Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-355/2020 19.03.2020 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Axundov Emin Tahir oğlunun sədrliyi, Abdullayev Əsgər Vəli oğlunun katibliyi, İddiaçının nümayəndəsi X4, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Publik hüquqi Qurum ADRA-nın Cavabdehnə qarşı X7 İdarəsinin vəzifəli şəxslərinin vəzifə səlahiyyətlərini aşmaqla, qanunsuz hərəkətləri nəticəsində obyektinə əsassız, İqtisadiyyat Nazirliyindən icazə almadan, Ədliyyə Nazirliyinin Vahid Reyestr qeydiyyatından çıxarış olmadan inzibati orqan tərəfindən keçirilmiş yoxlamanı qanunsuz hərəkət hesab etməklə, həmin hərəkətlərin qanunsuz hesab edilməsi tələbinə dair iddia ərizəsinə və ona əlavə edilmiş sənədlərə inzibati məhkəmə icraatı qaydasında açıq məhkəmə iclasında baxaraq məhkəmə Müəyyən etdi : İddiaçı cavabdeh Publik hüquqi Qurum ADRA-nın Cavabdehnə qarşı xx.xx.2019-cu il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək,X7 İdarəsinin vəzifəli şəxslərinin vəzifə səlahiyyətlərini aşmaqla, qanunsuz hərəkətləri nəticəsində obyektinə əsassız, İqtisadiyyat Nazirliyindən icazə almadan, Ədliyyə Nazirliyinin Vahid Reyestr qeydiyyatından çıxarış olmadan inzibati orqan tərəfindən keçirilmiş yoxlamanı qanunsuz hərəkət hesab etməklə, həmin hərəkətlərin qanunsuz hesab edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İş üzrə şifahi məhkəmə baxışı iclası xx.xx.2020-ci il tarixə təyin edilmiş, iddiaçının və cavabdehin nümayəndələri məhkəmə iclasına gəlmişlər. Məhkəmə iclasında İddiaçı nümayəndəsi X2 iddia tələbini müdafiə edərək və iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək X7 İdarəsinin vəzifəli şəxslərinin vəzifə səlahiyyətlərini aşmaqla, qanunsuz hərəkətləri nəticəsində obyektinə əsassız, İqtisadiyyat Nazirliyindən icazə almadan, Ədliyyə Nazirliyinin Vahid Reyestr qeydiyyatından çıxarış olmadan inzibati orqan tərəfindən keçirilmiş yoxlamanı qanunsuz hərəkət hesab etməklə, həmin hərəkətlərin qanunsuz hesab edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi X2 izahatında bildirmişdir ki, iddiaçı tərəfindən açıq məkanda reklam yayımı etdiyi üçün dəfələrlə şifahi və yazılı xəbərdarlıq edilmişdir, yazılı müraciətin müddəti bitdikdən sonra müvafiq protokol tərtib edilmiş və protokolun surəti iddiaçının ünvanına göndərilmişdir. Daha sonra məhkəməyə müraciət edilmiş və onların razılığı ilə icraata xitam verilmişdir. Hazırda tərəflər arasında müqavilə bağlanmışdır. Göstərilənlərə əsasən iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını nəzərdən keçirib hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki,İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsinə əsasən bu Məcəllə inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmədə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edir. Həmin Məcəllənin 2.1-ci maddəsinə əsasən qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati-iqtisadi məhkəmələr və inzibati-iqtisadi kollegiyalar tərəfindən həyata keçirilir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 1.1-ci maddəsində qeyd olunmuşdur ki, bu qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Həmin Qanunun 3.2.2-ci maddəsinə əsasən bu Qanunun müddəaları Azərbaycan Respublikasının qanunvericiliyi ilə inzibati orqan kimi müəyyən edilmiş orqanların inzibati xətalara dair işlər üzrə fəaliyyətinə şamil olunmur. Eyni zamanda “Məhkəmələr və hakimlər haqqında” Qanuna görə inzibati xətalara dair işlərə birinci instansiya qismində baxmaq səlahiyyəti rayon (şəhər) məhkəmələrinə verilmişdir. Beləliklə, qanunvericiliyin tələblərindən də göründüyü kimi, inzibati orqanın publik hüquq sahəsindəki qərarından, hərəkət və ya hərəkətsizliyindən irəli gələn mübahisələrə İPM-in 2.1-ci maddəsinə uyğun olaraq inzibati icraat qaydasında inzibati-iqtisadi məhkəmələr baxmalı olduğu halda, inzibati xətalar haqqında işlər üzrə şikayətlərə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 43.1 və 44-cü maddələrinə əsasən ümumi yurisdiksiyalı rayon (şəhər) məhkəmələr və ya müvafiq icra hakimiyyəti orqanları tərəfindən baxılır İnzibati Xətalar Məcəlləsinin 42-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslər bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş inzibati tənbehləri yalnız xidməti vəzifələrinin icrası zamanı tətbiq edə bilərlər. İnzibati xətalar haqqında işlərə bu Məcəllənin 40.0.3-cü maddəsində nəzərdə tutulan orqanlar adından baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin 795 nömrəli xx.xx.2016-cı il tarixli Fərmanının 4.17-ci bəndinə əsasən həmin Məcəllənin 150.11-ci maddəsinin altıncı cümləsində, 150.13-cü maddəsinin dördüncü cümləsində, 154.1-1-ci maddəsində (ikinci halda), 528-1.1-ci maddəsində, 580-ci maddəsində, 581-ci maddəsinin adında və mətnində, 602.2.1, 602.2.2, 602.2.3-cü maddələrində “müvafiq icra hakimiyyəti orqanı”, 549-cu maddəsində isə “bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqan” dedikdə, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi nəzərdə tutulur. Beləliklə, qeyd olunanları nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, hazırki mübahisə üzrə iddia mümkün sayılmamalı, ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılmalı, iddiaçıya müvafiq icra hakimiyyəti orqanına şikayət vermək hüququ izah edilməlidir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.1, 16 və 35-ci maddələrini rəhbər tutaraq Qərara a l d ı: İddiaçı cavabdeh Publik hüquqi Qurum ADRA-nın Cavabdehnə qarşı X7 İdarəsinin vəzifəli şəxslərinin vəzifə səlahiyyətlərini aşmaqla, qanunsuz hərəkətləri nəticəsində obyektinə əsassız, İqtisadiyyat Nazirliyindən icazə almadan, Ədliyyə Nazirliyinin Vahid Reyestr qeydiyyatından çıxarış olmadan inzibati orqan tərəfindən keçirilmiş yoxlamanı qanunsuz hərəkət hesab etməklə, həmin hərəkətlərin qanunsuz hesab edilməsi barədə iddiası mümkün sayılmasın. Qərardaddan 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi (ünvan:Gəncə şəhəri, H.Əliyev pr 105) vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə (ünvan: Gəncə şəhəri, Atatürk pr 252) şikayət verilə bilər. Sədrlik edən Emin Axundov
Məhkəmə qərarları › İş №2-1(114)-355/2020
Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-355/2020
19.03.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver