxsi heyətinin siyahısına, bütün növ təminatlara daxil edilməsi, vəzifəsinin qəbuluna və icrasına başlaması,vəzifə maaşının ştata əsasən təyin edilməsi əmr edilmişdir.

25. N nömrəli hərbi hissə komandirinin xx.xx.2022-ci il tarixli 219 nömrəli əmri ilə baş leytenant İddiaçı 1-ci motoatıcı taborun qərargah rəisinin maddi texniki təminat üzrə köməkçisi, Azərbaycan Respublikası Müdafiə nazirinin 0N sentyabr 2022-ci il tarixli 0N25 nömrəli əmri ilə N nömrəli hərbi hissənin 2-ci mototatıcı taborunun motoatıcı bölüyünün komandiri vəzifəsinə təyin olunduğuna görə işlərini və vəzifəsini təhvil vermiş hesab edilmiş, 18 sentyabr 2022-ci il tarixdən hərbi hissənin şəxsi heyətinin siyahısından və bütün növ təminatlardan çıxarılmış, xidmətini davam etdirmək üçün (Xocavənd rayonu) N nömrəli hərbi hissə komandirinin sərəncamına göndərilməsi əmr edilmişdir. Əmrdə qeyd edilmişdir ki, baş leytenant İddiaçı 2022-ci ildə xidmətinə görə Azərbaycan Respublikası Müdafiə nazirinin 19 oktyabr 201N-ci il tarixli 22 nömrəli qərarı ilə nəzərdə tutulmuş birdəfəlik pul mükafatını almağa layiq deyil. Baş leytenant İddiaçı 2022-ci il üçün nəzərdə tutulmuş maddi yardım ödənilib. 2022-ci ilin növbəti məzuniyyətindən 31 (otuz bir) təqvim günü istifadə edib, 1 (bir) aylıq vəzifə maaşı məbləğində əlavə pul təminatı ödənilib.

26. Azərbaycan Respublikası Müdafiə nazirinin xx.xx.2022-ci il tarixli 196 nömrəli əmri ilə baş leytenant İddiaçı – N nömrəli hərbi hissənin şəxsi heyətin uçotu bölməsinin sabiq rəisi, hazırda N nömrəli hərbi hissənin 1-ci motoatıcı taborun qərargah rəisinin maddi – texniki təminat üzrə köməkçisi yuxarı komandanlıq tərəfindən verilmiş sərəncamı, hərbi qulluqçuların uçotunun təşkili və aparılmasını icra etmədiklərinə, müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularını əsassız olaraq təyin olunduqları xidmət yerlərinə uzun müddət göndərmədiklərinə görə tutduğu vəzifəsindən azad edilərək aşağı vəzifəyə keçirilmişdir.

27. 28.0N.2022-ci il tarixli söhbət vərəqindən görünür ki, İddiaçı məlum məsələdə onun heç bir günahının olmadığını bildirmiş, aşağı vəzifəyə keçirilməyi üçün qeyd edilən məsələnin yenidən araşdırılmasına və ədalətli qərarın verilməsinə köməklik göstərilməsini xahiş etmişdir.

28. N nömrəli hərbi hissə komandirinin xx.xx.2022-ci il tarixli təqdimatına əsasən baş leytenant İddiaçı xidmətində yol verdiyi nöqsanlara görə başqa hərbi hissədə bir pillə aşağı vəzifəyə təyin olunması məqsədəuyğun hesab edilmiş, 20N nömrəli və N nömrəli hərbi hissə komandirlərinin rəylərinə əsasən baş leytenant İddiaçı N nömrəli hərbi hissənin 2-ci motoatıcı bölüyünün komandiri vəzifəsinə təyin olunması üçün vəsatət qaldırılmışdır.

29. Azərbaycan Respublikası Müdafiə nazirinin xx.xx.2022-ci il tarixli 0N25 nömrəli əmrinə əsasən “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 81-ci maddəsinin “q” bəndinə (Azərbaycan Respublikası Silahlı X2 uyğun olaraq intizam cəzası qaydasında) müvafiq olaraq, 161-ci Motoatıcı briqadanın (N nömrəli hərbi hissə) 1-ci motoatıcı taborunun qərargah rəisinin maddi-texniki təminat üzrə köməkçisi baş leytenant İddiaçı tutduğu vəzifədən azad edilmiş və N06-cı motoatıcı briqadanın (N nömrəli hərbi hissə) 2-ci motoatıcı taborunun motoatıcı bölüyünün komandiri təyin olunmuşdur.

30. N nömrəli hərbi hissə komandirinin xx.xx.2022-ci il tarixli 283 nömrəli əmrinə əsasən baş leytenant İddiaçı 1-ci motoatıcı taborun qərargah rəisinin maddi texniki təminat üzrə köməkçisi, Azərbaycan Respublikası Müdafiə nazirinin 0N sentyabr 2022-ci il tarixli 0N25 nömrəli əmri ilə N nömrəli hərbi hissənin 2-ci mototatıcı taborunun motoatıcı bölüyünün komandiri vəzifəsinə təyin olunduğuna görə işlərini və vəzifəsini təhvil vermiş hesab edilmiş, 22 sentyabr 2022-ci il tarixdən hərbi hissənin şəxsi heyətinin siyahısından və bütün növ təminatlardan çıxarılmış, xidmətini davam etdirmək üçün (Xocavənd rayonu) N nömrəli hərbi hissə komandirinin sərəncamına göndərilməsi əmr edilmişdir. Əmrdə qeyd edilmişdir ki, baş leytenant İddiaçı 2022-ci ildə xidmətinə görə Azərbaycan Respublikası Müdafiə nazirinin 19 oktyabr 201N-ci il tarixli 22 nömrəli qərarı ilə nəzərdə tutulmuş birdəfəlik pul mükafatını almağa layiq deyil. Baş leytenant İddiaçı 2022-ci il üçün nəzərdə tutulmuş maddi yardım ödənilib. 2022-ci ilin növbəti məzuniyyətindən 26 (iyirmi altı) təqvim günü istifadə edib, 1 (bir) aylıq vəzifə maaşı məbləğində əlavə pul təminatı ödənilib.

31. N nömrəli hərbi hissə komandirinin xx.xx.2022-ci il tarixli 2N6 nömrəli əmri ilə baş leytenant İddiaçı, Müdafiə nazirinin 0N sentyabr 2022-ci il tarixli 0N25 nömrəli əmrinə əsasən, N nömrəli hərbi hissənin 2-ci taborun 5-ci bölüyün komandiri vəzifəsinə təyin edildiyinə görə N nömrəli hərbi hissədən (Ağcabədi rayonu) gəlmiş hesab edilmiş, 25 sentyabr 2022-ci il tarixdən hərbi hissənin şəxsi heyətinin siyahısına daxil edilməsi, bütün növ təminatlara qoyulması, vəzifəsinin qəbuluna və icrasına başlaması əmr edilmişdir.

32. N nömrəli hərbi hissə komandirinin xx.xx.2023-cü il tarixli 44 nömrəli əmrinə əsasən 2-ci taborun 5-ci bölüyün komandiri baş leytenant İddiaçı, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin N8-ci maddəsinin “b” bəndinə (bərabər vəzifəyə) müvafiq olaraq, 1NN nömrəli hərbi hissənin qərargah bölüyünün komandiri vəzifəsinə təyin edildiyinə görə işlərini və vəzifəsini təhvil vermiş hesab edilmiş, 13 fevral 2023-cü il tarixdən hərbi hissənin şəxsi heyətinin siyahısından, bütün növ təminatlardan çıxarılmış və xidmətini davam etdirmək üçün 1NN nömrəli hərbi hissə komandirinin sərəncamına göndərilməsi əmr edilmişdir. Əmrdə qedy edilmişdir ki, baş leytenant İddiaçı 2023-cü ildə xidmət etdiyi dövr üçün Azərbaycan Respublikası Müdafiə nazirinin 19 oktyabr 201N-ci il tarixli 22 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Ordusunun hərbi qulluqçularının pul təminatı haqqında Əsasnamə”yə müvafiq olaraq birdəfəlik pul mükafatını tam həcmdə almağa layiqdir. Baş leytenant İddiaçı 2023-cü il üçün nəzərdə tutulmuşbirdəfəlik maddi yardım ödənilməmişdir. 2023-cü ilin növbəti məzuniyyətindən istifadə etməyib, məzuniyyətə görə əlavə pul təminatı ödənilməyib.

33. 1NN nömrəli hərbi hissə komandirinin xx.xx.2023-cü il tarixli 4N nömrəli əmri ilə baş leytenant İddiaçı, Müdafiə nazirinin müavini-XN 31 yanvar 2023-cü il tarixli 09 nömrəli əmri ilə 1NN nömrəli hərbi hissənin qərargah bölüyünün komandiri vəzifəsinə təyin edildiyinə görə xidmətini davam etdirmək üçün N nömrəli hərbi hissədən (Y.Veysəlli) kəndindən gəlmiş hesab edilmiş, 15 fevral 2023-cü il tarixdən hərbi hissənin şəxsi heyətinin siyahısına daxil edilməsi, bütün növ təminata qoyulması və vəzifələrinin icrasına başlaması əmr edilmişdir.

34. Gəncə Hərbi Məhkəməsinin xx.xx.2023-cü il tarixli 1-1(095)-12N/2023 nömrəli hökmünə əsasən X9 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 313 və 341.1-ci maddələri ilə nəzərdə tutulan cinayətləri törətməkdə təqsirli bilinmiş və Cinayət Məcəlləsinin 313-cü maddəsi ilə 1500 (bir min beş yüz) manat məbləğində cərimə cəzasına, Cinayət Məcəlləsinin 341.1-ci maddəsi ilə 2000 (iki min) manat məbləğində cərimə cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2ci maddəsinə əsasən X5 təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə ona qəti olaraq 2500 (iki min beş yüz) manat məbləğində cərimə cəzası təyin edilmişdir.

35. N nömrəli hərbi hissənin xx.xx.2023-cü il tarixli 2206 nömrəli arayışında göstərilmişdir ki, N nömrəli hərbi hissəni sabiq hərbi qulluqçusu baş leytenant İddiaçı hərbi hissədə xidmət edərkən Azərbaycan Respublikası Müdafiə nazirinin xx.xx.2022-ci il tarixli 196 nömrəli və xx.xx.2022-ci il tarixli 0N25 nömrəli əmrlərinin icrası ilə əlaqədar onunla xx.xx.2022-ci il tarixdə söhbətləşmə apararkən sözügedən əmrlər ilə məlumatı olmuşdur.

36. 1NN nömrəli hərbi hissə komandirinin “Baş leytenant İddiaçı-1NN nömrəli hərbi hissənin qərargah bölüyünün komandiri barəsində” arayış-məlumatından görünür ki, İddiaçı xx.xx.2009-xx.xx.2010-cu illərdə N nömrəli hərbi hissə A.Q.A köməkçisi vəzifəsində xidmət etmiş, xx.xx.2010-cu il tarixdə həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır. xx.xx.2016-xx.xx.2016-cı illərdə Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində kursant, xx.xx.2016-xx.xx.201N-ci illərdə N nömrəli hərbi hissənin N081-ci mexanikləşdirilmiş taborunun mexanikləşdirilmiş taqımının komandiri, xx.xx.201N-xx.xx.2020-ci illərdə N nömrəli hərbi hissənin 4-cü səfərbərlik bölmə rəisinin köməkçisi, xx.xx.2020-xx.xx.2022-ci illərdə N nömrəli hərbi hissənin şəxsi heyətin uçotu bölməsinin rəisi, xx.xx.2022xx.xx.2022-ci illərdə N nömrəli hərbi hissənin 1-ci motoatıcı taborun qərargah rəisinin maddi-texniki təminat üzrə köməkçisi, xx.xx.2022-xx.xx.2023-cü illərdə N nömrəli hərbi hissənin 2-ci motoatıcı taborun motoatıcı bölüyünün komandiri vəzifəsində xidmət etmiş, xx.xx.2023-cü il tarixdən hazırki tarixədək 1NN nömrəli hərbi hissənin qərargah bölüyünün komandiri vəzifəsində xidmət edir.

37. Məhkəmənin sorğusuna N nömrəli hərbi hissənin xx.xx.2024-cü il tarixli 2N9 nömrəli cavab məktubunda bildirilmişdir ki, N nömrəli hərbi hissənin sabiq hərbi qulluqçusu baş leytenant İddiaçı hərbi hissə komandirinin xx.xx.2022-ci il tarixli 283 nömrəli əmrinə əsasən xidmətini davam etdirmək məqsədilə N nömrəli hərbi hissəyə köçürüldüyündən şəxsi işi həmin hərbi hissəyə göndərildiyinə görə söhbət vərəqəsinin surətini göndərmək mümkün olmamışdır. II. Məhkəmədə icraat

38. İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə xx.xx.2022-ci il tarixdə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Müdafiə nazirinin xx.xx.2022-ci il tarixli 196 nömrəli və xx.xx.2022-ci il tarixli 0N25 nömrəli əmrlərinin ona aid hissədə ləğv edilərək əvvəlki vəzifəyə bərpa olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

39. Tələb onunla əsaslandırılmışdır ki, o, Azərbaycan Respublikası Müdafiə nazirinin xx.xx.2016-ci il tarixli 0N6N nömrəli əmri ilə leytenant hərbi rütbəsi verilərək N nömrəli hərbi hissənin mexanikləşdirilmiş tağımının komandiri təyin edilmişdir. Azərbaycan Respublikası Müdafiə nazirinin Birinci müavini Silahlı Qüvvələrin Baş Qərargah rəisinin xx.xx.2019-cu il tarixli 0136 nömrəli əmri İddiaçı baş leytenant hərbi rütbəsi verilmişdir. X8 xx.xx.2021-ci il tarixli 02N nömrəli əmri ilə N nömrəli hərbi hissənin bölmə rəisinin baş köməkçisi vəzifəsinə təyin edilmişdir. X8 xx.xx.2022-ci il tarixli 03N nömrəli əmrilə N nömrəli hərbi hissənin qərargah rəisinin müavini vəzifəsinə təyin edilmişdir. Azərbaycan Respublikası Müdafiə nazirinin 196 nömərli 23 iyun 2022-ci il tarixli "N nömrəli hərbi hissədə baş vermiş qanun pozuntuları və təqsirkar vəzifəli şəxslərin cəzalandırılması haqqında" əmri ilə tutuduğu vəzifədən azad edilərək aşağı vəzifəyə keçirilməsi əmr edilmişdir. Qeyd edilir ki, N nömrəli hərbi hissəyə göndərilmiş əsgər X1 müddətdə xidməti vəzifələrinin icrasından yayındıraraq təyin olunduğu hərbi hissəyə göndərilməsinin təmin edilməməsində iddiaçının heç bir təqsiri olmamışdır. İddiaçının onun barəsində Müdafiə mazirinin hər hansı bir əmrinin olmasından məlumatı olmamışdır. Yalnız xx.xx.2022-ci il tarixdə hərbi hissəyə yazdığı söhbət vərəqəsində də qeyd etmişdir ki, onların hərbi hissəsinə gəlməli olan əsgər X6 qəbul etməklə bağlı N nömrəli hərbi hissəyə xx.xx.2021-ci il tarixdə getsə də, həmin əsgərin hospitalda olduğunu və ordan N nömrəli hərbi hissəyə göndəriləcəyini və bundan sonra qəbul edəcəyini bildirmişlər. Sonrakı dövrlərdə isə iddiaçı ezamiyyətdə və məzuniyyətdə olmuşdur. Bununla bağlı da adı çəkilən əsgərin hərbi hissəyə təhvil verilib-verilməməsindən iddiaçının məlumatı olmamışdır. İşin hallarından da görünür ki, iddiaçı hərbi hissəyə yazdığı söhbət vərəqəsi zamanı bilmişdir ki, Müdafiə nazirinin onun aşağı vəzifəyə keçirilməsi bağlı əmri vardır. Bundan sonra isə Müdafiə nazirinin xx.xx.2022-ci il tarixli 0N25 nömrəli əmri ilə İddiaçı N nömrəli hərbi hissənin 2-ci motoatıcı taboru motoatıcı bölüyünün komandiri vəzifəsinə keçirilməsi əmr edilmişdir. N nömrəli hərbi hissə komandirinin xx.xx.2022-ci il tarixli əmri ilə İddiaçı hərbi hissəyə getmiş hesab edilmişdir. Ona görə də, hesab edir ki, Müdafiə nazirinin 23 iyun 2022-ci il tarixli 196 nömrəli və bu əmrlə bağlı Müdafiə nazirinin xx.xx.2022-ci il tarixli 0N25 nömrəli əmri ona aid hissədə əsassızdır.

40. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-1(114)-296/2023 nömrəli qərardadı ilə (hakim F.Hüseynov) İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı 23 iyun 2022-ci il tarixli 196 nömrəli əmrin qismən ləğv edilməsi tələbinə dair iş üzrə buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə təmin edilməmiş, iddia mümkün sayılmamışdır.

41. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-1(114)-296/2023 nömrəli qərarı ilə (hakim F.Hüseynov) İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı xx.xx.2022-ci il tarixli 0N25 nömrəli əmrin ləğv edilməsi və əvvəlki vəzifəsinə bərpa olunması tələbinə dair iddiası təmin edilməmişdir.

42. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli 2-1(104)-500/2023 nömrəli qərardadı ilə apellyasiya şikayəti qismən təmin edilmiş, iş üzrə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-1(114)-296/2023 nömrəli qərardadı ləğv edilmiş, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı 23 iyun 2022-ci il tarixli 196 nömrəli əmrin qismən ləğv edilməsi tələbinə dair inzibati iş üzrə verilmiş prosessual müddəti bərpasına dair ərizəyə yenidən baxılması üçün işin Gəncə İnzibati Məhkəməsinə göndərilməsi qərara alınmışdır.

43. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli 2-1(104)-500/2023 nömrəli qərardadı ilə apellyasiya şikayəti qismən təmin edilmiş, iş üzrə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-1(114)-296/2023 nömrəli qərarı ləğv edilmiş, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı əmrin qismən ləğv edilməsi və əvvəlki vəzifəyə bərpa olunması tələbinə dair inzibati iş yenidən baxılması üçün Gəncə İnzibati Məhkəməsinə göndərilməsi qərara alınmışdır. III. İddianın növü və mümkünlüyü

44. Məhkəmə qeyd edir ki, hazırkı iddia ümumi mümkünlük şərtlərinə (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) əməl olunmaqla verilmişdir. Belə ki, iddiaçı hazırkı iddianı qaldırmaqda subyektiv hüquqa malik olmuş və iddia düzgün cavabdehə qarşı verilmişdir.

45. Hazırkı iddia İPM-in 2.2.1-ci maddəsində nəzərdə tutulmuş mübahisələndirmə haqqında iddia növünə aiddir.

46. İPM-in 2.2-ci maddəsinə görə, inzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.1. şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia).

47. İPM-ə görə: Maddə 32.1. Mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 8.1.2. Mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Maddə 8.1.3. İnzibati orqanla hakim, dövlət qulluqçusu və ya hərbi qulluqçu arasında mövcud olan və ya əvvəllər mövcud olmuş xidməti hüquq münasibətləri ilə bağlı həmin orqana qarşı iddialara, habelə belə hüquq münasibətlərinin yaranması ilə əlaqədar mübahisələrə iddiaçının xidməti yaşayış sahəsinin olduğu yerin, belə yaşayış sahəsinin olmadığı hallarda yaşayış yerinin, bu halların heç birinin olmadığı təqdirdə isə ilkin inzibati aktı qəbul etmiş inzibati orqanın (cavabdehin) yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır

48. Məhkəmə qeyd edir ki, hazırkı iddia mübahisələndirmə haqqında iddia növünə aid olduğundan həmin növ iddianın xüsusi mümkünlük şərti kimi İnzibati-Prosessual Məcəllənin 38-ci maddəsinə əsasən iddia müddətinə dair şərt ödənilmişdir. Belə ki, N nömrəli hərbi hissənin xx.xx.2023-cü il tarixli 2206 nömrəli arayışında göstərilmişdir ki, N nömrəli hərbi hissəni sabiq hərbi qulluqçusu baş leytenant İddiaçı hərbi hissədə xidmət edərkən Azərbaycan Respublikası Müdafiə nazirinin xx.xx.2022-ci il tarixli 196 nömrəli və xx.xx.2022-ci il tarixli 0N25 nömrəli əmrlərinin icrası ilə əlaqədar onunla xx.xx.2022-ci il tarixdə söhbətləşmə apararkən sözügedən əmrlər ilə məlumatı olmuşdur. Göründüyü kimi, iddiaçının sözügedən əmrlərdən xx.xx.2022-ci il tarixdə məlumatı olmuş və o, xx.xx.2022ci il tarixdə hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Ona görə də məhkəmə hesab edir ki, hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmək üçün qanunvericilikdə nəzərdə tutulmuş prosessual müddət ötürülməmişdir.

49. Hazırki mübahisə iddiaçı ilə cavabdeh inzibati orqan arasında əvvəllər mövcud olmuş xidməti hüquq münasibətləri ilə bağlı olduğundan və iddiaçının xidməti yaşayış sahəsi olmadığından, hazırkı işə iddiaçının yaşayış yeri üzrə baxılır. İddiaçının yaşayış yeri olan Gədəbəy rayonu “Azərbaycan Respublikası apellyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının xx.xx.2019-cu il tarixli Qərarına əsasən Gəncə İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edilmişdir.

50. Məhkəmə hesab edir ki, iddia ərazi aidiyyəti üzrə düzgün verilmişdir və ona Gəncə İnzibati Məhkəməsində baxılmalıdır.

51. Göründüyü kimi, iddia mümkün iddiadır, ona görə ki, hazırkı iddianın qaldırılması üçün inzibati prosessual qanunvericilikdə nəzərdə tutulan həm ümumi, həm xüsusi mümkünlük şərtləri ödənilmiş və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir. IV.Prosessual məsələlər

52. İş üzrə inzibati prosessual qanunvericiliyin tələblərinə müvafiq prosessual hərəkətlər edilərək, şifahi məhkəmə baxışı iclası xx.xx.2024-cü il tarixə, bu barədə tərəflərə məlumat verilərək şifahi məhkəmə baxışı ilə bağlı iclasa gəlmədikləri halda onların iştirakı olmadan ərizəyə baxılacağı və iş üzrə qərar qəbul ediləcəyi barədə xəbərdarlıq edilmişdir.

53. İddiaçı və onun vəkil olan nümayəndəsi məhkəmə iclasına gəlmiş, cavabdeh isə nümayəndəsinin iştirakını təmin etməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.

54. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. V. Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri

55. Cavabdehin iddiaya qarşı yazılı etirazı məhkəməyə daxil olmuş və etiraz onunla əsaslandırılmışdır ki, Daxili Təhlükəsizlik İdarəsi tərəfindən N nömrəli hərbi hissədə şəxsi heyətin varlığı yoxlanılarkən, 4 müddətli həqiqi hərbi xidmət hərbi qulluqçunun digər hərbi hissələrə təyin olunmalarına dair Müdafiə nazirinin birinci müavini - Azərbaycan Ordusunun Baş Qərargah rəisinin müvafiq sərəncamlarının icra edilmədiyi aşkar edilmişdir. Yoxlama zamanı müəyyən edilmişdir ki, şəxsi heyətin uçotu bölməsinin rəisi vəzifəsində xidmət edən mayor X9, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən 2021-ci ilin oktyabr və 2022-ci ilin yanvar ayında müddətli həqiqi hərbi xidmətə çağırılaraq 3 aylıq gənc əsgər hazırlığı proqramını mənimsəmək üçün N nömrəli hərbi hissəyə göndərilmiş əsgərlər - X10 (Bakı şəhəri, Nizami rayonu), X11 (Qazax rayonu), X15 (Şəmkir rayonu) və X14 (Kəlbəcər rayonu) sonrakı müddətdə xidməti vəzifələrinin icrasından yayındıraraq təyin olunduqları hərbi hissələrə göndərilməsini təmin etməmişdir. Əsgər X.Əliyev xidmətini davam etdirməsi üçün N nömrəli hərbi hissəyə təyin edilmiş, lakin N nömrəli hərbi hissənin sabiq komandiri polkovnik X12 təsdiq etdiyi "2021-ci ilin oktyabr ayında N nömrəli hərbi hissədə müddətli həqiqi hərbi xidmətə qəbul edilmiş şəxsi heyətin tibbi müayinədən keçirilməsi" haqqında akta əsasən, onun "Hərbi həkim ekspertizası haqqında Əsasnamə"nin "42ç" maddəsindəki (Revmatizm, ürəyin sol mədəciyinin simptomsuz disfunksiyası) diaqnozla təyin olunduğu hərbi hissədə xidmət etməsi məqsədəmüvafiq hesab edilməmişdir. Bu səbəbdən əsgər X.Əliyev 20N nömrəli hərbi hissə komandirinin xx.xx.2021-ci il tarixli sərəncamı ilə N nömrəli hərbi hissəyə təyin olunmuşdur. Bu sərəncam da icra olunmadan sözügedən hərbi qulluqçu xx.xx.2022-ci il tarixədək 15N (bir yüz əlli yeddi) gün əsassız olaraq N nömrəli hərbi hissədə saxlanılmışdır. Sonradan N nömrəli hərbi hissəyə yeni təyin edilmiş komandir polkovnikleytenant X13 2022-ci ilin aprel ayında əsgər X.Əliyevin xidmətdən yayınmasını aşkar etmiş və üzərində sadə funksiyalı mobil telefon götürərək barəsində şifahi araşdırılma apararaq onun N nömrəli hərbi hissəyə göndərilməsinə dair mayor E.Qurbanova gösəriş vermişdir. Mayor E.Qurbanov əmri icra etməmiş, komandanlığı aldatmış, sözügedən hərbi qulluqçunu təyin olunduğu hərbi hissəyə göndərməyərək, onu xidməti otağında saxlamışdır. həmçinin mayor E.Qurbanov qanunsuz əməllərini gizlətmək məqsədilə saxtakarlığa yol verərək, guya hərbi hissə komandirinin xx.xx.2022-ci il tarixli 40 nömrəli əmrinə əsasən əsgər X.Əliyevin hərbi biletində şəxsi heyətin siyahısından çıxarıldığı haqqında qeydlər aparmışdır. Yoxlama zamanı, 20N nömrəli hərbi hissə komandirinin əsgər X.Əliyevə dair xx.xx.2021-ci il tarixli müvafiq sərəncamı ilə N nömrəli hərbi hissənin vəzifəli şəxslərinin tanış olduqları, lakin bu sərəncamın icrası ilə əlaqədar həmin hərbi qulluqçunun xidmət yerinə gətirilməsi istiqamətində heç bir tədbir görmədikləri də müəyyənləşdirilmişdir. Əlavə olaraq, 2022-ci ilin yanvar ayında müddətli həqiqi hərbi xidmətə çağırılmış əsgərlər N.Müsədirov (15N nömrəli hərbi hissə), E.Cəfərov (888 nömrəli hərbi hissə) və T.İlyasovun (345 nömrəli hərbi hissə) xx.xx.2022-ci il tarixədək 6N (altmış yeddi) gün N nömrəli hərbi hissədə əsassız saxlanıldıqları da aşkarlanmışdır. Yuxarıda adları qeyd olunan əsgərlər N nömrəli hərbi hissədə olduqları aylar (X.Əliyevoktyabr, noyabr, dekabr; N.Müsədirov, E.Cəfərov, T.İlyasov-yanvar, fevral, mart) istisna olmaqla, digər aylarda heç bir təminat növü ilə (ərzaq, əşya, pul və s.) təmin olunmamışlar. Bununla da yuxarıda qeyd olunan hərbi hissələrin vəzifəli şəxsləri tərəfindən Azərbaycan Respublikası müdafiə nazirinin 2020-ci il 26 iyun tarixli 18 nömrəli Qərarı ilə təsdiq edilmiş "Azərbaycan Ordusunda hərbi qulluqçuların uçotunun aparılmasına dair Təlimat"ın 4.1-ci, 4.1.5-ci, 4.4.4-cü, 5.1-ci və 9.4- cü yarımbəndlərinin tələbləri ciddi şəkildə pozulması barədə yuxarı komandanlığa raportla məruzə olmuşdur. "N nömrəli hərbi hissədə baş vermiş qanun pozuntuları və təqsirkar vəzifəli şəxslərin cəzalandırılması haqqında" Azərbaycan Respublikası müdafiə nazirinin 23 iyun 2022-ci il tarixli 196 nömrəli əmr ilə baş leytenant İddiaçı - N nömrəli hərbi hissənin şəxsi heyətin uçotu bölməsinin sabiq rəisi, N nömrəli hərbi hissənin 1-ci motoatıcı taborun qərargah rəisinin maddi - texniki təminat üzrə köməkçisi tutduğu vəzifəsindən azad edilərək aşağı vəzifəyə keçirilməklə intizam cəzasi qaydasinda cəzalandırılmış və Azərbaycan Respublikası müdafiə nazirinin 0N sentyabr 2022-ci il tarixli 0N25 nömrəli əmr ilə "Hərbi xidmətkeçmə haqqinda" əsasnamənin 81-ci maddəsinin "q" bəndinə (Azərbaycan Respublikası Silahlı X2 uyğun olaraq intizam cəzası qaydasinda) müvafiq olaraq, 161-ci motoatıcı briqadanın (N nömrəli hərbi hissə) 1-ci motoatıcı taborunun qərargah rəisinin maddi-texniki təminat üzrə köməkçisi baş leytenant İddiaçı tutduğu vəzifədən azad edilərək N06-ci motoatıcı briqadanin (N nömrəli hərbi hissə) 2-ci motoatıcı taborunun motoatıcı bölüyünün komandiri təyin olunmuşdur. Göründüyü kimi, İddiaçı barəsində Azərbaycan Respublikasının Müdafiə Nazirliyi tərəfindən qərar qəbul edilərkən qüvvədə olan qanunvericiliyin pozulması hallarına yol verilməmişdir.

56. İddiaçı və onun vəkil olan nümayəndəsi Vəkil məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia tələbinin təmin olunması barədə qərar çıxarılmasını xahiş etmişlər.

57. Məhkəmə qərarının elan edilməsi xx.xx.2024-cü il tarixə təxirə salınmışdır. VI. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər

58. Məhkəmə araşdırmasının predmetini aşağıdakı sənədlər təşkil etmişdir: - N nömrəli hərbi hissə komandirinin xx.xx.2020-ci il tarixli 266 nömrəli əmri; - N nömrəli hərbi hissə komandirinin xx.xx.2021-ci il tarixli 262 nömrəli əmri; - 16 dekabr 2021-ci il tarixdə telefonoqram; - N nömrəli hərbi hissə komandirinin xx.xx.2022-ci il tarixli 12 nömrəli əmri; - N nömrəli hərbi hissə komandirinin xx.xx.2022-ci il tarixli 14 nömrəli əmri; - N nömrəli hərbi hissə komandirinin xx.xx.2022-ci il tarixli 1N nömrəli əmri; - N nömrəli hərbi hissə komandirinin xx.xx.2022-ci il tarixli 1N nömrəli əmri; - N nömrəli hərbi hissə komandirinin xx.xx.2022-ci il tarixli 19 nömrəli əmri; - N nömrəli hərbi hissə komandirinin xx.xx.2022-ci il tarixli 20 nömrəli əmri; - N nömrəli hərbi hissə komandirinin xx.xx.2022-ci il tarixli 24 nömrəli əmri; - N nömrəli hərbi hissə komandirinin xx.xx.2022-ci il tarixli 29 nömrəli əmri; - N nömrəli hərbi hissə komandirinin xx.xx.2022-ci il tarixli 33 nömrəli əmri; - N nömrəli hərbi hissə komandirinin xx.xx.2022-ci il tarixli 52 nömrəli əmri; - N nömrəli hərbi hissə komandirinin xx.xx.2022-ci il tarixli 8N nömrəli əmri; - N nömrəli hərbi hissə komandirinin xx.xx.2022-ci il tarixli 82 nömrəli əmri; - N nömrəli hərbi hissə komandirinin xx.xx.2022-ci il tarixli 83 nömrəli əmri; - N nömrəli hərbi hissə komandirinin xx.xx.2022-ci il tarixli 96 nömrəli əmri; - N nömrəli hərbi hissə komandirinin xx.xx.2022-ci il tarixli 98 nömrəli əmri; - N nömrəli hərbi hissə komandirinin xx.xx.2022-ci il tarixli 129 nömrəli əmri; - N nömrəli hərbi hissə komandirinin xx.xx.2022-ci il tarixli 145 nömrəli əmri; - N nömrəli hərbi hissə komandirinin xx.xx.2022-ci il tarixli 153 nömrəli əmri; - N nömrəli hərbi hissə komandirinin xx.xx.2022-ci il tarixli 155 nömrəli əmri; - N nömrəli hərbi hissə komandirinin xx.xx.2022-ci il tarixli 158 nömrəli əmri; - N nömrəli hərbi hissə komandirinin xx.xx.2022-ci il tarixli 219 nömrəli əmri; - Azərbaycan Respublikası Müdafiə nazirinin xx.xx.2022-ci il tarixli 196 nömrəli əmri; - 28.0N.2022-ci il tarixli söhbət vərəqi; - N nömrəli hərbi hissə komandirinin xx.xx.2022-ci il tarixli təqdimatı; - 20N nömrəli və N nömrəli hərbi hissə komandirlərinin rəyləri; - Azərbaycan Respublikası Müdafiə nazirinin xx.xx.2022-ci il tarixli 0N25 nömrəli əmri; - N nömrəli hərbi hissə komandirinin xx.xx.2022-ci il tarixli 283 nömrəli əmri; - N nömrəli hərbi hissə komandirinin xx.xx.2022-ci il tarixli 2N6 nömrəli əmri; - N nömrəli hərbi hissə komandirinin xx.xx.2023-cü il tarixli 44 nömrəli əmri; - 1NN nömrəli hərbi hissə komandirinin xx.xx.2023-cü il tarixli 4N nömrəli əmri; - Gəncə Hərbi Məhkəməsinin xx.xx.2023-cü il tarixli 1-1(095)-12N/2023 nömrəli hökmü; - N nömrəli hərbi hissənin xx.xx.2023-cü il tarixli 2206 nömrəli arayışı; - 1NN nömrəli hərbi hissə komandirinin “Baş leytenant İddiaçı-1NN nömrəli hərbi hissənin qərargah bölüyünün komandiri barəsində” arayış-məlumatı; - Məhkəmənin sorğusuna N nömrəli hərbi hissənin xx.xx.2024-cü il tarixli 2N9 nömrəli cavab məktubu.

Əsaslandırma hissəsi:

VII. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi

59. Məhkəmə inzibati iş materiallarını araşdırıb, mövcud olan sübutları obyektiv, hərtərəfli və tam tədqiq etməklə, onlara hüquqi qiymət verərək belə qənaətə gəlir ki, iddia mahiyyət baxımından əsassızdır və təmin edilməməlidir.

60. Məhkəmə araşdırmaları nəticəsində iş materiallarına əlavə edilmiş, eləcə də məhkəmənin müvafiq sorğularına əsasən əldə edilmiş sənədlərlə müəyyən olunur ki, 2022-ci ilin yanvar ayında müddətli həqiqi hərbi xidmətə çağırılmış əsgərlər N.Müsədirov (15N nömrəli hərbi hissə), E.Cəfərov (888 nömrəli hərbi hissə) və T.İlyasovun (345 nömrəli hərbi hissə) xx.xx.2022-ci il tarixədək 6N (altmış yeddi) gün N nömrəli hərbi hissədə əsassız saxlanıldıqları aşkarlanmış və həmin əsgərlər N nömrəli hərbi hissədə olduqları aylar (X.Əliyev-oktyabr, noyabr, dekabr; N.Müsədirov, E.Cəfərov, T.İlyasov-yanvar, fevral, mart) istisna olmaqla, digər aylarda heç bir təminat növü ilə (ərzaq, əşya, pul və s.) təmin olunmamışlar. Bununla da yuxarıda qeyd olunan hərbi hissələrin vəzifəli şəxsləri tərəfindən Azərbaycan Respublikası müdafiə nazirinin 2020-ci il 26 iyun tarixli 18 nömrəli Qərarı ilə təsdiq edilmiş "Azərbaycan Ordusunda hərbi qulluqçuların uçotunun aparılmasına dair Təlimat"ın 4.1-ci, 4.1.5-ci, 4.4.4-cü, 5.1-ci və 9.4-cü yarımbəndlərinin tələbləri ciddi şəkildə pozulması barədə yuxarı komandanlığa raportla məruzə olmuşdur. "N nömrəli hərbi hissədə baş vermiş qanun pozuntuları və təqsirkar vəzifəli şəxslərin cəzalandırılması haqqında" Azərbaycan Respublikası müdafiə nazirinin 23 iyun 2022-ci il tarixli 196 nömrəli əmr ilə baş leytenant İddiaçı - N nömrəli hərbi hissənin şəxsi heyətin uçotu bölməsinin sabiq rəisi, N nömrəli hərbi hissənin 1-ci motoatıcı taborun qərargah rəisinin maddi - texniki təminat üzrə köməkçisi tutduğu vəzifəsindən azad edilərək aşağı vəzifəyə keçirilməklə intizam cəzasi qaydasinda cəzalandırılmış və Azərbaycan Respublikası müdafiə nazirinin 0N sentyabr 2022-ci il tarixli 0N25 nömrəli əmr ilə "Hərbi xidmətkeçmə haqqinda" əsasnamənin 81-ci maddəsinin "q" bəndinə (Azərbaycan Respublikası Silahlı X2 uyğun olaraq intizam cəzası qaydasinda) müvafiq olaraq, 161-ci motoatıcı briqadanın (N nömrəli hərbi hissə) 1-ci motoatıcı taborunun qərargah rəisinin maddi-texniki təminat üzrə köməkçisi baş leytenant İddiaçı tutduğu vəzifədən azad edilərək N06-ci motoatıcı briqadanin (N nömrəli hərbi hissə) 2-ci motoatıcı taborunun motoatıcı bölüyünün komandiri təyin olunmuşdur.

61. “Azərbaycan Ordusunda hərbi qulluqçuların uçotunun aparılmasına dair Təlimat”ın: Maddə 4.1. Hərbi qulluqçuların uçotunun təşkili və aparılmasına cavabdehdirlər: Maddə 4.1.5. qoşun (qüvvə) növlərində, birlik, birləşmə və hərbi hissələrdə qərargah rəisi; Maddə 4.4.4. birlik, birləşmə və hərbi hissələrdə - hərbi hissə komandiri. Maddə 5.1. Hərbi qulluqçuların uçotunun təşkili və aparılmasına cavabdeh şəxslər borcludur: Maddə 9.4. Təyin olunmuş vaxtda yeni xidmət yerinə gəlməyən hərbi qulluqçular barədə əvvəlki xidmət yeri rəsmi məlumat aldıqdan sonra həmin şəxsin axtarışı ilə bağlı tədbirləri həyata keçirir və toplanmış materialları hərbi qulluqçunun yeni təyin olunduğu hərbi hissəyə göndərir. Hərbi qulluqçunun yeni təyin olunduğu hərbi hissənin komandiri həmin materiallara tələb olunan digər sənədləri də əlavə edir və aidiyyəti üzrə göndərilməsini təmin edir.

62. Azərbaycan Respublikasının 1994-cü il 23 sentyabr tarixli, 885 saylı Qanunu ilə ilə təsdiq edilmiş Azərbaycan Respublikası Silahlı X2 görə: Maddə 1. Hərbi intizam bütün hərbi qulluqçuların Azərbaycan Respublikası qanunlarında və hərbi nizamnamələrində müəyyən olunmuş qaydalara ciddi riayət etməsi deməkdir. Maddə 2. Hərbi intizam hər bir qulluqçunun hərbi borcunu və öz Vətəni Azərbaycan Respublikasının müdafiəsi üçün şəxsi məsuliyyət daşımasını şüurlu surətdə dərk etməsinə əsaslanır. Maddə 3. Hərbi intizam hər bir hərbi qulluqçunu: Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına ciddi riayət etməyə, hərbi andın və hərbi nizamnamələrin tələblərini dəqiq yerinə yetirməyə, komandirlərin (rəislərin) əmr və sərəncamlarına sözsüz tabe olmağa, hərbi xidmətin bütün çətinlik və məhrumiyyətlərinə mətinliklə tab gətirməyə, hərbi borcunu yerinə yetirərkən, öz qanını və hətta həyatını belə əsirgəməməyə; hərbi və dövlət sirlərini möhkəm saxlamağa; namuslu və doğruçu olmağa, hərbi işi vicdanla öyrənməyə, ona tapşırılan silahı, döyüş texnikasını və digər texnikanı, hərbi əmlakı və xalq əmlakını hər vasitə ilə qorumağa; komandirlərə (rəislərə) və böyüklərə hörmət etməyə, əsgəri nəzakət və salamvermə qaydalarına əməl etməyə; hərbi hissədən kənarda özünü ləyaqətli və namuslu aparmağa, ictimai asayişin özü və başqaları tərəfindən pozulmasına yol verməməyə, vətəndaşların şərəf və ləyaqətinin qorunmasına hərtərəfli səy göstərməyə məcbur edir.

63. İstinad olunan qanunvericiliyin tələblərindən də göründüyü kimi, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində hərbi intizam hərbi qulluqçuların yüksək şüurluğuna və vətənpərvərlik borclarını dərindən dərk etmələrinə, xalqımızın beynəlmiləlçilik ənənələrinə sadiq olmalarına və vətənə sonsuz məhəbbət bəsləmələrinə əsaslanır. Lakin bunlar öz hərbi borcuna etinasız yanaşan hərbi qulluqçulara məcburiyyət tədbirlərinin tətbiqini istisna etmir.

64. “Hərbi xidmətkeçmə haqqında” Əsasnaməyə görə: Bənd 1. Bu Əsasnamə “Hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq olaraq hərbi xidmət keçilməsinin qaydasını müəyyən edir. Bənd 2. bu Əsasnamənin müddəaları həqiqi hərbi xidmətə çağırılan və könüllü daxil olan şəxslərdən komplektləşdirilən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrin hərbi qulluqçularına tətbiq edilir. Bənd N8. Hərbi qulluqçuların xidmət yerinin dəyişilməsi aşağıdakı qaydada həyata keçirilir: a) yuxarı vəzifələrə — xidmət üzrə irəli çəkilmə qaydasında; b) bərabər vəzifələrə — xidməti zərurət olduqda, xidmət müddəti müəyyən edilmiş yerlərdə planlı əvəzetmə aparılarkən, eləcə də hərbi qulluqçulardan daha məqsədəuyğun şəkildə istifadə etmək üçün; v) tutduğu vəzifədən azad edilməklə təhsil müəssisəsinə daxil olmaqla əlaqədar, eləcə də təhsili bitirdikdən sonra vəzifəyə təyin edildikdə; q) aşağı vəzifələrə — bu Əsasnamənin 81-ci maddəsində nəzərdə tutulmuş əsaslarla. Bənd 81. Hərbi qulluqçuların yuxarı vəzifələrdən aşağı vəzifələrə keçirilmələri aşağıdakı hallarda edilə bilər: a) ştatlar ixtisar olunduqda; b) hərbi-həkim komissiyasının rəyinə müvafiq olaraq səhhətinə görə; v) işgüzar və ya mənəvi keyfiyyətləri nəzərə alınaraq iş həcmi az olan vəzifələrə keçirildikdə; q) Azərbaycan Respublikası Silahlı X2 uyğun olaraq intizam cəzası qaydasında və ya müvafiq hərbi qulluqçular heyəti şərəf məhkəməsinin vəsatətinə əsasən; d) hərbi qulluqçunun razılığı ilə yaşa və ya ailə vəziyyətinə görə. Bənd 81.3. İntizam cəzası qaydasında aşağı vəzifəyə təyin edilmə Azərbaycan Respublikası Silahlı X3 ilə belə hüquq verilmiş rəislər tərəfindən yerinə yetirilir.

65. Azərbaycan Respublikası Silahlı X2 görə: Bənd 43. Hərbi qulluqçu hərbi intizamı, yaxud ictimai asayişi pozarsa, komandir (rəis) ona vəzifə borcunu xatırlatmalı, lazım gələrsə, intizam cəzası verməlidir. Bənd 45. Hərbi qulluqçular törətdikləri cinayətlər üçün qüvvədə olan qanunvericiliyə müvafiq cinayət məsuliyyəti daşımalıdırlar. Bənd 85. Hər bir intizam cəzası hərbi intizamın möhkəmləndirilməsi və hərbi qulluqçuların tərbiyə edilməsi tədbiri kimi törədilən nalayiq hərəkətin ağırlığına və təqsirin dərəcəsinə müvafiq olmalıdır. Cəzanın növü və dərəcəsi təyin edilərkən, nalayiq hərəkətin xarakteri, törədilmə şəraiti, təqsirkarın bundan əvvəlki davranışı, hərbi qulluqdakı xidmət müddəti və qulluq qaydası ilə tanışlıq dərəcəsi nəzərə alınır.

66. Qeyd edilməlidir ki, möhkəm hərbi intizam yüksək döyüş hazırlıqlı və döyüş qabiliyyətli olmağın əsas şərtidir. Müasir dövrdə hərbi intizamın rolu əvəz edilməzdir. Azərbaycan Respublikasının Silahlı Qüvvələrində hərbi intizam hərbi qulluqçuların yüksək şüurluğuna və vətənpərvərlik borclarını dərindən dərk etmələrinə, xalqımızın beynəlmiləlçilik ənənələrinə sadiq olmalarına və Vətənə sonsuz məhəbbət bəsləmələrinə əsaslanır. Lakin bunlar öz hərbi borcuna etinasız yanaşan hərbi qulluqçulara məcburiyyət tədbirlərinin tətbiqini istisna etmir. Bütün komandirlər (rəislər) bu Nizamnamənin tələblərini rəhbər tutaraq, hissə və bölmələrdə hərbi intizamın daim yüksək səviyyədə saxlanmasını təmin etməyə borcludurlar. Hərbi intizam bütün hərbi qulluqçuların Azərbaycan Respublikası qanunlarında və hərbi nizamnamələrində müəyyən olunmuş qaydalara ciddi riayət etməsi deməkdir.

67. İddiaçı N nömrəli hərbi hissəyə göndərilmiş əsgər X1 müddətdə xidməti vəzifələrinin icrasından yayındıraraq təyin olunduğu hərbi hissəyə göndərilməsinin təmin edilməməsində onun heç bir təqsiri olmadığını bildirmişdir.

68. Halbuki, iş materialları ilə müəyyən olunur ki, İddiaçı 03 sentyabr 2021-ci il tarixdən 04 aprel 2022-ci il tarixədək N nömrəli hərbi hissəsinin baş leytenantı hərbi rütbəsində hərbi xidmətdə olarkən, əsgər X4 xidmət yerinin N nömrəli hərbi hissədən N nömrəli hərbi hissəyə dəyişilməsi ilə bağlı Müdafiə nazirinin müavini–X8 10 dekabr 2021-ci il tarixli, 09 nömrəli sərəncamı 16 dekabr 2021-ci il tarixdə telefonoqram şəkilində N nömrəli hərbi hissəyə ötürülmüş və həmin telefonoqramla o, 18 dekabr 2021-ci il tarixdə tanış olmuş, lakin məlumatı olduqdan sonra belə, bu sərəncamın icrası ilə əlaqədar həmin hərbi qulluqçunun xidmət yerinə gətirilməsi istiqamətində hər hası tədbir görməsi müəyyən edilməmişdir.

69. Göründüyü kimi, 20N nömrəli hərbi hissə komandirinin xx.xx.2021-ci il tarixli sərəncamı ilə əsgər X4 xidməti yerinin N nömrəli hərbi hissədən N nömrəli hərbi hissəyə dəyişilməsi qərara alınmasına və həmin sərəncamın 16 dekabr 2021-ci il tarixdə telefonoqram şəklində N nömrəli hərbi hissəyə göndərilməsi və İddiaçı həmin telefonoqramma ilə 18 dekabr 2021-ci il tarixdə tanış olmasına baxmayaraq, N saylı hərbi hissənin şəxsi heyətin uçotu bölməsi (Q1) rəisinin baş köməkçisi vəzifəsində olan İddiaçı həmin hərbi hissədə hərbi qulluqçuların uçotunun təşkili və aparılmasına cavabdeh şəxs kimi təyin olunmuş vaxtda yeni xidmət yerinə gəlməyən hərbi qulluqçu X4 xidmət yerinə gəlməməsini aşkar etdiyi halda, bunun təmin edilməsi üçün tədbirləri həyata keçirməmişdir.

70. Ona görə də, onun barəsində Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən mübahisələndirilən əmrlər qəbul edilərkən qanunvericiliyin pozulması hallarına yol verilməmişdir.

71. Beləliklə qeyd olunan işin faktiki hallarına və mübahisəyə tətbiq olunacaq maddi hüquq normalarına əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilməməlidir.

72. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinə görə: Maddə 58.N. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 69.4. Məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir.

Nəticəvi hissə:

73. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, N5 və 85-ci maddələrini rəhbər tutaraq

qərara aldı:

İddia təmin edilməsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına (Gəncə şəhəri, Atatürk prospekti, 252) apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Gülşən Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar